"Həlimə xanım özünü cəmiyyətimizdə əsl Azərbaycan qadını kimi tanıda bilib" .....                     Putin ölən kimi Krım Ukraynaya veriləcək .....                     "Azərsun" qəsdimizə NECƏ DURUB? .....                     “Bəzən çılpaq qızlar dostluq təklifi göndərir" .....                     Bazar gününün havası .....                     Gürcüstanda azərbaycanlı hamilə qadın ölüb, .....                     "Düşmən bizi təxribata çəkir ki, Qarabağı güc yolu ilə işğaldan azad edək" .....                     "İranın nüvə sazişindən ABŞ-ın çıxması nüvə silahlarının yayılmaması rejiminə təsir edir" .....                     Keçmiş nazir mülk davasına başladı .....                     Bu ölkənin müdafiə nazirinin son hərəkətləri Ermənistanın təcavüzkar siyasətini növbəti dəfə təsdiq edir .....                     “Ən azı 20 il həbs cəzası gözləyir, ömürlük həbs də istisna deyil” .....                     "S-300" və "S-400" zenit raket sistemlərinin yaradıcısı İqor Aşurbəyli: .....                     Gəncədə oğurluq edən gənclər ələ keçdi .....                     Tərtərdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi .....                     Yasamalda 100 otaqlı obyekt 2 milyona satılır .....                     PA-da vəzifə verilən başçı müavininin yerinə TƏYİNAT .....                     Putin və Ərdoğan Düşənbədə sammitdən əvvəl "ayaqüstü" söhbət ediblər .....                     Əbülfəz Elçibəyin həyat yoldaşı .....                     DİN-in təmsilçisi Avropa çempionu oldu .....                     Beyləqanda daha bir ÖZBAŞINALIQ .....                     Müstəqil sosial müdafiə sisteminin qurucusu .....                     Mingəçevir sakini ”Ata Bank”dan şikayətçidir .....                     Başçının milyonları var, vətəndaş isə yaşamaq uğrunda savaşır... .....                     Azərbaycan bu ilin ilk 5 ayında neft məhsullarının ixracından .....                     Həbsdə olan baş redaktor apellyasiya şikayəti verib .....                     “Gələn həftə işlər yekunlaşacaq və konkret qərar qəbul etmək mümkün olacaq” .....                     Azərbaycan səhiyyəsində növbəti qalmaqal .....                     Nuh peyğəmbərin Xınalıqda yaşayan azərbaycanlı "nəvələri" kömək istəyir .....                     "Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunduqdan sonra bu proses dayandırıldı" .....                     Qanunları pozmaqda davam edən "Unibank"ın yalanı: .....                     Avtovağzalda 1 manat pul, 1 qəbz, onlarla gözlədilən insan: .....                     Elmi ekspedisiyalarda iştirak edən sürücülərlə bağlı .....                     Azərbaycanın təbii qaz ixracından gəlirləri 75% artıb .....                     Azərbaycan xam neft ixracını 19% artırıb .....                     Nazir Rüstəm Usubovun kürəkəninə yüksək vəzifə verdi .....                     Birinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə .....                     Tovuzda sevgilisini yandıran şəxsin cinayət işi məhkəməyə göndərilib .....                     Alisher özü mahnı yazdı, özü də oxudu... .....                     Göyçayda toyda dava düşüb, .....                     Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb .....                 

“Sovetski”nin bitməyən kompensasiya davası - GƏLİŞMƏ
Tarix: 21-05-2019, 08:30 | Çap et
“Sovetski”nin bitməyən kompensasiya davası
Bakının “Sovetski” kimi tanınan məhəlləsində yenidən sakinlər narazılıq edirlər. Uzun müddətdir söküntü prosesinin davam etdiyi məhəllədə, yenə də ənənəvi kompensasiya problemi yaşanır. Sakinlər bildirirlər ki, onlara verilən kompesasiyanın miqdarı çox aşağıdır. Rəsmilər isə belə düşünmürlər.

Mayın 18-də Bakıda ərazidə yerləşən evlərin sakinləri aksiya keçirməyə cəhd göstəriblər. Sakinlər evlərin sökülməsinə görə onlara verilən kompensasiyasının məbləğindən narazıdırlar.

Onlar Yasamal Rayon İcra Hakimiyyətinin başçısının gəlməsini tələb ediblər və vurğulayıblar ki, evlərin 1 kvadratmetrinə görə 1500 manat kompensasiya azdır: “Biz Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qəbulunda da olmuşuq. Lakin müraciətimizə baxmırlar. Evlərimiz balacadır. 1 kvadratmetrinə görə 1500 manat çox azdır. Demək olar ki, heç nədir. 30 min manat pulla biz nə ala bilərik? Kimə müraciət edirik, deyirlər dövlət əhəmiyyətli yerdir, çox pul verə bilmirik” - deyə, narazı sakinlər bildiriblər.

Əraziyə polis əməkdaşları cəlb edilib və aksiya keçirənlər sakitləşdirilib.

“Sovetski” sakini Rəsul Əmirov “Yeni Müsavat”a bildirib ki, illərdir ərazidə söküntü işləri gedir. O söyləyib ki, toz əlindən ərazidə qala bilmirlər, kompensasiya az olduğu üçün isə köçmək istəmirlər: “Burada 2014-cü ildən söküntü işləri gedir. Hər il elan edirlər ki, söküntünün filan mərhələsi başladı. Ancaq illər dəyişsə də, verilən kompensasiyanın miqdarı yerində qalıb. Nəzərə almırlar ki, bu illər ərzində tikinti materialları bahalaşıb. Bu gün Qaradağ daşının qiyməti 50 qəpiyə yaxındır. İllər öncə daşın qiyməti heç 40 qəpik deyildi. Eləcə də bu gün sement 7 manatdır. Əvvəllər 5 manat 50 qəpik idi. Taxta iki dəfə bahalaşıb. Dəmir də bahadır. Bəs, bu qədər bahalıqla şəhərin mərkəzində olan evin kvadratına nə üçün 1500 manat verilir? Narazılıq edənlər evlərinin kvadratı az olanlardır. Çünki məsələn, 20 kvadrat evi olan adama bu pul sərf eləmirsə, 100 kvadrat evi olana sərf edir. Ona görə də xahiş edirik ki, kompensasiya məsələsinə yenidən baxılsın və camaatı çətin duruma salmasınlar. Onsuz da bu ərazini illərdir ki, çəpərləyiblər. Camaat sanki türmədə yaşayır. Bir yandan toz, digər yandan də səs-küy... Xəstəsi olan ailələrin çoxu kirayə mənzillərə çıxıb. Çünki artıq ərazidə yaşamaq mümkün deyil. Səhər evi təmizləyirlər, axşam tozun içərisində olur. Bütün günü tikintidən toz qalxır. Camaatın da narazılığı bundandır”.

Məlumat üçün qeyd edək ki, “Sovetski” deyilən ərazisinin sökülməsinə 2014-cü ildə başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektləri sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb və sökülüb. “Sovetski” ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb.

2018-ci ildə “Sovetski”də söküntünün ikinci dalğası başlayıb. İkinci mərhələdə isə 1920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə etdiyi qeyd olunur. “Sovetski”də birinci mərhələdə 40 hektar ərazi boşaldılıb. 6 hektar ərazidə 7,1 kilometr uzunluğunda asfalt-beton örtüyünün sahəsi 87,6 min kvadratmetr təşkil edən Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması başa çatdırılıb. Sökülən evlərə görə sakinlərə hər kvadrata 1500 manat olmaqla kompensasiya ödənilib.

Qeyd edək ki, hər iki mərhələdə kompensasiyanın məbləği ilə razılaşmayan ailələr də olub. Onlar müxtəlif dövrlərdə aksiyalar da keçiriblər. Bununla bağlı bir sıra şikayətlər, hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib. Sakinlər ən azı hər kvadrat üçün 2 min manat istəyirlər.

Bu ilin mart ayında ONA-nın sorğusuna əsasən Nazirlər Kabineti məlumat yaydı ki, verilən kompensasiya məbləğində hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb:

“Nazirlər Kabinetinin 2018-ci il fəaliyyəti haqqında hesabatda bildirilib ki, Bakı şəhərinin Yasamal rayonu - Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələri arasındakı ərazidə 800 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün satın alınır”.

Müstəqil qiymətləndirmə ekspertlərinin rəyinə əsasən, əlavələr də nəzərə alınmaqla mənzilin əsas və köməkçi sahələrinin hər kvadratmetri üçün son hədd 1500 manat, digər sahələr üzrə isə bir kvadratmetr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300-1200 manat arasında qiymət təklif edilir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun həyata keçirilir", - hesabatda qeyd olunub.

Onu da qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov demişdi ki, “Sovetski” ərazisinin yenidən qurulması ilə bağlı xüsusi plan hazırlanır. Bu planın nədən ibarət olması isə hələ ki məlum deyil...





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Həlimə xanım özünü cəmiyyətimizdə əsl Azərbaycan qadını kimi tanıda bilib" - YAP-çı deputat
Dünən, 13:24
Putin ölən kimi Krım Ukraynaya veriləcək - Andrey Piontkovski
Dünən, 13:16
"Azərsun" qəsdimizə NECƏ DURUB? - İTTİHAM
Dünən, 13:11
“Bəzən çılpaq qızlar dostluq təklifi göndərir" - Azər Həsrət
Dünən, 13:05
Bazar gününün havası BELƏ OLACAQ
Dünən, 13:04
Gürcüstanda azərbaycanlı hamilə qadın ölüb, yaxınları həkimləri günahlandırır
Dünən, 12:59
"Düşmən bizi təxribata çəkir ki, Qarabağı güc yolu ilə işğaldan azad edək" - Şair Ramaldanov
Dünən, 12:57
"İranın nüvə sazişindən ABŞ-ın çıxması nüvə silahlarının yayılmaması rejiminə təsir edir" - Vladimir Putin
Dünən, 12:51
Keçmiş nazir mülk davasına başladı - Şirkəti məhkəməyə verdi
Dünən, 12:50
Rəşad Dağlının qızı Arzu Əliyeva ilə - FOTO
Dünən, 12:45
"Məni tutdurmaga qüdrətin çatmaz" - QALMAQAL
Dünən, 12:43
Bu ölkənin müdafiə nazirinin son hərəkətləri Ermənistanın təcavüzkar siyasətini növbəti dəfə təsdiq edir - Azərbaycan XİN
Dünən, 12:38
“Ən azı 20 il həbs cəzası gözləyir, ömürlük həbs də istisna deyil” - Vəkil
Dünən, 12:36
"S-300" və "S-400" zenit raket sistemlərinin yaradıcısı İqor Aşurbəyli: - "Qarabağ bizimdir, Azərbaycanındır"
Dünən, 12:34
Gəncədə oğurluq edən gənclər ələ keçdi - FOTO
Dünən, 12:28
Tərtərdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi - FOTO
Dünən, 12:23
Yasamalda 100 otaqlı obyekt 2 milyona satılır
Dünən, 12:15
PA-da vəzifə verilən başçı müavininin yerinə TƏYİNAT
Dünən, 12:09
Putin və Ərdoğan Düşənbədə sammitdən əvvəl "ayaqüstü" söhbət ediblər
Dünən, 12:07
Əbülfəz Elçibəyin həyat yoldaşı dəfn edilib
Dünən, 12:06
DİN-in təmsilçisi Avropa çempionu oldu - FOTO
Dünən, 12:03
Beyləqanda daha bir ÖZBAŞINALIQ - Taleyi qara yazılan vətəndaşımızın bəxti hələ də gətirmir...
Dünən, 12:02
Müstəqil sosial müdafiə sisteminin qurucusu - TƏHLİL
Dünən, 11:57
Mingəçevir sakini ”Ata Bank”dan şikayətçidir - kompensasiyasını ala bilmir
Dünən, 11:55
Başçının milyonları var, vətəndaş isə yaşamaq uğrunda savaşır... - GİLEY
Dünən, 11:54
Azərbaycan bu ilin ilk 5 ayında neft məhsullarının ixracından 220 mln. dollar gəlir əldə edib
Dünən, 11:51
AzTV "Palitra ART" verilişi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib - "...aparıcıya haqsızlıq edilməsi həqiqətəuyğun deyil"
Dünən, 11:48
Həbsdə olan baş redaktor apellyasiya şikayəti verib
Dünən, 11:46
“Gələn həftə işlər yekunlaşacaq və konkret qərar qəbul etmək mümkün olacaq” - Sabiq baş nazir
Dünən, 11:45
"8 ildir AzTV-də çalışıram" - QALMAQAL
Dünən, 11:42
Azərbaycan səhiyyəsində növbəti qalmaqal - Xəstə əməliyyat zamanı hepatitə yoluxub
Dünən, 11:32
Nuh peyğəmbərin Xınalıqda yaşayan azərbaycanlı "nəvələri" kömək istəyir - Müraciət
Dünən, 11:26
"Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunduqdan sonra bu proses dayandırıldı" - İndi isə...
Dünən, 11:21
Qanunları pozmaqda davam edən "Unibank"ın yalanı: - “Bu müştərilərin adlarının siyahıya düşməməyi...”
Dünən, 11:19
Avtovağzalda 1 manat pul, 1 qəbz, onlarla gözlədilən insan: - “Giriş niyə pullu olmalıdır?”
Dünən, 11:17
Elmi ekspedisiyalarda iştirak edən sürücülərlə bağlı YENİ TƏLƏBLƏR
Dünən, 11:15
Azərbaycanın təbii qaz ixracından gəlirləri 75% artıb
Dünən, 11:14
Azərbaycan həqiqətləri ABŞ-ın ən nüfuzlu radio proqramında yayımlanıb
Dünən, 11:13
Azərbaycan xam neft ixracını 19% artırıb
Dünən, 11:00
Nazir Rüstəm Usubovun kürəkəninə yüksək vəzifə verdi
Dünən, 10:59
Birinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib
Dünən, 10:58
Tovuzda sevgilisini yandıran şəxsin cinayət işi məhkəməyə göndərilib
Dünən, 10:57
Alisher özü mahnı yazdı, özü də oxudu...
Dünən, 10:56
Göyçayda toyda dava düşüb, bıçaqlanan var
Dünən, 10:54
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb
Dünən, 10:53
Abşeron rayon məktəblərində “Son Zəng” günü belə qeyd edildi
Dünən, 10:53
"MTN işi"ndəki zərərçəkən şəxsə cinayət işi başlanıb
Dünən, 10:45
Proporsional seçki sisteminin bərpası mümkünmü?
Dünən, 10:44
Ramil Şeydayev İçəri Şəhərdə uşaqlarla futbol oynayıb - VİDEO
Dünən, 10:41
Sumqayıtda mənzildən 47 yaşlı kişi meyiti tapılıb
Dünən, 10:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru