Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı ver .....                     "İşğalçı Ermənistanla fars hakimiyyətinin bu günkü qardaşlaşması nədir..?" .....                     Bakıda restoranın parkinqində insident: .....                     Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb .....                     Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb .....                     Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış .....                     Səhiyyə Nazirliyi ləğv olunub! .....                     Bu gün Dünya İqtisadi Forumu başlayır .....                     ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yaydı .....                     Nəriman Əliyev “Embawood” şefinin qabağına kimi çıxardı? .....                     “Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı komissiyanın ikinci iclasının tarixi dəqiqləşdirilir” .....                     Mərhum jurnalistin həyat yoldaşı vəfat edib .....                     Rusiya Dumasının sədri Tehrana rəsmi səfərə gedəcək .....                     Azərbaycan Prezidentinin köməkçisi Nobel Sülh Mükafatının Qorbaçovdan alınması üçün ictimai təşkilatları .....                     Şimal küləyi əsəcək .....                     “Onlar dedilər: Ser, onlar bir yerdədir. Ser, onların 2 dəqiqə 11 saniyəsi qalır…” .....                     "Doğrudanmı, mən bu ordunun tərkibində Əfqanıstanda xidmət etmişəm?" .....                     Azərbaycanın tanınmış jurnalisti vəfat edib .....                     Analitik qrup 20 Yanvar faciəsinə az qalmış nələri proqnozlaşdırmışdı? .....                     Təbrizi bir gecədə “Azadlıq” şüarları bəzədi .....                     Gəmilər, avtomobillər və qatarlar səs siqnalları verib .....                     Qaradağda məskunlaşan seçicilər Vüqar Bayramovu böyük çoşğu ilə qarşılayıb .....                     "Bakı və Sumqayıtda baş vermiş hadisələri ağ-qara rəngdə təsvir etmək mümkün deyil" .....                     Xızıda narazılıq yaradan məmur kimdir? .....                     “Polislər məndən informasiya istəyirdilər” .....                     Azərbaycanın əsas xarici ticarət tərəfdaşları açıqlanıb .....                     Elman Nəsirov Cəlilabadda rüsvay oldu .....                     İran «Zəfər» süni peykini yaxın günlədə orbitə buraxacaq .....                     “Həkim sözümü kəsərək, “get, kimə istəyirsən şikayət edirsən et, rədd ol otaqdan” dedi” .....                     "MSK-ya daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisə olunmaz dərəcədə azdır" .....                     Gəncə Apelyasiya Məhkəməsinə şikayət verib, ancaq... .....                     Bu da İqbal Məmmədovun sərvəti... .....                     Onun üzərində nə qədər xəstənin haqqı var... .....                     Peyman Sadıqov bir neçə şəhid ailəsini evlərində ziyarət edib .....                     DSMF-in sosial təminat sektorunun müdiri bu işi tək bacarmaz... .....                     "Səhiyyə nazirliyi də kampaniya xatirinə bir neçə baş həkimi işdən çıxartdı, amma..." .....                     Lerikdə yaşanan məmur özbaşınalığı .....                     Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub .....                     "Bu Milli Məclisin köhnə heyətini Prezident qovmuşdu axı..." .....                     Biləsuvarda keçmiş məhkum 1,5 kq narkotiklə tutuldu .....                 

"Türkiyə tərəfi Rusiyadan razılıq alıb ki, gələcəkdə bu raketlərin istehsalında müəyyən qədər rol oynasın"
Tarix: 16-07-2019, 12:45 | Çap et
"Türkiyə tərəfi Rusiyadan razılıq alıb ki, gələcəkdə bu raketlərin istehsalında müəyyən qədər rol oynasın"
Teleqraf.com politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir.

- Zərdüşt bəy, nəhayət Rusiya Türkiyəyə S-400 komplekslərini çatdırmağa start verib. Siz, bu prosesi necə şərh edirsiniz?

- Türkiyə ilə Rusiya arasında S-400 zenit-raket kompleksləri ilə bağlı razılaşma əldə edilmişdi. İndi hər iki tərəf razılaşmanı yerinə yetirir, imzalarına hörmətlə yanaşırlar. Başqa sözlə, müqaviləyə uyğun olaraq, Rusiya öz öhdəliyini yerinə yetirir, Türkiyə də istəyini həyata keçirərək komplekslərini qəbul edir. Böyük ehtimalla türk hərbiçilər Rusiya hərbi mərkəzlərində S-400 kompleksləri ilə bağlı təlim keçirlər. Türk mütəxəssislər də S-400-ləri öyrənir. 2020-ci ilin aprelində müqavilə bütövlükdə yerinə yetiriləcək. Bundan sonra Türkiyə hava hücumundan müdafiə qüvvələrində müasir raket kompleksləri olacaq. Bu müqavilənin Türkiyə üçün mühüm bir üstünlüyü də var. Bu da onunla ibarətdir ki, Türkiyə özü də Rusiya ilə yanaşı komplekslərin hansısa hissələrinin istehsalı ilə məşğul olub texnologiyasına sahiblənəcək.

- İddialar var ki, S-400 kompleksləri əldə etdiyi informasiyanı ilkin olaraq Türkiyəyə deyil, Rusiya hərbi strukturlarına ötürəcək. Bu nə dərəcədə mümkündür?
- Bunlar boş və mənasız iddialardır. İnformasiyanı ötürmək üçün radiodalğa və başqa dalğalar lazımdır. Türkiyə tərəfi informasiyanı ötürən radiodalğaları və elektron cihazlar dərhal müəyyən edə bilər. Odur ki, bu ciddi yanaşma deyil.

- Digər bir iddia onunla bağlıdır ki, S-400 kompleksləri Rusiya istehsalı olan təyyarələri və digər hərbi xarakterli avadanlıqları tanıdığı üçün vurmur...
- Mənə elə gəlir ki, zenit raketlərinin kompüter təchizatına elə proqram yaza bilərlər ki, bu silahlar rus təyyarələrinə qarşı işləməsin. Ancaq nəzərə almaq lazımdır ki, bu silahı alan ölkə həm də onu sınaqdan keçirir. Yəni gəlib bazarda çətiri açıb bağladı və alıb çıxıb getdi məsələsi deyil. Bu çox mürəkkəb hərbi-texniki maldır. Alıcı bu məmulatı xırdalığına qədər öyrənir, onu sınaqdan keçirir, hər komponentini araşdırır. Çünki buna qarşılıq olaraq böyük pullar ödəyir. Ən azı ilə 150 milyon dollar. Bu mənada mümkündür ki, bu komplekslərin sisteminə rus təyyarələrini vurmamaq üçün proqram yüklənsin, amma bunu alan Türkiyə tərəfi kompleksi öyrənir, sınaqdan keçirir və əmin olanda ki təsirli silahdır, bundan sonra qəbul edir. Bir daha qeyd edirəm ki, Türkiyə tərəfi Rusiyadan razılıq alıb ki, gələcəkdə bu raketlərin istehsalında müəyyən qədər rol oynasın.

- Türkiyə hava məkanı həm də NATO hava məkanı hesab olunur. Yəni Türkiyədə iki hava hücumundan müdafiə sistemi mövcuddur. Həm milli müdafiə sistemi, həm də NATO müdafiə sistemi. S-400 kompleksinin quraşdırılması NATO müdafiə sisteminə hansı problemlər yaradacaq?

- S-400 kompleksləri bir alətdir. Fərz edək ki, Kalaşnikov avtomatı rus silahıdır. NATO əsgəri bu silahdan atəş açıb düşməni öldürə bilməzmi? Əlbəttə öldürər. Zenit raketi də havada olan uçan obyektləri kəşf edir, təqib edir və sonra ona atəş açır. Nə mənası var ki, fəzada hansı təyyarədir? İsrail, NATO və ya Suriya təyyarəsi? Bu silahlar sınaqdan keçirilir və biz yoxlanılmış prosesdən danışırıq. Mən 2 il hava Hücumundan Müdafiə Qoşunları tərkibində Misirdə xidmət etmişəm. O zamanki “Peçora” kimi kompleksləri normal bilirdim. Yəni taktiki-texniki göstəricilərinə bələd idim. Əgər köhnə dviziyonlar öz səmərəsizliyini 1970-ci il döyüşlərində sübut etdirdisə, 1970-1971-ci il döyüşlərində gələn yeni Peçora kompleksləri bir gündə 8 İsrail təyyarəsini vurub yerə saldı. Yəni bu təsirli silahdır. S-400 isə texniki tərəqqinin ən yüksək zirvəsinə çatan məmulatdır. Türkiyə bu silahı əldə etmək və onun istehsalında iştirak hüququ qazanmaqla özünün hərbi sənaye kompleksini bir qədər də irəli aparır.

İkincisi, Türkiyə ABŞ-ın son model F-35 təyyarələrinin müəyyən detallarının istehsalında iştirak edir. Bu da, Türkiyə hərbi-sənaye kompleksi üçün böyük uğurdur. İndi burada sadəcə ABŞ Prezidenti Donald Trampın şıltaqlığı müşahidə olunur. Azad bazar deyən ABŞ hakimiyyəti hazırda cəza tədbirlərindən istifadə edərək uduzduğu ticarət rəqiblərinə hansısa məhdudiyyətlər tətbiq etmək istəyir. Əslində ABŞ Türkiyəyə özünün oxşar raket sistemlərini sata bilərdi. Türkiyədə öz müttəfiqi və dost ölkədən bu tip silah almaq istəyirdi. Rusiyaya qoyduğu kimi ABŞ-a da şərt qoyurdu ki, Türkiyə hərbi sənaye kompleksi bu məmulatların istehsalında müəyyən vəzifə oynasın. Ancaq ABŞ buna razı olmadı. Yəni F-35-lərin istehsal prosesində buna razı olmuşdu, amma raket-zenit kompleksləri məsələsində razı olmadı. Onda da Türkiyə dedi ki, dünyada yeganə silah sizdə deyil ki, mən Rusiyadan alacağam. Əvvəl Türkiyəyə inanmadılar, amma Türkiyənin cəsarəti çatdı və Rusiya ilə müqavilə imzalayıb silahı aldı. Fikrimcə, bu Türkiyə üçün bu böyük uğurdur. Birincisi, hərbi sənayesini inkişaf etdirir, hərbi müdafiə qüdrətini gücləndirir, siyasi cəhətdən onun hörməti artır və dünya görür ki, Türkiyə öz qətiyyəti olan dövlətdir.

- Ancaq indi ABŞ F-35-ləri Türkiyəyə verməkdən imtina edir, açıq bildirilir ki, Türkiyə F-35-lərin istehsalı proqramından çıxarılacaq...

- Birincisi, artıq bir neçə F-35 Türkiyəyə verilib. İkincisi, ABŞ bundan imtina etsə, daha çox özünə ziyan vuracaq. Bu təyyarədən Türkiyədə var. Əgər ABŞ bundan imtina edərsə Türkiyə Rusiya ilə müqavilə imzalayıb SU-57 ala bilər. Bu halda ABŞ yenə də özünə zərbə vurmuş olar. Bilirsinizmi, indi dünyada bazar uğrunda kəskin və amansız savaşlar gedir. Çünki bazar o deməkdir ki, sən nəyisə istehsal edib sata biləcəksən. Yəni öz sənayeni, iqtisadiyyatını gücləndirəcəksən. Yalnız siyasi naşılar bazarlardan imtina edirlər. Necə ki, Ukrayna, Gürcüstan və digərləri rus bazarından imtina etdi. Əslində ağıllı adamlar Rusiya bazarından istifadə edərək malını satır. İndi də ABŞ-da öz cəza tədbirləri ilə Türkiyə bazarlarından imtina edir və əslində səfehlik edir. İkincisi, Türkiyə isə rus bazarına, silah bazarına girir və həm də əmtəə bazarına daxil olur.

- ABŞ S-400 komplekslərini aldığı üçün Türkiyəyə qarşı cəza sanksiyaları gələn həftə açıqlayacaq. Sizcə, hansı sanksiyalar tətbiq edilə bilər?

- Mən məntiqi düşünən insanam. Məntiqsiz düşünən insanların hansı addım atacağını deyə bilmərəm. Tramp məntiqsiz addımlar atmağı sevən fiqurdur. Mən onun nə edəcəyini deyə bilmərəm.

- Ancaq Qərb mətbuatı bu addımla Türkiyənin NATO-ya ciddi ziyan vurduğunu iddia edir...

- Hesab edirəm ki, bunu da naşılar, məsələnin mahiyyətini anlamayan şəxslər deyir. NATO müqavilələrlə tənzimlənir. Hansı müqavilə Türkiyə ilə pozulub və ya Türkiyə tərəfindən pozulub? NATO çərçivəsində birgə fəaliyyət çərçivəsində hansı qanun, anlaşma pozulub? Pozulan heç nə yoxdur. Əksinə, NATO əvvəlki tək rəvan formada işləyir.

- Alman mətbuatı bu alqı-satqı prosesini Putinin NATO üzərində qələbəsi kimi şərh edir...

- Bu, bəsit yanaşmadır. Fikrimcə, bu yolla Türkiyəyə acıq verirlər. Alman mətbuatı ardıcıl olaraq Türkiyə, Ərdoğana qarşı yazır. Almaniyada anti-Türkiyə mövqeyində olmaq bizdə anti-erməni mövqeyi qədər dəbdir. Odur ki, yazırlar ki, Putin vəziyyəti gərginləşdirir, NATO-nu dağıdır və s. Əslində NATO-nu dağıdan yoxdur və hərbi alyans öz yerində durub. NATO-nun müqavilələri işləyir, hərbi strukturu öz yerindədir, sammitləri olur, dövlət başçıları görüşür və vacib siyasi qərarlar qəbul edirlər. Türkiyə də bu prosesdə aktivdir.

- ABŞ-ın cəza tədbirləri misilsiz olsa, Türkiyə NATO-nu tərk edə bilərmi?

- ABŞ Türkiyəyə qarşı heç nə edə bilməz. Nə edə bilər? Deyər ki, sənə F-35 satmıram. Türkiyədə bu model təyyarənin istehsalında iştirak edir. Ağlı olsa istehsalı dayandırmaz və F-35 üçün lazım olan hissələri ABŞ-a göndərməkdə davam edir. Bir müddətdən sonra Tramp gedəcək, yerinə ağıllısı gəlib səfeh qərarları ləğv edəcək.

- İndiki halda Kremil NATO-da müttəfiqlər arasında etimadsızlıq mühiti yaratmağa cəhd edirmi?

- NATO Rusiyanın rəqibidir. Rusiya daha çox silahı satıb pul qazanmaq istəyir. Rusiya öz ətrafında sabiq müttəfiq xalqların ərazisində münaqişə yaratması nəyə xidmət edir? Bir tərəfdən onları siyasi təsir dairəsində saxlamaq, digər tərəfdən, onlara silah satmaq. Hətta Ukrayna ilə münaqişə şəraitində olanda Poroşenkonun yaxın adamları Rusiyadan hərbi avadanlıqlar üçün hissələr alıb, ikiqat bahasına Ukrayna ordusuna satırdı

. Demək istəyirəm ki, Rusiya öz silah bazarını genişləndirməyə çalışır. Çünki Rusiyanın digər iqtisadi sahələrdə geriliyi özünü göstərir. Belə şəraitdə Türkiyə ilə silah sövdələşməsi Putinin ticarət uğurudur. Buna siyasi rəng vermək mənasızdır. ABŞ xarici siyasətində və biznes uğursuzluğunu pərdələmək üçün siyasi uydurmalar tapıb səsləndirir. Silah dəmirdir. Dəmiri bura yönəldərsə bura atar, ora yönəldərsən o tərəfə atar.

- Türkiyə-Rusiya yaxınlaşmasının tarixi nəticələri olub. Növbəti yaxınlaşmanın perspektivini necə görürsünüz?

- O dövrdəki Türkiyə Osmanlı imperiyası idi, elə Rusiya da imperiya idi. Onların arasında çox müharibələr olub. İndi Türkiyə imperiya deyil. Rusiya da özünü imperiya kimi aparsa da, əslində imperiya deyil. Bu iki ölkə arasında müəyyən mövqe yaxınlaşması var və bu da əsaslıdır. Birincisi, coğrafi yaxınlıq var. İkincisi, siyasi məqsədlərin yaxınlığı var. Üçüncüsü, siyasi rəqabiləri ortaqdır. Dördüncüsü, eyni təhlükələrin mövcudluğu. Terrorizm Rusiya üçün olduğu kimi, Türkiyə üçün də təhlükədir. Buna qarşı da əməkdaşlıq edilir və yaxınlaşma baş verir. Əslində bu yaxınlaşma bizim üçün müsbət hadisədir. Çünki biz Türkiyə ilə yaxınıq, amma Rusiyadan uzaq deyilik. Böyük qonşularımız nə qədər mehriban olsalar, bizə bir o qədər yaxşıdır.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı ver
Bu gün, 16:30
"İşğalçı Ermənistanla fars hakimiyyətinin bu günkü qardaşlaşması nədir..?" - VİDEO
Bu gün, 14:00
Bakıda restoranın parkinqində insident: - müştəri döyülüb, avtomobili əlindən alınıb
Bu gün, 13:55
Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTO
Bu gün, 13:48
Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
Bu gün, 13:39
Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış - FOTO
Bu gün, 13:16
Səhiyyə Nazirliyi ləğv olunub! - qurumun qaynar xəttindən AÇIQLAMA
Bu gün, 13:15
Bu gün Dünya İqtisadi Forumu başlayır
Bu gün, 13:13
ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yaydı
Bu gün, 13:12
Nəriman Əliyev “Embawood” şefinin qabağına kimi çıxardı? - İDDİA
Bu gün, 13:06
“Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı komissiyanın ikinci iclasının tarixi dəqiqləşdirilir”
Bu gün, 13:04
Mərhum jurnalistin həyat yoldaşı vəfat edib
Bu gün, 13:03
Rusiya Dumasının sədri Tehrana rəsmi səfərə gedəcək
Bu gün, 12:53
Azərbaycan Prezidentinin köməkçisi Nobel Sülh Mükafatının Qorbaçovdan alınması üçün ictimai təşkilatları fəal olmağa çağırıb
Bu gün, 12:44
Şimal küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:40
“Onlar dedilər: Ser, onlar bir yerdədir. Ser, onların 2 dəqiqə 11 saniyəsi qalır…” - TRAMP SÜLEYMANİNİN ÖLDÜRÜLMƏSİNİ TƏSVİR EDİR
Bu gün, 12:33
"Doğrudanmı, mən bu ordunun tərkibində Əfqanıstanda xidmət etmişəm?"
Bu gün, 12:29
Azərbaycanlı gənclərdən 20 Yanvarla bağlı təsirli videoçarx - VİDEO
Bu gün, 12:26
Azərbaycanın tanınmış jurnalisti vəfat edib
Bu gün, 12:13
Analitik qrup 20 Yanvar faciəsinə az qalmış nələri proqnozlaşdırmışdı? - Keçmiş nazir açıqladı
Bu gün, 12:12
Təbrizi bir gecədə “Azadlıq” şüarları bəzədi - FOTO
Bu gün, 12:07
Gəmilər, avtomobillər və qatarlar səs siqnalları verib
Bu gün, 12:03
Qaradağda məskunlaşan seçicilər Vüqar Bayramovu böyük çoşğu ilə qarşılayıb - FOTO
Bu gün, 11:54
"Bakı və Sumqayıtda baş vermiş hadisələri ağ-qara rəngdə təsvir etmək mümkün deyil" - “Arqumenti i Nedeli”
Bu gün, 11:39
Xızıda narazılıq yaradan məmur kimdir? - İTTİHAM
Bu gün, 11:36
“Polislər məndən informasiya istəyirdilər” – Ekstrasensdən Nərmin hadisəsi ilə bağlı şok açıqlamalar
Bu gün, 11:29
Azərbaycanın əsas xarici ticarət tərəfdaşları açıqlanıb
Bu gün, 11:27
Elman Nəsirov Cəlilabadda rüsvay oldu - FOTO
Bu gün, 11:23
İran «Zəfər» süni peykini yaxın günlədə orbitə buraxacaq
Bu gün, 11:13
“Gör deputat adını nə qədər aşağılamışıq…” - Müğənnidən sərt sözlər
Bu gün, 11:06
“Həkim sözümü kəsərək, “get, kimə istəyirsən şikayət edirsən et, rədd ol otaqdan” dedi” - Özbaşınalıq
Bu gün, 11:03
"MSK-ya daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisə olunmaz dərəcədə azdır" - Məzahir Pənahov
Bu gün, 10:58
Gəncə Apelyasiya Məhkəməsinə şikayət verib, ancaq... - GİLEY
Bu gün, 10:48
Bu da İqbal Məmmədovun sərvəti... - SİYAHI
Bu gün, 10:43
Onun üzərində nə qədər xəstənin haqqı var... - İTTİHAM
Bu gün, 10:40
Peyman Sadıqov bir neçə şəhid ailəsini evlərində ziyarət edib - FOTO
Bu gün, 10:38
DSMF-in sosial təminat sektorunun müdiri bu işi tək bacarmaz... - NARAZILIQ...
Bu gün, 10:33
Qulaqlardan getməyən səs, anaların fəryadı, nalə, göz yaşı... - Sənətçilər qanlı gecədən danışdılar
Bu gün, 10:29
"Səhiyyə nazirliyi də kampaniya xatirinə bir neçə baş həkimi işdən çıxartdı, amma..." - GİLEY
Bu gün, 10:24
Lerikdə yaşanan məmur özbaşınalığı - İTTİHAM
Bu gün, 10:21
Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub
Bu gün, 10:16
"Bu Milli Məclisin köhnə heyətini Prezident qovmuşdu axı..." - ETİRAZ
Bu gün, 10:05
Biləsuvarda keçmiş məhkum 1,5 kq narkotiklə tutuldu
Bu gün, 10:02
Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
Bu gün, 09:58
Fəzail Ağamalı ilə bağlı qalmaqal: - Ziyarətdən sonra “şotu” verib
Bu gün, 09:57
Deputatlığa namizədlərin NƏZƏRİNƏ - Hesabatlar bu gündən təqdim edilməlidir
Bu gün, 09:55
İri ticarət mərkəzləri yenə problem yaradacaq - GƏLİŞMƏ
Bu gün, 09:53
“Bu iş məhkəməyə qədər davam edəcək” - PROBLEM
Bu gün, 09:51
Parlament seçkilərində “Exit-poll” keçirmək istəyən təşkilatlar üçün son gün
Bu gün, 09:47
“20 Yanvarı heç vaxt o hakimiyyətə bağışlamayacam...”
Bu gün, 09:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru