Nikol Paşinyan istədiyi adamları vəzifəyə təyin edə bilmir .....                     Xızıda sürücü polisləri silahla hədələyib .....                     Məmurar bu ölkəni nə vaxt bölüb qurtaracaqlar? .....                     BNA-nın manatlıq taksi kabusu... .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Başqa dildə olan məhsulların Azərbaycanda satılması əhali üçün təhlükəlidir...” .....                     Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı .....                     “İsa Qəmbər mənə bildirdi ki, başqa daha yararlı və dəyərli namizədini göstər...” .....                     Ermənilər Qazax istiqamətində təxribat törətdi .....                     Şamaxıda kütləvi dava: .....                     “Hər şeyə ağız büzmək insanlarmız arasında geniş yayılan xəstəlikdir” .....                     Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub .....                     “Şərurlu İsfəndiyar”la bağlı qərarın icrasna başlandı .....                     Bakıda metro yaxınlığında “piyada tələsi” .....                     Qida Təhlükəsizliyi Agentliyinə qarşı İTTİHAMLAR: .....                     İran XİN: ABŞ sanksiya siyasətinin uğursuz olduğunu qəbul etməlidir .....                     UEFA "Qarabağ"ı növbəti dəfə cərmələyib .....                     Adil Vəliyevin bu şəhid ailəsindən xəbəri varm? .....                     Güney Azərbaycanda “kəfənli aksiya”: .....                     Bakıda 46 yaşlı kişi yoxa çıxdı .....                     TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib .....                     İMF növbəti illər üçün neftin orta illik qiymətlərinin proqnozlarını açıqlayıb .....                     Ağdamda 1700 manata satılan MÖHLƏT HÜQUQU... .....                     DEPUTAT MANDATININ “BAZAR QİYMƏTİ” .....                     Dünya bazarlarında neft ucuzlaşıb .....                     "Azərbaycanın Ermənistanla heç bir ticarət əlaqəsi yoxdur və ola da bilməz" .....                     Ermənilərin məhsulunu Bakıya gətirən və satan şəbəkə .....                     "Yüksək səviyyədə görüşləri alqışlayırıq" .....                     Xalq Cəbhəsi adlı siyasi bataqlıq, “qara mələyin” faciəli çöküşü... .....                     Şəki sakinini incidən kimdir? .....                     “Bizim həyət” layihəsi çərçivəsində Bakıda daha bir həyət abadlaşdırılıb .....                     Zaqatalada fındıq oğruları tutuldu .....                     “İnterpol”un axtardığı “Akula Akif” Bakıda 7 milyon dollar qazandı .....                     Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb .....                     "Ucar rayon icra hakimiyyətində aqressiv sözlərlə qarşılanıram..." .....                     Azərbaycanın strateji obyektləri necə qorunur .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Seva yenə getdi .....                     Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq .....                     “Paşinyan Qərblə Rusiya arasında sıxılmış vəziyyətdədir...” .....                 

İşğalçı ölkədə Qarabağ məsələsi yox, Qarabağ klanı önə çıxır - TƏHLİL
Tarix: 23-05-2019, 09:02 | Çap et
İşğalçı ölkədə Qarabağ məsələsi yox, Qarabağ klanı önə çıxır
Ermənistanda “məxməri inqilab”ın 1 ilinin tamamında baş verən olaylar az qala, inqilabın özü qədər şok effekti yaradıb. İlk növbədə də inqilabı edənlər və inqilab müəllifi Nikol Paşinyan üçün.

Söhbət hakimiyyətin iradəsinə rəğmən, məhkəmənin 1 mart 2008-ci il qanlı hadisələrinə görə tutulan eks-prezident Robert Köçəryanın Dağlıq Qarabağdakı separatçı rejimin indiki və keçmiş başçılarının zəmanəti əsasında azadlığa buraxmasından gedir. Bu azmış kimi, ardınca cinayət işi, ümumiyyətlə, dayandırılıb və yekun qərar üçün Konstitusiya Məhkəməsinə yönəldilib.

Faktiki, Paşinyanın başı üzərindən baş verən bu hadisələr işğalçı ölkədə bir il öncəki hakimiyyət dəyişikliyinə rəğmən, məhkəmə-hüquq sistemində keçmiş xunta rejiminin adamlarının hələ də güclü olduğunu ortaya çıxarıb. Təbii ki, prosesdə “Moskva izi” də olmamış deyil. Ən azı, ona görə ki, Robert Köçəryan və onunla birgə saxlanılanlar (onlar da buraxılıb) - keçmiş müdafiə naziri Seyrran Ohanyan, hamısı Moskvaya bağlı və Kremlə sadiq adamlardır.

*****

“Məhkəmənin Köçəryan haqda qərarı və cinayət işinin dayandırılması tərəddüdsüz-filansız, qalmaqallı qərar sayıla bilər. Bu qərarla məhkəmə hakimiyyəti faktiki, əks-inqilaba qoşulub. Hətta iddia eləmək olar ki, bununla köhnə sistemin bərpası işinə yeni nəfəs verilib”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözlər erməni siyasi şərhçi Sərkis Arsruninin 1 in.am saytındakı dünənki məqaləsində yer alıb.

Müəllif yazır: “Belə bir xain çevriliş planının inqilabdan bir il sonra niyə mümkün olması haqda uzun-uzadı danışmaq olar. Aydındır ki, problem ilk baxışda göründüyündən qat-qat dərindədir. Robert Köçəryan və ya onun məhkəməsi, məhkəmə-hüquq islahatları haqda söhbətlər, hətta Nikol Paşinyanın dünənki (srağagünkü - red.) mübahisəli çağırışı problemin yalnız növbəti təzahürləridir. Dərində isə ölkənin, inqilabın altına mina qoyulub, əsl qəsd yetişir. Hansı qəsdin ki, daxili oyunçuları və çox aydın görünən xarici aktyoru var”.

Erməni təhlilçiyə görə, problemin ciddiliyini anlamaq üçün 1999-cu il hadisələrini yada salmaq kifayətdir. O zaman parlamentin gülləbaran edilməsi nəticəsində Moskvaya bağlı Köçəryan və onun rejimi əsas rəqibi olan Karen Dəmirçyandan (spiker) və Vazgen Sərkisyandan (baş nazir) qurtulmuşdu.

“O vaxt müstəsna olaraq, legitim hakimiyyət formalaşdıran Dəmirçyan-Sərkisyan tandeminin irəliləməsi elə həmin daxili aktyorların və həmin xarici mərkəzin iştirakı ilə dayandırıldı. Əlbəttə ki, zəmanə dəyişib və eyni ssenarinin mexaniki təkrarlanmasına ehtiyac yoxdur, ələlxüsus elə bir vaxtda ki, şimalda ən yeni texnologiyaları mənimsəyiblər, hətta qəsd planlarını kreativ əsasda reallaşdıra bilərlər. Bütün bunların əlamətləri artıq ortadadır. Və indi mahiyyət etibarilə konkret hakimiyyətin, hətta inqilabın deyil, Ermənistanın suverenliyinin taleyi həll olunur. Paşinyanın va-bank təşəbbüsü məhz bununla bağlı idi”, - deyə müəllif sonda əlavə edib.

*****

İşğalçı ölkədəki son olaylar Paşinyana təbii ki, yaxşı heç nə, ən yaxşı halda ikihakimiyyətlilik vəd edir. Ən pis halda isə keçmiş “səhra komandiri” və Xocalı hərbi canisi R.Köçəryan və dəstəsi tərəfindən növbəti dəfə sui-qəsd planının işə salınması istisna olunmur - təbii ki, 1999-cu ildəki kimi, Moskvanın rüsxəti ilə.

Ermənistan daxillində son yaşananların bu xüsusda nə ilə bitəcəyi ilə bağlı Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun proqnozu da maraqlıdır.

“Sözsüz ki, gec və ya tez Paşinyan devriləcək. Çünki Ermənistanın siyasi ənənəsi göstərir ki, onlarda normal siyasi proseslər mümkün deyil. Ya orada kimisə güllələyir, ya devirir, ya da döyürlər. İndiki mərhələdə konkret qarşıdurma kəskinləşir və bunun çıxış yollarını tapmaq üçün onlar hərbi ”kart"a əl ata bilərlər", - deyə o ehtimal edib. Zülfüqarova görə, biz məsələnin bu hissəsindən ehtiyatlı olmalıyıq. “Ermənistan tərəfindən hərbi provokasiya real görünür. Biz buna hazır olmalıyıq”, - deyə eks-diplomat xəbərdarlıq edib.

*****

Ancaq istər Ermənistan daxilində Moskvanın əli ilə reallaşan və reallaşacaq qəsd və çevriliş ssenariləri olsun, istərsə də Qarabağ cəbhəsində vəziyyəti qarışdırmaq planı - bütün bunlardan erməni xalqının, onun yeni hakimiyyətinin etibarlı slğortalanması üçün tək yol - İrəvanın Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutması, Moskvanın istəyinə rəğmən, Ermənistanın qonşu Azərbaycan və Türkiyə ilə anlaşmasıdır. Təəssüf ki, indiki erməni hökuməti Qarabağ məsələsinə yanaşmada köhnə iqtidarlardan fərqli yanaşma sərgiləmədi. Erməni xalqını sülhə deyil, qeyri-müəyyənliyə hazırlamaq xətti götürdü.

“Bu günədək erməni cəmiyyətində Qarabağa dair nizamlama ssenarisi ilə bağlı yekdil mövqe yoxdur. Bir qisim deyir ”bir qarış da torpaq verilə bilməz", başqaları isə əksinə, kompromisin vacibliyindən danışır". “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri “Sputnik Armeniya”ya erməni politoloq Manvel Sərkisyan deyib.

“Ermənistanda hüquq və məsuliyyət haqda olduqca yayğın təsəvvür var. Biz hər şeyi şübhə altına qoymağa və gözdən salmağa o qədər adət eləmişik ki, istənilən sağlam fikir biz tərəfdən süngü ucunda qarşılanır və şübhəyə məruz qoyulur”, - deyə Sərkisyan etirafda bulunub.

Ancaq belə xəstə yanaşmanın sonu bir gün gəlməlidir. Əks halda, Ermənistan adlı simvolik dövlətin sonu gələcək - ya Moskvanın əli ilə, ya da onsuz...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nikol Paşinyan istədiyi adamları vəzifəyə təyin edə bilmir - “Jamanak” qəzeti
Dünən, 12:15
Xızıda sürücü polisləri silahla hədələyib
Dünən, 12:14
Məmurar bu ölkəni nə vaxt bölüb qurtaracaqlar?
Dünən, 12:02
BNA-nın manatlıq taksi kabusu... - "Bakının ictimai nəqliyyat sistemində problemlər var"
Dünən, 11:58
Azərbaycan nefti cüzi bahalaşıb
Dünən, 11:52
Elçin Şıxlı İTV-də işə başladı
Dünən, 11:48
“3 günlük məşhurluq mənə lazım deyil”
Dünən, 11:46
“Başqa dildə olan məhsulların Azərbaycanda satılması əhali üçün təhlükəlidir...” - QALMAQAL
Dünən, 11:42
Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı - FOTO
Dünən, 11:32
"Bir həyat yoldaşım olub, iki göz istəyir ona baxsın" - Xalq artisti
Dünən, 11:26
“İsa Qəmbər mənə bildirdi ki, başqa daha yararlı və dəyərli namizədini göstər...”
Dünən, 11:24
Ermənilər Qazax istiqamətində təxribat törətdi - FOTO
Dünən, 11:21
Şamaxıda kütləvi dava: - tərəfləri ayıran kişinin qulağını kəsdilər
Dünən, 11:19
“Hər şeyə ağız büzmək insanlarmız arasında geniş yayılan xəstəlikdir” - Vilayət Quliyev
Dünən, 11:18
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
Dünən, 11:16
“Şərurlu İsfəndiyar”la bağlı qərarın icrasna başlandı - GƏLİŞMƏ
Dünən, 11:15
Bakıda metro yaxınlığında “piyada tələsi” - FOTO
Dünən, 11:08
Qida Təhlükəsizliyi Agentliyinə qarşı İTTİHAMLAR: - “Leş mafiyası”na sertifikat verirlər”
Dünən, 11:06
İran XİN: ABŞ sanksiya siyasətinin uğursuz olduğunu qəbul etməlidir
Dünən, 11:03
UEFA "Qarabağ"ı növbəti dəfə cərmələyib
Dünən, 11:02
Adil Vəliyevin bu şəhid ailəsindən xəbəri varm? - "Hec olmasa övladımı məktəbə göndərə bilim..."
Dünən, 11:01
Dəhşətli qəzada diri-diri yanan gənc İTV-nin sabiq əməkdaşı, Murad Dadaşovun işçisidir
Dünən, 10:48
Güney Azərbaycanda “kəfənli aksiya”: “Qoyma, vətənim satıldı getdi” - VİDEO
Dünən, 10:45
Bakıda 46 yaşlı kişi yoxa çıxdı
Dünən, 10:35
TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib - Türkiyənin energetika naziri
Dünən, 10:34
İMF növbəti illər üçün neftin orta illik qiymətlərinin proqnozlarını açıqlayıb
Dünən, 10:33
Ağdamda 1700 manata satılan MÖHLƏT HÜQUQU... - ŞOK SƏS YAZISI
Dünən, 10:29
DEPUTAT MANDATININ “BAZAR QİYMƏTİ” – 300 min çoxdur, yoxsa az?…
Dünən, 10:23
Dünya bazarlarında neft ucuzlaşıb
Dünən, 10:19
“Aysudan öncə başqa xanıma görə...” - Məşhur meyxanaçının həyat yoldaşı
Dünən, 10:18
"Azərbaycanın Ermənistanla heç bir ticarət əlaqəsi yoxdur və ola da bilməz" - DGK
Dünən, 10:15
Ermənilərin məhsulunu Bakıya gətirən və satan şəbəkə - VİDEO
Dünən, 10:12
"Yüksək səviyyədə görüşləri alqışlayırıq" - Dövlət katibi Qarabağ münaqişəsi haqqında
Dünən, 10:10
Xalq Cəbhəsi adlı siyasi bataqlıq, “qara mələyin” faciəli çöküşü...
Dünən, 10:08
Şəki sakinini incidən kimdir? - "Sahil Babayevdən xahiş edirəm ki..."
Dünən, 10:06
“Bizim həyət” layihəsi çərçivəsində Bakıda daha bir həyət abadlaşdırılıb
Dünən, 10:00
Zaqatalada fındıq oğruları tutuldu
Dünən, 09:50
“İnterpol”un axtardığı “Akula Akif” Bakıda 7 milyon dollar qazandı - İLGİNC
Dünən, 09:46
“Yaxşı aktyorun kaprizi olmalıdır”
Dünən, 09:44
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb
Dünən, 09:42
"Ucar rayon icra hakimiyyətində aqressiv sözlərlə qarşılanıram..." - Şəhid atası kömək üçün müraciət etdi...
Dünən, 09:41
Azərbaycanın strateji obyektləri necə qorunur - Səudiyyə insidentindən çıxarılan nəticə
Dünən, 09:34
Cəbhə xəttində erməni təxribatı davam edir
Dünən, 09:30
Seva yenə getdi
Dünən, 09:27
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
Dünən, 09:24
“Atamı şərlədirlər, iki il yarım həbsdə qaldı” - Əməkdar artist
Dünən, 09:22
“Paşinyan Qərblə Rusiya arasında sıxılmış vəziyyətdədir...” - TƏHLİL
Dünən, 09:16
Fırıldaqçı deputatın fəaliyyəti araşdırılmalıdır - GƏLİŞMƏ
Dünən, 09:09
Bakının “Rus NATO-su”ndakı gizli adamı - İrəvanda təlaş
Dünən, 09:07
"Zövqümü korlamamaq üçün seriallara baxmıram"
Dünən, 09:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru