Sumqayıt şəhərində karantin qaydalarına əməl etməyənlərə qarşı növbəti reyd keçirilib .....                     "Avqustun 5-dən “cimerlik.az” saytı fəaliyyətə başlayacaq" .....                     Sərt karantin rejiminin götürülməsi ilə bir sıra xüsusi qəbul və buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur .....                     “BMT Baş Assambleyasının xüsusi sessiyası bir günlük tədbir deyil, sessiya 1 il də davam edə bilər” .....                     “Vaksinləri istehsal edən şirkətlərlə işgüzar əlaqələr saxlanılır” .....                     "Bu gün regionlara gediş-gəliş yoluxmanı artıra bilər” .....                     “Pandemiya ilə əlaqədar dövlət tərəfindən vətəndaşlara dəstək paketləri davam etdiriləcək” .....                     "Ölkə üzrə sanitar epidemioloji vəziyyət nəzarətdə saxlanılır" .....                     Avqustun 31-dək ölkə üzrə bulvar və parklarda uşaq əyləncə məkanlarının fəaliyyətinə icazə verilməyəcək .....                     İki rayon sərt karantin rejimi zonasından çıxarıldı, .....                     Avqustun 31-dək ölkə üzrə bulvar və parklarda uşaq əyləncə məkanlarının fəaliyyətinə .....                     Ölkə üzrə ictimai iaşə obyektlərində qəlyandan istifadə qadağası qüvvədə saxlanılıb .....                     İdman zalları və kinoteatrlar avqustun 31-dək işləməyəcək .....                     Azərbaycanda indiyədək 32 684 nəfər COVID-19-a yoluxub, 468 nəfər vəfat edib .....                     Azərbaycanda ümumilikdə 744 837 koronavirus testi aparılıb .....                     Azərbaycanda daha 241 nəfər koronavirusa yoluxdu, 647 nəfər sağaldı, .....                     Sabah dollar neçəyə olacaq? .....                     13 şəhər və rayonda qüvvədə olan məhdudiyyətlər .....                     Bu sahədə vəziyyət acınacaqlıdır .....                     Gəncədə 38 yaşlı kişi intihar edib .....                     Şamaxı Astrofizika Rəsədxanası inkişaf edir… Amma necə? .....                     “Yaddaş xatirələr xəzinəsidir...” .....                     Ermənilər MN-in adına saxta "twitter" hesabı açıb .....                     Məşhur "İsti su" bulaqları baxımsız qalıb .....                     General Polad Həşimov haqqında kitab nəşr olunub .....                     Almaniya vətəndaşları Azərbaycan şirkətindəki paylarını satıb .....                     YAP-çı deputat DTX-ya müraciət etdi: .....                     Tovuzda yas verən ev sahibi cərimələnib .....                     Ermənistanın sabiq naziri koronavirusdan öldü .....                     Hadı Rəcəblinin obyekti icarəyə verildi .....                     Məmurlar İvanovkanı zəbt edib: sakinlər acınacaqlı durumda .....                     Ermənistanın Azərbaycanla sərhəd bölgəsində partlayış baş verib .....                     Siyəzəndə karantini pozanlar cərimələnib .....                     Rəqibin üzünə öskürən futbolçular meydandan qovulacaqlar .....                     İtaliya koronavirusla mübarizə çərçivəsində Azərbaycana tibbi heyət göndərir .....                     Azərbaycan və Türkiyə ordularını birləşdirir .....                     DİM rezidenturada iştirak edəcək namizədlərə müraciət edib .....                     Azərbaycanın fəxri konsulu ermənipərəst həmkarının “payını” verdi: .....                     Deputatlar gəlirlərini açıqlayacaqmı? .....                     Soysuzun mayası XARAB İMİŞ... .....                 

XİN Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girov götürülməsinin ildönümü ilə bağlı açıqlama yayıb
Tarix: 11-07-2019, 14:54 | Çap et
XİN Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girov götürülməsinin ildönümü ilə bağlı açıqlama yayıb
Xarici İşlər Nazirliyi (XİN) Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girov götürülməsinin beşinçi ildönümü ilə bağlı açıqlama yayıb.

"Report" xəbər verir ki, açıqlamada deyilir:

"Bu gün azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girovluqda saxlanılmasının beş ili tamam olur.

D.Əsgərov və Ş.Quliyev ölkəmizin Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq separatçı rejim tərəfindən uydurma iddialar əsasında mülki şəxslərimiz üzərində quruma “məhkəmə” təşkil edilərək, D.Əsgərov “ömürlük”, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Bu iki azərbaycanlı mülki şəxsin Ermənistan girovluğunda keçən hər bir günü işgəncə altında keçən növbəti bir gündür. D.Əsgərov və Ş.Quliyevin girov götürülməsindən əvvəlki və sonrakı görüntüləri onların girovluqda saxlandıqları müddətdə qeyri-insani rəftara, fiziki və mənəvi işgəncələrə məruz qaldığını açıq şəkildə sübut edir.

Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü nəticəsində ölkəmizin Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal olunub. İşğal edilmiş ərazilərdə etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı, o cümlədən D.Əsgərov və Ş.Quliyevin də ailə üzvləri öz doğma yurd-yuvalarından, mülklərindən didərgin salınıb.

Beynəlxalq hüququn imperativ norma və prinsiplərinə görə güc tətbiqi və ya güc təhdidi vasitəsilə ərazilərin əldə edilməsi heç bir halda qanuni hesab oluna bilməz. Bu prinsip Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrində bir daha təsdiq olunur. BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur, həmçinin münaqişənin həllinin beynəlxalq humanitar hüquqi əsasları müəyyən olunaraq, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması hüquqi təsbit olunur.

Beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzkar siyasətinin başladığı vaxtdan bu günədək münaqişə nəticəsində 3888 Azərbaycan vətəndaşı itkin düşüb; onlardan 718-i mülki şəxslərdir, o cümlədən 266 qadın, 71 uşaq və 326 yaşlı şəxs itkin düşmüş mülki vətəndaşlarımız sırasındadır.

Ermənistan, mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının müddəalarına zidd olaraq, beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozmaqda davam edir və Azərbaycan tərəfinin humanitar hüquq normalarına əməl olunmasına və hər iki tərəfdə saxlanılmış mülki şəxslərin “hamının hamıya” prinsipi əsasında tez bir zamanda qarşılıqlı surətdə azad edilməsinə dair çağırışlarına məhəl qoymur.

Ermənistan tərəfindən qeyri-insani davranış nümayiş etdirilərək beş il ərzində ağır şərtlər altında D.Əsgərov və Ş.Quliyevin girovluqda saxlanılması və digər bu xüsusda olan əməlləri münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vurur və gərginliyin daha da artmasına xidmət edir. Əgər Ermənistan tərəfi, dəfələrlə bəyan etdiyi kimi “münaqişənin yalnız sülh yolu ilə həlli üçün müvafiq şəraitin yaradılmasına” həqiqətən də nail olmaq istəyirsə, o zaman qanunsuz şəkildə girovluqda saxladığı Azərbaycanın mülki şəxslərinin azad olunması istiqamətində addımlar atmalıdır.

Xatırladırıq ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə işğalçı tərəf kimi Ermənistanın məsuliyyətini müəyyən etməklə yanaşı, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququnu bir daha təsdiq edib və mülk və əmlakın qaytarılması ilə əlaqədar hüquqi və texniki məsələlərlə bağlı beynəlxalq humanitar hüquq və insan hüquqlarının müvafiq standart və prinsiplərinin şamil edilməli olduğunu təsbit edib. Məhkəmənin qərarının 195-ci paraqrafında göstərildiyi kimi, hazırkı şəraitdə azərbaycanlıların öz evlərinə qayıtmasına başlıca əngəl Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdə davam edən mövcudluğu və atəşkəsin pozulmasıdır.

Girovluqda olan soydaşlarımızın tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün ali humanizm prisiplərini rəhbər tutaraq bütün beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini, aidiyyəti beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını Ermənistana ciddi təsir və təzyiq göstərməyə çağırırıq.

Azərbaycan D.Əsgərov və Ş.Quliyevin azad edilməsi məsələsini hər zaman diqqət mərkəzində saxlaylır və mülki şəxslərimizin azad olunması üçün zəruri tədbirlər bundan sonra da davam etdiriləcək".





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sumqayıt şəhərində karantin qaydalarına əməl etməyənlərə qarşı növbəti reyd keçirilib
Bu gün, 17:37
"Avqustun 5-dən “cimerlik.az” saytı fəaliyyətə başlayacaq"
Bu gün, 17:36
Telli Pənahqızı Azərbaycan ziyalılarına müraciət etdi: - "Hərəkətə keçmək zamanıdır"
Bu gün, 17:35
Sərt karantin rejiminin götürülməsi ilə bir sıra xüsusi qəbul və buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur
Bu gün, 17:31
“BMT Baş Assambleyasının xüsusi sessiyası bir günlük tədbir deyil, sessiya 1 il də davam edə bilər” - Hikmət Hacıyev
Bu gün, 17:26
“Vaksinləri istehsal edən şirkətlərlə işgüzar əlaqələr saxlanılır”
Bu gün, 17:24
"Bu gün regionlara gediş-gəliş yoluxmanı artıra bilər” - Hikmət Hacıyev
Bu gün, 17:23
“Pandemiya ilə əlaqədar dövlət tərəfindən vətəndaşlara dəstək paketləri davam etdiriləcək” - Prezidentin köməkçisi
Bu gün, 17:22
"Ölkə üzrə sanitar epidemioloji vəziyyət nəzarətdə saxlanılır" - PA rəsmisi
Bu gün, 17:19
Avqustun 31-dək ölkə üzrə bulvar və parklarda uşaq əyləncə məkanlarının fəaliyyətinə icazə verilməyəcək
Bu gün, 17:16
İki rayon sərt karantin rejimi zonasından çıxarıldı, bir rayon yenidən daxil edildi
Bu gün, 17:13
Avqustun 31-dək ölkə üzrə bulvar və parklarda uşaq əyləncə məkanlarının fəaliyyətinə icazə verilməyəcək
Bu gün, 17:11
Ölkə üzrə ictimai iaşə obyektlərində qəlyandan istifadə qadağası qüvvədə saxlanılıb
Bu gün, 17:10
İdman zalları və kinoteatrlar avqustun 31-dək işləməyəcək
Bu gün, 17:09
Azərbaycanda indiyədək 32 684 nəfər COVID-19-a yoluxub, 468 nəfər vəfat edib
Bu gün, 17:08
Azərbaycanda ümumilikdə 744 837 koronavirus testi aparılıb
Bu gün, 17:06
Azərbaycanda daha 241 nəfər koronavirusa yoluxdu, 647 nəfər sağaldı, 6 nəfər öldü
Bu gün, 17:05
Erməni mahnısını oxuduğu iddia olunan müğənninin VİDEO AÇIQLAMASI
Bu gün, 17:04
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:02
13 şəhər və rayonda qüvvədə olan məhdudiyyətlər - SİYAHI
Bu gün, 17:01
Bu sahədə vəziyyət acınacaqlıdır - deputat
Bu gün, 16:00
Gəncədə 38 yaşlı kişi intihar edib
Bu gün, 15:32
"Saxta xoşbəxtlik insanı daş ürəkli edər"
Bu gün, 15:31
Şamaxı Astrofizika Rəsədxanası inkişaf edir… Amma necə? - GƏLİŞMƏ
Bu gün, 15:26
“Yaddaş xatirələr xəzinəsidir...” - “Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq”
Bu gün, 15:24
Ermənilər MN-in adına saxta "twitter" hesabı açıb - Diqqət!
Bu gün, 15:20
Məşhur "İsti su" bulaqları baxımsız qalıb - VİDEO
Bu gün, 15:06
General Polad Həşimov haqqında kitab nəşr olunub
Bu gün, 15:05
Almaniya vətəndaşları Azərbaycan şirkətindəki paylarını satıb
Bu gün, 14:48
YAP-çı deputat DTX-ya müraciət etdi: - “Onlar buqələmundurlar”
Bu gün, 14:47
Tovuzda yas verən ev sahibi cərimələnib
Bu gün, 14:44
Ermənistanın sabiq naziri koronavirusdan öldü
Bu gün, 14:40
Hadı Rəcəblinin obyekti icarəyə verildi - FOTO
Bu gün, 14:39
Məmurlar İvanovkanı zəbt edib: sakinlər acınacaqlı durumda - Prezidentə müraciət
Bu gün, 14:33
Ermənistanın Azərbaycanla sərhəd bölgəsində partlayış baş verib
Bu gün, 14:25
Siyəzəndə karantini pozanlar cərimələnib
Bu gün, 14:24
Rəqibin üzünə öskürən futbolçular meydandan qovulacaqlar
Bu gün, 14:03
Gülyanaq və Gülyaz bacıları səhvən başqa toya gedib oxuyublar
Bu gün, 14:03
İtaliya koronavirusla mübarizə çərçivəsində Azərbaycana tibbi heyət göndərir
Bu gün, 14:00
"Mən ölkənin birinci vitse-prezidentinə müraciət edirəm, mənim imkanım yoxdur" - Xalq artisti
Bu gün, 13:59
Azərbaycan və Türkiyə ordularını birləşdirir - Düşmənlərə GÖZDAĞI
Bu gün, 13:56
DİM rezidenturada iştirak edəcək namizədlərə müraciət edib - Diqqət!
Bu gün, 13:52
Azərbaycanın fəxri konsulu ermənipərəst həmkarının “payını” verdi: - “Təkid etmək şeytana məxsusdur”
Bu gün, 13:52
Deputatlar gəlirlərini açıqlayacaqmı? - “YAP-dan göstəriş olsa, hesabat verərəm...”
Bu gün, 13:44
Soysuzun mayası XARAB İMİŞ... - AÇIQLAMA
Bu gün, 13:41
Gəncədə 38 yaşlı kişi meyiti tapılıb
Bu gün, 13:38
Avqustun 5-dən sonra rayonlara gediş-gəliş bərpa edilir? - Operativ Qərargahdan AÇIQLAMA
Bu gün, 13:32
Vuçiç Ermənistana silah satışını etiraf etdi - "Kimə satsaq da, mütləq digər tərəf narazı olacaq"
Bu gün, 13:30
Sərt karantin: Tamam, yoxsa davam? – ÜST-ün uzun müddət istəyinə CAVAB
Bu gün, 13:26
Sabiq məmurların sərvəti büdcəyə qaytarılmalıdır: - Onlar isə xaricdə mülk alırlar
Bu gün, 13:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru