“Azəriqaz" pul tapmır? .....                     Arif Hacılı "Real TV" toqquşması... .....                     “Azərbaycan hərbi əməliyyatlara başlamaq üçün ciddi arqumentlər əldə edib...” .....                     "Bundan sonra da hakim partiyada təmsil olunacağam" .....                     "Zaminbank"ın mənimsəmədə təqsirləndirilən vəzifəlilərinə şərti cəza verilib .....                     “Necə ola bilər ki, yayda təhlükəli olmadı, qışda oldu?” .....                     Kitab və çap məhsullarına ƏDV ləğv edilsin .....                     Uşaqpulu necə verilsin? - "İlk uşağa 50 manat, ikinciyə ... " .....                     "Suriya neft oğurluğuna görə ABŞ-dan kompensasiya tələb edəcək" .....                     Bakıda Pakistan vətəndaşı həmyerlisinə qarşı dələduzluq edib .....                     Müştərilər “AtaBank”dan pullarını ala bilmir .....                     "Gecələr içib deyirdi ki, dur oynayaq" .....                     Mülayim şimal-şərq küləyi əsəcək .....                     Bakıda soyğunçuluq edən qardaşlar saxlanılıblar .....                     “Bizi çarəsiz qoyublar…” .....                     Ermənistan BMT-də Ukraynanın ərazi bütövlüyünə qarşı çıxdı .....                     Bakıda keçmiş məhkum 15 000 manatlıq dələduzluq edib .....                     Arif Hacılı ilə Ramiz Yunus QIRĞINA ÇIXDI .....                     Deputatın səlahiyyətinə xitam verilir: .....                     Baş prokuror Abşeronda vətəndaşları qəbul edib .....                     Bakı məktəblisi erməni idmançıya qalib gələrək qızıl medal qazanıb .....                     Müsavat ictimai qınaq altında: .....                     Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb .....                     Putin BRICS ölkələri arasında hesablaşmaları rublla aparmağı təklif edib .....                     Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair .....                     Gələn ilin büdcəsi: razı və narazı salan məqamlar .....                     Keçmiş başçı ittiham olunur .....                     Erməni jurnalistləri Bakıya kim gətirir?.. .....                     “AFB Bank”ın sədrinə yeni müavin də TƏYİN OLUNDU .....                     Almaniyada icazəsiz yaşayan 61 nəfər Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb .....                     Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR: Evlər bahalaşacaq? .....                     Alman polisi "siyasi mühacir"ləri ifşa etdi .....                     Batumidə etiraz aksiyası keçirilib, saxlanılanlar var .....                     Azərbaycanda avtomobillərə plyonka qadağası götürülür .....                     Tullantıların düzgün idarə edilməməsinə görə bələdiyyə sədri cəzalanıb .....                     "Qondarma erməni soyqırımı barədə qətnaməni bloklayan senator tarixi faktları müdafiə edir" .....                     “Almaniyadakı digər azərbaycanlıları da eyni təhlükə gözləyir” .....                     Bakıda 33 yaşlı kişi evində ölü tapılıb .....                     Rusiya hərbi polisi Suriyada ABŞ-ın aerodromunu ələ keçirib .....                     "AFB Bank"a yeni sədr təyin edilib .....                 

Elmar Vəliyevin kobud idarəçiliyi özünün də sonunu gətirdi - baş verənlərə yenidən baxış
Tarix: 26-06-2019, 11:03 | Çap et
Elmar Vəliyevin kobud  idarəçiliyi özünün də sonunu gətirdi
1 həftə sonra Gəncə hadisələrinin 1 ili tamamlanacaq. Ötən müddət ərzində baş verən olaylara, həmin olaylardan sonra yaşananlara nəzər salanda hadisələrin mahiyyəti daha aydın görünür.

Nə baş vermişdi?

Tarix üçün bir daha yazaq - 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES-in 6-cı enerji blokunda partlayış baş verdi. Ölkə qaranlığa qərq olduğu bir vaxtda Gəncədən həyəcanlı xəbərlər gəlməyə başladı. Məlum oldu ki, odlu silahla şəhərin icra başçısı Elmar Vəliyevə sui-qəsd olub. Sui-qəsdçi Yunis Səfərov hadisə yerindən qaça bilməyib. Onu dərhal həbs ediblər. Ardından sosial şəbəkələr üzərindən Gəncədə, şəhər icra hakimiyyəti binası önündə, şəhərin ən böyük meydanında mitinq təyin olundu. İyunun 10-da meydanda asayişi təmin etməyə cəlb olunan polis əməkdaşlarından ikisi xəncərlə öldürüldü. Hazırda Sabunçu məhkəməsində Gəncə hadisələri ilə bağlı 4 cinayət işi üzrə proses aparılır. Həmin məhkəmə dinləmələrinin heç biri birbaşa Elmar Vəliyevə sui-qəsdlə əlaqəli deyil. Sabiq icra başçısına qarşı sui-qəsdlə bağlı prosesin nə vaxt başlanacağı da hələlik bəlli deyil...

Bu il fevralın 7-də Baş Prokurorluqda Mərkəzi Aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanlarının 2018-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Həmin iclasda baş prokuror Zakir Qaralov deyib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində respublikada böyük ictimai rezonansa səbəb olan bir sıra cinayət işinin istintaqı müvəffəqiyyətlə aparılıb.

Bu işlər sırasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş terror aktı, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, terrorçuluq və sair xüsusilə ağır cinayət əməlləri törətdiklərinə görə istintaq edilən iş üzrə ümumilikdə 29 nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilmiş, həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunmaqla hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bundan başqa, radikal diniyönümlü bir qrup şəxs tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, 2 polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə 59 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs-qətimkan tədbiri seçilib, 1 nəfər barəsində isə həbsli axtarış elan olunub. Həmin cinayət işinin materiallarından 51 şəxs barəsində 6 cinayət işi ayrıca icraata ayrılaraq aidiyyəti üzrə baxılmaları üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bir neçə məhkəmə prosesinin Gəncədə deyil, Bakıda keçirilməsi də proseslərə az adamın gəlməsi məqsədilə düşünüldüyü iddialarının ortaya çıxmasına yol açıb. İş üzrə təqsirləndirilən şəxslərin hamısı dövlət hesablı vəkillə təmin olunub. Həmin vəkillər ictimaiyyətin, jurnalistlərin dəstəyindən yararlanmır, gen gəzməyə üstünlük verirlər.

2019-cu il martın 30-da Siyasi Məhbusların Monitorinq Mərkəzi Müsavat Partiyasının qərargahında “Gəncə işi” ilə bağlı ictimai dinləmələr təşkil edib. Dinləmələrdə övladlarının, qohumlarının işgəncələrə məruz qaldığını iddia edən onlarla insan iştirak edib.

Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı yaydıqları birgə məlumatda 2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxsin Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərdikləri vurğulanır. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla, 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

“Təəssüflə qeyd edirik ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb" - deyə, məlumatda bildirilib...

Qeyd olunan qanlı olayların Gəncədə planlaşdırılmasını bir çox ekspertlər sabiq icra başçısı Elmar Vəliyevin yerli əhali ilə saymazyana, bir çox hallarda bütün əndazələri aşan münasibətindən doğması ilə əlaqələndirirlər.

Bu da əbəs deyil. Mətbuatda Gəncədə baş verən məlum sui-qəsdə qədər Elmar Vəliyevin idarəçiliyindən, ətrafının cinayətə bərabər qanunsuz fəaliyyətindən cana doymuş insanların şikayətləri, imdad diləkləri ara vermirdi. “Yeni Müsavat” redaksiyasına gələnlər də misli görünməmiş qanunsuzluqlardan danışır, Elmar Vəliyevin rəftarından gileylərini gizlətmirdilər. Elmar Vəliyev sanki həmin imdad diləklərini heç eşitmirdi, mediada yazılanlara iqnor siyasəti yeridirdi. Gəncədə baş verən qanunsuzluqlardan xəbərdar olanlar orada xoşagəlməz olayların yaşana biləcəyi ehtimalını da göz altına alımışdılar. 2018-ci il iyulun 3-də baş verənlər Elmar Vəliyevin özü, nəticə etibarı ilə isə bütün ölkə üçün xoşagəlməz günlərin yaşanmasına gətirib çıxardı. Elmar Vəliyevin qaba idarəçiliyi özünə münasibətdə də bumeranq effekti yaşatdı. Son nəticədə qazandıqlarının itirdiklərindən daha çox olması da göz önündədir...

Bu gün isə Gəncədə sabitlik, sakitlikdir. Həyat öz axarına qayıdıb. Yeni icra başçısı əhali ilə daim təmasdadır, onun davranışları, idarəçiliyi təqdir olunur.

Ötən 1 ilə yaxın dövr bir daha təsdiqlədi ki, hikkəli idarəçilik olmadan, zor tətbiq etmədən, qanunsuzluqlara yol vermədən, vətəndaşların hüquqlarını pozmadan da respublikanın 2-ci böyük şəhərini abadlaşdırmaq mümkündür.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azəriqaz" pul tapmır? - Smart sayğacdan imtinanın ƏSL SƏBƏBİ
Bu gün, 15:07
Arif Hacılı "Real TV" toqquşması... - FOTO
Bu gün, 15:05
“Azərbaycan hərbi əməliyyatlara başlamaq üçün ciddi arqumentlər əldə edib...” - DAVİD ŞAHNAZARYAN
Bu gün, 15:00
"Bundan sonra da hakim partiyada təmsil olunacağam" - Gürcüstanın azərbaycanlı deputatı
Bu gün, 14:59
"Zaminbank"ın mənimsəmədə təqsirləndirilən vəzifəlilərinə şərti cəza verilib
Bu gün, 14:54
“Necə ola bilər ki, yayda təhlükəli olmadı, qışda oldu?” - Qadağa götürülür
Bu gün, 14:54
Kitab və çap məhsullarına ƏDV ləğv edilsin - Deputatın təklifi
Bu gün, 14:50
Uşaqpulu necə verilsin? - "İlk uşağa 50 manat, ikinciyə ... " - İqtisadçıdan TƏKLİF
Bu gün, 14:47
"Suriya neft oğurluğuna görə ABŞ-dan kompensasiya tələb edəcək"
Bu gün, 14:39
Bakıda Pakistan vətəndaşı həmyerlisinə qarşı dələduzluq edib
Bu gün, 13:11
Müştərilər “AtaBank”dan pullarını ala bilmir - NARAZILIQ...
Bu gün, 13:09
Efirdə "QEYRƏT" QALMAQALI: - Siz nəyi reklam edirsiniz?
Bu gün, 13:08
"Gecələr içib deyirdi ki, dur oynayaq" - 40 yaşında evləndi, başına iş gəldi
Bu gün, 13:06
Mülayim şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:57
Bakıda soyğunçuluq edən qardaşlar saxlanılıblar
Bu gün, 12:54
Xuraman Şuşalı dördüncü dəfə ana oldu
Bu gün, 12:53
“Bizi çarəsiz qoyublar…” - Sahibkar bazar rəhbərliyindən şikayətçidir
Bu gün, 12:51
Qızılları oğurlanan Mətanət ölümlə üzləşdi - "Kilo ilə apardılar"
Bu gün, 12:49
Ermənistan BMT-də Ukraynanın ərazi bütövlüyünə qarşı çıxdı
Bu gün, 12:47
Bakıda keçmiş məhkum 15 000 manatlıq dələduzluq edib
Bu gün, 12:44
Arif Hacılı ilə Ramiz Yunus QIRĞINA ÇIXDI - Tərəflər bir-birini "yalançı", "oğru" adlandırdı
Bu gün, 12:40
Deputatın səlahiyyətinə xitam verilir: - “Artıq Milli Məclisə müraciət etmişəm”
Bu gün, 12:32
Baş prokuror Abşeronda vətəndaşları qəbul edib
Bu gün, 12:30
"Röya ilə Aygünü artıq toya dinləmək üçün çağırmırlar"
Bu gün, 12:27
Bakı məktəblisi erməni idmançıya qalib gələrək qızıl medal qazanıb - FOTO
Bu gün, 12:20
Müsavat ictimai qınaq altında: - Partiyanı "makler" yuvasına çevirdiniz!
Bu gün, 12:15
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Bu gün, 12:12
"Bu Şəhərdə" 11 ildən sonra yeni kino çəkdi: - "... söyüş yoxdur"
Bu gün, 12:10
Putin BRICS ölkələri arasında hesablaşmaları rublla aparmağı təklif edib
Bu gün, 12:08
Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair Bakı Bəyannaməsi qəbul edilib
Bu gün, 12:02
Gələn ilin büdcəsi: razı və narazı salan məqamlar - TƏHLİL
Bu gün, 12:01
Keçmiş başçı ittiham olunur - QALMAQAL
Bu gün, 11:59
Erməni jurnalistləri Bakıya kim gətirir?..
Bu gün, 11:56
“AFB Bank”ın sədrinə yeni müavin də TƏYİN OLUNDU
Bu gün, 11:52
Almaniyada icazəsiz yaşayan 61 nəfər Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb - RƏSMİ
Bu gün, 11:47
Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR: Evlər bahalaşacaq? - AÇIQLAMA
Bu gün, 11:45
Alman polisi "siyasi mühacir"ləri ifşa etdi - GƏLİŞMƏ
Bu gün, 11:42
Namiq Qaraçuxurlu yenidən saç əkdirdi
Bu gün, 11:41
Batumidə etiraz aksiyası keçirilib, saxlanılanlar var
Bu gün, 11:20
“Heç kim ləkəsiz, təmiz, ağ qaşıq deyil”
Bu gün, 11:20
Azərbaycanda avtomobillərə plyonka qadağası götürülür - Deputat danışır...
Bu gün, 11:14
Tullantıların düzgün idarə edilməməsinə görə bələdiyyə sədri cəzalanıb - Nazirlik
Bu gün, 11:08
Ronaldinyonun diqqətini cəlb edən azərbaycanlı startapçı: - Milyard dollarlıq biznes qurmaq istəyirik
Bu gün, 11:06
"Qondarma erməni soyqırımı barədə qətnaməni bloklayan senator tarixi faktları müdafiə edir" - Amerikalı ekspert
Bu gün, 11:02
“Almaniyadakı digər azərbaycanlıları da eyni təhlükə gözləyir” - AÇIQLAMA
Bu gün, 11:00
Bakıda 33 yaşlı kişi evində ölü tapılıb
Bu gün, 10:58
Rusiya hərbi polisi Suriyada ABŞ-ın aerodromunu ələ keçirib
Bu gün, 10:57
"AFB Bank"a yeni sədr təyin edilib - FOTO
Bu gün, 10:56
"Bizim Market"də yeni təyinat
Bu gün, 10:55
Vatikan dünyanı Azərbaycanda şiə və sünnilərin birgəyaşayış modelini tətbiq etməyə çağırıb
Bu gün, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru