"Gürcüstan sərhədçiləri təxribatçıların və cinayət ünsürlərinin Azərbaycan ərazisinə buraxılmasına görə məsuliyyət daşıyırlar" .....                     Mnatsakanyan ABŞ-a gedir .....                     Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı .....                     Gəncədə zavodda faciə: .....                     Şahdağa yürüş edənlərdən biri sürüşüb öldü .....                     Bakıda cərrahi əməliyyat olunan Qusar sakini bir həftə sonra öldü .....                     Azərbaycanda 6 rayonun sakinini aldadan falçı ilə bağlı .....                     “Stratfor” S-400-lərin qüsurundan yazdı .....                     Tanış olduğu qadını evə saldı, qapını bağlayıb zorladı .....                     “Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini tezliklə bərpa edəcək” .....                     Azərbaycanda inanılmaz hadisə .....                     “İcra başçısının müavini narazılığı görüb qaçdı” .....                     İcra başçısı birinci müavini ilə bağlı XƏBƏR.... .....                     "Bibim oğlu böyrəyini satanda mən də satıb bəzi problemləri həll etmək istədim" .....                     Məşhur iş adamı Xəzər dənizinin sahilini hasarladığına görə cərimələnib .....                     Sabah dollar neçəyə olacaq? .....                     Bakı Atatürk Liseyində narazılıq .....                     Kənd təsərrüfatı məhsullarının qiyməti nəzərəçarpacaq dərəcədə ucuzlaşacaq .....                     Mərhum generalın oğlu DSX-də xidmətə başlayıb .....                     Gəncə sakininin ölümü ilə bağlı cinayət işi başlanıb .....                     Baş prokuror Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin rəhbərlik etdiyi geniş nümayəndə heyətini qəbul edib .....                     “Ermənilər görəcəklər ki, bu bekar söhbətlərdir” .....                     Dilgəm Əsgərovun oğlu atasına məktub göndərib .....                     Dövlət Sərhəd Xidmətinin rəisi gənc zabitlərə tövsiyə və tapşırıqlar verib .....                     Müəllimlərin işə qəbulu üzrə imtahanlarda qeydə alınan pozuntular .....                     “Azərişıq”da yeni TƏYİNATLAR .....                     Duqindən sensasion 15 iyul açıqlaması: .....                     S-400 komponentlərini daşıyan 12-ci təyyarə Ankaraya enib .....                     Angela Merkel himni yenə oturaraq dinləyib .....                     “Memar-3” MTK-nın sədri Aidə Rəhimova və Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevi ittiham olunur... .....                     “Vüsal Nuriyev nə qanun sayır, nə fərman…” .....                     Bakı metrosunda sevgilisini öldürmək istəyən şəxs hökmdən şikayət verib .....                     Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? .....                     “Bizə təzyiq etməyin, altından qalxa bilmərik...” .....                     Zakir Həsənov hərbi hissələrdə yoxlamaya başlayıb .....                     Azərbaycanda “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanun layihəsi hazırlanıb .....                     Ermənistanda kəndlilər hökumət binası qarşısında oturaq aksiya keçiriblər .....                     “Öz Hasanoğlu” şirkəti ilə işgəncəli səfər... .....                     Elinanın anası Xalidə Bayramova ilə üzləşmək istəyir .....                     Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq .....                 

Brüssel zirvəsi başa çatdı: nəticələr... - TƏHLİL
Tarix: 16-05-2019, 08:44 | Çap et
Brüssel zirvəsi başa çatdı: nəticələr...
“Brüsseldə ikigünlük hadisələr marafonu - ”Şərq Tərəfdaşlığı" proqramının 10 illiyinə həsr olunmuş və dövlət başçılarının, əarici işlər nazirlərinin, vətəndaş cəmiyyətləri nümayəndələrinin və KİV-in iştirakı ilə keçirilən konfrans və görüşlər başa çatdı. İştirakçıların hamısı bir çox sahələrdə irəliləyişlər olduğunu deyiblər və biz bunu rəqəmlərdə də ifadə edə bilərik".

Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Kestutis Yankauskas “Şərq Tərəfdaşlığı”nın 10 illik yubileyi münasibətilə Brüsseldə keçirilən tədbirlərin yekunlarını şərh edərkən bildirib. “Əməkdaşlığımız nə qədər dərinləşərsə, bir o qədər çox yeni imkanlar və sahələr açılacaq və bu da gələcək işlərə daha yaxşı meyillənməyə yardım edir”, - səfir qeyd edib. (Report.az) Onun sözlərinə görə, “Şərq Tərəfdaşlığı” həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığa imkan yaradır: “Konfransın bağlanışında Avropa İttifaqının komissarı Yohannes Hannın qeyd etdiyi kimi, yaxın bir neçə il ərzində yəqin ki, daha çox ”Şərq Tərəfdaşlığı" ölkələrinin öz aralarında, o cümlədən ticarət və rəqəmsal iqtisadiyyat sahələrində əlaqələrdən daha çox istifadə etmələrinə diqqət yetirəcəyik. İmkanlar çoxdur". K.Yankauskas vurğulayıb ki, “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyi münasibətilə keçirilən yüksək səviyyəli konfrans uğurlu keçib və orada gələcək əməkdaşlıqla bağlı gənclər tərəfindən çoxlu təkliflər irəli sürülüb: “Əlbəttə, təhsil bizim prioritetimiz olaraq qalacaq”.

O diqqətə çatdırıb ki, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər həmçinin Prezident İlham Əliyevin Brüsseldə Avropa Şurasının sədri Donald Tusk ilə görüşündə də müzakirə olunub: “Yeni saziş, həmçinin aviasiya sazişi üzrə hələ qalmış işlər müzakirə edilib. İşi davam etdirməliyik. Ümidvaram ki, bunu ən yaxın zamanda tamamlayacağıq, nə tempimizi, nə də istəyimizi azaltmayacağıq. Çünki onlar (sazişlər-red.) yeni imkanlar açacaq”.

Qeyd edək ki, Brüsselə iki günlük səfəri çərçivəsində Prezident İlham Əliyev mayın 14-də Brüsseldə ölkəmizin Belçika Krallığındakı səfirliyinin yeni binasının açılışında iştirak edib. Brüsselin Tervuren prospektində yerləşən bina 2014-cü ildə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi tərəfindən alınıb, daxili əsaslı təmir edilib, fasadı isə yenilənib. Bina Avropa təsisatlarına çox yaxın məsafədə, Parmentier parkının yaxınlığında, çoxsaylı diplomatik missiyaların yerləşdiyi prospektdədir. Azərbaycan Prezidenti binanın rəmzi açılışını bildirən lenti kəsib.

“Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə sıx əlaqələrə malikdir. Belə ki, Azərbaycanın Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır”. Bu fikirləri prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyindəkı çıxışında deyib. Ölkə başçısı qeyd edib ki, Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən fəal ölkələrdən biridir. Azərbaycan Prezidenti «Şərq Tərəfdaşlığı» proqramının iştirakçısı olan Ermənistan və Azərbaycan arasında münaqişənin öz həllini tapmamasını təəssüflə qeyd edib. Dövlət başçısı torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayaraq bildirib ki, 25 ildən çoxdur bu münaqişə davam edir. Prezident qeyd edib ki, bu münaqişə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.

O xatırladıb ki, ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur. Dövlətimizin başçısı Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasında mühüm rol oynadığını qeyd edərək ölkəmizin Avropa İttifaqı ilə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq etdiyini bildirib.

“Şərq Tərəfdaşlığı”nın 10 illiyinə həsr edilən sammitdə iştirak edən liderlərin fotosu gülüş doğurub. Axar.az xəbər verir ki, gülüşə səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın fotodakı yeri olub. Belə ki, “Şərq Tərəfdaşlığı” və AB liderlərinin birgə çəkdirdiyi xatirə fotosunda Ukrayna prezidenti Pyotr Poroşenkonun arxasında dayanan Paşinyan görünməyib. Foto Avropa Birliyinə aid rəsmi saytlardan birində yerləşdirildikdən dərhal sonra Ermənistan tərəfinin kəskin etirazına səbəb olub. Etirazlardan sonra foto saytdan silinib. Ermənistanın “Past” qəzeti Paşinyanla bağlı belə fotonun qəsdən çəkildiyini və yayımlandığını iddia edib. Qəzet AB-nin bununla Paşinyanın Brüsseldəki siyasi tədbirlərdə iştirak etməməsinə reaksiya verdiyini bildirib. AB-nin mesajının Paşinyana yox, birbaşa Ermənistan dövlətinə və onun xarici siyasətinə ünvanlandığı vurğulanıb.

Brüssel bəyannaməsində ərazi bütövlüyü prinsipinin əksini tapmaması bəzi narahatlıqlar doğurub. Rəsmi Bakı Azərbaycanın veto qoyduğu sənədlə bağlı artıq açıqlama yaysa da, ajiotaj səngimir.

“Brüsseldə ”Şərq Tərəfdaşlığı" proqramının 10 illiyi ilə bağlı keçirilən yubiley toplantısının bəyannaməsində ərazi bütövlüyü və digər bu kimi amillərin xüsusi vurğulanmaması son nəticədə sənədin statusunu aşağı saldı və bəyannamə sadəcə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini tərəfindən imzalandı. Bu isə o deməkdir ki, bəyannamə zirvə görüşü iştirakçılarının deyil, Mogerininin mövqeyini ifadə edir".

Politoloq Elçin Mirzəbəyli bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ərazi bütövlüyü ilə bağlı fikirlərə gəldikdə, ekspert qeyd etdi ki, Federiko Mogerininin imzaladığı sənədin özündə də Avropa İttifaqının müvafiq qurumları, həmçinin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində qəbul edilən sənədlərə istinad edilir: “Bu da öz növbəsində dolayısı ilə ərazi bütövlüyü amilinin dəstəklənməsi anlamına gəlir. Azərbaycanla Avropa İttifaqı arasında imzalanması nəzərdə tutulan sazişə gəldikdə isə bu sənəddə ərazi bütövlüyü ilə bağlı məsələnin konkret ifadə olunmuş bir formada yer alacağı şübhə doğurmamalıdır. Çünki ötən il, Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış ”Tərəfdaşlıq prioritetləri" sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. “Tərəfdaşlıq prioritetləri” sənədi isə sazişin baza hissəsini təşkil edəcək".
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Gürcüstan sərhədçiləri təxribatçıların və cinayət ünsürlərinin Azərbaycan ərazisinə buraxılmasına görə məsuliyyət daşıyırlar" - Xələf Xələfov rəsmi Bakının sərt mövqeyini İFADƏ ETDİ
Dünən, 18:24
Mnatsakanyan ABŞ-a gedir
Dünən, 18:22
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Dünən, 18:15
Gəncədə zavodda faciə: - ölən var
Dünən, 18:14
Şahdağa yürüş edənlərdən biri sürüşüb öldü
Dünən, 18:05
Bakıda cərrahi əməliyyat olunan Qusar sakini bir həftə sonra öldü
Dünən, 17:51
Azərbaycanda 6 rayonun sakinini aldadan falçı ilə bağlı - Qərar
Dünən, 17:49
“Stratfor” S-400-lərin qüsurundan yazdı - Moskvadan cavab
Dünən, 17:48
Tanış olduğu qadını evə saldı, qapını bağlayıb zorladı — MƏHKƏMƏ
Dünən, 17:46
“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini tezliklə bərpa edəcək” - Baş nazir
Dünən, 17:39
Azərbaycanda inanılmaz hadisə - Evə gəlib qayınanasına təcavüz etdi
Dünən, 17:37
“İcra başçısının müavini narazılığı görüb qaçdı” - Saatlıda ETİRAZ
Dünən, 17:35
İcra başçısı birinci müavini ilə bağlı XƏBƏR.... DÜZ ÇIXMADI...
Dünən, 17:27
"Bibim oğlu böyrəyini satanda mən də satıb bəzi problemləri həll etmək istədim" - məhkəmə işi
Dünən, 17:19
Məşhur iş adamı Xəzər dənizinin sahilini hasarladığına görə cərimələnib - FOTO
Dünən, 17:16
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:00
Bakı Atatürk Liseyində narazılıq - VİDEO
Dünən, 16:57
Kənd təsərrüfatı məhsullarının qiyməti nəzərəçarpacaq dərəcədə ucuzlaşacaq - NƏ VAXT?
Dünən, 16:49
Mərhum generalın oğlu DSX-də xidmətə başlayıb - FOTO
Dünən, 16:47
Gəncə sakininin ölümü ilə bağlı cinayət işi başlanıb
Dünən, 16:44
Baş prokuror Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin rəhbərlik etdiyi geniş nümayəndə heyətini qəbul edib
Dünən, 16:41
"Mənə dedi ki, özünə Şəbnur, Şəbtac adını qoy" - Şəbnəm Tovuzlu Şəbnəm Tapdıqdan danışdı
Dünən, 16:37
“Ermənilər görəcəklər ki, bu bekar söhbətlərdir” - Deputatlar Konqresin qərarını ŞƏRH ETDİ
Dünən, 16:34
Dilgəm Əsgərovun oğlu atasına məktub göndərib
Dünən, 16:32
Dövlət Sərhəd Xidmətinin rəisi gənc zabitlərə tövsiyə və tapşırıqlar verib
Dünən, 16:24
Müəllimlərin işə qəbulu üzrə imtahanlarda qeydə alınan pozuntular - qulaqcıqla gələn də, başqasının yerinə imtahan vermək istəyən də var
Dünən, 16:18
"Həyat yoldaşımdan çox razıyam" - Arif Babayev
Dünən, 16:14
“Azərişıq”da yeni TƏYİNATLAR
Dünən, 16:07
Duqindən sensasion 15 iyul açıqlaması: - Putindən üzr...
Dünən, 16:02
S-400 komponentlərini daşıyan 12-ci təyyarə Ankaraya enib
Dünən, 15:58
Angela Merkel himni yenə oturaraq dinləyib
Dünən, 15:56
“Memar-3” MTK-nın sədri Aidə Rəhimova və Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevi ittiham olunur... - Müraciət
Dünən, 15:55
Azərbaycanlı aparıcı ərindən ayrılsa da, boşanmayıb
Dünən, 15:50
“Vüsal Nuriyev nə qanun sayır, nə fərman…” - Gömrükdə daha bir qalmaqal
Dünən, 15:47
Bakı metrosunda sevgilisini öldürmək istəyən şəxs hökmdən şikayət verib
Dünən, 15:44
Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? - VİDEO
Dünən, 15:41
“Bizə təzyiq etməyin, altından qalxa bilmərik...” - ERMƏNİSTAN PARLAMENTİNİN SPİKERİ VAŞİNQTONDA YALVARDI
Dünən, 15:38
Zakir Həsənov hərbi hissələrdə yoxlamaya başlayıb
Dünən, 15:32
Azərbaycanda “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanun layihəsi hazırlanıb
Dünən, 15:23
Ermənistanda kəndlilər hökumət binası qarşısında oturaq aksiya keçiriblər
Dünən, 15:09
“Öz Hasanoğlu” şirkəti ilə işgəncəli səfər... – “Avtobusa kim öz pisliyini etdi?”
Dünən, 15:07
Elinanın anası Xalidə Bayramova ilə üzləşmək istəyir - VƏKİLLƏRDƏN TƏLƏB
Dünən, 14:57
Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq - Belə deyirlər...
Dünən, 14:54
Azərbaycanlılar üçün kinoteatrda film izləmək maraqlıdırmı? - ARAŞDIRMA
Dünən, 14:52
Rusiya AB-nin Türkiyəyə qarşı sanksiyalarına qarşı çıxır
Dünən, 13:06
İki gün əvvəl Xəzərdə batan 32 yaşlı kişinin meyiti tapılıb
Dünən, 13:01
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi körpə ölümünə reaksiya verdi - Həkimlərin izahatları alınıb
Dünən, 12:57
Müsavatda saxta sənəd qalmaqalı: - Partiya rəhbərliyi bir-birini sərt ittiham etdi
Dünən, 12:50
Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb
Dünən, 12:46
"Türkiyə tərəfi Rusiyadan razılıq alıb ki, gələcəkdə bu raketlərin istehsalında müəyyən qədər rol oynasın"
Dünən, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru