"Bu dünyaya dönə-dönə gəlsəm də başqa peşə seçməzdim" .....                     “Samir Şərifov qanunları pozub” .....                     Dərd içində qalan ana 13 yaşlı oğluna kömək üçün fəryad edir: .....                     Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı .....                     Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb .....                     Estoniya xaricə uçuşlara qoyulan qadağanı uzatdı .....                     Şəkidə icra hakimiyyətinin yeni binasına bu qədər pul xərclənəcək... .....                     “Prezidentin icra başçısına iradı tamamilə yerində idi” .....                     Azərbaycan şəhəri İrəvan: dünya siyasətində dəyişməyən aktyorlar .....                     "ADB Azərbaycana dair biznes planını yeniləyir" .....                     "Nə edək axı, oxuculara yalvaraq ki, Ayxan Ayvazı da oxusunlar?" .....                     Gürcü polisi Zakir Qaralovun qardaşına cinayət işi açdığını təsdiqlədi .....                     Azərbaycanda turizm şirkətlərinin otellərə olan borcu 1 milyon manatı ötüb .....                     Kürdə batan gəncin axtarışları yerli sakinlər tərəfindən davam etdirilir .....                     Ermənistanda 100 polis koronavirusa yoluxub .....                     Bayramovların biri də təhsili batırır... .....                     “AŞPA-nın Azərbaycana qarşı qərəzi ilk növbədə təşkilatın özünə ciddi ziyan vurur” .....                     Gürcüstan və Ermənistan XİN başçıları regional təhlükəsizliyi müzakirə ediblər .....                     Dövlət Reklam Agetliyində işçilərin sayı artırılıb .....                     8 iyunda dollar neçəyə olacaq? .....                     ReAL lideri ÇAĞIRIŞ ETDİ .....                     Azərbaycan dilinin qaydalarına riayət etməyən 6 028 obyekt aşkarlanıb .....                     AKİA-nın daha bir tender müəmması .....                     Afina Türkiyəyə niyə meydan oxudu? .....                     Kürdə batan bir nəfərin axtarışları davam etdirilir .....                     “Gəncə Avtomobil Zavodu”nun rəhbəri dəyişib .....                     Akif Təvəkküloğlu Milli Məclisə qayıtdı .....                     Azərbaycanda məşqlərə maskada gəlmək tələb olundu .....                     “Bəzi məmurlar bitmiş fikri ifadə edə bilmir” .....                     Kürdə batma təhlükəsi ilə üzləşən 2 uşaq xilas edilib, .....                     Yeni Yasamalda yanğın olub .....                     “Böyük qayıdış” proqramı işə salınıb: .....                     Paşinyanın ölməkdən başqa yolu qalmayıb .....                     “Azyaşlı uşağa baxan ana işləyirsə, ona müavinət verilsin!” .....                     Azərbaycan Premyer Liqasının əsasnaməsindəki dəyişikliklər .....                     Ağstafada 60 yaşlı kişi intihar edib .....                     KİV-ə pandemiya qadağası: qərar doğrudurmu? .....                     Azərbaycanda hakimlər oyuna tibbi maska ilə çıxacaq .....                     "Nar"ın müştəri xidmətləri sərt karantin rejimində fəaliyyətini davam etdirəcək .....                     Azərbaycanın ATƏT-dəki missiyası: Ermənistan həmsədrlərin əhalini sülhə hazırlamaq çağırışını fərqli başa düşür .....                 

Arvadına başqası ilə münasibətindən şübhələndi və... - Bakıda ərdən TÜKÜRPƏDƏN ƏMƏL
Tarix: 18-05-2019, 12:26 | Çap et
Arvadına başqası ilə münasibətindən şübhələndi və...
Bakıda qısqanclıq zəminində arvadını öldürməkdə təqsirli bilinən Məzahir Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Məzahir Məmmədov arvadı Səbinənin son vaxtlar ona soyuq münasibət göstərdiyini görüb. Bu hərəkətləri ilə Səbinənin ona xəyanət etməsindən şübhələnib.

Uşaqlarını mağazaya göndərdi, qapını arxadan bağladı

Məzahir Məmmədov aralarında olan münasibətlərə aydınlıq gətirməkdən ötrü 23 iyun 2016-cı il tarixdə, saat 18.00-da yaşadıqları Səbail rayonu, Bayıl qəsəbəsindəki evdə olarkən azyaşlı övladları Sədi və Ramalı siqaret almaq adı ilə yaxınlıqdakı mağazaya göndərib.

Daha sonra Məzahir Məmmədov Səbinənin heç yerə çıxa bilməməsi üçün evin giriş qapısını arxadan qıfıllayıb. O, evin içəri otaqlarına qalxmaq üçün nəzərdə tutulmuş pilləkanların üstündə əyləşərək Səbinədən çay istəyib.

Arvadından şübhələndiyini açıqladı

Səbinə ona şüşə stəkanda çay gətirib. Məzahir çayın soyuq olmasını bildirib və ondan yenidən çay gətirməsini deyib. Səbinə yenə də ona çay gətirib.

İkinci gələn çayı da içən Məzahir arvadını ona əvvəlki kimi diqqət yetirməməkdə, soyuq davranmaqda günahlandırıb, ona olan şübhələrinin səbəblərini soruşub.

Bu zaman Səbinə Məzahirə fikirlərinin həqiqətə uyğun olmadığını bildirib. Bundan əsəbiləşən Məzahir onu qısqanclıq zəminində öldürmək qərarına gəlib.

Arvadı inkar etdi, qətli yetirdi

O, əlində olan şüşə çay stəkanının arxa tərəfi ilə Səbinənin baş və sifət nahiyələrinə zərbələr endirib. Məzahir Səbinənin onun əlindən çıxaraq özünü qurtarmağa çalışmasına, imdad diləməsinə və çöldə olan uşaqlarını köməyə çağırmasına heç bir əhəmiyyət verməyib.

Məzahir Səbinəni döşəməyə yıxaraq əlləri ilə bədənin müxtəlif nahiyələrinə vurmaqla, eləcə də əlindəki şüşə stəkanın arxa hissəsi ilə baş və sifət nahiyələrinə ümumilikdə 6 dəfə zərbə endirib. Səbinə aldığı xəsarətdən hadisə yerində ölüb.

“Əvvəllər məhkum olunmuşam”

İstintaq orqanı tərəfindən Məzahir Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məzahir Məmmədov bildirib ki, əvvəllər narkotik maddələrdən istifadə etməyə görə məhkum olunub: “15 il olar ki, Səbail rayonunda fərdi evdə yaşayırıq. Səbinə ilə 2000-ci ildə kəbin kəsdirib, evlənmişəm. Sonradan nigahımızı rəsmiləşdirdik, üç övladımız olub. Heç yerdə işləməmişəm”.

“Çayın soyuq olmasını irad tutdum”

Məzahir Məmmədovun sözlərinə görə, son vaxtlar arvadından şübhələnməyə başlayıb: Səbəb isə Səbinənin əvvəlki kimi mənə münasibət göstərmədiyini hiss etmişdim. İyunun 23-də bütün gün evdə oldum. Axşam uşaqlarım Ramal və Sədini siqaret almaq adı ilə dükana göndərdim ki, arvadım ilə son günlərdə olan şübhələrimə aydınlıq gətirim. İkimiz də evin girişində olan pilləkənlərdə oturduq. İçdiyim çayın soyuq olmasını irad tutdum. Səbinə yenidən mənə çay gətirdi”.

“Uşaqları içəri girməyə qoymadım”

Məzahir Məmmədov deyib ki, arvadının ona qarşı belə diqqətsizliyi qəbul etməyib: “Ondan təkrar şübhələrimin səbəbini soruşdum. Səbinə fikirlərimin həqiqətə uyğun olmadığını bildirdi. Bu səbəbdən əsəbiləşdim, çay stəkanının arxası ilə Səbinənin başına bir neçə zərbə vurdum. Səbinə yerə yıxılan kimi üstünə çıxdım. Sol qolum ilə onun boyununu sıxdım. Onun qışqırmasına imkan vermədim. Bu hadisə təxminən 5-6 dəqiqə çəkdi. Qapını bağlı saxladığım üçün uşaqları içəri girməyə qoymadım. Onları götürərək həyətdən küçəyə çıxdım. Taksi ilə bacımın “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yaşadığı evə getdim. Uşaqları bacıma verdim və geri qayıdanda sahə müvəkkilinə zəng etdim, hadisə barədə məlumat verdim. Evə gəldikdə məni 8-ci polis bölməsinin əməkdaşları tutudlar”.

“Bacım haqqında deyilənlər həqiqəti əks etdirmir”

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində Səbinənin qardaşı Əli Babayev tanınıb. O, ifadəsində göstərib ki, bacısını əri Məzahir Məmmədov narkotik vasitələrin istifadəsinə meyilli olub. Onun sözlərindən məlum olur ki, hər dəfə bacısı ilə görüşəndə Məzahirin onun incitməsindən şikayət edib: “İyunun 23-də yaşadığım Göytəpə şəhərində olarkən anam yanıma gəldi. Anam Məzahirin ona zəng etdiyini, Səbinəni öldürdüyünü dedi. Bacım haqqında deyilənlər həqiqəti əks etdirmir. Bacım ailəcanlı, hamının hörmətlə yanaşdığı qadın olub”.

19 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məzahir Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm verilib.

Hökmdən narazı qalan Məzahir Məmmədov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, hadisəni törədən zaman özündə olmayıb. Məzahir Məmmədov cəzasının yüngülləşdirilməsini xahiş edib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Məzahir Məmmədovun şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Məzahir Məmmədov kasasiya şikayəti verib.

Məzahir Məmmədovun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, Məzahir Məmmədovun kasasiya şikayəti təmin olunmayıb.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu dünyaya dönə-dönə gəlsəm də başqa peşə seçməzdim"
Dünən, 18:25
“Samir Şərifov qanunları pozub” – İqtisadçı alimdən nazirə ittihamlar
Dünən, 18:24
Dərd içində qalan ana 13 yaşlı oğluna kömək üçün fəryad edir: - “Çarəsizik, nə pulumuz var, nə vaxtımız”
Dünən, 18:22
Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı
Dünən, 18:20
Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb
Dünən, 18:19
Estoniya xaricə uçuşlara qoyulan qadağanı uzatdı
Dünən, 17:50
Şəkidə icra hakimiyyətinin yeni binasına bu qədər pul xərclənəcək...
Dünən, 17:48
“Prezidentin icra başçısına iradı tamamilə yerində idi” - deputat
Dünən, 17:45
Azərbaycan şəhəri İrəvan: dünya siyasətində dəyişməyən aktyorlar - TƏHLİL
Dünən, 17:44
“Atam söylədi ki, ondan sənə həyat yoldaşı olmaz”
Dünən, 17:40
"ADB Azərbaycana dair biznes planını yeniləyir" - MÜSAHİBƏ
Dünən, 17:38
"Nə edək axı, oxuculara yalvaraq ki, Ayxan Ayvazı da oxusunlar?" - Varis Yolçiyev
Dünən, 17:37
Gürcü polisi Zakir Qaralovun qardaşına cinayət işi açdığını təsdiqlədi - SƏNƏD
Dünən, 17:34
“Toyları təxirə sala-sala getməyin ağlabatan izahı yoxdur” - deputat
Dünən, 17:31
Azərbaycanda turizm şirkətlərinin otellərə olan borcu 1 milyon manatı ötüb
Dünən, 17:28
Mina sinəsinin ona məxsus olmadığını deyənlərə səsləndi: - "Həkimə gedək, yoxlatdırım"
Dünən, 17:28
Kürdə batan gəncin axtarışları yerli sakinlər tərəfindən davam etdirilir
Dünən, 17:26
Ermənistanda 100 polis koronavirusa yoluxub
Dünən, 17:16
Bayramovların biri də təhsili batırır... - İTTİHAM
Dünən, 17:13
“AŞPA-nın Azərbaycana qarşı qərəzi ilk növbədə təşkilatın özünə ciddi ziyan vurur” - deputat
Dünən, 17:12
“Bəsdir də qan içdiniz!” - QALMAQAL
Dünən, 17:09
Gürcüstan və Ermənistan XİN başçıları regional təhlükəsizliyi müzakirə ediblər
Dünən, 17:08
Dövlət Reklam Agetliyində işçilərin sayı artırılıb
Dünən, 17:06
8 iyunda dollar neçəyə olacaq?
Dünən, 17:01
"Parni iz Baku"nun aktyoru vəfat etdi - FOTO
Dünən, 16:58
ReAL lideri ÇAĞIRIŞ ETDİ - "İqtidar səhv edə bilər..."
Dünən, 16:56
Azərbaycan dilinin qaydalarına riayət etməyən 6 028 obyekt aşkarlanıb
Dünən, 16:54
Rusiyanın Xalq artisti koronavirusdan öldü - Biz də yaxşı tanıyırdıq
Dünən, 16:52
AKİA-nın daha bir tender müəmması - İLGİNC
Dünən, 16:49
Afina Türkiyəyə niyə meydan oxudu?
Dünən, 16:44
Kürdə batan bir nəfərin axtarışları davam etdirilir - FHN
Dünən, 16:40
“Gəncə Avtomobil Zavodu”nun rəhbəri dəyişib
Dünən, 16:39
Akif Təvəkküloğlu Milli Məclisə qayıtdı
Dünən, 16:38
Azərbaycanda məşqlərə maskada gəlmək tələb olundu
Dünən, 16:05
“Bəzi məmurlar bitmiş fikri ifadə edə bilmir” – Keçmiş icra başçısı
Dünən, 16:02
"Şad xəbər verdilər mənə ki, nəticə neqativdir"
Dünən, 16:01
Kürdə batma təhlükəsi ilə üzləşən 2 uşaq xilas edilib, 3-nün axtarışları davam etdirilir
Dünən, 15:59
Yeni Yasamalda yanğın olub - VİDEO
Dünən, 15:56
“Böyük qayıdış” proqramı işə salınıb: - “30 il əvvəlki səhvlərə yol verməyəcəyik”
Dünən, 15:51
Paşinyanın ölməkdən başqa yolu qalmayıb – Rusiyada qənaət
Dünən, 15:50
“Azyaşlı uşağa baxan ana işləyirsə, ona müavinət verilsin!” - Komitə sədri
Dünən, 15:48
“Xalq artisti adını pulla satırdı” – Kamil Əbülfəs Qarayevdən danışdı
Dünən, 15:44
Azərbaycan Premyer Liqasının əsasnaməsindəki dəyişikliklər - SİYAHI
Dünən, 15:42
"Firəngiz Əlizadə Bəstəkarlar İttifaqını özəlləşdirib, əri işə piyada gəlmişdi, indi ''BMW''-də gəzir — Nadir Əzimovdan SƏRT AÇIQLAMALAR
Dünən, 15:41
Ağstafada 60 yaşlı kişi intihar edib
Dünən, 15:37
KİV-ə pandemiya qadağası: qərar doğrudurmu? – Ekspert rəyləri
Dünən, 15:34
Azərbaycanda hakimlər oyuna tibbi maska ilə çıxacaq
Dünən, 15:29
"Nar"ın müştəri xidmətləri sərt karantin rejimində fəaliyyətini davam etdirəcək
Dünən, 15:21
Azərbaycanın ATƏT-dəki missiyası: Ermənistan həmsədrlərin əhalini sülhə hazırlamaq çağırışını fərqli başa düşür
Dünən, 15:20
Ermənistan polisi maska taxmayan vətəndaşı boğdu - VİDEO
Dünən, 15:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru