Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə! .....                     Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq... .....                     Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini .....                     “Unibank”ın Tovuz filialının müdirinə RÜŞVƏT İTTİHAMI: .....                     2018-2020-ci illərdə Azərbaycanda ÜDM Ermənistandakından ortalama 3,7 dəfə böyükdür" .....                     Pənah Hüseyndən Leyla Yunusa sərt CAVAB: .....                     Ermənistanda yeni etiraz aksiyası keçiriləcək .....                     Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb .....                     Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB .....                     Bakıda saxta pul satan şəxs saxlanılıb .....                     Ermənilərin Naxçıvan panikası .....                     Gürcüstanda benzin bahalaşıb .....                     Bakıda polis idarəsi rəisinin şikayəti təmin edilməyib .....                     "İdeal" mağazalar şəbəkəsi cərimələnib .....                     Azərbaycan nefti yenidən bahalaşıb .....                     “Talıstan Forest park”da yeni konsert zalı açılıb .....                     Deputatlardan Gülüstan təxribatına reaksiya: .....                     “Çox yaxşı haldır ki, azərbaycanlı oğlanlar ukraynalı qızlara xüsusi diqqət göstərirlər” .....                     Günaydan yayın hiti: “Vallah” .....                     "Həkim dedi, heç olmasa bunun iynə-dərmanını alın, verin..." .....                     "İranlı Mühacirlər Cəmiyyəti" yeni layihənin icrasına başladı .....                     Şirvanda toyda zəhərlənənlər evə buraxılıb .....                     "Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl siyasət həyata keçirilir" .....                     Röya kimin bağ evində istirahət etdi? .....                     Yeni kadr islahatları dalğası gözlənilir .....                     Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanı təmsil edəcək idmançılar .....                     Azərbaycanda soğan istehsalçılarının yeni birliyi yaradılıb .....                     Ləğv olunan MTN generalının bacanağı apellyasiya şikayəti verib .....                     "Ərim məni fahişəliyə məcbur edirdi" .....                     27 yaşlı gənc canına qıydı .....                     Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb .....                     Mehdi Səlimzadənin Göyçayı zibil içində boğulur... .....                     Lənkəranda antisanitar şərait yaradanlar aşkarlandı .....                     Mikayıl Cabbarov Səfər Mehdiyevin əmrindədir... .....                     Azərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır .....                     Ermənistanın Konstitusiya məhkəməsinin sədrinə qarşı cinayət işi başlayacaq .....                     "Mən, seçkilərin nə vaxt olacağını heç bilmirəm" .....                     Əshabi-Kəhfin yaxınlığında uran yatağı tapıldı .....                     TAP-ın 88,5%-i yekunlaşıb .....                     Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb .....                 

“Ələ keçirilən hər turistdən 2-3 turistin xərcini qoparmaq ənənəsinə son qoymalıyıq” - deputat
Tarix: 24-06-2019, 10:41 | Çap et
“Ələ keçirilən hər turistdən 2-3 turistin xərcini qoparmaq ənənəsinə son qoymalıyıq”
Bu günlərdə ölkəmizin gündəmindəki əsas mövzulardan biri də prezidentin sosial məsələlərlə bağlı imzaladığı sərəncamlardır. İlin əvvəlində dövlət başçısı davamlı şəkildə əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atarkən demişdi ki, bu, son deyil. Bir çoxları hesab edirdi ki, növbəti addımlar ən azı növbəti ildə atılacaq. Lakin cari ilin ilk yarısında növbəti inqilabi qərarlar verildi. Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli ilə müsahibəmizdə əvvəlcə bu mövzudan danışdıq:

- Əli bəy, yəqin ki, ölkə prezidentinin imzaladığı və artıq parlamentin müzakirəsinə təqdim edilən Sosial Paketlə tanışsınız. Bu qərarları necə qiymətləndirirsiniz?

- Ötən ilin aprelində keçirilən prezident seçkilərindən sonra Azərbaycanda islahatların yeni mərhələsi başlayıb. İqtisadiyyatın real və maliyyə sektorları üzrə atılan islahat xarakterli addımlar sosial sahədəki islahatlarla müşayiət olunur. Bu məqsədlə prezident İlham Əliyev genişmiqyaslı Sosial Paket həyata keçirir. Onların arasında şəhid ailələrinə 11 min manatlıq kompensasiyanın verilməsi, 10 min dollara qədər xarici valyutada olan kreditlərə dair qərarın reallaşdırılması, əmək haqqı, pensiya və digər ödənişlərin mərhələli şəkildə artırılması xüsusi yer tutur. Bu, çox zəruridir, çünki Azərbaycanda əhalinin xeyli hissəsinin sosial vəziyyəti ölkənin iqtisadi-maliyyə imkanları ilə müqayisədə geri qalır. Buna əlavə olaraq, 2015-ci ilin iki şok devalvasiyasından sonra xeyli insanın sosial durumu daha da gərginləşmişdi. Bu geriliyi və gərginliyi aradan qaldırmaqdan ötrü dövlət başçısı tərəfindən bu ilin əvvəlindən irəli sürülən Yeni Sosial Paket 17 iyun tarixli sərəncamlardan sonra 4 milyondan artıq adamı əhatə edir. Minimum əməkhaqqının artımı, sadəcə, onun 180 manatdan 250 manata qaldırılması deyil, bu addım 950 minədək vətəndaşın maaşlarının artmasına səbəb olacaq.

Prezidentin həyata keçirdiyi Sosial Paket həm ölkədə həyata keçirilən islahatların bəhrəsinin əhali tərəfindən əyani şəkildə hiss edilməsi, yoxsulluq göstəricisinin aşağı düşməsi, həm iqtisadi fəallığın artırılması, həm əhalinin daha geniş təbəqələrinin islahatları dəstəkləməsi, həm də bizimlə müqayisə oluna biləcək postsovet ölkələri ilə müqayisədə sosial göstəricilərimizin yaxşılaşdırılması baxımından çox vacibdir.

- Növbədənkənar sessiyada dövlət büdcəsinə yenidən baxılacaq. Büdcə müzakirələrində nələrə diqqət çəkmək fikrindəsiniz?

- 2019-cu ilin büdcəsində edilən dəyişikliklər əsasən Prezidentin Sosial Paketinin reallaşdırılması və müdafiə ilə bağlı məsələləri özündə əks etdirir. Maliyyə Nazirliyi bu ildən yeni büdcə qaydalarının tətbiqinə keçib. Burada xüsusi qeyd edilməsi vacib olan əsas məqam odur ki, həmin Sosial Paketin maliyyə təminatı üçün zəruri olan çoxmilyardlı vəsait əlavə olaraq Dövlət Neft Fondundan götürülməyəcək, islahatlar nəticəsində büdcəyə daxil olan vəsait hesabına və büdcənin öz imkanları çərçivəsində həll olunacaq. Həmin məsələnin xüsusi əhəmiyyətini nəzərə alaraq, 2019-cu ilin büdcəsinə dəyişikliklərlə bağlı fikirlərimiz müsbətyönlüdür. Sadəcə, iki məqama diqqət edilməsini zəruri hesab edirik: birincisi, yerli istehsalın artrılmasına yönəlik əlavə tədbirlər görülməlidir ki, əhalinin əlinə gələn və bundan sonra da gələcək vəsaitin mümkün qədər çox hissəsi xaricdən gətirilən mallara yox, yerli mallara xərclənsin. İkincisi, əməkhaqqı və digər ödənişlərin artırılması nəticəsində dövriyyəyə əlavə pul daxil olacaq və bu, təbii surətdə inflyasiya təzyiqi yaradacaq. Amma həmin vəsaitin pərakəndə əmtəə dövriyyəsinə, eləcə də əhalinin məcmu gəlirlərinə nisbəti çox aşağı səviyyədə olduğundan, həm də sosial artımlar mərhələli şəkildə həyata keçirildiyindən, inflyasiya təzyiqi yaransa da, güclü inflyasiyaya iqtisadi əsas yaratmayacaq. Dövriyyəyə əlavə pul girirsə, aydındır ki, məqbul həddə təbii qiymət artımı olacaq. Amma onu da nəzərə almaq lazımdır ki, prezidentin 17 iyun sərəncamlarından sonra əmək haqlarında artımlar sentyabrda olacağına baxmayaraq, monopolist iştah sahibləri arasından indidən “qiymət karuselini” hərəkətə gətirmək həvəsində olanlar tapılacaq... Ona görə də aidiyyəti qurumlar süni qiymət artımına qarşı effektiv mexanizm tətbiq etməlidir ki, artan maaş və digər ödənişlərin xeyli hissəsi süni qiymət artımının “yem”inə çevrilməsin.

- Əli bəy, sizcə, bunun ardınca hansı addımlar atılmalıdır ki, əhalinin digər təbəqələrinin də məmnunluğuna nail olunsun?

- Prezidentin Sosial Paketi çox geniş və əhatəlidir. Ona görə də ötən ilin aprelində keçirilən prezident seçkilərindən sonra həyata keçirilməyə başlayan sosial xarakterli tədbirlər davam etdiriləcək. Bununla belə, bir sıra istiqamətlərdə də addımların atılmasının sürətləndirilməsini zəruri hesab edirik. Tarixən qısa zaman kəsiyində böyük uğurlara imza atan Cənubi Koreya, Sinqapur və sair bu kimi ölkələrdə əldə edilən nailiyyətlər xeyli dərəcədə təhsilə olan xüsusi prioritet münasibətlə bağlıdır. Bizdə təhsilə ayrılan vəsait büdcədə ən böyük vəsaitlərdən biri olsa da, ÜDM-in 3 faizinin altındadır. İslahatları dərinləşdirməklə bu rəqəmi ÜDM-in 5-6 faizi səviyyəsinə çatdırmaq lazımdır. Diaqnostik qiymətləndirmə və son əməkhaqqı artımlarından sonra müəllimlərin maaşlarında artım var. Lakin müəllimlərin maaşlarının artımı prosesi davam etdirilməli və ölkə üzrə orta əmək haqqından yüksəyə qaldırılmalıdır.

Valideynlər ailə büdcəsinin xeyli hissəsini övladları ali məktəblərə daxil olduqdan sonra təhsil kreditlərinə və onların kirayə haqlarına yönəldirlər. Yaxşı olar ki, pulsuz təhsilin dairəsi ilə yanaşı, həm də təhsil kreditlərinin tətbiq dairəsi də genişləndirilsin. Eyni zamanda, özəl sektoru da cəlb etməklə tələbə yataqxanaları kompleksinin tikintisinə başlamaq lazımdır ki, tələbələrin mənzildə yaşaması üçün ailə büdcəsindən ayrılan 250-300 manat vəsait əvəzinə, 70 manat hesabına bu problem həll olunsun. Eyni zamanda, əhalinin daha geniş təbəqəsinin sosial evlərə əlçatanlığı təmin edilməlidir ki, aztəminatlı ailələr də mənzil sahibi ola bilsinlər. Uşaqpulu məsələsi son vaxtlar cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Hökumət strukturları bu məsələ ilə bağlı araşdırmalarını real nəticə verən yöndə davam etdirməlidir. Bu məsələyə demoqrafiyanın dar çərçivəsi prizmasından baxılmamalıdır, çünki söhbət sağlam gələcək nəsildən gedir.

- Gürcüstanın parlament sədri - artıq keçmiş - spiker Oqtay Əsədovla görüşdə dedi ki, ölkəsi biznes mühitinə görə 6-cı yeri tutur və Azərbaycan şirkətlərini Gürcüstana investisiya qoymağa çağırdı. Azərbaycanlı iş adamlarının ölkəmizdən kənarda yatırımlar qoymasının hansı fəsadları ola bilər və onları ölkəmizə qaytarmaq üçün nələr etmək lazımdır?

- Əslində bu sahədə maksimum nəticəyə nail olmaqdan ötrü müqayisəli üstünlük prinsipindən rasional istifadə olunmalıdır. Hansı məhsulların istehsalı bizə hərcəhətli sərfəlidirsə, həmin istehsalları mütləq ölkə daxilində təşkil etmək lazımdır. Bunun üçün yetərincə imkan var. Buna nail olmaqdan ötrü sərmayə qoyuluşu sahəsindəki bütün süni maneələr aradan qaldırılmalı və əlavə stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir ki, ölkəmizdə investisiya mühiti təkcə neft sektoru üzrə yox, qeyri-neft sahələrində də cəlbedici olsun, heç bir qorxu olmasın ki, qoyulan sərmayələr itib-bata bilər. Sumqayıtda və digər şəhərlərdə yaradılan sənaye parkları və digər strukturlar əyani şəkildə göstərir ki, bu sahədə məqsədyönlü iş quranda yüksək nəticə də əldə etmək olur. Məhz daha çox həmin yeni strukturların fəaliyyəti nəticəsində 2019-cu ilin 5 ayı ərzində qeyri-neft sənayesində artım 15 faizi ötüb ki, bu da ümumi sənaye artımı tempindən 7 dəfə yüksək göstəricidir.

Azərbaycan şirkətlərinin Gürcüstana investisiya qoyması məsələsinə gəldikdə isə, bu məsələyə yalnız ötəri gəlir götürmək məqsədi ilə yox, uzaqgörənliklə, strateji hədəflərimizdən biri kimi baxılmalı, Gürcüstanın strateji xarakterli sahələrinə nə qədər lazımsa, o qədər sərmayə yönəltmək və təsirli mövqe sahibinə çevrilmək çox vacibdir, bu, hər cəhətdən xeyrimizə olar.

- Əli bəy, Azərbaycanın bir çox şəhərləri dəniz sahilində yerləşsə də, Türkiyə, yaxud Gürcüstanla müqayisədə turizm üçün cəlbedici sayılmır. Sizcə, bunun günahı kimdədir və hansı işləri görmək lazımdır ki, Xəzərin qumlu sahilləri dillər əzbəri olsun və əcnəbiləri özünə cəlb eləsin?

- Azərbaycanın turizm imkanları kifayət qədər yüksəkdir və bir sıra məqamlarına görə isə əksər ölkələrdən geri qalmır. Son illər ölkəmizə gələn turistlərin sayı müsbət dinamika göstərir. Bu işi daha da genişləndirməkdən ötrü ciddi təhlil həyat keçirilməli, müsbət məqamlar inkişaf etdirilməli, mənfi məqamlar isə aradan qaldırılmalıdır. İlk növbədə xidmətin keyfiyyətini qaldırmaq, qiymətləri isə aşağı salmaq lazımdır. Ələ keçirilən bir turistdən 2-3 turistin xərcini qoparmaq praktikasına son qoymaq lazımdır. Turist Azərbaycana yatmağa yox, ölkəmizin daha çox görməli yerlərini görməyə gəlir. Onda turist gününün çoxunu gəzib-dolaşmaqda keçirəndən sonra, sadəcə, başını qoyub yatmaq üçün Azərbaycanda qaldığı hər gününə niyə 200-300 dollar pul ödəməlidir? Qiymətlər münasib həddədək tənzimlənməli, eyni zamanda, həm də ucuz otel, motel və sair şəbəkəsi genişləndirilməlidir.

- Yeri gəlmişkən, Bakının ekoloji problemlərindən çox danışılır. Yaşıllıqların azalması, əhali axını, zavodlar, tikintilər ekologiyaya öz təsirini göstərir və təbii ki, bu da son nəticədə çoxmilyonlu şəhərdə sağlamlığa zərər vurur. Bakının “bol oksigen”lə təmin olunması üçün hansısa təklifləriniz varmı?

- Bakı şəhəri qarışıq, Azərbaycan əhalisinin 40 faizindən çoxu, sənaye potensialının isə 70-80 faizi Abşeron yarımadasında yerləşir. Ona görə Azərbaycanın ekoloji problemlərinin xeyli hissəsi sözügedən ərazidədir. Abşeron yarımadasının əsas ekoloji problemlərindən biri torpaqların çirklənməsi ilə bağlıdır. Torpaqların 15 faizindın çoxu müxtəlif dərəcələrdə çirklənib. Abşeron yarımadasının təbii ekosistemini bərpa etməkdən ötrü həm torpaqların təmizlənməsi, həm də Abşeron yarımadasının yaşıllaşdırılması işinin genişlndirilməsinə böyük ehtiyac var. Mütəxəssislərin hesablamalarına görə, 1 hektar meşə il ərzində 18 milyon kub metr havanı tozdan təmizləyir və xeyli miqdar zərərli qazları neytrallaşdırır. Abşerondakı mövcud ekoloji problemlərin həllini sürətələndirməkdən ötrü Azərbaycanda, eləcə də Abşeronda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı, o cümlədən Abşeron yarımadasının əsaslı surətdə yaşıllaşdırılamsına dair məqsədli proqramın hazırlanıb həyat keçirilməsini zəruri hesab edirik. Abşeronun və Bakının yaşıllaşdırılmasının yüksək səviyyədə təmin olunması həm burada bir neçə ildən sonra gərginləşəcəyi təxmin edilən ekoloji problemlərin qarşısını alar, həm yaşayış rahatlaşar, həm də turizm imkanlarımız müqayisəyəgəlməz dərəcədə arta bilər.

- Mövsümü məhsullarda qiymət artımının müşahidə olunmasına müxtəlif yanaşmalar var. Sizcə, kənd təsərrüfatı məhsullarının bahalaşmasının obyektiv səbəbi varmı?

- Azərbaycanda yay aylarında mövsümi meyvələrin və tərəvəzlərin qiymətləri bir qayda olaraq ucuz olub. Amma son illərdə həmin vəziyyət dəyişməyə başlayıb və bahalaşma müşahidə olunur. Bunun bir səbəbi odur ki, Qərbin sanksiyalarına cavab olaraq Rusiya Avropa Birliyindən meyvə və tərəvəzlərin idxalına embarqo qoyub. Bu da Azərbaycanın daha sərfəli qiymətlərlə Rusiya bazarına əvvəlki vaxtlardan daha çox kənd təsərrüfatı məhsulu çıxarılması imkanlarını genişləndirib. Beləliklə, əvvəllər daxili bazarda satılan məhsulların bir hissəsi Rusiya bazarlarına çıxarılır. Bu da daxili bazarda qiymətlərin müəyyən dərəcədə artmasına səbəb olur. Yəni sözügedən səbəbdən ölkədə yerli məhsul azalıb deyə, qiymət artımı baş verir. İkinci səbəb təbiət hadisələri ilə bağlıdır ki, məhsulun başlanğıc ərəfəsində təbiət kataklizmləri meyvə-tərəvəzə xeyli ziyan vurdu, bu da qiymətlərə təsir edir. Üçüncü amil kimi xaricdən gətirilən meyvə-tərəvəz də Azərbaycanda baha satılır. Hökumət bu sahədəki bahalaşmanın qarşısını almaqdan ötrü bir sıra tədbir görür, yarmarkalar və sair təşkil edir. Bu, müsbət haldır və qiymətlərə müəyyən qədər təsir edir. Lakin yarmarkaların dairəsi və orda satılan məhsulların çeşidi məhdud olduğunda, qiymətlərə yalnız qismən əks-təsir göstərə bilir.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!
Bu gün, 13:19
Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq... - Belə deyirlər...
Bu gün, 13:17
Anar Məmmədxanovun doğum tarixidir - ANIM
Bu gün, 13:15
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
Bu gün, 13:12
“Unibank”ın Tovuz filialının müdirinə RÜŞVƏT İTTİHAMI: - “Alacağım kompensasiyanı ona verməliyəm?”
Bu gün, 13:02
2018-2020-ci illərdə Azərbaycanda ÜDM Ermənistandakından ortalama 3,7 dəfə böyükdür" - "Galt&Taggart"
Bu gün, 13:00
Pənah Hüseyndən Leyla Yunusa sərt CAVAB: - “Ağılsız köpək”
Bu gün, 12:52
Ermənistanda yeni etiraz aksiyası keçiriləcək
Bu gün, 12:50
Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb
Bu gün, 12:38
Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB - IV HİSSƏ
Bu gün, 12:35
Bakıda saxta pul satan şəxs saxlanılıb
Bu gün, 12:33
Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır
Bu gün, 12:32
Gürcüstanda benzin bahalaşıb
Bu gün, 12:25
Bakıda polis idarəsi rəisinin şikayəti təmin edilməyib
Bu gün, 12:15
Azər Zeynalov "avtoşluq" edir? - VİDEO
Bu gün, 12:08
"İdeal" mağazalar şəbəkəsi cərimələnib
Bu gün, 11:58
Azərbaycan nefti yenidən bahalaşıb
Bu gün, 11:57
“Talıstan Forest park”da yeni konsert zalı açılıb
Bu gün, 11:55
Deputatlardan Gülüstan təxribatına reaksiya: - Ermənilər itənlərini başqa yerdə axtarsınlar
Bu gün, 11:49
“Çox yaxşı haldır ki, azərbaycanlı oğlanlar ukraynalı qızlara xüsusi diqqət göstərirlər” - Xarkovun meri
Bu gün, 11:44
Günaydan yayın hiti: “Vallah”
Bu gün, 11:40
"Həkim dedi, heç olmasa bunun iynə-dərmanını alın, verin..." - GİLEY
Bu gün, 11:39
"İranlı Mühacirlər Cəmiyyəti" yeni layihənin icrasına başladı
Bu gün, 11:27
"Atam çox güclü insandır..." - Oğlu Yalçın Rzazadədən danışdı
Bu gün, 11:21
Şirvanda toyda zəhərlənənlər evə buraxılıb
Bu gün, 11:16
"Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl siyasət həyata keçirilir" - Komitə sədri
Bu gün, 11:13
Röya kimin bağ evində istirahət etdi?
Bu gün, 11:12
"Səkkiz günlük istirahətə on min xərcimiz çıxdı" - Təranə Qumral
Bu gün, 11:09
Yeni kadr islahatları dalğası gözlənilir - İDDİA
Bu gün, 11:03
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanı təmsil edəcək idmançılar - SİYAHI
Bu gün, 10:59
Azərbaycanda soğan istehsalçılarının yeni birliyi yaradılıb
Bu gün, 10:53
Ləğv olunan MTN generalının bacanağı apellyasiya şikayəti verib
Bu gün, 10:44
"Ərim məni fahişəliyə məcbur edirdi" - Bakıda qatil qadından şikayət
Bu gün, 10:39
27 yaşlı gənc canına qıydı
Bu gün, 10:34
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Bu gün, 10:33
Mehdi Səlimzadənin Göyçayı zibil içində boğulur... - GİLEY
Bu gün, 10:32
Lənkəranda antisanitar şərait yaradanlar aşkarlandı - Polis hərəkətə keçdi
Bu gün, 10:25
Mikayıl Cabbarov Səfər Mehdiyevin əmrindədir... - Görünəni budur...
Bu gün, 10:24
Azərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır - Nazir
Bu gün, 10:15
"Biz niyə Messi və Ronaldo kimi futbolçu yetişdirə bilmirik?" - Xalq artisti
Bu gün, 10:13
Ermənistanın Konstitusiya məhkəməsinin sədrinə qarşı cinayət işi başlayacaq
Bu gün, 10:10
"Mən, seçkilərin nə vaxt olacağını heç bilmirəm" - Heydər Əsədov
Bu gün, 10:09
Əshabi-Kəhfin yaxınlığında uran yatağı tapıldı – Ziyarətgahın axırı nə olacaq?
Bu gün, 10:05
TAP-ın 88,5%-i yekunlaşıb
Bu gün, 10:02
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok ssenari
Bu gün, 10:02
“Keşikçidağ”a yol Azərbaycandan keçir
Bu gün, 10:00
“Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nda dəyişiklik edilib
Bu gün, 09:51
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:44
Bakıda iş adamının ölümünə səbəb olan sürücünün məhkəməsi başalyır
Bu gün, 09:36
Abşeronda mənzildə qoca qadına qarşı quldurluq edilib
Bu gün, 09:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru