15 oktyabr - milli intibahın yeni mərhələsinin başlanğıc tarixi .....                     Bu il Azərbaycanda 2,7%-lik iqtisadi artım gözlənilir .....                     “Volkswagen” Türkiyədə avtomobil zavodunun tikintisindən imtina etdi .....                     Ərdoğanın Azərbaycana səfəri başa çatıb .....                     BNA-nın şok planı .....                     Azərbaycanda qohumların mülk davası .....                     BMT Təhlükəsizlik Şurasında Türkiyənin Suriyada əməliyyatları ilə bağlı məsləhətləşmələr aparılacaq .....                     ABŞ Suriyada İŞİD-çilərin ailələrinin düşərgəsindən yüzlərlə qadını təxliyə edib .....                     Bakıda prokurorluq işçilərinin hüquqi bilikləri artırılması ilə bağlı tədbir keçirilib .....                     Yeni baş nazir onunla işləmək istəmədi... .....                     "Rusiyanı azərbaycanlılarsız təsəvvür edə bilmirəm" .....                     Sevimli şairimiz Mikayıl Müşfiqin adını daşıyan park yenidənqurmadan sonra istifadəyə verilib .....                     Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində .....                     Prezident İlham Əliyev Nursultan Nazarbayevə “Türk dünyasının Ali Ordeni”ni təqdim edib .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Pedaqoji şura iclasları bir çox hallarda formal xarakter daşıyır” .....                     Deputat nazirin son qərarını .....                     Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi ilə Suriya məsələsini müzakirə edib .....                     “Paytaxtda razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq” .....                     Zakir Həsənov HHQ-nin yeni RLS-nin idarəetmə məntəqəsinin açılışında iştirak edib .....                     Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır .....                     Bu il Ermənistanda 39 hərbçi ölüb .....                     Azərbaycanlı gənclər Tiflisdə Türkiyəyə dəstək aksiyası keçirirlər .....                     "AXA MBASK" sığorta şirkəti işçilərinin .....                     İsa Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə .....                     Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA .....                     PKK ilə Əsəd rus bazasında görüşdü .....                     Azərbaycanda DAHA BİR DƏHŞƏT .....                     Bakıda 54 yaşlı kişi küçədə ölüb .....                     Əxlaqsızlıq məkanı olan "Pəhləvanlar" kafesi pəhləvan qardaşların imiş .....                     Bakıda 78 yaşlı kişi küçədə yıxılaraq ölüb .....                     Nazirlik "Azpolt" MMC ilə bağl yazılanlara .....                     Türkiyəyə qarşı sanksiya: ABŞ-ın işğalçını müdafiə ənənəsi .....                     Ötən dərs ilində 4000-dən çox şagird sinifdə saxlanılıb .....                     Deputatın və generalın qohumu məhkəmə qarşısında .....                     Gədəbəy təhsilində biabırçı mənzərə... .....                     Bakıda intihara cəhdin qarşısı alınıb .....                     Vilayət Eyvazov mayoru işdən çıxardı .....                     Əsəd Menbiçi tam ələ keçirdi .....                     Təhsil nazirinin müavini təmayülləşmə prosesinin təşkilini sərt tənqid edib .....                 

Qarabağla bağlı növbəti təhlükəli ssenari - TƏHLİL
Tarix: 25-06-2019, 09:53 | Çap et
Qarabağla bağlı növbəti təhlükəli ssenari
Qarabağ danışıqlarının Vaşinqton raundundan sonrakı müşahidələr nikbinlik üçün elə bir əsas yaratmır. Hər halda, Ermənistanın işğal zonasında davam etdirdiyi qanunsuz əməlləri, məskunlaşdırma ilə bağlı ənənəvi mövqeyindən əl çəkməməsi bu ehtimalı gücləndirir.

Özü də işğalçı ölkə Dağlıq Qarabağ əraziləri ilə kifayətlənmir, ətraf rayonlarda da möhkəmlənmək üçün həyasızcasına addımlar atır. Bu günlərdə işğalçı ölkə 27 ildir tapdaq altında qalan Laçın rayonunun Hoçaz kəndindəki tarixi məbədimizi abadlaşdıraraq öz kilsələri kimi açılışını edib. Moderator.az erməni mediasına istinadən xəbər verir ki, “Tufengyan” fondunun vəsaiti hesabına təmir olunmuş Azərbaycan məbədinin açılışında Qarabağın erməni keşişi Parqev Martirosyan və “Kaşataq” adlandırılmış Laçın, Qubadlı, Zəngilan ərazilərinin faktiki başçısı, ABŞ vətəndaşı Stepan Sərkisyan iştirak edib. Həmçinin ermənilər Zəngilan rayonunda stadionun açılışını həyata keçiriblər. Eyni zamanda avqust ayında keçirəcəkləri “ümumerməni oyunları”nın məşəlini “Tiqranakert” adlandırdıqları Ağdam ərazisindəki tarixi ünvanda yandırıblar.

Düşmənin həyasızlığı və təxribatları bununla bitmir. Ermənilər özləri işğal altındakı Ağdam şəhərinin ən son fotolarını yayıblar. Hazırda ermənilərin Əsgəranın inzibati sərhədlərinə daxil etdiyi və “Akna” adı verdiyi Ağdam xarabalıqlar içindədir və rayonun daimi əhalisi yoxdur. Bütün bu müşahidələr isə ondan xəbər verir ki, düşmən danışıqlar yolu ilə islah olunan deyil və sarsıdıcı zərbələrin təkrarlanmasına ehtiyac həmişəkindən böyükdür.

Görünür, Ermənistanda da böyük savaşın qarşıda olduğunu anlayırlar. Bu mənada Ermənistanda Təhlükəsizlik Şurasının iclası keçirilməsi diqqət çəkir. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nikol Paşinyanın başçılığı ilə keçirilən iclasda regiondakı situasiya müzakirə olunub. “Təəssüf ki, Ermənistanın ətrafında situasiya nəinki satibləşməyib, əksinə, gərginliyə doğru gedir. Ətrafımızda baş verənlər bizi sayıq olmağa, təhlükəsizlik məsələlərində diqqətli olmağa sövq edir”, - baş nazir deyib.

Paşinyan Ermənistanın və işğalda saxladıqları Qarabağın təhlükəsizliyini qorumalı olduqlarını da əlavə edib. Azərbaycan ordusunun irimiqyaslı təlimlərindən həyəcanlanan düşmənin təxribatlarından da əl çəkməməsi suallar doğurur. Məntiqlə, İrəvan təxribatçı hərəkətlərdən əl çəkməli idi.

Vaşinqton görüşündən sonra nələr baş verəcəyini isə proqnozlaşdırmaq asan deyil. Əslində Vaşinqtondakı XİN başçılarının görüşünün ardınca dövlət başçılarının bir araya gələcəyi bildirilirdi. Lakin hələ ki bu barədə hər hansı məlumat verilmir.

Bu arada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda bolqarıstanlı həmkarı Yekaterina Zaxariyeva ilə birgə mətbuat konfransında Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla iyunun 20-də Vaşinqtonda keçirilən görüşü şərh edərkən diqqətçəkən fikirlər səsləndirib. “ATƏT-in Minsk Qrupu həmsədrləri bizə müzakirə üçün sənəd və təkliflər təqdim ediblər. Bu məsələləri iki-üç ay ərzində müzakirə edib yenidən həmsədrlərlə görüşməliyik” - nazir deyib.

Hələ ki İrəvan Vaşinqton görüşü ilə bağlı diqqət cəlb edən açıqlama ilə çıxış etməyib. Ancaq Ermənistanın təlaşlanmasına qonşu Gürcüstanda baş verənlərin də səbəb olduğu şübhəsizdir, bunu erməni ekspertlər də etiraf edir.

Ermənilər də anlayır ki, Azərbaycan öz ərazilərindən imtina etmək niyyətində deyil və torpaqlarını azad etmək üçün tarixi fürsət gözləyir. Elə XİN rəhbərinin digər fikirləri də ermənilərin həyəcanının əbəs olmadığı qənaətini yaradır.

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxmalıdır”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, həmsədrlərin təklifinə əsasən yaxın 2-3 ay ərzində Ermənistanın XİN rəhbəri ilə növbəti görüş keçiriləcək: “Bütün hallarda münaqişənin həlli üçün erməni qoşunları işğal olunmuş ərazilərdən çıxmalıdır. Digər məsələlər müzakirə oluna bilər. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistan etiraf etməsə də, Azərbaycanın ərazi bütövlüyünü tanıyır”. Məmmədyarov qeyd edib ki, bu məsələ Vaşinqtonda müzakirə olunub.

Politoloq Tofiq Abbasov qəzetimizə dedi ki, ortada oyun var: “İrəvan Qarabağla bağlı həmsədrlərlə əlbir oyuna qatılıb ki, münaqişə bölgəsinə sülhməramlıları gətizdirsin. Status-kvonu möhkəmlətmə yolunda bu, Ermənistana lazımdı deyə, İrəvan hətta Amerika ilə sövdələşməyə hazırdır ki, özü üçün ”xilasetmə kəməri" əldə etsin. Həmsədrlər Amerikada bu haqda açıq deməsələr də, bu məsələnin üstünə gəliblər. Amma Bakıya bu qətiyyən gərək deyil. 90-larda Azərbaycan sülhməramlılar planından birmənalı imtina etdi ki, buna bir daha qayıdış olmasın. İndi də Bakı bunu rədd edəcək. Lakin həmsədrlər bilməlidirlər ki, artıq danışıqlar mənasını itirib və müharibə qaçılmaz məsələyə çevrilib".

T.Abbasov hesab edir ki, ən yaxın zamanda əgər danışıqlarda yenə mənasız gündəlik olacaqsa və həmsədrlər tutarlı ideya və təklifləri ortaya qoymayacaqlarsa, deməli, hərbi kampaniya baş verəcək.

Politoloq Məhəmməd Əsədullazadə isə “Yeni Müsavat”a dedi ki, ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünü, sadəcə, danışıqlar görüntüsü kimi xarakterizə etmək olar: “Qeyd edim ki, Minsk Qrupu həmsədrlərinin də bu görüşdə iştirakı demək olar ki, danışıqları növbəti görüş kimi təşkil edilməsinə səbəb oldu. Amma hesab edirəm ki, həmsədrlər burada iştirak etməsəydi, irəliləyişə nail olmaq üçün Vaşinqtonun təşəbbüsü alqışlana bilərdi. Göründüyü kimi, həmsədrlər burada tərəflərə konkret məzmunlu təkliflər verib. Həmsədrlər birinci dəfə deyil, belə bir təkliflə çıxış edir”.

Ekspert qeyd etdi ki, Vaşinqton görüşündə konkret detallar müzakirə olunsaydı, bu barədə məlumat verilərdi: “Burada da atəşkəsin qorunub saxlanılması və danışıqların davam etdirilməsi razılaşdırılıb. Moskvada xarici işlər nazirlərinin görüşündə əsirlərin dəyişdirilməsi məsələsi burada açıq şəkildə qabardılmadı. Göründüyü kimi, Ermənistan da bunda maraqlı deyil”.

M.Əsədullazadə hesab edir ki, Vaşinqton görüşündə Azərbaycanın gözləntiləri doğrulmadı: “Danışıqlarda bizi qane edən nəticə olmadı. Ona görə də liderlərin görüşündən danışmaq tezdir. Çünki konkret detallar olmadığına görə belə bir görüşə ehtiyac görmürəm. Ermənistan belə bir görüşdə maraqlı ola bilər - atəşkəsi qorumaq üçün. Amma nəticəsiz danışıqlara rəsmi Bakı getməməlidir. Düşənbə, Vyana görüşlərində Azərbaycan və Ermənistan liderlərinin görüşündə şifahi razılıq əldə olunsa da, demək olar ki, erməni tərəfi qəti şəkildə razılıqlara əməl etmir. Hesab edirəm ki, il ərzində müəyyən diplomatik kanallarla danışıqlar aparılmalı, İrəvanın konkret mövqeyi aydın olandan sonra liderlərin görüşünə ehtiyac ola bilər. Hazırda Ermənistan daxilində Paşinyana qarşı Qarabağ klanı təzyiq edir. Belə bir situasiyada Paşinyanın danışıqlarda kompromis mövqe tutacağı mümkün deyil. Azərbaycan təzyiq yolu ilə İrəvanı yalnız danışıqlarla kompromisə gətirə bilər. Hesab edirəm ki, hazırkı situasiya aydın deyil. Danışıqları erməni tərəfi tormozlayıb. Azərbaycan yalnız güc yolu ilə vəziyyəti dəyişə bilər”.

Rusiyanın “Vladtime” saytı isə iddia edib ki, Dağlıq Qarabağda müharibəyə hazırlıq gedir (Publik.az). Valeri Axrimoviçin müəllifi olduğu məqalədə bildirilir ki, Qarabağ cəbhəsində vəziyyət kəskinləşir: “Azərbaycan tərəfi ermənilərin qumbaraatanlarla təxribat törətdiyini deyir, Ermənistan isə bunu təkzib edir. Ermənistan tərəfi iddia edir ki, Azərbaycan vəziyyətdən istifadə edərək, müharibəyə başlamaq istəyir”.

Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu, Ermənistan tərəfindən tutulduğu qeyd olunan məqalədə müəllif münaqişə tərəflərinin hərbi potensialını araşdırıb: “Azərbaycan ordusu daha çox inkişaf edib, nəinki Ermənistan ordusu. Azərbaycan ordusu T-90S müasir Rusiya tankları ilə silahlanıb. AN-29 və Su-25-lər Hərbi Hava Qüvvələrinin əsas bombardmançılarıdır. Quru qoşunları AK-74 M avtomatları ilə yanaşı, İsrail istehsalı olan TAR-21-lərlə də təchiz olunub. Ermənistan ordusu isə daha kasıb silahlanıb. Ermənistan ordusunun əsas döyüş tankı T-72-lərdir və bu, Azərbaycanın T-90S-ləri ilə müqayisədə köhnəlmiş texnikadır. Ermənistanda 229 tank var və bunun 200 ədədi T-72-dir. Azərbaycanda isə 962 tank var, onların da 100-dən çoxu T-90S-dir. Ermənistanın hərbi hava qüvvələrində cəmi 16 döyüş təyyarəsi var”.

Müəllif hesab edir ki, Qarabağda müharibə başlayarsa, Rusiyanın seçim problemi yaranacaq. “Azərbaycan və Ermənistanın Rusiyadakı diasporu eyni səviyyədə güclüdür. Əgər ermənilər media sahəsində güclüdürsə, azərbaycanlılar biznes sahəsində nüfuzludur”, - məqalədə deyilir.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
15 oktyabr - milli intibahın yeni mərhələsinin başlanğıc tarixi - Deputat yazır...
Dünən, 18:14
Bu il Azərbaycanda 2,7%-lik iqtisadi artım gözlənilir - IMF
Dünən, 18:10
“Volkswagen” Türkiyədə avtomobil zavodunun tikintisindən imtina etdi - Biz də bu maşını sürməkdən imtina edək...
Dünən, 18:09
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Dünən, 18:07
BNA-nın şok planı - İDDİA
Dünən, 18:06
“Kinoda taleyim gətirmədi...” - Məmur aktyor
Dünən, 18:04
Azərbaycanda qohumların mülk davası - Qadını xəstəxanalıq etdilər
Dünən, 17:59
BMT Təhlükəsizlik Şurasında Türkiyənin Suriyada əməliyyatları ilə bağlı məsləhətləşmələr aparılacaq
Dünən, 17:57
ABŞ Suriyada İŞİD-çilərin ailələrinin düşərgəsindən yüzlərlə qadını təxliyə edib
Dünən, 17:54
Bakıda prokurorluq işçilərinin hüquqi bilikləri artırılması ilə bağlı tədbir keçirilib
Dünən, 17:49
Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA
Dünən, 17:47
"Rusiyanı azərbaycanlılarsız təsəvvür edə bilmirəm" - İldar Gilmüddinov
Dünən, 17:38
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü regionumuzun sağlam gələcəyinə misilsiz töhfə verəcək - Emin Musəvi
Dünən, 17:35
Sevimli şairimiz Mikayıl Müşfiqin adını daşıyan park yenidənqurmadan sonra istifadəyə verilib - FOTO
Dünən, 17:31
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib
Dünən, 17:24
Manaf Ağayev ƏSƏBİLƏŞDİ: - "Səni ilan kimi çalaram"
Dünən, 17:13
Prezident İlham Əliyev Nursultan Nazarbayevə “Türk dünyasının Ali Ordeni”ni təqdim edib - FOTO
Dünən, 17:06
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:01
“Pedaqoji şura iclasları bir çox hallarda formal xarakter daşıyır” - Məhəbbət Vəliyeva
Dünən, 17:00
Deputat nazirin son qərarını ALQIŞLADI
Dünən, 16:57
Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi ilə Suriya məsələsini müzakirə edib
Dünən, 16:54
“Paytaxtda razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq” - Bakı polisi
Dünən, 16:45
Zakir Həsənov HHQ-nin yeni RLS-nin idarəetmə məntəqəsinin açılışında iştirak edib
Dünən, 16:44
"Torpağını, vətənini sevən adamlar bu missiyaya qoşula bilər" - Afaq Bəşirqızı
Dünən, 16:43
Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL
Dünən, 16:39
Bu il Ermənistanda 39 hərbçi ölüb
Dünən, 16:38
Azərbaycanlı gənclər Tiflisdə Türkiyəyə dəstək aksiyası keçirirlər
Dünən, 16:37
"AXA MBASK" sığorta şirkəti işçilərinin - SAYINI AZALDIB
Dünən, 16:30
İsa Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Dünən, 16:27
Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC
Dünən, 16:20
PKK ilə Əsəd rus bazasında görüşdü – Rusiya təsdiqlədi
Dünən, 16:17
Tanınmış modelyerə qarşı cinayət törətməkdə təqsirləndirilənlərə bəraət verilib
Dünən, 16:15
Azərbaycanda DAHA BİR DƏHŞƏT - 44 yaşlı qadın işgəncəyə məruz qalıb
Dünən, 16:14
Bakıda 54 yaşlı kişi küçədə ölüb
Dünən, 16:08
Əxlaqsızlıq məkanı olan "Pəhləvanlar" kafesi pəhləvan qardaşların imiş - məhkəmədə gərginlik
Dünən, 16:06
Bakıda 78 yaşlı kişi küçədə yıxılaraq ölüb
Dünən, 16:00
"Əxlaqsız müğənnilər yaxşı yaşayır, çünki..." - QALMAQAL
Dünən, 15:58
Nazirlik "Azpolt" MMC ilə bağl yazılanlara REAKSİYA VERDİ
Dünən, 15:51
Türkiyəyə qarşı sanksiya: ABŞ-ın işğalçını müdafiə ənənəsi - TƏHLİL
Dünən, 15:50
Ötən dərs ilində 4000-dən çox şagird sinifdə saxlanılıb
Dünən, 15:43
Deputatın və generalın qohumu məhkəmə qarşısında
Dünən, 15:39
Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM
Dünən, 15:38
Bakıda intihara cəhdin qarşısı alınıb
Dünən, 15:32
Vilayət Eyvazov mayoru işdən çıxardı - Nöqsanlara görə
Dünən, 15:30
Əsəd Menbiçi tam ələ keçirdi – Rusiya təsdiqlədi
Dünən, 15:29
Təhsil nazirinin müavini təmayülləşmə prosesinin təşkilini sərt tənqid edib
Dünən, 15:18
Azərbaycanda narkotik istifadəçilərinin sayı açıqlanıb
Dünən, 15:15
Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti ölkəmizdə səfərdədir
Dünən, 15:14
"Sosial şəbəkədə onu-bunu söymürlər, ləkələmirlər"
Dünən, 15:12
"SOCAR daim Azərbaycan iqtisadiyyatının flaqmanı olub" - Deputat
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru