Nikol Paşinyan istədiyi adamları vəzifəyə təyin edə bilmir .....                     Xızıda sürücü polisləri silahla hədələyib .....                     Məmurar bu ölkəni nə vaxt bölüb qurtaracaqlar? .....                     BNA-nın manatlıq taksi kabusu... .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Başqa dildə olan məhsulların Azərbaycanda satılması əhali üçün təhlükəlidir...” .....                     Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı .....                     “İsa Qəmbər mənə bildirdi ki, başqa daha yararlı və dəyərli namizədini göstər...” .....                     Ermənilər Qazax istiqamətində təxribat törətdi .....                     Şamaxıda kütləvi dava: .....                     “Hər şeyə ağız büzmək insanlarmız arasında geniş yayılan xəstəlikdir” .....                     Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub .....                     “Şərurlu İsfəndiyar”la bağlı qərarın icrasna başlandı .....                     Bakıda metro yaxınlığında “piyada tələsi” .....                     Qida Təhlükəsizliyi Agentliyinə qarşı İTTİHAMLAR: .....                     İran XİN: ABŞ sanksiya siyasətinin uğursuz olduğunu qəbul etməlidir .....                     UEFA "Qarabağ"ı növbəti dəfə cərmələyib .....                     Adil Vəliyevin bu şəhid ailəsindən xəbəri varm? .....                     Güney Azərbaycanda “kəfənli aksiya”: .....                     Bakıda 46 yaşlı kişi yoxa çıxdı .....                     TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib .....                     İMF növbəti illər üçün neftin orta illik qiymətlərinin proqnozlarını açıqlayıb .....                     Ağdamda 1700 manata satılan MÖHLƏT HÜQUQU... .....                     DEPUTAT MANDATININ “BAZAR QİYMƏTİ” .....                     Dünya bazarlarında neft ucuzlaşıb .....                     "Azərbaycanın Ermənistanla heç bir ticarət əlaqəsi yoxdur və ola da bilməz" .....                     Ermənilərin məhsulunu Bakıya gətirən və satan şəbəkə .....                     "Yüksək səviyyədə görüşləri alqışlayırıq" .....                     Xalq Cəbhəsi adlı siyasi bataqlıq, “qara mələyin” faciəli çöküşü... .....                     Şəki sakinini incidən kimdir? .....                     “Bizim həyət” layihəsi çərçivəsində Bakıda daha bir həyət abadlaşdırılıb .....                     Zaqatalada fındıq oğruları tutuldu .....                     “İnterpol”un axtardığı “Akula Akif” Bakıda 7 milyon dollar qazandı .....                     Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb .....                     "Ucar rayon icra hakimiyyətində aqressiv sözlərlə qarşılanıram..." .....                     Azərbaycanın strateji obyektləri necə qorunur .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Seva yenə getdi .....                     Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq .....                     “Paşinyan Qərblə Rusiya arasında sıxılmış vəziyyətdədir...” .....                 

Neft bazarında qeyri-sabitlik: Azərbaycan üçün risk varmı - TƏHLİL
Tarix: 12-06-2019, 08:48 | Çap et
Neft bazarında qeyri-sabitlik: Azərbaycan üçün risk varmı
Dünya neft bazarındakı proseslər kifayət qədər ziddiyyətli məcraya qədəm qoyub. Son həftələrdə müşahidə olunan davamlı qiymət ucuzlaşması bir qədər zəifləsə də, bu sahədə proqnozlar heç də ürəkaçan deyil.

Maraqlıdır ki, hazırda neft bazarında cərəyan edən proseslərin mühüm bir qismi dünya nəhəngi ABŞ-ın davranışlarından qaynaqlanır. Belə ki, bu ölkənin İrana qarşı sanksiyaları bazara çıxarılan neftinin həcminin azalması vasitəsilə qiymətləri artırırsa, Çinlə başlatdığı ticarət savaşı əksinə, ucuzlaşmanı şərtləndirir.

Azərbaycanın energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, dünya neft bazarı 2014-cü ilin ikinci yarısından bəri qeyri-sabitlik yaşamaqdadır: “OPEC+ formatında bazarda dəyişən vəziyyətə uyğun çevik tənzimləmə tədbirlərinə baxmayaraq, qeyri-sabitlik hələ də qalmaqdadır. Neftin 70 ABŞ dolları ətrafında qərarlaşan qiyməti qənaətbəxşdir. Bununla belə, həm istehsalçılar, həm də istehlakçıların maraqlarına uyğun qiymət sabitliyinin və bu məqsədlə tələb-təklif balansının qorunub saxlanılması ehtiyatlı düşünülmüş addımlar atılmasını zəruri edir. Mövcud iqtisadi və siyasi amillərin təhlili də göstərir ki, hazırda tələb-təklif tarazlığı üçün başlıca meyar kommersiya meyarıdır. Belə ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində neft ehtiyatları son 5 ilin orta göstəricilərindən çoxdur. Həmçinin təşkilatdan kənar ölkələr, o cümlədən ABŞ son illər şist neft hesabına əldə etdiyi hasilat göstəriciləri ilə ənənəvi neft hasilatçılarını geridə qoyub. Buna görə də OPEC+ çərçivəsində əldə edilmiş razılığın bu ilin aprel ayında 168 faiz yerinə yetirilməsi, üstəlik razılaşmadan kənarda qalan bir sıra OPEC ölkələrində hasilatın azalması, qlobal neft bazarında ticarət məhdudiyyətlərinə və geosiyasi qeyri-sabitliyə baxmayaraq, neft tədarükündə çatışmazlıq və bundan irəli gələn yüksək qiymət dəyişikliyi müşahidə olunmur”.

P.Şahbazov qeyd edir ki, razılaşma çərçivəsində hasilatda gündəlik təxminən 2 milyon barellik azalma, bazardakı artıq təklifi tam konpensasiya edə bilmir: “Buna görə də indi OPEC+ ölkələri qarşısında duran prioritet məsələ kommersiya neft ehtiyatlarını müvafiq səviyyəyə çatdırmaqdır. Bu, qlobal tələbatla bağlı müşahidə olunan risklərdən sığortalanmaq üçün də əhəmiyyətlidir”.

Nazir həmçinin deyib ki, ötən il neftin qlobal istehlakında artım 1,4 faiz olsa da, bu il dünyada neftə gündəlik tələbatın 1,2 milyon barelə qədər azalacağı proqnozlaşdırılır: “Ötən il dünyada enerjiyə tələbat son illərdə ən yüksək səviyyədə olsa da, Avropada enerjiyə tələbat xüsusilə də bərpa olunan enerjidən istifadənin genişlənməsi və enerji səmərəliliyi nəticəsində azalıb. Burada 2050-ci ilə qədər neft-qazın ümumi idxalındakı nisbəti 55 faizdən 20 faizə düşəcək. Hazırda ABŞ və Çin arasındakı ticarət mübahisələri də qlobal iqtisadi inkişafa təsir edir və neftə tələbatı azaldan amil kimi nəzərdən keçirilir. Bütün bunlar isə göstərir ki, bazarda qiymətlərin sabitliyi üçün hasilat vasitəsilə tənzimləmə əsas nailiyyətdir”.

Nazirin də qeyd etdiyi kimi, hazırda bazarda qiymətləri istehsalçılar üçün uyğun həddə saxlamaqdan ötrü OPEK+ ölkələrinin hasilatı azaltmaq qərarı yeganə uğurlu vasitədir. Elə buna görə də bütün nəzərlər OPEK+ toplantısına dikilib. Səudiyyə Ərəbistanının enerji, sənaye və təbii sərvətlər naziri Xalid əl Falih bildirib ki, OPEC və qeyri-OPEC ölkələrinin, demək olar ki, hamısı neft hasilatının azaldılmasına dair “Əməkdaşlıq Bəyannaməsi”nin müddətini daha 6 ay uzatmağa razıdır (Report): “İraqın neft naziri (Tamir əl Qabdan) bunu ictimaiyyət üçün də açıqlayıb, özəl söhbətimiz zamanı da təsdiq edib. OPEC+ sazişinə qoşulmuş BƏƏ, Küveyt kimi böyük hasilatçılar, həmçinin Oman, Qazaxıstan, Azərbaycan kimi qeyri-OPEC ölkələri sazişin müddətini uzatmağı dəstəkləyir”.

Nazirin sözlərinə görə, məsələyə dair qərarını verməyən yeganə ölkə OPEC+ iştirakçıları arasında ən böyük neft hasilatçısı Rusiyadır. Məsələ bu ölkənin energetika naziri Aleksandr Novakla üç həftə sonra keçiriləcək görüş zamanı müzakirə ediləcək: “May-iyun aylarında hasilatın azaldılması ilə bağlı icra vəziyyəti yaxşı olub. Sazişin uzadılması rəsmi olaraq imzalandıqdan sonra Rusiyanın ilin sonunadək öhdəliyə əməl edəcəyinə ümidvaram. Rusiyanın bir çox şirkətləri, o cümlədən ”LUKoil"un rəhbəri Vahid Ələkbərov tərəfindən həmrəy mənalı bəyanatlar eşitmişəm. Odur ki, əməkdaşlığın üstünlükləri göz qabağındadır. Rusiyanın hasilatı cəmi 2 faiz azaltması sabitlik və mühüm artım deməkdir. Bundan sonra nazir Novakla keçirdiyim görüşlərdən eyni qənaətə gəlmişəm, yəni bazar izlənilməlidir, onu sabitliyə yönləndirdiyimizə əmin olmalıyıq".

Bu günlərdə açıqlama verən Rusiya baş nazirinin müavini və maliyyə naziri Anton Siluanov, habelə energetika naziri Aleksandr Novak da OPEK+ qərarının qiymətlərə həlledici təsirini qeyd ediblər. Onlar əmindirlər ki, hasilatın azaldılması qərarının müddəti uzadılmasa dünya bazarlarında neftin qiymətinin 30 dollara qədər düşməsi realdır. Bu açıqlamalardan görünür ki, Rusiya da OPEK+ çərçivəsində hasilatın azaldılması qərarının uzadılmasına razılıq verəcək.

Onu da bildirək ki, Azərbaycan may ayında da hasilatın azaldılmasına dair öhdəliyinə əməl edib. Energetika Nazirliyinin açıqladığı məlumata görə, ötən ay ölkədə neft hasilatı gündəlik 776 min barel təşkil edib. Bunun 699 min barelini xam neft, 77 min barelini kondensat təşkil edib. Gündəlik 494 min barel xam neft, 75 min barel kondensat, 14 min barel isə neft məhsulları ixrac olunub.

Beləliklə də, gündəlik neft hasilatının 776 min barel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.

Dünya neft bazarındakı proseslər hasilatçı ölkə olaraq Azərbaycanda yaxından izlənilir. Ölkə gəlirlərinin çox böyük bir hissəsini təşkil edən neft gəlirlərin azalmasının iqtisadiyyata hansı təsirləri ola bilər? Neftin qiymətinin 40 dollardan aşağı düşməsi şəraitində Azərbaycanda növbəti devalvasiya qərarı alına bilərmi?

İqtisadçı-ekspert Samir Əliyevin fikrincə, bu ehtimal realdır: “Neftin qiyməti 40 dollara düşərsə, bu, Azərbaycanda yenidən manatın ucuzlaşması təhlükəsi yarada bilər. Bu zaman hökumət üzən məzənnəyə keçildiyini əsas gətirməklə, bu prosesin devalvasiya olmadığını da iddia edə bilər. Amma fakt faktlığında qalır ki, neftin qiyməti uzunmüddətli dövr üçün 40 dollar civarına düşərsə, devalvasiya qaçılmaz olacaq. Əgər qiymətlər qısamüddətli dövr üçün ucuz olarsa, hökumət manatı saxlaya bilər. Lakin uzunmüddətli dövrü əhatə edən ucuzlaşma zamanı bunu davam etdirmək mümkün deyil. Yəni hökumət istəsə belə, uzunmüddətli dövr üçün manatın məzənnəsini saxlaya bilməz. Ortada 2014-2015-ci illərin təcrübəsi var. O zaman Mərkəzi Bankın 11 milyard manat ehtiyatı əridildi manatın məzənnəsini saxlamaq üçün. İndi Mərkəzi Bankın o qədər vəsaiti yoxdur, ikinci tərəfdən də ikinci dəfə eyni səhvə yol veriləcəyi real görünmür”.

Ekspert hesab edir ki, son illərdə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, hələ ki, iqtisadiyyata neft amilindən müdafiə olunmağa imkan verəcək qədər effekt verməyib: “Ölkə ixracında neftin payı 90 faizin üstündədir. Bu, o deməkdir ki, neftin ucuzlaşması tədiyə balansının pisləşməsinə gətirib çıxaracaq. Neftin ucuzlaşmasını tədiyə balansındakı digər bölmələr - turizm, investisiyalar əvəz edə bilərdi. Lakin hər iki sahədəki vəziyyət buna imkan vermir. Buna görə də düşünürəm ki, neftin qiyməti 40 dollara düşərsə, manatın məzənnəsini uzun müddətə sabit saxlamaq mümkün olmayacaq”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nikol Paşinyan istədiyi adamları vəzifəyə təyin edə bilmir - “Jamanak” qəzeti
Dünən, 12:15
Xızıda sürücü polisləri silahla hədələyib
Dünən, 12:14
Məmurar bu ölkəni nə vaxt bölüb qurtaracaqlar?
Dünən, 12:02
BNA-nın manatlıq taksi kabusu... - "Bakının ictimai nəqliyyat sistemində problemlər var"
Dünən, 11:58
Azərbaycan nefti cüzi bahalaşıb
Dünən, 11:52
Elçin Şıxlı İTV-də işə başladı
Dünən, 11:48
“3 günlük məşhurluq mənə lazım deyil”
Dünən, 11:46
“Başqa dildə olan məhsulların Azərbaycanda satılması əhali üçün təhlükəlidir...” - QALMAQAL
Dünən, 11:42
Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı - FOTO
Dünən, 11:32
"Bir həyat yoldaşım olub, iki göz istəyir ona baxsın" - Xalq artisti
Dünən, 11:26
“İsa Qəmbər mənə bildirdi ki, başqa daha yararlı və dəyərli namizədini göstər...”
Dünən, 11:24
Ermənilər Qazax istiqamətində təxribat törətdi - FOTO
Dünən, 11:21
Şamaxıda kütləvi dava: - tərəfləri ayıran kişinin qulağını kəsdilər
Dünən, 11:19
“Hər şeyə ağız büzmək insanlarmız arasında geniş yayılan xəstəlikdir” - Vilayət Quliyev
Dünən, 11:18
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
Dünən, 11:16
“Şərurlu İsfəndiyar”la bağlı qərarın icrasna başlandı - GƏLİŞMƏ
Dünən, 11:15
Bakıda metro yaxınlığında “piyada tələsi” - FOTO
Dünən, 11:08
Qida Təhlükəsizliyi Agentliyinə qarşı İTTİHAMLAR: - “Leş mafiyası”na sertifikat verirlər”
Dünən, 11:06
İran XİN: ABŞ sanksiya siyasətinin uğursuz olduğunu qəbul etməlidir
Dünən, 11:03
UEFA "Qarabağ"ı növbəti dəfə cərmələyib
Dünən, 11:02
Adil Vəliyevin bu şəhid ailəsindən xəbəri varm? - "Hec olmasa övladımı məktəbə göndərə bilim..."
Dünən, 11:01
Dəhşətli qəzada diri-diri yanan gənc İTV-nin sabiq əməkdaşı, Murad Dadaşovun işçisidir
Dünən, 10:48
Güney Azərbaycanda “kəfənli aksiya”: “Qoyma, vətənim satıldı getdi” - VİDEO
Dünən, 10:45
Bakıda 46 yaşlı kişi yoxa çıxdı
Dünən, 10:35
TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib - Türkiyənin energetika naziri
Dünən, 10:34
İMF növbəti illər üçün neftin orta illik qiymətlərinin proqnozlarını açıqlayıb
Dünən, 10:33
Ağdamda 1700 manata satılan MÖHLƏT HÜQUQU... - ŞOK SƏS YAZISI
Dünən, 10:29
DEPUTAT MANDATININ “BAZAR QİYMƏTİ” – 300 min çoxdur, yoxsa az?…
Dünən, 10:23
Dünya bazarlarında neft ucuzlaşıb
Dünən, 10:19
“Aysudan öncə başqa xanıma görə...” - Məşhur meyxanaçının həyat yoldaşı
Dünən, 10:18
"Azərbaycanın Ermənistanla heç bir ticarət əlaqəsi yoxdur və ola da bilməz" - DGK
Dünən, 10:15
Ermənilərin məhsulunu Bakıya gətirən və satan şəbəkə - VİDEO
Dünən, 10:12
"Yüksək səviyyədə görüşləri alqışlayırıq" - Dövlət katibi Qarabağ münaqişəsi haqqında
Dünən, 10:10
Xalq Cəbhəsi adlı siyasi bataqlıq, “qara mələyin” faciəli çöküşü...
Dünən, 10:08
Şəki sakinini incidən kimdir? - "Sahil Babayevdən xahiş edirəm ki..."
Dünən, 10:06
“Bizim həyət” layihəsi çərçivəsində Bakıda daha bir həyət abadlaşdırılıb
Dünən, 10:00
Zaqatalada fındıq oğruları tutuldu
Dünən, 09:50
“İnterpol”un axtardığı “Akula Akif” Bakıda 7 milyon dollar qazandı - İLGİNC
Dünən, 09:46
“Yaxşı aktyorun kaprizi olmalıdır”
Dünən, 09:44
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb
Dünən, 09:42
"Ucar rayon icra hakimiyyətində aqressiv sözlərlə qarşılanıram..." - Şəhid atası kömək üçün müraciət etdi...
Dünən, 09:41
Azərbaycanın strateji obyektləri necə qorunur - Səudiyyə insidentindən çıxarılan nəticə
Dünən, 09:34
Cəbhə xəttində erməni təxribatı davam edir
Dünən, 09:30
Seva yenə getdi
Dünən, 09:27
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
Dünən, 09:24
“Atamı şərlədirlər, iki il yarım həbsdə qaldı” - Əməkdar artist
Dünən, 09:22
“Paşinyan Qərblə Rusiya arasında sıxılmış vəziyyətdədir...” - TƏHLİL
Dünən, 09:16
Fırıldaqçı deputatın fəaliyyəti araşdırılmalıdır - GƏLİŞMƏ
Dünən, 09:09
Bakının “Rus NATO-su”ndakı gizli adamı - İrəvanda təlaş
Dünən, 09:07
"Zövqümü korlamamaq üçün seriallara baxmıram"
Dünən, 09:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru