Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı .....                     Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib .....                     Cəlilabadda karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən 6 obyekt aşkarlanıb .....                     “Bəzi təxribatçı ünsürlər yazırlar ki, mən Ramiz Mehdiyevi müdafiə edirəm” .....                     "Şəhər və kənd adlarına qədər nə varsa, erməniləşdirilib" .....                     Virusun əsas yoluxma məkanı... .....                     "İki qurumun qayda pozuntusuna qarşı birgə mübarizəsi effektiv olacaq" .....                     Partiya sədrindən hökumətə TƏKLİF: .....                     "Atam komada olub, anamın 20 gündür temperaturu aşağı düşmür" .....                     Alimpaşa Məmmədovun tender oyunu davam edir .....                     Arif Qasımovun işdən çıxarılmasına səbəb olan .....                     İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edilib .....                     “Görünür, məşhurlar da gigiyenik səhlənkarlıqlarına görə koronavirusa yoluxurlar…” .....                     Koronavirus xəstələrini tanımağın daha bir yolu .....                     Azərbaycan qazı “Qazprom”u sıxışdırdı, “Mavi axın” kəməri boş qaldı .....                     BANK KREDİTLƏRİNİN SIĞORTALANMASI... .....                     Növbəti həbslər hansı dövlət qurumunda ola bilər? .....                     "Ümid edirik ki, sentyabrda dərslərə əvvəlki formada başlayacağıq" .....                     Nüfuzlu futbol turnirlərinin başlama vaxtı açıqlandı .....                     Nizami rayonunun icra başçısı vəzifəsindən azad edildi .....                     Ədalət Vəliyev daha bir partiya sədri ilə görüşdü .....                     "Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən sonra Ermənistan normal dövlət kimi formalaşa bilər" .....                     "Atabank"da araşdırmalar başladı .....                     “Azəriqaz” qanunsuz cərimə yazır? .....                     Sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar Nizami rayonunda reydlər davam etdirilir .....                     "Ədalət müəllimin söylədiyi kimi, iqtidarla müxalifət arasında..." .....                     Koronavuirusdan MÜALİCƏ BLEFİ: “O reklamlara inanmayın” .....                     Mərkəzi Bank qalmqallı duruma .....                     Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər .....                     Azərbaycanda publik hüquqi şəxs statuslu yeni kolleclər yaradılacaq .....                     Bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     "Bütün KİV-lərin təkrar qeydiyyatına ehtiyac duyulur" .....                     “Biz də istəyirik ki, yoluxma artmasın, Şəki və bütün ölkəmiz, dünyamız bu bəladan xilas olsun” .....                     "İnsana Allah tərəfindən verilmiş yaşamaq haqqı əlindən alınır" .....                     Azərbaycanda Silahlı Qüvvələrin Baş Klinik hospitalının həkimi də koronavirusa yoluxdu .....                     Ədalət Vəliyevlə daha bir partiya sədri arasında görüş keçirildi .....                     Samuxda qadına qarşı soyğunçuluq edən şəxslər saxlanılıb .....                     Bundan sonra dayanma-durmaya görə DYP də cərimə yazacaq .....                     "AMEA-nın üzvü koronavirusa aid şeir yazsa da, çapına icazə verilmədi" .....                     İcra başçısı karantin qaydalarını pozdu .....                 

“Azərbaycan xüsusi xidmət orqanları tərəfindən bu istiqamət daim əməliyyat nəzarətində saxlanılır”
Tarix: 24-05-2019, 08:30 | Çap et
“Azərbaycan xüsusi xidmət orqanları tərəfindən bu istiqamət daim əməliyyat nəzarətində saxlanılır”
Xarici ölkələrə sığınan bəzi xəyanətkarlar Azərbaycanın cənub bölgəsində yaşayan qəhrəman talış millətinin adından sui-istifadə edib, öz məkrli niyyətlərini həyata keçirməyə cəhdlər edirlər. Ən bağışlanmaz hal odur ki, belə xainlər hətta işğalçı Ermənistanla da əlaqələr quraraq talışların guya “azad” edilməsi uğrunda mübarizə apardıqlarını iddia edirlər.

Qəzetimizin ötən sayında belə vətən xainləri barədə geniş yazı dərc olunmuşdu. 1993-cü ildə ölkədə yaranmış hakimiyyət böhranından istifadə edən qüvvələrin, xarici kəşfiyyat orqanlarının əlində oyuncağa çevrilmiş Ələkrəm Hümmətov və digərləri Azərbaycan dövlətinin onlarla humanizm prinsipləri çərçivəsində davranmasından dərs almayıb, əvəzində xəyanətkar addımlarını davam etdirirlər. Bu yaxınlarda separatçı fəaliyyətinə görə Rusiyada həbs olunaraq Azərbaycana təhvil verilən Fəxrəddin Abbaszadə ilə bağlı baş verənlərdən də dərs çıxarılmayıb. Bəs indiki situasiyada Avropada, Rusiyada, həmçinin Ermənistanda yaşayan məkrli qüvvələr Azərbaycanın cənub bölgəsində separatizmi körükləyə bilərmi?

Bununla bağlı öncə cənub bölgəsinin deputatlarına müraciət etdik.

“Mən bu haqda bir neçə dəfə danışmışam. Özlərini talış bölgəsindən sayan və bu bölgəni özlərinə dayaq bilən, oradakı insanların pis vəziyyətdə yaşamasını çox arzu edən bir qrup şəxs həm Ermənistanda, həm də digər ölkələrdə dövlətimizin, prezidentimizin əleyhinə fəaliyyət göstərirlər. Onlar daim Azərbaycan prezidentinin uğurlu iqtisadi və siyasi fəaliyyətinə kölgə salmaq istəyirlər, belə hallar mütəmadi olaraq baş verir”.

75 saylı Lənkəran - Masallı seçki dairəsindən deputat seçilmiş Cavanşir Paşazadə bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. O qeyd etdi ki, Ələkrəm Hümmətov, Fəxrəddin Abbaszadə (Aboszadə) kimi Azərbaycana, həmçinin talış millətindən olan insanlarımıza zərər vurmaqdan başqa heç bir işi ilə yadda qalmayan bu şəxslərin heç biri əslində talış deyillər: “Onlar o bölgəyə gəlmə insanlardır. Həmin insanlar daxili kin-küdurətlərini bu günə qədər göstərməkdədirlər”. C.Paşazadə əminliklə bildirdi ki, 1990-cı illərdə törədilən təxribatlar heç vaxt təkrar oluna bilməz: “Bu, mümkün deyil. Həmin şəraiti bir daha yaratmaq istəyənlər heç nəyə nail ola bilməyəcəklər. Çünki cənub bölgəsində yaşayan talışlar onların məram-məqsədlərini yaxşı başa düşür və onları qəbul etmirlər”.

Deputat hesab edir ki, separatçılıq fəaliyyəti ilə məşğul olanların sığındığı ölkələrə müraciət edib onların cəzalandırılmasına nail olmaq lazımdır: “Təbii ki, Ermənistanın münasibəti bəllidir. Ancaq digər dövlətlər ki, var, onların Azərbaycanla normal münasibətləri mövcuddur. Sadəcə, həmin ölkələrin də daxilində müxalifət var və onlar Azərbaycana qarşı müxalif olan şəxslərlə əlaqəyə girib belə kampaniyalar aparırlar. Təbii ki, bunlar boş-boş şeylərdir. Yəni yuxarıda adını çəkdiyimiz üzüqara dövlətdən başqa, heç bir ölkə Azərbaycana qarşı belə xain planlarda yer almayıb. Ancaq həmin ölkələrdəki müxalif qüvvələr Azərbaycana qarşı fəaliyyət göstərənlərlə birləşib nə isə törətmək istəyirlər. Lakin onların səyləri uğursuzluqla nəticələnəcək”.

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli də separatçılara qarşı amansız olmağın tərəfdarıdır: “Separatçı qüvvələr cənub bölgəsinin əhalisindən öz məqsədləri üçün istifadə edə bilməzlər. Çünki bu gün vətəndaşlarımız dövlət başçısının ətrafında sıx birləşiblər. Orada demək olar ki. O ruh, o tendensiya yoxdur. Vaxtilə məqsədlərinə çatmaq istədilər, mümkün olmadı”.

H.Rəcəbli qeyd etdi ki, separatçıların Ermənistanla əməkdaşlığı və ermənilərlə birgə hərəkət etməsi talış camaatında qəzəb və ikrah doğurur: “O insanlara ikrahla yanaşırlar ki, bunlar gedib bizim düşmənlərimizlə ”bacı-qardaş" olublar. İkincisi, Azərbaycanın cənub bölgəsində İslam dininə tapınmış, Allahdan qorxan, qanunlara hörmət edən insanlar yaşayır. Bu bölgənin camaatı cənab prezident İlham Əliyevə, əvvəllər də Heydər Əliyev cənablarına daim dəstək verib. Ancaq bu bölgənin əhalisində separatçılıq, bölücülük elementləri demək olar ki, yoxdur".

Komitə sədri qeyd etdi ki, Ə.Hümmətovdan vaxtilə xarici qüvvələr, xüsusilə də şimal qonşumuzdakı ayrı-ayrı dairələr istifadə edirdi: “Amma nə qədər çalışsalar da, onların planı baş tutmadı. Çünki camaat buna getmədi. Talışlar da Azərbaycanın digər əhalisi kimi, Qarabağ torpaqları uğrunda çoxsaylı şəhidlər verib, bu gün də ərazilərimizi erməni işğalından azad etməyə hazırdırlar. Bu bölgədə vətənpərvərlik hissi kifayət qədər güclüdür. Talışlar heç vaxt özlərini Azərbaycandan ayrı hesab etmirlər”. H.Rəcəbli hesab edir ki, Azərbaycana qarşı cəbhə açmağa cəhd edən hər kəs cəzalandırılmalıdır: “Təkcə onlar yox, axı niyə biz orduxanları bura gətirməyək?! Bütün xaricdən Azərbaycan dövlətinə və hakimiyyətinə çamur atanlarla bağlı məsələ qaldırılmalı və onların cəzalandırılmasına nail olmalıyıq. Təbii ki, onlar qüvvə deyillər, fərdlərdən ibarətdirlər, məqsədlərinə nail olmayacaqlar. Ancaq istənilən halda, belələrinin hüquqi yolla cəzalandırılması lazımdır. Eyni zamanda kütlə arasında təbliğat işi aparılmalı, məsələlərə aydınlıq gətirilməlidir”.

Separatçı qüvvələrə qarşı sərt mövqe sərgilməyi zəruri sayan, bununla bağlı parlamentdə çıxışlar edən deputat Fərəc Quliyev isə qəzetimizə əvvəlcə dedi ki, Qarabağda baş verənləri separatizm kimi qiymətləndirməyin əleyhinədir: “Bu, Ermənistanın Azərbaycana qarşı müharibəsidir və orada baş verən hadisələri yerli etnik ermənilər törədə bilməzdi. Bu, etnik qarşıdurma olardısa, ermənilər Naxçıvanın Kərki kəndini, yaxud Qazağın 7 kəndini işğal edə bilməzdilər. Bu, separatizm olsaydı, Dağlıq Qarabağdakı azsaylı ermənilər özlərindən qat-qat artıq olan azərbaycanlılara qarşı bu hərəkətləri edə bilməzdilər. Ona görə də bu, separatizm deyil, Azərbaycan-Ermənistan müharibəsidir. Amma Azərbaycanın başqa rayonlarında bizim etnik rəngarəngliyimizdən istifadə edib təbii ki, təxribatlar törətməyə çalışırdılar. Bunun cavabını da bəzən elə həmin etnosların özlərinin yaratdığı qurumlar veriblər. Məsələn, 1992-ci ildə ”Sadval" təşkilatı fəallaşanda “Samur” təşkilatının yaranmasına dəstək vermişəm. O zaman Hidayət Orucov və Arif Rəhimov mənim xahişimlə o bölgəyə gedib müəyyən qədər iş gördülər və qısa zamanda general Qəhrəmanov ordan qaçmağa məcbur oldu. Yəni orada yaradılmış “Sadval” təşkilatına ən güclü müqaviməti ləzgilərin özləri göstərdi. Azərbaycan rəngarəng mədəniyyətə və etnosa malik bir ölkədir, burada etnik ayrı-seçkilik yoxdur. Azərbaycanda hər kəsi vətənçilik birləşdirir, bizim şəhidlər arasında talışlar, ləzgilər, ruslar, yəhudilər də var. Biz irqçi milliyyətçilik deyil, dövlət milliyyətçiliyinə əsaslanırıq. Təbii ki, hər kəs öz etnosuna, millətinə hörmətlə, sayğı ilə yanaşmalıdır. Biz türklər çoxluq təşkil edən millət olaraq həmişə bu millətlərə sahib çıxmışıq. Azərbaycan nə vaxt zədə alıbsa, kənardan basqılara məruz qalıbsa, əraziləri işğal olunubsa, Azərbaycan türklərindən daha çox, Azərbaycan ləzgiləri, Azərbaycan talışları əziyyət çəkiblər. Ona görə də anlayırlar ki, onların xilası Azərbaycanın bütövlüyündədir. Hesab edirəm ki, tək-tük separatçı rejimlər yaratmaq istəyən fərdlər kənarda, Azərbaycana düşmən olan dövlətlərdə institutlaşmış bir siyasətin “maşa”larıdır və onların Azərbaycana təsir etmək imkanları yoxdur. Amma hər halda, sayıq olmaq və o bölgələrdə izahat işlərini aparmaq lazımdır".

F.Quliyev hesab edir ki, Azərbaycana qarşı bu cür təxribatlar törətmək istəyən, bölücülük fəaliyyəti göstərənlərin hamısı ölkəmizin xüsusi xidmət orqanları tərəfindən dərhal zərərsizləşdirilməlidir: “Mən hesab edirəm ki, bunlara ən ağır cəzalar kəsilməsə, ayaqları yer alar və düşünərlər ki, belə hadisələri törətmək mümkündür. Hamımız metro hadisəsini xatırlayırıq”. Deputat hesab edir ki, separatçılıq fəaliyyətini davam etdirənlərin yaşadığı Avropa ölkələri və qonşu Rusiya ilə danışmaq lazımdır: “Mən dəfələrlə parlamentdə də məsələ qaldırmışam ki, müraciət etmək lazımdır, oradakı səfirlərin işi bundan ibarətdir. Bizim müvafiq qurumlar həmin ölkələrin uyğun xidmətləri ilə əlaqəyə girməli, onları mütləq ölkəyə qaytarmalı, həmin şəxslər cəzalarını çəkməlidirlər. Harada olmalarından asılı olmayaraq, belə məsələlərdə güzəşt olmaz! Həmin ölkələrlə başqa müstəvilərdə aparılan əməkdaşlıq zamanı da mütləq siyasi ritorika ortalıqda olmalıdır. Açıq deyilməlidir ki, belə adamlara dəstək verərsinizsə, bizim münasibətlərimizə təzədən baxılmalıdır”.

Sabiq milli təhlükəsizlik zabiti Arzu Nağıyev isə qəzetimizə açıqlamasında dedi ki, Ermənistan xüsusi xidmət orqanları tam şəkildə separatizm kanalında öz fəaliyyətlərini davam etdirirlər: “Buna təbii ki, onların havadarları olan dövlətlərin də dəstəyi var və birbaşa onların diktəsi ilə hərəkət edirlər. Fəxrəddin Abbaszadənin həbsi və ekstradisiyasından sonra bu məsələ sakitləşib. Çünki separatizmi təbliğ edən şəxslər artıq özləri üçün bir nəticə çıxarıblar. Heç vaxt onlar gözləmirdi ki, Rusiya onu təhvil versin. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən bu istiqamət daim əməliyyat nəzarətində saxlanılır və bu gün elə bir ciddi təhdid sayıla bilməz”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı
Bu gün, 19:27
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib
Bu gün, 19:25
Cəlilabadda karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən 6 obyekt aşkarlanıb
Bu gün, 16:12
“Bəzi təxribatçı ünsürlər yazırlar ki, mən Ramiz Mehdiyevi müdafiə edirəm” - Keçmiş icra başçısı
Bu gün, 16:08
"Şəhər və kənd adlarına qədər nə varsa, erməniləşdirilib" - Elnur Allahverdiyev
Bu gün, 16:04
Virusun əsas yoluxma məkanı... - Avtobuslarda sıxlığı necə azaltmaq olar?
Bu gün, 16:00
"İki qurumun qayda pozuntusuna qarşı birgə mübarizəsi effektiv olacaq" - Kamran Əliyev
Bu gün, 15:58
Partiya sədrindən hökumətə TƏKLİF: - “Bakıdakı erməni kilsəsini məscidə çevirin”
Bu gün, 15:54
"Atam komada olub, anamın 20 gündür temperaturu aşağı düşmür" - COVID-19-dan sağalmış Aytən Cəfərova
Bu gün, 15:52
Alimpaşa Məmmədovun tender oyunu davam edir – Bir həftəlik şirkətə bu dəfə 120 min ayırdılar
Bu gün, 15:41
Arif Qasımovun işdən çıxarılmasına səbəb olan - VİDEO
Bu gün, 15:35
İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edilib - FOTO
Bu gün, 15:33
“Görünür, məşhurlar da gigiyenik səhlənkarlıqlarına görə koronavirusa yoluxurlar…” - Yaqub Məmmədov
Bu gün, 15:29
Xəzər TV-nin iki əməkdaşı koronavirusa yoluxdu
Bu gün, 15:27
Koronavirus xəstələrini tanımağın daha bir yolu - ARAŞDIRMA
Bu gün, 15:18
Azərbaycan qazı “Qazprom”u sıxışdırdı, “Mavi axın” kəməri boş qaldı - ÜSTƏLİK SIXILMIŞ QAZ...
Bu gün, 15:16
BANK KREDİTLƏRİNİN SIĞORTALANMASI... - Bu, Azərbaycan bankları üçün niyə vacibdir?
Bu gün, 15:14
Növbəti həbslər hansı dövlət qurumunda ola bilər? - İLGİNC
Bu gün, 15:12
"Ümid edirik ki, sentyabrda dərslərə əvvəlki formada başlayacağıq" - Nazirlik
Bu gün, 15:09
"Attestatı 100 dollara almışam" - Anar Ağakişiyev
Bu gün, 15:08
Nüfuzlu futbol turnirlərinin başlama vaxtı açıqlandı
Bu gün, 15:04
Nizami rayonunun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bu gün, 15:03
Ədalət Vəliyev daha bir partiya sədri ilə görüşdü
Bu gün, 15:01
"Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən sonra Ermənistan normal dövlət kimi formalaşa bilər" - deputat
Bu gün, 15:00
"Atabank"da araşdırmalar başladı - Fazil Məmmədovun pullarını ölkədən kim çıxardıb?
Bu gün, 14:58
“Azəriqaz” qanunsuz cərimə yazır? — Hər əməkdaşa “3 sayğac” limiti
Bu gün, 14:55
Sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar Nizami rayonunda reydlər davam etdirilir
Bu gün, 14:15
"Ədalət müəllimin söylədiyi kimi, iqtidarla müxalifət arasında..." - deputat
Bu gün, 14:03
"Allah Prezidentimizi başımızdan əskik etməsin" - Xalq artisti
Bu gün, 13:54
Koronavuirusdan MÜALİCƏ BLEFİ: “O reklamlara inanmayın” – Həkimdən ÇAĞIRIŞ
Bu gün, 13:51
Mərkəzi Bank qalmqallı duruma BELƏ İZAHAT VERİR
Bu gün, 13:45
Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək cərimələnəcək
Bu gün, 13:43
Azərbaycanda publik hüquqi şəxs statuslu yeni kolleclər yaradılacaq
Bu gün, 13:31
Bəzi yerlərdə yağış yağacağı gözlənilir - Belə deyirlər...
Bu gün, 13:30
"Bütün KİV-lərin təkrar qeydiyyatına ehtiyac duyulur" - Əflatun Amaşov
Bu gün, 13:27
“Biz də istəyirik ki, yoluxma artmasın, Şəki və bütün ölkəmiz, dünyamız bu bəladan xilas olsun” - Polis rəisi
Bu gün, 13:26
"İnsana Allah tərəfindən verilmiş yaşamaq haqqı əlindən alınır" - deputat
Bu gün, 13:15
Röya “Altın Kelebek”də 60 manatlıq paltar geyindi - FOTO
Bu gün, 13:00
Azərbaycanda Silahlı Qüvvələrin Baş Klinik hospitalının həkimi də koronavirusa yoluxdu - FOTO
Bu gün, 12:55
Ədalət Vəliyevlə daha bir partiya sədri arasında görüş keçirildi
Bu gün, 12:40
Samuxda qadına qarşı soyğunçuluq edən şəxslər saxlanılıb - FOTO
Bu gün, 12:39
Bundan sonra dayanma-durmaya görə DYP də cərimə yazacaq - Diqqət!
Bu gün, 12:38
"AMEA-nın üzvü koronavirusa aid şeir yazsa da, çapına icazə verilmədi" - İsa Həbibbəyli
Bu gün, 12:35
İcra başçısı karantin qaydalarını pozdu - FOTO
Bu gün, 12:29
Ucar sakini əmisini balta ilə vuraraq öldürüb
Bu gün, 12:25
“Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub
Bu gün, 12:24
Sərkisyanın qəfil Qarabağ səfəri: nəyə hazırlıq gedir? - GƏLİŞMƏ
Bu gün, 12:18
Bakının Sabit Orucov küçəsində hərəkət məhdudlaşdırılacaq - Diqqət!
Bu gün, 12:15
ARB24 televiziyasının baş redaktor müavini koronavirusdan sağalıb
Bu gün, 12:13
Çimərlik mövzusu qərargahı iki qütbə bölüb: - Açılsın, açılmasın?
Bu gün, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru