Dünya İqtisadi Forumu çərçivəsində "Caspian Week" forumu başlayır .....                     Tramp bu qadınlara viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir .....                     Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı ver .....                     "İşğalçı Ermənistanla fars hakimiyyətinin bu günkü qardaşlaşması nədir..?" .....                     Bakıda restoranın parkinqində insident: .....                     Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb .....                     Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb .....                     Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış .....                     Səhiyyə Nazirliyi ləğv olunub! .....                     Bu gün Dünya İqtisadi Forumu başlayır .....                     ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yaydı .....                     Nəriman Əliyev “Embawood” şefinin qabağına kimi çıxardı? .....                     “Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı komissiyanın ikinci iclasının tarixi dəqiqləşdirilir” .....                     Mərhum jurnalistin həyat yoldaşı vəfat edib .....                     Rusiya Dumasının sədri Tehrana rəsmi səfərə gedəcək .....                     Azərbaycan Prezidentinin köməkçisi Nobel Sülh Mükafatının Qorbaçovdan alınması üçün ictimai təşkilatları .....                     Şimal küləyi əsəcək .....                     “Onlar dedilər: Ser, onlar bir yerdədir. Ser, onların 2 dəqiqə 11 saniyəsi qalır…” .....                     "Doğrudanmı, mən bu ordunun tərkibində Əfqanıstanda xidmət etmişəm?" .....                     Azərbaycanın tanınmış jurnalisti vəfat edib .....                     Analitik qrup 20 Yanvar faciəsinə az qalmış nələri proqnozlaşdırmışdı? .....                     Təbrizi bir gecədə “Azadlıq” şüarları bəzədi .....                     Gəmilər, avtomobillər və qatarlar səs siqnalları verib .....                     Qaradağda məskunlaşan seçicilər Vüqar Bayramovu böyük çoşğu ilə qarşılayıb .....                     "Bakı və Sumqayıtda baş vermiş hadisələri ağ-qara rəngdə təsvir etmək mümkün deyil" .....                     Xızıda narazılıq yaradan məmur kimdir? .....                     “Polislər məndən informasiya istəyirdilər” .....                     Azərbaycanın əsas xarici ticarət tərəfdaşları açıqlanıb .....                     Elman Nəsirov Cəlilabadda rüsvay oldu .....                     İran «Zəfər» süni peykini yaxın günlədə orbitə buraxacaq .....                     “Həkim sözümü kəsərək, “get, kimə istəyirsən şikayət edirsən et, rədd ol otaqdan” dedi” .....                     "MSK-ya daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisə olunmaz dərəcədə azdır" .....                     Gəncə Apelyasiya Məhkəməsinə şikayət verib, ancaq... .....                     Bu da İqbal Məmmədovun sərvəti... .....                     Onun üzərində nə qədər xəstənin haqqı var... .....                     Peyman Sadıqov bir neçə şəhid ailəsini evlərində ziyarət edib .....                     DSMF-in sosial təminat sektorunun müdiri bu işi tək bacarmaz... .....                     "Səhiyyə nazirliyi də kampaniya xatirinə bir neçə baş həkimi işdən çıxartdı, amma..." .....                     Lerikdə yaşanan məmur özbaşınalığı .....                     Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub .....                 

İnternet provayderləri hüququmuzu belə pozur: - Qiymət baha, xidmət aşağı...
Tarix: 15-07-2019, 16:47 | Çap et
İnternet provayderləri hüququmuzu belə pozur:
İnternet provoyderlərinin göstədiyi xidmət təyin etdikləri qiymətlərə adekvat deyil.

Qiymət baha, xidmət isə keyfiyyətsizdir. Məhz bu səbəbdən son zamanlar internetlə bağlı narazılıqlar artıb.

Diqqətə çatdıraq ki, bu ilin mayında “Delta Telekom LTD” MMM provayderlərə təmin olunan internetin qiymətində təxminən 70 faizə qədər endirim etməklə bağlı qərar qəbul edib.

Bildirilib ki, bunun məqsədi internet xidmətinin keyfiyyətinin yüksəldilməsi və qiymətlərin hər bir şəxs üçün əlçatan olmasının təmin edilməsidir.

Mayın 10-dan endirim qiymətlərindən istifadə etmək istəyən provayderlər satdığı internetin keyfiyyətinin yüksək səviyyədə olması və son istifadəçiyə qiymətlərdə endirim etməsi öhdəliyini götürməli idi. Ancaq 2 aydan artıq vaxt keçsə də, internet xidmətlərində ciddi ucuzlaşma yoxdur.

Cebhe.info xəbər verir ki, üstəlik şirkətlərin təklif etdiyi qiymətlər arasında da kifayət qədər böyük fərq var.

Məsələn, “Connect” provoyder şirkətinin təklif etdiyi qiymət “Azeurotel”lə müqayisədə 2 dəfə bahadır.

“Connect” şirkəti 10/10 Mbit/san sürətli interneti 20 manata, “Azeurotel” isə 20/20 Mbit/sani internet xidməti 18 manata təklif edi. Üstəlik buna telefon ödənişi də daxil edilib.

Digər təkliflərdə xidmətlər eyni olsa da, qiymət arasında ciddi fərq mövcuddur. Bunu təqdim edilən fotolardan da görmək mümkündür.

İnternetin keyfiyyəti isə demək olar ki, bütün şirkətlərdə eynidir. Hər gün mütəmadi olaraq internet verilişində fasilələr, kəsintilər yaranır, xəbərdarlıq olmadan proflaktik təmir adı altında saatlarla internet verilişi dayandırılır.

İnternet provayderlər müxtəlif bəhanələrlə əvvəlcədən alınan ödənişin müqabilində keyfiyyətsiz xidmət göstərərək əslində istahlakçı hüquqlarını pozur.

İnternet provayderləri hüququmuzu belə pozur:
İnternet provayderləri hüququmuzu belə pozur: