Nikol Paşinyan istədiyi adamları vəzifəyə təyin edə bilmir .....                     Xızıda sürücü polisləri silahla hədələyib .....                     Məmurar bu ölkəni nə vaxt bölüb qurtaracaqlar? .....                     BNA-nın manatlıq taksi kabusu... .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Başqa dildə olan məhsulların Azərbaycanda satılması əhali üçün təhlükəlidir...” .....                     Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı .....                     “İsa Qəmbər mənə bildirdi ki, başqa daha yararlı və dəyərli namizədini göstər...” .....                     Ermənilər Qazax istiqamətində təxribat törətdi .....                     Şamaxıda kütləvi dava: .....                     “Hər şeyə ağız büzmək insanlarmız arasında geniş yayılan xəstəlikdir” .....                     Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub .....                     “Şərurlu İsfəndiyar”la bağlı qərarın icrasna başlandı .....                     Bakıda metro yaxınlığında “piyada tələsi” .....                     Qida Təhlükəsizliyi Agentliyinə qarşı İTTİHAMLAR: .....                     İran XİN: ABŞ sanksiya siyasətinin uğursuz olduğunu qəbul etməlidir .....                     UEFA "Qarabağ"ı növbəti dəfə cərmələyib .....                     Adil Vəliyevin bu şəhid ailəsindən xəbəri varm? .....                     Güney Azərbaycanda “kəfənli aksiya”: .....                     Bakıda 46 yaşlı kişi yoxa çıxdı .....                     TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib .....                     İMF növbəti illər üçün neftin orta illik qiymətlərinin proqnozlarını açıqlayıb .....                     Ağdamda 1700 manata satılan MÖHLƏT HÜQUQU... .....                     DEPUTAT MANDATININ “BAZAR QİYMƏTİ” .....                     Dünya bazarlarında neft ucuzlaşıb .....                     "Azərbaycanın Ermənistanla heç bir ticarət əlaqəsi yoxdur və ola da bilməz" .....                     Ermənilərin məhsulunu Bakıya gətirən və satan şəbəkə .....                     "Yüksək səviyyədə görüşləri alqışlayırıq" .....                     Xalq Cəbhəsi adlı siyasi bataqlıq, “qara mələyin” faciəli çöküşü... .....                     Şəki sakinini incidən kimdir? .....                     “Bizim həyət” layihəsi çərçivəsində Bakıda daha bir həyət abadlaşdırılıb .....                     Zaqatalada fındıq oğruları tutuldu .....                     “İnterpol”un axtardığı “Akula Akif” Bakıda 7 milyon dollar qazandı .....                     Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb .....                     "Ucar rayon icra hakimiyyətində aqressiv sözlərlə qarşılanıram..." .....                     Azərbaycanın strateji obyektləri necə qorunur .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Seva yenə getdi .....                     Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq .....                     “Paşinyan Qərblə Rusiya arasında sıxılmış vəziyyətdədir...” .....                 

İşğal siyasəti İrəvana baha başa gəlir - GƏLİŞMƏ
Tarix: 13-06-2019, 09:34 | Çap et
İşğal siyasəti İrəvana baha başa gəlir
Ermənistanda “məxməri inqilab”dan bir ildən çox vaxt ötsə də ölkənin iqtisadi-maliyyə göstəricilərində müsbət işarəli ciddi heç bir dəyişiklik qeydə alınmayıb. Yeni baş nazir Nikol Paşinyanın dərin iqtisadi islahatlar barədə vədləri elə vəd olaraq qalır və getdikcə unudulmaqdadır. Onun “iqtisadi inqilab” vədini isə artıq ən nikbin erməni iqtisadçı belə qeyri-ciddi hesab edir. İnqilabdan məyus olan əhalinin artan narazılığı da öz yerində.

Acı gerçək belədir ki, Paşinyanın özünü qərbyönlü kimi təqdim edib Qərbin iri maliyyə mərkəzlərindən böyük sərmayələr qoparmaq, Ermənistana böyük investisiyalar cəlb eləmək cəhdləri də iflas olub. Qərbdən aydın şəkildə ona anladıblar ki, Ermənistan Rusiyanın orbitində qaldıqca İrəvan buna ümid eləməsin. Hətta Avropa və ABŞ-dakı zəngin ermənilər də müharibə vəziyyətində və Kremldən vassal asılılığında olan Ermənistana maliyyə yatırımı etməyə həvəsli deyillər.

*****

İnqilabdan ötən müddətdə isə Rusiyadan bütün sferalar üzrə asılılıq azalmaq əvəzinə artıb. Halbuki Nikol xalqa bunun tam əksini söz vermişdi. Səbəb sadə: Azərbaycan torpaqlarını işğalda saxlamaq üçün tələb olunan maliyyə, silahlanma yarışında Azərbaycanla ayaqlaşmaq zərurəti blokadada olan Ermənistana Moskva ilə anlaşmaqdan, ondan aşağı faizli kredit və ucuz təbii qaz diləməkdən savayı yol saxlamayıb. Rusiya isə silah kreditini, ucuz silah və təbii yanacağı elə-belə vermir.

Yeri gəlmişkən, Moskvanın vəd elədiyi 200 milyon dollarlıq üçüncü silah krediti ilə bağlı anlaşma hələ icraya tam yönəlməyib. Ermənistana satılan Rusiya qazının qiyməti ilə bağlı da aylardır danışıqlar getməsinə rəğmən, tərəflər arasında yekun anlaşma hələ ki yoxdur. Ötən həftə Sank-Peterburqda Rusiya lideri Vladimir Putinlə görüşdə N.Paşinyan bir daha qaz məsələsini gündəmə gətirsə də, nəticə olmamışdı. Paşinyan İrəvana yenə “əli ətəyindən uzun” qayıtmışdı.

Erməni baş nazir həmçinin görüş zamanı Rusiyadan yeni silahlar istədiyini bildirmişdi. Ancaq rus demiş, “arzulamaq ziyanlı iş deyil”. Gərək aldığın müasir silahların pulunu ödəmək iqtidarında da olasan. Ya da daha böyük kredit boyunduruğuna girəsən - nəyi ki, sələfləri kimi, Paşinyan hökuməti etməyə hazır görünür. Axı işğal rejimini davam etdirmək pul, silah-sursat tələb edir, hərbçilərin əmək haqqı məsələsi var.

Beləcə, kasıb ölkənin müdafiə (işğal) xərcləri onun boynundan ən ağır yük kimi asılı qalır. Bu isə bilavasitə xarici borcların artmasına rəvac verir.

*****

“Ermənistanın dövlət borcu 2019-cu ildə də artacaq”. Bu məlumatı “Sputnik Ermənistan” yayıb (Axar.az). Sayt 2019-cu ildə İrəvanın 490 milyon dollar xarici kredit götürəcəyini bildirib. Bu kreditlərin təxminən 40%-i Rusiyanın payına düşəcək. Götürülən kreditin böyük hissəsi Metsamor AES-in kapital təmirinə xərclənəcək. Digər vəsait isə Moskvanın verdiyi üçüncü hərbi kreditdir.

Rusiya ilə bərabər Dünya Bankı, Asiya Bankı, Avropa İnvestisiya Bankı, Almaniyanın KfW bankı, Fransa İnkişaf Agentliyinin də İrəvana kredit verəcəyi, bu kreditlərin böyük hissəsinin müxtəlif layihələrin hazırlanmasına xərclənəcəyi bildirilir.

Eks-baş nazir Karen Karapetyanın dövründə kreditlərin yalnız layihələr üçün ayrılmasını nəzərdə tutan qərar qəbul edilsə də, İrəvan bu il də qəbul etdiyi qanuna əməl etməyəcək. Belə ki, bu il də İrəvan ümumi büdcənin dəstəklənməsi üçün kreditlər almağa davam edəcək. Ermənistanın cari ildə alacağı kreditlərin hamısı heç də yeni kreditlər olmayacaq. Belə ki, onların böyük hissəsini davam edən mövcud kredit proqramları təşkil edəcək. Yeni kreditlər isə büdcənin dəstəklənməsi üçün götürülən borclar olacaq. Belə ki, 150 milyon dollar büdcənin dəstəklənməsi üçün götürüləcək. Götürəcəyi 490 milyon dollarlıq krediti isə İrəvan 740 milyon dollar olaraq geri qaytarmalıdır.

“Yeni Müsavat” xatırladır ki, 2018-ci ilin nəticələrinə görə, İrəvanın dövlət borcu 6,923 milyard dollardır. Bu, İrəvan üçün indiyə qədər qeydə alınan ən böyük borc göstəricisidir.

*****

Diqqətçəkəndir ki, bu fonda baş nazir Nikol Paşinyan narazı və məyus kütlənin başını qatmaq, ictimai fikri əsas problemlərdən yayındırmaq üçün ən müxtəlif təbliğati-psixoloji fəndlərə əl atır. Məsələn, Paşinyan özünün facebook-dakı son statuslarından birində ölkədə kassa çeklərinin artmasını sanki böyük iqtisadi uğur (islahat) kimi təqdim eləməyə çalışıb.

Sitat: “2019-cu ilin mayında Ermənistanda kassa-nəzarət aparatları tərəfindən 13 milyon 182 min 667 kassa çeki vurulub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə çoxdur. Bu, o deməkdir ki, biz təkcə inqilaba qədərki yox, inqilabdan sonrakı göstəriciləri də yaxşılaşdırmışıq”.

Buna deyərlər, “düt-dülü” ilə özünə təsəlli vermək...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nikol Paşinyan istədiyi adamları vəzifəyə təyin edə bilmir - “Jamanak” qəzeti
Dünən, 12:15
Xızıda sürücü polisləri silahla hədələyib
Dünən, 12:14
Məmurar bu ölkəni nə vaxt bölüb qurtaracaqlar?
Dünən, 12:02
BNA-nın manatlıq taksi kabusu... - "Bakının ictimai nəqliyyat sistemində problemlər var"
Dünən, 11:58
Azərbaycan nefti cüzi bahalaşıb
Dünən, 11:52
Elçin Şıxlı İTV-də işə başladı
Dünən, 11:48
“3 günlük məşhurluq mənə lazım deyil”
Dünən, 11:46
“Başqa dildə olan məhsulların Azərbaycanda satılması əhali üçün təhlükəlidir...” - QALMAQAL
Dünən, 11:42
Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı - FOTO
Dünən, 11:32
"Bir həyat yoldaşım olub, iki göz istəyir ona baxsın" - Xalq artisti
Dünən, 11:26
“İsa Qəmbər mənə bildirdi ki, başqa daha yararlı və dəyərli namizədini göstər...”
Dünən, 11:24
Ermənilər Qazax istiqamətində təxribat törətdi - FOTO
Dünən, 11:21
Şamaxıda kütləvi dava: - tərəfləri ayıran kişinin qulağını kəsdilər
Dünən, 11:19
“Hər şeyə ağız büzmək insanlarmız arasında geniş yayılan xəstəlikdir” - Vilayət Quliyev
Dünən, 11:18
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
Dünən, 11:16
“Şərurlu İsfəndiyar”la bağlı qərarın icrasna başlandı - GƏLİŞMƏ
Dünən, 11:15
Bakıda metro yaxınlığında “piyada tələsi” - FOTO
Dünən, 11:08
Qida Təhlükəsizliyi Agentliyinə qarşı İTTİHAMLAR: - “Leş mafiyası”na sertifikat verirlər”
Dünən, 11:06
İran XİN: ABŞ sanksiya siyasətinin uğursuz olduğunu qəbul etməlidir
Dünən, 11:03
UEFA "Qarabağ"ı növbəti dəfə cərmələyib
Dünən, 11:02
Adil Vəliyevin bu şəhid ailəsindən xəbəri varm? - "Hec olmasa övladımı məktəbə göndərə bilim..."
Dünən, 11:01
Dəhşətli qəzada diri-diri yanan gənc İTV-nin sabiq əməkdaşı, Murad Dadaşovun işçisidir
Dünən, 10:48
Güney Azərbaycanda “kəfənli aksiya”: “Qoyma, vətənim satıldı getdi” - VİDEO
Dünən, 10:45
Bakıda 46 yaşlı kişi yoxa çıxdı
Dünən, 10:35
TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib - Türkiyənin energetika naziri
Dünən, 10:34
İMF növbəti illər üçün neftin orta illik qiymətlərinin proqnozlarını açıqlayıb
Dünən, 10:33
Ağdamda 1700 manata satılan MÖHLƏT HÜQUQU... - ŞOK SƏS YAZISI
Dünən, 10:29
DEPUTAT MANDATININ “BAZAR QİYMƏTİ” – 300 min çoxdur, yoxsa az?…
Dünən, 10:23
Dünya bazarlarında neft ucuzlaşıb
Dünən, 10:19
“Aysudan öncə başqa xanıma görə...” - Məşhur meyxanaçının həyat yoldaşı
Dünən, 10:18
"Azərbaycanın Ermənistanla heç bir ticarət əlaqəsi yoxdur və ola da bilməz" - DGK
Dünən, 10:15
Ermənilərin məhsulunu Bakıya gətirən və satan şəbəkə - VİDEO
Dünən, 10:12
"Yüksək səviyyədə görüşləri alqışlayırıq" - Dövlət katibi Qarabağ münaqişəsi haqqında
Dünən, 10:10
Xalq Cəbhəsi adlı siyasi bataqlıq, “qara mələyin” faciəli çöküşü...
Dünən, 10:08
Şəki sakinini incidən kimdir? - "Sahil Babayevdən xahiş edirəm ki..."
Dünən, 10:06
“Bizim həyət” layihəsi çərçivəsində Bakıda daha bir həyət abadlaşdırılıb
Dünən, 10:00
Zaqatalada fındıq oğruları tutuldu
Dünən, 09:50
“İnterpol”un axtardığı “Akula Akif” Bakıda 7 milyon dollar qazandı - İLGİNC
Dünən, 09:46
“Yaxşı aktyorun kaprizi olmalıdır”
Dünən, 09:44
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb
Dünən, 09:42
"Ucar rayon icra hakimiyyətində aqressiv sözlərlə qarşılanıram..." - Şəhid atası kömək üçün müraciət etdi...
Dünən, 09:41
Azərbaycanın strateji obyektləri necə qorunur - Səudiyyə insidentindən çıxarılan nəticə
Dünən, 09:34
Cəbhə xəttində erməni təxribatı davam edir
Dünən, 09:30
Seva yenə getdi
Dünən, 09:27
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
Dünən, 09:24
“Atamı şərlədirlər, iki il yarım həbsdə qaldı” - Əməkdar artist
Dünən, 09:22
“Paşinyan Qərblə Rusiya arasında sıxılmış vəziyyətdədir...” - TƏHLİL
Dünən, 09:16
Fırıldaqçı deputatın fəaliyyəti araşdırılmalıdır - GƏLİŞMƏ
Dünən, 09:09
Bakının “Rus NATO-su”ndakı gizli adamı - İrəvanda təlaş
Dünən, 09:07
"Zövqümü korlamamaq üçün seriallara baxmıram"
Dünən, 09:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru