"Həlimə xanım özünü cəmiyyətimizdə əsl Azərbaycan qadını kimi tanıda bilib" .....                     Putin ölən kimi Krım Ukraynaya veriləcək .....                     "Azərsun" qəsdimizə NECƏ DURUB? .....                     “Bəzən çılpaq qızlar dostluq təklifi göndərir" .....                     Bazar gününün havası .....                     Gürcüstanda azərbaycanlı hamilə qadın ölüb, .....                     "Düşmən bizi təxribata çəkir ki, Qarabağı güc yolu ilə işğaldan azad edək" .....                     "İranın nüvə sazişindən ABŞ-ın çıxması nüvə silahlarının yayılmaması rejiminə təsir edir" .....                     Keçmiş nazir mülk davasına başladı .....                     Bu ölkənin müdafiə nazirinin son hərəkətləri Ermənistanın təcavüzkar siyasətini növbəti dəfə təsdiq edir .....                     “Ən azı 20 il həbs cəzası gözləyir, ömürlük həbs də istisna deyil” .....                     "S-300" və "S-400" zenit raket sistemlərinin yaradıcısı İqor Aşurbəyli: .....                     Gəncədə oğurluq edən gənclər ələ keçdi .....                     Tərtərdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi .....                     Yasamalda 100 otaqlı obyekt 2 milyona satılır .....                     PA-da vəzifə verilən başçı müavininin yerinə TƏYİNAT .....                     Putin və Ərdoğan Düşənbədə sammitdən əvvəl "ayaqüstü" söhbət ediblər .....                     Əbülfəz Elçibəyin həyat yoldaşı .....                     DİN-in təmsilçisi Avropa çempionu oldu .....                     Beyləqanda daha bir ÖZBAŞINALIQ .....                     Müstəqil sosial müdafiə sisteminin qurucusu .....                     Mingəçevir sakini ”Ata Bank”dan şikayətçidir .....                     Başçının milyonları var, vətəndaş isə yaşamaq uğrunda savaşır... .....                     Azərbaycan bu ilin ilk 5 ayında neft məhsullarının ixracından .....                     Həbsdə olan baş redaktor apellyasiya şikayəti verib .....                     “Gələn həftə işlər yekunlaşacaq və konkret qərar qəbul etmək mümkün olacaq” .....                     Azərbaycan səhiyyəsində növbəti qalmaqal .....                     Nuh peyğəmbərin Xınalıqda yaşayan azərbaycanlı "nəvələri" kömək istəyir .....                     "Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunduqdan sonra bu proses dayandırıldı" .....                     Qanunları pozmaqda davam edən "Unibank"ın yalanı: .....                     Avtovağzalda 1 manat pul, 1 qəbz, onlarla gözlədilən insan: .....                     Elmi ekspedisiyalarda iştirak edən sürücülərlə bağlı .....                     Azərbaycanın təbii qaz ixracından gəlirləri 75% artıb .....                     Azərbaycan xam neft ixracını 19% artırıb .....                     Nazir Rüstəm Usubovun kürəkəninə yüksək vəzifə verdi .....                     Birinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə .....                     Tovuzda sevgilisini yandıran şəxsin cinayət işi məhkəməyə göndərilib .....                     Alisher özü mahnı yazdı, özü də oxudu... .....                     Göyçayda toyda dava düşüb, .....                     Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb .....                 

"Mənə müraciət edəndə isə "professor" deyirlər" - deputat
Tarix: 18-05-2019, 11:45 | Çap et
"Mənə müraciət edəndə isə "professor" deyirlər"
Milli Məclisin deputatı, İqtisadi siyasət komitəsinin üzvü, iqtisad elmləri doktoru, professor, Azərbaycan Texniki Universitetinin kafedra müdiri Rüfət Quliyev yeniavaz.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Rüfət müəllim, Milli Məclisın tərkibi parlamentin dolğun fəaliyyət göstərməsi üçün kifayət edirmi?

- Milli Məclisdə müxtəlif sahələrin, o cümlədən idman, mədəniyyət, iqtisadiyyat, siyasət və elm sahəsinin mütəxəssisləri deputat kimi fəaliyyət göstərirlər. Onların sıralarında alimi, jurnalisti, tanınmış mədəniyyət xadimi, akademiki, idmançısı və keçmiş uğurlu biznesmeni də var. Millət vəkilləri arasında qarşılıqlı hörmət və səmimiyyətə dayanan münasibətlər mövcuddur. Belə həmkarlarımızdan biri də karate üzrə dünya çempionu Ülvi Quliyevdir. Mən ona "cənab çempion" deyə müraciət edirəm. Mənə müraciət edəndə isə "professor" deyirlər.

Parlamentin İqtisadi siyasət komitəsinin sədri, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadəni də qeyd etmək istərdim. Mənim üçün alimlik çox önəmlidir. Parlamentdə həmişəki kimi elm və pedaqogika sahəsinin insanlarının daha çox təmsil olunması mənim üçün xüsusi önəm kəsb edir. Adətən belə insanlar daha mütərəqqi keyfiyyətləri ilə seçilirlər. İnsan nazir və ya deputat ola, istənilən vəzifəni tuta bilər, ancaq həmin vəzifələri tutan şəxslər öldükdən sonra məzarlarının üzərində keçmiş deputat, yaxud sabiq nazir yazılmır. Lakin məzarların üzərində professor, elmlər doktoru yazılarına rast gəlmək mümkündür. Yəni bu ad əbədidir. Azərbaycanda təxminən 8500 elmlər namizədi, 1500-1600 elmlər doktoru var. Bu rəqəmlər Azərbaycanın 10 milyonluq əhalisi üçün azdır. Bir az çox olması lazımdır.

Deputat həmkarlarımız arasında müğənni Zeynəb Xanlarovanı xüsusi vurğulamaq istərdim. O, dünyada ən məşhur azərbaycanlılardan biridir. Parlament sədrinin müavini Valeh Əsgərov da qeyd etmək istərdim. O, dünyada neft və qaz sahəsində tanınmış mütəxəssislərdən biridir. Bir neçə dildə sərbəst danışa bilir. Milli Məclisdə onlarla belə deputat var. Hər bir millət vəkili öz sahəsində güclü mütəxəssisdir, həqiqətən də tanınmış insandır. Biz Milli Məclisin tərkibinin həmişə belə zəngin olması ilə fəxr etmişik. Parlamentdəki istənilən insan özlüyündə bir mikrokosmosdur. Hər bir deputat unikal şəxsiyyətdir. Milli Məclis özü bir məktəbdir. O məktəbi keçən adamı hansı cəbhəyə atsan, onun başında dayanacaq.

Ötən il Prezident İlham Əliyev 4 deputata yüksək vəzifə verdi. Deputatlardan Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, Rövşən Rzayev isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzisəfinə təyin ediliblər. Bundan başqa akademik Asəf Hacıyev Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi seçilib. Keçmiş Eyvaz Qurbanovun Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsini də qeyd etmək istərdim. Bütün bunlar göstərir ki, həqiqətən də Milli Məclis böyük məktəbdir. Onlar bu günədək uğurla işləyirlər və biz hamımız onlarla fəxr edirik.

- Bəs şou biznes nümayəndələrinin, o cümlədən müğənnilərin deputat olmaq istəyinə münasibətiniz necədir?

- Komik və aktyor Vladimir Zelenski Ukraynada Prezident seçildikdən sonra onların deputat seçilmək istəyinə nə deyə bilərəm ki? (gülür - red). Niyə də yox? İnsanlar deputat seçilməyə cəhd etməlidirlər, əgər onlar öz yaşadıqları regiondakı insanları çıxışları və vədləri ilə özlərinə cəlb edə, onlara yol göstərə bilərlərsə, bu mümkündür. Deputat seçilmək məsələnin bir tərəfidir. Əsas məsələ millət vəkili kimi 5 il ərzində camaat qarşısına çıxmaq, onlarla danışmaq, məsələləri izah etmək, problemlərini dinləyib həlll etməkdir. Bu isə hər kəsin bacara biləcəyi iş deyil. Bunu bacarmaq lazımdır, hansısa problemə görə müraciət edən insanın dərdinə şərik olmalısan, onu başa düşməlisən. Millət vəkili seçilmək təkcə qanunvericilik məsələləri ilə məşğul olmaq anlamına gəlmir, gərək insanlarla işləməyi də bacarasan. Çünki insanların rəğbətini qazanmaq elə də asan deyil.

- Sosial şəbəkələrdə deputatların sərt tənqid edilməsini, bəzən isə söyülməsini nə ilə əlaqələndirirsiniz?

- Bizdə üzdə olan adamlar nazirlərdən, icra başçılarından daha çox deputatlardır. Jurnalistlərə ən çox açıqlamanı deputatlar verirlər. Yəni əlçatan adam, üzdə olan deputatdır. Ola bilsin hansısa deputat nəyi isə səhv deyib. Başa düşün ki, deputat göydən zənbillə düşməyib. Biz deputatlar bu cəmiyyətin yetirməsiyik. Bəzi deputatlar jurnalistlərlə çox aktivdirlər, bu da səbəblərdən biri ola bilər. Bir qrup deputat isə açıqlama verəndə emosional cavab verir. Avropanın özündə də deputatlar da daha çox tənqid olunurlar. İnsanların gözündə deputat hamının qarşısında məsuliyyət daşıyır və bütün problemlərə görə cavabdehdir. Bizdə deputatı xalqın nümayəndəsi kimi qəbul edirlər. Deputatın problemi həll edəcəyinə inam var. Sadaladığım səbəblər onların daha çox tənqid olunmasına gətirib çıxarır.

- Bəzi həmkarlarınız "Facebook"da çox aktivdirlər. Siz niyə "Facebook" kimi sosial şəbəkələrdən istifadə etmirsiniz?

- Jurnalistlərlə bu qədər dostluq edirəm və münasibətim var, bu azdırmı? Seçicilərlə görüşürəm, müxtəlif tədbirlərdə iştirak edirəm, yas və toy mərasimlərinə qatılıram, bir sözlə insanlarla ünsiyyətdə oluram və fikir mübadiləsi aparıram. Ali məktəb müəllimiyəm, auditoriya qarşısına çıxıram. Jurnalistlərlə fəal əməkdaşlıq edirəm. Hesab edirəm ki, sosial şəbəkələrdən istifadə etməyə ehtiyac yoxdur.

- Bəzi həmkarlarınız Milli Məclisin iclaslarında çıxış etmirlər və bu, mətbuatda tənqid olunur...

- Milli Məclisin plenar iclaslarında ildə 3-4 dəfə, komitə iclaslarında ildə təqribən 40-50 dəfə danışıram. Mənə deyə bilərsinizmi ki, Rüfət Quliyev dilsiz deputatdır? Deyə bilməzsiniz. Bir çox tədbirlərdə iştirak edirəm, açıqlamalar verirəm. İnsanların çoxu düşünür ki, deputat hər iclasda danışmalıdır. İqtisadiyyata, iqtisadi siyasətə, MDB-yə, Ukraynaya, sahibkarlığa aid işlər olanda öz fikrimi bildirirəm. Düşünmürəm ki, hər iclasda hər deputat çıxış etməlidir. Həftədə iki plenar iclasımız olur və 4 saat davam edir. 125 deputat bu qədər vaxtda nə qədər danışa bilər? Reqlament, ekspertlərin rəyləri, spikerin çıxışı var. Elə deputat var ki, az danışır, ancaq kifayət qədər iş görür. Bunu ilk növbədə parlament və dövlət rəhbəri bilir. O insanlar dövlətlərarası, parlamentlərarası işlərlə məşğuldurlar.

- Milli Məclisin bəzi plenar iclaslarında spiker Oqtay Əsədov deputatların iclaslara gəlməməsindən və səsvermədə iştirak etməməsindən şikayətlənir...

- Deməzdim ki, deputatlar arasında böyük intizam problemi var. Deputat da insandır. Bəzən elə olur ki, o da çay içməyə, yaxud əl yumağa gedir. Bəzi deputatlarımız bundan sui-istifadə edir. Amma Avropanın bir çox ölkəsində deputatlar parlamentdə oturduqları kabinetdən səs verə bilərlər. Mən bunun əleyhinəyəm. Bizdə hətta kuluarlarda elə bir diskussiya yaranır ki, bəlkə də onu plenar iclaslarda aparmaq asan deyil. Biz deputatlar bir çox məsələləri kuluarlarda müzakirə edirik.

- Ən çox müzakirə olunan mövzulardan biri də deputatların maaşlarının artırılmasıdır...

- Jurnalistlər bu barədə məndən soruşanda dedim ki, maaşa heç bir təsiri olmayıb. Deputatın maaşdan başqa, məzuniyyət xərcləri var. İldə ən azı 3-4 dəfə xarici ölkələrə gedirik. Və ən azı hər bir deputatın bir o qədər də qonağı olur. Bundan başqa, rayonlara getməliyik, insanlarla görüşməliyik, bu da artıq xərclər deməkdr. Lakin bu o demək deyil ki, bizim maaş artıb, sadəcə əlavə xərclərə ayrılan vəsait artıb. Maaş ştat cədvəli ilə alınan puldur. Bu artım bizim pensiyamıza təsir etməyəcək.

- Deputat öz maaşından razıdırmı?

- Biz gördüyümüz işin müqabilində normal maaş alırıq. Təbii ki, heç kəs qanuni formada gəlib çatan artıq puldan imtina etməz. Bu normal şeydir. Deputat maaşının məbləğindən narazı deyil. Biz şükür edən insanlarıq. Cəmiyyətdə ən çox şükür edən insanlardan biri də millət vəkilləridir.

- Azərbaycan nadir ölkələrdən biridir ki, qadın naziri yoxdur. Siz bunu nəyə bağlayırsınız?

- Bilirsiniz ki, indi icra hakimiyyətlərində başçının ən azından bir müavini xanımdır. Xanım icra başçımız da var. Belə ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədovadır. Həmçinin, dövlət aparatında kifayət qədər qadın nazir müavinləri təmsil olunublar. Hansısa nazirliyə mütləq qadının rəhbərlik etməli olduğunu qabartmaq məqsədəuyğun deyil. Bu, heç məntiqə də uyğun deyil. Elə bir vaxt gələr Prezident hansısa xanımı nazir və ya icra başçısı da təyin edə bilər. Hesab edirəm ki, gender bərabərliyi məsələsində Avropa standartlarına yaxın səviyyəyə çatmışıq.

- Hansı nazir vəzifəsini tutmaq könlünüzdən keçib?

- Nazirlərin bir çoxu ilə yaxın münasibətlərim var. Nazir işləmək çox çətindir. Ümumiyyətlə hökumət işində çalışmaq çox məsuliyyətli işdir. Tanıdığım nazirlərin gecəsi-gündüzü yoxdur. Bu insanlar çalışırlar ki, xalqın və dövlətin işi qabağa getsin, dövlət və hökumət onlardan razı qalsın. Bu, ağır işdir. Mənim üçün deputatlıq çox yüksək rütbədir. Nəyə görə? İlk növbədə sən yüksək vəzifə daşıyırsan. Hesab edirəm ki, deputat nazirdən heç də aşağı vəzifə deyil. Səlahiyyətləri müxtəlif ola bilər, ancaq mənim üçün insanlarla təmasda olmaq, onlarla danışmaq və söhbət etmək daha asan olur, çünki mən müəlliməm, aliməm, keçmiş sahibkaram. Mənim gözümdə statusa görə deputatla nazir arasında elə də fərq yoxdur. Sözün açığı nazir olmaq könlümdən keçməyib. İnsan ürəyi istədiyi işlə məşğul olmalıdır. Mənim üçün insanlarla görüşüb onlarla ünsiyyətdə olmaq və diskussiyalar aparmaq daha üstündür. Mən özümü deputat kimi xoşbəxt hiss edirəm. Millət vəkili olmaq mənim üçün daha rahatdır. Hər kəs öz yerini bilməlidir. Xarici ölkələrdə seçilmiş insanın statusu, yəni xalqın seçdiyi deputat və ya prezidentin statusu təyin edilmiş nazirin statusundan daha yüksəkdir. Xüsusilə Qərb ölkələrində, o cümlədən Türkiyədə xalqın seçdiyi adamlar daha yüksək statusa malik olurlar. Hətta keçmiş deputat statusu sabiq nazir statusundan yüksək sayılır.

- Hansı nazir və hökumət adamları ilə dostluq edirsiniz?

- Bir çox nazir və hökumət adamları ilə dostluğum var. Amma həmişə onlarla subardinasiyanı qorumuşam. İnsanların, cəmiyyətin içində onlara nazir kimi münasibət bəsləyir, ona görə davranıram , ayrılıqda isə zarafatlarımız olur. Bu yaxınlarda ad günüm oldu, yüzlərlə insan zəng edib təbrik etdi. Onların arasında nazirlər, icra başçıları, səfirlər də varıydı. Onların mənim ad günümün tarixini yadda saxlamaları önəmlidir və bu mənim üçün böyük fəxrdir.

- Fəaliyyətindən razı qaldığınız nazir və nazirlik varmı?

- Son vaxtlar "Azərenerji" ASC-nin prezidenti Balababa Rzayevin fəaliyyətindən çox razıyam. Vəzifədən gedənlərin arxasınca danışmaq düzgün deyil, amma Balababa müəllim "Azərenerji"nin rəhbəri təyin ediləndən sonra Azərbaycanın enerji sistemində böyük dəyişiklik baş verdi. Hiss edirəm ki, bu sahədə böyük işlər hələ qabaqdadır. Balababa müəllim ona göstərilən etimadı doğruldub və doğruldacaq. Bu, gündəlik işdən asılıdır. Mən vergilər naziri Mikayıl Cabbarova öz təşəkkürümü bildirmək istəyirəm. Deyərdim ki, bəlkə də inqilabi iş gördü. Yəni insanların vergi sahəsinə münasibətinin dəyişilməsinin əsası qoyuldu və bu proses sürətlə gedir. Deməzdim ki, ondan əvvəlki nazir pis işləyib. Onun həmin mərhələdə öz rolu olub, amma həyat və cəmiyyət dəyişib, indiki çağırışlar başqadır. Dövlət qulluğunda olan hər bir adam bunu nəzərə alıb işə münasibətini dəyişməlidir. Bu, təbii bir haldır. Cənab Prezident bunu hər dəfə tələb edir. Bəs bunu hər bir məmur icra edirmi? Bu isə başqa problemdir. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çox gözəl işləyir. Biz onunla çiyin-çiyinə uzun müddət deputat kimi fəaliyyət göstərmişik. Deputat korpusundan nazir və sədr vəzifələrinə keçən bir sıra şəxslər var - Fuad Muradov, Rövşən Rzayev, Vüsal Hüseynov. Ona görə dedim ki, Milli Məclis ən böyük universitetdir. O, diplom vermir, amma ondan güclü həyat universiteti yoxdur.

- Vergilər sahəsində inqilabi dəyişikliklərin olduğunu deyəndə nəyi nəzərdə tutursunuz?

- Əvvəllər nədənsə, Vergilər Nazirliyinə xoxan münasibəti varıydı, qorxudurdular. Vergilər Nazirliyi əslində dövlət tərəfindən sahibkarın partnyoru olmalıdır. İndi onun üzərində iş gedir. Vergi ödəyiciləri və sahibkarlar başa düşməlidirlər ki, vergini ödəmək lazımdır. Benjamin Franklinin dediyi kimi "bu dünyada iki şeydən qaçmaq olmaz: ölüm və vergi". İnsanların vergiyə münasibəti dəyişib. Vergilər Nazirliyi polis deyil axı? Onun öz funksiyası var. Vəzifəsi odur ki, sahibkarla partnyor olsun, şəffaflıq yaratsın, hətta bəzi məsələlərdə sahibkara köməklik göstərsin və məsləhət versin.

- Fəaliyyəti axsayan dövlət qurumları barədə nə deyə bilərsiniz?

- Mətbuatda "Azəriqaz" İstehsalat Birliyinin fəaliyyətini dəfələrlə tənqid etmişəm. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında "Azəriqaz"ın fəaliyyəti ilə bağlı öz narazılıqlarını bildirdi. Mənə elə gəlir ki, dövlət başçısının bu narazılığından sonra hər bir dövlət qurumunun rəhbəri gərək ciddi formada öz işində dönüş etməlidir. Qazın keyfiyyəti, təzyiqi ilə bağlı problemlər aradan qaldırılmalıdır. Qazın verilişi kəsilndə bu, bir sutka əvvəl məlumatlandırılmalıdır. İnanıram ki, "Azəriqaz"ın rəhbərliyi insanların və dövlət başçısının tənqidlərini nəzərə alıb işlərində inqilabi dönüş yaradacaq. Bundan başqa, "Azəsu" ASC-nin fəaliyyətindən qismən narazıyam. Bu qurum böyük işlər görüb, lakin başladığı işləri başa çatdırmalıdır. Belə ki, bəzi rayonlarda suyun çəkilişi ilə bağlı işlər başlasa da, hələ yekunlaşmayıb. Çünki su çəkiləndə kanalizasiya məsələsi də həll olunmalıdır və su xəttinin çəkildiyi yol bərpa edilməlidir. Rayonlarda bu problem mövcuddur.

- Rüfət müəllim, məmurların özbaşnalığı ilə mübarizə necə aparılmalıdır? Siz sərt addımların atılmasının tərəfdarısınızmı?

- Sərt addımların atılmasının tərəfdarı deyiləm. Prezident İlham Əliyev humanist insandır və həmişə humanistliyini hər yerdə göstərib. İnsan tənqidləri düzgün qəbul etməlidir. Ola bilsin ki, rəhbər şəxsə işçiləri tərəfindən səhv məlumat verilir. Əgər hansısa qurumdan bir çox şikayət daxil olursa, gərək bunu araşdırasan. Bəlkə həqiqətən də problem var. Hazırda şikayətlərdən bir qismi Bakı Nəqliyyat Agentliyi ilə bağlıdır. Parklama yerlərində lövhə nişanları vasitəsilə orada avtomobili nə qədər müddətə saxlamağı göstərmək lazımdır. Çünki insanlar müəyyən iş dalınca qısa müddətə aptekə və ya mağazaya girirlər və avtomobilini haradasa park etməlidirlər. Əgər avtomobil lövhə nişanında göstərilən müddətdən artıq vaxt qalarsa, o zaman onun şəklini çəkib cərimələyə bilərsən. Bəzən adamlar ortaya düşüb avtomobillərin, hətta vəzifəli şəxslərin şəkillərini çəkirlər. Agentlik kifayət qədər iş görüb, amma digər işlərə də nəzər salmalıdır. Mən Agentliyin rəhbərinə şəxsən özüm də bu problemləri çatdırmışam. Digər problem:taksilər üçün xüsusi yerlər ayrılmalıdır, onlar avtobus dayanacaqlarında saxlaya bilməzlər. Bu cür problemlər mövcuddur. Azərbaycanda taksilərin 80 faizə yaxını Bakıdadır. Bu da haradasa 70 minə yaxın taksi deməkdir. Başa düşürəm insanlar bu yolla pul qazanırlar, ancaq bu sahədə də nizam yaratmaq lazımdır.

- Növbəti parlament seçkilərində namizədliyinizi irəli sürəcəksinizmi?

- Bunun üçün ilk növbədə Lənkəran rayonuna qayıdıb öz ağsaqqalarım və böyüklərimlə məsləhətləşəcəm. Təbii ki, növbəti dəfə deputat seçilmək istərdim. Birinci növbədə mən özüm başa düşməliyəm ki, dördüncü dəfə deputat olmaq məsuliyyətini daşıya biləcəyəmmi. Çünki seçkidən seçkiyə deputatın insanların qarşısında məsuliyyəti artır. İstənilən halda hələ bu barədə qərar vermək tezdir, bir ildən çox vaxt var. Fikrimcə, bizim cəmiyyətdə deputatdan şərəfli iş, vəzifə və status yoxdur.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Həlimə xanım özünü cəmiyyətimizdə əsl Azərbaycan qadını kimi tanıda bilib" - YAP-çı deputat
Dünən, 13:24
Putin ölən kimi Krım Ukraynaya veriləcək - Andrey Piontkovski
Dünən, 13:16
"Azərsun" qəsdimizə NECƏ DURUB? - İTTİHAM
Dünən, 13:11
“Bəzən çılpaq qızlar dostluq təklifi göndərir" - Azər Həsrət
Dünən, 13:05
Bazar gününün havası BELƏ OLACAQ
Dünən, 13:04
Gürcüstanda azərbaycanlı hamilə qadın ölüb, yaxınları həkimləri günahlandırır
Dünən, 12:59
"Düşmən bizi təxribata çəkir ki, Qarabağı güc yolu ilə işğaldan azad edək" - Şair Ramaldanov
Dünən, 12:57
"İranın nüvə sazişindən ABŞ-ın çıxması nüvə silahlarının yayılmaması rejiminə təsir edir" - Vladimir Putin
Dünən, 12:51
Keçmiş nazir mülk davasına başladı - Şirkəti məhkəməyə verdi
Dünən, 12:50
Rəşad Dağlının qızı Arzu Əliyeva ilə - FOTO
Dünən, 12:45
"Məni tutdurmaga qüdrətin çatmaz" - QALMAQAL
Dünən, 12:43
Bu ölkənin müdafiə nazirinin son hərəkətləri Ermənistanın təcavüzkar siyasətini növbəti dəfə təsdiq edir - Azərbaycan XİN
Dünən, 12:38
“Ən azı 20 il həbs cəzası gözləyir, ömürlük həbs də istisna deyil” - Vəkil
Dünən, 12:36
"S-300" və "S-400" zenit raket sistemlərinin yaradıcısı İqor Aşurbəyli: - "Qarabağ bizimdir, Azərbaycanındır"
Dünən, 12:34
Gəncədə oğurluq edən gənclər ələ keçdi - FOTO
Dünən, 12:28
Tərtərdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi - FOTO
Dünən, 12:23
Yasamalda 100 otaqlı obyekt 2 milyona satılır
Dünən, 12:15
PA-da vəzifə verilən başçı müavininin yerinə TƏYİNAT
Dünən, 12:09
Putin və Ərdoğan Düşənbədə sammitdən əvvəl "ayaqüstü" söhbət ediblər
Dünən, 12:07
Əbülfəz Elçibəyin həyat yoldaşı dəfn edilib
Dünən, 12:06
DİN-in təmsilçisi Avropa çempionu oldu - FOTO
Dünən, 12:03
Beyləqanda daha bir ÖZBAŞINALIQ - Taleyi qara yazılan vətəndaşımızın bəxti hələ də gətirmir...
Dünən, 12:02
Müstəqil sosial müdafiə sisteminin qurucusu - TƏHLİL
Dünən, 11:57
Mingəçevir sakini ”Ata Bank”dan şikayətçidir - kompensasiyasını ala bilmir
Dünən, 11:55
Başçının milyonları var, vətəndaş isə yaşamaq uğrunda savaşır... - GİLEY
Dünən, 11:54
Azərbaycan bu ilin ilk 5 ayında neft məhsullarının ixracından 220 mln. dollar gəlir əldə edib
Dünən, 11:51
AzTV "Palitra ART" verilişi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib - "...aparıcıya haqsızlıq edilməsi həqiqətəuyğun deyil"
Dünən, 11:48
Həbsdə olan baş redaktor apellyasiya şikayəti verib
Dünən, 11:46
“Gələn həftə işlər yekunlaşacaq və konkret qərar qəbul etmək mümkün olacaq” - Sabiq baş nazir
Dünən, 11:45
"8 ildir AzTV-də çalışıram" - QALMAQAL
Dünən, 11:42
Azərbaycan səhiyyəsində növbəti qalmaqal - Xəstə əməliyyat zamanı hepatitə yoluxub
Dünən, 11:32
Nuh peyğəmbərin Xınalıqda yaşayan azərbaycanlı "nəvələri" kömək istəyir - Müraciət
Dünən, 11:26
"Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunduqdan sonra bu proses dayandırıldı" - İndi isə...
Dünən, 11:21
Qanunları pozmaqda davam edən "Unibank"ın yalanı: - “Bu müştərilərin adlarının siyahıya düşməməyi...”
Dünən, 11:19
Avtovağzalda 1 manat pul, 1 qəbz, onlarla gözlədilən insan: - “Giriş niyə pullu olmalıdır?”
Dünən, 11:17
Elmi ekspedisiyalarda iştirak edən sürücülərlə bağlı YENİ TƏLƏBLƏR
Dünən, 11:15
Azərbaycanın təbii qaz ixracından gəlirləri 75% artıb
Dünən, 11:14
Azərbaycan həqiqətləri ABŞ-ın ən nüfuzlu radio proqramında yayımlanıb
Dünən, 11:13
Azərbaycan xam neft ixracını 19% artırıb
Dünən, 11:00
Nazir Rüstəm Usubovun kürəkəninə yüksək vəzifə verdi
Dünən, 10:59
Birinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib
Dünən, 10:58
Tovuzda sevgilisini yandıran şəxsin cinayət işi məhkəməyə göndərilib
Dünən, 10:57
Alisher özü mahnı yazdı, özü də oxudu...
Dünən, 10:56
Göyçayda toyda dava düşüb, bıçaqlanan var
Dünən, 10:54
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb
Dünən, 10:53
Abşeron rayon məktəblərində “Son Zəng” günü belə qeyd edildi
Dünən, 10:53
"MTN işi"ndəki zərərçəkən şəxsə cinayət işi başlanıb
Dünən, 10:45
Proporsional seçki sisteminin bərpası mümkünmü?
Dünən, 10:44
Ramil Şeydayev İçəri Şəhərdə uşaqlarla futbol oynayıb - VİDEO
Dünən, 10:41
Sumqayıtda mənzildən 47 yaşlı kişi meyiti tapılıb
Dünən, 10:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru