İstirahət günlərində gözlənilən hava proqnozu .....                     Fransa, Almaniya və Britaniya liderləri Ərdoğanla görüşmək istəyir .....                     Qobustan qəsəbəsində növbəti səyyar görüş .....                     Azərbaycanın 39 şəhər və rayonu gələn il dövlət büdcəsindən dotasiya almayacaq .....                     Bakıda razılaşdırılmamış aksiya: .....                     Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb .....                     Gələn il "Bakı Metropoliteni" 40 milyon manat subsidiya alacaq .....                     “Lombard Məlahət” jurnalisti həbs etdirmək istəyir .....                     Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı .....                     “19 oktyabrda hər hansı bir qarşıdurma, kütləvi ixtişaşlar baş verərsə...” .....                     Azərbaycanda investisiya xərcləri 23% azaldılır .....                     Şamaxıda “ASAN xidmət”in tikintisi üçün 20 milyon manat ayrılıb .....                     "Piketi mühafizə edən polisləri, onların valideynlərini təhqir etməkdən çəkinmədilər ki, polisləri qarşıdurmaya çəksinlər" .....                     Əmlak Məsələləri Dövlət Komitəsinin büdcə öhdəliyi dəyişdirilməyib .....                     Yüksələn inkişafın gözəl nümunəs .....                     "Hər birimiz təhlükə altındayıq" .....                     Vergidən yayınan ən böyük şəbəkə... .....                     "Gələn il biz köçkünləri mümkün qədər çox yerləşdirməliyik" .....                     Oktyabrın 21-də dollar neçəyə olacaq? .....                     Azərbaycanda gələn il səhiyyə sahəsinə ayrılan vəsaitin məbləği məlum olub .....                     Məhbəs əsl sənin yerindir, Mehman Əliyev! .....                     "Qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir" .....                     Azərbaycanda siqaret qıtlığı yarana bilər .....                     "Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yerləşdirilən materiallara da xüsusi diqqət yetiriləcək" .....                     "Köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır" .....                     Bələdiyyə seçkilərilə bağlı MSK-nın nəzdində ekspert qrupu yaradılıb .....                     Gələn ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə sahəsinə ayrılan vəsait artırılır .....                     Gələn il Azərbaycanın dövlət büdcəsi .....                     Bu şəxs MSK-ya üzv təyin olunacaq .....                     Azərbaycanda bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi başlayır .....                     Paşinyanın rəsmi saytı dağıdıldı, “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı .....                     Ərdoğan Trampın nəzakətsiz məktubuna münasibət bildirib .....                     Prezident İlham Əliyev Azərbaycan energetiklərini təltif edib .....                     Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı müəyyənləşib .....                     Qubadlının icra başçısı Xətaiyə gətirilir? .....                     Qarabağ qaziləri evsizlikdən şikayətləndi: .....                     Türkiyə ordusunun “Barış bulağı” hərəkatında itkiləri açıqlanıb .....                     "Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib .....                     Abşeronlular 650 min ağacın əkilməsi təşəbbüsünə həvəslə hazırlaşırlar .....                     Türkiyəyə qarşı vuruşan erməni ata və qız .....                 

“Nə sülh, nə də müharibə” vəziyyəti uzun sürməyə bilər... - GƏLİŞMƏ
Tarix: 15-06-2019, 10:18 | Çap et
“Nə sülh, nə də müharibə” vəziyyəti uzun sürməyə bilər...
Ermənistana məxsus işğalçı qüvvələrin təmas xəttində təxribatları davam edir. Belə ki, iyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlimi zamanı Ermənistan silahlı qüvvələri OSA zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa cəhd göstərib. Lakin düşmən istəyinə nail ola bilməyib. Pilotlarımızın məharəti öz sözünü deyib.

Bu, Ermənistanda ötənilki hakimiyyət dəyişikliyindən və Düşənbədə iki ölkə rəhbəri - prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında əldə edilmiş şifahi anlaşmadan sonra ilk belə ciddi insidentdir. Diqqətçəkidir ki, işğalçı ölkənin müdafiə naziri David Tonoyan özünün facebook statusunda bu faktı etiraf edib. Bununla da o, bir daha ərazilərimizin məhz Ermənistan tərəfindən işğal edildiyini təsdiqləmiş olub.

Ən önəmlisi odur ki, öz qanuni hava məkanında təlim keçən aviasiya vasitələrimizə qarşı bu qəbildən təxribatlar müharibənin “tətiyinin” hər an çəkilməsinə gətirə bilər ki, bunun da bütün məsuliyyəti torpaqlarımıza soxulmuş təcavüzkarın üzərində qalacaq. Hər halda, düşmənin hərəkətlərinin cavabsız qalmayacağı şübhəsizdir. Ekspertlər də bu barədə xəbərdarlıqlar edirlər.

*****

“Əgər Ermənistan tərəfi sərhəddən xeyli uzaq məsafədə təlim keçirən, təmas xəttini keçməyən və erməni hərbi hissələrinin üzərindən uçmayan hərbi təyyarələri vurmağa cəhd edirsə, bu, atəşkəsin kobud şəkildə pozuntusudur”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan aviasiya vasitələrinin Ermənistan silahlı qüvvələrinin OSA zenit-raket kompleksi vasitəsilə vurulması cəhdlərindən danışarkən deyib. O, təyyarələrimizin mürəkkəb müharibə şəraitinə yaxın döyüş hazırlıqları, bomba, raket atma, eləcə də digər növlü silahlardan atəş açmaq təlimləri həyata keçirdiyini bildirib.

“Birdən-birə Azərbaycan ərazisi üzərində, təmas xəttindən xeyli kənarda aviasiya vasitələrinə atəş açılması beynəlxalq hüquq normalarına, eləcə də müharibə ilə bağlı razılaşmalara kökündən ziddir. Bu, erməni tərəfinin növbəti provokasiyasıdır. Əvvəla, bu təyyarələr təmas xətti boyunca uçsa belə, ən azından təyyarənin uçuş xətti ilə sərhəd xətti arasında 50 km məsafə olur. Hərbi təlimlər əsasən döyüş hazırlığı xarakteri daşıyır. Bu təyyarələr çox böyük səs gücünə malikdir və cəbhə boyu xətdə erməni əsgərlərinə və burada yaşayan erməni əhalisinə mesaj məqsədi güdür. Azərbaycanın hərbi aviasiya təlimlərini keçirməkdə əsas niyyəti müharibə başlayacağı təqdirdə aviasiyanın gücündən tam istifadə ediləcəyini göstərməkdir”, - deyə o qeyd edib.

Politoloqun sözlərinə görə, Ermənistan tərəfinin növbəti təxribatçı addımı Azərbaycanı müharibəyə təhrik etmək xarakteri daşıyır: “Bütün bunlar onu göstərir ki, ermənilər özlərini həddindən artıq həyasız və davakar ruhda aparırlar. Onlar Azərbaycanı müharibəyə təhrik etmək istəyirlər, amma Azərbaycan bilir ki, bu prosesləri nə vaxt və necə yerinə yetirmək lazımdır. Bu gün aviasiya sahəsində tam üstünlük Azərbaycana məxsusdur. Azərbaycanın qırıcı, bombardmançı, eləcə də pilotsuz kamikadze təyyarələri Ermənistan ərazisində istənilən nöqtəni vurmaq qabiliyyətinə malikdir”.

Q.Hüseynlinin fikrincə, sonuncu təxribat cəhdi həm də bir növ bizim aviasiya üçün özünütəsdiq imkanıdır: “Düşünürəm ki, bu uçuşlar ermənilərin potensial imkanlarını öyrənmək üçün yaxşı bir şəraitdir. Onsuz da aviasiya təlimləri artıq bir neçə gündür başlayıb. Ordumuzun istismarında olan bütün qırıcı, qırıcı-bombardmançı, həmçinin pilotsuz kamikadze təyyarələrindən geniş istifadə edilir. Bu, indiyə qədər keçirilən yerüstü hərbi təlimlərin sonuncu fazasıdır. Bu təlimlər həm əməliyyat şəraitinin öyrənilməsi, həm də düşmən tərəfinin özünün əhval-ruhiyyəsinə təsir üçün çox prinsipial əhəmiyyətə malikdir”.

*****

Təmas xəttindəki hazırkı durum, düşmən ölkənin davamlı provokasiyaları təbii ki, sülh danışıqlarına olan-qalan ümidləri də sarsıdır. Yeri gəlmişkən, tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında növbəti görüş olmalıdır. Lakin işğalçı tərəfin davranışları qarşıdakı görüşün əhəmiyyətini bəri başdan sıfırlayır, sülh anlaşmasını deyil, savaş gününü yaxınlaşdırır.

“Hazırda Dağlıq Qarabağ konfliktinin nizamlanması mümkünlüyündən danışmağa dəymir. İndi gedən proses daha çox onun idarə edilməsinə bənzəyir. Məhz bu proses vasitəsilə hansısa daha yüksək etimadın qurulması, paralel surətdə isə humanitar problemlərin həlli başlana bilər. O məqsədlə ki, sonra hansısa siyasi danışığa çıxmaq mümkün olsun”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri rusiyalı siyasi təhlilçi və analitik Sergey Markedonov konfliktin dinc nizamlanma perspektivindən danışarkən deyib.

Politoloqun sözlərinə görə, yaxın zamanlarda böyük ehtimalla elə bununla məşğul olunacaq: “Bununla belə, bu heç də o anlama gəlmir ki, Qarabağda dəmır-beton atəşkəs var və o, dinamik ola bilər. Mövqelərin yoxlanması cəhdləri var, həmişə də olacaq, güc komponenti isə burada, yaxındadır. Lakin bu, günü sabah mütləq müharibə olacağı anlamına gəlmir. ”Nə sülh, nə də müharibə" vəziyyəti uzun çəkə bilər. Bu, Qarabağ konfliktinin hansısa özəlliyi deyil. Bu qəbildən olan istənilən münaqişə üzücü ola və uzun illər ərzində nizamlanmaya bilər".

*****

Maraqlıdır ki, bu arada Ermənistan Kommunist Partiyası Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Müraciətdə Putindən şəxsən Qarabağ konfliktinə müdaxilə etməsi və bütün imkanlarından Azərbaycan rəhbərliyinə təsir üçün istifadə edilməsinə çağırış edilib. Erməni kommunistlər yalnız Putinin Qarabağda yaranacaq eskalasiyanın qarşısını ala biləcəyini bildiriblər. “Qarabağ konflikt zonasında Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi imkanları haqqında məsələyə baxılmasını aktual hesab edirik. Bu həm də erməni xalqının maraqlarına xidmət edəcək. Ermənistan Kommunist Partiyası regionda digər geosiyasi oyunçuların güclənməsini arzuolunmaz proses kimi dəyərləndirir. Ümid edirik ki, sizin situasiyaya birbaşa aktiv müdaxiləniz hadisələrin arzuolunmaz inkişafının qarşısını ala bilər” - müraciətdə qeyd olunur.

Əslində bu müraciətsiz də hamıya aydındır ki, Azərbaycan torpaqlarının işğalının arxasında Ermənistandan çox, özünün regiondakı geosiyasi maraqları ilə Rusiya dayanıb. Konfliktin yaradıcısı da məhz Rusiya, Moskvadır. Rusiya çoxdan Dağlıq Qarabağdadır - Bako Saakyan kimi özünün sadiq itləri, agenturası ilə birgə. Bakı isə sözsüz ki, bu amili ciddiyə alır və alacaq. Bu mənada Azərbaycan müharibəyə təhrik edilsə də, savaş qərarını yalnız özünün məqbul saydığı tarixdə verəcək...





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İstirahət günlərində gözlənilən hava proqnozu açqlanıb
Bu gün, 17:51
Fransa, Almaniya və Britaniya liderləri Ərdoğanla görüşmək istəyir
Bu gün, 17:50
Qobustan qəsəbəsində növbəti səyyar görüş
Bu gün, 17:49
Azərbaycanın 39 şəhər və rayonu gələn il dövlət büdcəsindən dotasiya almayacaq - SİYAHI
Bu gün, 17:47
Bakıda razılaşdırılmamış aksiya: - Müxalifət dəstək vermədi
Bu gün, 17:35
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb - FOTO
Bu gün, 17:32
Gələn il "Bakı Metropoliteni" 40 milyon manat subsidiya alacaq
Bu gün, 17:30
“Lombard Məlahət” jurnalisti həbs etdirmək istəyir -ƏSLİNDƏ KİM-KİMƏ BÖHTAN ATIR?
Bu gün, 17:29
Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı
Bu gün, 17:27
“19 oktyabrda hər hansı bir qarşıdurma, kütləvi ixtişaşlar baş verərsə...”
Bu gün, 17:25
Azərbaycanda investisiya xərcləri 23% azaldılır
Bu gün, 17:24
Şamaxıda “ASAN xidmət”in tikintisi üçün 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 17:23
"Piketi mühafizə edən polisləri, onların valideynlərini təhqir etməkdən çəkinmədilər ki, polisləri qarşıdurmaya çəksinlər" - deputat
Bu gün, 17:19
Əmlak Məsələləri Dövlət Komitəsinin büdcə öhdəliyi dəyişdirilməyib
Bu gün, 17:17
Yüksələn inkişafın gözəl nümunəs - FOTO
Bu gün, 17:17
"Hər birimiz təhlükə altındayıq" - Ermənistan Vəkillər palatasının sədri
Bu gün, 17:15
Vergidən yayınan ən böyük şəbəkə... - VİDEO
Bu gün, 17:12
"Gələn il biz köçkünləri mümkün qədər çox yerləşdirməliyik" - Prezident İlham Əliyev
Bu gün, 17:10
Oktyabrın 21-də dollar neçəyə olacaq?
Bu gün, 17:06
Azərbaycanda gələn il səhiyyə sahəsinə ayrılan vəsaitin məbləği məlum olub
Bu gün, 17:04
Məhbəs əsl sənin yerindir, Mehman Əliyev! - SƏRT REAKSİYA!
Bu gün, 17:03
"Qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir" - Azərbaycan Prezidenti
Bu gün, 17:01
Azərbaycanda siqaret qıtlığı yarana bilər - Zavodlar bağlanır
Bu gün, 16:59
"Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yerləşdirilən materiallara da xüsusi diqqət yetiriləcək" - MSK sədri
Bu gün, 16:57
"Köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır" - Prezident İlham Əliyev
Bu gün, 16:56
Bələdiyyə seçkilərilə bağlı MSK-nın nəzdində ekspert qrupu yaradılıb - SİYAHI
Bu gün, 16:52
Gələn ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə sahəsinə ayrılan vəsait artırılır
Bu gün, 16:50
Gələn il Azərbaycanın dövlət büdcəsi 27 milyard manata yaxın olacaq
Bu gün, 16:41
Bu şəxs MSK-ya üzv təyin olunacaq
Bu gün, 16:39
Azərbaycanda bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi başlayır - Sabahdan
Bu gün, 16:37
Paşinyanın rəsmi saytı dağıdıldı, “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı - FOTO
Bu gün, 16:35
Ərdoğan Trampın nəzakətsiz məktubuna münasibət bildirib - Türkiyə hələ ki səbr edir...
Bu gün, 16:33
18 oktyabr nə günüdür? — Məşhurların biabırçı cavablar verdi
Bu gün, 16:31
Prezident İlham Əliyev Azərbaycan energetiklərini təltif edib - SİYAHI
Bu gün, 16:27
Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı müəyyənləşib
Bu gün, 16:25
Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA
Bu gün, 16:11
Qarabağ qaziləri evsizlikdən şikayətləndi: - Nazirlik cavab hazırladı
Bu gün, 16:07
Türkiyə ordusunun “Barış bulağı” hərəkatında itkiləri açıqlanıb
Bu gün, 16:05
Namiq Qaraçuxurlunun qardaşı aktyorluq edir
Bu gün, 16:04
"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib - SİYAHI
Bu gün, 16:00
Abşeronlular 650 min ağacın əkilməsi təşəbbüsünə həvəslə hazırlaşırlar - İcra başçısının müavini
Bu gün, 15:59
Türkiyəyə qarşı vuruşan erməni ata və qız
Bu gün, 15:56
"Hurriyet"in köşə yazarı Bakı barədə əvvəlki təəssüratından utandığını yazıb
Bu gün, 15:55
“Əli Əsədov yaxın 6 ayda yeni komanda quracaq” - Deputatların GÖZLƏNTİLƏRİ
Bu gün, 15:53
Türkiyə Prezidenti təhlükəsiz bölgənin dərinlik və uzunluğunu açıqlayıb
Bu gün, 15:51
"Barış pınarı" təəssüratı: Bizdə də "İsa bulağı" hərəkatı baş versəydi... - Gözlənti
Bu gün, 15:49
Türk ordusuna qarşı çirkin kampaniya – Şok video
Bu gün, 15:38
SDU-da “Azərbaycanda elmin və təhsilin inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi
Bu gün, 15:33
"Mitinqlə bağlı qanunu pozanlar cəzalandırılacaq" - RƏYLƏR
Bu gün, 15:30
Arif Hacılı necə başqan seçilib? – İlginc iddialar
Bu gün, 15:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru