"Həlimə xanım özünü cəmiyyətimizdə əsl Azərbaycan qadını kimi tanıda bilib" .....                     Putin ölən kimi Krım Ukraynaya veriləcək .....                     "Azərsun" qəsdimizə NECƏ DURUB? .....                     “Bəzən çılpaq qızlar dostluq təklifi göndərir" .....                     Bazar gününün havası .....                     Gürcüstanda azərbaycanlı hamilə qadın ölüb, .....                     "Düşmən bizi təxribata çəkir ki, Qarabağı güc yolu ilə işğaldan azad edək" .....                     "İranın nüvə sazişindən ABŞ-ın çıxması nüvə silahlarının yayılmaması rejiminə təsir edir" .....                     Keçmiş nazir mülk davasına başladı .....                     Bu ölkənin müdafiə nazirinin son hərəkətləri Ermənistanın təcavüzkar siyasətini növbəti dəfə təsdiq edir .....                     “Ən azı 20 il həbs cəzası gözləyir, ömürlük həbs də istisna deyil” .....                     "S-300" və "S-400" zenit raket sistemlərinin yaradıcısı İqor Aşurbəyli: .....                     Gəncədə oğurluq edən gənclər ələ keçdi .....                     Tərtərdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi .....                     Yasamalda 100 otaqlı obyekt 2 milyona satılır .....                     PA-da vəzifə verilən başçı müavininin yerinə TƏYİNAT .....                     Putin və Ərdoğan Düşənbədə sammitdən əvvəl "ayaqüstü" söhbət ediblər .....                     Əbülfəz Elçibəyin həyat yoldaşı .....                     DİN-in təmsilçisi Avropa çempionu oldu .....                     Beyləqanda daha bir ÖZBAŞINALIQ .....                     Müstəqil sosial müdafiə sisteminin qurucusu .....                     Mingəçevir sakini ”Ata Bank”dan şikayətçidir .....                     Başçının milyonları var, vətəndaş isə yaşamaq uğrunda savaşır... .....                     Azərbaycan bu ilin ilk 5 ayında neft məhsullarının ixracından .....                     Həbsdə olan baş redaktor apellyasiya şikayəti verib .....                     “Gələn həftə işlər yekunlaşacaq və konkret qərar qəbul etmək mümkün olacaq” .....                     Azərbaycan səhiyyəsində növbəti qalmaqal .....                     Nuh peyğəmbərin Xınalıqda yaşayan azərbaycanlı "nəvələri" kömək istəyir .....                     "Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunduqdan sonra bu proses dayandırıldı" .....                     Qanunları pozmaqda davam edən "Unibank"ın yalanı: .....                     Avtovağzalda 1 manat pul, 1 qəbz, onlarla gözlədilən insan: .....                     Elmi ekspedisiyalarda iştirak edən sürücülərlə bağlı .....                     Azərbaycanın təbii qaz ixracından gəlirləri 75% artıb .....                     Azərbaycan xam neft ixracını 19% artırıb .....                     Nazir Rüstəm Usubovun kürəkəninə yüksək vəzifə verdi .....                     Birinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə .....                     Tovuzda sevgilisini yandıran şəxsin cinayət işi məhkəməyə göndərilib .....                     Alisher özü mahnı yazdı, özü də oxudu... .....                     Göyçayda toyda dava düşüb, .....                     Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb .....                 

Qarabağ klanı Paşinyanı devirmək üçün fürsət gözləyir - GƏLİŞMƏ
Tarix: 18-05-2019, 08:54 | Çap et
Qarabağ klanı Paşinyanı devirmək üçün fürsət gözləyir
Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağ separatçıları arasında fikir ayrılığı getdikcə dərinləşir. Separatçıların təmsilçiləri ilə Ermənistanın baş naziri Nikol Paşinyan bir-birilərini kəskin tənqid edirlər. Paşinyan separatçıların lideri Bako Saakyanı xəbərdar etsə də, Saakyanın yaxın ətrafındakılar Paşinyana və Ermənistan hakimiyyətinin digər üzvlərinə qarşı tənqidlərini dayandırmırlar. Paşinyan bunu separatçıların Ermənistanın daxili işlərinə qarışması kimi qiymətləndirir.

Separatçıların iki tanınmış nümayəndəsi var - eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyan. N.Paşinyan S.Sərkisyanı hakimiyyətdən uzaqlaşdırıb və onun qohumlarına qarşı korrupsiya ittihamları ilə bağlı cinayət işləri açılıb. Köçəryan isə həbsdədir və onun üzərində məhkəmə prosesi gedir. Ancaq məhkəmə prosesinin özü də Paşinyanı narahat edir. Çünki birincisi, bir neçə hakim Köçəryanın məhkəməsini aparmaqdan imtina edib. Aydındır ki, həmin hakimlər “Qarabağ klanının” intiqamından qorxduqlarına görə çəkiliblər kənara. İkincisi, Köçəryan üzərindəki məhkəmə “Qarabağ klanını” canlandırıb, onlar məhkəmə salonunda belə keçmiş prezidentin hər gəlişini alqışlarla qarşılayırlar.

Paşinyanı Qarabağ separatçılarının açıqlamaları narahat edir. Onlar Köçəryana azadlıq tələb edirlər.

“Atlas” Araşdırmalar Mərkəzi Elxan Şahinoğlu hesab edir ki, prosesin gedişatından Qarabağ klanının N.Paşinyanı devirməyə cəhd edəcəyi görünür. Paşinyan separatçıların Ermənistanın daxili işlərinə qarışmamasına çağırır. Buna baxmayaraq separatçılar keçmiş və hazırkı liderləri Köçəryanın məhkəməsinə gedərək yenidən Paşinyanı narahat edən açıqlama veriblər və eks-prezidenti azad etmək tələbini irəli sürüblər:

“Paşinyanın Qarabağa səfərləri də nəticə vermir. O düşünürdü ki, Xankəndinə səfərləri ilə separatçıların lideri Saakyan üzərində nəzarəti gücləndirəcək. Bu alınmadı. Bako Saakyan Robert Köçəryan və Serj Sərkisyanın təsiri altındadır və onlara xidmət edir. Serj Sərkisyanın tez-tez Dağlıq Qarabağa gəlişləri də bundan xəbər verir. Paşinyan ”Qarabağ klanını" Ermənistanda hakimiyyətdən uzaqlaşdırdıqdan sonra Qarabağdakı separatçılar Moskvanın nəzarəti altına keçiblər. Xankəndinə təlimatlar daha İrəvandan yox, Moskvadan gəlir. 2020-ci ildə Dağlıq Qarabağda “prezident seçkisi” keçiriləcək. Bako Saakyan “namizəd” olmayacağını bildirib. Deməli, “prezidentlik” uğrunda iki qüvvə arasında mübarizənin gedəcəyini proqnozlaşdırmaq olar. Paşinyan öz adamının Dağlıq Qarabağda “prezident seçilməsini” istəyir. Ancaq problem ondadır ki, Dağlıq Qarabağda Paşinyanın siyasətini qəbul edənlər zəifdir. İkinci qüvvə Qarabağ klanı ilə Rusiyanın nəzarətindəki siyasətçilərdir. Onlardan birinin Dağlıq Qarabağın “prezidenti” seçiləcəyini söyləmək mümkündür. Bu isə o deməkdir ki, Paşinyanla separatçılar arasında fikir ayrılığı gələcək illərdə də davam edəcək. Hətta mümkündür ki, separatçılar Dağlıq Qarabağın “prezidentliyinə” Robert Köçəryanı və ya Serj Sərkisyanı gətirməyə çalışsınlar. Məlumata görə, Ermənistan Dağlıq Qarabağla sərhəddə hərbi postların sayını artırıb, gəlib-gedənlərin kimliyi yoxlanılır. Nikol Paşinyan Dağlıq Qarabağ separatçılarının Ermənistandakı tərəfdarları vasitəsilə İrəvanda çevriliş cəhdindən ehtiyat edir. Əgər Dağlıq Qarabağ separatçıları və İrəvandakı “Qarabağ klanı” Paşinyana qarşı çevriliş planını həyata keçirmək istəsə, bu, Moskvanın razılığı ilə baş verəcək. Dağlıq Qarabağ separatçıları bir dəfə Ermənistanda çevriliş ediblər, 1997-ci ildə prezident Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırıblar. Ona görə “Qarabağ klanının” çevriliş etmək təcrübəsi var. Klan Paşinyanın mövqelərinin zəifləməsini və hansısa səhv addım atmasını gözləyir".

Politoloq Məhəmməd Əsədullazadə də bildirdi ki, Paşinyanla Qarabağdakı qondarma rejimin “ulduzları” inqilabın ilk günlərindən barışmır: “Paşinyan Qarabağdakı qondarma rejimi devirib burada özünə sadiq qüvvələri yerləşdirməyə çalışırdı. İlk əvvəldən buna cəhd etsə də, Qarabağ klanının birlik nümayiş etdirməsi nəticəsində istəyinə nail ola bilmədi. Sərkisyan və Köçəryan tandemi ətrafında birləşən bu qüvvələrin məqsədi Paşinyanı fürsət düşən kimi devirməkdir. Hazırda Qarabağ klanı Xankəndində toparlanaraq siyasi güc formalaşdırır. Paşinyanın Şuşaya səfərində ona qarşı soyuq münasibət və separatçılar tərəfindən mesajlar baş nazirin xəbərdarlıq bəyanatı verməsinə səbəb oldu. Hətta Paşinyan Qarabağda inqilabı əks-inqilab etmək mesajını verdi. Faktiki olaraq iki qüvvə arasında ciddi qarşıdurma yaşanır. Qarabağ klanı Paşinyanın daxildə siyasi vəziyyətinin zəifləməsini gözləyir. Həmçinin Ermənistanda inqilabın ölkədə iqtisadi və sosial vəziyyətə müsbət təsir etmədiyini görüb hərəkətə keçməyi fürsət bilirlər. Qarabağ klanı Sərkisyanın başçılığı ilə təlimatı Kremldən almaqla revanşa hazırlaşır. Paşinyan bunun fərqindədir. Hesab edirəm ki, onların cəhdləri uğursuz olacaq. Paşinyanın ölkə daxilində hələ ki reytinqi var. Xalqın müəyyən kəsiminin dəstəyinə güvənir. Separatçıların bu hərəkəti özlərinin siyasi proseslərdən kənarlaşdırılması ilə nəticələnə bilər. Hesab edirəm ki, Paşinyan ciddi hərəkətə keçib, Qarabağ klanını tam siyasi səhnədən uzaqlaşdırmağa başlayacaq. İrəvanda Paşinyan yenidən xalqı küçələrə çıxarıb özünə dəstək mitinqləri keçirəcək. Serj Sərkisyan və onun Qarabağ klanının, həbsdə olan Köçəryanın əks-inqilab həmlələri Paşinyanın daxili auditoriyada reytinqini qaldıracaq”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Həlimə xanım özünü cəmiyyətimizdə əsl Azərbaycan qadını kimi tanıda bilib" - YAP-çı deputat
Dünən, 13:24
Putin ölən kimi Krım Ukraynaya veriləcək - Andrey Piontkovski
Dünən, 13:16
"Azərsun" qəsdimizə NECƏ DURUB? - İTTİHAM
Dünən, 13:11
“Bəzən çılpaq qızlar dostluq təklifi göndərir" - Azər Həsrət
Dünən, 13:05
Bazar gününün havası BELƏ OLACAQ
Dünən, 13:04
Gürcüstanda azərbaycanlı hamilə qadın ölüb, yaxınları həkimləri günahlandırır
Dünən, 12:59
"Düşmən bizi təxribata çəkir ki, Qarabağı güc yolu ilə işğaldan azad edək" - Şair Ramaldanov
Dünən, 12:57
"İranın nüvə sazişindən ABŞ-ın çıxması nüvə silahlarının yayılmaması rejiminə təsir edir" - Vladimir Putin
Dünən, 12:51
Keçmiş nazir mülk davasına başladı - Şirkəti məhkəməyə verdi
Dünən, 12:50
Rəşad Dağlının qızı Arzu Əliyeva ilə - FOTO
Dünən, 12:45
"Məni tutdurmaga qüdrətin çatmaz" - QALMAQAL
Dünən, 12:43
Bu ölkənin müdafiə nazirinin son hərəkətləri Ermənistanın təcavüzkar siyasətini növbəti dəfə təsdiq edir - Azərbaycan XİN
Dünən, 12:38
“Ən azı 20 il həbs cəzası gözləyir, ömürlük həbs də istisna deyil” - Vəkil
Dünən, 12:36
"S-300" və "S-400" zenit raket sistemlərinin yaradıcısı İqor Aşurbəyli: - "Qarabağ bizimdir, Azərbaycanındır"
Dünən, 12:34
Gəncədə oğurluq edən gənclər ələ keçdi - FOTO
Dünən, 12:28
Tərtərdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi - FOTO
Dünən, 12:23
Yasamalda 100 otaqlı obyekt 2 milyona satılır
Dünən, 12:15
PA-da vəzifə verilən başçı müavininin yerinə TƏYİNAT
Dünən, 12:09
Putin və Ərdoğan Düşənbədə sammitdən əvvəl "ayaqüstü" söhbət ediblər
Dünən, 12:07
Əbülfəz Elçibəyin həyat yoldaşı dəfn edilib
Dünən, 12:06
DİN-in təmsilçisi Avropa çempionu oldu - FOTO
Dünən, 12:03
Beyləqanda daha bir ÖZBAŞINALIQ - Taleyi qara yazılan vətəndaşımızın bəxti hələ də gətirmir...
Dünən, 12:02
Müstəqil sosial müdafiə sisteminin qurucusu - TƏHLİL
Dünən, 11:57
Mingəçevir sakini ”Ata Bank”dan şikayətçidir - kompensasiyasını ala bilmir
Dünən, 11:55
Başçının milyonları var, vətəndaş isə yaşamaq uğrunda savaşır... - GİLEY
Dünən, 11:54
Azərbaycan bu ilin ilk 5 ayında neft məhsullarının ixracından 220 mln. dollar gəlir əldə edib
Dünən, 11:51
AzTV "Palitra ART" verilişi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib - "...aparıcıya haqsızlıq edilməsi həqiqətəuyğun deyil"
Dünən, 11:48
Həbsdə olan baş redaktor apellyasiya şikayəti verib
Dünən, 11:46
“Gələn həftə işlər yekunlaşacaq və konkret qərar qəbul etmək mümkün olacaq” - Sabiq baş nazir
Dünən, 11:45
"8 ildir AzTV-də çalışıram" - QALMAQAL
Dünən, 11:42
Azərbaycan səhiyyəsində növbəti qalmaqal - Xəstə əməliyyat zamanı hepatitə yoluxub
Dünən, 11:32
Nuh peyğəmbərin Xınalıqda yaşayan azərbaycanlı "nəvələri" kömək istəyir - Müraciət
Dünən, 11:26
"Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunduqdan sonra bu proses dayandırıldı" - İndi isə...
Dünən, 11:21
Qanunları pozmaqda davam edən "Unibank"ın yalanı: - “Bu müştərilərin adlarının siyahıya düşməməyi...”
Dünən, 11:19
Avtovağzalda 1 manat pul, 1 qəbz, onlarla gözlədilən insan: - “Giriş niyə pullu olmalıdır?”
Dünən, 11:17
Elmi ekspedisiyalarda iştirak edən sürücülərlə bağlı YENİ TƏLƏBLƏR
Dünən, 11:15
Azərbaycanın təbii qaz ixracından gəlirləri 75% artıb
Dünən, 11:14
Azərbaycan həqiqətləri ABŞ-ın ən nüfuzlu radio proqramında yayımlanıb
Dünən, 11:13
Azərbaycan xam neft ixracını 19% artırıb
Dünən, 11:00
Nazir Rüstəm Usubovun kürəkəninə yüksək vəzifə verdi
Dünən, 10:59
Birinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib
Dünən, 10:58
Tovuzda sevgilisini yandıran şəxsin cinayət işi məhkəməyə göndərilib
Dünən, 10:57
Alisher özü mahnı yazdı, özü də oxudu...
Dünən, 10:56
Göyçayda toyda dava düşüb, bıçaqlanan var
Dünən, 10:54
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb
Dünən, 10:53
Abşeron rayon məktəblərində “Son Zəng” günü belə qeyd edildi
Dünən, 10:53
"MTN işi"ndəki zərərçəkən şəxsə cinayət işi başlanıb
Dünən, 10:45
Proporsional seçki sisteminin bərpası mümkünmü?
Dünən, 10:44
Ramil Şeydayev İçəri Şəhərdə uşaqlarla futbol oynayıb - VİDEO
Dünən, 10:41
Sumqayıtda mənzildən 47 yaşlı kişi meyiti tapılıb
Dünən, 10:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru