"Bu dünyaya dönə-dönə gəlsəm də başqa peşə seçməzdim" .....                     “Samir Şərifov qanunları pozub” .....                     Dərd içində qalan ana 13 yaşlı oğluna kömək üçün fəryad edir: .....                     Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı .....                     Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb .....                     Estoniya xaricə uçuşlara qoyulan qadağanı uzatdı .....                     Şəkidə icra hakimiyyətinin yeni binasına bu qədər pul xərclənəcək... .....                     “Prezidentin icra başçısına iradı tamamilə yerində idi” .....                     Azərbaycan şəhəri İrəvan: dünya siyasətində dəyişməyən aktyorlar .....                     "ADB Azərbaycana dair biznes planını yeniləyir" .....                     "Nə edək axı, oxuculara yalvaraq ki, Ayxan Ayvazı da oxusunlar?" .....                     Gürcü polisi Zakir Qaralovun qardaşına cinayət işi açdığını təsdiqlədi .....                     Azərbaycanda turizm şirkətlərinin otellərə olan borcu 1 milyon manatı ötüb .....                     Kürdə batan gəncin axtarışları yerli sakinlər tərəfindən davam etdirilir .....                     Ermənistanda 100 polis koronavirusa yoluxub .....                     Bayramovların biri də təhsili batırır... .....                     “AŞPA-nın Azərbaycana qarşı qərəzi ilk növbədə təşkilatın özünə ciddi ziyan vurur” .....                     Gürcüstan və Ermənistan XİN başçıları regional təhlükəsizliyi müzakirə ediblər .....                     Dövlət Reklam Agetliyində işçilərin sayı artırılıb .....                     8 iyunda dollar neçəyə olacaq? .....                     ReAL lideri ÇAĞIRIŞ ETDİ .....                     Azərbaycan dilinin qaydalarına riayət etməyən 6 028 obyekt aşkarlanıb .....                     AKİA-nın daha bir tender müəmması .....                     Afina Türkiyəyə niyə meydan oxudu? .....                     Kürdə batan bir nəfərin axtarışları davam etdirilir .....                     “Gəncə Avtomobil Zavodu”nun rəhbəri dəyişib .....                     Akif Təvəkküloğlu Milli Məclisə qayıtdı .....                     Azərbaycanda məşqlərə maskada gəlmək tələb olundu .....                     “Bəzi məmurlar bitmiş fikri ifadə edə bilmir” .....                     Kürdə batma təhlükəsi ilə üzləşən 2 uşaq xilas edilib, .....                     Yeni Yasamalda yanğın olub .....                     “Böyük qayıdış” proqramı işə salınıb: .....                     Paşinyanın ölməkdən başqa yolu qalmayıb .....                     “Azyaşlı uşağa baxan ana işləyirsə, ona müavinət verilsin!” .....                     Azərbaycan Premyer Liqasının əsasnaməsindəki dəyişikliklər .....                     Ağstafada 60 yaşlı kişi intihar edib .....                     KİV-ə pandemiya qadağası: qərar doğrudurmu? .....                     Azərbaycanda hakimlər oyuna tibbi maska ilə çıxacaq .....                     "Nar"ın müştəri xidmətləri sərt karantin rejimində fəaliyyətini davam etdirəcək .....                     Azərbaycanın ATƏT-dəki missiyası: Ermənistan həmsədrlərin əhalini sülhə hazırlamaq çağırışını fərqli başa düşür .....                 

Erməni mafiyasının final planı... - GƏLİŞMƏ
Tarix: 27-05-2019, 10:59 | Çap et
Erməni mafiyasının final planı...
“Arsenal”ın erməni əsilli futbolçusu Henrix Mxitaryanın təhlükəsizliklə bağlı bütün zəmanətlərə baxmayaraq, Bakıya gəlməkdən imtina etməsi və bunun ətrafında yaradılan qalmaqal, daha sonra klubun onunla yollarını ayıracağına dair xəbərlərin yayılması yaşıl meydanlarda oynanılan futbolun qaranlıq tərəfini ön plana çıxardı.

Futbol təkcə iki komandanın yaşıl sahədə 90 dəqiqə top qovması, rəqibin qapısına yol tapmaq üçün aparılan mübarizə və sonda ədalətli qalibiyyət deyil, futbol həm də milyardlarla dolların dövr etdiyi biznesdir. Bu biznesin əsas mərkəzində transferlər dayanır və hər şey bu bazarın ətrafında baş verir.

Bu baxımdan, klubların bir futbolçunun təkcə oynamasından deyil, onun formasının satışından, reklam roliklərində yer almasından və digər tərəflərindən pul qazandığı unudulmamalıdır. Misal üçün, bir futbolçunun oynadığı oyunla yanaşı, qalmaqalları ilə gündəmə gəlməsi transfer bazarında onun qiymətinin artmasına səbəb olan amildir. Çünki azarkeşləri həm də futbolçuların yaşıl meydanlardan kənardakı həyat tərzi maraqlandırır: gecə həyatı, sevgililəri, getdiyi klublar, sürdüyü avtomobil…

Klublar və menecerlər də futbolçuların yaşıl meydanlardan kənardakı həyatının qalmaqallı, qaynar və diqqətçəkən olmasında maraqlıdır. Nə qədər gündəmdə qalarsa, nə qədər müzakirə olunarsa, bu, onun transfer bazarındakı qiymətinə müsbət təsir edəcək. Və futboldakı qalmaqalların ən çox transfer dövründə yaşanması təsadüfi deyil. Xüsusilə bir klub artıq “yararsız” hesab etdiyi hansısa futbolçusunu satmaq istəyirsə, əvvəlcə onunla bağlı mediada qalmaqallı informasiyaların yayılmasında maraqlı olur, yaxud uzun müddət ehtiyatda qalan və oyun göstəriciləri aşağı düşən futbolçu klubdan ayrılmaq niyyətindədirsə, onun meneceri transfer bazarında diqqət çəkmək üçün belə addımlar atır: ya hansısa məşhur klubun futbolçu ilə maraqlandığına dair yalan informasiya dövriyyəyə buraxılır, ya da gündəmi zəbt edəcək süni qalmaqal yaradılır.

Yaşıl meydandan uzaqdakı bu mənzərə fonunda Mxitaryanın Avroliqanın Bakıda keçiriləcək finalına gəlməkdən imtina etməsi növbəti transfer dövrünə hesablanmış planı önə çıxarır. Mxitaryan qalmaqalının necə inkişaf etdiyi də bu versiyanı gücləndirir:

– Azərbaycan erməni futbolçunun Bakıda təhlükəsiz şəraitdə oynaya biləcəyinə zəmanət verdi və bunu bir dəfə deyil, dəfələrlə bəyan etdi. İndiyə qədər onlarla erməni idmançının Bakıda təhlükəsiz şəraitdə yarışması, elə bu günlərdə erməni əsilli gimnastların paytaxtımızda olması faktı da bu zəmanətin kağız üzərində olmadığını təsdiqləyir;

– UEFA da Mxitaryanın təhlükəsizliyinə zəmanət verildiyini rəsmi şəkildə açıqladı və qurum məhz Azərbaycanda idmançıların təhlükəsizlik şəraitdə yarışması təcrübəsinə əsaslanaraq, bunu əminliklə bəyan etdi;

– “Arsenal” erməni futbolçunun təhlükəsizlik səbəbinə görə final oyununda iştirak edə bilməyəcəyini açıqladı və bildirdi ki, bu, Mxitaryanın və ailəsinin birgə verdiyi qərardır, klub da bu qərara hörmətlə yanaşır. Hərçənd, final kimi əhəmiyyətli oyun fonunda bu, şübhələrə yol açdı;

– Bundan sonra Mxitaryan sanki “final oyununda iştirak etmək istəyirmiş, ona icazə verməyiblər” formasında çıxışlar etməyə başladı, məsələ ətrafında süni müzakirələr açıldı və erməni futbolçunun adı futbol cameəsində ən çox çəkilən isimlərdən oldu;

– Müzakirə bir qədər səngiyəndən sonra klubun Mxitaryanı transfer bazarına çıxaracağı xəbəri yayıldı. “The Sun” nəşrinin məlumatına görə, “Mxitaryanın yerinə İspaniya milli komandasında çıxış edən “Barselona” klubunun yarımmüdafiəçisi Denis Suares gələcək. “Arsenal” ispaniyalını almaq istəyir. Denis Suaresin gəlməsi Mxitaryanın “Arsenal”dan ayrılmasına səbəb olacaq”.

Marketinqin adi qaydası: məhsula nə qədər diqqət çox olarsa, bir o qədər dəyərə minəcək. Hadisələrin inkişafına bütöv olaraq baxdıqda baş verənlərin əslində Mxitaryanı əlverişli qiymətə satmaq niyyətindən irəli gəlir. Və mövsüm ərzində cəmi 7 oyuna çıxan, 3 qol ötürməsi verən, oyunların əksəriyyətini ehtiyat skamyadan izləyən, lakin klubda ən yüksək maaş alan bir oyunçunu daha az ziyanla satmağın yeganə yolu onun adının futboldan kənar məsələ ilə gündəmə gətirilməsidir. Görünür, “Arsenal” Mxitaryanın erməni olmasından istifadə edərək, onu Bakıya gətirməməklə adı ətrafında geniş müzakirələrin açılmasında maraqlı olub.

Bu məsələdə Mxitaryanın özü də maraqlıdır, çünki mövsüm ərzində ehtiyat skamyanı nadir halda tərk edən bir futbolçu, xüsusilə yaşı 30-a çatıbsa, transfer bazarında dəyərinin düşdüyünü anlayır və özünü baha satmağın yeganə yolu qalmaqalın yaradılmasından keçir. Mümkündür ki, klub rəhbərliyi ilə erməni futbolçu bu məsələdə ortaq qərar qəbul edib. Əks təqdirdə, Mxitaryan səbəb nə olursa olsun, komanda üçün ən vacib oyun olan finalda iştirak etmək məcburiyyətində olardı, hətta o, Bakıya getmək istəmədiyini klub rəhbərliyinə bildirsəydi belə, bu dəyişməyəcəkdi. Çünki klubla müqavilə imzalayıb və zədəli olmadığı təqdirdə məşqçinin bütün göstərişlərinə tabe olmalıdır. Burada “Arsenal”ın öz, Mxitaryanın öz marağının olduğu görünür və bu maraqlar uzlaşır:

“Arsenal” bununla həm satacağı oyunçunu dəyərə mindirir, həm də Bakıda “Çelsi” qarşısında məğlub olacağı təqdirdə, “Mxitaryan olmadığı üçün yarımmüdafiə xəttimiz zəif idi” bəhanəsini irəli sürmək imkanı qazanır.

Mxitaryan düşmüş dəyərini qaldırır və Azərbaycana qarşı anti-təbliğat kampaniyasında iştirak etməklə erməni millətçiliyinə xidmət etmiş olur.

Prosesin arxasındakı ən mühüm məqamlardan biri “erməni millətçiliyinə xidmətdir” və əsas hədəf Azərbaycanın dünyada artan nüfuzu, beynəlxalq idman yarışlarının yüksək səviyyədə keçirilməsi ilə sülhsevər ölkə imicinin güclənməsi və Bakının siyasi üstünlük qazanmasıdır. Çünki Avroliqanın Bakıda keçirilməsi ilə Azərbaycan bu futbol bayramından sadəcə turizmin inkişafı, reklamdan gələn gəlirlər və digər dividentlər qazanmayacaq, bu həm də ölkənin beynəlxalq siyasətdə mühüm faktor olan “yumşaq güc”ünün artması deməkdir.

“Soft power” (Yumşaq güc): Amerikalı politoloq Cozef Nayın müəllifi olduğu (Joseph Nye) bu tezis “soyuq müharibə”dən sonrakı dövrdə beynəlxalq münasibətlərin önündə yeni cığır açdı. Bu güc beynəlxalq siyasi platformalarda qərarların qəbulunda mühüm rol oynayır.

“Yumşaq güc” bir ölkənin mədəniyyətinin, siyasi fikirlərinin və siyasətinin digər ölkələr baxımından cazibədarlığını, yəni təsir qüvvəsini ifadə edir. “Yumşaq güc” siyasətində ənənəvi diplomatiyanın yerini sənət, idman, mədəniyyət, təhsil, sosial strukturlar, biznes mühiti, internet istifadəçilərinin sayı, diplomatik infrastrukturlar, medianın gücü, hətta olimpiya oyunlarında qazanılan medalların sayı belə tutur. Bu gün “Hollivud” deyəndə nəzərlər ABŞ-a yönəlirsə, “Harri Poter” serialı, Ceyms Bond filmləri, Oksford Universiteti Böyük Britaniyanı yada salır.

İdman “yumşaq güc”ün əsas elementlərindəndir və bir ölkədə beynəlxalq idman yarışlarının keçirilməsi o ölkənin nüfuzunun, cəlbediciliyinin inkişafı deməkdir. Misal üçün, 2012-ci ildə Olimpiya oyunlarının Londonda keçirilməsi və məşhur rejissor Danni Boylenin hazırladığı görkəmli açılış mərasiminin İngiltərənin “yumşaq güc”ünə müsbət təsir edib. Yaxud 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının açılış və qapanış mərasiminin bütün dünyada müsbət müzakirələrə yol açması Azərbaycanın cəlbediciliyini artırıb. Bu baxımdan, Avroliqanın Bakıda keçirilməsi Azərbaycanın “Yumşaq güc” siyasətində yeni mərhələnin başlanması olacaq. Çünki söhbət bütün dünya üzrə ən azı 1 milyard insanın izləyəcəyi final oyunundan gedir.

Bu, Azərbaycanın dünyada təhlükəsiz, sülhsevər və modern ölkə imicini daha da gücləndirəcək, ölkəyə iqtisadi dividendlər gətirməklə yanaşı, rəsmi Bakının siyasi platformalarda mövqeyini möhkəmləndirəcək. Ən mühüm məqamlardan biri isə bununla Ermənistanın və dünyadakı erməni lobbisinin Azərbaycana qarşı apardığı “mənfi obraz” siyasəti bir daha alt-üst olacaq.

Erməni lobbisinin məhz buna görə süni şəkildə Mxitaryan qalmaqalı yaratdı və Azərbaycana qarşı istifadə etdi. Erməni futbolçunun anasının Ermənistan Futbol Federasiyasında milli komandalar departamentinin rəhbəri olması faktı da onun Bakıya “təhlükəsizlik” bəhanəsi ilə gəlməkdən imtina etməsi haqqında qərarının İrəvanda verildiyini təsdiqləyir.

Ermənilərin Mxitaryan oyunu iki kontekstdə diqqət çəkir:

Birincisi, onların Avroliqa üzərindən Azərbaycana hücum üçün başqa variantları olmayıb.

İkincisi, Mxitaryanın Azərbaycanın uğurlarında məcburi iştirakının qarşısını almaq üçün onun Bakıya getməməsindən başqa çıxış yolu yox idi.

Çünki erməni futbolçu Bakıdakı finalda oynayandan sonra nəticənin nə olmasından asılı olmayaraq, yüksək təşkilatçılığın əleyhinə heç nə deyə bilməyəcəkdi. Ermənilər anlayırdı ki, jurnalistlər Bakıda Mxitaryandan mütləq Azərbaycan və final oyunun təşkil edilməsi haqqında soruşacaqlar. O, reallığı etiraf etmək məcburiyyətində qalacaqdı. Bu, həm bir erməninin Azərbaycan haqqında müsbət sözlər deməsi, həm də dünyanın erməni idmançının Azərbaycanda təhlükəsizliyinin necə qorunduğuna şahid olması deməkdir. Ermənistan üçün xüsusilə Mxitaryanın bunu etməsi qəbuledilməzdir. Çünki o, Ermənistanın işğalçı siyasətinin təbliğində rol oynayan şəxslərdəndir: 3 dəfə işğal edilmiş Dağlıq Qarabağ bölgəsində olub, Azərbaycan torpaqlarının işğalı zamanı ölən erməni döyüşçülərin ailələrinə yardımlar edib, separatçı rejimin rəhbərliyi tərəfindən medalla təltif olunub.

Ermənistan bütün bunlara görə Mxitaryanın Bakıya gəlişinin qarşısını aldı və bu məsələ üzərindən Azərbaycana qarşı istifadə edildi. Artıq buna şübhə yoxdur. Lakin bütün bu proseslərdə iki məqam da diqqətdən yayınmır.

1. Mxitaryan məsələsinə görə Azərbaycanla yanaşı, UEFA da ciddi hücuma məruz qaldı.

2. Mxitaryanın bacısı Monika UEFA-nın mərkəzi qərargahında işləyir.

Dünya futbolunun qaranlıq üzündəki qruplaşmaların zaman-zaman UEFA-ya rəhbərlik etmək uğrunda mübarizə aparması kontekstində Mxitaryan məsələsi heç də təsadüfə bənzəmir və mümkündür ki, UEFA rəhbərliyinə qarşı olan qruplaşmalar erməni lobbisi ilə eyni hərəkət edir və onlar Monika üzərindən Henrixə çıxış əldə ediblər. Ermənistan dövləti və diasporunun tərkib hissəsi olan dünyadakı erməni mafiyasının futbol sektorunda aktiv fəaliyyət göstərdiyini, hətta Almaniya başda olmaqla bir sıra Avropa ölkəsində futbol oyunlarının nəticələrinə təsir edən bu mafiyaya qarşı cinayət işinin açıldığını nəzərə alsaq, Mxitaryan qalmaqalının məhz “Ermənistan-erməni diasporu/lobbisi-erməni mafiyası” üçbucağının planı olduğu aydınlaşır.

Futbol örtüyü altında cərəyan edən bu proseslər birbaşa siyasi amillərlə bağlıdır. Burada “Arsenal”ın öz, Mxitaryanın öz, “Ermənistan-erməni diasporu/lobbisi-erməni mafiyası” altında birləşən erməni millətçiliyinin öz maraqları var, hərçənd, bir-biri ilə uzlaşan bu maraqların hədəfi Azərbaycandır. Lakin o da faktdır ki, bu oyunlar nəticə vermir: Bakı mayın 29-da final oyununa hazırdır və bu oyunun sonunda nəticənin nə olmasından asılı olmayaraq, Azərbaycan siyasi və iqtisadi baxımdan qalib olacaq.
Asif Nərimanlı \\qafqazinfo.az\\






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu dünyaya dönə-dönə gəlsəm də başqa peşə seçməzdim"
5-06-2020, 18:25
“Samir Şərifov qanunları pozub” – İqtisadçı alimdən nazirə ittihamlar
5-06-2020, 18:24
Dərd içində qalan ana 13 yaşlı oğluna kömək üçün fəryad edir: - “Çarəsizik, nə pulumuz var, nə vaxtımız”
5-06-2020, 18:22
Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı
5-06-2020, 18:20
Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb
5-06-2020, 18:19
Estoniya xaricə uçuşlara qoyulan qadağanı uzatdı
5-06-2020, 17:50
Şəkidə icra hakimiyyətinin yeni binasına bu qədər pul xərclənəcək...
5-06-2020, 17:48
“Prezidentin icra başçısına iradı tamamilə yerində idi” - deputat
5-06-2020, 17:45
Azərbaycan şəhəri İrəvan: dünya siyasətində dəyişməyən aktyorlar - TƏHLİL
5-06-2020, 17:44
“Atam söylədi ki, ondan sənə həyat yoldaşı olmaz”
5-06-2020, 17:40
"ADB Azərbaycana dair biznes planını yeniləyir" - MÜSAHİBƏ
5-06-2020, 17:38
"Nə edək axı, oxuculara yalvaraq ki, Ayxan Ayvazı da oxusunlar?" - Varis Yolçiyev
5-06-2020, 17:37
Gürcü polisi Zakir Qaralovun qardaşına cinayət işi açdığını təsdiqlədi - SƏNƏD
5-06-2020, 17:34
“Toyları təxirə sala-sala getməyin ağlabatan izahı yoxdur” - deputat
5-06-2020, 17:31
Azərbaycanda turizm şirkətlərinin otellərə olan borcu 1 milyon manatı ötüb
5-06-2020, 17:28
Mina sinəsinin ona məxsus olmadığını deyənlərə səsləndi: - "Həkimə gedək, yoxlatdırım"
5-06-2020, 17:28
Kürdə batan gəncin axtarışları yerli sakinlər tərəfindən davam etdirilir
5-06-2020, 17:26
Ermənistanda 100 polis koronavirusa yoluxub
5-06-2020, 17:16
Bayramovların biri də təhsili batırır... - İTTİHAM
5-06-2020, 17:13
“AŞPA-nın Azərbaycana qarşı qərəzi ilk növbədə təşkilatın özünə ciddi ziyan vurur” - deputat
5-06-2020, 17:12
“Bəsdir də qan içdiniz!” - QALMAQAL
5-06-2020, 17:09
Gürcüstan və Ermənistan XİN başçıları regional təhlükəsizliyi müzakirə ediblər
5-06-2020, 17:08
Dövlət Reklam Agetliyində işçilərin sayı artırılıb
5-06-2020, 17:06
8 iyunda dollar neçəyə olacaq?
5-06-2020, 17:01
"Parni iz Baku"nun aktyoru vəfat etdi - FOTO
5-06-2020, 16:58
ReAL lideri ÇAĞIRIŞ ETDİ - "İqtidar səhv edə bilər..."
5-06-2020, 16:56
Azərbaycan dilinin qaydalarına riayət etməyən 6 028 obyekt aşkarlanıb
5-06-2020, 16:54
Rusiyanın Xalq artisti koronavirusdan öldü - Biz də yaxşı tanıyırdıq
5-06-2020, 16:52
AKİA-nın daha bir tender müəmması - İLGİNC
5-06-2020, 16:49
Afina Türkiyəyə niyə meydan oxudu?
5-06-2020, 16:44
Kürdə batan bir nəfərin axtarışları davam etdirilir - FHN
5-06-2020, 16:40
“Gəncə Avtomobil Zavodu”nun rəhbəri dəyişib
5-06-2020, 16:39
Akif Təvəkküloğlu Milli Məclisə qayıtdı
5-06-2020, 16:38
Azərbaycanda məşqlərə maskada gəlmək tələb olundu
5-06-2020, 16:05
“Bəzi məmurlar bitmiş fikri ifadə edə bilmir” – Keçmiş icra başçısı
5-06-2020, 16:02
"Şad xəbər verdilər mənə ki, nəticə neqativdir"
5-06-2020, 16:01
Kürdə batma təhlükəsi ilə üzləşən 2 uşaq xilas edilib, 3-nün axtarışları davam etdirilir
5-06-2020, 15:59
Yeni Yasamalda yanğın olub - VİDEO
5-06-2020, 15:56
“Böyük qayıdış” proqramı işə salınıb: - “30 il əvvəlki səhvlərə yol verməyəcəyik”
5-06-2020, 15:51
Paşinyanın ölməkdən başqa yolu qalmayıb – Rusiyada qənaət
5-06-2020, 15:50
“Azyaşlı uşağa baxan ana işləyirsə, ona müavinət verilsin!” - Komitə sədri
5-06-2020, 15:48
“Xalq artisti adını pulla satırdı” – Kamil Əbülfəs Qarayevdən danışdı
5-06-2020, 15:44
Azərbaycan Premyer Liqasının əsasnaməsindəki dəyişikliklər - SİYAHI
5-06-2020, 15:42
"Firəngiz Əlizadə Bəstəkarlar İttifaqını özəlləşdirib, əri işə piyada gəlmişdi, indi ''BMW''-də gəzir — Nadir Əzimovdan SƏRT AÇIQLAMALAR
5-06-2020, 15:41
Ağstafada 60 yaşlı kişi intihar edib
5-06-2020, 15:37
KİV-ə pandemiya qadağası: qərar doğrudurmu? – Ekspert rəyləri
5-06-2020, 15:34
Azərbaycanda hakimlər oyuna tibbi maska ilə çıxacaq
5-06-2020, 15:29
"Nar"ın müştəri xidmətləri sərt karantin rejimində fəaliyyətini davam etdirəcək
5-06-2020, 15:21
Azərbaycanın ATƏT-dəki missiyası: Ermənistan həmsədrlərin əhalini sülhə hazırlamaq çağırışını fərqli başa düşür
5-06-2020, 15:20
Ermənistan polisi maska taxmayan vətəndaşı boğdu - VİDEO
5-06-2020, 15:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru