Ekoloji qanunvericiliyi pozan 868 nəfər cərimə olunub .....                     Xalqımızı birliyə səsləyən MAHNI .....                     Bu ildən müəllimlər sertifikatlaşdırmadan keçəcəklər .....                     Sellofan torbalardan biz də imtina edəcəyik: .....                     Müəllimlərin işə qəbulunda edilən dəyişikliklərin detalları açıqlanıb .....                     Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək oldu .....                     Yelo Bankın İdarə Heyətinə sədr müavini təyin olunub .....                     “Sovetski”də söküntü dayandırıldı: Sakinlər və İcra Hakimiyyəti ortaq məxrəcə gələcəkmi? .....                     İradə Gülməmmədova ödənişli ictimai işlərdə çalışan işçilərlə görüşdü .....                     “Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının uğurla inkişaf edəcəyinə əminəm” .....                     Parlament seçkiləri ilə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib .....                     Yanvarın 22-nə manatın məzənnəsi .....                     “Bəziləri qəsdən elə vəziyyət yaradırlar ki, onları qeydə almaq mümkün olmur” .....                     “95 nəfər namizədliyini geri götürüb” .....                     Göygölün icra başçısından plakat yasağı .....                     Deputatlığa namizədlərin sayı 1542-yə çatıb .....                     Azərbaycan Davos Forumunun çox nüfuzlu üzvlərindən biridir .....                     Prezident Davosda: Qarabağla bağlı müzakirə... .....                     Azərbaycanda ziyanlı mallar məhv edilmir: Başqa adla yenidən əhaliyə satılır .....                     Gülər Əhmədovanın deputatlığa namizədliyi qeydə alınmayıb .....                     Xəbər portalının təsisçisi və baş redaktoruna xəbərdarlıq edilib .....                     "Mingəçevir camaatı yeniləşən Azərbaycanı ünvanlarında görmək istəyir" .....                     Naqif Həmzəyevin seçiciləri ilə görüşləri davam edir .....                     İran parlamentinin deputatı Donald Trampın başına 3 milyon dollar qoyub .....                     Növbəti hit duet gəlir .....                     Vilayət Eyvazov DYP-yə müvafiq tapşırıq və tövsiyələr verib .....                     ““Yaz gələcək” şüarımız fəsil anlamından daha çox siyasi və sosial mesajdır” .....                     Əlilliyin qiymətləndirilməsi qaydalarında hansı yeniliklər edilib? .....                     Prezident İlham Əliyev Mixail Qusmanı .....                     Ermənistan parlamentində dava düşdü .....                     Balakən rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? .....                     Mikayıl Cabbarov karyera qurmağa başlayan gənclərə dəvət ünvanlayıb .....                     "Viski" əməliyyatının tələbə qurbanı barədə .....                     Azərbaycanın 30 aylıq idxalı ödəyəcək qədər valyuta ehtiyatları mövcuddur .....                     İmişlidəki qəbiristanlıqda dəfn edilən naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşib .....                     Səhər bəzi yerlərdə zəif duman olacaq .....                     Milli Məclisə seçkilərlə əlaqədar 18 nəfər deputatlığa .....                     Bankların yarımçıq missiyası: Real sektorun kreditləşməsi niyə artmır? .....                     Qazaxıstan çekistləri beynəlxalq mafiyanın azərbaycanlı “bankirini” yaxaladı .....                     Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı .....                 

Tokayevi “erməni sevgisi”nə görə peşman etdilər: - Qazaxıstan ziyalılarından SƏRT REAKSİYA
Tarix: 12-06-2019, 12:15 | Çap et
Tokayevi “erməni sevgisi”nə görə peşman etdilər:
Qazaxıstanın yeni seçilmiş prezidenti Kasım-Jomart Tokayevin ermənilərə yönəlik isti fikirləri ölkə ziyalıları arasında kəskin narazılıq doğurub.

Yenicag.ru Qazaxıstanın tanınmış ziyalılarının Tokayevin ermənilərlə “qardaşlıq” haqda fikirlərinə münasibətlərini öyrənib. Həmin rəyləri təqdim edirik.

Gülnara Jaqıpar, vətəndaş fəalı: “Seçki prosesini və nəticələri çox mənfi dəyərləndirirəm. Nəticələr saxtalaşdırılıb. Ölkədə nə seçmək azadlığı, nə də demokratiya var. Tokayevin Ermənistan və ermənilər barədə dediklərinə gəldikdə isə onu deyə bilərəm ki, mən Ermənistana nifrət edirəm! Azərbaycan mənim üçün qardaş xalqdır və həmişə də qardaşlarımın tərəfində olacam”.

Aygul Altay, tanınmış bloqer:

“Belə bir məlumatımız var ki, bir çox seçki məntəqələrində Kosanov Tokayevdən daha çox səs toplayıb. Ona görə də Tokayevin 70 faiz səslə qalib gəldiyini iddia etməsi xalqın etirzasına səbəb olub. Ermənistan barədə isə onu deyə bilərəm ki, qazax xalqı təəccüb içindədir. Axı qazax dili ilə erməni dili arasındakı yaxınlıqdan söhbət belə gedə bilməz. O da məlumdur ki, Tokayev Nazarbayevin varisi olaraq, Rusiyameyilli siyasətin davamçısıdır”.

Dinara Seysen, vətəndaş fəalı, məşhur bloqer:

“Tokayev Ermənistanla bağlı söylədiyi ifadələrlə azərbaycanlıların hislərinə toxunub. Belə çıxır ki, Ermənistan Qazaxıstan üçün daha vacib tərəfdaşdır? Çünki Qazaxıstanın Azərbaycanla ticarət dövriyyəsi Ermənistanla müqayisədə daha genişdir. Tokayev diplomat kimi danışmağa üstünlük versə də, özünü əsl dövlət başçısı kimi aparmır. Görünür, yeni vəzifəsinə hələ adaptasiya olmayıb və buna görə də danışarkən dövlət başçısının nəzərə almalı olduğu məqamları diqqətdən qaçırıb. Təbii ki, Azərbaycan Qazaxıstan üçün siyasi-iqtisadi cəhətdən daha vacib tərəfdaşdır. Qazax xalqı isə öz növbəsində azərbaycanlılara qohum xalq kimi yanaşır. Ölkəmizdəki Azərbaycan diasporası isə ən böyük və dost diasporalardan biridir. Əlbəttə, Moskva tərəfindən təzyiqlər var, Rusiya türk xalqlarının birləşməsinə və tarixi “İpək yolu”nun bərpasına qarşı çıxır. Qazaxıstanın Azərbaycan və Türkiyə ilə münasibətləri dəyişməyəcək. Burada söhbət Tokayevin yox, xalqın istəyindən gedir. Qazaxıstana güclü və eyni zamanda “böyüklük” etməyə çalışmayan dostlar lazımdır. Belə dostlar isə Azərbaycan və Türkiyədir. Deyirlər, qardaş ölkələr yoxdur və hər dövlətin öz marağı var. Lakin beynəlxalq arenada vacib qərarların qəbulu zamanı Qazaxıstan lazımi dəstəyi məhz türk dövlətlərindən alır. Bu dəstək qarşılıqlı şəkildə reallaşdığı zaman xalqlarımız arasında qan bağlılığının təsiri daha artıq dərəcədə dərk olunur”.

Aygul Utepova, məşhur hüquq müdafiəçisi:

“İndiyə qədər heç bir ticarət mərkəzində erməni konyakı istisna olmaqla, Ermənistan istehsalı olan başqa məhsul görməmişəm. Lakin heç onların konyakı da burada çox məşhur deyil. Çünki Qazaxıstanın özünün əla şərabları var. Unutmayaq ki, Qazaxıstanda Azərbaycanın böyük diasporası var. Azərbaycanlılarla bizi ortaq tarixi keçmişimiz birləşdirir. Ermənistandan fərqli olaraq, bizim ortaq tariximizlə bağlı utanacağımız heç bir məqam yoxdur. Daşnakların Mərkəzi Asiyada həyata keçirdikləri soyqırımına görə ermənilərlə öz hesabımız var. O soyqırım Qazaxıstan SSR-in rəhbəri olmuş Levon Mirzoyanın dövründə törədilib. Qeyd edim ki, Qazaxıstanda heç kim Tokayevin siyasi perspektivinə inanmır. Çox güman ki, o, bir ildən artıq işləyə bilməyəcək. Əgər Tokayev daha uzun müddət vəzifədə qalsa, onun türk xalqları ilə əlaqələri genişləndirəcəyi gözlənilmir. Tokayev Çinmeyilli siyasətçidir, deyilənə görə, qazax dilini bilməsə də, çin dilində danışmağı bacarır. Məlumdur ki, Türkiyə Çinin “düşmən ölkələr” siyahısında yer alır.