Dünya İqtisadi Forumu çərçivəsində "Caspian Week" forumu başlayır .....                     Tramp bu qadınlara viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir .....                     Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı ver .....                     "İşğalçı Ermənistanla fars hakimiyyətinin bu günkü qardaşlaşması nədir..?" .....                     Bakıda restoranın parkinqində insident: .....                     Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb .....                     Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb .....                     Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış .....                     Səhiyyə Nazirliyi ləğv olunub! .....                     Bu gün Dünya İqtisadi Forumu başlayır .....                     ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yaydı .....                     Nəriman Əliyev “Embawood” şefinin qabağına kimi çıxardı? .....                     “Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı komissiyanın ikinci iclasının tarixi dəqiqləşdirilir” .....                     Mərhum jurnalistin həyat yoldaşı vəfat edib .....                     Rusiya Dumasının sədri Tehrana rəsmi səfərə gedəcək .....                     Azərbaycan Prezidentinin köməkçisi Nobel Sülh Mükafatının Qorbaçovdan alınması üçün ictimai təşkilatları .....                     Şimal küləyi əsəcək .....                     “Onlar dedilər: Ser, onlar bir yerdədir. Ser, onların 2 dəqiqə 11 saniyəsi qalır…” .....                     "Doğrudanmı, mən bu ordunun tərkibində Əfqanıstanda xidmət etmişəm?" .....                     Azərbaycanın tanınmış jurnalisti vəfat edib .....                     Analitik qrup 20 Yanvar faciəsinə az qalmış nələri proqnozlaşdırmışdı? .....                     Təbrizi bir gecədə “Azadlıq” şüarları bəzədi .....                     Gəmilər, avtomobillər və qatarlar səs siqnalları verib .....                     Qaradağda məskunlaşan seçicilər Vüqar Bayramovu böyük çoşğu ilə qarşılayıb .....                     "Bakı və Sumqayıtda baş vermiş hadisələri ağ-qara rəngdə təsvir etmək mümkün deyil" .....                     Xızıda narazılıq yaradan məmur kimdir? .....                     “Polislər məndən informasiya istəyirdilər” .....                     Azərbaycanın əsas xarici ticarət tərəfdaşları açıqlanıb .....                     Elman Nəsirov Cəlilabadda rüsvay oldu .....                     İran «Zəfər» süni peykini yaxın günlədə orbitə buraxacaq .....                     “Həkim sözümü kəsərək, “get, kimə istəyirsən şikayət edirsən et, rədd ol otaqdan” dedi” .....                     "MSK-ya daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisə olunmaz dərəcədə azdır" .....                     Gəncə Apelyasiya Məhkəməsinə şikayət verib, ancaq... .....                     Bu da İqbal Məmmədovun sərvəti... .....                     Onun üzərində nə qədər xəstənin haqqı var... .....                     Peyman Sadıqov bir neçə şəhid ailəsini evlərində ziyarət edib .....                     DSMF-in sosial təminat sektorunun müdiri bu işi tək bacarmaz... .....                     "Səhiyyə nazirliyi də kampaniya xatirinə bir neçə baş həkimi işdən çıxartdı, amma..." .....                     Lerikdə yaşanan məmur özbaşınalığı .....                     Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub .....                 

"Kadr çatışmazlığı olan məktəbdə müəllimin yaşına və qəbul balına baxılmır" - Məhəbbət Vəliyeva
Tarix: 15-07-2019, 17:26 | Çap et
 "Kadr çatışmazlığı olan məktəbdə müəllimin yaşına və qəbul balına baxılmır"
“Bu gün ölkədə fəaliyyət göstərən bəzi məktəblərdə 18 ibtidai sinif olmasına baxmayaraq, 26 ibtidai sinif müəllimi var. Belədə optimallaşdırma aparılması üçün yollardan biri yaş həddinə çatmış işçinin əmək müqaviləsinə xitam verməkdir.Əks təqdirdə dərs saatını tənzimləmək mümkün deyil”.

“Report” xəbər verir ki, bu fikirləriTəhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, yaş həddinə çatan müəllimlər arasında nəzərə alınan amillərdən biri məktəbdəki ümumi dərs saatlarının sayıdır: “Vaxtilə işəgötürənin məsuliyyətsizliyi, sui-istifadə hallarına yol verilməsi nəticəsində lazım olmayan əlavə adam işə götürülürdü. Bu hal, əsasən rayon və kənd məktəblərində məşhur idi. Halbuki məktəbdə cəmi 15 saat dərs var, amma 3 müəllim işləyir”.

M.Vəliyeva bildirib ki, dərs saatının da tənzimlənməsi zamanı nəzərə alınan amillərdən biri müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticəsidir: “Dərs saatı azdırsa, müəllimin də diaqnostik qiymətləndirilməsi nəticəsi zəifdirsə, artıq həmin müəllimi məktəbdə saxlamaq üçün heç bir əsas yoxdur. Əgər müəllimin dərs saatı çoxdursa, səhhəti imkan verirsə və onun dövlət təltifləri varsa, biz istisnalara yol veririk. İkinci bir halı da qeyd edim. Məsələn, əgər ibtidai sinif müəllimi 64 yaşında I sinfi götürübsə, demək o, 68 yaşında ibtidai sinfi təhvil verməlidir. Biz burada varisliyi gözləmək üçün həmin müəllimlərlə müddəti uzadırıq. Müəllim sinfi təhvil verməyənə qədər onunla əmək müqaviləsinə xitam verilmir. Amma bu, bütün fənn müəllimlərinə şamil olunmur. Kadr çatışmazlığı olan yerdə nə yaşa, nə də qəbul balına baxılır”.