“İşləyə bilmirəm, istirahət etmək istəyirəm…” .....                     Əli Kərimlinin də mühacir biznes şəbəkəsi ifşa olunur .....                     Azərbaycan buğda idxalını kəskin artırıb .....                     Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın multietnik strukturunu vurğulayır .....                     Bakıda azyaşlı qıza təcavüz edən şəxsin məhkəməsi başladı .....                     Əfqanıstanda İŞİD-in 615 üzvü təslim olub .....                     Mandatı təhvil ver, İqbal Məmmədov! .....                     Mingəçevirdə usta təmir etdiyi evdə naməlum şəraitdə ölüb .....                     Ələt qəsəbəsində sakinlərin problemləri müzakirə olunub .....                     İranda benzinin bahalaşması ilə bağlı etiraz aksiyasında bir nəfər həlak olub .....                     YAP-ın MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib .....                     Qazanxanaların qaz təchizatı bərpa edilib .....                     “Azəriqaz” “Azəristiliktəchizat”a qadağa qoydu .....                     Pulsuzdursa, niyə 210 manat ödəyirik? .....                     "Atam Rüstəm İbrahimbəyova görə 5 il ev dustağı oldu, o isə... " .....                     Serbiya Prezidenti xəstəxanaya yerləşdirildi .....                     Əli Kərimlinin mühacir biznes şəbəkəsi ifşa olunur .....                     Dariqa Nazarbayeva Paşinyanla görüşdü .....                     “Qara mühasibatlıq”dan belə xilas olmaq olar .....                     Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib .....                     “Gördülər ki, ölkəmizdə fərqli dinə qarşı nifrət yoxdur” .....                     Qeyri-neft sektorunun inkişafında əsas maneə: rəqabət mühiti .....                     İranda yanacağın qiymətinin bahalaşmasına görə etiraz aksiyaları keçirilib .....                     Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib .....                     Şimal-şərq küləyi əsəcək .....                     74 yaşlı prorektor yenidən deputat olmaq istəyir: .....                     Qlobal qazma şirkəti 142 min manat cərimələnib .....                     Bakıda növbəti bahalaşma təhlükəsi: .....                     "Faşistlərlə ortaq olan Qaregin Njdenin xatirə lövhəsini boyayan şəxs vətəndaş qəhrəmanlığı edib" .....                     Dəhşətli qətl: Sinif yoldaşını öldürüb, yandırıb, sandığa gizlətdi .....                     "Mehriban Əliyevanın UNESKO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir" .....                     “Sarı jiletlilər”ə görə metro stansiyaları bağlandı .....                     Abşeronda avtomobil ADNSU-nun laboratoriya müdirini vuraraq öldürüb .....                     “70-80 yaşında insanın nə potensialı ola bilər axı?” .....                     Ermənistanda BƏƏ-dən olan iş adamının 1,07 milyon dolları mənimsənilib .....                     "S-400" raketləri Azərbaycanda yerləşdirilə bilərmi? .....                     "Sürücülər barəsində hazırda inzibati tənbeh görülmür" .....                     "Bəlkə Uelsə uduzub, Slovakiyaya qalib gəldik" .....                     Bakının məşhur zavodu satışa çıxarıldı .....                     Şəhid atasının ürəkağrıdan durumu... .....                 

“AzerGold” ixracdan 280 milyon manatdan çox gəlir əldə edib” - Zakir İbrahimov
Tarix: 12-07-2019, 15:21 | Çap et
“AzerGold” ixracdan 280 milyon manatdan çox gəlir əldə edib”
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri cənab Zakir İbrahimovun “Report” İnformasiya Agentliyinə müsahibəsi:

- “AzerGold” qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında öndə gələn şirkətlərdən biridir. Bilmək istərdik ki, indiyədək hansı həcmdə ixrac həyata keçirilib və ixrac əməliyyatlarından gəlir nə qədər olub? Bu il üçün ixrac hədəfi nə qədərdir?

- “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti “Çovdar” yatağında hasilat işlərinə 2016-ci ilin ikinci yarısında başlayıb. Hasil edilən qiymətli metalların beynəlxalq bazarlarda satışı müvafiq hüquqi prosedurlardan keçməyi tələb edir. 2017-ci ildə “AzerGold” QSC çoxsaylı audit və yoxlama prosedurlarını uğurla keçərək bir sıra beynəlxalq saflaşdırma şirkətləri tərəfindən müsbət rəy alıb, daha əlverişli kommersiya şərtləri təklif edən İsveçrənin dünyaca məşhur “Argor-Heraeus” şirkəti ilə 2017-ci ilin aprel ayında müqavilə imzalayıb və “Çovdar” qızıl mədənində hasil edilən qızıl və gümüşün ixracını həyata keçirməyə başlayıb. Ümumilikdə, 2017-ci ilin aprel ayından bu günədək cəmi 128 min unsiya qızıl və 194 min unsiya gümüş ixrac edilib, 280 milyon manatdan çox gəlir əldə edilib. Qeyd edim ki, 2019-cu il üçün ixrac edilməsi nəzərdə tutulan 55 min unsiya qızıldan 23 min unsiyası artıq ixrac edilib.

- Hazırda “Çovdar” yatağında hasilat həyata keçirilir. İndiyədək yataqdan hasilatın həcmi nə qədər olub? Bunun nə qədəri bu ilin ötən dövrünün payına düşür?

- 2016-cı ilin avqust ayında dövlət qeydiyyatını keçən “AzerGold” QSC qısa müddət ərzində korporativ strukturu, maddi-texniki bazanı və işçi heyətini formalaşdırdı. Aparılan müxtəlif təyinatlı təmir-tikinti işləri nəticəsində mədənin fəaliyyəti bərpa olunub, optimallaşdırılıb, istehsalat 24 saatlıq iş rejiminə keçirilib, işçilərin iş şəraiti təkmilləşdirilib, aktiv hasilat işlərinə başlanılıb və bu işlər bu gün də uğurla davam etdirilməkdədir. 30 iyun tarixinədək “AzerGold” QSC tərəfindən “Çovdar” yatağından ümumilikdə 103 382 unsiya qızıl və 173 180 unsiya gümüş hasil edilib. 2019-cu ilin 1 yanvar - 30 iyun tarixlərində hasilat göstəriciləri 23 710 unsiya qızıl və 43 904 unsiya gümüş təşkil edib. 2018-ci ilin birinci yarısı ilə müqayisədə hesabat dövründə qızıl istehsalı 21%, gümüş istehsalı isə 33% artıb.

- “Çovdar” yatağının dərin horizontlarının sulfid filizlərinin yeraltı istismarına hazırlıqla bağlı hazırda hansı işlər görülür? Burada ehtiyatlar hansı həcmdə qiymətləndirilir?

- Qeyd edim ki, “Çovdar” yatağının dərin horizontlarının sulfid filizlərini yeraltı istismarına hazırlıq üçün müvafiq işlər aparılmaqdadır. Hazırda mövcud məlumatlara əsasən ikinci fazanın kombinə edilmiş sxem üzrə - açıq və yeraltı üsullarla istismar olunması ehtimal edilir. Tanınmış beynəlxalq konsaltinq şirkəti olan “Micon International LTD” tərəfindən layihənin texniki-iqtisadi əsaslandırması bu il yekunlaşacaq. İlkin qiymətləndirməyə əsasən 6 illik açıq və yeraltı üsulla filiz istismarının illik həcmi təxminən 50 min qızıl ekvivalenti unsiya təşkil edəcək. İkinci faza çərçivəsində hasil ediləcək resursların daha da artırılması məqsədi ilə “Çovdar” yatağının cinahlarında intensiv geoloji-kəşfiyyat işləri aparılır.

- Böyük ehtiyatlara malik “Filizçay” yatağının işlənilməsinə nə vaxt başlanılacaq? Hazırda burada hansı işlər görülür? Ehtiyatlar hansı həcmdə qiymətləndirilir?

- Mövcud resursların həcminə görə nəinki Azərbaycan, hətta Avropa üçün strateji əhəmiyyətə malik “Filizçay” yatağı dünya polimetal yataqlarının ilk onluğuna daxildir. Yatağın ilkin texniki-iqtisadi əsaslandırma sənədi artıq hazırlanıb. Aparılan geoloji-kəşfiyyat işləri tam yekunlaşandan sonra yekun texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanmasına başlanılacaq. Hazırkı qiymətləndirməyə əsasən, yatağın 27 illik istismarı və mis, gümüş, sink və qurğuşun kimi metalların hasil edilməsi nəticəsində ölkə iqtisadiyyatına 7 milyard manatdan çox vəsaitin daxil olması gözlənilir.

- Azərbaycan qızılı və gümüşündən külçə və sikkələrin istehsalı ilə bağlı hansı planlarınız var? Hazırda satış həyata keçirilirmi?

- “AzerGold” QSC tərəfindən istehsal edilən qızıl və gümüş sikkə və külçələr “Made in Azerbaijan” brendinin təşviqi ilə yanaşı, müstəqil ölkəmiz üçün unikal layihədir. Hazırda bazarda mövcud təkliflər arasında yalnız “AzerGold” QSC tərəfindən təqdim edilən məhsullar Azərbaycanda hasil edilən qızıl və gümüşdən 999.9 əyarında istehsal edilib. Beynəlxalq keyfiyyət sertifikatları ilə təmin edilən məhsullarımız 10-a yaxın zərgərlik mağazalarında təklif olunur. İlkin mərhələdə istehsal edilən qızıl və gümüş sikkələrin üzərində Heydər Əliyev Mərkəzi, Qarabağ xalçası Çələbi və Qobustan qayaüstü naxışlarının təsvirləri yer alaraq, mədəniyyətimizin, incəsənətimizin və tariximizin daha da yaxşı tanıdılmasına öz töhfəsini verir. Layihənin növbəti mərhələlərində üzərində digər tarixi hadisələr, memarlıq və tarixi abidələr, həmçinin milli incəsənət nümunələri həkk olunan sikkələrin istehsalı da nəzərdə tutulub.

Qeyd edilənlərlə yanaşı, “AzerGold” QSC tərəfindən bazara yeni məhsulların çıxarılması, fərqli dizaynda sikkələrin istehsalı üzrə sifarişlərin daxil olmasına səbəb olub. Xatırladım ki, bu ilin iyul ayında Bakıda növbəti mötəbər tədbir, Avropa Gənclərinin Yay Olimpiya Festivalı keçiriləcək. Tədbir zamanı mədəniyyətimizi və tariximizi təbliğ etmək məqsədilə xarici qonaqlara təqdim olunacaq sikkələrin hazırlanması üzrə Gənclər və İdman Nazirliyi tərəfindən “AzerGold” QSC-yə müraciət edilib. Müraciət əsasında üzərində tədbirin loqosunun təsviri yer alan 999.9 əyarlı Azərbaycan gümüşündən müvafiq sikkələr istehsal edilib.

- Geoloji-kəşfiyyat işləri ilə bağlı məlumat verməyinizi istərdik. Hazırda hansı sahələrdə bu işlər aparılır? Bu istiqamətdə hansı işlər görülüb, gələcək planlar nələrdir?

- 2018-ci ildə “AzerGold” QSC tərəfindən yeraltı (sulfid) filizlərin ehtiyatlarını artırmaq məqsədi ilə Daşkəsən rayonunda yerləşən “Çovdar” yatağında, “Çovdar” yatağının yaxın cinahında yerləşən və “AzerGold” QSC-nin geoloqları tərəfindən ötən il kəşf olunmuş “Ağyoxuş” qızıl təzahürü sahəsində, Göygöl inzibati rayonunda yerləşən “Tülallar” sahəsində, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən “Ortakənd-Xanağa” perspektivli mis-qızıl filizi sahəsində ümumilikdə 17 min metrədək buruq-qazma işləri aparılıb, metallurji, laborator, geotexniki, hidroloji tədqiqatlar həyata keçirilib, “Filizçay” polimetal yatağı üzrə ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırlanıb.

Bu il “Filizçay”, “Ağyoxuş”, “Tülallar” və “Çovdar” yataqları üzrə ümumilikdə 40 min metr həcmində buruq-qazma işlərinin həyata keçirilməsi nəzərdə tutulub. “Çovdar” yatağının yaxınlığında yerləşən “Tülallar” və “Ağyoxuş” yataqlarının ehtiyatların təsdiq edilməsi, bu yataqlarda hasil olunan filizin “Çovdar” filiz emalı sahəsində emal edilməsi üçün şərait yaradacaq ki, bu da “AzerGold” QSC tərəfindən qiymətli metalların istehsalının maya dəyərini daha da aşağı salacaq.

- Aşkar edilmiş ehtiyatları qiymətləndirsəniz hazırda hansı həcmdə ehtiyat var?

- “AzerGold” QSC fəaliyyətə başladığı 2016-cı ildən etibarən kəşfiyyat-tədqiqat işləri aparır. 2018-ci ilin yekunlarına əsasən aparılan tədqiqat və kəşfiyyat işlərinin nəticəsi olaraq “AzerGold” QSC-nin istifadəsində olan sahə və yataqlar üzrə əlvan və qiymətli metal ehtiyatları beynəlxalq qiymətləndirmə standartları çərçivəsində təsdiqlənmiş, 2016-cı ilə nisbətdə 20 dəfəyə yaxın artıma nail olaraq təqribən 4 milyon qızıl ekvivalenti unsiyaya çatdırılıb. “Çovdar” yatağının yeraltı (sulfid) fazasının, yaxınlıqda yerləşən “Ağyoxuş” və “Tülallar”, “Filizçay” yatağının texniki-iqtisadi əsaslandırması yekunlaşandan sonra ehtiyatların həcmini daha da artıraraq, daha dəqiq qiymətləndirə biləcəyik.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İşləyə bilmirəm, istirahət etmək istəyirəm…” - Komitə sədrinin 70 yaşlı müavini
16-11-2019, 17:11
Əli Kərimlinin də mühacir biznes şəbəkəsi ifşa olunur - Baş Prokurorluqda istintaq aparılır
16-11-2019, 17:09
Azərbaycan buğda idxalını kəskin artırıb
16-11-2019, 17:06
Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın multietnik strukturunu vurğulayır - Tomas Qolts
16-11-2019, 17:05
Bakıda azyaşlı qıza təcavüz edən şəxsin məhkəməsi başladı
16-11-2019, 17:03
""Mama roza" olsaydım ən birinci xalan qızını çıxardardım" - Təranədən keçmiş əri Kərimə SƏRT CAVAB
16-11-2019, 17:00
Əfqanıstanda İŞİD-in 615 üzvü təslim olub
16-11-2019, 16:58
Elçin Əlibəyli Kərim və Lalə Məmmədova haqqında gündəmə BOMBA ATDI: - gey, erməni dığası, fahişə, "Mama roza"...
16-11-2019, 16:57
Mandatı təhvil ver, İqbal Məmmədov! - DEPUTATA AÇIQ MƏKTUB!
16-11-2019, 16:54
Mingəçevirdə usta təmir etdiyi evdə naməlum şəraitdə ölüb
16-11-2019, 16:52
Ələt qəsəbəsində sakinlərin problemləri müzakirə olunub
16-11-2019, 16:48
İranda benzinin bahalaşması ilə bağlı etiraz aksiyasında bir nəfər həlak olub
16-11-2019, 16:43
YAP-ın MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib
16-11-2019, 16:42
Qazanxanaların qaz təchizatı bərpa edilib - “Azəriqaz”
16-11-2019, 16:41
“Azəriqaz” “Azəristiliktəchizat”a qadağa qoydu - Bakıda heç bir binaya istilik verilmir
16-11-2019, 14:10
Pulsuzdursa, niyə 210 manat ödəyirik? - “Bu qədər böyük qiymət qoymaq...”
16-11-2019, 14:07
"Atam Rüstəm İbrahimbəyova görə 5 il ev dustağı oldu, o isə... " - Videomüsahibə
16-11-2019, 13:58
Şeyxülislam Allahşükür Paşazadənin ailəsində XOŞ GÜN
16-11-2019, 13:55
Serbiya Prezidenti xəstəxanaya yerləşdirildi
16-11-2019, 13:26
Əli Kərimlinin mühacir biznes şəbəkəsi ifşa olunur - Yeni faktlar üzə çıxdı
16-11-2019, 13:23
Dariqa Nazarbayeva Paşinyanla görüşdü
16-11-2019, 13:19
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya ailəsi ilə birgə vaxt tapıb konsertimə gəldikləri üçün təşəkkürümü bildirirəm - Maksim Qalkin
16-11-2019, 13:15
“Qara mühasibatlıq”dan belə xilas olmaq olar - MODEL
16-11-2019, 13:12
Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16-11-2019, 13:03
“Gördülər ki, ölkəmizdə fərqli dinə qarşı nifrət yoxdur” - deputat
16-11-2019, 12:58
Qeyri-neft sektorunun inkişafında əsas maneə: rəqabət mühiti - TƏHLİL
16-11-2019, 12:57
İranda yanacağın qiymətinin bahalaşmasına görə etiraz aksiyaları keçirilib
16-11-2019, 12:51
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16-11-2019, 12:49
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
16-11-2019, 12:48
74 yaşlı prorektor yenidən deputat olmaq istəyir: - "YAP-dan cavab gözləyirəm"
16-11-2019, 12:46
Qlobal qazma şirkəti 142 min manat cərimələnib
16-11-2019, 12:42
Bakıda növbəti bahalaşma təhlükəsi: - İctimai nəqliyyatın və taksilərin qiyməti artır?
16-11-2019, 12:42
Saxta ittihamla həbs olunan, güllələnən Azərbaycan aktyoru - ANIM
16-11-2019, 12:35
"Faşistlərlə ortaq olan Qaregin Njdenin xatirə lövhəsini boyayan şəxs vətəndaş qəhrəmanlığı edib" - Rusiyalı ekspert
16-11-2019, 12:32
Dəhşətli qətl: Sinif yoldaşını öldürüb, yandırıb, sandığa gizlətdi - VİDEO
16-11-2019, 12:31
"Mehriban Əliyevanın UNESKO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir" - Xoşməramlı səfirlər
16-11-2019, 12:28
“Sarı jiletlilər”ə görə metro stansiyaları bağlandı - Bakda yox, Parisdə...
16-11-2019, 12:04
Abşeronda avtomobil ADNSU-nun laboratoriya müdirini vuraraq öldürüb - YENİLƏNİB
16-11-2019, 12:00
“70-80 yaşında insanın nə potensialı ola bilər axı?” - Vəzifədən azad edilən məmur
16-11-2019, 11:59
Ermənistanda BƏƏ-dən olan iş adamının 1,07 milyon dolları mənimsənilib
16-11-2019, 11:55
"S-400" raketləri Azərbaycanda yerləşdirilə bilərmi? - GƏLİŞMƏ
16-11-2019, 11:53
"Sürücülər barəsində hazırda inzibati tənbeh görülmür"
16-11-2019, 11:50
"Bəlkə Uelsə uduzub, Slovakiyaya qalib gəldik"
16-11-2019, 11:48
Bakının məşhur zavodu satışa çıxarıldı
16-11-2019, 11:47
Şəhid atasının ürəkağrıdan durumu... - "Ürəyim istəyir ət alıb yeyəm, görürəm pulum çatmır"
16-11-2019, 11:45
Gənclər bilik yarışına qatıldılar
16-11-2019, 11:40
Ağdamın icra başçısı aprel qazisini incidir - VİDEO
16-11-2019, 11:39
Arif Hacılı özünü vә ortaqlarını müdafiә etmәk üçün artıq aksiomaları da tәkzib edir - Yafəz Əkrəmoğlu
16-11-2019, 11:34
Azərbaycan neftinin qiyməti 69 dollara yaxınlaşıb
16-11-2019, 11:32
Elçin Əlibəyli “Space”dən getdi
16-11-2019, 11:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru