Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun! .....                     İstirahət bizim də haqqımızdır... .....                     “Azneft”ə yeni mətbuat katibi təyin edilib .....                     Şəmkirdə 31 yaşlı kişi bıçaqlanıb .....                     Gülay Zeynallının həyat yoldaşı salon işçilərini təhqir etdi: .....                     Trampın dövründə dövlət büdcəsinin kəsiri 1 trilyon dollara çatacaq .....                     Prezidentə ŞOK MÜRACİƏT .....                     “Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır .....                     Anasının zəncirləndiyi azyaşlı uşaq evinə yerləşdirildi .....                     Mehin Hümbətovadan tənqidlərə cavab: .....                     "Azərbaycan bu göstəriciyə görə MDB-də ikinci yeri tutur" .....                     Bakıda anasını telefon almadığına görə öldürən gəncə hökm oxunub .....                     Saakaşvili “Qarabağ Azərbaycandır” dedi .....                     "Azərbaycan heç zaman indiki qədər güclü, əzəmətli və müasir olmayıb" .....                     Dənizdə batanlar bu il niyə çox oldu? .....                     Taxta bazarındakı yanğında FHN əməkdaşı xəsarət alıb .....                     “Mühacir biznesi”: insanlar necə aldadılır? .....                     Mingəçevirdə şəhid adına hörmətsizlik: “Heç kim maraqlanmır” .....                     Yaqub Zurufçu Bakıda solo-konsert verəcək .....                     “Məmurlara kurs keçib, onlara adamlıq öyrədəsi deyillər ki...” .....                     "Hələ restoranı batırmayıb?" .....                     Rəqqasə Fatimə bikinidə alış-verişə çıxdı .....                     Məmurlara ÇAĞIRIŞ .....                     Azərbaycan Ermənistanın təxribatı ilə bağlı BMT Baş katibinə etiraz məktubu ünvanlayıb .....                     Zakir Qaralova sözü olanların .....                     "O, antisovet təbliğatı ilə əlaqədar təqib olunanda..." .....                     "Baksol" yolunda taxta anbarı yanır .....                     "Bəs niyə həkimlər xəstədən rüşvət alır..." .....                     İdlib: Yeni lokal gərginliyin qlobal səbəbləri .....                     Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi .....                     Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır" .....                     "Məhərrəm Qurbanov Azərbaycanın Yevgeni Leonovu idi" .....                     Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır .....                     Atasını qətlə yetirən oğulun etirafı: .....                     Atasını qətlə yetirən oğulun etirafı: .....                     Bu il Azərbaycanda 7 116 MMC qeydiyyata alınıb .....                     Dia.az-a haker hücumu olub .....                     "Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi" .....                     Tərtərdə iki yaşlı körpəni elektrik cərəyanı vuraraq öldürüb .....                     “Bu, biznesmen məmurlar üçün başağrısıdır” .....                 

Qarabağa "sülhməramlı qüvvələr" GƏTİRİLİRMİ? - TƏHLİL
Tarix: 16-07-2019, 10:25 | Çap et
Qarabağa "sülhməramlı qüvvələr" GƏTİRİLİRMİ?
Qarabağ danışıqlarında növbəti taym-aut müşahidə olunur. Bu arada erməni təxribatlarına müəyyən fasilə verilsə də, təmas xəttində hər an növbəti gərginliyin baş verə biləcəyi şübhə doğurmur.

Bu il ərzində Paris, Moskva və Vaşinqtonun ev sahibliyi ilə hər üç həmsədr Qarabağ danışıqlarına moderatorluq etdi. Lakin hələlik danışıqlarda prinsipial razılaşmanın əldə olunduğunu demək mümkün deyil. Hətta humanitar sahədə əməkdaşlıq etmək də mümkün olmayıb. Belə ki, Ermənistan əsir və girovların “Hamını hamıya” prinsipi ilə dəyişdirilməsinə qarşıdır. Son zamanlar vaxtaşırı belə xəbərlər dolaşır ki, həmsədr ölkələr bölgədə sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün planlar hazırlayır. Bir sıra hallarda bu üç dövlətin həmin planla bağlı yarışdığı iddia olunur. Hesab olunur ki, İran ətrafında kritik vəziyyətin yaranması şəraitində aparıcı güclər bu ölkə ilə həmsərhəd rayonlardan erməni işğalçılarını çıxartmaqla öz qüvvələrini həmin əraziyə gətirmək istəyirlər. Bu mənada sülhməramlıların yerləşdirilməsini təhlükəli sayanlar da kifayət qədərdir. Hesab olunur ki, bir neçə rayonun qaytarılması hesabına sülhməramlı qüvvələrin bölgəyə yerləşdirilməsi Azərbaycanın işğaldakı digər ərazilərini qaytarmasını əngəlləyəcək faktora çevrilə bilər.

Yeri gəlmişkən, Qarabağ Komitəsi iyulun 23-də-Ağdam rayonunun işğalı günündə mitinq keçirmək qərarına gəlib. Mitinq müzakirələrinin sonunda “Azərbaycan ərazisinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə dair Qarabağ Komitəsinin mövqeyi haqqında” sənəd qəbul edilib. Sənəddə deyilir ki, Qarabağ Komitəsi mövcud hərbi-siyasi status-kvonun saxlandığı şəraitdə Azərbaycan ərazisində hər hansı tərkibdə və statusda sülhməramlı qüvvələrin yerləşdirilməsini və bu sahədə sənədlər imzalanmasını defakto işğalın deyure tanınması olduğuna görə yolverilməz hesab edir. Sənəddə həmçinin bildirilir ki, Qarabağ Komitəsi hesab edir ki, işğalçı Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən tamamilə çıxarıldıqdan, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra Azərbaycan dövləti və onun orqanları Azərbaycanda yaşayan dinc erməni əsilli Azərbaycan vətəndaşlarının həyat və sağlamlıqlarının təhlükəsizliyinə, habelə Azərbaycan Konstitusiyasında, beynəlxalq hüquqda vətəndaş üçün təsbit olunmuş bütün hüquq və azadlıqlara, milli hüquq və azadlıqlara təminat verə, yerinə yetirmək əzmindədirlər. Ona görə də bunun üçün xarici sülhməramlı qüvvələrə ehtiyac yoxdur.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, hazırkı durumda sülhməramlı qüvvələrin yerləşdirilməsindən söhbət belə gedə bilməz: “Fikir versəniz, görərsiniz ki, son vaxtlar heç sülhməramlılar olmadan da atəşkəsə riayət olunur. Təbii ki, bunun kimə xeyir edib-etməməsi artıq başqa məsələdir. Sülhməramlı məsələsi də ABŞ-da keçən görüşdən sonra meydana çıxıb. Əgər Madrid prinsiplərinə uyğun olaraq işğal edilən ərazilərdən işğalçı qoşunlar çıxarsa, digər addımlar atıla bilər. Azərbaycan heç cür razı ola bilməz ki, qoşunların təmas xəttində, yəni Azərbaycan ərazilərində sülhməramlı qüvvələr olsun. Həmin qüvvələrin olması belə BMT və ATƏT-lə razılaşdırılmalıdır və marağı olmayan dövlətlərin nümayəndələrindən təşkil edilə bilməz. Təbii ki, buraya Rusiya, Fransa, ABŞ da daxildir”. Türkiyəyə gəldikdə, A.Nağıyev dedi ki, onların burada olmasını Ermənistan tərəfi qəti şəkildə qəbul etməz: “Bundan başqa, son vaxtlar qondarma ”DQR"i tərəf kimi gündəmə gətirməyə çalışan Ermənistan sülhməramlı məsələsini də Ermənistan XİN-in rəhbəri Mnatsakanyanın Bako Saakyan və Masis Mailyan ilə görüşündən sonra daha da aktiv şəkildə təbliğ edir". Politoloq təsdiqlədi ki, İran-ABŞ arasındakı gərginlik də bu prosesə təsir edən amillərdəndir: “İran düşünür ki, sülhməramlılar adı altında NATO qoşunları onun sərhədinə yaxınlaşa bilər və buna təbii ki, imkan verməməyə çalışacaq və bu münaqişənin gərginliyi region dövlətlərinə də gərək deyil. Digər neytral dövlətlərin isə hansı kriteriyalar üzrə seçilməsi çox çətin məsələdir. Hətta seçilsə belə, onların işinin tək sülhməramlılıq olacağı böyük sual altındadır. Deməli, ölklərin seçimi də elə aparılmalıdır ki, regional aktyorlar və iştirakçı dövlətlər bundan ancaq faydalansınlar. Bir sözlə, bu məsələ yaxın gələcəyin işi deyil və buna qədər görüləcək işlər həddən artıq çox və çətindir”.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı isə bildirdi ki, Dağlıq Qarabağda sülh danışıqları bir nəticə verəcəyi təqdirdə buraya sülhməramlı qüvvələrin yerləşdirilməsi şərt olaraq qoyulub: “Minsk Qrupunun təklif etdiyi Madrid prinsiplərində də bu var. Amerika ilə Rusiya arasında uzun illər rəqabət də bunun üstündə olub. Hansı qüvvələr? Rusiyanın təklif etdiyi və ona bağlı qüvvələrmi, yoxsa beynəlxalq güclərmi? Son vaxtlar bu mövzunun gündəmə gətirilməsi göstərir ki, hər iki supergüc bu məsələdə anlaşıb”. Q.Çaxmaqlı qeyd etdi ki, sülhməramlılar təkcə Rusiyaya aid olmayacaq: “Amerika Konqresində son ermənipərəst qərar da - münaqişənin yalnız sülh yolu ilə həll edilməsi ilə bağlı - göstərir ki, bu güclər Azərbaycana öz ərazilərini hərbi yolla azad etmək imkanı verməyəcəklər”. Ekspert dedi ki, İran ətrafındakı olayların bu məsələlərə müsbət təsir edəcəyi ilə bağlı səslənən fikirlərə də yer qalmayacaq: “Biz sülhməramlıların burada yerləşdirilməsi məsələsini nəzarətdən çıxarmışıq. Artıq bu məsələni də başqa ölkələr həll edir. Kimin sülhməramlı qüvvələri bizə sərf edir məsələsinə gəlincə, onların heç biri Azərbaycanın maraqlarına xidmət etməyəcək. Dağlıq Qarabağı bu proseslər bizdən daha da uzaqlaşdıracaq. Bu məsələdə mən Türkiyənin aktiv rol almasını arzulayardım. Ermənistan Türkiyə sülhməramlılarının buraya gəlməsinə əvvəldən qarşı çıxır. Amma şərt olaraq biz də onu irəli sürə bilərik ki, beynəlxalq güclərin tərkibində Türk ordusu da olsun”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!
Bu gün, 07:06
İstirahət bizim də haqqımızdır... - Tezliklə işimizin başında olacağıq...
Dünən, 08:05
“Azneft”ə yeni mətbuat katibi təyin edilib
22-08-2019, 18:02
Şəmkirdə 31 yaşlı kişi bıçaqlanıb
22-08-2019, 18:00
Gülay Zeynallının həyat yoldaşı salon işçilərini təhqir etdi: - “Ayda altı-yeddi oğlan..."
22-08-2019, 17:58
Trampın dövründə dövlət büdcəsinin kəsiri 1 trilyon dollara çatacaq
22-08-2019, 17:51
Prezidentə ŞOK MÜRACİƏT - Baş redaktor İlham Əliyevə nələri yazdı...
22-08-2019, 17:47
“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır
22-08-2019, 17:28
Anasının zəncirləndiyi azyaşlı uşaq evinə yerləşdirildi
22-08-2019, 17:13
Mehin Hümbətovadan tənqidlərə cavab: - "Mən milyoner deyiləm"
22-08-2019, 17:04
"Azərbaycan bu göstəriciyə görə MDB-də ikinci yeri tutur" - deputat
22-08-2019, 16:58
Bakıda anasını telefon almadığına görə öldürən gəncə hökm oxunub
22-08-2019, 16:54
Saakaşvili “Qarabağ Azərbaycandır” dedi - Azərbaycanlı deputat onu “populist” adlandırdı
22-08-2019, 16:53
"Azərbaycan heç zaman indiki qədər güclü, əzəmətli və müasir olmayıb" - Əli Əhmədov
22-08-2019, 16:51
Dənizdə batanlar bu il niyə çox oldu? - İlginc səbəbi açıqlandı
22-08-2019, 16:47
Taxta bazarındakı yanğında FHN əməkdaşı xəsarət alıb
22-08-2019, 16:45
“Mühacir biznesi”: insanlar necə aldadılır? - RƏYLƏR
22-08-2019, 16:43
Mingəçevirdə şəhid adına hörmətsizlik: “Heç kim maraqlanmır” - VİDEO
22-08-2019, 16:41
Yaqub Zurufçu Bakıda solo-konsert verəcək
22-08-2019, 16:37
“Məmurlara kurs keçib, onlara adamlıq öyrədəsi deyillər ki...” - deputat
22-08-2019, 16:21
"Hələ restoranı batırmayıb?" - Samir Niyamı ələ saldı
22-08-2019, 16:19
Rəqqasə Fatimə bikinidə alış-verişə çıxdı - FOTO
22-08-2019, 16:17
Məmurlara ÇAĞIRIŞ - "Hamınz oğurladıqlarnız qusacaqsınız..."
22-08-2019, 16:07
Azərbaycan Ermənistanın təxribatı ilə bağlı BMT Baş katibinə etiraz məktubu ünvanlayıb
22-08-2019, 15:57
Zakir Qaralova sözü olanların NƏZƏRİNƏ
22-08-2019, 15:57
"O, antisovet təbliğatı ilə əlaqədar təqib olunanda..." - deputat
22-08-2019, 15:54
"Baksol" yolunda taxta anbarı yanır
22-08-2019, 15:41
"Bəs niyə həkimlər xəstədən rüşvət alır..." - İTTİHAM
22-08-2019, 15:40
İdlib: Yeni lokal gərginliyin qlobal səbəbləri - TƏHLİL
22-08-2019, 15:38
Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi - “2 manata kartof olmaz”
22-08-2019, 15:33
Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır"
22-08-2019, 15:29
"Məhərrəm Qurbanov Azərbaycanın Yevgeni Leonovu idi"
22-08-2019, 15:26
Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır
22-08-2019, 15:24
Atasını qətlə yetirən oğulun etirafı: - "Kartı vermədiyinə görə öldürdüm"
22-08-2019, 15:22
Atasını qətlə yetirən oğulun etirafı: - "Kartı vermədiyinə görə öldürdüm"
22-08-2019, 15:21
Bu il Azərbaycanda 7 116 MMC qeydiyyata alınıb
22-08-2019, 15:14
Dia.az-a haker hücumu olub
22-08-2019, 14:16
"Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi" - Əli Həsənov
22-08-2019, 12:27
Tərtərdə iki yaşlı körpəni elektrik cərəyanı vuraraq öldürüb
22-08-2019, 12:26
“Bu, biznesmen məmurlar üçün başağrısıdır” - Oliqarxların gücü
22-08-2019, 12:24
Gürcüstan vətəndaşı Bakıda homoseksuallara siqaret vermədi, döyüldü
22-08-2019, 12:21
Qondarma "DQR"-in daha bir hesabatı BMT-nin saytında yerləşdirilib - Azərbaycana qarşı növbəti təxribat
22-08-2019, 12:19
Azərbaycanlı aparıcı Rusiyadakı torpaq sahəsini satdı
22-08-2019, 12:18
Bakıda 20 min manatlıq təkər oğurlayanlar saxlanılıb
22-08-2019, 12:14
Azərbaycan nefti bahalaşıb
22-08-2019, 12:13
İdarə rəisini intim videoları ilə şantaj etməkdə suçlanan iş adamı azadlığa buraxılmadı
22-08-2019, 11:57
Azərbaycanlı jurnalist gürcü oliqarxa boyun əymədi... - FOTO
22-08-2019, 11:55
Üç uşaq anası evdən niyə qacıb? - “O hadisəyə görə izahatı alınmışdı”
22-08-2019, 11:52
"Bu ər söhbətini bağlayaq?" - Ərinin sevgilisini döydüyü deyilən azərbaycanlı müğənni əsəbiləşdi
22-08-2019, 11:50
Bank 14-yaşlı uşağa böyük məbləğdə krediti necə verib? - İLGİNC
22-08-2019, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru