Güney Azərbaycan: Milli Hərəkat nə zaman ortaya güc qoyacaq? .....                     "Lavrovun milli motivasiyası Azərbaycan-Ermənistan konfiliktində özünü hiss etdirib" .....                     Azərbaycan ordusu Qazaxda iki ermənini məhv etdi .....                     230 hektar torpağı əlindən alınmış kənd .....                     İsfəndiyar Axundovun qaranlıq yolları... .....                     Saatlıda bir ailənin 5 üzvü göbələkdən zəhərlənib .....                     ABŞ Venesuela hakimiyyətini yenidən Hizbullahla əlaqədə olmaqda ittiham edir .....                     "Dövlətin ayırdığı pulu yeyiblər" .....                     ABŞ Yaponiyaya nüvə sınaqlarından yaranan çirklənməni aşkarlaya bilən təyyarə göndərib .....                     Deputatlığa namizəd Prezidentə müraciət etdi .....                     İnstagram-ın kraliçası o oldu .....                     Bakıda kişi naməlum şəxs tərəfindən bıçaqlanıb .....                     Bu gün dollar neçəyədir? .....                     Deputatlığa namizədlərin seçkiqabağı təşviqatı başlayıb .....                     Əlilliyin qiymətləndirilməsi qaydası müəyyənləşib .....                     Kargüzarlığın aparılmasına görə vəsaitin hakimlərin bank hesablarına köçürülməsi qaydası təsdiqlənib .....                     Gürcüstan-Azərbaycan sərhədində silahlı insident törədən şəxs həbs olunub .....                     «Sənaye Sığorta»da YENİ TƏYİNAT .....                     Əlilliyin qiymətləndirilməsinə dair ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün yeni qayda müəyyənləşib .....                     Daha bir icra başçısının qanunsuz hərəkətlərindən Prezidentə ŞİKAYƏT .....                     Vilayət Eyvazov Fariz Rzayevi “Bandotdel“də yüksək vəzifəyə təyin etdi .....                     MSK seçkiqabağı təşviqatla bağlı əsas prinsiplərə aydınlıq gətirib .....                     DSK-larda deputatlığa namizədlərin qeydə alınması prosesi .....                     DİA.AZ-da texniki fasilə .....                     Bakının gözəlləşməsini istəməyənlər... .....                     Azərbaycan Mərkəzi Bankının strukturu dəyişib .....                     “Ermənistan yaxşı bilir ki, torpaqları geri qaytaracaq” .....                     "Kommunist" fraksiyası Mişustinin namizədliyini dəstəkləyə bilməyəcəyini açıqlayıb .....                     Cənub küləyi əsəcək .....                     Nərminin atası Bakıda ev istəmələrindən danışdı: .....                     Bakıda yük maşını nazirlik əməkdaşını vurub öldürdü .....                     Evdən qaçan məktəbli: .....                     İKZF mənzil fondu yaradıb .....                     Bazarlıq üçün namizəd olanlar: .....                     ETSN-də ictimai dinləmə keçiriləcək .....                     Başqa qurumdan ehtiyata buraxılan polkovnik Müdafiə Nazirliyindən nə istəyir? .....                     Yunis Səfərov və digərlərinin məhkəməsi davam etdirilib .....                     Nərminin anası nəyisə gizlədir?: Birlik sədrindən qəribə mesaj .....                     PA rəsmisindən ermənipərəst Zatulinə dərs .....                     Deputatlığa namizədlər üçün yaddaş kitabçası hazırlanıb .....                 

Bakıda 100 manatlıq çimərlik “keyfi”: - Dənizi kim satır?
Tarix: 13-06-2019, 10:15 | Çap et
Bakıda 100 manatlıq çimərlik “keyfi”:
İyunun 15-dən etibarən respublika ərazisində çimərlik mövsümünə rəsmən start veriləcək.

Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə hər il ənənəvi olaraq paytaxtda iyunun 15-dən çimərlik mövsümü açıq elan edilir. Havaların isti keçməsi ilə əlaqədar isə artıq çimərliyə üz tutanlar var. Son illər Abşeronun bəzi çimərlikləri həddindən artıq çirklənməyə məruz qalıb. Çirkab sularının dənizə axıdılması və ərazini bürüyən üfunət qoxusu, sahilboyu zibil qutularının olmaması və bu səbəbdən ərazinin zibillənmə problemi çimərlik mövsümü üçün prioritet mövzulardan biridir.

Hər il təkrarlanan siyahı...

Çimərlik mövsümünün başlanması ilə əlaqədar olaraq hər il olduğu kimi, bu il də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə çimərlik sahələrində monitorinqlər keçirir. Dediklərinə görə, dəniz suyundan nümunələr götürüb, mikrobioloji təhlillər aparırlar. Nəticə etibarilə isə hər il istifadəsi qadağan olunan eyni çimərlik siyahısını ortaya çıxarırlar. Analizlərin nəticələrinə görə, Türkan, Hövsan, Şıx, Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır. Bu səbəbdən vətəndaşların qeyd olunan çimərliklərdən istifadə etmələri məqsədəuyğun sayılmır. Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri isə analizlərin nəticələrinə görə, çimərlik kimi istifadəyə yararlıdır. Bəs hər il təkrarlanan yararsız çimərliklər niyə təmizlənmir? Bu suala isə cavab verən qurum tapılmır.

Çimərliklərə pullu giriş: 2 manatdan 100 manata qədər...

Bir neçə ildir ki, ənənəvi xarakter almış amillər çimərliklərdən istifadəyə maneəçilik yaradır. Çimərliklərə girişin pullu olması, ekoloji vəziyyəti, bəzi çimərliklərin ətrafına hasar çəkilməsi vətəndaşların bu hüquqdan istifadəsini məhdudlaşdırır. İş o yerə çatıb ki, hazırda pulsuz çimərliklərin də sayı azalıb. Halbuki bütün çimərliklər pulsuz olmalıdır. Çimərliklərin əksəriyyəti bəzi sahibkarların özəl mülkünə çevrilib. Bu işbazlar vətəndaşların çimərliklərdən istifadə etmək hüququnu məhdudlaşdıraraq, çimərliyə giriş üçün müəyyən məbləğ də təyin ediblər. Təbii ki, istirahət üçün hansısa xidmət qarşılığında pul ödənilir. Amma çimərlikdən istifadə xal üçün pulsuz olmalıdır ki, buna isə “kiçik padşahlar” mane olur.

Çimərliklərinin pulsuz olduğunu nə qədər desələr də, reallıqda başqa mənzərə müşahidə olunur. Bakının Türkan, Hövsan, Novxanı çimərliklərini çıxmaq şərtilə, digər çimərliklərdə istirahət etmək üçün gərək cibində pulun olsun. Hətta bəzi çimərliklərin girşində pullu keçidlər quraşdırılıb. Ödənişli çimərliklərə gəlincə, ən ucuz çimərlik adambaşına 1-2 manata, ən baha çimərlik isə 100 manatadır. Mərdəkanda yerləşən "Dalga Beach-Aqua Park" istirahət mərkəzinə girişin qiyməti həftəiçi 25-30 AZN, şənbə-bazar günləri isə 50 AZN-dir. 7-12 yaşa kimi uşaqlar üçün 15 AZN ödəniş olmalıdır. Xarici vətəndaşlar üçün isə həftəiçi giriş 50 manat, həftəsonu 70-100 manat arasında dəyişir. Hövsanda yerləşən “Halikarnas Balıkçısı” istirahət mərkəzinə giriş 10 manatdır. Bura sadəcə, dəsmal, “lejanka” və çətirli masa daxildir. Yemək və içki gətirilməsinə icazə verilmir. 6 yaşa qədər uşaqlara giriş pulsuz, 7-12 yaş uşaqlara isə 5 manatdır.

Bilgəh qəsəbəsində yerləşən “Amburan” çimərlik mərkəzində bu il qiymətlər daha da bahalaşıb. Həftəiçi giriş 30 manatdır. Həftəsonu isə 35 manat ödənilməlidir. 12 yaşadək və boyu 150 sm. olan uşaqlar üçün giriş pulsuzdur. “My Beach Novkhani”da böyüklər üçün giriş həftəiçi 20 manat, 5 yaşadək uşaqlara pulsuzdur. Həftəsonu isə giriş 25 manatdır. Bu qiymətə sadəcə, dənizkənarı daxildir. “Lejanka” istəsəniz, əlavə 5 manat ödəməlisiniz. “Besetka”ların altında oturmaq istəyənlər 20, çətirlərdə isə 15 manat ödənilməlidir.

“Ramada Bakı” çimərliyinə həftəiçi giriş 20 manat, həftəsonu isə 25 manatdır.

“Mambo beach club”da bu il ötən illə müqayisədə qiymətlər bahalaşıb. Həftəiçi giriş 25, həftəsonu isə 30 manatdır. Ötən il həftəiçi giriş 15 manat, həftəsonu isə 20 manat idi. Qiymətə çimərlik, açıq hovuz, soyunub-geyinmə otağı, duş kabinələri, çətir, VİP çadırlar, “lejanka” daxildir. Ayrıca dəsmal və açarlı dolab üçün 15 manat ödənilməlidir.

Qeyd etdiyimiz bu rəqəmlər yerli sakinlərə aiddir. Əcnəbiləri çimərliklərimizdə istirahəti isə iki dəfə bu qiymətlərdən baha başa gəlir.

Sərəncamlara niyə əməl edilmir?

Qeyd edək ki, ölkə başçısı Azərbaycanda torpaq sahələrini özbaşına zəbt edən şəxslərə qarşı cəzaların sərtləşdirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlarda tikinti işləri aparanların cinayət məsuliyyətinə cəlb olunacaqları vurğulanır. Bu sərəncamdan irəli gələn məsələləri isə Bakı Şəhər İcra Hakimiyyəti yerinə yetirir. Xatırladaq ki, torpaqların istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilik də sərtləşdirilib, cərimə və sanksiyalar, bəzi hallarda cinayət məsuliyyəti müəyyən edilib. Torpağı özbaşına hasarlama, becərmə və ya dəyişdirməyə yol verənlər 8-10 min manat cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağına aid olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə, fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.

Dənizkənarı əraziləri kim satır?

Maraqlısı odur ki, dənizkənarı əraziləri kimlərin, hansı şərtlərlə satdığı da məlum deyil. Əlbəttə ki, Bakı Şəhər İcra Hakimiyyətinin və yerli bələdiyyələrin bu məsələdə mütləqdir ki, imzası və rolu var. Amma ölkə başçısının müvafiq sərəncamı birmənalı olaraq bu məsələni ciddi məsuliyyətlə şərtləndirir. Məsələ burasındadır ki, nə bu tələbləri pozanların olduğu, nə də məsuliyyətə cəlb olunanlar barədə ictimaiyyətə məlumatlar da verilir. Hər il isə çimərliklərin pullu olması ilə bağlı əhalidən narazılıqlar və şikayətlər çoxalır. Əhalinin çimərlik ərazilərinə və sahilyanı zonalara pulsuz girişi ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun da sərəncamı var. Belə ki, Bakı şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqda verdiyi sərəncamda qeyd olunur ki, Bakı çimərliklərinin hamısına giriş birmənalı olaraq pulsuzdur. Hər dəfəsində Bakı Şəhər İcra Hakimiyyətinin rəsmiləri çimərliklərin pulsuz olduğunu və heç kimin çimərliyə girmək üçün pul tələb etmək hüququna malik olmadığını bəyan edirlər. Bildirirlər ki, Bakı Şəhər İcra Hakimiyyətinin qərarına əsasən, Bakı çimərliklərinə giriş pulsuzdur. Əgər çimərlik əməkdaşları vətəndaşlardan pul tələb edirlərsə, məsuliyyət onların öz üzərlərinə düşür.

Amma nə vətəndaşların hüququna, nə də Bakı Şəhər İcra Hakimiyyətinin bununla bağlı sərəncamına məhəl qoyan var. Bir sözlə, çimərliklərdən istifadə sadəcə olaraq, kağız üzərində pulsuzdur. Dənizin hasarlanması istiqamətdə monitorinqlər aparılmır və qanunsuz mülklər, hasarlar sökülmür. Dəniz və torpaq xalqındır. Vətəndaşların bu hüquqdan istifadə etmək imkanı var ki, illərdir ki, buna süni əngəllər yaradılır.

Məsələ ilə bağlı Nazirlər Kabineti ilə əlaqə yaratdıq. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Ayaz Mirzəyev “Cümhuriyət” qəzetinə bildirib ki, şifahi açıqlama verilmir, quruma rəsmi sorğu ilə müraciət etmək lazımdır.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Güney Azərbaycan: Milli Hərəkat nə zaman ortaya güc qoyacaq? - GƏLİŞMƏ
Bu gün, 08:54
"Lavrovun milli motivasiyası Azərbaycan-Ermənistan konfiliktində özünü hiss etdirib"
Bu gün, 08:52
Azərbaycan ordusu Qazaxda iki ermənini məhv etdi –BİRİ QƏRARGAH RƏİSİDİR
Bu gün, 08:50
230 hektar torpağı əlindən alınmış kənd –YENİ ZUVAND CAMAATI CARƏSİZ QALIB
Bu gün, 08:49
İsfəndiyar Axundovun qaranlıq yolları... - İTTİHAM
Bu gün, 08:47
Saatlıda bir ailənin 5 üzvü göbələkdən zəhərlənib
Bu gün, 08:46
ABŞ Venesuela hakimiyyətini yenidən Hizbullahla əlaqədə olmaqda ittiham edir
Bu gün, 08:44
"Dövlətin ayırdığı pulu yeyiblər" - GİLEY
Bu gün, 08:42
ABŞ Yaponiyaya nüvə sınaqlarından yaranan çirklənməni aşkarlaya bilən təyyarə göndərib
Bu gün, 08:38
Deputatlığa namizəd Prezidentə müraciət etdi - "Sizə güvənimiz sonsuzdur!!!"
Bu gün, 08:27
İnstagram-ın kraliçası o oldu
Bu gün, 08:00
Bakıda kişi naməlum şəxs tərəfindən bıçaqlanıb
Bu gün, 07:59
Bu gün dollar neçəyədir?
Bu gün, 07:57
Deputatlığa namizədlərin seçkiqabağı təşviqatı başlayıb
Bu gün, 07:56
Əlilliyin qiymətləndirilməsi qaydası müəyyənləşib
Dünən, 19:05
Kargüzarlığın aparılmasına görə vəsaitin hakimlərin bank hesablarına köçürülməsi qaydası təsdiqlənib
Dünən, 19:03
"İlkin filmin pulunu xərcləyəndə elə demirdi"
Dünən, 18:59
Gürcüstan-Azərbaycan sərhədində silahlı insident törədən şəxs həbs olunub
Dünən, 18:57
«Sənaye Sığorta»da YENİ TƏYİNAT
Dünən, 18:57
Əlilliyin qiymətləndirilməsinə dair ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün yeni qayda müəyyənləşib
Dünən, 18:55
Daha bir icra başçısının qanunsuz hərəkətlərindən Prezidentə ŞİKAYƏT - VİDEO
Dünən, 18:54
Vilayət Eyvazov Fariz Rzayevi “Bandotdel“də yüksək vəzifəyə təyin etdi
Dünən, 18:51
MSK seçkiqabağı təşviqatla bağlı əsas prinsiplərə aydınlıq gətirib
Dünən, 18:48
DSK-larda deputatlığa namizədlərin qeydə alınması prosesi sabah başa çatır
Dünən, 18:47
DİA.AZ-da texniki fasilə
Dünən, 15:54
Bakının gözəlləşməsini istəməyənlər...
Dünən, 15:53
Azərbaycan Mərkəzi Bankının strukturu dəyişib
Dünən, 15:51
“Ermənistan yaxşı bilir ki, torpaqları geri qaytaracaq” - Tural Gəncəliyev
Dünən, 13:08
"Kommunist" fraksiyası Mişustinin namizədliyini dəstəkləyə bilməyəcəyini açıqlayıb
Dünən, 13:06
Cənub küləyi əsəcək - Belə deyirlər...
Dünən, 13:02
Nərminin atası Bakıda ev istəmələrindən danışdı: - "Jurnalistlərin uydurmasıdır"
Dünən, 13:01
"Niyə onları əzirik?"
Dünən, 12:58
Bakıda yük maşını nazirlik əməkdaşını vurub öldürdü - TƏFƏRRÜAT
Dünən, 12:55
Evdən qaçan məktəbli: - Valideynlərimlə yaşamaq istəmirəm
Dünən, 12:48
İKZF mənzil fondu yaradıb
Dünən, 12:46
Bazarlıq üçün namizəd olanlar: - Ev, maşın, pul, mobil telefon, kostyum...
Dünən, 12:44
ETSN-də ictimai dinləmə keçiriləcək
Dünən, 12:40
Başqa qurumdan ehtiyata buraxılan polkovnik Müdafiə Nazirliyindən nə istəyir? - ATMACA
Dünən, 12:35
Yunis Səfərov və digərlərinin məhkəməsi davam etdirilib
Dünən, 12:32
Nərminin anası nəyisə gizlədir?: Birlik sədrindən qəribə mesaj - “Hara getsən də...”
Dünən, 12:31
PA rəsmisindən ermənipərəst Zatulinə dərs - Rusiya oxucuları bundan danışır
Dünən, 12:30
Deputatlığa namizədlər üçün yaddaş kitabçası hazırlanıb
Dünən, 12:25
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib - SƏRƏNCAM
Dünən, 12:24
“Seçkiləri izləmək üçün Rusiyadan Azərbaycana böyük nümayəndə heyəti gələcək” - Slutski
Dünən, 12:22
Biləsuvar rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
Dünən, 12:20
Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində mənzil fondu yaradılıb
Dünən, 12:14
Şəkinin “seçki bəxti” - Yenəmi Cavanşir Feyziyev?..
Dünən, 12:08
Kremldəki mənbə Putinin yeni planlarını mətbuata SIZDIRDI
Dünən, 12:05
Alimpaşa Məmmədovun gedəcəyi tarix bəlli oldu - "Seçkilərdən dərhal sonra..."
Dünən, 12:04
Şəkidə kriminal aləmə meyilli olan şəxslər saxlanılıb
Dünən, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru