Xətaidə hasarlanan ərazidə ağacların qorunub saxlanması üçün məcburi göstəriş verilib .....                     SOCAR öz imkanları hesabına 2019-cu ilin II rübündə hasilat səviyyəsini sabit saxlamağa nail olub .....                     Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR .....                     Rusiya Türkiyəyə “S-400”lərin ikinci partiyasını satmağa hazırlaşır .....                     Paşinyan Ermənistanı Sərkisyan dönəminə qaytardı .....                     Polis azyaşlı kimsəsiz uşağı niyə döyməlidir ki? .....                     Ermənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, .....                     Apelyasiya Məhkəməsi “Embawood”un cərimələnməsi barədə qərarı qüvvədə saxlayıb .....                     Astarada hakimdən BİABIRÇI QƏRAR .....                     DİN işçi axtarır .....                     85 yaşında "Xalq şairi" adını almaq gec deyil? .....                     Qəbələdə evli qadın ərindən bezdi, internetdə tanış olduğu Murada qoşulub qaçdı .....                     "Araz" supermarketlər şəbəkəsində növbəti BİBAIRÇILIQ! .....                     İdarə rəisini intim videoları ilə şantaj etməkdə suçlanan iş adamının işi .....                     Prezident İlham Əliyev Əfqanıstan Prezidentini .....                     Məhkəmə "SMT İnşaat”ın cərimələnməsi barədə qərarı ləğv edib .....                     Prezidentə müraciət: OQTAY RZA XALQIN ŞAİRİDİR! .....                     Qaradağ Rayon İcra Hakimiyyətində tədbir .....                     “Rusiyanın embarqosu Gürcüstan iqtsadiyyatı üçün qeyri-sabitlik faktoru olaraq qalır” .....                     Oğuzda münaqişə zəminində bıçaqlanma olub .....                     Azərbaycana kilosu 1000 dollara satılacaq ət gətiriləcək: .....                     Azərbaycan nefti bahalaşıb .....                     Bakıda poçtu soymaq istəyən dəstə saxlanılıb .....                     Qubada toy karvanında qəza olub, xəsarət alan var .....                     Özünü icra hakimiyyətinin işçisi kimi təqdim edən şəxs həbs edildi .....                     Almaniyada Paşinyana qarşı etiraz aksiyası keçirildi .....                     Qəzaya düşən pilotumuzun daha bir .....                     Şəki sakini bürokratiya məngənəsində... .....                     Apelyasiya Məhkəməsi "Veysəloğlu"nun cərimələnməsi işi üzrə qərar verib .....                     Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib .....                     İsmayıllı sakinində silah aşkarlanıb .....                     Geri dönüşü olmayan milyonlar... .....                     "Sərdar Cəlaloğlu sübut etməsə, namussuzdur" .....                     Gürcüstan və ABŞ müdafiə sahəsində üçillik müqavilə imzalayacaq .....                     Xalq artisti pulsuz konsert verəcək .....                     Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? .....                     Cənub-şərq küləyi əsəcək .....                     Fuad Muradov da Kanadaya pul yatırır... .....                     ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər .....                     “İcra başçısından şikayət etdiyim üçün məni işimlə təhdid edir” .....                 

Paşinyanın pulunu kəsdiyi Qarabağ erməniləri Bakıya üz tuta bilərmi - TƏHLİL
Tarix: 13-06-2019, 10:53 | Çap et
Paşinyanın pulunu kəsdiyi Qarabağ erməniləri Bakıya üz tuta bilərmi
Ermənistan hakimiyyəti ilə Qarabağ klanı arasında aylardan bəri davam edən qarşıdurma son bir neçə ayda açıq müstəviyə keçib. Nikol Paşinyan Qarabağdakı qondarma rejimin rəhbərliyini susdurmaq üçün iqtisadi rıçaqlara əl atıb.

Belə ki, Ermənistan hökuməti Qarabağ separatçılarına maliyyə vəsaiti ayırmaqdan imtina etməklə onu özünə tabe etdirməyə qərar verib. Artıq separatçı rejimin “rəhbəri” Bako Saakyan N.Paşinyanın üzünə “ağ” olanları cəzalandırmağa başlayıb. Saakyan “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanı vəzifəsindən kənarlaşdırıb. Publika.az yazıb ki, buna səbəb Paşinyan hakimiyyətinin separatçılara maliyyə yardımını davam etdirmək üçün Balasanyanın qovulmasını şərt kimi irəli sürməsidir.

Balasanyan “Qarabağ klanı”nın əsas firuqlarındandır və o, Paşinyana qarşı açıq mətnlə çıxışlar edib. Nikol Paşinyan isə bildirib ki, Balasanyan da daxil olmaqla, Qarabağdakı separatçı rejimin hərbi rəhbərliyi Azərbaycanla müharibəni körükləmək istəyirlər. Saakyan maliyyəni almaq üçün Paşinyanın şərtini yerinə yetirdi, lakin eyni gündə əks-həmlə də etdi. Belə ki, separatçı lider “fövqəladə hallar naziri” Levon Mnasakanyanı “polis rəisi” təyin etdi. Mnasakanyan separatçı rejimdə “müdafiə naziri” idi. Onun bu postdan uzaqlaşdırılmasını da Paşinyan istəmişdi. Çünki Mnasakanyan Paşinyan hakimiyyətinə qarşı “əraziləri Azərbaycana qaytarmaq” ittihamı irəli sürmüşdü.

Ancaq çətin ki, N.Paşinyan B.Saakyanın son qərarları ilə kifayətlənsin. Məsələ burasındadır ki, may ayında Paşinyan və Saakyan bir-birini açıq şəkildə ittiham etmişdilər. Hətta Ermənistandakı müstəqillik bayramına B.Saakyan qatılmadı. Belə olan halda Paşinyanın Qarabağ klanının liderlərindən olan Saakyanı cəzalandırması qaçılmaz ola bilər. Düzdür, Saakyan 2020-ci ildə qondarma qurumun oyuncaq prezidenti postuna iddialı deyil. Ancaq şübhəsiz ki, Qarabağ klanını ram etməkdə israrlı olan Paşinyan Xankəndindəki rejimin başına öz adamını gətirməyə səy göstərəcək, bunun üçün də ilk növbədə B.Saakyanı sıradan çıxarmalıdır.

İşğalçı ölkənin iqtisadi imkanları da artıq Qarabağ separatçılarına maliyyə yardımı ayırmağa imkan vermir. Məlumata görə, Ermənistan hər il Qarabağa 120 milyon dollar köçürürdü. Lakin bu vəsait martın 1-dən dayandırılıb. Balasanyan işdən azad edilsə də, bu pulun bərpa edilməyəcəyini jurnalist Emil Babayan yazıb. (Vətəninfo.az) Jurnalist bunun İrəvan və Qarabağ erməniləri arasında dərin uçurumun yaranması ilə izah edib.

“Bu hakimiyətdaxili savaşdır. Bu savaşdan Azərbaycan qazanacaq. Son dövrlər Qarabağda ermənilərin aktivləşməsini də bununla izah edərdim. Qarabağ erməniləri bu aktivləşmə ilə İrəvana göstərmək istəyirlər ki, onlar Azərbaycanla təkbaşına da mübarizə apara bilərlər. Amma unudurlar ki, Azərbaycan cəmi bir günə Qarabağı öz nəzarətinə götürə bilər. Bu qaçılmazdır. Tezliklə İrəvan və Xankəndi razılığa gəlməsə, Azərbaycan sarsıdıcı zərbə endirəcək”, - deyə jurnalist yazıb.

*****

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a İrəvan-Xankəndi çəkişməsini şərh elədi.

“Vaxtilə mən belə bir fikir söyləmişdim ki, Dağlıq Qarabağ heç vaxt iqtisadi cəhətdən Ermənistana birləşdirilə bilməz. Tarix boyu buranın iqtisadi bağları Aran Qarabağla bağlı olub. Təsadüfi deyil ki, 1920-ci illərdə Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanmasının əsas səbəbi də bu olub. Uzun illər SSRİ-nin önəmli vəzifələrində çalışmış erməni Anastas Mikoyan da bu fikirdə olub ki, Dağlıq Qarabağı və Zəngəzuru Azərbaycandan mərhum etmək bu yerin əhalisini aclıqla üz-üzə qoymaq deməkdir. İndi həmin iqtisadi çətinliklər özünü göstərməkdədir. 90-cı illərdən bəri onsuz da iqtisadi sıxıntılar yaşayan Ermənistanın çiynində, onun və diaspor erməniliyinin ianələri hesabına yaşayan Dağlıq Qarabağda maddi durum getdikcə pisləşməkdədir”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Paşinyan separatçı rejimin onun siyasətinə dəstək verməməsi səbəbindən onu sıxmaq qərarına gəlib: “Bako Saakyan və onun komandası Köçəryan-Sərkisyan cütlüyünə bağlıdır. Paşinyan bu dövr ərzində onu özünə tabe edə bilmədi, separatçı qurumun komandasında yer alan adamların Paşinyana bağlanma təşəbbüsləri də fiaskoya uğradı. İndi istefalarla müşayiət olunan bu dalğa Dağlıq Qarabağ klanının məğlubiyyəti ilə nəticələnəcək”.

Ancaq Q.Çaxmaqlı mövcud durumdan çox uzaqgedən nəticə çıxarılmasını doğru saymır: “Mən hesab etmirəm ki, Ermənistanın Dağlıq Qarabağa maliyyə ayırmama qərarı ciddi nəticələr versin və bundan ağır duruma düşən Qarabağ erməniləri Azərbaycana nicat kimi baxsınlar. Dağlıq Qarabağ ermənilərinə, Azərbaycan vətəndaşlarına xitabən bir neçə dəfə təkliflər - neft pullarından pay kimi - səsləndirilib, amma onlar bunu lağa qoyublar. İndi də Azərbaycana üz tutacaqlarını gözləmirəm. Çünki Dağlıq Qarabağda yaşayan ermənilər Ermənistanda yaşayan erməni toplumundan daha irqçi, daha millətçidir. Haradasa Ermənistanı bir çox məsələlərdə razı salmaq olar, amma Dağlıq Qarabağ ermənilərini yox. Azərbaycan Qarabağ ermənilərini bircə üsulla fikrindən döndərə bilər: ZORLA!”

Ekspert təsdiqləyir ki, bu durum Azərbaycan üçün müəyyən şanslar yaradır: “Həmişə deyirdik: Azərbaycan gözlənilməz situasiyalara hazır olmalıdır. İndi belə bir situasiyada nə edə bilərik? Bunun üçün bir siyasi stratejimiz varmı? Düşünmürəm ki, bizim XİN bununla bağlı hansısa gedişlər edə bilər. Təkliflərə də heç vaxt qulaq asmırlar. Ən əsası odur ki, nə Ermənistanda, nə də Dağlıq Qarabağda gedən proseslər öyrənilmir. İndiki halda Bakı Qarabağ ermənilərinə nə təklif edə bilər? Buradakı proseslərə təsir imkanları olmayan bir ölkə heç bir təklif edə bilməz. Buna daha öncələrdən hazırlaşmaq və bu yöndə hansısa siyasət yürütmək lazım idi. Özü də bu, beynəlxalq səviyyədə olmalı idi. İndiki məqamda isə onları ələ almağın mümkünsüz olduğunu anlamaq lazımdır, ənənəvi siyasəti davam etdirməkdən başqa yol yoxdur. Bu isə ”ya tabe ol, ya da tərk et" olmalıdır".

Faşizm ideyaları ilə “silahlanmış” Ermənistan özünü beynəlxalq layihələrdən təcrid etdiyi halda belə, təcavüzkar siyasətindən əl çəkmir. Elə son günlər atəşkəsin pozulması, hərbçilərimizin qətlə yetirilməsi də bunu təsdiqləyir.

Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 millimetrlik minaatanlardan (8 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 18 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir. Məlumata əsasən Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Qeyd edək ki, Ermənistan ordusunun təmas xəttində minomyotlardan istifadə etməsi haqda xeyli vaxtdır məlumat verilmirdi. İndi isə göründüyü kimi düşmən təmas xətti boyu gərginliyi artırır, minomyotlardan istifadə etməyə başlayır.

Bundan əvvəl Ermənistanın müdafiə naziri David Tonoyan bildirmişdi ki, təmas xəttində Azərbaycan ordusunun hərbçisinin vurulması əmrini şəxsən verib. Bu da o mənanı verir ki, təmas xəttində gərginliyin azaldılmasına dair Azərbaycan və Ermənistan rəhbərləri arasında ötən ilin payızında Düşənbədə əldə edilmiş anlaşma artıq işləmir. Belə olan təqdirdə növbəti danışıqların mənası qalmır - baxmayaraq ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent növbəti dəfə sülh çağırışı ilə çıxış edib.

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini prioritet hesab edir” deyən Kent bildirib ki, ölkəsi əvvəli kimi Minsk prosesinə sadiqdir. “Biz hesab edirik ki, bu münaqişənin həlli Azərbaycan və Ermənistanın təhlükəsizliyi və gələcəyi üçün çox vacibdir. Həmkarım, amerikalı həmsədr Endryu Şofer bu yaxınlarda digər həmsədrlərlə birlikdə yüksək və nazirlər səviyyəsində görüşlərin təşkilini davam etdirmək üçün regionda səfərdə oldu. Biz bu uzunmüddətli münaqişənin həlli ilə bağlı səylərimizi güc tətbiq etməmə, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsipləri əsasında davam etdirəcəyik” - diplomat deyib. Lakin o, Ermənistanın son təxribatlarının üstündən sakitcə ötüb. Əslində o, Ermənistanı Vaşinqton danışıqlarına qəsd etdiyi üçün ittiham etməli idi...





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qızım deyirdi ki, Adnan Oktarla cənnətə gedəcəm” - General atanın FƏRYADI
17-08-2019, 17:12
Xətaidə hasarlanan ərazidə ağacların qorunub saxlanması üçün məcburi göstəriş verilib - ETSN
17-08-2019, 17:10
SOCAR öz imkanları hesabına 2019-cu ilin II rübündə hasilat səviyyəsini sabit saxlamağa nail olub
17-08-2019, 17:08
Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR
17-08-2019, 17:00
Rusiya Türkiyəyə “S-400”lərin ikinci partiyasını satmağa hazırlaşır
17-08-2019, 16:55
Paşinyan Ermənistanı Sərkisyan dönəminə qaytardı
17-08-2019, 16:53
Polis azyaşlı kimsəsiz uşağı niyə döyməlidir ki? - Din-dən REAKSİYA
17-08-2019, 16:46
Ermənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər var
17-08-2019, 16:43
Apelyasiya Məhkəməsi “Embawood”un cərimələnməsi barədə qərarı qüvvədə saxlayıb
17-08-2019, 16:36
Astarada hakimdən BİABIRÇI QƏRAR - Köhnə “06”-nın “krılosu” 2663 manat dəyərləndirilib...
17-08-2019, 16:35
“ARİF ALIŞANOV NİYƏ CƏZASIZ QALDI?” – “Bəs biz yoxsulları və kimsəsizləri kim müdafiə etməlidir?”
17-08-2019, 16:26
DİN işçi axtarır
17-08-2019, 16:19
85 yaşında "Xalq şairi" adını almaq gec deyil? - Şair özü belə reaksiya verdi...
17-08-2019, 16:17
Qəbələdə evli qadın ərindən bezdi, internetdə tanış olduğu Murada qoşulub qaçdı - AXIRI QANLA VƏ HƏBSLƏ BİTDİ...
17-08-2019, 16:03
"Araz" supermarketlər şəbəkəsində növbəti BİBAIRÇILIQ! - Alıcıları belə aldadırlar
17-08-2019, 15:58
İdarə rəisini intim videoları ilə şantaj etməkdə suçlanan iş adamının işi - FOTO
17-08-2019, 15:50
Prezident İlham Əliyev Əfqanıstan Prezidentini təbrik edib
17-08-2019, 15:48
"Kino xadimlərinin pulu vermirlər, amma uşaqlarına 200 minlik maşın alırlar" - Şeyx Əbdül
17-08-2019, 15:44
Məhkəmə "SMT İnşaat”ın cərimələnməsi barədə qərarı ləğv edib
17-08-2019, 15:40
Prezidentə müraciət: OQTAY RZA XALQIN ŞAİRİDİR! - MƏTN
17-08-2019, 15:35
Qaradağ Rayon İcra Hakimiyyətində tədbir
17-08-2019, 15:28
“Rusiyanın embarqosu Gürcüstan iqtsadiyyatı üçün qeyri-sabitlik faktoru olaraq qalır”
17-08-2019, 15:26
Oğuzda münaqişə zəminində bıçaqlanma olub
17-08-2019, 13:04
Azərbaycana kilosu 1000 dollara satılacaq ət gətiriləcək: - Bu inək bahalı pivə içir, masaj olunur
17-08-2019, 12:59
Azərbaycan nefti bahalaşıb
17-08-2019, 12:56
Bakıda poçtu soymaq istəyən dəstə saxlanılıb
17-08-2019, 12:56
Qubada toy karvanında qəza olub, xəsarət alan var
17-08-2019, 12:55
Özünü icra hakimiyyətinin işçisi kimi təqdim edən şəxs həbs edildi - məhkəmədən qaçmışdı
17-08-2019, 12:50
Almaniyada Paşinyana qarşı etiraz aksiyası keçirildi
17-08-2019, 12:47
Qəzaya düşən pilotumuzun daha bir - Videosu
17-08-2019, 12:45
Şəki sakini bürokratiya məngənəsində... - "Bildirdilər ki, get üstündə olan torpaq sahəsini arvadının adına keçir"
17-08-2019, 12:43
“Öz gözündə tir görmür, başqasının…”
17-08-2019, 12:37
Apelyasiya Məhkəməsi "Veysəloğlu"nun cərimələnməsi işi üzrə qərar verib
17-08-2019, 12:28
Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib
17-08-2019, 12:27
İsmayıllı sakinində silah aşkarlanıb
17-08-2019, 12:21
Geri dönüşü olmayan milyonlar... - TƏHLİL
17-08-2019, 12:18
"TV-lər bu rəzilliyi niyə efirə buraxır?" - VİDEO
17-08-2019, 12:14
"Sərdar Cəlaloğlu sübut etməsə, namussuzdur" - Deputatla partiya sədri arasında qalmaqal böyüyür
17-08-2019, 12:08
Gürcüstan və ABŞ müdafiə sahəsində üçillik müqavilə imzalayacaq
17-08-2019, 11:58
Xalq artisti pulsuz konsert verəcək - Bu gün
17-08-2019, 11:50
Səidənin açıq-saçıq videosu yayıldı
17-08-2019, 11:44
Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? - TƏHLİL
17-08-2019, 11:39
Cənub-şərq küləyi əsəcək - Belə deyirlər...
17-08-2019, 11:37
Fuad Muradov da Kanadaya pul yatırır... - İDDİA
17-08-2019, 11:35
"Pulu qurtaran kimi deyir, mən şou-biznesi bəyənmirəm"
17-08-2019, 11:30
ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər
17-08-2019, 11:26
“İcra başçısından şikayət etdiyim üçün məni işimlə təhdid edir” - Şəhid qardaşı
17-08-2019, 11:07
"Mənim torpaq sahəmdən əl çəksinlər..." - GİLEY
17-08-2019, 11:05
Hizbullah lideri İrana qarşı müharibə haqda xəbərdarlıq edib: - Bütün regionu alov bürüyəcək
17-08-2019, 11:03
Əməkdar artistin səhhəti ağırlaşdı - FOTO
17-08-2019, 10:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru