Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə! .....                     Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq... .....                     Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini .....                     “Unibank”ın Tovuz filialının müdirinə RÜŞVƏT İTTİHAMI: .....                     2018-2020-ci illərdə Azərbaycanda ÜDM Ermənistandakından ortalama 3,7 dəfə böyükdür" .....                     Pənah Hüseyndən Leyla Yunusa sərt CAVAB: .....                     Ermənistanda yeni etiraz aksiyası keçiriləcək .....                     Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb .....                     Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB .....                     Bakıda saxta pul satan şəxs saxlanılıb .....                     Ermənilərin Naxçıvan panikası .....                     Gürcüstanda benzin bahalaşıb .....                     Bakıda polis idarəsi rəisinin şikayəti təmin edilməyib .....                     "İdeal" mağazalar şəbəkəsi cərimələnib .....                     Azərbaycan nefti yenidən bahalaşıb .....                     “Talıstan Forest park”da yeni konsert zalı açılıb .....                     Deputatlardan Gülüstan təxribatına reaksiya: .....                     “Çox yaxşı haldır ki, azərbaycanlı oğlanlar ukraynalı qızlara xüsusi diqqət göstərirlər” .....                     Günaydan yayın hiti: “Vallah” .....                     "Həkim dedi, heç olmasa bunun iynə-dərmanını alın, verin..." .....                     "İranlı Mühacirlər Cəmiyyəti" yeni layihənin icrasına başladı .....                     Şirvanda toyda zəhərlənənlər evə buraxılıb .....                     "Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl siyasət həyata keçirilir" .....                     Röya kimin bağ evində istirahət etdi? .....                     Yeni kadr islahatları dalğası gözlənilir .....                     Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanı təmsil edəcək idmançılar .....                     Azərbaycanda soğan istehsalçılarının yeni birliyi yaradılıb .....                     Ləğv olunan MTN generalının bacanağı apellyasiya şikayəti verib .....                     "Ərim məni fahişəliyə məcbur edirdi" .....                     27 yaşlı gənc canına qıydı .....                     Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb .....                     Mehdi Səlimzadənin Göyçayı zibil içində boğulur... .....                     Lənkəranda antisanitar şərait yaradanlar aşkarlandı .....                     Mikayıl Cabbarov Səfər Mehdiyevin əmrindədir... .....                     Azərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır .....                     Ermənistanın Konstitusiya məhkəməsinin sədrinə qarşı cinayət işi başlayacaq .....                     "Mən, seçkilərin nə vaxt olacağını heç bilmirəm" .....                     Əshabi-Kəhfin yaxınlığında uran yatağı tapıldı .....                     TAP-ın 88,5%-i yekunlaşıb .....                     Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb .....                 

Şirkətlər qanundakı boşluqdan istifadə edir, - olan isə sərnişinə olur
Tarix: 24-06-2019, 10:11 | Çap et
Şirkətlər qanundakı boşluqdan istifadə edir,
Son vaxtlar sərnişin avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisələri daha tez-tez baş verir. Hər dəfə də baş verən qəzalarda sərnişinlərin həyatı təhlükə ilə üz-üzə qalır.

Çoxumuz ictimai nəqliyyatdan istifadə etsək də, sərnişin avtobuslarında başımıza gələcək bədbəxt hadisələrdən sığortalanmamışıq. Sərnişin avtobuslarının iştirakı ilə baş verən qəza hadisələrinin sayının artması isə sərnişinlərin sığorta məsələsini də gündəmə gətirir. Sputnik Azərbaycan-ın apardığı kiçik araşdırma zamanı bəlli olub ki, bu gün sərnişindaşıma ilə məşğul olan daşıyıcıların çoxu sərnişinləri icbari sığorta etdirməyib. Hazırda bu təcrübə yalnız paytaxtda sərnişindaşıma ilə məşğul olan "Baku Bus" şirkətində var.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qanuna müvafiq olaraq şəhərlərası sərnişindaşıma ilə məşğul olan avtobuslar icbari sığorta olunmalıdırlar. Əks halda onların sərnişindaşıma ilə məşğul olmasına icazə verilmir: "Bakı şəhəri üzrə sərnişindaşıma ilə məşğul olan şirkətlərdə bu könüllü həyata keçirilir. Hələ ki, paytaxtda sərnişindaşıma ilə məşğul olan şirkətlərdən yalnız "Baku Bus" icbari sığorta olunub. Amma Bakıda sərnişin avtobuslarının iştirakı ilə baş verən qəzaların çox olması icbari sığortanın şəhərdaxili və Bakı ətrafı sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcı şirkətlərdə tətbiq olunmasını şərtləndirir. Əslində sərnişindaşıma sığortalanan bir xidmət növüdür. Bu gün ictimai nəqliyyatdan minlərlə insan istifadə edir. Onların təhlükəsiz daşınması vacib məsələdir. Nəzərə almaq lazımdır ki, ictimai nəqliyyatda hər hansı qəza baş verərsə insanlara tibbi yardımın göstərilməsi, onların sağlamlıqlarına dəyən ziyanın qarşılanması xeyli məsrəf tələb edir. Təbii ki, daşıyıcılar sığorta şirkətləri vasitəsilə sərnişinləri sığorta etdirməyəndə bu xərci ödəmək sərnişinlərin üzərinə düşür".
Həmsöhbətimiz deyir ki, paytaxtda sərnişindaşımada icbari sığortanın tətbiq olunmaması qanunvericilikdəki boşluqlardan irəli gəlir: "Sığorta şəhadətnaməsi olmayan daşıyıcı şirkətə lisenziya verilməməlidir. Amma bu şəhərdaxili və şəhərətrafı sərnişindaşımaya tətbiq olunmur. Bunun bir səbəbi odur ki, lisenziya ilə bağlı hazırda qoyulan tələblərin çoxuna daşıyıcı şirkətlər cavab vermirlər".

A.Allahverənov bildirir ki, sərnişinlərin sığorta olunmasında sığorta şirkətləri də fəallıq nümayiş etdirmirlər: "Bu gün sığorta şirkətləri bu məsələdə çox passivdirlər. Daşıyıcı şirkətlər isə müəyyən məsrəflərdən qaçırlar. Çünki sərnişinlərin sığortası xeyli vəsait tələb edir. Ona görə də, sərnişinlərin sığortalanması ilə bağlı ortaq məxrəc tapılmalıdır. Bütün maraqlar nəzərə alınaraq daşıyıcı şirkətlərin sərnişinlərin həyatını sığorta etdirməsi vacib tələb kimi qoyulmalıdır. Bakı Nəqliyyat Agentliyi bu məsələni diqqətdə saxlamalıdır".

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə deyir ki, qanunvericilikdə şəhər daxilində sərnişindaşımada sərnişinlərin icbari sığortası ilə bağlı hər hansı bir tələb yoxdur. Bu, könüllü xarakter daşıyır. M. Ağayevin sözlərinə görə, bu cür sığortalanma avtobuslarda qəza riskini də azaldır: "Sərnişinlərini sığorta edən heç bir sahibkar təsadüfi adama sükanı etibar etməz. Əksinə, işini daha peşəkar səviyyədə qurar. Bu isə sərnişinlərin rahatlığı və təhlükəsizliyinə yönələcək bir addımdır. BNA da daşıyıcı şirkətlərin icbari sığortadan yararlanmalarını tövsiyə edir. Amma hələ ki, məcburi olmadığından daşıyıcılar qarşısında sərnişinlərin sığorta olunması şərt kimi qoyula bilməz".

M. Ağayev BNA-nın sərnişinlərin həyatını sığorta edən daşıyıcı şirkətlərin addımını təqdir etdiyini də söyləyib: "Biz "BakuBus"ın bu addımını təqdir edirik. Düşünürük ki, digər avtobus sahibləri də "BakuBus" kimi bu cür addım atsalar, yaxşı olar. Bu faktın özü bir daha onu göstərir ki, "BakuBus" dövlət müəssisəsi olaraq üzərinə düşən sosial məsuliyyəti doğru dərk edir. Lakin əfsuslar olsun ki, digər daşıyıcıların çoxu yalnız biznes maraqlarını üstün tutub, üzərilərinə düşən sosial məsuliyyəti unudurlar".








 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!
Bu gün, 13:19
Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq... - Belə deyirlər...
Bu gün, 13:17
Anar Məmmədxanovun doğum tarixidir - ANIM
Bu gün, 13:15
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
Bu gün, 13:12
“Unibank”ın Tovuz filialının müdirinə RÜŞVƏT İTTİHAMI: - “Alacağım kompensasiyanı ona verməliyəm?”
Bu gün, 13:02
2018-2020-ci illərdə Azərbaycanda ÜDM Ermənistandakından ortalama 3,7 dəfə böyükdür" - "Galt&Taggart"
Bu gün, 13:00
Pənah Hüseyndən Leyla Yunusa sərt CAVAB: - “Ağılsız köpək”
Bu gün, 12:52
Ermənistanda yeni etiraz aksiyası keçiriləcək
Bu gün, 12:50
Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb
Bu gün, 12:38
Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB - IV HİSSƏ
Bu gün, 12:35
Bakıda saxta pul satan şəxs saxlanılıb
Bu gün, 12:33
Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır
Bu gün, 12:32
Gürcüstanda benzin bahalaşıb
Bu gün, 12:25
Bakıda polis idarəsi rəisinin şikayəti təmin edilməyib
Bu gün, 12:15
Azər Zeynalov "avtoşluq" edir? - VİDEO
Bu gün, 12:08
"İdeal" mağazalar şəbəkəsi cərimələnib
Bu gün, 11:58
Azərbaycan nefti yenidən bahalaşıb
Bu gün, 11:57
“Talıstan Forest park”da yeni konsert zalı açılıb
Bu gün, 11:55
Deputatlardan Gülüstan təxribatına reaksiya: - Ermənilər itənlərini başqa yerdə axtarsınlar
Bu gün, 11:49
“Çox yaxşı haldır ki, azərbaycanlı oğlanlar ukraynalı qızlara xüsusi diqqət göstərirlər” - Xarkovun meri
Bu gün, 11:44
Günaydan yayın hiti: “Vallah”
Bu gün, 11:40
"Həkim dedi, heç olmasa bunun iynə-dərmanını alın, verin..." - GİLEY
Bu gün, 11:39
"İranlı Mühacirlər Cəmiyyəti" yeni layihənin icrasına başladı
Bu gün, 11:27
"Atam çox güclü insandır..." - Oğlu Yalçın Rzazadədən danışdı
Bu gün, 11:21
Şirvanda toyda zəhərlənənlər evə buraxılıb
Bu gün, 11:16
"Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl siyasət həyata keçirilir" - Komitə sədri
Bu gün, 11:13
Röya kimin bağ evində istirahət etdi?
Bu gün, 11:12
"Səkkiz günlük istirahətə on min xərcimiz çıxdı" - Təranə Qumral
Bu gün, 11:09
Yeni kadr islahatları dalğası gözlənilir - İDDİA
Bu gün, 11:03
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanı təmsil edəcək idmançılar - SİYAHI
Bu gün, 10:59
Azərbaycanda soğan istehsalçılarının yeni birliyi yaradılıb
Bu gün, 10:53
Ləğv olunan MTN generalının bacanağı apellyasiya şikayəti verib
Bu gün, 10:44
"Ərim məni fahişəliyə məcbur edirdi" - Bakıda qatil qadından şikayət
Bu gün, 10:39
27 yaşlı gənc canına qıydı
Bu gün, 10:34
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Bu gün, 10:33
Mehdi Səlimzadənin Göyçayı zibil içində boğulur... - GİLEY
Bu gün, 10:32
Lənkəranda antisanitar şərait yaradanlar aşkarlandı - Polis hərəkətə keçdi
Bu gün, 10:25
Mikayıl Cabbarov Səfər Mehdiyevin əmrindədir... - Görünəni budur...
Bu gün, 10:24
Azərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır - Nazir
Bu gün, 10:15
"Biz niyə Messi və Ronaldo kimi futbolçu yetişdirə bilmirik?" - Xalq artisti
Bu gün, 10:13
Ermənistanın Konstitusiya məhkəməsinin sədrinə qarşı cinayət işi başlayacaq
Bu gün, 10:10
"Mən, seçkilərin nə vaxt olacağını heç bilmirəm" - Heydər Əsədov
Bu gün, 10:09
Əshabi-Kəhfin yaxınlığında uran yatağı tapıldı – Ziyarətgahın axırı nə olacaq?
Bu gün, 10:05
TAP-ın 88,5%-i yekunlaşıb
Bu gün, 10:02
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok ssenari
Bu gün, 10:02
“Keşikçidağ”a yol Azərbaycandan keçir
Bu gün, 10:00
“Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nda dəyişiklik edilib
Bu gün, 09:51
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:44
Bakıda iş adamının ölümünə səbəb olan sürücünün məhkəməsi başalyır
Bu gün, 09:36
Abşeronda mənzildə qoca qadına qarşı quldurluq edilib
Bu gün, 09:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru