“Azəriqaz" pul tapmır? .....                     Arif Hacılı "Real TV" toqquşması... .....                     “Azərbaycan hərbi əməliyyatlara başlamaq üçün ciddi arqumentlər əldə edib...” .....                     "Bundan sonra da hakim partiyada təmsil olunacağam" .....                     "Zaminbank"ın mənimsəmədə təqsirləndirilən vəzifəlilərinə şərti cəza verilib .....                     “Necə ola bilər ki, yayda təhlükəli olmadı, qışda oldu?” .....                     Kitab və çap məhsullarına ƏDV ləğv edilsin .....                     Uşaqpulu necə verilsin? - "İlk uşağa 50 manat, ikinciyə ... " .....                     "Suriya neft oğurluğuna görə ABŞ-dan kompensasiya tələb edəcək" .....                     Bakıda Pakistan vətəndaşı həmyerlisinə qarşı dələduzluq edib .....                     Müştərilər “AtaBank”dan pullarını ala bilmir .....                     "Gecələr içib deyirdi ki, dur oynayaq" .....                     Mülayim şimal-şərq küləyi əsəcək .....                     Bakıda soyğunçuluq edən qardaşlar saxlanılıblar .....                     “Bizi çarəsiz qoyublar…” .....                     Ermənistan BMT-də Ukraynanın ərazi bütövlüyünə qarşı çıxdı .....                     Bakıda keçmiş məhkum 15 000 manatlıq dələduzluq edib .....                     Arif Hacılı ilə Ramiz Yunus QIRĞINA ÇIXDI .....                     Deputatın səlahiyyətinə xitam verilir: .....                     Baş prokuror Abşeronda vətəndaşları qəbul edib .....                     Bakı məktəblisi erməni idmançıya qalib gələrək qızıl medal qazanıb .....                     Müsavat ictimai qınaq altında: .....                     Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb .....                     Putin BRICS ölkələri arasında hesablaşmaları rublla aparmağı təklif edib .....                     Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair .....                     Gələn ilin büdcəsi: razı və narazı salan məqamlar .....                     Keçmiş başçı ittiham olunur .....                     Erməni jurnalistləri Bakıya kim gətirir?.. .....                     “AFB Bank”ın sədrinə yeni müavin də TƏYİN OLUNDU .....                     Almaniyada icazəsiz yaşayan 61 nəfər Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb .....                     Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR: Evlər bahalaşacaq? .....                     Alman polisi "siyasi mühacir"ləri ifşa etdi .....                     Batumidə etiraz aksiyası keçirilib, saxlanılanlar var .....                     Azərbaycanda avtomobillərə plyonka qadağası götürülür .....                     Tullantıların düzgün idarə edilməməsinə görə bələdiyyə sədri cəzalanıb .....                     "Qondarma erməni soyqırımı barədə qətnaməni bloklayan senator tarixi faktları müdafiə edir" .....                     “Almaniyadakı digər azərbaycanlıları da eyni təhlükə gözləyir” .....                     Bakıda 33 yaşlı kişi evində ölü tapılıb .....                     Rusiya hərbi polisi Suriyada ABŞ-ın aerodromunu ələ keçirib .....                     "AFB Bank"a yeni sədr təyin edilib .....                 

Qarabağ “düyünü”nə vurulan yeni “düyün” - GƏLİŞMƏ
Tarix: 26-06-2019, 12:16 | Çap et
Qarabağ “düyünü”nə vurulan yeni “düyün”
İlin 6 ayı arxada qalmaqdadır. Təəssüf ki, “Qarabağ yükü” hələ də köhnə yerindədir. Azərbaycanın və Ermənistan xarici işlər nazirləri səviyyəsində, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə reallaşan son Vaşinqton görüşü də (bu, ABŞ-da Qarabağla bağlı 19 ildən sonra baş tutan ilk görüş idi) nizamlama prosesinə təkan vermədi. Bunu Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov “AzərTAc”a geniş müsahibəsində bir daha təsdiq edib.

Sitat: “Məlum məsələdir ki, əgər məqsəd həlli uzadılmış münaqişəni həll etməkdirsə, burada nəticəyə yönəlik addımlar atılmalıdır, siyasi iradə və qətiyyət nümayiş etdirilməlidir. Təəssüf ki, bu dediklərim Vaşınqton görüşünün nəticəsi kimi təqdim edilə bilməz. Bu görüş daha çox bundan öncəki Paris və Moskva görüşlərinin razılaşmalarının həyata keçirilməsi məsələləri ətrafında müzakirələr kimi xarakterizə edilə bilər. Əlbəttə ki, müzakirələr hər zaman faydalıdır, lakin nəticə olmayanda hətta faydalı müzakirələrin belə labüdlüyü sual doğura bilir... Ümumilikdə, Vaşınqton görüşü faydalı oldu, lakin o, bir daha göstərdi ki, əgər biz münaqişənin diplomatik yollarla həllinə nail olmaq niyyətimizdə səmimiyiksə, o zaman danışıqlar prosesinin hazırkı mərhələsində və bundan sonra konkret nəticələrə yönəlik addımlardan boyun qaçırmaq çətin olacaq, hətta mümkün olmayacaq”.

*****

Göründüyü kimi, Məmmədyarov da artıq açıq etiraf edir ki, nəticəyə hesablanmayan müzakirələrə, görüşlərə lüzum qalmaya bilər. Azərbaycanın xarici işlər naziri ilə anlaşmayan onun müdafiə naziri ilə anlaşmalı olacaq. Bu, rəsmi Bakının təkcə işğalçı tərəfə deyil, həm də və bəlkə də daha çox vasitəçi dövlətlərə mesajıdır ki, onlar ya sülh danışıqlarına real dinamizm gətirmək üçün konkret tədbirlər görməyə tələssinlər, İrəvana ortaq təzyiq mexanizmi tapsınlar, ya da müharibə qaçılmaz olacaq. Ona görə ki, dəfələrlə vurğuladığımız kimi, atəşkəs ya sülh anlaşması ilə, ya da müharibə ilə bitir. Status-kvo, işğal rejimi sonsuzadək uzana bilməz.

Artıq erməni tərəf, baş nazir Nikol Paşinyan da etiraf edib ki, Qarabağ müharibəsi hələ bitməyib. Belədirsə, İrəvan başa çatmayan müharibənin şərtləri əsasında sülh tələb edə, diktə edə bilməz. Məntiqlə ya müharibə başa çatmalıdır, - hansı yeni müharibə ki, cəbhə xəttinin yerini Qarabağdan Ermənistanla sərhədə qədər uzaqlaşdıra bilər, - ya da işğalçı ölkə daşı ətəyindən töküb konfliktin beynəlxalq hüquq normaları, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində həllinə razı olmalıdır. Üçüncü yol - atəşkəs yolu artıq özünü tükədib. Bu yol 26 ildə bir real nəticəyə gətirməyib.

*****

Sözsüz ki, iki variantdan hansı birinin seçilməsi öncəliklə 3 vasitəçi dövlətdən, daha çox da Rusiyadan asılı olacaq. Rusiya isə əfsuslar olsun ki, Dağlıq Qarabağ probleminə müstəsna olaraq, özünün regiondakı geosiyasi maraqları prizmasından baxır, ABŞ-la geosiyasi rəqabətdə mühüm rıçaq hesab edir, nəinki onun həllinə maraq göstərir. Elə ABŞ da belə görünür ki, bu problem hesabına ən əvvəl bölgədə Rusiyanı sıxışdırıb çıxarmaq və İran əleyhinə əlverişli geosiyasi platforma əldə eləmək niyyəti güdür. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Çon Boltonun ötən ilin oktyabrında bölgəyə etdiyi səfər, keçən həftə isə Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə ayrı-ayrılıqda görüşü buna şübhə yeri saxlamır.

Bir çox analitiklərə görə, rəsmi Vaşinqton Qarabağ məsələsinə hər şeydən öncə İranla münasibətlər prizmasından baxır. Rusiyanın da öz maraqları var. Bu arada ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberqer “Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarının ABŞ-da keçirilməsindən razı qaldığını” söyləyib. Onun sözlərinə görə, görüşün məqsədi sülh danışıqları yolu ilə nizamlama üzrə prosesin davam etdirilməsinin dəstəklənməsi olub: “Nazirlərin Dağlıq Qarabağla bağlı yeni görüş keçirilməsi barədə razılığa gəlməsi bizi sevindirir”.

*****

Politoloq Cümşüd Nuriyevin isə məsələyə maraqlı yanaşması var (Teleqraf.com). O, qonşu Gürcüstanda son baş verən hadisələrə nəzərən deyib: “Hesab edirəm ki, Rusiya Gürcüstanda udsa, birmənalı olaraq Ermənistanda hakimiyyət dəyişəcək, Kremlin adamı iqtidara gələcək. Azərbaycanın sərbəst siyasət yürütməsi də Rusiyanın maraqlarını əks etdirmir. Rusiya çalışacaq ki, Azərbaycanı ram etmək məqsədilə Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu qaytarsın. Bundan sonra Azərbaycanın Avrasiya İttifaqı və KTMT-yə üzv olmasını istəyəcək. Yəni rayonların qaytarılması əvəzində hansısa şərtlər ola bilər”.

ABŞ prezidenti Donald Trampın qeyri-adekvat hərəkət edən dövlət başçısı olduğunu vurğulayan politoloq hesab edir ki, Qərb bu günə qədər həmişə Azərbaycanın maraqlarını xristian həmrəyliyi prizmasından satıb: “Azərbaycan nə Rusiyaya, nə də ABŞ-a inanır. Çünki bu günədək onların atdıqları addımlar heç vaxt ədaləti dəstəkləməyib. Bu mənada Rusiyanın Gürcüstanda üstünlüyünü təmin etməsinin bizə də ciddi zərəri dəyə bilər, bizi narahat edən də budur”, - deyə o qeyd edib.

Beləcə, Qarabağ “düyünü” açılmaq əvəzinə ona yeni “düyün” vurulur. Yaranmış durumda Azərbaycan dövlət olaraq, təbii ki, Dağlıq Qarabağla bağlı daha ölçülü-biçili, bölgə ətrafındakı situasiyada gəlişmələri nəzərə almaqla çevik siyasət yürütmək zorundadır. Sözsüz ki, işğalçı ölkədə gedən proseslər və onun rəhbərliyinin davranışları, siyasi manevrləri də diqqət mərkəzində saxlanılacaq.
\\musavat.com\\




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azəriqaz" pul tapmır? - Smart sayğacdan imtinanın ƏSL SƏBƏBİ
Bu gün, 15:07
Arif Hacılı "Real TV" toqquşması... - FOTO
Bu gün, 15:05
“Azərbaycan hərbi əməliyyatlara başlamaq üçün ciddi arqumentlər əldə edib...” - DAVİD ŞAHNAZARYAN
Bu gün, 15:00
"Bundan sonra da hakim partiyada təmsil olunacağam" - Gürcüstanın azərbaycanlı deputatı
Bu gün, 14:59
"Zaminbank"ın mənimsəmədə təqsirləndirilən vəzifəlilərinə şərti cəza verilib
Bu gün, 14:54
“Necə ola bilər ki, yayda təhlükəli olmadı, qışda oldu?” - Qadağa götürülür
Bu gün, 14:54
Kitab və çap məhsullarına ƏDV ləğv edilsin - Deputatın təklifi
Bu gün, 14:50
Uşaqpulu necə verilsin? - "İlk uşağa 50 manat, ikinciyə ... " - İqtisadçıdan TƏKLİF
Bu gün, 14:47
"Suriya neft oğurluğuna görə ABŞ-dan kompensasiya tələb edəcək"
Bu gün, 14:39
Bakıda Pakistan vətəndaşı həmyerlisinə qarşı dələduzluq edib
Bu gün, 13:11
Müştərilər “AtaBank”dan pullarını ala bilmir - NARAZILIQ...
Bu gün, 13:09
Efirdə "QEYRƏT" QALMAQALI: - Siz nəyi reklam edirsiniz?
Bu gün, 13:08
"Gecələr içib deyirdi ki, dur oynayaq" - 40 yaşında evləndi, başına iş gəldi
Bu gün, 13:06
Mülayim şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:57
Bakıda soyğunçuluq edən qardaşlar saxlanılıblar
Bu gün, 12:54
Xuraman Şuşalı dördüncü dəfə ana oldu
Bu gün, 12:53
“Bizi çarəsiz qoyublar…” - Sahibkar bazar rəhbərliyindən şikayətçidir
Bu gün, 12:51
Qızılları oğurlanan Mətanət ölümlə üzləşdi - "Kilo ilə apardılar"
Bu gün, 12:49
Ermənistan BMT-də Ukraynanın ərazi bütövlüyünə qarşı çıxdı
Bu gün, 12:47
Bakıda keçmiş məhkum 15 000 manatlıq dələduzluq edib
Bu gün, 12:44
Arif Hacılı ilə Ramiz Yunus QIRĞINA ÇIXDI - Tərəflər bir-birini "yalançı", "oğru" adlandırdı
Bu gün, 12:40
Deputatın səlahiyyətinə xitam verilir: - “Artıq Milli Məclisə müraciət etmişəm”
Bu gün, 12:32
Baş prokuror Abşeronda vətəndaşları qəbul edib
Bu gün, 12:30
"Röya ilə Aygünü artıq toya dinləmək üçün çağırmırlar"
Bu gün, 12:27
Bakı məktəblisi erməni idmançıya qalib gələrək qızıl medal qazanıb - FOTO
Bu gün, 12:20
Müsavat ictimai qınaq altında: - Partiyanı "makler" yuvasına çevirdiniz!
Bu gün, 12:15
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Bu gün, 12:12
"Bu Şəhərdə" 11 ildən sonra yeni kino çəkdi: - "... söyüş yoxdur"
Bu gün, 12:10
Putin BRICS ölkələri arasında hesablaşmaları rublla aparmağı təklif edib
Bu gün, 12:08
Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair Bakı Bəyannaməsi qəbul edilib
Bu gün, 12:02
Gələn ilin büdcəsi: razı və narazı salan məqamlar - TƏHLİL
Bu gün, 12:01
Keçmiş başçı ittiham olunur - QALMAQAL
Bu gün, 11:59
Erməni jurnalistləri Bakıya kim gətirir?..
Bu gün, 11:56
“AFB Bank”ın sədrinə yeni müavin də TƏYİN OLUNDU
Bu gün, 11:52
Almaniyada icazəsiz yaşayan 61 nəfər Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb - RƏSMİ
Bu gün, 11:47
Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR: Evlər bahalaşacaq? - AÇIQLAMA
Bu gün, 11:45
Alman polisi "siyasi mühacir"ləri ifşa etdi - GƏLİŞMƏ
Bu gün, 11:42
Namiq Qaraçuxurlu yenidən saç əkdirdi
Bu gün, 11:41
Batumidə etiraz aksiyası keçirilib, saxlanılanlar var
Bu gün, 11:20
“Heç kim ləkəsiz, təmiz, ağ qaşıq deyil”
Bu gün, 11:20
Azərbaycanda avtomobillərə plyonka qadağası götürülür - Deputat danışır...
Bu gün, 11:14
Tullantıların düzgün idarə edilməməsinə görə bələdiyyə sədri cəzalanıb - Nazirlik
Bu gün, 11:08
Ronaldinyonun diqqətini cəlb edən azərbaycanlı startapçı: - Milyard dollarlıq biznes qurmaq istəyirik
Bu gün, 11:06
"Qondarma erməni soyqırımı barədə qətnaməni bloklayan senator tarixi faktları müdafiə edir" - Amerikalı ekspert
Bu gün, 11:02
“Almaniyadakı digər azərbaycanlıları da eyni təhlükə gözləyir” - AÇIQLAMA
Bu gün, 11:00
Bakıda 33 yaşlı kişi evində ölü tapılıb
Bu gün, 10:58
Rusiya hərbi polisi Suriyada ABŞ-ın aerodromunu ələ keçirib
Bu gün, 10:57
"AFB Bank"a yeni sədr təyin edilib - FOTO
Bu gün, 10:56
"Bizim Market"də yeni təyinat
Bu gün, 10:55
Vatikan dünyanı Azərbaycanda şiə və sünnilərin birgəyaşayış modelini tətbiq etməyə çağırıb
Bu gün, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru