"Cümhuriyyəti quranlar minnətdarlıq hissi ilə yad edilir" .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Füzuli Ələkbərovun “qara kassası” Sahil Babayevin “sağ əli” rolunda: .....                     Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir? .....                     Ermənistan aerodromlarını İranın vurulması üçün versə... .....                     İmişlidə bu məmur işçilərin haqqını yeyir... .....                     Neftin ucuzlaşması davam edir .....                     “Abşeron City” müştərilərin başına oyun açır .....                     Düşmən ölkənin dizi aclıqdan büküləcək .....                     Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ! .....                     BP 25 ildir Bakıda neft çıxarır, təhlükə olmur, amma bir futbol matçına görə “təhlükə” yaranır... .....                     "Unibank" kompensasiya maxinasiyasını davam etdirir .....                     Peşəkar mühasib sertifikatının verilməsi ilə bağlı qaydalar təsdiqlənib .....                     Paşinyanı rəqibləri ilə son döyüş gözləyir .....                     Saxta əlil pensiyası alan direktorla bağlı məsələ qapanmayıb .....                     Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatı start götürür .....                     Gömrük fəlsəfəsinin dəyişməsinə ehtiyac var... .....                     Taxıl asılılığımız artır: Çörək tələbatı, yoxsa? .....                     “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi təsdiqlənib .....                     Azərbaycanda lisenziyalaşdırılan şəxslərin fəaliyyətinin yoxlanılması qaydası müəyyənləşib .....                     Sensasion iddialar: Azərbaycan müharibəyə hazırlaşır .....                     Bakıda 38 yaşlı kişi boğazından bıçaqlanıb .....                     Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti BU YOLLA müəyyən olunacaq .....                     Səbail rayonunda kişi meyiti tapılıb .....                     “Azərbaycan xüsusi xidmət orqanları tərəfindən bu istiqamət daim əməliyyat nəzarətində saxlanılır” .....                     Bu gün dollar neçəyədir? .....                     Azərbaycan nefti ucuzlaşır .....                     Öz evində bıçaqlayıb öldürdülər .....                     Bakıda 41 yaşlı kişi döyülüb .....                     “Həmin siyasi dərnək bu günə kimi mitinq keçirməyib, amma finala bir gün qalmış...” .....                     Ruhani: İran bombardmana məruz qalsa belə təslim olmayacaq .....                     “Azərbaycanla sərhədlə bağlı danışıqları diqqətlə izləyirik” .....                     Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu .....                     "Yeni Yasamal" MTK işində "Şərurlu İsfəndiyar" da peyda oldu .....                     Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırılıb .....                     “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur .....                     Ermənistan ordusu Zakir Həsənova atəş açmaq istəyib? .....                     Gürcüstanın XİN başçısı Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın fəaliyyəti ilə bağlı gözləntilərini açıqlayıb .....                     Misir və Qazaxıstan prezidentləri Azərbaycan dövlət başçısına .....                     “Amnesty İnternational”ın qərəzli açıqlamalarının heç bir əhəmiyyəti olmayacaq .....                 

Bura təhsil ocağıdır, yoxsa... - İTTİHAM
Tarix: 10-05-2019, 17:49 | Çap et
Bura təhsil ocağıdır, yoxsa...
Bu gün anadan olmasının 96-cı ildönümünü qeyd etdiyimiz Ümumilli lider Heydər Əliyev ölkəmizin sabahının qurucuları olan gənclərin qayğı və problemlərinin həllinə xüsusi diqqət yetirirdi. "Təhsil millətin gələcəyidir!" - deyən Ulu Öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında bu gün dövlətimiz tərəfindən mükəmməl gənclər siyasəti yürüdülür, yetişməkdə olan nəslin təhsilə, əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslara yiyələnməsi üçün əhəmiyyətli işlər görülür.

Lakin, çox təəssüflər olsun ki, hələ də bəzi subyektiv amillər bu siyasətin həyata keçirilməsini ləngidir. Şahin Bəylərovun yarıtmaz idarəçiliyi altında olan 12 saylı Bakı Peşə Liseyində (BPL) baş verən qanunsuzluqlar barədə liseyin tərəqqipərvərvər müəllimlərinin redaksiyamıza şikayəti əsasında hazırlanmış tənqidi məqalələr oxucu ictimaiyyəti tərəfindən diqqətlıə izlənilsə də, hələ ki nə Təhsil Nazirliyi, nə də Peşə Təhsili üzrə Dövlət Agentliyi reaksiya verməyə tələsmir. Bu isə liseydə haqqı tapdalanan müəllim və şagirdləri daha da üzür. Redaksiyamıza daxil olmuş növbəti məktubda hüquqları pozulanların üzüntüsünü əks etdirən gileyləri yer almışdır:

"Təhsilimizin böyük qayğıkeşi cənab İlham Əliyev deyir ki, gənclər bizim gələcəyimizdir. Bəs görəsən 12 nömrəli Bakı Peşə Liseyində uzun müddət kök salmış, özünə "nüfuz qazanmış", "yuxarıda" arxa-dayaq, güvənc yeri tapmış direktor əvəzi Şahin Bəylərov nə deyir? Gəlin görək, əlində jurnalı, dərs saatlarını, dərs cədvəlini silah kimi tutub, özü kimiləri tərəfdaş toplayıb qruplaşma yaradan dərs hissə müdiri Şəlalə Əsədova nə deyir?.."

Məktubda bu iki şəxsin adının 30 ilə yaxındır ki, mənfi mənada qoşa çəkildiyi qeyd olunur: "Hər cür özbaşınalıqlar, saxtakarlıqlar, rüşvətxorluq, etik qaydaları pozulması "toxunulmazlıq" statusu almış bu iki şəxsdən başlayır. Görəsən adlarının eybəcər şəkildə hallandığı şagird və valideynlərə də bəlli olan, şagirdə "bicbala" deyərək mənəvi zərbə vuran Şəlalə Əsədova və Şahin Bəylərov hansı mənəvi- əxlaqi keyfiyyətlərinə görə yetişməkdə olan nəslə tərbiyə vermək vəzifəsini daşıyırlar? Bu sualın cavabını kim verəcək, məsuliyyətini kim daşıyır? Bu cütlüyə dayaq olub, onun hər cür iyrəncliyinə, saxtakarlığına, qərəzçiliyinə himayədarlıq edən Peşə Təhsili Agentliyimi, yoxsa bu qədər sosial şəbəkələrdə yayılan və edilən müraciətlərə göz yumub ört-basdır edən Təhsil Nazirliyinin cavabdeh şəxslərimi?!. 12 nömrəli liseydə Şahin Bəylərov öz "qrupu" ilə əlbir olub bu təhsil ocağını iflic vəziyyətə salıb. Hamı başını qoruyur. Çünki, kim gördüyünü, eşitdiyini desə, Şahin Bəylərovun "qara siyahı"sına düşüb ağlar günə qalacaq. 8-9 aydır ki, bu məktəbdə müəllimin və şagirdlərin söyülməsi, təhqir olunması tam aydın məsələ kimi gündəmdədir. Bunun fakt olduğunu bütün müəllim, şagird və valideynlər bilirlər. Ancaq Şahin Bəylərov saxta sənədlər tərtib etməkdə mahir usta olduğu üçün bu işin də altından quru çıxır, bu işin guya yalan, "qurma" olduğunu söyləyir. Biz yenə də sual edirik: Bəs sosial şəbəkələrdə yayınlanan şagirdin döyülmə videosu və "məndən də qabaq başqa şagird döyülüb" dediyini əks etdirən görüntülər kimin oyunudur? Bəs bunun cavabını kim verəcək? Nədən Təhsil Nazirliyi və hüquq - mühafizə orqanları buna laqeyd yanaşdılar və biganə qalmaqda davam edirlər. Aydındır ki, Şahin Bəylərovun "sudan quru çıxmaq" məharəti və onu qoruyan Peşə Agentliyinin himayədarlığı öz sözünü deyir. Məlumat verilir ki, liseydə edilmiş şikayətlərlə bağlı tədbir görülüb - tərbiyə işləri üzrə direktor müavininin işinə xitam verilib. Bu kimə və nəyə xidmət edir? Axı tərbiyə işləri üzrə direktor müavini 67-68 yaşlı şəxsdir və o, yaş senzinə görə işdən azad edilib. Yenə də sual edirik: Başqa təhsil müəssisələrində kişik bir

nöqsandan ötrü həm direktor, həm müavinləri, həm də müəllim işdən azad edilir, hətta məsuliyyətə cəlb edilir. Bəs görəsən, müəllimi yeniyetmələrin yanında eybəcər şəkildə söyən, sənətindən bixəbər, şagirdləri təhqir edən, mənəviyyatlarını zəhərləyən, rüşvət alan Oqtay Allahverdiyevin pulları kimin cibinə axır? Şahin Bəylərovunmu, "baş usta" Fərhad Hacıyevinmi, yoxsa, onların əlbir olduqları himayədarlarınınmı? Əlbəttə ki, burda ortaq məxrəc aydındır. 12 nömrəli liseydə baş verənləri biz KİV-də ictimailəşdirdik və videomaterialla yayımladıq. Bəs burdakı biabırçılığa kim cavabdehdir? - Biz də təəccüblənirik. Şahin və Şəlalə cütlüyü, onların yaratdıqları qruplaşma görəsən ictimaiyyəti və Təhsil Nazirliyini "tilsimə" necə salıblar? Baxmayaraq ki, onların adları hüquq-mühafizə orqanlarına və aidiyyəti orqanlara yaxşı tanışdır.

Yenə də sual edirik - şagirdin eşitdiyini, gördüyünü hədə-qorxu ilə ört-basdır edən, müəllimləri susmağa vadar edən, haqları tapdalansa da, "dinmə, lal-kar ol" deyən Şahin Bəylərovun "tilsimini" qırmağa kim qadirdir? Yəqin ki, bu suallarımız cənab nazir C.Bayramova çatsa, cavabını tapar".

Redaksiya olaraq, öz növbəmizdə12 saylı BPL-in direktor vəzifəsinin dəyişməz icraçısı Şahin Bəylərovun qanunsuz əməlləri barədə tənqidi məqalələrimizdə ehtiva olunan məsələləri Təhsil və Maliyyə Nazirliklərinin diqqətinə çatdırmağa, rəsmi cavab almağa çalışacağıq. Müvəffəq olsaq, oxucularımızla da bölüşəcəyik.
Bizi izləyin.
\\azerinfo.az\\




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Cümhuriyyəti quranlar minnətdarlıq hissi ilə yad edilir" - Baş Nazirin müavini
Bu gün, 09:29
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:27
Füzuli Ələkbərovun “qara kassası” Sahil Babayevin “sağ əli” rolunda: - Heybət İmanov kimdir?
Bu gün, 09:24
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir? - İDDİA
Bu gün, 09:22
Ermənistan aerodromlarını İranın vurulması üçün versə... - TƏHLİL
Bu gün, 09:20
İmişlidə bu məmur işçilərin haqqını yeyir... - İTTİHAM
Bu gün, 09:18
Neftin ucuzlaşması davam edir
Bu gün, 09:15
“Abşeron City” müştərilərin başına oyun açır – Rəhbərləri isə yoxa çıxıb
Bu gün, 09:13
Düşmən ölkənin dizi aclıqdan büküləcək - GƏLİŞMƏ
Bu gün, 09:10
Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ! - 459 manat ödədi amma...
Bu gün, 09:08
BP 25 ildir Bakıda neft çıxarır, təhlükə olmur, amma bir futbol matçına görə “təhlükə” yaranır... - Gərginlik
Bu gün, 09:03
"Unibank" kompensasiya maxinasiyasını davam etdirir - İTTİHAM
Bu gün, 09:01
Peşəkar mühasib sertifikatının verilməsi ilə bağlı qaydalar təsdiqlənib
Bu gün, 08:58
Paşinyanı rəqibləri ilə son döyüş gözləyir - GƏLİŞMƏ
Bu gün, 08:55
Saxta əlil pensiyası alan direktorla bağlı məsələ qapanmayıb - "Bu, birinci hal deyil"
Bu gün, 08:53
Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatı start götürür
Bu gün, 08:51
Gömrük fəlsəfəsinin dəyişməsinə ehtiyac var... - Əks halda...
Bu gün, 08:50
Taxıl asılılığımız artır: Çörək tələbatı, yoxsa? - TƏHLİL
Bu gün, 08:48
“DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi təsdiqlənib
Bu gün, 08:47
Azərbaycanda lisenziyalaşdırılan şəxslərin fəaliyyətinin yoxlanılması qaydası müəyyənləşib
Bu gün, 08:45
Sensasion iddialar: Azərbaycan müharibəyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 08:44
“Bütün bunlar sübut etdi ki, xalq ancaq bayağı materiallara baxmaq həvəsində deyil...”
Bu gün, 08:42
Bakıda 38 yaşlı kişi boğazından bıçaqlanıb
Bu gün, 08:36
Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti BU YOLLA müəyyən olunacaq
Bu gün, 08:35
Səbail rayonunda kişi meyiti tapılıb
Bu gün, 08:31
“Azərbaycan xüsusi xidmət orqanları tərəfindən bu istiqamət daim əməliyyat nəzarətində saxlanılır”
Bu gün, 08:30
Bu gün dollar neçəyədir?
Bu gün, 08:28
Azərbaycan nefti ucuzlaşır
Bu gün, 08:28
Öz evində bıçaqlayıb öldürdülər
Bu gün, 08:26
Bakıda 41 yaşlı kişi döyülüb
Bu gün, 08:25
“Həmin siyasi dərnək bu günə kimi mitinq keçirməyib, amma finala bir gün qalmış...” - deputat
Bu gün, 08:24
Ruhani: İran bombardmana məruz qalsa belə təslim olmayacaq
Bu gün, 08:22
“Azərbaycanla sərhədlə bağlı danışıqları diqqətlə izləyirik” - Gürcüstan Patriarxlığı
Bu gün, 08:20
Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu
Dünən, 18:18
"Yeni Yasamal" MTK işində "Şərurlu İsfəndiyar" da peyda oldu - GİLEY
Dünən, 18:11
Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırılıb
Dünən, 18:10
“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur
Dünən, 18:07
Ermənistan ordusu Zakir Həsənova atəş açmaq istəyib? - REAKSİYA
Dünən, 18:05
Gürcüstanın XİN başçısı Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın fəaliyyəti ilə bağlı gözləntilərini açıqlayıb
Dünən, 18:03
Ulviranı Gülben Ergenə bənzətdilər
Dünən, 18:02
Misir və Qazaxıstan prezidentləri Azərbaycan dövlət başçısına təbrik göndəriblər
Dünən, 17:59
“Amnesty İnternational”ın qərəzli açıqlamalarının heç bir əhəmiyyəti olmayacaq
Dünən, 17:55
Fuad Abbasov sabah Azərbaycana deportasiya edilə bilər
Dünən, 17:50
İnam Kərimovu mətbuatda kim "vurur"? - İLGİNC
Dünən, 17:47
Moskvada Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb - FOTO
Dünən, 17:39
“Teleradio yayımı” haqda qanun “Lisenziyalar və icazələr” haqqında qanuna uyğunlaşdırılacaq
Dünən, 17:34
Maliyyə Nazirliyi “Azərbaycan Beynəlxalq Bankı”ndakı payını 93%-ə çatdırıb
Dünən, 17:29
"Mənə həqiqətən çox təsir edir, pis oluram" - Xalq artisti
Dünən, 17:27
Keçmiş səfirin Fuad Abbasovun həbsinə reaksiyasının səbəbləri - İLGİNC
Dünən, 17:24
Eldar Mahmudovun əmisi oğlu məhkəməyə gətirilməyib
Dünən, 17:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru