Bakıda anbarda yanğın olub .....                     "Gürcü Arzusu" Partiyası parlament sədri postuna namizədini müəyyənləşdirib .....                     Bakı bu yolu bağladıb, savaşa başlayacaq .....                     Gənc qızın ölümündə təqsirləndirilən klinika rəhbəri Ali Məhkəməyə müraciət edib .....                     BMT Baş katibinin müavini Azərbaycan Prezidenti və Birinci vitse-prezidentə .....                     Bakıda 51 yaşlı kişi itkin düşüb .....                     Yaxşı ki, İmişli turizm zonası deyil... .....                     “Yol polisini hər adama etibar etmək olmaz” .....                     Sabiq deputatın şirkəti cərimələnib .....                     Məleykə Abbaszadə dövlət qulluğuna qəbulda baş tutmayan müsahibələr barədə DANIŞDI: .....                     Bidzina İvanişvili xüsusi bəyanat verəcək .....                     Bakı sakini avtomobillə qətl törədib .....                     Fransa erməniləri məyus edir: .....                     Artur Rasizadə son nazir təyinatlarından DANIŞDI: .....                     "Müsəlman ölkəsi olmasaydıq problem çoxdan öz həllini tapmışdı" .....                     Bakıda dənizdə batan yeniyetmələrin kimliyi məlum olub .....                     ABŞ-a gəlin köçən azərbaycanlı qızın bu görüntüsü səs-küyə səbəb oldu .....                     Azərbaycanın Birinci vitse-prezidenti BMT Baş katibinin müavini ilə görüşüb .....                     Аzərbаycаn Pоlisinin peşə bayramı münasibətilə açıq birinciliklər keçirilir .....                     Siyəzəndə 11 yaşlı oğlan çayda boğulub .....                     Nə İran, nə də təbii ki, Ermənistan Azərbaycana dost ölkələr deyil .....                     Səfər Mehdiyevlə Mikayıl Cabbarov onları etiraza vadar etdi... .....                     Təhsil Nazirliyi ictimaiyyətə müraciət edib .....                     Azərbaycanda qəbir axtaran “hüquqşünaslar”ın fırıldağı .....                     Azərbaycanlılar İstanbulda böyük investisiya yatırımlarının gələcəyindən narahatdırlar .....                     Qazaxıstanda silah-sursat anbarında partlayış baş verib .....                     “Merkuri” BOKT təşkilati-hüquqi formasını dəyişir .....                     ADNSU-nun bəzi tələbələri iyun ayı üçün təqaüd almayacaq? .....                     Mehriban Əliyeva BMT-nin .....                     Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb .....                     Bu gün AŞPA-nın yay sessiyası başlayır .....                     “Ələ keçirilən hər turistdən 2-3 turistin xərcini qoparmaq ənənəsinə son qoymalıyıq” .....                     "Aqroinvest" MMC sədrinin apelyasiya şikayətinə baxılır .....                     Cəbhə xəttində nisbi sakitlik... .....                     Şəkidə 5 tondan artıq narkotik tərkibli bitki məhv edilib .....                     Eldar Mahmudovun bankı çökür... .....                     İmişlidə şəhid anası şikayətçi düşdü... .....                     Şirkətlər qanundakı boşluqdan istifadə edir, .....                     Yol hərəkətinin nizamlanması üçün qanunvericiliyə iki yeni nişan daxil edilir .....                     Əkbər Hacıyev ətrafında MÜƏMMA... .....                 

Zamirə Hacıyeva üçün gerisayım başlayır - son 1 ay
Tarix: 21-05-2019, 08:20 | Çap et
Zamirə Hacıyeva üçün gerisayım başlayır
İyunun 24-də Londonun “Westminster Magistrates” məhkəməsində Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın işi üzrə proses keçiriləcək. Bu haqda məhkəmə müvafiq qərarı ötən ilin noyabrında verib. Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində bu ölkə ərazisindəki sərvətini hansı gəlirlər hesabına alındığını açıqlamalıdır.

Məhkəmənin qərarına görə, bunun üçün Zamirə Hacıyevanın 2019-cu il iyunun 24-dən 28-nə qədər vaxtı var. Sabiq bankirin həyat yoldaşı ayrılan 4 gün ərzində məhkəməyə gəlməli, Britaniya ərazisindəki əmlakların alınmasına sərf olunan vəsaitlərin hansı mənbədən əldə edilməsi haqda əsaslı izahat verməlidir. Zamirə Hacıyeva və vəkili Hüqo Keyt London məhkəməsinin hakimlərini mal-mülkün leqal biznesdən əldə olunan gəlirlərlə alındığına inandırmalıdırlar. Əks halda, Hacıyevlərin illərlə Londona transfer etdikləri milyonlara alınan mal-mülk Britaniya hökumətinin sərəncamına keçə bilər.

Hazırda Britaniyanın Milli Kriminalla Mübarizə Agentliyi (National Crime Agency, NCA) qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində Zamirə Hacıyevanın 10 milyonlarla dollarlıq aktivlərinə həbs qoyub. Məlum olub ki, 7 il əvvəl Britaniyanın Virgin adalarında yerləşən bir şirkət vasitəsilə Londonun qərbində bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib. Ali Məhkəmə dinləmələrində evin sahiblərinin Zamirə Hacıyeva və onun həyat yoldaşı Cahangir Hacıyev olduqları aşkara çıxıb. 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. O, son 10 il ərzində “Harrods”da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir. Rəsmi məlumatlar Hacıyevlərin “Harrods”un bahalı avtomobil parkında 2 xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) “Gulfstream G550" jet təyyarəsini aldığını da ortaya çıxarıb. Zamirə Hacıyevanın müsadirə olunmuş əşyaları arasında 20 min funt-sterlinq dəyərində mirvari və 100 min funtluq ”Boucheron" sapfir boyunbağılar, 20 min funtluq “Magic Alhambra” bilərziyi var.

Hacıyevlərin başı qalda ikən daha bir ciddi problemlə üz-üzədirlər. Zamirə Hacıyeva illərdir Böyük Britaniyada bu ölkənin Daxili İşlər Nazirliyinin varlı sahibkarlar üçün nəzərdə tutulmuş vizası ilə yaşayır. Britaniyada əcnəbi sahibkarlar Tier 1 (Entrepreneur) vizasını almaq üçün ölkəyə 200 min funt sterlinq investisiya qoymalıdırlar. Bundan sonra ilkin olaraq 3 il 4 aylıq viza verilir. Müddət başa çatdıqdan sonra ehtiyac yaranarsa, vizanı daha 2 il müddətinə uzatmaq mümkündür. Bu viza ilə sahibkar 180 gün ərzində ölkənin hüdudlarından kənarda da yaşaya bilər. 3 il sonra isə bu, sahibkara ölkədə daim yaşamaq hüququ da qazandıra bilər. Amma bunun da şərtləri var. Bunun üçün sahibkar 10 yeni daimi iş yeri, 20 isə daimi olmayan iş yeri açmalıdır. 3 il sonra daimi yaşamaq hüququ almaq üçün daha bir variant var. Bu, o halda mümkündür ki, şirkətin 3 illik gəliri 5 milyon funt-sterlinqdən az olmamalıdır. Tier 1 vizası almış sahibkar öz ailəsini də Britaniyaya gətirmək hüququna malikdir. Bunun üçün onların maliyyəşəcəyinə təminat vermək kifayətdir.

Hazırda Zamirə Hacıyevanın vizasının müddəti bitmək üzrədir. Ötən ilin sonunda dünyanın aparıcı nəşrləri Britaniyada bədxərcliyinə görə böyük qalmaqala səbəb olmuş Zamirə Hacıyevadan yazırdılar. Belə bir səs-küydən sonra vizasının uzadılaraq Londonda qalması mümkünsüz kimi görünür. Bu halda, Z.Hacıyeva Britaniyanı tərk etmək məcburiyyətində qalacaq. Barəsində axtarış qərarı olan Zamirə Hacıyevanın hansı ölkəyə sığına biləcəyi maraq doğurur. Britaniyadan çıxarılacağı təqdirdə Zamirə Hacıyevanın Lüksemburqa sığına biləcəyi ehtimalı var. Belə məlumatlar dolaşır ki, onun Avropa İttifaqının 3 paytaxtından biri olan Lüksemburqa üz tuta bilməsini şərtləndirən əsas amil kürəkəni Anar Mahmudovun orada biznesinin olmasıdır. Zamirə Hacıyeva orada yaxın qohumlarının qonağı kimi uzun müddət yaşaya bilər.

Avropa İttifaqının ən yüksək ədliyyə hakimiyyəti olan Avropa Ədalət Məhkəməsi burada yerləşir. Anar Mahmudov Eldar Mahmudovun oğludur. O, Zamirə Hacıyevanın qızı Leyla ilə 2012-ci ildə ailə həyatı qurub. Azərbaycanda, Türkiyədə, İspaniyada və Lüksemburqda şirkətləri var. Anar Mahmudovun Bakıda təsis edilən “Caspian Crystal Holdinq”ə dəbdəbəli restoranlar, bahalı içki mağazaları və brend avtomobillər şəbəkəsi daxildir. Onun bir neçə tikinti şirkəti də var.

Sabiq bankirin həyat yoldaşı Azərbaycana ekstradisiya olunsa, onu uzunmüddətli həbs cəzası gözləyir. 2016-cı ilin iyununda Nərimanov Rayon Məhkəməsi dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda dövlət əmlakını mənimsəməkdə təqsirləndirilərək həbs edilən Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın barəsində həbs-qətimkan tədbiri seçib və onun axtarışa verilməsi barədə qərar çıxarıb.

Qərar çıxarılandan sonra Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası üçün Londona istintaq qrupu göndərilmişdi. Lakin həmin vaxt “İzahedilməz Sərvət Sərəncamı” qəbul edilmədiyindən, sabiq bankirin həyat yoldaşının varlı sahibkarlar üçün nəzərdə tutulmuş vizasının qüvvədə olması səbəbi ilə ekstradisiya baş tutmamışdı. Artıq şərtlər dəyişib və Zamirə Hacıyeva gələn ay Azərbaycana gətirilə bilər. Bunun üçün hüquqi cəhətdən hər hansı əngəl qalmayıb.

Z.Hacıyevaya qarşı Azərbaycanda Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddələri üzrə ittiham irəli sürülüb. İttihamlar təsdiqini taparsa, Zamirə Hacıyeva Azərbaycanda əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Elza, birincisi, get, ədəbiyyatla məşğul ol" - QALMAQAL
Bu gün, 13:07
Bakıda anbarda yanğın olub
Bu gün, 13:02
"Gürcü Arzusu" Partiyası parlament sədri postuna namizədini müəyyənləşdirib
Bu gün, 12:47
Bakı bu yolu bağladıb, savaşa başlayacaq – İrəvanda qorxu
Bu gün, 12:44
Gənc qızın ölümündə təqsirləndirilən klinika rəhbəri Ali Məhkəməyə müraciət edib
Bu gün, 12:35
Azərbaycanlı müğənni biznesini “batırdı”
Bu gün, 12:35
Azərbaycanlı müğənni intihara cəhd etdibmiş: -"Toyum olacaqdı..."
Bu gün, 12:31
BMT Baş katibinin müavini Azərbaycan Prezidenti və Birinci vitse-prezidentə təşəkkür edib
Bu gün, 12:28
Damla idman zalında ombasını nümayiş etdirdi
Bu gün, 12:19
Bakıda 51 yaşlı kişi itkin düşüb
Bu gün, 12:16
Yaxşı ki, İmişli turizm zonası deyil... - Vilyam Hacıyev rayonu bu günə salıb...
Bu gün, 12:14
“Yol polisini hər adama etibar etmək olmaz” - General Zeynalovla bağlı məsələyə deputatdan münasibət
Bu gün, 12:12
Sabiq deputatın şirkəti cərimələnib
Bu gün, 12:08
Məleykə Abbaszadə dövlət qulluğuna qəbulda baş tutmayan müsahibələr barədə DANIŞDI: - Namizədlər bu işə məsuliyyətsiz yanaşıb
Bu gün, 12:03
Bidzina İvanişvili xüsusi bəyanat verəcək
Bu gün, 11:58
Bakı sakini avtomobillə qətl törədib
Bu gün, 11:49
Fransa erməniləri məyus edir: - 5 “xartiya” da ləğv olunacaq
Bu gün, 11:44
Artur Rasizadə son nazir təyinatlarından DANIŞDI: - Mədət Quliyev və Ramil Usubov...
Bu gün, 11:42
"Müsəlman ölkəsi olmasaydıq problem çoxdan öz həllini tapmışdı" - deputat
Bu gün, 11:38
Bakıda dənizdə batan yeniyetmələrin kimliyi məlum olub
Bu gün, 11:36
ABŞ-a gəlin köçən azərbaycanlı qızın bu görüntüsü səs-küyə səbəb oldu - VİDEO
Bu gün, 11:34
Azərbaycanlı aparıcı hamam xalatında foto paylaşdı - Tənqid olundu
Bu gün, 11:31
Azərbaycanın Birinci vitse-prezidenti BMT Baş katibinin müavini ilə görüşüb - FOTO
Bu gün, 11:25
Аzərbаycаn Pоlisinin peşə bayramı münasibətilə açıq birinciliklər keçirilir
Bu gün, 11:23
Siyəzəndə 11 yaşlı oğlan çayda boğulub
Bu gün, 11:21
Nə İran, nə də təbii ki, Ermənistan Azərbaycana dost ölkələr deyil - Fars-molla rejimi yenə də qaşınır...
Bu gün, 11:18
Səfər Mehdiyevlə Mikayıl Cabbarov onları etiraza vadar etdi... – “Sədərək”də mağazalar bağlandı
Bu gün, 11:16
Təhsil Nazirliyi ictimaiyyətə müraciət edib
Bu gün, 11:11
Azərbaycanda qəbir axtaran “hüquqşünaslar”ın fırıldağı
Bu gün, 11:10
Azərbaycanlılar İstanbulda böyük investisiya yatırımlarının gələcəyindən narahatdırlar — Sabiq deputatdan İLGİNC AÇIQLAMA
Bu gün, 11:07
Qazaxıstanda silah-sursat anbarında partlayış baş verib
Bu gün, 11:05
"Faiq dostumdur" - Xalq artisti
Bu gün, 10:57
“Merkuri” BOKT təşkilati-hüquqi formasını dəyişir
Bu gün, 10:54
ADNSU-nun bəzi tələbələri iyun ayı üçün təqaüd almayacaq? - AÇIQLAMA
Bu gün, 10:53
Mehriban Əliyeva BMT-nin Bakıdakı Forumunda
Bu gün, 10:50
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Bu gün, 10:47
Bu gün AŞPA-nın yay sessiyası başlayır
Bu gün, 10:43
“Ələ keçirilən hər turistdən 2-3 turistin xərcini qoparmaq ənənəsinə son qoymalıyıq” - deputat
Bu gün, 10:41
"Aqroinvest" MMC sədrinin apelyasiya şikayətinə baxılır
Bu gün, 10:34
Cəbhə xəttində nisbi sakitlik...
Bu gün, 10:33
Şəkidə 5 tondan artıq narkotik tərkibli bitki məhv edilib - “Xaş-xaş 2019”
Bu gün, 10:19
Eldar Mahmudovun bankı çökür... - müflislik həddindən çıxa bilməyib
Bu gün, 10:18
İmişlidə şəhid anası şikayətçi düşdü... - "...narahat olmasına ehtiyac yoxdur"
Bu gün, 10:16
Şirkətlər qanundakı boşluqdan istifadə edir, - olan isə sərnişinə olur
Bu gün, 10:11
Yol hərəkətinin nizamlanması üçün qanunvericiliyə iki yeni nişan daxil edilir
Bu gün, 10:04
Əkbər Hacıyev ətrafında MÜƏMMA... - İDDİA
Bu gün, 10:04
“Biz öz vətəndaşımıza sahib durmağa çalışmalıyıq” - jurnalist niyə hələ də azadlığa buraxılmır...
Bu gün, 10:01
"Həm Ramil Usubovun, həm də Vilayət Eyvazovun Azərbaycan dövləti qarşısında danılmaz xidmətləri var" - deputat
Bu gün, 09:59
Mingəçevirdə oğul ananı bıçaqlayıb
Bu gün, 09:54
Bakıdan Krıma avtobus reysləri açılır? - İddialara cavab
Bu gün, 09:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru