Qarabağ “düyünü”nə vurulan yeni “düyün” .....                     Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək .....                     Bakıda maskalı şəxs evə BASQIN ETDİ .....                     Məmur kreslosundan elm və təhsilə transfer edən EKS-NAZİRLƏR .....                     Azərbaycanın maliyyə qurumları Məlumatların Elektron Açıqlanması Sistemi ilə işləyirmi? .....                     Özü həbsdə olsa da, biznesi çiçəklənir... .....                     Bəzi sığorta şirkətləri “Odlar Yurdu Sığorta Brokeri” ilə əməkdaşlığı dayandırıb .....                     Azərbaycanlı biznesmen suşi yeməyə getdi, .....                     60 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil verilib .....                     Qubada itkin düşmüş azyaşlı tapılaraq ailəsinə təhvil verilib .....                     Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb .....                     Elmar Vəliyevin kobud idarəçiliyi özünün də sonunu gətirdi .....                     Füzulidə Silahlı Qüvvələr Günü qeyd olundu .....                     Rusiya Gürcüstan şərablarının idxalına qadağa qoya bilər .....                     “Güc strukturları ilə bağlı kadr dəyişiklikləri çox uğurlu, vaxtında atılan addımdır” .....                     "Sosial yardım heç dərmanlarıma çatmır" .....                     Rabitə müəssisələri niyə zərərlə çalışır? .....                     Abdulbari Gözəlin adı daha bir qalmaqalda hallanır .....                     "Ordu bizim dövlətçiliyimizin, təhlükəsizliyin və sabitliyin dayağıdır" .....                     Zamirə Hacıyevanın məhkəməsində ilginc gəlişmə... .....                     “Cavabı İsgəndər Həmidovun özündən almaq daha yerinə düşərdi” .....                     Türkiyə və Azərbaycan arasında hərbi tibb sahəsində əməkdaşlıq sazişi qüvvəyə minib .....                     İsmət Abbasov oğlu haqda danışdı, amma əsas suallar yenə açıq qaldı .....                     Fermerlər Əhmədzadədən imdad diləyir... .....                     Keçmiş nazirin səhhəti yenidən pisləşdi .....                     ABŞ Ukraynada 6 silah anbarının tikintisinə 4 mln. dollar ayırır .....                     Agentlik bu bazarında monopoliya yaradır .....                     Xəzərin səviyyəsinin son 10 ildə aşağı düşməsi hansı fəsadlara səbəb ola bilər? .....                     Kiyev məhkəməsi Saakaşvilinin seçkilərdə iştirak icazəsini ləğv edib .....                     "Ola bilsin ki, Zelenski o maaşla yaşasın, amma ətrafı talançılıqla məşğul olacaq, Elçibəy nümunəsi göz önündədir" .....                     Neft kəskin bahalaşıb .....                     Cəbhə xəttində müəmmalı sükut davam edir... .....                     Gürcüstan valyutası tarixi minimuma enib .....                     Fəttah Heydərov Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik edib .....                     Şirvan Meyvəçilik Mərkəzində işçilərin haqqı yeyilir... .....                     “Ata Holding” də yolun sonuna gəlib... .....                     Şirvana ezam olunmuş Sumqayıt sakininin meyiti tapılıb .....                     Aygün məşhur "Səni düşündükcə"ni yenidən səsləndirdi .....                     Britaniyanın yeni baş naziri iyulun 24-də işə başlayacaq .....                     Bakıda nişan mərasimində İNSİDENT .....                 

“Güc tətbiq etməyin vaxtı çatıb” - GƏLİŞMƏ
Tarix: 12-06-2019, 08:44 | Çap et
“Güc tətbiq etməyin vaxtı çatıb”
Ermənistan hakimiyyəti ilə Azərbaycanın işğal altındakı qondarma rejimin liderləri arasındakı uçurum getdikcə dərinləşir. Xüsusilə də 2020-ci ildə separatçı quruma yeni oyuncaq “prezident seçkiləri”nin keçiriləcəyi barədə məlumatların yayılmasından sonra İrəvan Bako Saakyanı əvəzləyəcək yeni şəxsin axtarışına çıxıb.

Bu arada Nikol Paşinyanın hökuməti qondarma “Dağlıq Qarabağ respublikası” rejiminin maliyyə yardımı barədə xahişlərini rədd edib. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı Rusiya mənbələri erməni mətbuatına istinadən yayıb. Məlumatda deyilir ki, Paşinyan Dağlıq Qarabağa maliyyə yardımının göstərilməsi üçün qondarma rejimin “təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyanın istefası şərtini irəli sürüb. Qondarma “prezident” Bako Saakyan Balasanyandan Ermənistan hakimiyyətinin tələbini yerinə yetirib, istefa verməyi istəsə də keçmiş səhra komandiri bu addımı atmaqdan imtina edib. Lakin son anda Saakyan istəyinə nail olub. Belə ki, o, 11 iyunda istefa ərizəsini yazıb. Xatırladaq ki, Balasanyan “DQR prezidenti” postuna iddialıdır və onunla Paşinyan arasında ciddi ixtilaf var.

Maliyyə yardımı barədə xahişlər artıq ikinci aydır Ermənistan hökuməti tərəfindən rədd edilir. Mənbələr yaranmış vəziyyəti Ermənistan tərəfdən Dağlıq Qarabağa tətbiq edilmiş sanksiya kimi qiymətləndirirlər. Bundan əvvəl Paşinyan Dağlıq Qarabağın rəhbərliyini, o cümlədən Balasanyanı Qarabağda yeni müharibə qızışdırmaq planlarında ittiham etmişdi. Onun bildirdiyinə görə, həmin qüvvələr müharibəni başladıb “bəzi əraziləri verməyi” və buna görə Ermənistan hakimiyyətini günahlandırmağı planlaşdırır.

Paşinyan Balasanyan da daxil olmaqla separatçı rejimin hərbi rəhbərliyini Azərbaycan və Ermənistan arasında yeni müharibənin alovlandırılmasına görə ittiham edib. Bununla yanaşı, separatçı rejimin keçmiş rəhbəri Arkadi Qukasyanla indiki rəhbəri Bako Saakyan keçmiş prezident Robert Köçəryana azad olunması üçün zamin durublar. Separatçıların maliyyə yardımının kəsilməsi isə böhranı daha da dərinləşdirib. Bəzi ekspertlərə görə, mümkündür ki, Paşinyanın komandasının separatçılara maliyyə yardımını verməməsi iki hədəfə hesablanıb: birincisi, Paşinyanın istəmədiyi şəxslər istefaya göndəriləcək, ikincisi, Qarabağdakı ermənilər iqtisadi çətinliyə görə rejimə qarşı etiraz edəcəklər. Əsas məqsəd keçmiş hakimiyyətə yaxın olan separatçı rejimin rəhbərliyinin təmizlənməsidir. Lakin bu situasiya Azərbaycanın da əlini gücləndirə bilər. Çünki Qarabağdakı ermənilər nə qədər iqtisadi çətinliklə qarşılaşsalar, bu, onlar üçün Azərbaycanı daha çox cəzbedici edəcək. Bu, rəsmi Bakının Qarabağa Azərbaycanın tərkibində muxtariyyətin verilməsi və oradakı ermənilərin Azərbaycan vətəndaşı olaraq daha yaxşı yaşaması təklifinin qəbul edilməsi ilə nəticələnə bilər.

Politoloq Arzu Nağıyev isə Qarabağ erməniləri ilə İrəvan arasındakı gərginliyin Qarabağ məsələsində hansısa irəliləyişə səbəb olduğunu güman etmir: “Ermənilərin hamısının mövqeyi birdir. Hətta müdafiə naziri David Tonoyan özbaşına Azərbaycan əsgərini vurmaqla bağlı bəyanat verə bilməzdi. Qarabağ klanı ilə Ermənistan arasındakı gərginlik isə Azərbaycana heç bir fayda verməyəcək. İrəvan separatçılara maliyyə ayırmayacaqsa, başqaları ayıracaq. Öz daxili oyunlarıdır”.

A.Nağıyev şübhə etmir ki, əsas oyun Qarabağdakı saxta seçkilərlə bağlıdır: “Paşinyanın öz namizədi var, 2020-si il ”seçkilərində" Bako Saakyan istəyir ki, Vitali Balasanyan onu əvəzləsin, bunu isə Paşinyan istəmir. Hətta “Artsax” vilayətinin qubernatoru kimi bir vəzifənin də olmasını istəyirlər. Paşinyan istəyir ki, Araik Arutunyan (keçmiş baş nazir) Bako Saakyanı əvəzləsin. Artıq Xankəndi və İrəvanı barışdırmaq üçün kilsəni də ortaya atmağa çalışırlar". Politoloqa görə, Azərbaycan ancaq və ancaq ATƏT və ya BMT-yə, digər beynəlxalq qurumlara işğalın davam etməsi ilə bağlı müraciət edə bilir: “Çox təəssüf ki, bu gün güc qanunlara daha üstün gəlir. Hazırda unikal vəziyyət yaranıb. Deməli, güc tətbiq etməyin vaxtı çatıb”.

Politoloq Məhəmməd Əsədullazadə də “Yeni Müsavat”a dedi ki, Paşinyan hakimiyyətinin ilk günündən Qarabağdakı separatçıları dəyişib, yerinə öz adamlarını yerləşdirməyə çalışır: “Çünki burada olanlar Qarabağ klanına məxsusdurlar və Köçəryanın təlimatı ilə idarə olunur. Ermənistandakı inqilaba qarşı əks-inqilab ssenarilərinin məhz Qarabağda hazırlanması da istisna deyil. Bunu Paşinyan yaxşı bildiyi üçün buradakı separatçı rejim başçıları ilə söz duelini aparır və dəyişməyi planlayır. Separatçı rəhbər Bako Saakyan və Vitali Balasanyanla davam edən aralarındakı böhran daha da kəskin xarakter ala bilər”. M.Əsədullazadə dedi ki, hazırda Nikol Paşinyan rejimi dəyişmək və zəiflətmək üçün maliyyəsini kəsir: “Bu da yeni təzyiq alətidir və istədiyi şəxsi rejim başçılarından uzaqlaşdırmaq üçün effektli variant kimi nəzərdən keçirir. Vitali Balasanyanla Paşinyan kəskin münaqişədədir və onun istefasını Bako Saakyandan tələb edir. Davam edən siyasi münaqişə hakimiyyət uğrundadır və İrəvan klanı Qarabağ klanını tam hakimiyyətdən qoparmağı hədəfləyir. Lakin Qarabağ klanı Xankəndidə dirəniş göstərir. Hesab edirəm ki, gələn il separatçı rejimdə gözlənilən seçki prosesində Paşinyan Qarabağ klanını uzaqlaşdırmağı planlayır. Buna da separatçı rejim aqressiya ilə cavab verir. Bako Saakyan öz ətrafını dəyişməklə yeni baş qaldıra bilən inqilabdan qorxur. Qondarma seçkilərə yaxın ətrafını təmizləməklə özünü sığortalamağa çalışır. Hesab edirəm ki, Kreml Qarabağ klanının arxasındadır və Paşinyana dirəniş davam edəcək”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağ “düyünü”nə vurulan yeni “düyün” - GƏLİŞMƏ
Bu gün, 12:16
Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək - Belə deyirlər...
Bu gün, 12:11
Bakıda maskalı şəxs evə BASQIN ETDİ - Ev sahibini yaralayıb, pulunu apardı...
Bu gün, 12:09
Məmur kreslosundan elm və təhsilə transfer edən EKS-NAZİRLƏR - SİYAHI
Bu gün, 12:05
Azərbaycanın maliyyə qurumları Məlumatların Elektron Açıqlanması Sistemi ilə işləyirmi?
Bu gün, 11:52
Özü həbsdə olsa da, biznesi çiçəklənir... - İDDİA
Bu gün, 11:51
Bəzi sığorta şirkətləri “Odlar Yurdu Sığorta Brokeri” ilə əməkdaşlığı dayandırıb - SƏBƏB
Bu gün, 11:41
Azərbaycanlı biznesmen suşi yeməyə getdi, 2.5 milyonu oğurlandı
Bu gün, 11:38
"Evli kişiylə görüşəndə sənin qədrini bilir" - Azərbaycanlı müğənni
Bu gün, 11:32
60 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil verilib
Bu gün, 11:29
Qubada itkin düşmüş azyaşlı tapılaraq ailəsinə təhvil verilib
Bu gün, 11:20
Aysunu biabır etdilər: - “Çılpaq çıx, biz də baxaq”
Bu gün, 11:12
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb
Bu gün, 11:07
Elmar Vəliyevin kobud idarəçiliyi özünün də sonunu gətirdi - baş verənlərə yenidən baxış
Bu gün, 11:03
Füzulidə Silahlı Qüvvələr Günü qeyd olundu - FOTO
Bu gün, 11:00
Rusiya Gürcüstan şərablarının idxalına qadağa qoya bilər
Bu gün, 10:56
“Güc strukturları ilə bağlı kadr dəyişiklikləri çox uğurlu, vaxtında atılan addımdır” - RƏYLƏR
Bu gün, 10:54
Azərbaycanlı müğənninin çimərlik geyimində ərəb turistlərlə göbək rəqsi - VİDEO
Bu gün, 10:51
"Sosial yardım heç dərmanlarıma çatmır" - GİLEY
Bu gün, 10:37
Rabitə müəssisələri niyə zərərlə çalışır? – Ümidləri doğrultmayan nazirlik
Bu gün, 10:30
Abdulbari Gözəlin adı daha bir qalmaqalda hallanır - İTTİHAM
Bu gün, 10:26
"Ordu bizim dövlətçiliyimizin, təhlükəsizliyin və sabitliyin dayağıdır" - Mehriban Əliyeva
Bu gün, 10:20
Zamirə Hacıyevanın məhkəməsində ilginc gəlişmə... - ögey qız, gizli şahid, "siyasi mövqe" iddiası
Bu gün, 10:19
“Cavabı İsgəndər Həmidovun özündən almaq daha yerinə düşərdi”
Bu gün, 10:14
Türkiyə və Azərbaycan arasında hərbi tibb sahəsində əməkdaşlıq sazişi qüvvəyə minib
Bu gün, 10:13
"Həkimlər əməliyyatı məsləhət görmədilər"
Bu gün, 10:12
İsmət Abbasov oğlu haqda danışdı, amma əsas suallar yenə açıq qaldı - GƏLİŞMƏ
Bu gün, 10:10
Fermerlər Əhmədzadədən imdad diləyir... - "3000 manat xərcləməklə transformator qoyulsa..."
Bu gün, 10:08
Keçmiş nazirin səhhəti yenidən pisləşdi - Xəstəxanaya yerləşdirildi
Bu gün, 10:02
ABŞ Ukraynada 6 silah anbarının tikintisinə 4 mln. dollar ayırır
Bu gün, 10:00
Agentlik bu bazarında monopoliya yaradır - Təmiz əti hardan alaq?
Bu gün, 09:58
Xəzərin səviyyəsinin son 10 ildə aşağı düşməsi hansı fəsadlara səbəb ola bilər?
Bu gün, 09:55
Kiyev məhkəməsi Saakaşvilinin seçkilərdə iştirak icazəsini ləğv edib
Bu gün, 09:54
"Ola bilsin ki, Zelenski o maaşla yaşasın, amma ətrafı talançılıqla məşğul olacaq, Elçibəy nümunəsi göz önündədir" - deputat
Bu gün, 09:50
Neft kəskin bahalaşıb
Bu gün, 09:48
Cəbhə xəttində müəmmalı sükut davam edir...
Bu gün, 09:47
Gürcüstan valyutası tarixi minimuma enib
Bu gün, 09:45
Cavanşir Quliyevin dünya elmində maraqla qarşılanan sintezi - Musiqi ilə qeyri-səlis məntiq...
Bu gün, 09:44
“Rövşən müəllim dedi ki, mənə AzTV-dəki nöqsanları deyin”
Bu gün, 09:42
Fəttah Heydərov Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik edib
Bu gün, 09:38
Şirvan Meyvəçilik Mərkəzində işçilərin haqqı yeyilir... - GİLEY
Bu gün, 09:36
“Ata Holding” də yolun sonuna gəlib... - İFLASIN ANONSU...
Bu gün, 09:29
Şirvana ezam olunmuş Sumqayıt sakininin meyiti tapılıb
Bu gün, 09:28
Aygün məşhur "Səni düşündükcə"ni yenidən səsləndirdi
Bu gün, 09:26
Britaniyanın yeni baş naziri iyulun 24-də işə başlayacaq
Bu gün, 09:23
Bakıda nişan mərasimində İNSİDENT - bəyin əmisini döydülər
Bu gün, 09:22
Vaşinqton görüşünün nəticəsi: Qarabağda müharibə qaçılmazdır... - TƏHLİL
Bu gün, 09:20
Salyanda 24 yaşlı gənci traktor vuraraq öldürüb
Bu gün, 09:19
Bakıda fəhlə tikinti zamanı yıxılaraq ağır xəsarət alıb
Bu gün, 09:18
Bakı İrəvanın planını boşa çıxardı - Paşinyan hökuməti geosiyasi tələdə
Bu gün, 09:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru