Masazır sakini azyaşlının ölümünə səbəb olub, gizləndi... .....                     Cəlilabadda nəzir qutusundan 150 manat oğurlandı .....                     Qarabağ “düyünü”nə vurulan yeni “düyün” .....                     Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək .....                     Bakıda maskalı şəxs evə BASQIN ETDİ .....                     Məmur kreslosundan elm və təhsilə transfer edən EKS-NAZİRLƏR .....                     Azərbaycanın maliyyə qurumları Məlumatların Elektron Açıqlanması Sistemi ilə işləyirmi? .....                     Özü həbsdə olsa da, biznesi çiçəklənir... .....                     Bəzi sığorta şirkətləri “Odlar Yurdu Sığorta Brokeri” ilə əməkdaşlığı dayandırıb .....                     Azərbaycanlı biznesmen suşi yeməyə getdi, .....                     60 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil verilib .....                     Qubada itkin düşmüş azyaşlı tapılaraq ailəsinə təhvil verilib .....                     Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb .....                     Elmar Vəliyevin kobud idarəçiliyi özünün də sonunu gətirdi .....                     Füzulidə Silahlı Qüvvələr Günü qeyd olundu .....                     Rusiya Gürcüstan şərablarının idxalına qadağa qoya bilər .....                     “Güc strukturları ilə bağlı kadr dəyişiklikləri çox uğurlu, vaxtında atılan addımdır” .....                     "Sosial yardım heç dərmanlarıma çatmır" .....                     Rabitə müəssisələri niyə zərərlə çalışır? .....                     Abdulbari Gözəlin adı daha bir qalmaqalda hallanır .....                     "Ordu bizim dövlətçiliyimizin, təhlükəsizliyin və sabitliyin dayağıdır" .....                     Zamirə Hacıyevanın məhkəməsində ilginc gəlişmə... .....                     “Cavabı İsgəndər Həmidovun özündən almaq daha yerinə düşərdi” .....                     Türkiyə və Azərbaycan arasında hərbi tibb sahəsində əməkdaşlıq sazişi qüvvəyə minib .....                     İsmət Abbasov oğlu haqda danışdı, amma əsas suallar yenə açıq qaldı .....                     Fermerlər Əhmədzadədən imdad diləyir... .....                     Keçmiş nazirin səhhəti yenidən pisləşdi .....                     ABŞ Ukraynada 6 silah anbarının tikintisinə 4 mln. dollar ayırır .....                     Agentlik bu bazarında monopoliya yaradır .....                     Xəzərin səviyyəsinin son 10 ildə aşağı düşməsi hansı fəsadlara səbəb ola bilər? .....                     Kiyev məhkəməsi Saakaşvilinin seçkilərdə iştirak icazəsini ləğv edib .....                     "Ola bilsin ki, Zelenski o maaşla yaşasın, amma ətrafı talançılıqla məşğul olacaq, Elçibəy nümunəsi göz önündədir" .....                     Neft kəskin bahalaşıb .....                     Cəbhə xəttində müəmmalı sükut davam edir... .....                     Gürcüstan valyutası tarixi minimuma enib .....                     Fəttah Heydərov Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik edib .....                     Şirvan Meyvəçilik Mərkəzində işçilərin haqqı yeyilir... .....                     “Ata Holding” də yolun sonuna gəlib... .....                     Şirvana ezam olunmuş Sumqayıt sakininin meyiti tapılıb .....                     Aygün məşhur "Səni düşündükcə"ni yenidən səsləndirdi .....                 

Türkiyə və Azərbaycanın arasını kimlər və niyə vurmaq istəyir? - TƏHLİL
Tarix: 13-06-2019, 10:12 | Çap et
Türkiyə və Azərbaycanın arasını kimlər və niyə vurmaq istəyir?
Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələri düşmənlərimizi daim narahat edir. Təsadüfi deyil ki, elə Naxçıvanda iki qardaş ölkənin ordularının birgə hərbi təlimlərinin keçirildiyi bu günlərdə münasibətlərimizə xələl gətirmək istəyənlərin aktivləşdiyini növbəti dəfə gördük.

Ötən həftə Ermənistan hökuməti yanında idman, mədəniyyət və turizm təşkilatının keçmiş rəhbəri İşxan Zakaryan başda olmaqla, bir qrup erməni ictimai xadimin Türkiyənin Qars şəhəri bələdiyyəsi tərəfindən qəbul edilməsi Azərbaycan diasporunun güclü etirazlarına səbəb oldu. Qarsda təhsil alan azərbaycanlı tələbələr, Əsassız Erməni İddilarına qarşı Mübarizə Dərnəyi (ASİMDER) və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) erməni heyətinin qəbul edilməsinə etiraz bildirdilər. Türkiyə mənbələrinin xəbərinə görə, heyətə Zakaryanla yanaşı İrəvan Dövlət Universitetinin tarix fakültəsinin dekanı Edik Minasyan, fakültənin dosenti Aşot Soqomonyan və digərləri daxil olub. İşxan Zakaryan Ermənistanın Hesablama Palatasının keçmiş rəhbəri və hökumət yanında mədəniyyət, turizm və idman komitəsinin rəhbəri olub, “Çiçəklənən Ermənistan” Partiyasının üzvüdür. Hərçənd türk mənbələri onu mədəniyyət, turizm və idman komitəsinin indiki rəhbəri kimi təqdim edir. Erməni heyətinin səfərinə etiraz olaraq Qarsdakı Qafqaz Universitetində təhsil alan azərbaycanlı tələbələr mitinq keçiriblər. Universitetin tələbəsi Nihal Məmmədov tələbələr adından danışaraq bildirib ki, erməni heyətinin iyunun 6-da Qars bələdiyyəsində qəbul edilməsindən məyus olublar. Çünki ermənilər Dağlıq Qarabağda soyqırım törədiblər, Azərbaycan ərazilərini işğal altında saxlayırlar.

Bunun ardınca Ermənistanın paytaxtı İrəvandan Türkiyənin Van şəhərinə təşkil edilən birbaşa aviareysin videogörüntüsü yayıldı. Yeniavaz.com xəbər verir ki, İrəvandan havaya qalxan təyyarə 35 dəqiqədən sonra Van şəhərində yerə enib.

Təyyarənin sərnişinləri bu ilin avqust ayında işğal altında olan Qarabağda keçirilməsi planlaşdırılan “Ümumerməni oyunları”nın təşkilat komitəsinin üzvləri olub. Onların arasında erməni diasporunun məşhur simalarından olan ABŞ-dan Alber Boyacyan, Livandan Stepan Terpetrosyan, həmçinin erməni yazıçılar Roland Şaroyan, Perç Halacıyan, Nikol Paşinyanın partiyasından olan millət vəkili Taquhi Tovmasyan, Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Edik Minasyan və digərləri olub. Nümayəndə heyətinə də Ümumerməni Oyunlarının Dünya Komitəsinin sədri İşxan Zakaryan başçılıq edib. Erməni nümayəndə heyəti Van şəhərində bir sıra görüşlər keçirib. Van bələdiyyəsində baş tutan görüşdə erməni nümayəndə heyətinə qiymətli hədiyyələr təqdim olunub.

Onu da bildirək ki, indiyə kimi Türkiyəyə dəfələrlə səfər edən İşxan Zakaryanın rəhbərlik etdiyi “Ümumerməni oyunları”nın açılış mərasimi avqustun 6-da işağal altında olan Xankəndi şəhərində keçiriləcək. Dünyanın 35 şəhərindən 4000-ə yaxın erməni idmançının iştirak edəcəyi oyunlar 17 idman növündə keçiriləcək.

Tarixdə ilk dəfə olaraq İrəvandan Van şəhərinə təyyarə səfəri həyata keçirilib. Təyyarədən düşən erməni “bura vətən torpağıdır” deyib torpağı öpür. Üstəlik, bu şəxslər avqust ayının 6-da Xankəndində “Ümumerməni Oyunları”nın açılış mərasimini təşkil edəcəklər. Bu “oyunda” dünyanın 35 şəhərindən gələn 4 000 erməni idmançı 17 idman növündə yarışacaq. Azərbaycana qarşı hazırlanan növbəti təxribatçı oyunların oyunçularının səsinin Türkiyədən gəlməsi isə bizi təbii olaraq çox narahat edir. İstisna deyil ki, Türkiyədəki erməni-PKK işbirliyinin məntiqi nəticəsidir bütün bu təxribatçı oyunlar. Lakin gərək rəsmi qurumlar da öz sözünü desinlər.

Avqust ayında Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin təşkilatçılığı ilə keçiriləcək ümumerməni oyunlarının məşəli Türkiyənin Xatay vilayətindəki Musadağ deyilən məkanda yandırılıb. Moderator.az xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, oyunların bir qrup nümayəndə heyəti 1355 metr hündürlüyü olan Musa dağının ətəyində yerləşən Vaqif kəndindəki erməni kilsəsində Ermənistan və “Artsax” bayraqlarının fonunda məşələ od vurublar. Onların arasında Paşinyanın “Mənim addımım” hərəkatına mənsub deputatlar da olub. Qeyd edək ki, ermənilər guya qədim “Kilikiya Ermənistanı” ərazisində yerləşən Musa dağı 1915-ci ildəki qondarma “erməni soyqırımı” zamanı “qəhrəman müqavimət məkanı” kimi qələmə verirlər...

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, bu problemdə Türkiyədə, ümumiyyətlə, ikinci cinah mövcuddur, o, çoxdandır ermənilərlə dialoqun başlanmasını tələb edir: “Şərqi Anadoluda həmin ikiüzlü ünsürlərin fəallığı gözə çarpır və bu dairələr əsasən Qərbə təlqin etmək istəyirlər ki, İrəvanla barışığa hazırdırlar. Türk toplumu fərqli mövqedədir və ümumiyyətlə, ermənilərlə əlaqələrin bərpasını istəmirlər. Bunu arzu edənlər isə daha çox işgüzar prizmadan prosesləri qiymətləndirirlər ki, gələcəkdə özləri üçün sərfəli şərait formalaşdırsınlar. Onlar üçün siyasi qətiyyət və prinsipial yanaşma əhəmiyyət kəsb etmir”.

Politoloq, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı isə “Yeni Müsavat”a dedi ki, ermənilər məkrli niyyətlərindən heç zaman əl çəkməyib: “Türkiyənin Hatay vilayətində ermənilərin yaşadığı Vakıflı adlı kiçik bir kənd var. Aprel ayında Hatayda keçirilən bir simpoziumda iştirak etmək üçün gedərkən həmin kəndə də getdim. Kəndin erməni əhalisi dövlətə sədaqətli kimi görünür. Amma bu, görünüşdə belədir. Musa dağına yaxın olan bu kəndin camaatı guya ermənilərin 1915-də Təhcir zamanı Osmanlı dövlətinə qarşı müqavimət göstərmiş və Musa dağına çəkilərək vuruşmuşlar. Bu ”olay" erməni tarixində qəhrəmanlıq kimi dəyərləndirilir. Amma burada qəhrəmanlıq-zad yoxdur. Fransızların himayəsində buranı tərk edən ermənilər elə fransızların yaratdığı erməni hərbi leğionu qismində buranın müsəlman türk əhalisinə 1918-1920-ci illərdə qətliamlar yaşatmışlar. Burada bir erməni “ocağı” yaratmaq cəhdləri Lozan anlaşması ilə 1923-cü ildə birdəfəlik gömülmüşdür. Türkiyədəki tək erməni kəndi bax, belə təxribati hərəkətlər üçün Qərbə lazımdır. Göründüyü kimi, onu dövriyyəyə sürmüşlər. Diaspor Erməniliyinin öndə gələn simalarından Alber Boyacıyan yenə ortadadır". Q.Çaxmaqlı dedi ki, Musa dağında bu məşəlin yandırılmasının mənası var: “Musa dağı qəhrəmanlıq simvoludur. Onu ”Artsax"a devr edirlər. Biz isə bunu seyr edirik. Bu həyasızlığa cavab vermək üçün yalnız bir əməliyyat lazımdır. Başqa yolu yoxdur. Ermənilər bütün gücləri ilə Türkiyədə də üzərimizə gəlirlər. Bu, faktdır, acı bir məğlubiyyətdir".

Q.Çaxmaqlı dedi ki, Türkiyədə məsələyə fərqli yanaşmalar var: “Demokratik ölkənin tələb etdiyi bir sıra xüsusiyyətlər var. Vakıflı kəndini bəh-bəhlə dünyaya təqdim etmə xəstəliyi var, deyirlər ki, baxın, biz erməni millətinə qarşı tolerant davranırıq. Onlar nə istəsələr edə bilirlər. Ermənilər də bundan istifadə edirlər. Qarabağdakı oyunları “qanuniləşdirmək” üçün Türkiyədəki erməni kəndini seçirlər. Həm də bir şeyi də qabardırlar ki, bura ermənilərin tarixi vətənidir, Kilikiya ”Ermənistanın paytaxtı" olub və həmin ərazilərə ermənilər dönməlidir. Yəni bir güllə ilə bir neçə quş vururlar".

Azərbaycan XİN son məlumatlara hələlik hər hansı mövqe bildirməyib.

Türkiyənin Bakıdakı səfirliyindən məsələ ilə bağlı münasibət öyrənmək istədikdə, bildirildi ki, səfir Azərbaycanda səfərdə olan Türkiyə müdafiə nazirini müşayiət etdiyi üçün indiki halda hər hansı açıqlamanın verilməsi mümkün olmayacaq.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Masazır sakini azyaşlının ölümünə səbəb olub, gizləndi...
Bu gün, 12:35
Cəlilabadda nəzir qutusundan 150 manat oğurlandı
Bu gün, 12:33
Qarabağ “düyünü”nə vurulan yeni “düyün” - GƏLİŞMƏ
Bu gün, 12:16
Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək - Belə deyirlər...
Bu gün, 12:11
Bakıda maskalı şəxs evə BASQIN ETDİ - Ev sahibini yaralayıb, pulunu apardı...
Bu gün, 12:09
Məmur kreslosundan elm və təhsilə transfer edən EKS-NAZİRLƏR - SİYAHI
Bu gün, 12:05
Azərbaycanın maliyyə qurumları Məlumatların Elektron Açıqlanması Sistemi ilə işləyirmi?
Bu gün, 11:52
Özü həbsdə olsa da, biznesi çiçəklənir... - İDDİA
Bu gün, 11:51
Bəzi sığorta şirkətləri “Odlar Yurdu Sığorta Brokeri” ilə əməkdaşlığı dayandırıb - SƏBƏB
Bu gün, 11:41
Azərbaycanlı biznesmen suşi yeməyə getdi, 2.5 milyonu oğurlandı
Bu gün, 11:38
"Evli kişiylə görüşəndə sənin qədrini bilir" - Azərbaycanlı müğənni
Bu gün, 11:32
60 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil verilib
Bu gün, 11:29
Qubada itkin düşmüş azyaşlı tapılaraq ailəsinə təhvil verilib
Bu gün, 11:20
Aysunu biabır etdilər: - “Çılpaq çıx, biz də baxaq”
Bu gün, 11:12
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb
Bu gün, 11:07
Elmar Vəliyevin kobud idarəçiliyi özünün də sonunu gətirdi - baş verənlərə yenidən baxış
Bu gün, 11:03
Füzulidə Silahlı Qüvvələr Günü qeyd olundu - FOTO
Bu gün, 11:00
Rusiya Gürcüstan şərablarının idxalına qadağa qoya bilər
Bu gün, 10:56
“Güc strukturları ilə bağlı kadr dəyişiklikləri çox uğurlu, vaxtında atılan addımdır” - RƏYLƏR
Bu gün, 10:54
Azərbaycanlı müğənninin çimərlik geyimində ərəb turistlərlə göbək rəqsi - VİDEO
Bu gün, 10:51
"Sosial yardım heç dərmanlarıma çatmır" - GİLEY
Bu gün, 10:37
Rabitə müəssisələri niyə zərərlə çalışır? – Ümidləri doğrultmayan nazirlik
Bu gün, 10:30
Abdulbari Gözəlin adı daha bir qalmaqalda hallanır - İTTİHAM
Bu gün, 10:26
"Ordu bizim dövlətçiliyimizin, təhlükəsizliyin və sabitliyin dayağıdır" - Mehriban Əliyeva
Bu gün, 10:20
Zamirə Hacıyevanın məhkəməsində ilginc gəlişmə... - ögey qız, gizli şahid, "siyasi mövqe" iddiası
Bu gün, 10:19
“Cavabı İsgəndər Həmidovun özündən almaq daha yerinə düşərdi”
Bu gün, 10:14
Türkiyə və Azərbaycan arasında hərbi tibb sahəsində əməkdaşlıq sazişi qüvvəyə minib
Bu gün, 10:13
"Həkimlər əməliyyatı məsləhət görmədilər"
Bu gün, 10:12
İsmət Abbasov oğlu haqda danışdı, amma əsas suallar yenə açıq qaldı - GƏLİŞMƏ
Bu gün, 10:10
Fermerlər Əhmədzadədən imdad diləyir... - "3000 manat xərcləməklə transformator qoyulsa..."
Bu gün, 10:08
Keçmiş nazirin səhhəti yenidən pisləşdi - Xəstəxanaya yerləşdirildi
Bu gün, 10:02
ABŞ Ukraynada 6 silah anbarının tikintisinə 4 mln. dollar ayırır
Bu gün, 10:00
Agentlik bu bazarında monopoliya yaradır - Təmiz əti hardan alaq?
Bu gün, 09:58
Xəzərin səviyyəsinin son 10 ildə aşağı düşməsi hansı fəsadlara səbəb ola bilər?
Bu gün, 09:55
Kiyev məhkəməsi Saakaşvilinin seçkilərdə iştirak icazəsini ləğv edib
Bu gün, 09:54
"Ola bilsin ki, Zelenski o maaşla yaşasın, amma ətrafı talançılıqla məşğul olacaq, Elçibəy nümunəsi göz önündədir" - deputat
Bu gün, 09:50
Neft kəskin bahalaşıb
Bu gün, 09:48
Cəbhə xəttində müəmmalı sükut davam edir...
Bu gün, 09:47
Gürcüstan valyutası tarixi minimuma enib
Bu gün, 09:45
Cavanşir Quliyevin dünya elmində maraqla qarşılanan sintezi - Musiqi ilə qeyri-səlis məntiq...
Bu gün, 09:44
“Rövşən müəllim dedi ki, mənə AzTV-dəki nöqsanları deyin”
Bu gün, 09:42
Fəttah Heydərov Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik edib
Bu gün, 09:38
Şirvan Meyvəçilik Mərkəzində işçilərin haqqı yeyilir... - GİLEY
Bu gün, 09:36
“Ata Holding” də yolun sonuna gəlib... - İFLASIN ANONSU...
Bu gün, 09:29
Şirvana ezam olunmuş Sumqayıt sakininin meyiti tapılıb
Bu gün, 09:28
Aygün məşhur "Səni düşündükcə"ni yenidən səsləndirdi
Bu gün, 09:26
Britaniyanın yeni baş naziri iyulun 24-də işə başlayacaq
Bu gün, 09:23
Bakıda nişan mərasimində İNSİDENT - bəyin əmisini döydülər
Bu gün, 09:22
Vaşinqton görüşünün nəticəsi: Qarabağda müharibə qaçılmazdır... - TƏHLİL
Bu gün, 09:20
Salyanda 24 yaşlı gənci traktor vuraraq öldürüb
Bu gün, 09:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru