Bakıda ŞOK OLAY: .....                     Bakıda bu avtomobili polis tapdı, sürücüsünü isə axtarır .....                     “Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır” .....                     Zaqatalada qadına məxsus çantadan qızıl və pul oğurlayan şəxs saxlanılıb .....                     Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb .....                     Samir Şərifovla bundan artıq yol gedilə bilməz... .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 770-ə çatdı .....                     "Xaricdən gələn həkimlərə veriləcək pulun miqdarı açıqlanmalıdır" .....                     Tanınmış idmançı Azad Rəhimova və Adil Əliyevə müraciət etdi: .....                     13 şəhər və rayonda qüvvədə olan məhdudiyyətlərin .....                     Övladları xəstə olan şəhid bacısı kömək istəyir .....                     Azərbaycan nefti bahalaşıb .....                     “Evimdən çıxmayacam, ya onlar ölməlidir, ya mən” .....                     icaze.e-gov.az portalından icazələr bu formada alınacaq .....                     Şəmkirdə iş yoldaşını bıçaqlayan şəxs tutulub .....                     Azərbaycanda pandemiya dövründə təhsil inqilabı .....                     Həyətyanı sahəsində narkotik vasitə becərən şəxs saxlanılıb .....                     "Cəlilabad rayon İcra hakimiyyətinin binası alverxana kimi tanınır..." .....                     İşsizlərlə bağlı yeni layihə .....                     "Bütün cəbhələrdə milli dəyərlərimizi aşağılayan ərəb, fars, rus, erməni və qərbqafalı, “sapı özümüzdən olanlara” qarşı birgə mübarizəyə başlamalıyıq..." .....                     “EURACTIV Italia” erməniləri balığa bənzədib: .....                     BANKLARDA BATAN ƏMANƏTLƏR .....                     “Aqrar tədarük və təchizat”ın FANTASTİK TENDERİ .....                     Gürcüstanda koronavirusa yoluxanların sayı 15 nəfər artdı .....                     Erməni partiya lideri partlayışda öldü .....                     Azərbaycanlı dənizçilər Beyrut limanından təxliyə edildi .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Ramiz Mehdiyevin bankından şikayətlər... .....                     Tovuz təxribatının hədəfi: Nikolun yeni hücumu başladı .....                     "COVİD-19 xəstələrinin müalicəsi ilə məşğul olan xəstəxanaların əməkdaşları həyat sığortası ilə təmin edilməlidir" .....                     Beyrutda azərbaycanlıların xəsarət alması ilə bağlı məlumat daxil olmayıb .....                     Yardımlıda başçı camaatı saya salmır... .....                     “Telefonu ona görə götürmürdüm ki...” .....                     Kamran Əliyev mərhum generalın oğluna yüksək vəzifə verib .....                     "Anam mənim üçün çox fədakarlıq edib" .....                     Ermənistan "izqoy" ölkəyə çevrilib... .....                     İqtisadiyyatın “xilas paketi”ndə nələr var? .....                     Mikayıl Cabbarov şöbə müdirini müşavir təyin etdi .....                     Eldar Mahmudovun pulları etibarlı əllərdədir .....                     Daha nə "Dünya ədəbiyyatı" olacaq, nə "Azərbaycan dilinin tarixi" .....                 

Bakıya qarşı ikinci cəbhə: - Kərimli niyə indi hərəkətə keçdi?
Tarix: 24-05-2019, 15:25 | Çap et
Bakıya qarşı ikinci cəbhə:
Nəhayət, Əli Kərimli də Avroliqanın Bakıda keçiriləcək final oyunu üzərindən Azərbaycana qarşı edilən hücumlara qoşuldu. Adətən belə kampaniyaların daxili ruporu kimi çıxış edən AXCP sədrinin bu dəfə bir qədər gecikdiyi diqqət çəkirdi, lakin irəli sürdüyü “arqumentlərin “topları”nı Bakıya tuşlamış dairələrlə uzlaşması xaricdə və daxildə aparılan antiazərbaycan kampaniyasının eyni “qərargah”dan idarə edildiyini bir daha təsdiqlədi. Hərçənd, bu “arqumentlər”in sabun köpüyü olduğunu anlamaq böyük zəhmət tələb etmir və iddialarla faktların müqayisəsi real mənzərəni ortaya çıxarır.

Diqqət edin: “Arsenal” və “Çelsi”nin final biletlərini geri qaytardığını deyən Kərimli iddia edir ki, Bakıya gözlənildiyi qədər azarkeş gəlməyəcək.

Məlum olduğu kimi, UEFA hər iki kluba bərabər sayda – 5800 bilet ayırmışdı. Əvvəlcə klublar bilet sayının azlığından şikayətlənsələr də, sonradan 6 minə qədər biletin satılmadığı məlum oldu və geri qaytarılacağı xəbəri yayıldı. Amma bu məsələnin Azərbaycana heç bir aidiyyəti yoxdur, çünki Bakı yalnız təşkilatçıdır və üzərinə düşən öhdəliyi yüksək səviyyədə həyata keçirir. Azarkeşlərinin müəyyən hissəsinin matça gəlməməsi final oyununa çıxan klubları narahat etməlidir.

Öz ölkəsini ingilis azarkeşləri dəstəklədiyi qədər müdafiə etməyən Ə.Kərimli “Arsenal” və “Çelsi” rəhbərliyindən daha çox narahatlıq keçirirmiş. AXCP sədri həmişəki kimi “Papadan artıq katoliklik” olduğunu nümayiş etdirərək ingilis azarkeşlərin seçimindən də rəsmi Bakıya qarşı istifadə etməyə çalışır. “Əvvəla, viza proseduru uzun çəkirmiş. İkincisi, hökumətin himayə etdiyi monopoliyalar hər yerdə qiyməti qaldırır və xidmətin keyfiyyətini aşağı salır. Məhz AZAL və Buta hava yolları şirkətlərinin hava nəqliyyatındakı monopolist mövqeyi səbəbindən azarkeşlər aviareyslərin məhdud, biletlərin baha olmasından, uçuş vaxtlarının uyğun olmamasından şikayətləniblər” deyən Ə.Kərimli Bakıdakı otellərin qiymətlərinin bahalığından da narazılıq edib.

Bəs, əslində, reallıq necədir?

Vizalar: Azərbaycanda viza rejiminin əksər Avropa ölkəsindən daha asan olduğu məlumdur. Bunu kim bilməsə də, ailəsi İngiltərədə yaşayan Ə.Kərimli yaxşı bilir. Azərbaycana gələn istənilən əcnəbi elektron qaydada ASAN Viza sisteminə daxil ola və viza ala bilər. Prosedurun böyük hissəsi elektron qaydada həyata keçirildiyi halda, hansı bürokratiyadan danışmaq olar? Bununla yanaşı, turizm mövsümündə, eləcə də beynəlxalq tədbirlərin keçirildiyi dövrlərdə Azərbaycan viza prosedurunu maksimum sadələşdirir. Burada, təbii ki, Azərbaycanın özünün də iqtisadi maraqları var və dövlət turistlər üçün daha asan şərait yaratmaqla onların axınını artırmaqda maraqlıdır. Əli Kərimlini düşündürən isə Azərbaycana qarşı aparılan kampaniyada öz siyasi maraqlarını necə təmin etməkdir.

Qiymətlər: Azərbaycanı turistlər üçün sərfəli edən əsas məqam ucuzluq və bunun qarşılığında keyfiyyətli xidmətdir.

Bakıya gələn turistlər qiyməti 9 dollardan başlayaraq, 20-50 dollara qədər olan otellərdə qala bilərlər. İrəli sürülən iddialar arasında Bakıda otellərin, az qala, 2-3 min avroya olduğu da var idi, halbuki, ən bahalı nömrə 1500 avrodur.

Bakı ilə müqayisədə Londonda otellərin qiyməti iki dəfə bahadır, xidmət sektorunda isə qiymətlər fantastik hesab olunur. Bunu da ailəsi İngiltərədə yaşayan Ə.Kərimliyə izah etməyə ehtiyac yoxdur.

Aviabiletlərin qiymətinə gəlincə, AZAL Avropada ən münasib qiymət təklif edən aviaşirkətlərdəndir. Misal üçün, “British Airways”ın təklif etdiyi uçuş biletlərinin qiyməti AZAL-ın qiymətləri ilə müqayisədə iki dəfə bahadır.

Kərimlinin məntiqi ilə yanaşsaq, onda görəsən Londonda, Parisdə, Madriddə və digər Avropa paytaxtlarındakı otellər, aviaşirkətlər, iaşə obyektləri hansı korrupsionerlərin, oliqarxların monopoliyasındadır ki, qiymətlər bu qədər fantastikdir?!

Bakıda keçiriləcək final oyunundan iki gün sonra – iyunun 1-də Madriddə baş tutacaq Çempionlar Liqasının finalını izləmək istəyən ingilis azarkeşlərin üzləşdikləri çətinlikləri qələmə alan “Camdennewjournal” saytı yazır ki, aviabiletlərin bahalığına görə minlərlə londonlu azarkeş Madridə getməyin yollarını axtarır.

Londondan Madridə cəmi 4 uçuş olduğundan, sərnişinlər aeroportda uzun müddət gözləməlidirlər. Məsələn, Lisa Paulon adlı azarkeş deyir ki, uçuş biletini ala bilmədiyi üçün əvvəlcə Barselonaya, oradan qatarla Madridə getməyi düşünür: “Qrupumuzdan biri Madridə Kasablankadan keçməklə gedir, bu isə olduqca uzun məsafədir”.

Madriddə keçiriləcək final oyununun biletləri qara bazarda 3000 avroya təklif olunur. Bu, qeyri-qanunidir, lakin azarkeşlər oyunu izləmək üçün başqa çıxış yolu tapmırlar.

Avropada yaşanan bu vəziyyət fonunda Bakı Avroliqanın finalına yüksək səviyyədə hazırlaşır: azarkeşlərin gəlişi üçün sərfəli aviabiletlər təqdim olunur, otellər turistləri qəbul etməyə hazırdır, paytaxda fanklublar üçün xüsusi yerlər ayrılıb, təhlükəsizlik ən yüksək səviyyədədir.

Bakı minlərlə azarkeşin Bakı Olimpiya Stadionunda, milyonlarla azarkeşin dünyanın müxtəlif nöqtələrində ekran başında izləyəcəyi futbol bayramına hazırdır. Bu, dünyanın ən mötəbər futbol turnirlərindən birini qəbul edəcək Azərbaycanın bayramıdır.

Əli Kərimlinin bu bayram fonunda “qara bağlaması” təəccüblü deyil. Çünki Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilən idman təcrübəsi brendinin formalaşması bu hakimiyyətin xidmətidir.

I Avropa Oyunları, Formula-1 yarışları, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarının keçirilməsi və günlər sonra keçiriləcək Avroliqanın final oyunu... Bütün bunlar Azərbaycanın və ölkəni idarə edən hakim komandanın uğurudur. Və Kərimli anlayır ki, ölkədə vəziyyət nə qədər yaxşı olsa, bu, onun “siyasi dəfni”ni bir o qədər yaxınlaşdırır.

Bu kontekstdə AXCP sədrinin Avroliqa üzərindən Bakıya edilən hücumlara qoşulması təəccüblü deyil. Təəccüblü olan onun bu kampaniyaya bir qədər gec qoşulmasıdır. Və burada iki məqam diqqət çəkir.

Birincisi, Ə.Kərimli artıq neçə gündür antiazərbaycan qüvvələrin Bakıya qarşı apardıqları kampaniyanı “bəlkə final oyununun yerini dəyişdirdilər” ümidi ilə izləyir, həm də “arqumentlər” toplayırdı. UEFA-nın iddia edilən “çətinlikləri” nəzərə alaraq, final oyununun yerini dəyişdirməsi AXCP sədri üçün ən böyük hədiyyə olardı, çünki bu, danışmaq üçün əsas verəcəkdi. Bunun baş vermədiyini görəndən sonra o, “hakimiyyətə qarşı istifadə etmək məqsədilə günlərdir topladığı arqumentlərlə” hücuma keçdi.

İkincisi, Avroliqanın finalı üzərindən Azərbaycana qarşı “müharibə” elan edən qüvvələr xaricdən başlayan hücumun cəbhəsini artıq daxilə keçirir. Hadisələrin xronologiyasına diqqət edək:

- Avroliqanın finalına hazırlığın aşağı səviyyədə olması, məsafənin uzaqlığı, viza prosedurunun mürəkkəbliyi, qiymətlərin bahalığı kimi iddialarla oyunun yerini dəyişdirməyə cəhdlər;

- “Arsenal”ın erməni əsilli oyunçusu Henrik Mxitaryanın qondarma “təhlükəsizlik” məsələsi üzərindən hücumlar;

- “Amnestiy İnternational”, Beynəlxalq Amnistiya Təşkilatı kimi erməni lobbisinin təsiri ilə qeyri-rəsmi strukturların futbolun fonunda “insan haqları” məsələsini gündəmə gətirməsi.

Amma bütün bu hücumlarla heç bir nəticə əldə edə bilmədiklərini anlayanda prosesi daxili auditoriyaya keçirmək niyyəti müşahidə olunur. Ola bilsin ki, Əli Kərimli məhz bunun üçün ehtiyat variant kimi arxa planda saxlanılmışdı və onun prosesə məhz bu mərhələdə qoşulması məqsədəuyğun bilinib. Məqsəd daxili auditoriyada final oyununa etirazın təmin edilməsidir. Əli Kərimlinin antiazərbaycan dairələrin irəli sürdüyü iddiaları “arqument” kimi istifadə etməsi və final oyununun Azərbaycana heç bir xeyir gətirməyəcəyi fikrini tirajlaması buna hesablanıb.
Asif Nərimanlı
\\axar.az\\




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda ŞOK OLAY: - evdən 1 milyon manatlıq qızıl oğurlanıb
Bu gün, 11:13
Bakıda bu avtomobili polis tapdı, sürücüsünü isə axtarır - FOTO
Bu gün, 11:12
Miri Yusif Nadiri lağa qoydu
Bu gün, 11:09
“Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır”
Bu gün, 11:05
Zaqatalada qadına məxsus çantadan qızıl və pul oğurlayan şəxs saxlanılıb
Bu gün, 11:04
Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb
Bu gün, 11:03
Samir Şərifovla bundan artıq yol gedilə bilməz... - Eldar Mahmudovla, Cahangir Hacıyevlə şübhəli əlaqələri olub...
Bu gün, 11:02
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 770-ə çatdı
Bu gün, 10:56
"Xaricdən gələn həkimlərə veriləcək pulun miqdarı açıqlanmalıdır" - ATU-nun şöbə müdiri
Bu gün, 10:55
Tanınmış idmançı Azad Rəhimova və Adil Əliyevə müraciət etdi: - “Məşqçilərin çoxu heç bir yerdən maaş almırlar”
Bu gün, 10:53
Tanınmış aparıcı üsyan etdi: - "Çimərliyi açınca xalqa pul verin"
Bu gün, 10:49
13 şəhər və rayonda qüvvədə olan məhdudiyyətlərin – Tam siyahısı
Bu gün, 10:45
Övladları xəstə olan şəhid bacısı kömək istəyir - VİDEO
Bu gün, 10:40
Bu fotolarına görə “vor” aləminə keçmisən” dedilər
Bu gün, 10:35
Azərbaycan nefti bahalaşıb
Bu gün, 10:32
“Evimdən çıxmayacam, ya onlar ölməlidir, ya mən” - Sakinlər özbaşınalıqla üz-üzə...
Bu gün, 10:32
icaze.e-gov.az portalından icazələr bu formada alınacaq - Diqqət!
Bu gün, 10:28
Niyam SALAMİ MƏMURLARI yıxdı-sürüdü “Pul yığırsınız hamınız!”
Bu gün, 10:27
Şəmkirdə iş yoldaşını bıçaqlayan şəxs tutulub
Bu gün, 10:23
Unudulmaz dost, böyük yazıçı, şəfqətli həkim - Rafiq Tağı 70
Bu gün, 10:21
Azərbaycanda pandemiya dövründə təhsil inqilabı - Yeni modelə keçidin başlanğıcı
Bu gün, 10:17
Həyətyanı sahəsində narkotik vasitə becərən şəxs saxlanılıb
Bu gün, 10:14
"Cəlilabad rayon İcra hakimiyyətinin binası alverxana kimi tanınır..." - GİLEY
Bu gün, 10:12
“Ayaqyoluna getmək üçün ayaqyolu.az saytında qeydiyatdan keçmək lazımdır?” - Azər Qəriboğlu
Bu gün, 10:09
İşsizlərlə bağlı yeni layihə - müddət 3 ildən 1 ilədək azaldılır
Bu gün, 10:07
“Turan ellər” uyğurlara dəstək çıxan İsveç müğənnisindən ibrət götürəcəkmi?
Bu gün, 10:06
"Bütün cəbhələrdə milli dəyərlərimizi aşağılayan ərəb, fars, rus, erməni və qərbqafalı, “sapı özümüzdən olanlara” qarşı birgə mübarizəyə başlamalıyıq..."
Bu gün, 10:02
"Bu faciədən xilas olmaq üçün Allahın göndərdiyi qayda-qanunlarla oturub-durmaq lazımdır"
Bu gün, 10:01
“EURACTIV Italia” erməniləri balığa bənzədib: - “Separatçı balıqların üzdüyü su qurudulmalıdır”
Bu gün, 09:59
BANKLARDA BATAN ƏMANƏTLƏR - Yüzlərlə müştərinin tələbi yerinə yetiriləcəkmi?
Bu gün, 09:57
“Aqrar tədarük və təchizat”ın FANTASTİK TENDERİ - 864 min manat nəyə xərclənəcək?
Bu gün, 09:55
Gürcüstanda koronavirusa yoluxanların sayı 15 nəfər artdı
Bu gün, 09:52
Erməni partiya lideri partlayışda öldü - FOTO
Bu gün, 09:51
Azərbaycanlı dənizçilər Beyrut limanından təxliyə edildi
Bu gün, 09:50
Cəbhə xəttində erməni təxribatı davam edir - SON DURUM
Bu gün, 09:49
Ramiz Mehdiyevin bankından şikayətlər... DURMADAN ARTIR...
Bu gün, 09:48
Tovuz təxribatının hədəfi: Nikolun yeni hücumu başladı - TƏHLİL
Bu gün, 09:45
"COVİD-19 xəstələrinin müalicəsi ilə məşğul olan xəstəxanaların əməkdaşları həyat sığortası ilə təmin edilməlidir"
Bu gün, 09:41
Beyrutda azərbaycanlıların xəsarət alması ilə bağlı məlumat daxil olmayıb - XİN
Bu gün, 09:40
Yardımlıda başçı camaatı saya salmır... - GİLEY
Bu gün, 09:39
“Telefonu ona görə götürmürdüm ki...” - deputat
Bu gün, 09:37
Kamran Əliyev mərhum generalın oğluna yüksək vəzifə verib
Bu gün, 09:36
"Anam mənim üçün çox fədakarlıq edib"
Bu gün, 09:34
Ermənistan "izqoy" ölkəyə çevrilib... - GƏLİŞMƏ
Bu gün, 09:31
İqtisadiyyatın “xilas paketi”ndə nələr var? - “100 milyon yox, 100 milyonlar ayrılmalıdır"
Bu gün, 09:30
Mikayıl Cabbarov şöbə müdirini müşavir təyin etdi - FOTO
Bu gün, 09:28
Eldar Mahmudovun pulları etibarlı əllərdədir - İLGİNC
Bu gün, 09:27
Daha nə "Dünya ədəbiyyatı" olacaq, nə "Azərbaycan dilinin tarixi" - Təhsilə uzanan “qara əllər”
Bu gün, 09:25
Neft yenidən ucuzlaşıb
Bu gün, 09:23
İşğalçı Ermənistana silah satmasına bəraət qazandıran ölkə rəhbəri nələri unudur - mühüm detallar
Bu gün, 09:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru