Prezident İlham Əliyev Mixail Qusmanı .....                     Ermənistan parlamentində dava düşdü .....                     Balakən rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? .....                     Mikayıl Cabbarov karyera qurmağa başlayan gənclərə dəvət ünvanlayıb .....                     "Viski" əməliyyatının tələbə qurbanı barədə .....                     Azərbaycanın 30 aylıq idxalı ödəyəcək qədər valyuta ehtiyatları mövcuddur .....                     İmişlidəki qəbiristanlıqda dəfn edilən naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşib .....                     Səhər bəzi yerlərdə zəif duman olacaq .....                     Milli Məclisə seçkilərlə əlaqədar 18 nəfər deputatlığa .....                     Bankların yarımçıq missiyası: Real sektorun kreditləşməsi niyə artmır? .....                     Qazaxıstan çekistləri beynəlxalq mafiyanın azərbaycanlı “bankirini” yaxaladı .....                     Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı .....                     Azərbaycanda üç övladı ilə itkin düşən qadının qardaşı danışdı: .....                     Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: .....                     Kəmaləddin Qafarov rəqibinə qarş SAVAŞ AÇIB... .....                     "Onlar heç bir halda cəza təhdidindən xilas ola bilməyəcəklər" .....                     ADP-nin deputatlığa namizədləri Şəhidlər xiyabanını ziyarət etdilər .....                     İrəvanla danışıqları davam etdirməyin mənası varmı? .....                     Rasim Musabəyov Nərimanovda boykot olunur .....                     "Hamama kişi salmısan" deyərək qadını döydülər .....                     MSK DSK-ların qərarlarından şikayətlər əsasında .....                     Fazil Mustafa seçicilərinə 5 manat pul və siqaret payladı .....                     Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb .....                     Bakıda 45 yaşlı kişi dəm qazından boğulub .....                     Bakıda qızlar ərəbləri qarət etdi .....                     Nazim İsmayılovun SEÇKİ ÖZBAŞINALIĞI... .....                     Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub .....                     Fərhad Əhmədovun keçmiş arvadı bu dəfə oğlu Teymuru məhkəməyə verdi .....                     Əbülfəs Qarayevin də yola salınacağı deyilir... .....                     Bakıda cins it oğurlanıb .....                     Saleh Məmmədov yollara ayrılan pulları belə xərcləyir... .....                     Vüqar Bayramovun daha bir qlobal .....                     Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb .....                     Naqif Həmzəyev seçiciləri ilə görüş keçirib .....                     Sumqayıtda bıçaqlanma olub .....                     Bağlanmış bankın sədri “Azərbaycan Kredit Bürosu”nun rəhbərliyinə gətirilib .....                     Şirvanda dəmiryolundan oğurluq edən şəxs saxlanılıb .....                     Restoran sahibindən heyvanlara qarşı amansız hərəkət .....                     Fitch Ratings Azərbaycanın bağlı növbəti hesabatı təqdim edib .....                     XİN şefində bu sərvət hardandır? .....                 

Güclü şimşək Zaqatalada evi, Şəkidə ağacı yandırıb
Tarix: 21-05-2019, 08:34 | Çap et
Güclü şimşək Zaqatalada evi, Şəkidə ağacı yandırıb
Zaqatalada fərdi yaşayış evini, Şəkidə isə irigövdəli ağacı ildırım vurub.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, mayın 20-də axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb.

Bölgədə fasilələrlə qısamüddətli leysan yağışı yağıb, bəzi ərazilərə dolu düşüb. Gecə saat 01:40 radələrində Zaqatala rayonunun Dardoqqaz kəndində kənd sakini Qurban Mehdiyevə məxsus, ümumi sahəsi 154 kv/m olan fərdi yaşayış evini ildrım vurub. İldrım vurması nəticəsində evdə baş verən yanğın FHN-in Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının köməkliyi ilə dərhal söndürülüb. Yanğın nəticəsində evin dam örtüyü 10 kv/m sahədə yanıb.

Qax rayon İcra Hakimiyyətindən ONA-ya verilən məlumata görə, gecə saatlarında rayonda qısamüddətli leysan yağışları olsa da, sel təhlükəsi yaranmayıb. Rayonun İlisu kəndinə qısamüddətli dolu yağıb.

Gecə saatlarında Şəkiyə yağan leysan yağışları nəticəsində şəhər ərazisinin müxtəlif hissələrində ümumilikdə 4 fərdi yaşayış evinin həyətyanı sahəsinə yağış suları dolub, iki minik avtomobili isə yağış suları altında qalıb. Rayonun Aşağı Küngüt kəndində isə gecə saatlarında hündürlüyü 10 metr, diametri 3 metr olan irigövdəli ağacı ildrım vurub. Ağacın tam yanmasının qarşısı FHN-in Şəki rayon DYMH-nin əməkdaşları tərəfindən dərhal alınıb.