Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə! .....                     Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq... .....                     Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini .....                     “Unibank”ın Tovuz filialının müdirinə RÜŞVƏT İTTİHAMI: .....                     2018-2020-ci illərdə Azərbaycanda ÜDM Ermənistandakından ortalama 3,7 dəfə böyükdür" .....                     Pənah Hüseyndən Leyla Yunusa sərt CAVAB: .....                     Ermənistanda yeni etiraz aksiyası keçiriləcək .....                     Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb .....                     Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB .....                     Bakıda saxta pul satan şəxs saxlanılıb .....                     Ermənilərin Naxçıvan panikası .....                     Gürcüstanda benzin bahalaşıb .....                     Bakıda polis idarəsi rəisinin şikayəti təmin edilməyib .....                     "İdeal" mağazalar şəbəkəsi cərimələnib .....                     Azərbaycan nefti yenidən bahalaşıb .....                     “Talıstan Forest park”da yeni konsert zalı açılıb .....                     Deputatlardan Gülüstan təxribatına reaksiya: .....                     “Çox yaxşı haldır ki, azərbaycanlı oğlanlar ukraynalı qızlara xüsusi diqqət göstərirlər” .....                     Günaydan yayın hiti: “Vallah” .....                     "Həkim dedi, heç olmasa bunun iynə-dərmanını alın, verin..." .....                     "İranlı Mühacirlər Cəmiyyəti" yeni layihənin icrasına başladı .....                     Şirvanda toyda zəhərlənənlər evə buraxılıb .....                     "Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl siyasət həyata keçirilir" .....                     Röya kimin bağ evində istirahət etdi? .....                     Yeni kadr islahatları dalğası gözlənilir .....                     Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanı təmsil edəcək idmançılar .....                     Azərbaycanda soğan istehsalçılarının yeni birliyi yaradılıb .....                     Ləğv olunan MTN generalının bacanağı apellyasiya şikayəti verib .....                     "Ərim məni fahişəliyə məcbur edirdi" .....                     27 yaşlı gənc canına qıydı .....                     Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb .....                     Mehdi Səlimzadənin Göyçayı zibil içində boğulur... .....                     Lənkəranda antisanitar şərait yaradanlar aşkarlandı .....                     Mikayıl Cabbarov Səfər Mehdiyevin əmrindədir... .....                     Azərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır .....                     Ermənistanın Konstitusiya məhkəməsinin sədrinə qarşı cinayət işi başlayacaq .....                     "Mən, seçkilərin nə vaxt olacağını heç bilmirəm" .....                     Əshabi-Kəhfin yaxınlığında uran yatağı tapıldı .....                     TAP-ın 88,5%-i yekunlaşıb .....                     Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb .....                 

Fransa erməniləri məyus edir: - 5 “xartiya” da ləğv olunacaq
Tarix: 24-06-2019, 11:44 | Çap et
Fransa erməniləri məyus edir:
Son günlər Fransa məhkəmələrinin bu ölkənin bəzi komuna və şəhərləri ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış beş “xartiya”nı ləğv etməsi böyük əks-səda doğurub.
Fransanın müvafiq məhkəmələri bu “xartiyalar”ın ləğv olunmasının səbəbini onların ölkənin xarici siyasətinə, eləcə də beynəlxalq öhdəliklərinə uyğun gəlmədiyini göstərib. Erməni separatçılarının planlarının puça çıxması, eləcə də Fransanın qanunsuz sənədlərlə bağlı reaksiyasına dair ortaya çıxan bəzi sualları bu ölkədəki səfirimiz Rəhman Mustafayev AzərTAc-a müsahibəsində açıqlayıb.

Müsahibəni təqdim edirik:

-Bu yaxınlarda Fransa məhkəmələri bu ölkənin kommuna və regionlarının Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal altında olan digər əraziləri ilə imzalanmış bəzi qeyri-qanuni xartiyaları ləğv etdi. Bu məsələ necə gündəmə gəldi?

-2013-cü ilin iyun ayından etibarən Fransanın bir sıra yerli hakimiyyət orqanlarının rəhbərləri (əsasən erməni icmasının çox olduğu regionlar - Ile de France, Rhone- Alpes, Alpes-Provence-Cote-d’Azur) Dağlıq Qarabağın işğal olunmuş ərazilərinin separatçı nümayəndələri ilə əməkdaşlıq haqqında 13 qeyri-qanuni sənəd, saziş və xartiya imzalayıblar. 2013-2017-ci illər ərzində 8 sənəd prezident Fransua Ollandın, 5 sənəd isə indiki Prezidentin dövründə, işğal olunmuş ərazilərdə və ya separatçı nümayəndələrin Fransaya səfərləri zamanı keçirilən görüşlərdə imzalanıb.

-Bəs bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi necə olub?

-Biz bu sənədlərin qanunsuz olduğunu və Fransanın milli qanunvericiliyini, eləcə də onun beynəlxalq və ikitərəfli öhdəliklərini kobud şəkildə pozduğunu əvvəlcədən bəyan etmişdik. Xüsusilə də 1993-cü il dekabrın 20-də Parisdə Azərbaycan və Fransa arasında imzalanmış dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Sazişi pozduğunu bildirmişdik. Xatırladaq ki, bu Sazişə uyğun olaraq, hər iki tərəf münasibətlərində suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinə qarşılıqlı şəkildə riayət etmək öhdəliyini götürüblər.

-Fransa bu qeyri-qanuni sənədlərə nə üçün uzun müddət reaksiya göstərməyib?

-Düşünürəm ki, Fransa tərəfi bu məsələyə çox ciddi yanaşıb. Bu ölkənin iki aparıcı nazirliyinin (Xarici və Daxili İşlər) nümayəndələri bir neçə ay ərzində kommuna, şəhər, departament və region kimi fransız yerli hakimiyyət orqanlarının beynəlxalq əlaqə və fəaliyyətlərinin hüquqi çərçivəsinin müəyyən edildiyi birgə sənəd-sirkulyar-hazırlayıblar. 2018-ci il mayın 28-də bu sirkulyar Xarici və Daxili İşlər nazirləri tərəfindən imzalanaraq icra edilməsi üçün ölkənin regionlarına göndərilib. Qeyd edim ki, bu sənəd icra baxımından məcburi xarakter daşıyır və yerli hakimiyyət orqanlarını Fransanın beynəlxalq öhdəliklərinə riayət olunmasına məcbur edir. O cümlədən Fransanın tanımadığı ərazi vahidlərinin separatçı orqanları ilə saziş imzalanmasını, səfərlərin və qarşılıqlı fəaliyyətlərin həyata keçirilməsi də daxil olmaqla hər hansı bir formada qarşılıqlı əlaqə yaratmağı qadağan edir. Eyni zamanda, sənəd hökumətin region və departamentlərdəki nümayəndələri olan prefektləri Fransanın qanunvericiliyinə riayət edilməsinə nəzarət etməyə və onun pozulduğu hallarda məhkəmə vasitəsilə müdaxilə etməyə məcbur edir. Yəni, sözügedən məhkəmə qərarlarında olduğu kimi, prefektlərin göstərdiyi səylərin nəticəsində 13 qeyri-qanuni sənədin 5-i yerli məhkəmələr tərəfindən ləğv edilib, 3-ü isə müvafiq yerli orqanlar tərəfindən etibarsız hesab olunub.

-Sizcə, bu qanunsuz işlərlə bağlı qərar qəbul edərkən Fransanın icra və məhkəmə orqanlarına hansı amillər təsir göstərib?

-Əsas amil ölkənin qanunlarının onun bütün ərazisində tətbiq edilməsidir. Fransanın bir neçə departamentində dissident-merlər 2013-cü ildən etibarən ölkənin Konstitusiyasını və digər qanunlarını, eləcə də beynəlxalq və ikitərəfli öhdəliklərini pozublar və onlara qarşı heç bir tədbir görülməyib. Təsadüfi deyil ki, məhkəmə qərarlarında aydın qeyd olunub ki, sözügedən qeyri-qanuni xartiyalar 1958-ci il Fransa Konstitusiyasının bir çox maddələrini, o cümlədən 3, 5, 14, 20, 52 və 72 saylı maddələrini pozur.

Bundan əlavə, fransız tərəfi bu cür qanun pozuntularının Azərbaycan-Fransa ikitərəfli münasibətlərinə, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın imicinə mənfi təsir etməsi faktını nəzərə aldı. Belə ki, həmsədr kimi Fransa bu münaqişənin həllində balanslaşdırılmış qərəzsiz mövqeyə sadiq qalmalıdır. Bununla bağlı diqqəti “xartiyalar”ın ləğv edildiyi məhkəmə qərarlarında qeyd edilmiş bəzi məqamlara çəkmək istərdim. Məhkəmənin ləğv edilmiş xartiyalara dair qərarlarında aydın şəkildə qeyd olunur ki, Fransa qanunlarının qadağan etdiyinə baxmayaraq, bu qanunsuz sənədləri imzalamaqla, yerli hakimiyyət orqanları Ermənistan ilə Azərbaycan arasındakı münaqişəyə dolayı yolla müdaxilə etmiş olurlar. Üstəlik, qeyd edirlər ki, bu qanunsuz sənədlər işğal olunmuş ərazilərdə separatçı rejimi tanıyan sazişlər kimi qəbul edilməlidir. Halbuki Fransa və bütün beynəlxalq ictimaiyyət bu qurumu tanımaqdan imtina edir. Bunlar çox əhəmiyyətli mesajlardır və ümidvaram ki, onlar Fransanın yerli hökumət orqanlarının rəhbərləri, eləcə də erməni icması tərəfindən nəzərə alınacaq.

-13 qeyri-qanuni xartiyadan 8-i ləğv edilib və ya etibarsız sayılıb. Qalan 5 “xartiya”nın taleyi necə olacaq?

-Hesab edirəm ki, artıq Fransa qanunlarına zidd olaraq qəbul edilmiş sənədlərin ləğv edilməsi ilə mühüm məhkəmə presedenti yaranıb. Buna görə də qalan “sazişlər”in ləğv olunması şansı yüksəkdir. Ümid edirəm ki, bu məhkəmə qərarları 2013-cü ildən başlayan “xartiya” imzalanmasına son qoyacaq. Eyni zamanda, hesab edirəm, arxayınlaşmaq da olmaz. Fransanın erməni icması, onun təşkilatları və yerli hakimiyyət orqanlarındakı “tərəfdaşları" şübhəsiz ki, beynəlxalq hüquq və fransız qanununun möhkəmliyini “sınaqdan keçirməyə” və işğal olunmuş ərazilərin separatçı nümayəndələri ilə bundan sonra da qeyri-qanuni fəaliyyət göstərməyə cəhd edəcəklər. Buna görə də bütün belə hallarda Fransanın həm paytaxtında, həm də regionlarında yerli hakimiyyət orqanları ilə müvafiq iş aparacağıq.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!
Bu gün, 13:19
Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq... - Belə deyirlər...
Bu gün, 13:17
Anar Məmmədxanovun doğum tarixidir - ANIM
Bu gün, 13:15
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
Bu gün, 13:12
“Unibank”ın Tovuz filialının müdirinə RÜŞVƏT İTTİHAMI: - “Alacağım kompensasiyanı ona verməliyəm?”
Bu gün, 13:02
2018-2020-ci illərdə Azərbaycanda ÜDM Ermənistandakından ortalama 3,7 dəfə böyükdür" - "Galt&Taggart"
Bu gün, 13:00
Pənah Hüseyndən Leyla Yunusa sərt CAVAB: - “Ağılsız köpək”
Bu gün, 12:52
Ermənistanda yeni etiraz aksiyası keçiriləcək
Bu gün, 12:50
Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb
Bu gün, 12:38
Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB - IV HİSSƏ
Bu gün, 12:35
Bakıda saxta pul satan şəxs saxlanılıb
Bu gün, 12:33
Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır
Bu gün, 12:32
Gürcüstanda benzin bahalaşıb
Bu gün, 12:25
Bakıda polis idarəsi rəisinin şikayəti təmin edilməyib
Bu gün, 12:15
Azər Zeynalov "avtoşluq" edir? - VİDEO
Bu gün, 12:08
"İdeal" mağazalar şəbəkəsi cərimələnib
Bu gün, 11:58
Azərbaycan nefti yenidən bahalaşıb
Bu gün, 11:57
“Talıstan Forest park”da yeni konsert zalı açılıb
Bu gün, 11:55
Deputatlardan Gülüstan təxribatına reaksiya: - Ermənilər itənlərini başqa yerdə axtarsınlar
Bu gün, 11:49
“Çox yaxşı haldır ki, azərbaycanlı oğlanlar ukraynalı qızlara xüsusi diqqət göstərirlər” - Xarkovun meri
Bu gün, 11:44
Günaydan yayın hiti: “Vallah”
Bu gün, 11:40
"Həkim dedi, heç olmasa bunun iynə-dərmanını alın, verin..." - GİLEY
Bu gün, 11:39
"İranlı Mühacirlər Cəmiyyəti" yeni layihənin icrasına başladı
Bu gün, 11:27
"Atam çox güclü insandır..." - Oğlu Yalçın Rzazadədən danışdı
Bu gün, 11:21
Şirvanda toyda zəhərlənənlər evə buraxılıb
Bu gün, 11:16
"Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl siyasət həyata keçirilir" - Komitə sədri
Bu gün, 11:13
Röya kimin bağ evində istirahət etdi?
Bu gün, 11:12
"Səkkiz günlük istirahətə on min xərcimiz çıxdı" - Təranə Qumral
Bu gün, 11:09
Yeni kadr islahatları dalğası gözlənilir - İDDİA
Bu gün, 11:03
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanı təmsil edəcək idmançılar - SİYAHI
Bu gün, 10:59
Azərbaycanda soğan istehsalçılarının yeni birliyi yaradılıb
Bu gün, 10:53
Ləğv olunan MTN generalının bacanağı apellyasiya şikayəti verib
Bu gün, 10:44
"Ərim məni fahişəliyə məcbur edirdi" - Bakıda qatil qadından şikayət
Bu gün, 10:39
27 yaşlı gənc canına qıydı
Bu gün, 10:34
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Bu gün, 10:33
Mehdi Səlimzadənin Göyçayı zibil içində boğulur... - GİLEY
Bu gün, 10:32
Lənkəranda antisanitar şərait yaradanlar aşkarlandı - Polis hərəkətə keçdi
Bu gün, 10:25
Mikayıl Cabbarov Səfər Mehdiyevin əmrindədir... - Görünəni budur...
Bu gün, 10:24
Azərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır - Nazir
Bu gün, 10:15
"Biz niyə Messi və Ronaldo kimi futbolçu yetişdirə bilmirik?" - Xalq artisti
Bu gün, 10:13
Ermənistanın Konstitusiya məhkəməsinin sədrinə qarşı cinayət işi başlayacaq
Bu gün, 10:10
"Mən, seçkilərin nə vaxt olacağını heç bilmirəm" - Heydər Əsədov
Bu gün, 10:09
Əshabi-Kəhfin yaxınlığında uran yatağı tapıldı – Ziyarətgahın axırı nə olacaq?
Bu gün, 10:05
TAP-ın 88,5%-i yekunlaşıb
Bu gün, 10:02
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok ssenari
Bu gün, 10:02
“Keşikçidağ”a yol Azərbaycandan keçir
Bu gün, 10:00
“Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nda dəyişiklik edilib
Bu gün, 09:51
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:44
Bakıda iş adamının ölümünə səbəb olan sürücünün məhkəməsi başalyır
Bu gün, 09:36
Abşeronda mənzildə qoca qadına qarşı quldurluq edilib
Bu gün, 09:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru