Rusiya Suriyanın şimalına əlavə hərbi polis qüvvələri göndərib .....                     Azərbaycanda zəlzələ olub .....                     Gürcüstan müxalifəti yeni fəaliyyət planı hazırlayıb .....                     Milli Məclis komitələrində gələn ilin büdcə layihəsi ikinci oxunuşda müzakirə edilib .....                     "Radikal müxalifəti təmsil edən jurnalistlər Ermənistana göndərilsin!" .....                     Gələn il Azərbaycanda orta pensiya məbləği .....                     Azərbaycanda banklar üçün yeni öhdəlik müəyyən edilib .....                     Deputatdan erməni və azərbaycanlı jurnalistlərin səfərlərinə .....                     Azərbaycanda ödəniş kartlarının funksiyalarına dair tələblər dəyişib .....                     Küçələrdə gecələyən ata və körpə qızı xəstəxanaya yerləşdirilib .....                     Çavuşoğlunun “Barış bulağı”nın bərpa oluna biləcəyi ilə bağlı dedikləri Rusiyada təəccübə səbəb olub .....                     “Həyat yoldaşım günlərlə dənizdə qalır, evə gələndə yatmağa yer olmadığı üçün avtomobildə gecələyir” .....                     Gənc qızın amansızlıqla qətlindən 40 gün keçdi: .....                     SOCAR-ın idarə rəisinin qardaşının meyiti tapıldı .....                     “Son 2 ildə 2 milyard manata yaxın əlavə vəsait dövlət büdcəsinə ödənilib” .....                     Qazilər deputatlara müraciət etdi: .....                     Sabah dollar neçəyə olacaq? .....                     Yeni rəis şəxsi heyətə təqdim olundu .....                     Ziya Məmmədovun yeni imici .....                     Yeni yol tikintisi üçün Avtomobil Yolları Dövlət Agentliyinə .....                     Nazirlik gözlənilən hava şəraiti ilə .....                     “Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq” .....                     Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru danışılmış oyunlarda ittiham edilir .....                     Mərkəzi Bankda hərrac .....                     Oqtay Gülaliyev İstanbuldakı Amerikan xəstəxanasına köçürülüb .....                     Azercell-in Rominqi millər qazandırır! .....                     “Siz məni yaman tez qabaqlayırsız” .....                     Ermənistanda polis şöbəsinin rəisi tutulub .....                     "Quba Rayon İcra Hakimiyyəti məhkəmənin qərarını icra etmir" .....                     “Evimizə zorla gəlib girən...” .....                     DİN polis orqanlarında xidmətə qəbulla əlaqədar müsabiqə elan edib .....                     Bakı-Şamaxı-Yevlax avtomobil yolunda çat əmələ gəlib .....                     “Məhkəmə özəl ekspertlə dövlət eksperti arasında qalacaq…” .....                     “Özümüzü Prezidenti Administrasiyasının qarşısında yandıracağıq” .....                     Novruz Məmmədov yeni vəzifəyə təyin edildi .....                     Bir qrup vyetnamlını aldatdı, Almaniya əvəzinə Azərbaycana göndərdi... .....                     Türkiyə səfirliyində Azərbaycan KİV nümayəndələri ilə görüş keçirilib .....                     Növbəti əfv sərəncamı olacaq? .....                     "Müsavat və AXCP rəhbərliyi dələduzluğa görə məsuliyyətə cəlb edilməlidir" .....                     Xətainin heykəlinin yeri dəyişdirilir .....                 

Sahil Babayev Səlim Müslümovu necə təkrarlayır... - İTTİHAM
Tarix: 25-06-2019, 11:27 | Çap et
Sahil Babayev Səlim Müslümovu necə təkrarlayır...
2018-ci ilin aprelində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunan gənc Sahil Babayevdən cəmiyyətin gözləntiləri çox idi. Ona görə yox ki, o, sosial sahəni, kasıbçılığın, yoxsul şəraitdə yaşamağın nə olduğunu yaxşı bilirdi. Ona görə ki, o, bu sahədən milyardlar mənimsəmiş, nazirliyi korrupsiya yuvasına döndərmiş Səlim Müslümov və Əjdər Cəbiyev tandemindən sonra bu sahəyə rəhbər təyin olundu.

Cəmiyyət bu təyinatı belə başa düşürdü ki, Sahil Babayev məhz həmin sahədəki vəziyyəti düzəltmək üçün bu sahəyə təyinat alıb. Baxmayaraq ki, Səlim Müslümov da 2013-cu ildə nazir kimi qarşısında belə bir vəzifənin qoyulduğunu elan edərək işə başlamışdı. Nazir təyin olunan kimi iclas edib xeyli sayda işçini korrupsiya şəbəkəsi qurmaqda ittiham edib işdən çıxarmışdı. O vaxt pafos Səlim Müslümovun simasında özünün zirvəsinə çatmışdı. Sonrası isə hamıya bəllidir. Elektronlaşdırmadan danışa-danışa hakimiyyətin başını 5 il qatdı və qurduğu korrupsiya şəbəkəsi hesabına milyardlar mənimsədi.

Sahil Babayevin nazir olmasından 1 il 2 ay ötür. Bu müddətdə sosial müdafiə sahəsində nə və necə dəyişib? Sualın qısa cavabı belədir: pafos və məzmun əvvəlki kimi qalmaqla, bir sıra hallarda isə daha da pisləşərək, bir sıra forma dəyişiklikləri edilib. İndi isə bir qədər geniş:

İnsaf naminə deyək ki, Səlim Müslümov nazir kimi fəaliyyətinin birinci ilini rüşvətsiz yola verdi, yəni bir il dözüb, rüşvət almadı. Sahil Babayev isə heç bir ay dözmədi. Səlim Müslümov öz korrupsiya şəbəkəsini “elektronlaşdırıram” deyib pərdələyirdisə, Sahil Babayev “dostlaşdırıram” deyib pərdələyir.

Bir ildir “dostlaşdırmanın” televiziyalardan tutumuş hər yerdə gurhagur reklamı gedir. Haydı qoymayın bəs biz mexanizm icad etmişik, “dostlaşdırmadan” sonra sosial sahədə hər şey fontan vuracaq, hamının sosial müdafiəsi kəllə çarxa çıxacaq. Adamdan soruşan gərək ki, açacağın bu DOST mərkəzləri yaranandan sonra bəyəm pul və iş yerləri istehsal edəcək ki, sən də onu kasıblara payalayarsan? Niyə yalandan pafosla şişirdib bildirirsən ki, 140-dən çox xidməti cəmləşəcək orda. Hansıdı o xidmətlər? Lap tutaq ki, məşğulluq məsələsi cəmləşdi orda. Bu nəyi dəyişəcək? Ora müraciət edənlər işlə təmin olunar? Oranın indiyə qədər mövcud məşğulluq mərkəzlərindən fərqi nə olar?

Əlbəttə ki, heç nə. Sadəcə hər dəfə quru statistika səsləndirilib, insanların gözünə kül üfürüləcək, bəs nə bilim neçə min adam DOST mərkəzlərinin xidmətindən istifadə edib, ağzı bala batıb. Niyə imkanları və nəticələri öncədən bəlli olan bu kimi məsələləri pafosla şişirdib, insanlar yalandan ümidləndirilir? Niyə sonradan bu insanlara xəyal qırıqlığı yaşadıb, onlar hakimiyyətdən incik salınır? Məqsəd nədir? Sahil Babayev kimə və kimlərə xidmət edir? Bu sonuncu sualın yarımçıq cavabı isə heç şübhəsiz ki, belədir: kimə xidmət etdiyini bilmək olmasa da, bilinən odu ki, bu xidmət xalqın və hakimiyyətin xeyrinə deyil.

Sahil Babayev özünün “dostlaşdırma” nağılları ilə hakimiyyəti yola verə-verə, başladı işsiz, kasıb insanlara 2500 manata rəsmiləşdirdiyi, real bazar qiyməti heç 500 manat olmayan qotur inəklər sırımağa. Bir adama iki inək verildiyindən Sahil Babayev hər adamdan nə az, nə çox, düz 4000 manat pul qazanır. Beləcə, hökumətin işsiz kasıba ayırdığı 5000 manat pulun 80%-ni fərasətli Sahil Babayev onlardan çırpışdırır. Bu məsələ ölkənin ali qanunverici orqanı olan Milli Məclisdə bütün kəskinliyi ilə səsləndirildi. Normalda bu iş üzrə dərhal cinayət işi qaldırılmalı idi. Amma Sahil Babayevə hələ ki, gözün üstə qaşın var deyən tapılmır. O da bu fürsətdən bolluca istifadə edib, özünün qotur inək siyasətini var qüvvəsi ilə davam etdirir.

Soruşanda ki, niyə qotur inək siyasətinlə həm dövlətin pulunu dağıdırsan, həm də onsuz kasıb şəraitdə olan insanları daha da yoxsulluğun dibinə yuvarladırsan? Cavab verir ki, biz “dostlaşdırırıq”.

Aydındır ki, heç bir kasıb insan qotur inək saxlamaqla kasıblıqdan çıxa bilməz. Burada sadəcə dövlətin pulu göyə və ciblərə sovrulur. Əslində dövlətin ayırdığı 2500 manat cins inəyin puludur. Onu qotur inəyə çevirən Sahil Babayevdi. Heç şübhəsiz ki, Sahil Babayev bu yolla kasıb insanları hakimiyyətdən narazı salmağından xəbərdardır. Görünür, onu hakimiyyətin nüfuzu yox, öz cibi daha çox maraqlandırır.

Məlum məsələdir ki, Sahil Babayev sosial sahəyə yad adamdır. Belə olmasaydı, bu sahə ilə bağlı normal bir ideyası olardı, yoxsa ki, Füzuli Ələkbərovun kadırı Heybət İmanovun ümidinə qalmazdı. O Heybət İmanov ki, Füzuli Ələkbərovun zamanında işi gücü nazirliyin yaxınlığındakı qarajda rayon ƏSMM-lərin müdirlərindən xərac toplamaq olub. Bir halda ki, Sahil Babayev Heybətin ümidinə qalırdı, onda elə yaxşı olmazdımı yuxarılara bildirərdi ki, bəs mənim nə özümün bu sahədə təcrübəm var, nə də ki, elə bir kadırım var, yeganə ümidim Füzuli Ələkbərovun kadrınadı, ona görə elə yaxşı olar ki, Füzuli Ələkbərovu yenidən öz yerinə qaytarasınız. Bu daha yaxşı yol olardı. Görünür, özünün qotur inək siyasətini reallaşdırmaq istəyi ona güc gəlib.

Heç bir halda imkan vermək olmaz ki, Sahil Babayev də Səlim Müslümov kimi 5 il vaxt uda bilsin. Hakimiyyət çox tezliklə onu əvəzləyə bilsə, bu ilk növbədə hakimiyyətin cəmiyyətdə reputasiyasının birə on yüksəlməsinə səbəb olacaq. Sahil Babayevin olar-olmaz ideyası ancaq DOST mərkəzləri ilə bağlıdır. Bu adam növbəti illərdə də nazir postunda qalsa, danışacağı ancaq “dost”dan olacaq.

Artıq birmənalı şəkildə bu adamı nazir kimi tükənmiş saymaq olar. Hərçənd baxmayaraq ki, heç əvvəldən tükənməli də bir nəsə yox idi. Onun vəzifədə qaldığı hər gün hakimiyyətin əleyhinə işləyir. Hakimiyyətə isə xeyrinə işləyən günlər lazım… (“Hurriyyet.org”)





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Suriyanın şimalına əlavə hərbi polis qüvvələri göndərib
Dünən, 18:03
Azərbaycanda zəlzələ olub
Dünən, 18:01
Gürcüstan müxalifəti yeni fəaliyyət planı hazırlayıb
Dünən, 17:56
Milli Məclis komitələrində gələn ilin büdcə layihəsi ikinci oxunuşda müzakirə edilib
Dünən, 17:54
"Radikal müxalifəti təmsil edən jurnalistlər Ermənistana göndərilsin!" — Deputatdan ŞOK TƏKLİF
Dünən, 17:50
Gələn il Azərbaycanda orta pensiya məbləği 293 manat olacaq
Dünən, 17:46
Azərbaycanda banklar üçün yeni öhdəlik müəyyən edilib
Dünən, 17:41
Deputatdan erməni və azərbaycanlı jurnalistlərin səfərlərinə ETİRAZ
Dünən, 17:40
Elçin Əlibəylinin arvadı tərəfindən döyülməsinin səbəbi bilindi - İDDİA
Dünən, 17:38
Azərbaycanda ödəniş kartlarının funksiyalarına dair tələblər dəyişib
Dünən, 17:36
Küçələrdə gecələyən ata və körpə qızı xəstəxanaya yerləşdirilib - "Atanın durumu o qədər ağır idi ki..."
Dünən, 17:35
Çavuşoğlunun “Barış bulağı”nın bərpa oluna biləcəyi ilə bağlı dedikləri Rusiyada təəccübə səbəb olub
Dünən, 17:32
“Həyat yoldaşım günlərlə dənizdə qalır, evə gələndə yatmağa yer olmadığı üçün avtomobildə gecələyir” - GİLEY
Dünən, 17:31
Gənc qızın amansızlıqla qətlindən 40 gün keçdi: - Qatil hələ də tapılmayıb
Dünən, 17:24
SOCAR-ın idarə rəisinin qardaşının meyiti tapıldı
Dünən, 17:20
“Son 2 ildə 2 milyard manata yaxın əlavə vəsait dövlət büdcəsinə ödənilib” - DGK sədri
Dünən, 17:19
Qazilər deputatlara müraciət etdi: - "Qarabağ əlillərinin sığorta pulu ödənilsin"
Dünən, 17:06
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:01
Xanımı Elçin Əlibəylini "döyməsindən" DANIŞDI: - Ciddi şəkildə...
Dünən, 17:00
Yeni rəis şəxsi heyətə təqdim olundu
Dünən, 16:51
Ziya Məmmədovun yeni imici - FOTO
Dünən, 16:48
Yeni yol tikintisi üçün Avtomobil Yolları Dövlət Agentliyinə 5 milyon manat ayrılıb
Dünən, 16:46
Nazirlik gözlənilən hava şəraiti ilə XƏBƏRDARLIQ ETDİ
Dünən, 16:45
"Amma deyəsən, birbaşa nazirə yazacağam" - QALMAQAL
Dünən, 16:41
“Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq”
Dünən, 16:35
"Vaqif müəllimin yanından indi çıxmışam, iclasda idik" - QALMAQAL
Dünən, 16:34
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru danışılmış oyunlarda ittiham edilir
Dünən, 16:28
Mərkəzi Bankda hərrac - Manat sabitdir
Dünən, 16:24
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq etdi
Dünən, 16:22
Oqtay Gülaliyev İstanbuldakı Amerikan xəstəxanasına köçürülüb
Dünən, 16:18
Azercell-in Rominqi millər qazandırır!
Dünən, 16:17
“Siz məni yaman tez qabaqlayırsız” - Novruz Məmmədov prorektor təyinatından DANIŞDI
Dünən, 16:16
Ermənistanda polis şöbəsinin rəisi tutulub
Dünən, 16:14
"Quba Rayon İcra Hakimiyyəti məhkəmənin qərarını icra etmir" - GİLEY
Dünən, 16:11
“Evimizə zorla gəlib girən...” - Yazıçıdan deputata sərt cavab
Dünən, 15:58
DİN polis orqanlarında xidmətə qəbulla əlaqədar müsabiqə elan edib
Dünən, 15:55
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda çat əmələ gəlib
Dünən, 15:54
“Məhkəmə özəl ekspertlə dövlət eksperti arasında qalacaq…” - I vitse-spiker
Dünən, 15:45
“Özümüzü Prezidenti Administrasiyasının qarşısında yandıracağıq” - İcra başçısı tərəfindən evi əlindən alınan Lerik sakini
Dünən, 15:43
Novruz Məmmədov yeni vəzifəyə təyin edildi - XƏBƏR TƏSDİQ OLUNDU
Dünən, 15:42
Bir qrup vyetnamlını aldatdı, Almaniya əvəzinə Azərbaycana göndərdi...
Dünən, 15:40
Türkiyə səfirliyində Azərbaycan KİV nümayəndələri ilə görüş keçirilib
Dünən, 15:34
Növbəti əfv sərəncamı olacaq? - Komissiya üzvündən AÇIQLAMA
Dünən, 15:33
"Müsavat və AXCP rəhbərliyi dələduzluğa görə məsuliyyətə cəlb edilməlidir" - TƏLƏB
Dünən, 15:31
Xətainin heykəlinin yeri dəyişdirilir
Dünən, 15:30
Əhmədzadənin Göydöldəki adamı ilə bağlı şok iddialar - İTTİHAM
Dünən, 15:29
Elçin Əlibəylinin işdən çıxarılmasının səbəbi məlum oldu
Dünən, 15:25
“Əgər istəmiriksə hakim rüşvət alsın, başqa yollara düşsün, mütləq onlar təmin olunmalıdır” - deputat
Dünən, 15:21
Sosial etiraz, təxribat, hakimiyyətdaxili mübarizə: İranda nə baş verir? - TƏHLİL
Dünən, 15:19
Əli Kərimli müxalifətin "Lenin"i vasitəsilə Müsavatı parçalamaq istəyir - Oqtay Hacımusalı
Dünən, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru