Yeni iPhone telefonlarının imkanlarını Azercell ilə kəşf edin! .....                     "Qanunsuz mitinq keçirmək istəyənlərə qarşı ən sərt tədbirlər görüləcək" .....                     Dövlət Neft Fondu Milandakı daşınmaz əmlakını satıb .....                     Türkiyəli rəsmilər Suriyaya uçdu .....                     İstirahət günlərində gözlənilən hava proqnozu .....                     Fransa, Almaniya və Britaniya liderləri Ərdoğanla görüşmək istəyir .....                     Qobustan qəsəbəsində növbəti səyyar görüş .....                     Azərbaycanın 39 şəhər və rayonu gələn il dövlət büdcəsindən dotasiya almayacaq .....                     Bakıda razılaşdırılmamış aksiya: .....                     Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb .....                     Gələn il "Bakı Metropoliteni" 40 milyon manat subsidiya alacaq .....                     “Lombard Məlahət” jurnalisti həbs etdirmək istəyir .....                     Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı .....                     “19 oktyabrda hər hansı bir qarşıdurma, kütləvi ixtişaşlar baş verərsə...” .....                     Azərbaycanda investisiya xərcləri 23% azaldılır .....                     Şamaxıda “ASAN xidmət”in tikintisi üçün 20 milyon manat ayrılıb .....                     "Piketi mühafizə edən polisləri, onların valideynlərini təhqir etməkdən çəkinmədilər ki, polisləri qarşıdurmaya çəksinlər" .....                     Əmlak Məsələləri Dövlət Komitəsinin büdcə öhdəliyi dəyişdirilməyib .....                     Yüksələn inkişafın gözəl nümunəs .....                     "Hər birimiz təhlükə altındayıq" .....                     Vergidən yayınan ən böyük şəbəkə... .....                     "Gələn il biz köçkünləri mümkün qədər çox yerləşdirməliyik" .....                     Oktyabrın 21-də dollar neçəyə olacaq? .....                     Azərbaycanda gələn il səhiyyə sahəsinə ayrılan vəsaitin məbləği məlum olub .....                     Məhbəs əsl sənin yerindir, Mehman Əliyev! .....                     "Qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir" .....                     Azərbaycanda siqaret qıtlığı yarana bilər .....                     "Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yerləşdirilən materiallara da xüsusi diqqət yetiriləcək" .....                     "Köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır" .....                     Bələdiyyə seçkilərilə bağlı MSK-nın nəzdində ekspert qrupu yaradılıb .....                     Gələn ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə sahəsinə ayrılan vəsait artırılır .....                     Gələn il Azərbaycanın dövlət büdcəsi .....                     Bu şəxs MSK-ya üzv təyin olunacaq .....                     Azərbaycanda bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi başlayır .....                     Paşinyanın rəsmi saytı dağıdıldı, “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı .....                     Ərdoğan Trampın nəzakətsiz məktubuna münasibət bildirib .....                     Prezident İlham Əliyev Azərbaycan energetiklərini təltif edib .....                     Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı müəyyənləşib .....                     Qubadlının icra başçısı Xətaiyə gətirilir? .....                     Qarabağ qaziləri evsizlikdən şikayətləndi: .....                 

Proporsional seçki sisteminin bərpası mümkünmü?
Tarix: 15-06-2019, 10:44 | Çap et
Proporsional seçki sisteminin bərpası mümkünmü?
Gürcüstanın 20 müxalifət partiyası proporsional seçki sisteminə keçid tələbi ilə bağlı 300 min imza toplayıb. Toplanmış imzalar iyunun 13-də Gürcüstan parlamentinə təqdim olunub. Müxalifət seçki sisteminin 2020-ci ildən etibarən dəyişdirilməsini tələb edir.

Gürcüstanın “Yeni Sağçılar” Partiyasının üzvü Mamuka Katsutadze jurnalistlərə bildirib ki, müxalifət imzaların sayını milyona çatdırmaq niyyətindədir. Bunun üçün də imzatoplama kampaniyası davam etdirilir. Gürcüstan parlamenti 10 gün ərzində imzaların etibarlılığını yoxlamalıdır. Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasının müxalifətə cavabı özünü çox gözlətməyib.

Partiyanın siyasi şurasının üzvü və Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze deyib ki, ölkədə seçki qanunvericiliyinə dəyişikliklərlə bağlı İşçi qrupunun görüşlərində proporsional seçki sisteminə keçid məsələsi müzakirə olunmur. O deyib ki, Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı yeni qanun layihəsi hazırlanır və sənəd təxminən bir ay sonra parlamentdə müzakirəyə çıxarılacaq. Onun sözlərinə görə, İşçi qrupu formatında keçirilən müzakirələrdə seçki prosesinə düzəlişlərlə bağlı yalnız ATƏT-in tövsiyələri nəzərdən keçirilir.

Qeyd edək ki, Azərbaycanda hazırda proporsional seçki sistemi mövcud deyil. Azərbaycan Konstitusiyasına görə, parlament seçkiləri majoritar qaydada keçirilir. Majoritar seçki sistemində ayrı-ayrı dairələrdən namizədliklərini irəli sürənlər səs çoxluğu ilə deputat mandatı qazanırlar. Azərbaycanın müstəqilliyi yenidən elan olunandan sonra proporsional seçki sistemi də tətbiq olunurdu. Amma 2002-ci ilin avqust ayında keçirilən referendumla proporsional seçki sistemi ləğv olunub. Bundan sonra parlament seçkilərinin həm majoritar, həm də proporsional qaydada keçirilməsi dəfələrlə təklif olunsa da, reallaşmayıb.

Proporsional seçkiyə keçid yalnız o halda mümkündür ki, qanunvericilikdə dəyişiklik həyata keçirilsin.

Milli Məclisin deputatı, hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, qarışıq seçki sisteminin tərəfdarıdır. Həm majoritar, həm proporsional seçki sistemi ən uyğun sistemdir: “Proporsional seçki sistemi cəmiyyətdə siyasi partiyaların rolunun artırılmasında və güclənməsində mühüm rol oynayan amildir. Ona görə də bu seçki sisteminin tətbiqi əslində Azərbaycanda siyasi partiyaların güclənməsinə ciddi töhfələr verə bilər. Hansı partiyaların məramı və məqsədi arasında ciddi fərqlər yoxdursa, onlar birləşə bilər. Partiyaların parlamentdə proporsional sistemlə təmsil olunması ölkədə həm seçki prosesində, həm də digər siyasi proseslərdə partiyaların fəallığını gücləndirərdi. Proporsional seçkilərdə uğur qazana bilməyən partiyalar xalqın səsini qazana bilmədiklərinə görə artıq onların ya tamamilə fəaliyyətlərini dayandırması və yaxud parlamentdə təmsil olunan nisbətən güclü partiyalarla konsolidasiyasına gətirib çıxarar. Təbii ki, majoritar seçki sisteminin də öz üstünlüyü var. Burada ayrı-ayrı siyasi partiyalarda təmsil olunmaq istəməyən, daha çox müstəqil mövqeni fəaliyyətində əks etdirən vətəndaşlar bu sistemlə öz gücünü sınaya və parlament seçkilərində iştirak edə bilər. Bu, vətəndaş cəmiyyətinin də seçkilərdə fəal şəkildə iştirakına müsbət təsir göstərir. Majoritar seçki sistemində partiyalar da öz konkret namizədləri ilə seçkilərdə iştirak edirlər. Proporsional sistemdən fərqli olaraq burada seçicilərlə konkret namizədin görüşü həyata keçirilir, seçicilərin daha uğurlu namizəd seçiminə şərait yaradılır. Biz də nə vaxtsa, proporsional və majoritar seçki sistemini özündə ifadə edən qarışıq seçki sisteminə keçsək faydalı olar. Gürcüstanda bu məsələ qaldırılıbsa, bu da Gürcüstan dövlətinin və siyasi qüvvələrinin daxili işləridir”.

Bəs Azərbaycan müxalifət düşərgəsinin bu məsələdə mövqeyi necədir?

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, müxalif partiyalar artıq illərdir bu məsələnin həyata keçməsinə çalışır: “Əvvəllər Azərbaycan parlamentinə seçkilər zamanı qismən də olsa proporsional seçki mövcud idi. 125 parlament üzvünün 25-i proporsional seçki vasitəsilə seçilirdi. Lakin sonradan konstitusiyaya dəyişiklik edilərək seçkiləri tam olaraq majoritar üsula keçirdilər. Bu üsula keçildikdən sonra onsuz da vəziyyətləri ürəkaçan olmayan müxalif partiyaların vəziyyəti daha da ağırlaşdı. Çünki tam majoritar seçki sisteminə keçid partiyaların siyasi həyatdakı rolunu azaltdı. Artıq parlamentə seçilmək istəyən namizədlər birbaşa özləri seçkiyə qatıldı, bu da təsadüfi insanların parlamentə düşmək şanslarını xeyli artırdı. Həmçinin partiyalar siyasi səhnədən sıxışdırıldığına görə siyasi rəqabət də azaldı. Biz AĞ Partiya olaraq Milli Məclisdə deputatların sayının 125-dən 150-yə qaldırılmasının və tam olaraq proporsional seçki sisteminə keçilməsinin tərəfdarıyıq. Bunun üçün də yeni referendum keçirilməli və konstitusiyanın müvafiq maddələri dəyişdirilməlidir. Biz proporsional seçki sisteminin qaytarılmasını demokratiyanın bərpası istiqamətində çox önəmli addım hesab edirik”.

VİP sədri Əli Əliyev isə qeyd etdi ki, parlamentdə qanunvericilik təşəbbüsü ilə bağlı qanun layihəsi müzakirədədir. Vətəndaşlara hansı məsələlər ətrafında referendum təşəbbüsü qaldırılması qanun layihəsində aydın yazılıb. O məsələlər sırasında bir sıra siyasi məsələlər də əksini tapıb: “Söz yox ki, siyasi proseslərin inkişafı, açılımı üçün proporsional seçki sistemi müstəsna dərəcədə əhəmiyyətlidir. Bu sistemin bərpası ölkədə dövlətin bünövrəsi olan siyasi sütunların formalaşmasına təkan verə bilər. Ümumiyyətlə, cəmiyyətimizin iki yolu var: ya etimadlı siyasi açılım, yaxud da bütün inkişaf imkanlarının qapadılması reallığında cəmiyyətin göstərəcəyi refleks. Mən birinci yolun tərəfdarıyam. Çünki refleks proqnozsuz baş verir və nəticələri çox mürəkkəb və dağıdıcı ola bilir. Cəmiyyətə özünüifadə və perspektivlər göstərilməlidir”.

ALDP sədri Fuad Əliyev bildirdi ki, 2002-ci ildən başlayaraq bu məsələni daim gündəmdə saxlamağa çalışıblar və bir neçə dəfə partiyalara qanunvericilik təşəbbüsü üçün 40 min imza toplamaq üçün müraciət də ediblər: “2009-cu ildə ALDP imzatoplama kampaniyasına başladı. Bu günə qədər proporsional seçki sisteminin bərpası ilə bağlı partiya olaraq Milli Məclisə 2 müraciətimiz olub. ALDP olaraq bu sistemin bərpasını istəyirik”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Afaq Bəşirqızı- Azərpaşa davası: - kim haqlıdır?
Bu gün, 18:19
“Millətin qanına kimi...” - Xoşqədəm Hadı Rəcəblinin müdafiəsinə qalxdı
Bu gün, 18:09
Yeni iPhone telefonlarının imkanlarını Azercell ilə kəşf edin!
Bu gün, 18:05
"Qanunsuz mitinq keçirmək istəyənlərə qarşı ən sərt tədbirlər görüləcək" - Bakı polisinin idarə rəisi
Bu gün, 17:59
“Röyanı stolu təmizləyəndə tanıdım” - Xalq artisti
Bu gün, 17:58
Dövlət Neft Fondu Milandakı daşınmaz əmlakını satıb
Bu gün, 17:54
Türkiyəli rəsmilər Suriyaya uçdu - Ərdoğandan həmlə
Bu gün, 17:53
İstirahət günlərində gözlənilən hava proqnozu açqlanıb
Bu gün, 17:51
Fransa, Almaniya və Britaniya liderləri Ərdoğanla görüşmək istəyir
Bu gün, 17:50
Qobustan qəsəbəsində növbəti səyyar görüş
Bu gün, 17:49
Azərbaycanın 39 şəhər və rayonu gələn il dövlət büdcəsindən dotasiya almayacaq - SİYAHI
Bu gün, 17:47
Bakıda razılaşdırılmamış aksiya: - Müxalifət dəstək vermədi
Bu gün, 17:35
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb - FOTO
Bu gün, 17:32
Gələn il "Bakı Metropoliteni" 40 milyon manat subsidiya alacaq
Bu gün, 17:30
“Lombard Məlahət” jurnalisti həbs etdirmək istəyir -ƏSLİNDƏ KİM-KİMƏ BÖHTAN ATIR?
Bu gün, 17:29
Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı
Bu gün, 17:27
“19 oktyabrda hər hansı bir qarşıdurma, kütləvi ixtişaşlar baş verərsə...”
Bu gün, 17:25
Azərbaycanda investisiya xərcləri 23% azaldılır
Bu gün, 17:24
Şamaxıda “ASAN xidmət”in tikintisi üçün 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 17:23
"Piketi mühafizə edən polisləri, onların valideynlərini təhqir etməkdən çəkinmədilər ki, polisləri qarşıdurmaya çəksinlər" - deputat
Bu gün, 17:19
Əmlak Məsələləri Dövlət Komitəsinin büdcə öhdəliyi dəyişdirilməyib
Bu gün, 17:17
Yüksələn inkişafın gözəl nümunəs - FOTO
Bu gün, 17:17
"Hər birimiz təhlükə altındayıq" - Ermənistan Vəkillər palatasının sədri
Bu gün, 17:15
Vergidən yayınan ən böyük şəbəkə... - VİDEO
Bu gün, 17:12
"Gələn il biz köçkünləri mümkün qədər çox yerləşdirməliyik" - Prezident İlham Əliyev
Bu gün, 17:10
Oktyabrın 21-də dollar neçəyə olacaq?
Bu gün, 17:06
Azərbaycanda gələn il səhiyyə sahəsinə ayrılan vəsaitin məbləği məlum olub
Bu gün, 17:04
Məhbəs əsl sənin yerindir, Mehman Əliyev! - SƏRT REAKSİYA!
Bu gün, 17:03
"Qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir" - Azərbaycan Prezidenti
Bu gün, 17:01
Azərbaycanda siqaret qıtlığı yarana bilər - Zavodlar bağlanır
Bu gün, 16:59
"Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yerləşdirilən materiallara da xüsusi diqqət yetiriləcək" - MSK sədri
Bu gün, 16:57
"Köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır" - Prezident İlham Əliyev
Bu gün, 16:56
Bələdiyyə seçkilərilə bağlı MSK-nın nəzdində ekspert qrupu yaradılıb - SİYAHI
Bu gün, 16:52
Gələn ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə sahəsinə ayrılan vəsait artırılır
Bu gün, 16:50
Gələn il Azərbaycanın dövlət büdcəsi 27 milyard manata yaxın olacaq
Bu gün, 16:41
Bu şəxs MSK-ya üzv təyin olunacaq
Bu gün, 16:39
Azərbaycanda bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi başlayır - Sabahdan
Bu gün, 16:37
Paşinyanın rəsmi saytı dağıdıldı, “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı - FOTO
Bu gün, 16:35
Ərdoğan Trampın nəzakətsiz məktubuna münasibət bildirib - Türkiyə hələ ki səbr edir...
Bu gün, 16:33
18 oktyabr nə günüdür? — Məşhurların biabırçı cavablar verdi
Bu gün, 16:31
Prezident İlham Əliyev Azərbaycan energetiklərini təltif edib - SİYAHI
Bu gün, 16:27
Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı müəyyənləşib
Bu gün, 16:25
Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA
Bu gün, 16:11
Qarabağ qaziləri evsizlikdən şikayətləndi: - Nazirlik cavab hazırladı
Bu gün, 16:07
Türkiyə ordusunun “Barış bulağı” hərəkatında itkiləri açıqlanıb
Bu gün, 16:05
Namiq Qaraçuxurlunun qardaşı aktyorluq edir
Bu gün, 16:04
"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib - SİYAHI
Bu gün, 16:00
Abşeronlular 650 min ağacın əkilməsi təşəbbüsünə həvəslə hazırlaşırlar - İcra başçısının müavini
Bu gün, 15:59
Türkiyəyə qarşı vuruşan erməni ata və qız
Bu gün, 15:56
"Hurriyet"in köşə yazarı Bakı barədə əvvəlki təəssüratından utandığını yazıb
Bu gün, 15:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru