Dünya İqtisadi Forumu çərçivəsində "Caspian Week" forumu başlayır .....                     Tramp bu qadınlara viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir .....                     Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı ver .....                     "İşğalçı Ermənistanla fars hakimiyyətinin bu günkü qardaşlaşması nədir..?" .....                     Bakıda restoranın parkinqində insident: .....                     Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb .....                     Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb .....                     Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış .....                     Səhiyyə Nazirliyi ləğv olunub! .....                     Bu gün Dünya İqtisadi Forumu başlayır .....                     ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yaydı .....                     Nəriman Əliyev “Embawood” şefinin qabağına kimi çıxardı? .....                     “Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı komissiyanın ikinci iclasının tarixi dəqiqləşdirilir” .....                     Mərhum jurnalistin həyat yoldaşı vəfat edib .....                     Rusiya Dumasının sədri Tehrana rəsmi səfərə gedəcək .....                     Azərbaycan Prezidentinin köməkçisi Nobel Sülh Mükafatının Qorbaçovdan alınması üçün ictimai təşkilatları .....                     Şimal küləyi əsəcək .....                     “Onlar dedilər: Ser, onlar bir yerdədir. Ser, onların 2 dəqiqə 11 saniyəsi qalır…” .....                     "Doğrudanmı, mən bu ordunun tərkibində Əfqanıstanda xidmət etmişəm?" .....                     Azərbaycanın tanınmış jurnalisti vəfat edib .....                     Analitik qrup 20 Yanvar faciəsinə az qalmış nələri proqnozlaşdırmışdı? .....                     Təbrizi bir gecədə “Azadlıq” şüarları bəzədi .....                     Gəmilər, avtomobillər və qatarlar səs siqnalları verib .....                     Qaradağda məskunlaşan seçicilər Vüqar Bayramovu böyük çoşğu ilə qarşılayıb .....                     "Bakı və Sumqayıtda baş vermiş hadisələri ağ-qara rəngdə təsvir etmək mümkün deyil" .....                     Xızıda narazılıq yaradan məmur kimdir? .....                     “Polislər məndən informasiya istəyirdilər” .....                     Azərbaycanın əsas xarici ticarət tərəfdaşları açıqlanıb .....                     Elman Nəsirov Cəlilabadda rüsvay oldu .....                     İran «Zəfər» süni peykini yaxın günlədə orbitə buraxacaq .....                     “Həkim sözümü kəsərək, “get, kimə istəyirsən şikayət edirsən et, rədd ol otaqdan” dedi” .....                     "MSK-ya daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisə olunmaz dərəcədə azdır" .....                     Gəncə Apelyasiya Məhkəməsinə şikayət verib, ancaq... .....                     Bu da İqbal Məmmədovun sərvəti... .....                     Onun üzərində nə qədər xəstənin haqqı var... .....                     Peyman Sadıqov bir neçə şəhid ailəsini evlərində ziyarət edib .....                     DSMF-in sosial təminat sektorunun müdiri bu işi tək bacarmaz... .....                     "Səhiyyə nazirliyi də kampaniya xatirinə bir neçə baş həkimi işdən çıxartdı, amma..." .....                     Lerikdə yaşanan məmur özbaşınalığı .....                     Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub .....                 

Direktorun otağına qumbara atan şəxsin məhkəməsində ANAMA işçiləri dindiriləcək
Tarix: 12-07-2019, 16:24 | Çap et
Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbərinin otağına qumbara ataraq qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şirin Astanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Hadisə bu ilin mart ayında Sumqayıtda yerləşən "Azkompozit” MMC şirkətində baş verib. Ş.Astanov şirkətin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələrək əvvəlki işinə - idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsinə bərpa olunmasını tələb edib. Ş.Astanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxarıb direktorun otağına ataraq partlatmağa çalışıb. Amma qumbarada olan texniki nasazlıq səbəbi ilə partlayış baş verməyib.

"Azkompozit” MMC şirkətinin mühasibi Nailə İbrahimova bildirib ki, Şirin Astanov işdən çıxmadan öncə onunla da görüşüb. O qeyd edib ki, təqsirləndirilən şəxs öz ərizəsi ilə işdən çıxıb və heç bir narazılığı olmayıb.

Onun sözlərinə görə, hadisə günü baş verənləri müəssisə rəhbərinin köməkçisi Aynur xanımdan eşidib.

Müəssisədə mühəndis işləyən Rəsul Məmmədov isə ifadəsində deyib ki, direktorun otağından səs gələndə otaqdan çıxaraq ora gedib: "Aynurun səsinə eşidərək onun yanına qaçdım. Otağa keçəndə gördüm ki, Şirin dayı yerdədir. Rəsul müəllim də onun sinəsində oturub. Onları sakitləşdirmək istəyirdik. Bu vaxt qumbara ayağımın altına düşdü. Özümü itirdim, bir anlıq donduq. Qumbaranı vurub ayağımın altından uzaqlaşdırdılar. Mən dedim bəlkə indi partlayacaq. Hamımız birlikdə gedəcəyik. Qışqırdım ki, gəlin buradan çıxaq".

O əlavə edib ki, təxminən yarım saat sonra polis əməkdaşları gəlib. Şirin Astanov polisə təhvil verilib, ANAMA da qumbaranı zərərsizləşdirmək üçün müəssisəyə gəlib.

Digər şahid - müəssisənin xammal anbarının rəisi Ramiz Əliyev də oxşar məzmunlu ifadə verib.

Şirin Astanovun vəkili məhkəməyə müraciət edərək ANAMA işlərinin şahid qismində dindirilməsini istəyib. O bildirib ki, qumbara təlim məqsədli olub.

"Amma cinayət işi materiallarından görünür ki, qumbara ANAMA tərəfindən zərərsizləşdirilib, yəni partladılıb. Ancaq ANAMA işçilərindən heç kim şahid kimi dindirilməyib. Vəsatət verərək həmin şəxslərin dindirilməsini istəyirik", deyə vəkil bildirib.

Məhkəmə vəsatəti təmin edib. Proses növbəti həftə davam edəcək.

Ş.Astanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürməyə cəhd) maddəsi ilə ittiham verilib.