MBNP və Bankda çalışmış xanım “Nargis” jurnalına rəhbər gedib .....                     Bakının 10 aydır başçısız qalan rayonu .....                     Rusiya Ermənistan dəmir yollarının idarəetməsindən imtina edir .....                     "Kişi arvadını, qızını döyüb, özü bilər, döyüb döyüb də, arvadıdır, qızıdır" .....                     Bakıda “Qafqaz Qartalı - 2019” birgə təliminin açılış mərasimi olub .....                     Paşinyan ABŞ-da elə bir şey etdi ki... .....                     ABŞ-Türkiyə münasibətləri: Buzlar əriyir? .....                     "Gecə plombı kimsə qırır, sabahı «Azərqaz» gəlir...." .....                     Artıq Fəxri Kazımov barəsində tədbir görməyin vaxtı çatıb... .....                     Ermənistanda "misli görünməmiş" səfərbərlik başlayır .....                     Gültəkinin satdığı su, zəbt etdiyi torpaqlar: .....                     Bakıda ağacı betonladılar .....                     Təhsil Nazirliyi məktəblərdə şagird sıxlığının səbəbini açıqlayıb .....                     Onun GENERAL olmaq həvəsi... .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Şaqay” su kanalına qənim kəsilənlər kimlərdir? .....                     MHP sədri xəstəxanadan evə buraxılıb .....                     Rəfail Cəbrayılovu gözləyən cəza: .....                     Venesuela prezidenti Tramp ilə birbaşa danışıqlar aparmağa razıdır .....                     “Erməni qızları təhsil alanda biz qadınları döyüb bir küncə basmışdıq" .....                     Prezidentdən 13 milyonluq .....                     Vurğun Əyyubun səhhəti ilə bağlı son vəziyyət .....                     "Hələ indiyə qədər yoldaşıma əl qaldırmamışam" .....                     Nazirlik rüşvətin qarşısını aldı, başqa problem yarandı .....                     “Nar” tələbələr üçün təqaüd proqramı elan edir! .....                     “AFB Bank”da yeni TƏYİNAT .....                     60 yaşlı kişidən 5 yaşlı qız uşağına qarşı İYRƏNC HƏRƏKƏT .....                     Bakıda 21 yaşlı gənc narkotik vasitənin yüksək təsirindən ölüb .....                     Bakı sakininə qarşı 32 min dollarlıq dələduzluq edilib .....                     Ad və soyadların əmtəə nişanı kimi qeydiyyata alınması üçün mütəmadi müraciətlər alırıq .....                     Fikrət Məmmədovun şətiri altında ŞOK ÖZBAŞINALIQ .....                     “Gələcəkdən qorxma, onsuz da gələcək” .....                     Ailəsi Şahbaz Quliyevin tezliklə qayıdacağını gözləyir .....                     Ermənilərin məhsulu “Araz”da: .....                     “Sevgisi” ilə ailə dağıdanlara nəyi etibar etmək olar? .....                     Bakıda keçmiş məhkumun üzərindən 1 kiloqramdan artıq heroin aşkar edilib .....                     Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradılıb .....                     Allahşükür Paşazadə Moskvada səfərdədir .....                     Aygün Kazımova: Mənim taleyimlə oynayacaqsız? .....                     Şəkidə məmurların qovğası... .....                 

Bakıda tikilməkdə olan bu binaların özülünə qoyulan “yavaş təsirli bomba” - TƏCİLİ HƏRƏKƏTƏ KEÇİLMƏLİDİR, YOXSA GEC OLACAQ...
Tarix: 12-06-2019, 17:51 | Çap et
Bakıda tikilməkdə olan bu binaların özülünə qoyulan “yavaş təsirli bomba”
Azərbaycanın tikinti baronları inşa etdikləri binaların maya dəyərini mümkün qədər aşağı sala bilmək üçün ən müxtəlif fəndlərə əl atırlar. Virtualaz.org qeyd edir ki, son illərə qədər tikinti baronlarının layihə üzrə təsdiqlənmiş mərtəbə sayını aşaraq daha çox pul qazanmaq naminə 2-3, hətta 4-5 mərtəbə artıq tikmələri halları geniş yayılmışdı. Və bu zaman binanın özülünə düşən yükün artırılmasının gələcəkdə hansı fəsadlara gətirib çıxaracağını heç kim hesablamırdı.

Tikintinin maya dəyərinin aşağı salınması və marjanın yüksəldilməsi üçün istifadə edilən fəndlərdən biri də əvvəllər də dəfələrlə araşdırmalarla sübut etdiyimiz kimi, standartlara cavab verən armaturlardan istifadə əvəzinə ya İrandan gətirilən, ya da Bakının çoxsaylı kustar metal sexlərində heç bir texnoloji normalara əməl edilmədən istehsal olunan keyfiyyətsiz (və qiymətdə daha ucuz) armaturlardan istifadədir.

Reportyor qrupumuz ötən il bu mövzuda silsilə araşdırmalar, reportajlar dərc etmişdi və nəhayət müvafiq strukturlar inşaatda istifadə olunan armaturun keyfiyyəti ilə bağlı nəzarəti bir qədər gücləndirmişdi. Məlumatlara görə ölkəyə İrandan keyfiyyətsiz armaturların gətirilib inşaatda istifadəsi məhdudlaşdırılmışdı.

Lakin inşaat sektorundakı mənbələrdən saytımıza daxil olan son məlumatlar bu sahədə xaosun yenidən geniş vüsət aldığını təsdiq edir. Mənbələr deyiblər ki, çoxmərtəbəli yaşayış binalarının inşası ilə məşğul olan bir çox MTK-lar Bakı sexlərinin heç bir texnoloji normalara uyğun olmayan ucuz armaturlarından istifadə edirlər. Əməkdaşlarımız bu məlumatların bir çoxunu araşdırıb, kustar üsulla istehsal edilmiş armaturlardan istifadə olunmaqla inşa edilməkdə olan binalardan bəzilərinin tikinti meydançalarına baş çəkib.

Məsələn, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 25 ünvanında inşa edilməkdə olan çoxmərtəbəli yaşayış binasının tikinti meydançasında kustar metaləritmə sexlərinin istehsalı olan armaturlardan istifadə olunmaqdadır. Bu ünvanda tikinti işlərini “ELNET” MTK adlı şirkət aparır, inşaat meydançasının hasarında vurulmuş lövhədəki məlumatlara əsasən bina 16 mərtəbəli olacaq. Tikinti işləri 2018-ci ilin aprelində başlayıb.

Bakının Nizami rayonunda, “Planet” şadlıq sarayının yaxınlığında “Vesta Construction” adlı şirkət tərəfindən inşa edilən “My Home” yaşayış kompleksinin inşasında da eynilə bu cür sex armaturlarından istifadə olunmaqdadır. Kompleksə 16 mərtəbəli binalar daxil olacaq.

Növbəti belə fakt Masazır qəsəbəsində, Azərbaycan Milli Elmlər Akademiyasının “Science Cty” yaşayış kompleksinin tikintisində qeydə alınıb. Həmin kompleksi podratçı qismində “SAHİL-A” MTK adlı şirkət tikir. Kompleksə bir neçə yaşayış binası daxil olacaq.

Masazır qəsəbəsində inşa edilən “Masazır Park” yaşayış kompleksində də kustar armaturdan istifadə olunmaqdadır. Bu kompleksi “Xəzri-A” adlı şirkət tikir.

Bakının Xətai rayonu, M.Mehdizadə, İ.Orucova, S.Orucov küçələrinin əhatə etdiyi 1180-ci məhəllədə inşa edilən “Capital Plaza” yaşayış kompleksinin tikintisi də kustar sex armaturları ilə aparılmaqdadır. Kompleksin inşaat meydançasında bu cür armaturlar qalaqlanıb.

Belə görünür ki, bunlar hələ hamısı deyil və tikinti təhlükəsizliyinə dair normaların kobudcasına pozulması, tikinti baronları tərəfindən insanların həyatı üçün gələcəkdə potensial risk yaradan əməllər geniş vüsət alıb.

Bəs tikintidə standartlara cavab verməyən, keyfiyyətsiz armaturlardan istifadə niyə təhlükəlidir və nədən hansısa “birgünlük” MTK-lar təsis edib ağına-bozuna baxmadan çoxmərtəbəli binaların inşasını həyata keçirən tikinti baronlarının bu əməlləri gələcəkdə kütləvi insan tələfatına da gətirib çıxara bilər?

İnternet mənbələrində bu mövzu ilə bağlı Rusiyanın inşaat mütəxəssislərinin rəyləri ilə tanış olanda bu sualların cavabı aydın olur.

Belə ki, standartlara cavab verməyən, dayanıqlığı, elastikliyi və tərkibi normalara uyğun olmayan armaturlar betonun daxilində daha sürətlə korroziyaya uğrayır. Məhz beton daxilində armaturun korroziyası inşaat konstruksiyalarının ömrünü ciddi ölçülərdə azaldan əsas amildir.

Əlbətdə, belə armaturlar kustar sexlərdə istehsal olunsalar da onların betonun daxilində çürüməsi, korroziyaya məruz qalması dərhal baş vermir. Normal halda standartlara cavab verən armaturlar da illər keçdikdə betonun daxilində metala aqressiv təsir edən birləşmələrin nəticəsində korroziyaya məruz qalır, bu qaçılmaz prosesdir. Lakin söhbət kustar üsulla istehsal edilmiş armaturlardan gedirsə korroziya daha sürətlə gedəcək və binanın dayanıqlığını itirməsi müddəti dəfələrlə qısalacaq. Çünki kustar üsulla istehsal edilmiş armaturlarda korroziyanın nəticəsində lay-lay “soyulma” baş verir, armatur beton daxilində sadəcə olaraq “yoxa çıxa” bilər.

Armaturun korroziyaya məruz qalması böyük yüklənməyə məruz qalan inşaat konstruksiyalarında, indiki halda çoxmərtəbəli binalarda daha sürətlə baş verir. Belə binaların nə qədər davam gətirəcəyini proqnozlaşdırmaq çətindir və bunun üçün kompleks analizlər aparılmalıdır. Lakin müəyyən müddət keçəndən sonra belə binaların konstruksiyalarında armaturun güclü korroziyaya məruz qalması nəticəsində onlar zəif yeraltı təkanlara belə davam gətirməyə, hətta öz-özünə dağıla bilər. Bu səbəbdən tikinti sahəsinə cavabdeh dövlət strukturları bütün tikinti meydançalarında ləngimədən təftiş aparmalı, istifadə olunan əsas inşaat materialı kimi armaturun keyfiyyəti yoxlanılmalıdır. Əks halda bu indi inşa edilən binaların özülünə yerləşdirilmiş “yavaş təsirli bomba”nın nə zamansa işə düşməsi qaçılmazdır...
Virtualaz.org





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MBNP və Bankda çalışmış xanım “Nargis” jurnalına rəhbər gedib
Bu gün, 18:09
Bakının 10 aydır başçısız qalan rayonu - Müəmma davam edir...
Bu gün, 18:04
Rusiya Ermənistan dəmir yollarının idarəetməsindən imtina edir - GƏLİŞMƏ
Bu gün, 18:02
"Kişi arvadını, qızını döyüb, özü bilər, döyüb döyüb də, arvadıdır, qızıdır" - Rəşid Mahmudov da belə deyir...
Bu gün, 17:58
Bakıda “Qafqaz Qartalı - 2019” birgə təliminin açılış mərasimi olub - VİDEO
Bu gün, 17:51
Paşinyan ABŞ-da elə bir şey etdi ki... - GƏLİŞMƏ
Bu gün, 17:47
ABŞ-Türkiyə münasibətləri: Buzlar əriyir? - TƏHLİL
Bu gün, 17:46
"Gecə plombı kimsə qırır, sabahı «Azərqaz» gəlir...." - VİDEO
Bu gün, 17:35
Artıq Fəxri Kazımov barəsində tədbir görməyin vaxtı çatıb... - İTTİHAM
Bu gün, 17:30
Kənan MM Azərbaycanı tərk edir
Bu gün, 17:26
Ermənistanda "misli görünməmiş" səfərbərlik başlayır
Bu gün, 17:22
Gültəkinin satdığı su, zəbt etdiyi torpaqlar: - eks-deputata Goranboydan “salam” var
Bu gün, 17:14
Bakıda ağacı betonladılar - Nazirlik hərəkətə keçdi
Bu gün, 17:11
Tanınmış aktyorumuzun maşınını İtaliyada SOYDULAR - VİDEO
Bu gün, 17:09
Təhsil Nazirliyi məktəblərdə şagird sıxlığının səbəbini açıqlayıb
Bu gün, 17:06
Onun GENERAL olmaq həvəsi... - Polis əməliyyat keçirdi
Bu gün, 17:05
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:01
“Şaqay” su kanalına qənim kəsilənlər kimlərdir? - GİLEY
Bu gün, 17:00
MHP sədri xəstəxanadan evə buraxılıb
Bu gün, 16:55
"Əgər adamın yoxdursa, səni incitməlidirlər, bu günə qalmalısan?" - Əməkdar artist
Bu gün, 16:53
Rəfail Cəbrayılovu gözləyən cəza: - “Səlahiyyətinə xitam verilə bilər”
Bu gün, 16:50
Venesuela prezidenti Tramp ilə birbaşa danışıqlar aparmağa razıdır
Bu gün, 16:48
“Erməni qızları təhsil alanda biz qadınları döyüb bir küncə basmışdıq" - deputat
Bu gün, 16:46
Prezidentdən 13 milyonluq - SƏRƏNCAM
Bu gün, 16:40
Vurğun Əyyubun səhhəti ilə bağlı son vəziyyət - “Hazırda komadadır və hər hansı reaksiyası yoxdur”
Bu gün, 16:38
"Hələ indiyə qədər yoldaşıma əl qaldırmamışam" - Sərdar Cəlaloğlu
Bu gün, 16:34
“Gələn ay sevgilim ailə qurur, mən isə...”
Bu gün, 16:32
Nazirlik rüşvətin qarşısını aldı, başqa problem yarandı
Bu gün, 16:30
“Nar” tələbələr üçün təqaüd proqramı elan edir!
Bu gün, 16:28
Fədayə Laçının məhkəməsi 11-ci dəfə təxirə düşüb
Bu gün, 16:27
“AFB Bank”da yeni TƏYİNAT
Bu gün, 16:25
60 yaşlı kişidən 5 yaşlı qız uşağına qarşı İYRƏNC HƏRƏKƏT
Bu gün, 16:24
Bakıda 21 yaşlı gənc narkotik vasitənin yüksək təsirindən ölüb
Bu gün, 16:21
Bakı sakininə qarşı 32 min dollarlıq dələduzluq edilib
Bu gün, 16:20
Ad və soyadların əmtəə nişanı kimi qeydiyyata alınması üçün mütəmadi müraciətlər alırıq - Agentlik
Bu gün, 16:19
Fikrət Məmmədovun şətiri altında ŞOK ÖZBAŞINALIQ - İTTİHAM
Bu gün, 15:50
“Gələcəkdən qorxma, onsuz da gələcək” - 50 yaşlı Müşfiq Əmirov
Bu gün, 15:44
Ailəsi Şahbaz Quliyevin tezliklə qayıdacağını gözləyir
Bu gün, 15:41
Ermənilərin məhsulu “Araz”da: - alış dayandırıldı
Bu gün, 15:39
“Sevgisi” ilə ailə dağıdanlara nəyi etibar etmək olar? - ŞOK
Bu gün, 15:32
Afaq Aslana evlilik təklifi edən gəncin şok səs yazısı yayıldı - Hər şey təşkil olunubmuş...
Bu gün, 15:31
Bakıda keçmiş məhkumun üzərindən 1 kiloqramdan artıq heroin aşkar edilib
Bu gün, 15:28
Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradılıb
Bu gün, 15:26
Allahşükür Paşazadə Moskvada səfərdədir
Bu gün, 15:20
Aygün Kazımova: Mənim taleyimlə oynayacaqsız?
Bu gün, 15:18
Şəkidə məmurların qovğası... - İLGİNC
Bu gün, 15:16
İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub
Bu gün, 15:12
Azərbaycanda müvəqqəti idarəetmə qurumu yaradılır
Bu gün, 15:11
“Keşikçidağ”da “Avropa İrs günləri” keçirilib - FOTO
Bu gün, 13:07
Gürcüstanda azərbaycanlı əlillər etiraz aksiyası keçirib
Bu gün, 12:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru