Dünya İqtisadi Forumu çərçivəsində "Caspian Week" forumu başlayır .....                     Tramp bu qadınlara viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir .....                     Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı ver .....                     "İşğalçı Ermənistanla fars hakimiyyətinin bu günkü qardaşlaşması nədir..?" .....                     Bakıda restoranın parkinqində insident: .....                     Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb .....                     Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb .....                     Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış .....                     Səhiyyə Nazirliyi ləğv olunub! .....                     Bu gün Dünya İqtisadi Forumu başlayır .....                     ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yaydı .....                     Nəriman Əliyev “Embawood” şefinin qabağına kimi çıxardı? .....                     “Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı komissiyanın ikinci iclasının tarixi dəqiqləşdirilir” .....                     Mərhum jurnalistin həyat yoldaşı vəfat edib .....                     Rusiya Dumasının sədri Tehrana rəsmi səfərə gedəcək .....                     Azərbaycan Prezidentinin köməkçisi Nobel Sülh Mükafatının Qorbaçovdan alınması üçün ictimai təşkilatları .....                     Şimal küləyi əsəcək .....                     “Onlar dedilər: Ser, onlar bir yerdədir. Ser, onların 2 dəqiqə 11 saniyəsi qalır…” .....                     "Doğrudanmı, mən bu ordunun tərkibində Əfqanıstanda xidmət etmişəm?" .....                     Azərbaycanın tanınmış jurnalisti vəfat edib .....                     Analitik qrup 20 Yanvar faciəsinə az qalmış nələri proqnozlaşdırmışdı? .....                     Təbrizi bir gecədə “Azadlıq” şüarları bəzədi .....                     Gəmilər, avtomobillər və qatarlar səs siqnalları verib .....                     Qaradağda məskunlaşan seçicilər Vüqar Bayramovu böyük çoşğu ilə qarşılayıb .....                     "Bakı və Sumqayıtda baş vermiş hadisələri ağ-qara rəngdə təsvir etmək mümkün deyil" .....                     Xızıda narazılıq yaradan məmur kimdir? .....                     “Polislər məndən informasiya istəyirdilər” .....                     Azərbaycanın əsas xarici ticarət tərəfdaşları açıqlanıb .....                     Elman Nəsirov Cəlilabadda rüsvay oldu .....                     İran «Zəfər» süni peykini yaxın günlədə orbitə buraxacaq .....                     “Həkim sözümü kəsərək, “get, kimə istəyirsən şikayət edirsən et, rədd ol otaqdan” dedi” .....                     "MSK-ya daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisə olunmaz dərəcədə azdır" .....                     Gəncə Apelyasiya Məhkəməsinə şikayət verib, ancaq... .....                     Bu da İqbal Məmmədovun sərvəti... .....                     Onun üzərində nə qədər xəstənin haqqı var... .....                     Peyman Sadıqov bir neçə şəhid ailəsini evlərində ziyarət edib .....                     DSMF-in sosial təminat sektorunun müdiri bu işi tək bacarmaz... .....                     "Səhiyyə nazirliyi də kampaniya xatirinə bir neçə baş həkimi işdən çıxartdı, amma..." .....                     Lerikdə yaşanan məmur özbaşınalığı .....                     Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub .....                 

"Azərbaycanda su qıtlığı var və quraqlıq mövsümündə bunun təsiri daha ciddi hiss olunur" - BMT rəsmisi
Tarix: 15-07-2019, 15:53 | Çap et
 "Azərbaycanda su qıtlığı var və quraqlıq mövsümündə bunun təsiri daha ciddi hiss olunur"
“Hazırda dünyada torpaqların deqradasiyası əsas problemlərdən biridir. Bu, ilk növbədə, ərzaq təhlükəsizliyi, ekosistemin pozulmasına gətirib çıxarır. Mənə verilən məlumatlardan belə nəticəyə gəldim ki, Azərbaycanda quraqlıq və suyun qorunması ilə bağlı böyük işlər görülür”.

Bu fikirləri "Report"a açıqlamasında Bakıda səfərdə olan BMT Baş Katibinin müavini, qurumun “Səhralaşma ilə mübarizə haqqında” Konvensiyasının baş katibi İbrahim Tyao deyib.

Onun sözlərinə görə, Azərbaycanda çirkli torpaqların təmizlənməsi istiqamətində ciddi addımlar atılır: "Bu məsələlər ən aktual mövzulardan biridir. Azərbaycan bu sahə ilə bağlı konvensiyaya qoşulandan sonra Mərkəzi və Şərqi Avropa, eləcə də Asiya ölkələri arasında ən aktiv ölkə kimi Azərbaycanı qeyd etmək olar".

BMT Baş Katibinin müavini mövcud problemlərin aradan qaldırılması üçün tövsiyələrini də verib: "Azərbaycanda su qıtlığı var və quraqlıq mövsümü olanda bunun təsiri daha ciddi hiss olunur. Bu da ölkənin bir çox regionlarında müşahidə olunur. Bu da həm kənd təsərrüfatına, heyvandarlığa, içməli suya, hətta sənayeyə belə öz təsirini göstərir. Bununla bağlı bir çox işlər görülməlidir. Neft və qaz ölkəsi olaraq burada çirkli torpaqlar məsələsi də gündəmdədir. İstənilən halda bilmək lazımdır ki, neftin hasil edilməsi təbiətin məhvi bahasına başa gəlməməlidir. Azərbaycan ərazisinin 12%-ə yaxını meşə örtüyüdür və bu sahələri artırmaq lazımdır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin sektor müdiri, “Səhralaşma ilə mübarizə haqqında” Konvensiyasının Azərbaycan üzrə koordinatoru Sadiq Salmanov isə qeyd edib ki, ölkəmizin torpaq fondunun 43%-i eroziyaya uğrayan sahələrdir: “Bunun da 3 milyon hektarı, təxminən, su eroziyasına məruz qalıb. Təbii ki, bu torpaqların bərpası zaman tələb edir. Bu istiqamətdə də işlər davam etdiriləcək”.

Onun sözlərinə görə, Azərbaycanın, əsasən, Aran zonasında şoranlaşma baş verir: “Bura Ucar, Kürdəmir, Yevlax, Bərdə, İmişli, Sabirabad rayonları aiddir. Ölkədə şoranlaşmış torpaqların sahəsi, təxminən, 1,2 milyon hektara yaxındır”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində bu gün Azərbaycanda səhralaşma problemi, quraqlığa gətirib çıxaran səbəblər, o cümlədən su ehtiyatlarının azalması, problemin həlli üçün sudan səmərəli istifadə və su itkilərinin azaldılmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb, bu sahədə Konvensiya ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.