Bakıda maskalı şəxs evə BASQIN ETDİ .....                     Məmur kreslosundan elm və təhsilə transfer edən EKS-NAZİRLƏR .....                     Azərbaycanın maliyyə qurumları Məlumatların Elektron Açıqlanması Sistemi ilə işləyirmi? .....                     Özü həbsdə olsa da, biznesi çiçəklənir... .....                     Bəzi sığorta şirkətləri “Odlar Yurdu Sığorta Brokeri” ilə əməkdaşlığı dayandırıb .....                     Azərbaycanlı biznesmen suşi yeməyə getdi, .....                     60 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil verilib .....                     Qubada itkin düşmüş azyaşlı tapılaraq ailəsinə təhvil verilib .....                     Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb .....                     Elmar Vəliyevin kobud idarəçiliyi özünün də sonunu gətirdi .....                     Füzulidə Silahlı Qüvvələr Günü qeyd olundu .....                     Rusiya Gürcüstan şərablarının idxalına qadağa qoya bilər .....                     “Güc strukturları ilə bağlı kadr dəyişiklikləri çox uğurlu, vaxtında atılan addımdır” .....                     "Sosial yardım heç dərmanlarıma çatmır" .....                     Rabitə müəssisələri niyə zərərlə çalışır? .....                     Abdulbari Gözəlin adı daha bir qalmaqalda hallanır .....                     "Ordu bizim dövlətçiliyimizin, təhlükəsizliyin və sabitliyin dayağıdır" .....                     Zamirə Hacıyevanın məhkəməsində ilginc gəlişmə... .....                     “Cavabı İsgəndər Həmidovun özündən almaq daha yerinə düşərdi” .....                     Türkiyə və Azərbaycan arasında hərbi tibb sahəsində əməkdaşlıq sazişi qüvvəyə minib .....                     İsmət Abbasov oğlu haqda danışdı, amma əsas suallar yenə açıq qaldı .....                     Fermerlər Əhmədzadədən imdad diləyir... .....                     Keçmiş nazirin səhhəti yenidən pisləşdi .....                     ABŞ Ukraynada 6 silah anbarının tikintisinə 4 mln. dollar ayırır .....                     Agentlik bu bazarında monopoliya yaradır .....                     Xəzərin səviyyəsinin son 10 ildə aşağı düşməsi hansı fəsadlara səbəb ola bilər? .....                     Kiyev məhkəməsi Saakaşvilinin seçkilərdə iştirak icazəsini ləğv edib .....                     "Ola bilsin ki, Zelenski o maaşla yaşasın, amma ətrafı talançılıqla məşğul olacaq, Elçibəy nümunəsi göz önündədir" .....                     Neft kəskin bahalaşıb .....                     Cəbhə xəttində müəmmalı sükut davam edir... .....                     Gürcüstan valyutası tarixi minimuma enib .....                     Fəttah Heydərov Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik edib .....                     Şirvan Meyvəçilik Mərkəzində işçilərin haqqı yeyilir... .....                     “Ata Holding” də yolun sonuna gəlib... .....                     Şirvana ezam olunmuş Sumqayıt sakininin meyiti tapılıb .....                     Aygün məşhur "Səni düşündükcə"ni yenidən səsləndirdi .....                     Britaniyanın yeni baş naziri iyulun 24-də işə başlayacaq .....                     Bakıda nişan mərasimində İNSİDENT .....                     Vaşinqton görüşünün nəticəsi: Qarabağda müharibə qaçılmazdır... .....                     Salyanda 24 yaşlı gənci traktor vuraraq öldürüb .....                 

Əmanətlərin 12 faizlə alınıb, kreditin 25 faizlə verilməsinin səbəbləri - TƏHLİL
Tarix: 13-06-2019, 09:29 | Çap et
Əmanətlərin 12 faizlə alınıb, kreditin 25 faizlə verilməsinin səbəbləri
“Kredit faizlərinin yüksək olması son nəticədə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi istiqamətində strategiya ortaya qoyan hökumətin planlarına da neqativ təsir göstərir”

Millət vəkili Vahid Əhmədov növbəti dəfə bankların kredit siyasətini tənqid edib. O, İctimai Televiziyada yayımlanan “Diqqət Mərkəzi-Yekun” verilişində çıxışı zamanı bankların krediti yüksək faizlə verdiyinə diqqət çəkib. Deputat “Necə olur ki, bank əmanəti 12 faizlə alır, lakin 25 faizlə kredit verir?” deyə məsələ qaldırıb və bildirib ki, banklar vəsaiti ilk növbədə insanların qoyduğu əmanətlərdən cəlb edir: “İkincisi, xarici maliyyə institutlarından, üçüncüsü isə Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditindən vəsait cəlb edirlər. Cəlb olunan vəsaitlərin 80-85 faizi faktiki olaraq insanların əmanətləridir.

Bəs necə olur ki, bank məndən 12 faizlə əmanət götürür, sonra həmin pulu 25 faizlə qaytarır? Bankın xərci 3-4 faiz olar, 15-20 faiz ola bilməz axı. Bank sistemindəki bu suallar həllini tapmalıdır”.

Banklar Assosiasiyasının nümayəndəsi Sahib Daşdəmirov isə hər bir özəl bankın öz strategiyası olduğunu qeyd edib: “Nəyə görə bu gün bank sistemində yüksək faizləri götürürsünüz? Məsələn, Sahibkarlığa Yardım Fondu illik 6 faizlə, İpoteka Fondu 8 faizlə kredit verir. Hazırda bizdə banklarda boş vəsait formalaşır. O boş vəsait isə artıq orta və kiçik sahibkarlığa ayrılmış vəsaitdən istifadə olunacaq. Yaxın günlərdə bu barədə açıqlama da veriləcək. Bizim faiz siyasətimiz bazara uyğun tənzimlənir”.

Sözügedən məsələyə iqtisadçı ekspertlər də münasibət bildirərək, kredit faizləri ilə bağlı durumun problemli olduğunu etiraf etdilər.

İqtisadçı ekspert Rəşad Həsənov da hesab edir ki, kredit faizləri ilə bağlı vəziyyət qənaətbəxş deyil: “Burada kifayət qədər ciddi problemlər var. Kredit faizləri yüksəkdir, banklar kreditləşmədən çəkinirlər. Real sektorda da risklər yüksəkdir. Bu rəqəmləri 2015-ci illə müqayisə etsək görərik ki, bankların kredit portfeli 25 milyard manatdan 13 milyard manata qədər azalıb. Təxminən 47-48 faiz kredit portfelində azalma müşahidə olunur. Bu situasiyada digər problemlərdən biri də kredit faizlərinin yüksək olmasıdır. Çünki kredit faizlərinin yüksək olması son nəticədə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi istiqamətində strategiya ortaya qoyan hökumətin planlarına da neqativ təsir göstərir. Çünki maliyyə çıxış imkanlarını məhdudlaşdırır”.

İqtisadçının sözlərinə görə, səbəblər birmənalı deyil, burada müxtəlif səbəblər var: “Birinci səbəb odur ki, Azərbaycanda maliyyə bazarında və bank sektorunda liberallaşma kifayət qədər deyil, hazırkı bazar iştirakçılarının bir çoxu hansısa formada bir-biri ilə əlaqəlidir. Onlar çox asanlıqla bazarda dominantlıq nümayiş etdirə bilirlər və faizləri diqtə edirlər. Xüsusilə də alternativ maliyyə institutlarının inkişaf etməməsi bankların bu sektorda faizləri diqtə etməsi üçün ən böyük imkanlardan biri hesab olunur. Düşünürəm ki, bazarın liberallaşdırılmasına ehtiyac var və bu məqsədlə xarici maliyyə institutlarının, korporasiyaların ölkəyə buraxılması lazımdır, onların fəaliyyəti üçün şərait yaratmaq lazımdır. O zaman rəqabət faizləri aşağı çəkəcək. Dünya praktikasında da bu amil öz təsirini göstərib”.

R.Həsənov vurğuladı ki, Azərbaycanda xüsusilə 2015-ci ildən sonra risklər yüksəlib və banklar nisbətən aşağı riskli biznes layihələrinə vəsait yönəltməyə çalışırlar: “Bu kimi biznes layihələrinin də sayı azdır və buna görə də bankların mənfəət norması kifayət qədər aşağı düşüb. Banklar nisbətən sığortalı kredit siyasəti həyata keçirməyə çalışırlar. Digər bir məsələ odur ki, bankların hazırda maliyyə mənbələrinə çıxış imkanları da məhduddur. Bu özünü daha çox mərkəzləşmiş kreditlərdə göstərir. Burada müxtəlif səbəblər var. Səbəblərdən biri odur ki, banklar götürdükləri vəsaitləri yerləşdirə bilmirlər. Bu səbəbdən də vəsait cəlb etməkdə maraqlı deyillər. İkinci səbəb isə ondan ibarətdir ki, banklar daha genişləndirilmiş kredit siyasəti həyata keçirərkən belə mərkəzləşmiş kreditlərdən kifayət qədər yararlana bilmirlər, cəlb etdikləri vəsaitlərin faizləri yüksək idi”.

İqtisadçının fikrincə, digər bir səbəb isə inflyasiya səviyyəsinin yüksək olmasıdır: “Bu amil də kredit faizləri müəyyənləşdirilərkən əsas götürülür. Ümumi problem isə odur ki, bazarda rəqabət imkanları zəifdir və bu da kredit faizlərinin aşağı düşməsini əngəlləyən əsas məqamdır. Qeyd edək ki, bankların əsas problemlərindən biri də əmanətlərin həcminin artması fonunda yüksək gəlirli biznes layihələrinə kredit ayıra bilməmələridir. Belə olan halda son çarə yüksək faizli istehlak kreditləridir ki, bu özü də banklar üçün sərfəli deyil və risk faktoru böyükdür. Kredit faizinin böyük hissəsi əmanət faizi, işçi, filialların saxlanılması və digər xərclərdir. Bankirlərin dili ilə desək, 1 nəfərə 1 milyon manat borc vermək, bu pulu 1000 nəfərə bölərək kredit verməkdən daha gəlirlidir. Lakin real sektorun yetərincə inkişaf etməməsi kommersiya banklarını bu addımı atmağa məcbur edir. Çünki son dövrlərdə əmanət qoyuluşlarının, xüsusən də milli valyutada qoyulan əmanətlərin həcmində ciddi artım var”.

Əhalinin yerli valyutada olan əmanətlərə marağı artıb. Fiziki şəxslər tərəfindən ölkədə fəaliyyət göstərən kommersiya banklarına yerləşdirilən əmanətlərin həcmi 1 may 2019-cu il tarixinə 8 mlrd. 715 mln. manat təşkil edib.

Bu, 1 aprel tarixi ilə müqayisədə 4,5 faiz , ötən ilin eyni dövrü ilə müqayisədə isə 10,6 faiz çoxdur. Fiziki şəxslər tərəfindən yerləşdirilən əmanətlərin 3 mlrd. 621 mln. manatını milli valyutada olan əmanətlər, 5 mlrd. 93,9 mln. manatını xarici valyutada olan əmanətlər təşkil edib.

Ay ərzində yerli valyutada yerləşdirilən əmanətlərin həcmi 9,8 faiz , xarici valyutada yerləşdirilən əmanətlərin həcmi 1,04 faiz artıb. Bütün bunlar isə o deməkdir ki, banklar həmin əmanətlər üzrə faizləri ödəyə bilmək üçün potensial kredit portfelində faizləri yüksəltməli olurlar.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda maskalı şəxs evə BASQIN ETDİ - Ev sahibini yaralayıb, pulunu apardı...
Bu gün, 12:09
Məmur kreslosundan elm və təhsilə transfer edən EKS-NAZİRLƏR - SİYAHI
Bu gün, 12:05
Azərbaycanın maliyyə qurumları Məlumatların Elektron Açıqlanması Sistemi ilə işləyirmi?
Bu gün, 11:52
Özü həbsdə olsa da, biznesi çiçəklənir... - İDDİA
Bu gün, 11:51
Bəzi sığorta şirkətləri “Odlar Yurdu Sığorta Brokeri” ilə əməkdaşlığı dayandırıb - SƏBƏB
Bu gün, 11:41
Azərbaycanlı biznesmen suşi yeməyə getdi, 2.5 milyonu oğurlandı
Bu gün, 11:38
"Evli kişiylə görüşəndə sənin qədrini bilir" - Azərbaycanlı müğənni
Bu gün, 11:32
60 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil verilib
Bu gün, 11:29
Qubada itkin düşmüş azyaşlı tapılaraq ailəsinə təhvil verilib
Bu gün, 11:20
Aysunu biabır etdilər: - “Çılpaq çıx, biz də baxaq”
Bu gün, 11:12
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb
Bu gün, 11:07
Elmar Vəliyevin kobud idarəçiliyi özünün də sonunu gətirdi - baş verənlərə yenidən baxış
Bu gün, 11:03
Füzulidə Silahlı Qüvvələr Günü qeyd olundu - FOTO
Bu gün, 11:00
Rusiya Gürcüstan şərablarının idxalına qadağa qoya bilər
Bu gün, 10:56
“Güc strukturları ilə bağlı kadr dəyişiklikləri çox uğurlu, vaxtında atılan addımdır” - RƏYLƏR
Bu gün, 10:54
Azərbaycanlı müğənninin çimərlik geyimində ərəb turistlərlə göbək rəqsi - VİDEO
Bu gün, 10:51
"Sosial yardım heç dərmanlarıma çatmır" - GİLEY
Bu gün, 10:37
Rabitə müəssisələri niyə zərərlə çalışır? – Ümidləri doğrultmayan nazirlik
Bu gün, 10:30
Abdulbari Gözəlin adı daha bir qalmaqalda hallanır - İTTİHAM
Bu gün, 10:26
"Ordu bizim dövlətçiliyimizin, təhlükəsizliyin və sabitliyin dayağıdır" - Mehriban Əliyeva
Bu gün, 10:20
Zamirə Hacıyevanın məhkəməsində ilginc gəlişmə... - ögey qız, gizli şahid, "siyasi mövqe" iddiası
Bu gün, 10:19
“Cavabı İsgəndər Həmidovun özündən almaq daha yerinə düşərdi”
Bu gün, 10:14
Türkiyə və Azərbaycan arasında hərbi tibb sahəsində əməkdaşlıq sazişi qüvvəyə minib
Bu gün, 10:13
"Həkimlər əməliyyatı məsləhət görmədilər"
Bu gün, 10:12
İsmət Abbasov oğlu haqda danışdı, amma əsas suallar yenə açıq qaldı - GƏLİŞMƏ
Bu gün, 10:10
Fermerlər Əhmədzadədən imdad diləyir... - "3000 manat xərcləməklə transformator qoyulsa..."
Bu gün, 10:08
Keçmiş nazirin səhhəti yenidən pisləşdi - Xəstəxanaya yerləşdirildi
Bu gün, 10:02
ABŞ Ukraynada 6 silah anbarının tikintisinə 4 mln. dollar ayırır
Bu gün, 10:00
Agentlik bu bazarında monopoliya yaradır - Təmiz əti hardan alaq?
Bu gün, 09:58
Xəzərin səviyyəsinin son 10 ildə aşağı düşməsi hansı fəsadlara səbəb ola bilər?
Bu gün, 09:55
Kiyev məhkəməsi Saakaşvilinin seçkilərdə iştirak icazəsini ləğv edib
Bu gün, 09:54
"Ola bilsin ki, Zelenski o maaşla yaşasın, amma ətrafı talançılıqla məşğul olacaq, Elçibəy nümunəsi göz önündədir" - deputat
Bu gün, 09:50
Neft kəskin bahalaşıb
Bu gün, 09:48
Cəbhə xəttində müəmmalı sükut davam edir...
Bu gün, 09:47
Gürcüstan valyutası tarixi minimuma enib
Bu gün, 09:45
Cavanşir Quliyevin dünya elmində maraqla qarşılanan sintezi - Musiqi ilə qeyri-səlis məntiq...
Bu gün, 09:44
“Rövşən müəllim dedi ki, mənə AzTV-dəki nöqsanları deyin”
Bu gün, 09:42
Fəttah Heydərov Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik edib
Bu gün, 09:38
Şirvan Meyvəçilik Mərkəzində işçilərin haqqı yeyilir... - GİLEY
Bu gün, 09:36
“Ata Holding” də yolun sonuna gəlib... - İFLASIN ANONSU...
Bu gün, 09:29
Şirvana ezam olunmuş Sumqayıt sakininin meyiti tapılıb
Bu gün, 09:28
Aygün məşhur "Səni düşündükcə"ni yenidən səsləndirdi
Bu gün, 09:26
Britaniyanın yeni baş naziri iyulun 24-də işə başlayacaq
Bu gün, 09:23
Bakıda nişan mərasimində İNSİDENT - bəyin əmisini döydülər
Bu gün, 09:22
Vaşinqton görüşünün nəticəsi: Qarabağda müharibə qaçılmazdır... - TƏHLİL
Bu gün, 09:20
Salyanda 24 yaşlı gənci traktor vuraraq öldürüb
Bu gün, 09:19
Bakıda fəhlə tikinti zamanı yıxılaraq ağır xəsarət alıb
Bu gün, 09:18
Bakı İrəvanın planını boşa çıxardı - Paşinyan hökuməti geosiyasi tələdə
Bu gün, 09:17
Konqres Trampın İrana hücum etməsinə qadağa qoya bilər
Bu gün, 09:15
Bakıda 45 yaşlı kişi bıçaqlanıb
Bu gün, 09:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru