"Həlimə xanım özünü cəmiyyətimizdə əsl Azərbaycan qadını kimi tanıda bilib" .....                     Putin ölən kimi Krım Ukraynaya veriləcək .....                     "Azərsun" qəsdimizə NECƏ DURUB? .....                     “Bəzən çılpaq qızlar dostluq təklifi göndərir" .....                     Bazar gününün havası .....                     Gürcüstanda azərbaycanlı hamilə qadın ölüb, .....                     "Düşmən bizi təxribata çəkir ki, Qarabağı güc yolu ilə işğaldan azad edək" .....                     "İranın nüvə sazişindən ABŞ-ın çıxması nüvə silahlarının yayılmaması rejiminə təsir edir" .....                     Keçmiş nazir mülk davasına başladı .....                     Bu ölkənin müdafiə nazirinin son hərəkətləri Ermənistanın təcavüzkar siyasətini növbəti dəfə təsdiq edir .....                     “Ən azı 20 il həbs cəzası gözləyir, ömürlük həbs də istisna deyil” .....                     "S-300" və "S-400" zenit raket sistemlərinin yaradıcısı İqor Aşurbəyli: .....                     Gəncədə oğurluq edən gənclər ələ keçdi .....                     Tərtərdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi .....                     Yasamalda 100 otaqlı obyekt 2 milyona satılır .....                     PA-da vəzifə verilən başçı müavininin yerinə TƏYİNAT .....                     Putin və Ərdoğan Düşənbədə sammitdən əvvəl "ayaqüstü" söhbət ediblər .....                     Əbülfəz Elçibəyin həyat yoldaşı .....                     DİN-in təmsilçisi Avropa çempionu oldu .....                     Beyləqanda daha bir ÖZBAŞINALIQ .....                     Müstəqil sosial müdafiə sisteminin qurucusu .....                     Mingəçevir sakini ”Ata Bank”dan şikayətçidir .....                     Başçının milyonları var, vətəndaş isə yaşamaq uğrunda savaşır... .....                     Azərbaycan bu ilin ilk 5 ayında neft məhsullarının ixracından .....                     Həbsdə olan baş redaktor apellyasiya şikayəti verib .....                     “Gələn həftə işlər yekunlaşacaq və konkret qərar qəbul etmək mümkün olacaq” .....                     Azərbaycan səhiyyəsində növbəti qalmaqal .....                     Nuh peyğəmbərin Xınalıqda yaşayan azərbaycanlı "nəvələri" kömək istəyir .....                     "Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunduqdan sonra bu proses dayandırıldı" .....                     Qanunları pozmaqda davam edən "Unibank"ın yalanı: .....                     Avtovağzalda 1 manat pul, 1 qəbz, onlarla gözlədilən insan: .....                     Elmi ekspedisiyalarda iştirak edən sürücülərlə bağlı .....                     Azərbaycanın təbii qaz ixracından gəlirləri 75% artıb .....                     Azərbaycan xam neft ixracını 19% artırıb .....                     Nazir Rüstəm Usubovun kürəkəninə yüksək vəzifə verdi .....                     Birinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə .....                     Tovuzda sevgilisini yandıran şəxsin cinayət işi məhkəməyə göndərilib .....                     Alisher özü mahnı yazdı, özü də oxudu... .....                     Göyçayda toyda dava düşüb, .....                     Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb .....                 

Bakı üçün yeni Qarabağ fürsəti... - GƏLİŞMƏ
Tarix: 21-05-2019, 09:04 | Çap et
Bakı üçün yeni Qarabağ fürsəti...
Ermənistanın sabiq prezidenti, Xocalı hərbi canisi Robert Köçəryanın ikinci dəfə həbsdən azadlığa, daha dəqiqi, zaminə buraxılması ilə düşmən ölkədə vəziyyət qarışıb. Nə qədər qəribə olsa da baş nazir Nikol Paşinyan bu dəfə ölkənin rəhbəri qismində xalqa müraciət edərək, kütləni etirazlara, məhkəmələrin işini tormozlamağa, hətta “ikinci inqilab”a çağırıb.

Paşinyanın hədəfi indi də Köçəryanın prokuror vəsatəti əsasında təzədən həbsə qaytarmaqdır. Çünki həm də Kremlin və Putinin sadiq adamı olan eks-prezidentin azadlıqda olması indiki hakimiyyətə real təhlükə deməkdir. Ən azından, Qarabağ klanının siyasi revanş üçün təzədən toparlanma şansı deməkdir. Çünki Köçəryan Qarabağ klanının əsas fiquru sayılır - istər mənəvi, istərsə də maddi planda.

Köçəryanın üçüncü dəfə həbsinin mümkün olub-olmayacağı hələlik dəqiq deyil. Dəqiq olan odur ki, inqilabdan keçən 1 ildə Paşinyan məhkəmə-hüquq sistemində də ciddi islahat aparıb onu müstəqil edə, ən azından Qarabağ klanının təsirindən qurtara bilməyib. Fakt budur ki, Paşinyanın iradəsinə rəğmən, Köçəryanı Ermənistanda 1 mart 2008-ci il qətliamına görə həbsdə saxlamağa qadir cəsarətli hakim tapılmır.

Ancaq bunun məsuliyyəti yenə Paşinyanın üzərinə gəlir. Demək, hakimiyyət dayaqları 1 ildə elə də güclənməyib. Əksinə, belə görünür, inqilabçı baş nazir ətrafında halqa daralıb. Hər halda, təhlilçilər Köçəryanın həbsdən çıxmasını keçən bir ildə Paşinyana ən böyük zərbə və onun ilk ciddi məğlubiyyəti hesab edirlər.

Bu da diqqətçəkicidir ki, eks-prezident məhz Dağlıq Qarabağdakı separatçı rejimin indiki və keçmiş başçıları - bilavasitə Moskvaya bağlı olan Bako Saakyan və Arkadi Qukasyanın zəmanəti əsasında azadlığa çıxıb. Yəni Ermənistanın özündə Köçəryana, faktiki, “yiyə duran” olmayıb. Sadəcə, ürəkli hakim tapılmayıb. Paşinyan isə əmin idi ki, Köçəryan zindanda qalacaq. Hətta Şuşanın işğalının ildönümü ilə bağlı Qarabağda olarkən Saakyan və Qukasyanın zəmanət məktubuna sərt reaksiya vermiş, onlara “öz işləri ilə məşğul olmağı” məsləhət görmüşdü. Ancaq Qarabağ klanı güc gəldi...

*****

“Bəs necə ola bilər ki, Köçəryana ikinci dəfə azadlığa çıxmaq müyəssər olur? Hakimiyyət təmsilçilərinə inqilab nəticəsində məhkəmə hakimiyyətinin müstəqil olduğunu söyləmək sərf edir. Ancaq hətta belədirsə də, o zaman inqilab nəinki dövlət sistemini, həm də və ilk növbədə məhkəmələrin keyfiyyətini və fəlsəfəsini dəyişə bilməyib”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə 1in.am portalında erməni siyasi şərhçi Sərkis Arsruninin məqaləsində deyilir.

Müəllif yazır: “Aydındır ki, məhkəmələrin müstəqilliyi haqda söhbətlər boş şeydir. Hər halda, iş başında eyni hakimlərdir - hansılar ki, 1 il öncəyə kimi bütün qərarları cinayətkar-oliqarxik sistemin sifarişləri əsasında verirdilər. Bu gün heç nə dəyişməyib. Əgər Paşinyan hakimlərə göstəriş vermirsə, bu, heç də o demək deyil ki, onlar müstəqildir. Bizim hakimlər instinktiv olaraq qüvvələr nisbətini hiss edir və siyasi konyunkturadan çıxış edərək, qərar çıxarırlar. Əgər Köçəryan azadlığa çıxıbsa, bu, onu göstərir ki, hətta inqilabın qələbəsindən keçən 1 ildə də məhkəmə hakimiyyəti ölkədə yeni hakimiyyətin varlığını hiss eləmir, üstəlik, köhnə sistemin restavrasiya riskinin aradan qalxdığını düşünmür”.

Bu mənada müəllif hesab edir ki, məhkəmə hüquqa əsla dəxli olmayan siyasi qərar çıxarıb: “Bu, Köçəryanın azadlığa çıxması haqda olmaqdan daha çox, Nikol Paşinyan hakimiyyətinin yoxluğu haqda qərardır. Bu reallığı hakimiyyət ciddiyə almasa, o zaman ölkədə fors-major situasiyalar tezliklə qanunauyğun şəkil alacaq - özünün bütün nəticələri ilə birgə. Şübhəsiz, Köçəryan öz azadlığını özünün ”məğubedilməzliyi", Paşinyan hakimiyyətinin isə “yoxluğu”nun təzahürü kimi təqdim edəcək".

Belə fikir də var ki, həbsdən çıxan Köçəryan Moskvanın təlimatı ilə “Qarabağ klanı”nı yenidən öz ətrafında sıx birləşdirib Paşinyana qarşı hərəkətə keçəcək. Söhbət əks-inqilab hazırlığından gedir. Lakin bu yöndə Qarabağ klanına ən böyük maneə Paşinyanın hələ ki cəmiyyətdə yüksək olan reytinqidir. Qalır hərbi çevriliş variantı...

*****

Bu arada “Freedom House”un xüsusi tədqiqatlar üzrə direktoru Neyt Şenken özünün twitter hesabında Ermənistandakı son olaylarla bağlı maraqlı status yazıb və Paşinyanı populist adlandırıb. “Yeni Müsavat” həmin statusu təqdim edir: “Post-inqilab Ermənistanı üçün təhlükə həmişə ondan ibarət idi ki, ölkəni sürətli şəkildə və ya davamlı olaraq transformasiya edə bilməyın Paşinyan populizmdən yapışacaq, hansı populizm ki, onu hakimiyyətə gətirib. Budur, artıq gəlib çatmışıq”.

Öz növbəsində politoloq Elxan Şahinoğlu hesab edir ki, Köçəryanın azadlığa çıxması ən əvvəl Qarabağ klanının gücünün göstəricisidir: “Ermənistanda bircə hakim tapılmadı ki, Köçəryanın həbs müddətini uzatsın. Çünki hakimlər Köçəryan və onun arxasındakı güclərin hazırki baş nazir Paşinyandan güclü olduğunu düşünür. Həmin hakim özünün və ailəsinin gələcəyini təhlükə altına atmamaq üçün belə qərar çıxarıb. Bu cür yalnız Köçəryanı həbsdən azad edən hakim düşünmür”.

Analitik ikinci səbəb kimi Rusiya amilinin Ermənistanda və Dağlıq Qarabağda gücünü göstərib: “Köçəryanın həbsi onun dostu - Rusiya prezidenti Vladimir Putini narahat edirdi. Putin bir neçə dəfə Paşinyana mesaj göndərmişdi ki, dostumu azad et. Paşinyan hər dəfə bunu qulaqardına vururdu. Ancaq məhkəmə qulaqardına vurmadı, Paşinyanın yox, Rusiyanın maraqlarını nəzərə aldı. Köçəryanın azad edilməsi həm də Putinin Paşinyan üzərində qələbəsidir. Üçüncüsü, Köçəryanın həbsdən çıxması Ermənistanda Paşinyanla Köçəryan arasındakı mübarizənin yeni və gərgin mərhələyə qədəm qoyacağını göstərir. Köçəryan ətrafında anti-Paşinyan qüvvələrini cəmləşdirəcək. Köçəryan iki gücün - Moskvanın və Xankəndindəki separatçıların dəstəyinə arxayındır”.

Politoloq onu da xatırladır ki, Rusiyanın İrəvandakı hərbi bazasındakı generalların və kəşfiyyat xidmətinin Ermənistan ordusundakı dostları az deyil: “Paşinyan cəmi 1 ildir hakimiyyətdədir və bu müddətdə orduda təmizlik işi apara bilməyib. Ona görə də ordudakı generallar da bir gün ona qarşı çıxa bilərlər”.

E.Şahinoğlunun fikrincə, Ermənistandakı son hadisələr Azərbaycanda 1990-cı illərin hadisələrini xatırladır: “O zaman erməni separatçıları Rusiyadakı havadarlarının dəstəyi ilə Azərbaycandakı siyasi xaosdan və hakimiyyət boşluğundan istifadə edərək torpaqlarımızı işğal etdilər. İndi biz də Ermənistandakı və Dağlıq Qarabağdakı hadisələri diqqətlə izləyib yaranan fürsətdən istifadə etməyə çalışmalıyıq”.

*****

Yeri gəlmişkən, İrəvanda qarışıqlığın başlaması ilə Azərbaycan ordusunun növbəti genişmiqyaslı hərbi təlimləri üst-üstə düşür. Nə bilmək olar, bəlkə elə işğalçı ölkədəki proseslər torpaqlarımızın güc yolu ilə azadlığına bir vəsilə, tarixi fürsət olacaq? Axı politoloqun da qeyd elədiyi kimi, ərazilərimiz məhz Azərbaycandakı siyasi qarışıqlıq zamanı düşmənin nəzarətinə keçib. Niyə də eyni şəkildə şansdan yararlanıb torpaqlarımızı geri almayaq? Təcavüzkar ölkədəki gərginlik Azərbaycan ordusunun yeni və uğurlu blits-hərbi əməliyyatları üçün unikal şans yarada bilər...

P.S. Qəzet çapa gedərkən Ermənistanda gərginlik davam edirdi.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Həlimə xanım özünü cəmiyyətimizdə əsl Azərbaycan qadını kimi tanıda bilib" - YAP-çı deputat
Dünən, 13:24
Putin ölən kimi Krım Ukraynaya veriləcək - Andrey Piontkovski
Dünən, 13:16
"Azərsun" qəsdimizə NECƏ DURUB? - İTTİHAM
Dünən, 13:11
“Bəzən çılpaq qızlar dostluq təklifi göndərir" - Azər Həsrət
Dünən, 13:05
Bazar gününün havası BELƏ OLACAQ
Dünən, 13:04
Gürcüstanda azərbaycanlı hamilə qadın ölüb, yaxınları həkimləri günahlandırır
Dünən, 12:59
"Düşmən bizi təxribata çəkir ki, Qarabağı güc yolu ilə işğaldan azad edək" - Şair Ramaldanov
Dünən, 12:57
"İranın nüvə sazişindən ABŞ-ın çıxması nüvə silahlarının yayılmaması rejiminə təsir edir" - Vladimir Putin
Dünən, 12:51
Keçmiş nazir mülk davasına başladı - Şirkəti məhkəməyə verdi
Dünən, 12:50
Rəşad Dağlının qızı Arzu Əliyeva ilə - FOTO
Dünən, 12:45
"Məni tutdurmaga qüdrətin çatmaz" - QALMAQAL
Dünən, 12:43
Bu ölkənin müdafiə nazirinin son hərəkətləri Ermənistanın təcavüzkar siyasətini növbəti dəfə təsdiq edir - Azərbaycan XİN
Dünən, 12:38
“Ən azı 20 il həbs cəzası gözləyir, ömürlük həbs də istisna deyil” - Vəkil
Dünən, 12:36
"S-300" və "S-400" zenit raket sistemlərinin yaradıcısı İqor Aşurbəyli: - "Qarabağ bizimdir, Azərbaycanındır"
Dünən, 12:34
Gəncədə oğurluq edən gənclər ələ keçdi - FOTO
Dünən, 12:28
Tərtərdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi - FOTO
Dünən, 12:23
Yasamalda 100 otaqlı obyekt 2 milyona satılır
Dünən, 12:15
PA-da vəzifə verilən başçı müavininin yerinə TƏYİNAT
Dünən, 12:09
Putin və Ərdoğan Düşənbədə sammitdən əvvəl "ayaqüstü" söhbət ediblər
Dünən, 12:07
Əbülfəz Elçibəyin həyat yoldaşı dəfn edilib
Dünən, 12:06
DİN-in təmsilçisi Avropa çempionu oldu - FOTO
Dünən, 12:03
Beyləqanda daha bir ÖZBAŞINALIQ - Taleyi qara yazılan vətəndaşımızın bəxti hələ də gətirmir...
Dünən, 12:02
Müstəqil sosial müdafiə sisteminin qurucusu - TƏHLİL
Dünən, 11:57
Mingəçevir sakini ”Ata Bank”dan şikayətçidir - kompensasiyasını ala bilmir
Dünən, 11:55
Başçının milyonları var, vətəndaş isə yaşamaq uğrunda savaşır... - GİLEY
Dünən, 11:54
Azərbaycan bu ilin ilk 5 ayında neft məhsullarının ixracından 220 mln. dollar gəlir əldə edib
Dünən, 11:51
AzTV "Palitra ART" verilişi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib - "...aparıcıya haqsızlıq edilməsi həqiqətəuyğun deyil"
Dünən, 11:48
Həbsdə olan baş redaktor apellyasiya şikayəti verib
Dünən, 11:46
“Gələn həftə işlər yekunlaşacaq və konkret qərar qəbul etmək mümkün olacaq” - Sabiq baş nazir
Dünən, 11:45
"8 ildir AzTV-də çalışıram" - QALMAQAL
Dünən, 11:42
Azərbaycan səhiyyəsində növbəti qalmaqal - Xəstə əməliyyat zamanı hepatitə yoluxub
Dünən, 11:32
Nuh peyğəmbərin Xınalıqda yaşayan azərbaycanlı "nəvələri" kömək istəyir - Müraciət
Dünən, 11:26
"Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunduqdan sonra bu proses dayandırıldı" - İndi isə...
Dünən, 11:21
Qanunları pozmaqda davam edən "Unibank"ın yalanı: - “Bu müştərilərin adlarının siyahıya düşməməyi...”
Dünən, 11:19
Avtovağzalda 1 manat pul, 1 qəbz, onlarla gözlədilən insan: - “Giriş niyə pullu olmalıdır?”
Dünən, 11:17
Elmi ekspedisiyalarda iştirak edən sürücülərlə bağlı YENİ TƏLƏBLƏR
Dünən, 11:15
Azərbaycanın təbii qaz ixracından gəlirləri 75% artıb
Dünən, 11:14
Azərbaycan həqiqətləri ABŞ-ın ən nüfuzlu radio proqramında yayımlanıb
Dünən, 11:13
Azərbaycan xam neft ixracını 19% artırıb
Dünən, 11:00
Nazir Rüstəm Usubovun kürəkəninə yüksək vəzifə verdi
Dünən, 10:59
Birinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib
Dünən, 10:58
Tovuzda sevgilisini yandıran şəxsin cinayət işi məhkəməyə göndərilib
Dünən, 10:57
Alisher özü mahnı yazdı, özü də oxudu...
Dünən, 10:56
Göyçayda toyda dava düşüb, bıçaqlanan var
Dünən, 10:54
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb
Dünən, 10:53
Abşeron rayon məktəblərində “Son Zəng” günü belə qeyd edildi
Dünən, 10:53
"MTN işi"ndəki zərərçəkən şəxsə cinayət işi başlanıb
Dünən, 10:45
Proporsional seçki sisteminin bərpası mümkünmü?
Dünən, 10:44
Ramil Şeydayev İçəri Şəhərdə uşaqlarla futbol oynayıb - VİDEO
Dünən, 10:41
Sumqayıtda mənzildən 47 yaşlı kişi meyiti tapılıb
Dünən, 10:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru