Azərbaycanda internetin sürəti ilə bağlı MÜƏMMA .....                     Yeni iPhone telefonlarının imkanlarını Azercell ilə kəşf edin! .....                     "Qanunsuz mitinq keçirmək istəyənlərə qarşı ən sərt tədbirlər görüləcək" .....                     Dövlət Neft Fondu Milandakı daşınmaz əmlakını satıb .....                     Türkiyəli rəsmilər Suriyaya uçdu .....                     İstirahət günlərində gözlənilən hava proqnozu .....                     Fransa, Almaniya və Britaniya liderləri Ərdoğanla görüşmək istəyir .....                     Qobustan qəsəbəsində növbəti səyyar görüş .....                     Azərbaycanın 39 şəhər və rayonu gələn il dövlət büdcəsindən dotasiya almayacaq .....                     Bakıda razılaşdırılmamış aksiya: .....                     Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb .....                     Gələn il "Bakı Metropoliteni" 40 milyon manat subsidiya alacaq .....                     “Lombard Məlahət” jurnalisti həbs etdirmək istəyir .....                     Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı .....                     “19 oktyabrda hər hansı bir qarşıdurma, kütləvi ixtişaşlar baş verərsə...” .....                     Azərbaycanda investisiya xərcləri 23% azaldılır .....                     Şamaxıda “ASAN xidmət”in tikintisi üçün 20 milyon manat ayrılıb .....                     "Piketi mühafizə edən polisləri, onların valideynlərini təhqir etməkdən çəkinmədilər ki, polisləri qarşıdurmaya çəksinlər" .....                     Əmlak Məsələləri Dövlət Komitəsinin büdcə öhdəliyi dəyişdirilməyib .....                     Yüksələn inkişafın gözəl nümunəs .....                     "Hər birimiz təhlükə altındayıq" .....                     Vergidən yayınan ən böyük şəbəkə... .....                     "Gələn il biz köçkünləri mümkün qədər çox yerləşdirməliyik" .....                     Oktyabrın 21-də dollar neçəyə olacaq? .....                     Azərbaycanda gələn il səhiyyə sahəsinə ayrılan vəsaitin məbləği məlum olub .....                     Məhbəs əsl sənin yerindir, Mehman Əliyev! .....                     "Qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir" .....                     Azərbaycanda siqaret qıtlığı yarana bilər .....                     "Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yerləşdirilən materiallara da xüsusi diqqət yetiriləcək" .....                     "Köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır" .....                     Bələdiyyə seçkilərilə bağlı MSK-nın nəzdində ekspert qrupu yaradılıb .....                     Gələn ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə sahəsinə ayrılan vəsait artırılır .....                     Gələn il Azərbaycanın dövlət büdcəsi .....                     Bu şəxs MSK-ya üzv təyin olunacaq .....                     Azərbaycanda bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi başlayır .....                     Paşinyanın rəsmi saytı dağıdıldı, “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı .....                     Ərdoğan Trampın nəzakətsiz məktubuna münasibət bildirib .....                     Prezident İlham Əliyev Azərbaycan energetiklərini təltif edib .....                     Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı müəyyənləşib .....                     Qubadlının icra başçısı Xətaiyə gətirilir? .....                 

Türkiyədən Azərbaycana mühüm dəstək - Ankara İrəvanı küncə sıxır
Tarix: 15-06-2019, 10:29 | Çap et
Türkiyədən Azərbaycana mühüm dəstək
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransaya səfər edib. Qardaş ölkənin baş diplomatı fransalı həmkarı Jan İv Le Drianla keçirdiyi mətbuat konfransında işğalçı Ermənistana çağırış edib. “Yeni Müsavat” xarici qaynağa istinadən xəbər verir ki, Çavuşoğlu İrəvana Osmanlı İmperiyasında uydurma “erməni soyqırımı” məsələsini öyrənmək üçün işçi qrupu yaratmağı təklif edib.

“Əgər Ermənistan özünə, haqlı olduğuna əmindirsə, o zaman otaq işçi qrupu təklifimizi qəbul eləsin. Qoy bu qrupa Fransa, Rusiya və ABŞ-dan da nümayəndələr daxil olsun. Ermənistan kimi istəyir ora təklif edə bilər. Gəlin, arxivləri açaq”, - deyə nazir qeyd edib və vurğulayıb ki, Türkiyə işçi qrupunun tədqiqatların yekununda gələcəyi istənilən qərarı qəbul etməyə hazırdır. O, həmçinin bu məsələ ilə bağlı elmi işlərin fövqündə verilən populist qərarları pisləyib.

*****

Türkiyə XİN rəhbərinin bu təklifi məhz Parisdə verməsi ikiqat önəm daşıyır. Çünki Fransa saxta soyqırım iddiası ilə bağlı ən çox canfəşanlıq edən, bundan zaman-zaman qardaş ölkəyə qarşı siyasi təzyiq aləti kimi istifadəyə çalışan böyük Avropa dövlətidir. Saxta genosidi inkara görə cəza nəzərdə tutan tək ölkə də yenə Fransadır. Az öncə isə prezident Emmanuel Makronun sərəncamı ilə 24 aprel Fransada “erməni soyqırımı” qurbanlarının xatirə günü kimi elan edildi.

Çavuşoğlunun son bəyanatı, onun Parisdən İrəvana səslənişi bu mənada olduqca yerinə düşür və Fransanı da, onun “kiçik bacısı” Ermənistanı da “naqolay” vəziyyətə qoyur, İrəvanı, faktiki, küncə sıxır. Ən əvvəl o səbəbə ki, qardaş ölkə rəsmiləri arxivlərin açılacağı təqdirdə erməni yalanlarının üzə çıxacağına və bu yalanlara həqiqət donu geydirməyə çalışan Fransa kimi Qərb dövlətlərinin rüsvay olacaqlarına əmindir.

Belə bir müstəqil işçi qrupu yaradılarsa, yekunda məlum olacaq ki, Osmanlı İmperiyasında soyqırımı türklər deyil, Rusiyanın, Fransanın təhriki və dəstəyi ilə elə ermənilərin özləri törədib. Odur ki, illərdir Ankaranın təklif elədiyi bu təklifə Ermənistanın razı olacağı inandırıcı deyil. Həm də o səbəbə ki, ermənilər uydurma “genosid” məsələsindən Dağlıq Qarabağın işğalına haqq qazandırmaq üçün istifadə edirlər - türklər tərəfindən “soyqırım”a məruz qalmış “əzabkeş xalq” olaraq.

Çavuşoğlunun təklifi bu xüsusda ermənilərin Qarabağa iddialarına da ciddi zərbədir və heç sübhisiz, İrəvanı küncə sıxmaq, fakt qarşısında qoymaq, onun təcavüzkar xislətini faş eləmək niyyəti güdür. Türkiyənin işğalçıya daha bir zərbəsi isə bir neçə gün öncə Ermənistanın bölgədə təklənməsinə hesablanmış Azərbaycan-Türkiyə-Gürcüstan formatı üzrə, faktiki, yeni hərbi ittifaqın yaradılması, üç ölkənin ortaq təlimləri barədə Qəbələ razılaşması oldu.

*****

O da maraqlıdır ki, Türkiyə XİN başçısının Paris səfəri ərəfəsində Fransa məhkəmələri bu ölkənin müxtəlif şəhərləri ilə Qarabağ arasında vaxtilə imzalanmış qanunsuz dostluq müqavilələrini ləğv edib. Gözlənildiyi kimi, bu da Ermənistanı təşvişə salıb. Ona görə ki, əvvəla, Fransa ATƏT-in Minsk Qrupunun üç həmsədrlərindən biri və işğalçıya rəğbəti olan Avropa dövləti sayılır, ikincisi isə, Fransa bununla faktiki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə sayğı izhar etmiş olub.

“Fransa məhkəmələri Fransanın müxtəlif şəhərləri və Qarabağ arasında imzalanmış dostluq müqavilələrini bir-bir ləğv edir”. Bunu Ermənistan parlamentinin keçmiş deputatı Vahe Hovannisyan deyib (teleqraf.com). Hovannisyanın sözlərinə görə, Fransada fəaliyyət göstərən erməni diaspor təşkilatları bu prosesin qarşısını ala bilmir.

“Bizim səylərimiz nəticə vermir, Fransadakı diaspor təşkilatlarımız da öz vaxtlarını boş yerə xərcləyir. Ətrafımızda baş verən prosesləri görmürük, bu məsələlər heç kəsi maraqlandırmır. Məsələn, dünən (srağagün - red.) Gürcüstan, Azərbaycan və Türkiyənin müdafiə nazirləri Qəbələdə görüşdü. Bundan əvvəl Türkiyə və Azərbaycan Naxçıvanda birgə hərbi təlimlər keçirdi. Üç ölkənin müdafiə naziri hərbi əməkdaşlıq barədə anlaşdı, əslində dünən (srağagün - red.) bölgədə yeni hərbi ittifaq quruldu. Nə parlamentdən, nə də rəsmi İrəvandan buna reaksiya verilmir, Ermənistanda hamı səssizliyə çəkilib”.

V.Hovannisyan Ermənistanın təhlükə qarşısında qaldığını və ən böyük müttəfiqlərdən biri olan Fransanın da bu ölkədən üz çevirdiyini bildirib: “Minsk Qrupunun üzvü olan dövlətlərdən birində Ermənistan əleyhinə təhlükəli proseslər gedir. Bir-bir Qarabağ və Fransanın müxtəlif şəhərləri arasında imzalanmış dostluq müqavilələri Fransa məhkəmələri tərəfindən ləğv edilir. Bu, yaxşı təşkil edilən və Ermənistanı təhdid qarşısında qoyan bir kampaniyadır”.

*****
Diqqətçəkicidir ki, Qarabağ məsələsində ermənilərin digər, 1 nömrəli havadarı olan Rusiya da hazırda İrəvana isti münasibətdə deyil. Ermənistanın keçmiş prezidenti, Putinin yaxın dostu Robert Köçəryanla bağlı yaşanan olaylar buna parlaq sübutdur. Məlumdur ki, enində sonunda Putin öz dostunu zindandan qurtara bildi. Srağagün isə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Köçəryanla görüşüb. Söhbətin məğzi açıqlanmır. Ancaq aydındır ki, Moskva bununla Paşinyana bir daha mesaj verib ki, onun adamları toxunulmazdır.

O da bəllidir ki, Dağlıq Qarabağdakı separatçı rejim İrəvandan çox, Moskvaya bağlıdır, Kremlin direktivlərini yerinə yetirir. Bu üzdən son günlər İrəvan-Xankəndi çəkişməsinin dramatik xarakter alması ən çox Moskvanın diqqətindədir.

“Moskva İrəvanla Qarabağ separatçıları arasında münasibətlərdə baş verənləri diqqətlə izləyir”. Bunu 1in.am saytına müsahibəsində erməniyönlü rusiyalı politoloq Stanislav Tarasov deyib (Axar.az). “Moskva çox istərdi ki, Ermənistanın inqilabi hökuməti Dağlıq Qarabağ məsələsində çox ağıllı davransın. Onların sözləri işləri ilə ziddiyyət təşkil etməsin. Mən digər rusiyalı ekspertlər kimi hesab edirəm ki, Paşinyan Saakyanı qovmamalı, onunla ittifaq qurmalıdır. Əgər Paşinyanın müşavirləri ona mane olsalar və Dağlıq Qarabağdakı ”hökumətin" uzaqlaşdırılmasına getsələr, Ermənistan hər şeyini itirəcək və bu, erməni dövlətçiliyinin varlığını sual altına qoyacaq", - deyə o bildirib.

Bu, artıq Moskvadan Paşinyan hökumətinə yeni və açıq bir hədədir. Hər halda, Tarasov bir qayda olaraq, Kremlin ovqatına uyğun açıqlamalar verir...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda internetin sürəti ilə bağlı MÜƏMMA - Nazirlik inkar edir
Bu gün, 18:22
Afaq Bəşirqızı- Azərpaşa davası: - kim haqlıdır?
Bu gün, 18:19
“Millətin qanına kimi...” - Xoşqədəm Hadı Rəcəblinin müdafiəsinə qalxdı
Bu gün, 18:09
Yeni iPhone telefonlarının imkanlarını Azercell ilə kəşf edin!
Bu gün, 18:05
"Qanunsuz mitinq keçirmək istəyənlərə qarşı ən sərt tədbirlər görüləcək" - Bakı polisinin idarə rəisi
Bu gün, 17:59
“Röyanı stolu təmizləyəndə tanıdım” - Xalq artisti
Bu gün, 17:58
Dövlət Neft Fondu Milandakı daşınmaz əmlakını satıb
Bu gün, 17:54
Türkiyəli rəsmilər Suriyaya uçdu - Ərdoğandan həmlə
Bu gün, 17:53
İstirahət günlərində gözlənilən hava proqnozu açqlanıb
Bu gün, 17:51
Fransa, Almaniya və Britaniya liderləri Ərdoğanla görüşmək istəyir
Bu gün, 17:50
Qobustan qəsəbəsində növbəti səyyar görüş
Bu gün, 17:49
Azərbaycanın 39 şəhər və rayonu gələn il dövlət büdcəsindən dotasiya almayacaq - SİYAHI
Bu gün, 17:47
Bakıda razılaşdırılmamış aksiya: - Müxalifət dəstək vermədi
Bu gün, 17:35
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb - FOTO
Bu gün, 17:32
Gələn il "Bakı Metropoliteni" 40 milyon manat subsidiya alacaq
Bu gün, 17:30
“Lombard Məlahət” jurnalisti həbs etdirmək istəyir -ƏSLİNDƏ KİM-KİMƏ BÖHTAN ATIR?
Bu gün, 17:29
Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı
Bu gün, 17:27
“19 oktyabrda hər hansı bir qarşıdurma, kütləvi ixtişaşlar baş verərsə...”
Bu gün, 17:25
Azərbaycanda investisiya xərcləri 23% azaldılır
Bu gün, 17:24
Şamaxıda “ASAN xidmət”in tikintisi üçün 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 17:23
"Piketi mühafizə edən polisləri, onların valideynlərini təhqir etməkdən çəkinmədilər ki, polisləri qarşıdurmaya çəksinlər" - deputat
Bu gün, 17:19
Əmlak Məsələləri Dövlət Komitəsinin büdcə öhdəliyi dəyişdirilməyib
Bu gün, 17:17
Yüksələn inkişafın gözəl nümunəs - FOTO
Bu gün, 17:17
"Hər birimiz təhlükə altındayıq" - Ermənistan Vəkillər palatasının sədri
Bu gün, 17:15
Vergidən yayınan ən böyük şəbəkə... - VİDEO
Bu gün, 17:12
"Gələn il biz köçkünləri mümkün qədər çox yerləşdirməliyik" - Prezident İlham Əliyev
Bu gün, 17:10
Oktyabrın 21-də dollar neçəyə olacaq?
Bu gün, 17:06
Azərbaycanda gələn il səhiyyə sahəsinə ayrılan vəsaitin məbləği məlum olub
Bu gün, 17:04
Məhbəs əsl sənin yerindir, Mehman Əliyev! - SƏRT REAKSİYA!
Bu gün, 17:03
"Qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir" - Azərbaycan Prezidenti
Bu gün, 17:01
Azərbaycanda siqaret qıtlığı yarana bilər - Zavodlar bağlanır
Bu gün, 16:59
"Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yerləşdirilən materiallara da xüsusi diqqət yetiriləcək" - MSK sədri
Bu gün, 16:57
"Köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır" - Prezident İlham Əliyev
Bu gün, 16:56
Bələdiyyə seçkilərilə bağlı MSK-nın nəzdində ekspert qrupu yaradılıb - SİYAHI
Bu gün, 16:52
Gələn ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə sahəsinə ayrılan vəsait artırılır
Bu gün, 16:50
Gələn il Azərbaycanın dövlət büdcəsi 27 milyard manata yaxın olacaq
Bu gün, 16:41
Bu şəxs MSK-ya üzv təyin olunacaq
Bu gün, 16:39
Azərbaycanda bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi başlayır - Sabahdan
Bu gün, 16:37
Paşinyanın rəsmi saytı dağıdıldı, “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı - FOTO
Bu gün, 16:35
Ərdoğan Trampın nəzakətsiz məktubuna münasibət bildirib - Türkiyə hələ ki səbr edir...
Bu gün, 16:33
18 oktyabr nə günüdür? — Məşhurların biabırçı cavablar verdi
Bu gün, 16:31
Prezident İlham Əliyev Azərbaycan energetiklərini təltif edib - SİYAHI
Bu gün, 16:27
Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı müəyyənləşib
Bu gün, 16:25
Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA
Bu gün, 16:11
Qarabağ qaziləri evsizlikdən şikayətləndi: - Nazirlik cavab hazırladı
Bu gün, 16:07
Türkiyə ordusunun “Barış bulağı” hərəkatında itkiləri açıqlanıb
Bu gün, 16:05
Namiq Qaraçuxurlunun qardaşı aktyorluq edir
Bu gün, 16:04
"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib - SİYAHI
Bu gün, 16:00
Abşeronlular 650 min ağacın əkilməsi təşəbbüsünə həvəslə hazırlaşırlar - İcra başçısının müavini
Bu gün, 15:59
Türkiyəyə qarşı vuruşan erməni ata və qız
Bu gün, 15:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru