“Torpaqlar Bakıdakı məmurlara, rayondakı vəzifəlilərə məxsusdur” .....                     “Əvvəl parlamentdə komitə sədrlərinin inhisarçılığı vardı” .....                     “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” .....                     "Azeri Light" nefti bahalaşıb .....                     Masallıda 17 ilanın öldürüldüyü ev nəzarətə götürüldü .....                     Bakıda daha iki qız itkin düşdü .....                     "Bəxtiyar Hacıyev rüşvətxor icra başçısını müdafiə edir" .....                     Parlamentin növbədənkənar sessiyasının plenar iclası başladı .....                     Ermənistanda koronavirusa yoluxanların sayı 10 000-i ötdü, 158 nəfər ölüb .....                     Ağcabədidə narazılıq yaradan HANSI MƏMURDUR? .....                     BƏZİ KARANTİN ZİDDİYƏTLƏRİ: .....                     “Paşinyan Qarabağdakı ziyafətdə virus daşıyıcısı idi” .....                     Göyçayda 25 yaşlı oğlan özünü asıb .....                     “Ermənistanın təyyarəmizi vurması bəhanəsi ilə hücuma keçə bilərdik” .....                     “COVİD-19-a qarşı vaksin yarada bilməyəcəklər” .....                     “Royal Bank”ın rəhbərlərinin məhkəməsi başladı .....                     Daha bir sığorta şirkəti BÖHRAN HƏDDİNDƏ... .....                     Astarada çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb .....                     Sahil Babayevin kadrı karantini pozdu: .....                     Azərbaycan sərhədləri açır? .....                     Gürcüstan ermənilər üçün sərhədlərini açmayacaq .....                     Gürcüstanda koronavirusa yoluxanların sayı 796-ya çatdı .....                     “Bakı Dəmir Beton-8”in rəhbəri dəyişəcək .....                     Oğuzda şəlaləni kim özəlləşdirib? .....                     Klinika sahibinin qətl törədən oğlu hakim qarşısına çıxarıldı .....                     “Baklift-2”nin sabiq rəisinin cinayət işi baxışa təyin edildi .....                     Bakıda 19 yaşlı oğlan bıçaqlanıb .....                     Deputatla baş redaktor arasında QALMAQAL .....                     Abid Şərifovun şirkəti işçi haqqı yeyir .....                     Bakıda qadın küçədə döyülüb, çantası oğurlanıb .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Ağstafada vətəndaşları kimlər narazı salıb? .....                     Neft yenidən bahalaşıb .....                     “AKKORD”un ölçüyəgəlməz fırıldaqları... .....                     Cavid Qurbanovun layihəsi vətəndaşın başında çatlayır... .....                     “Məxməri” baş nazir özünü izolə etdi: məsələdə “Moskva izi” varmı? .....                     "Rusiyanın ABŞ-dakı etirazlarda iştirakı barədə deyilənlər feykdir" .....                     Xətaidə daha bir qanunsuz tikilinin təməli qoyulur .....                     Mahmudovların 200 milyon manatlıq varidatları əllərindən çıxacaq .....                     Milli Məclisin növbədənkənar sessiyasının ikinci plenar iclası keçiriləcək .....                 

Mirmahmud Miratayev Astara gömrüyündə zülm edir… - İTTİHAM
Tarix: 7-05-2019, 10:04 | Çap et
Mirmahmud Miratayev Astara gömrüyündə zülm edir…
Dövlət başçısı İlham Əliyev ötən il aprelin 11-də keçirilən növbədən kənar prezident seçkilərindən sonra kadr islahatlarını daha da sürətləndirdi.

Aprel seçkisindən sonra təsdiqlənən Nazirlər Kabinetinin yeni tərkibində xeyli sayda nazir və məmurların adlarını görmədik.

Onların arasında işdən azad olunması çoxdan gözlənilən Dövlət Gömrük Komitəsi sədri Aydın Əliyev idi. A.Əliyevin yerinə sürpriz kadr təyin olunmadı.

Elə onun müavini, adı həmişə monopoliya və s. məsələlərdə hallanmış Səfər Mehdiyev bu posta gətirildi. Bununla da gözləntilər varıydı ki, S.Mehdiyev bəlkə gömrükdə hansısa nöqsanları aradan qaldıracaq.

Hətta yeni gömrük komitəsi sədri bəyan eləmişdi ki, ölkədə inhisarçılığın bir faizini göstərsəniz, istefa edərəm. S.Mehdiyev daha da irəli gedərək açıqlamışdı ki, 1 manat rüşvət alsaq, həbsxanada oturmağa hazırıq.

Təbii ki, pafoslu açıqlamaların ardından ümid olunur bəlkə ciddi addımlar atılacaq, gömrükdə şəffaflıq təmin ediləcək, monopoliya qalxacaq, vətəndaşların əzab-əziyyətlə, basabasla sərhədi keçməsi rüsvayçılığı aradan qalxacaq.

Lakin təkcə Astara gömrük məntəqəsinə baş çəkmək və orada baş verənləri bir saat izləmək kifayətdir ki, S.Mehdiyevin bəyanatlarının sabun köpüyündən ibarət olduğunu anlayasan.

Reportyor.info-ya məlumat verən vətəndaşların sözlərinə görə, S.Mehdiyev vaxtını ayırıb Astara gömrüyünə getsin, özü həmin sıxlığın, basabasın içində qalsın və həyatına nifrət eləsin.

Çünki Astara Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev vətəndaşlar üçün elə məngənə, gestapo sistemi yaradıb ki, insan çəkdiyi zülmdən intihar etmək istəyir.

M.Miratayev özü də oturduğu kabinetindən çıxıb bir dəfə sərhəd xəttinə gəlsin, xüsusi ilə həftə sonu hansı məşəqqətin, qəddarlığın, insanlığa sığışmayan haqsızlığın baş verdiyinə şahid olsun və adı-soyadından da bəlli olduğu kimi, bir seyid nəslinin övladı kimi əlini ürəyinin üstünə qoyub vicdanını dinləsin.

Vətəndaşlar bizə yazırlar ki, S.Mehdiyevin gömrükdə apardığı analoqsuz “islahat”lar Astara gömrük məntəqəsində göz deşir.

Vətəndaşlar saatlarla sərhəddə gözləməli olurlar, meymun qəfəsinə oxşayan dəmirlərlə əhatələnmiş labirintə salınırlar, havasız, ac-susuz növbəyə dayanırlar.

Bir-birini itələyənlər kim, dava-qırğına çıxanlar kim, rəsmən bir rəzalət yaşanır. Halbuki, İran gömrükçüləri vətəndaşları 10-15 dəqiqə ərzində pasportuna möhür vurub buraxırlar.

Məlumatda deyilir ki, İrandan qayıdarkən vətəndaşlar daha çox incidilir. İran sərhədini bir göz qırpımında keçən insanlar Azərbaycan sərhədində 4-5 saat ayaq üstə gözləməli olurlar.

Azərbaycan tərəfi bütün çantaları, yükləri bir-bir yoxlayır, insanları incidir, gözlədir və bir cəhənnəm yaşadırlar.M.Miratayev bir seyid övladı olaraq bu zülmə-zillətə necə dözə bilir?

Vətəndaşlar qeyd edirlər ki, S.Mehdiyevlə M.Miratayevin yaratdığı bu sistem birbaşa prezidentin siyasətinə, gömrüklə bağlı tapşırıqlarına, islahatlar paketinə ziddir.

Necə olur ki, İran tərəfini vətəndaşlar rahat, tez keçirlər, Azərbaycan isə gedəndə, əliboş insanları saatlarla gözlədir, qayıdanda əli dolu vətəndaşları yenə gözlədir.

İran isə hər iki halda vətəndaşı incitmədən yola salır. Çünki sistem işləyir, çantalar aparatla yoxlanır, hər hansı problem olursa baxılır.

Astara gömrüyü isə əsassız yerə həkimə, dərmana gedən yüzlərlə insanı incidir, buraxmır. Maraqlıdır ki, nə Rusiya, nə Gürcüstan sərhədində gömrükdə vətəndaşlarımız bu qədər əzab çəkir.

Sözsüz ki, bu ölkələrlə sərhədimizdə də gömrükdə vətəndaşlar yenə əziyyət görürlər. Lakin Astara gömrüyü sanki camaata işgəncə vemrəkdən həzz alır.

Bu da birbaşa prezidentə qarşı insanları qaldırmaq, narazı salmaq, islahatların əleyhinə iş görməkdir. Vətəndaşlar çağırış edirlər ki, S.Mehdiyev həqiqətən islahatlar aparırsa gəlib Astara gömrüyündə dayansın, M.Miratayevin fəaliyyətinə nəzər salsın. Aralarında qadınlar, yeniyetmə uşaqlar, yaşlı kişilər var. Hamısı işgəncə görürlər.

Qapı açılır. Basabas düşür… Sıxılmış adamların fəryadı eşidilir. Kim güclüdürsə içəriyə girir. Qapı bir neçə dəqiqə açıq qalır.

Sərhədçilərlə gömrük işçiləri qapını bağlamaq istəyirlər. Qapının yanında duranlar isə buna imkan vermək istəmirlər.

Nəhayət, qapını bağlaya bilirlər. Sakinlər bura “meymun kletkası” deyirlər. Onlar hesab edirlər ki, Astara gömrüyü işgəncə aparatıdır.

Xatırladaq ki, Astara Gömrük Məntəqəsində İrana getmək istəyən bir Azərbaycan vətəndaşı İlqar Kərimov vəfat etmişdi. Həmin gün İrana getmək istəyənlər çox olub.

Hadisə şahidlərindən Fərbiyə İbayevanın dediklərinə nəzər salaq: “Adamların fəryadı qulaq batırırdı. Ölən adam da bizim aramızda idi. Mənim iki qolum da zədələndi.

Biz içəriyə girdik, qapını yenidən bağladılar. O adam münasib bir yer tapan kimi əyləşdi. Görünürdü ki, sıxıntı keçirdib. İranla Azərbaycan arasında olan körpüyə çatanda kənara çəkilib əyləşdi. Orda da keçindi”.

Azərbaycandan İrana gedən vətəndaşlardan gömrükdə növbədə ölüm hadisələri bundan əvvəl də baş verib. Biz Gömrük Komitəsinin və Astara gömrük rəisinin fikirlərini, problemlə bağlı mövqeyini dərc etməyə hazırıq.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ledi Qaqa mənim qədər çalışmır, az çalışır, çox qazanır" - Elza Seyidcahan
Bu gün, 11:31
“Torpaqlar Bakıdakı məmurlara, rayondakı vəzifəlilərə məxsusdur” - deputat
Bu gün, 11:26
“Əvvəl parlamentdə komitə sədrlərinin inhisarçılığı vardı” - deputat
Bu gün, 11:23
“PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” “Kapital Bank”dan pay alıb
Bu gün, 11:20
"Azeri Light" nefti bahalaşıb
Bu gün, 11:17
Masallıda 17 ilanın öldürüldüyü ev nəzarətə götürüldü
Bu gün, 11:11
Bakıda daha iki qız itkin düşdü
Bu gün, 11:06
"Bəxtiyar Hacıyev rüşvətxor icra başçısını müdafiə edir" - VİDEO
Bu gün, 11:02
Parlamentin növbədənkənar sessiyasının plenar iclası başladı
Bu gün, 11:01
Ermənistanda koronavirusa yoluxanların sayı 10 000-i ötdü, 158 nəfər ölüb
Bu gün, 11:00
Ağcabədidə narazılıq yaradan HANSI MƏMURDUR? - İTTİHAM
Bu gün, 10:59
BƏZİ KARANTİN ZİDDİYƏTLƏRİ: - Çayxanada toplaşmaq olar, tədris müəssisəsində yox?!
Bu gün, 10:58
“Paşinyan Qarabağdakı ziyafətdə virus daşıyıcısı idi” - Erməni siyasətçi
Bu gün, 10:54
Göyçayda 25 yaşlı oğlan özünü asıb
Bu gün, 10:41
“Ermənistanın təyyarəmizi vurması bəhanəsi ilə hücuma keçə bilərdik” - TƏHLİL
Bu gün, 10:40
“COVİD-19-a qarşı vaksin yarada bilməyəcəklər” - Rəşid Mahmudovdan SOS
Bu gün, 10:37
“Royal Bank”ın rəhbərlərinin məhkəməsi başladı
Bu gün, 10:36
Daha bir sığorta şirkəti BÖHRAN HƏDDİNDƏ... - 21 min manata yaxın vergi borcu var
Bu gün, 10:36
Murad Arifə "MTV Azərbaycan”da vəzifə verildi
Bu gün, 10:33
Astarada çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb
Bu gün, 10:28
Sahil Babayevin kadrı karantini pozdu: - Həbs olunacaqmı?
Bu gün, 10:26
Azərbaycan sərhədləri açır? - Nazirlər Kabineti açıqladı
Bu gün, 10:23
Gürcüstan ermənilər üçün sərhədlərini açmayacaq
Bu gün, 10:20
Rusiyaya səs salan azərbaycanlı müğənni: - “Gəncədə dörd manata ofisiant işləyirdim”
Bu gün, 10:19
Gürcüstanda koronavirusa yoluxanların sayı 796-ya çatdı
Bu gün, 10:13
“Bakı Dəmir Beton-8”in rəhbəri dəyişəcək
Bu gün, 10:02
Oğuzda şəlaləni kim özəlləşdirib? - VİDEO
Bu gün, 10:00
Klinika sahibinin qətl törədən oğlu hakim qarşısına çıxarıldı
Bu gün, 09:58
“Baklift-2”nin sabiq rəisinin cinayət işi baxışa təyin edildi
Bu gün, 09:52
Bakıda 19 yaşlı oğlan bıçaqlanıb
Bu gün, 09:49
Deputatla baş redaktor arasında QALMAQAL - "“Dədə Qorqudluq” missiyasını üzərlərinə götürürlər..."
Bu gün, 09:48
Abid Şərifovun şirkəti işçi haqqı yeyir - NARAZILIQ...
Bu gün, 09:36
Bakıda qadın küçədə döyülüb, çantası oğurlanıb
Bu gün, 09:32
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:30
Ağstafada vətəndaşları kimlər narazı salıb? - GƏLİŞMƏ
Bu gün, 09:26
Neft yenidən bahalaşıb
Bu gün, 09:24
“AKKORD”un ölçüyəgəlməz fırıldaqları... – Bürhan Məmmədov ağ yalan danışır!
Bu gün, 09:22
Cavid Qurbanovun layihəsi vətəndaşın başında çatlayır... - ADY-nin pulumu qurtarıb?
Bu gün, 09:15
Dahi Asəf Zeynallının məzarı - "Onun da qohumu mühüm bir vəzifədə olsaydı"
Bu gün, 09:12
“Məxməri” baş nazir özünü izolə etdi: məsələdə “Moskva izi” varmı? - TƏHLİL
Bu gün, 09:10
"Rusiyanın ABŞ-dakı etirazlarda iştirakı barədə deyilənlər feykdir"
Bu gün, 09:09
Xətaidə daha bir qanunsuz tikilinin təməli qoyulur - GİLEY
Bu gün, 09:05
Mahmudovların 200 milyon manatlıq varidatları əllərindən çıxacaq - ekspert danışır
Bu gün, 09:03
Milli Məclisin növbədənkənar sessiyasının ikinci plenar iclası keçiriləcək - Bu gün
Bu gün, 09:02
“Sosial şəbəkələrə nəzarət texniki baxımdan olduqca çətindir”
Bu gün, 08:59
Sülh tərəfdarı olması Azərbaycanın heç vaxt müharibə variantına əl atmayacağı demək deyil - GƏLİŞMƏ
Bu gün, 08:54
Nazir oğlunun Nyu-Yorkda aldığı evlə bağlı daha bir açıqlama - FOTO
Bu gün, 08:53
Əli Həsənovun oğlu kollektivlə sağollaşdı
Bu gün, 08:51
“Mütəllibov Moskva qarşısında Vəzirovdan daha itaətkar idi"
Bu gün, 08:48
ABŞ-ın 40 şəhərində komendant saatı elan olundu
Bu gün, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru