Robert Koçaryan azadlığa buraxılıb .....                     Gürcüstanda azərbaycanlılar ana dilində səs verəcəklər .....                     Nəqliyyatla daşınan sərnişinlərin 141 mln.u taksidən istifadə edib .....                     “Nar TV” istifadəçilərinin sayı 117% artıb .....                     2019-cu ildə ən gəlirli sahə turizm olacaq .....                     Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada saxlanılıb və .....                     “Azərsu” sədri problemləri dinlədi .....                     "Biz Krım tatarlarının vətənini işğaldan azad edəcəyik" .....                     Bazar gününün havası .....                     General qohumu Bakının mərkəzində qıza görə atəş açıbmış .....                     SDU-da “Açıq qapı” günü təşkil edildi .....                     "Erkən yaşda məcburi nikaha daxil edilən uşaqlarımız var" .....                     YAP-da ümumrespublika müşavirəsi keçirilib .....                     SDU –da Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş tarix üzrə fənn olimpiadası keçirildi .....                     Arvadına başqası ilə münasibətindən şübhələndi və... .....                     Azərbaycan nefti 1% ucuzlaşıb .....                     "Məni vəzifəyə qoysalar da getmərəm…" .....                     Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər strateji xarakterlidir .....                     Sabiq icra başçısının qardaşı oğlunun ölümünə dözmədi .....                     Nazir müavini xarici ölkələri Azərbaycanın gənclər siyasəti təcrübəsindən yararlanmağa çağırıb .....                     “Tərəqqi” MTK və “Avesta” MTK sakinləri incidir .....                     Azərbaycanlı futbolçunun Portuqaliyada apellyasiya şikayəti təmin olunmayıb .....                     Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda Asif Lalayevin sərgüzəştləri .....                     "Mənə müraciət edəndə isə "professor" deyirlər" .....                     Dayı bacısı qızını qaçıran 20 yaşlı gəncin boğazını kəsdi .....                     Azərbaycan bu il BMT-yə gender məsələsi ilə bağlı hesabat təqdim edəcək .....                     Bakıdakı silahlı atışmaya görə daha 2 nəfər həbs edildi .....                     Bakıda 48 yaşlı kişinin boğazına biz batırıblar .....                     Büdcədən maliyyələşən qurumlar I rübdə 11,7 mln. manatlıq təbii qaz istifadə edib .....                     Vilyam Hacıyev də yerdəyişmə istəyir... .....                     Nikol “xristian kartını” aktivləşdirir: Qarabağa İŞİD-çilər gələcək .....                     Bakıda 32 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb .....                     “Arsenal” və “Çelsi”nin açıq qapı günləri açıqlanıb .....                     Zərərçəkən ailə prezidentə təşşəkür etdi .....                     Tramp İrandan zəng gözləyir .....                     Yığmamız italiyalı baş məşqçinin rəhbərliyi altında ilk qələbəsini qazanıb .....                     Azərbaycan və Avropa İttifaqı arasında saziş niyə imzalanmır? .....                     Alimpaşa Məmmədovun DAŞI KƏSƏN TAMAHI... .....                     Polis şagirdlərə həqiqəti başa salır .....                     Neftin qiyməti ucuzlaşır .....                 

Xaliq Məmmədova qarşı İTTİHAM - belə davam edərsə...
Tarix: 25-04-2019, 15:37 | Çap et
Xaliq Məmmədova qarşı İTTİHAM
Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) mövcud olan problemlər sadalamaqla bitən deyil. Çünki işçilərin əsassız yerə ixtisara salınması, maliyyə pozuntuları, xaricdən avadanlıqların alınması zamanı yol verilən neqativ hallar və digər bir sıra özbaşınalıqlar gün keçdikcə bir qədər də artır. Bu və digər önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri redaksiyamızla paylaşan məlumatlı şəxs iddia edir ki, qeyd olunan nöqsanlar ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədovun işinin öhdəsindən layiqincə gələ bilməməsi səbəbindən baş verir.
Bu şəxs 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentidir.
Xaliq Məmmədovun tərcümeyi-halı kifayət qədər zəngindir. Lakin əfsuski bu, onun işinə bir o qədər də təsir göstərməyib. Yəni o, heç də göründüyü kimi peşəkar kadr hesab oluna bilməz. Çünki bu gün ARDNŞ-də cərəyan edən bir çox xoşagəlməz halların səbəbkarı məhz Xaliq Məmmədovdur. Belə ki, mütəmadi olaraq Dövlət Neft Şirkətində ixtisarların getdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Xaliq Məmmədov kadr siyasətini düzgün qurmadığından sadə fəhlələr, eləcə də SOCAR-ın digər əməkdaşları bunun qurbanına çevrilirlər: "Artıq hər kəsə bəllidir ki, Dövlət Neft Şirkətində ildə bir neçə dəfə ixtisarlar olur və bu zaman savadlı kadrların yerini tanış-bilişi olanlar tuturlar. İş o yerə çatıb ki, adi fəhlə kimi işə düzəlmək belə, tanışsız mümkün deyil. Təbii bütün bunların başında şirkətin vitse-prezidenti Xaliq Məmmədov dayanır. Məhz onun tapşırığına əsasən, şirkətdə mütəmadi ixtisarlar gedir. Söz yox ki, hər bir dövlət müəssisəsində ixtisarın getməsi normal hal kimi qiymətləndirilməlidir. Lakin Xaliq Məmmədov bu ixtisarları tez-tez etməklə şəxsi maraqlarını reallaşdırmağa çalışır və əksər hallarda buna nail olur. Məsələn, ixtisarlardan sonra savadlı, işini bilən kadrlar vəzifədən uzaqlaşdırılır, onların yerinə isə hansısa məmurun, vəzifə sahibinin dostu, tanışı, qohumu təyinat alır. Bu yaxınlarda Dövlət Neft Şirkətində növbəti ixtisara start verildi. Təbii bu dəfə də Xaliq Məmmədov ənənəvi ampluasından çıxış edərək, arxa-dayağı olmayanları məmur qohumları ilə əvəzlədi. Elə bu və buna bənzər digər səbəblərdəndir ki, bir müddət öncə ARDNŞ-də ciddi audit yoxlaması keçirilib. Həmin yoxlama zamanı bəlli olub ki, şirkətdə çalışanların əksəriyyəti vəzifə sahiblərinin qohumları, yaxınlarıdır. Lakin nədənsə bu məsələdən sonra da Xaliq Məmmədova irad tutan olmayıb. Görəsən niyə? Yəqin onun da güclü, nüfuzlu himayədarı var…"
Bizimdovr.az-a daxil olan məlumatlarda o da qeyd olunur ki, Dövlət Neft Şirkətinin vitse-prezidenti yerli mütəxəssislər dura-dura nədənsə əcnəbilərə üstünlük verir: "Nəzərinizə çatdırım ki, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanarkən yerli mütəxəssislərin işlə təminatına dair razılaşma əldə edilmişdi. Razılaşmaya əsasən, xarici mütəxəssislər yerli mütəxəssisləri öyrədəndən sonra işdən uzaqlaşdırılmalı idi. Yəni hazırda xarici mütəxəssislərin daşıdığı vəzifələrdə yerli işçilər çalışmalı idi. Lakin nəzərdə tutulan razılaşmaya əməl edilmədi. Hazırda Azərbaycanda yetərincə gənc və ixtisaslaşmış mütəxəssislərin olmasına baxmayaraq xüsusilə rəhbər vəzifələrdə hələ də əcnəbilər çalışırlar. Bunun isə birbaşa məsuliyyəti Xaliq Məmmədovun üzərinə düşür. Çünki məhz o, düzgün kadr siyasəti qurmadığından bu gün əcnəbi mütəxəssislərin sayı yerli mütəxəssislərə nisbətən xeyli çoxdur. İxtisar olduqda da bu, yalnız yerli mütəxəsssislərə şamil olunur. Bundan başqa, əcnəbilər 50-100 min civarında əməkhaqqı aldıqları halda, azərbaycanlı işçilərə dəfələrlə az maaş verilir. Qeyd edim ki, Dövlət Neft Şirkətinin xətti ilə təcrübə üçün xarici ölkələrə gedənlərin böyük əksəriyyəti vəzifə sahiblərinin yaxınları, qohumlarıdır. Yəni həmin siyahıda sadə fəhlə övladına rast gəlmək çətin məsələdir". Məlumatlı şəxsin bildirdiyinə görə, xaricdən zəruri avadanlıqların alınması zamanı da bir sıra əyintilərə imza atılır: "Məsələn, bu yaxınlarda axtarış-kəşfiyyat və buruq quyularının qazılması üçün istifadə olunan avadanlıqların alınması prosesində ciddi problem yaşanıb. Belə ki, Xaliq Məmmədovun göstərişinə əsasən həmin avadanlıqlar qonşu Rusiyadan alınıb. Halbuki mütəxəssislər öncədən bəyan etmişdilər ki, bu cür mühüm avadanlığı Rusiyadan almaq məsləhət deyil. Çünki bu ölkənin istehsal etdiyi avadanlıq beynəlxalq standartlara cavab vermir və qısa müddətdə sıradan çıxa bilər. Bəli, məhz bu cür də oldu. Ucuz qiymətə alınıb, sənədlərdə dəyərindən baha göstərilən avadanlıqların qısa vaxtda zayı çıxdı. Məsələni ört-basdır etmək mümkün olmasa da, məcbur qalıb yenidən və bir qədər baha qiymətə ABŞ-dan lazım olan avadanlıqlar alındı. Şübhəsiz bu zaman dövlət büdcəsinə xeyli ziyan dəyib. Ancaq Dövlət Neft Şirkətinin vitse-prezidentinə bu əməlinə görə də irad tutan olmayıb".
Bu arada, Xaliq Məmmədovun əlaqələrindən istifadə edərək oğlunu da ARDNŞ-də məsul vəzifəyə gətirdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, vitse-prezidentin oğlu Kənan Məmmədov SOCAR-ın Türkiyə nümayəndəliyinin direktorudur: "28 yaşlı bu gəncin qısa müddət ərzində karyerasında bu qədər sürətlə irəliləməsi şübhə doğurmaya bilməz. Sözsüz, bu məsələdə onun atasının misilsiz əməyi və rolu olub. Yəni Kənan Məmmədov məhz Xaliq Məmmədovun dəstəyi ilə Dövlət Neft Şirkətində məsul vəzifəyə yiyələnib. Beləliklə, hələ heç 30 yaşı olmayan Kənan Məmmədov bu gün "SOCAR-TURCAS" birgə müəssisəsinin Türkiyənin Petkim yarımadasında inşa etdiyi 5 milyard dollarlıq "Star" neft emalı zavodunda Azərbaycanın rəsmi nümayəndəsi və direktorudur. O, eyni zamanda 2002-ci ildə təsis edilmiş Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİAB) rəhbəridir. Maraqlıdır, görəsən Kənan Məmmədov hansı meyarlarına görə "Star" neft emalı zavodunun direktoru vəzifəsinə seçildi? Əminəm ki, bu sualın cavabını tapmaq heç də çətin deyil. Atalar yaxşı deyib: Görünən dağa nə bələdçi. Ortada Xaliq Məmmədov amili və onun təsir gücü var. Belə olan halda onun oğlu Kənan Məmmədovun hansı yolla Dövlət Neft Şirkətində vəzifə sahibi olmasını başa düşmək mümkündür…"
Xaliq Məmmədovun çoxlu obyektləri və əmlakları olduğu heç kəsə sirr deyil. Maraqlıdır ki, bu yaxınlarda ona məxsus tikinti şirkəti “Zəngi” liseyinin ərazisini zəbt edərək böyük bina tikəndə də ona maneçilik törədən olmamışdı. Bu fakt da onun güclü himayədara malik olduğunu bir daha sübut edir.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxslərin də mövqelərini dərc etməyə hazırıq.
\\bizimdovr.az\\




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Robert Koçaryan azadlığa buraxılıb
Dünən, 16:32
Gürcüstanda azərbaycanlılar ana dilində səs verəcəklər
Dünən, 16:24
Nəqliyyatla daşınan sərnişinlərin 141 mln.u taksidən istifadə edib
Dünən, 16:21
“Nar TV” istifadəçilərinin sayı 117% artıb
Dünən, 16:18
2019-cu ildə ən gəlirli sahə turizm olacaq
Dünən, 16:16
Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir
Dünən, 16:12
“Azərsu” sədri problemləri dinlədi
Dünən, 13:04
Azərbaycanlı modelin yarıçılpaq fotoları səs-küyə səbəb oldu
Dünən, 13:01
"Biz Krım tatarlarının vətənini işğaldan azad edəcəyik" - Zelenski
Dünən, 12:59
Bazar gününün havası açıqlanıb
Dünən, 12:48
General qohumu Bakının mərkəzində qıza görə atəş açıbmış - TƏFƏRRÜAT
Dünən, 12:45
SDU-da “Açıq qapı” günü təşkil edildi
Dünən, 12:42
"Erkən yaşda məcburi nikaha daxil edilən uşaqlarımız var" - Hicran Hüseynova
Dünən, 12:35
"Avroviziya"da erməni fiaskosu - Bəstəkar şok səbəbləri açıqlayır
Dünən, 12:34
YAP-da ümumrespublika müşavirəsi keçirilib
Dünən, 12:30
SDU –da Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş tarix üzrə fənn olimpiadası keçirildi
Dünən, 12:27
Arvadına başqası ilə münasibətindən şübhələndi və... - Bakıda ərdən TÜKÜRPƏDƏN ƏMƏL
Dünən, 12:26
Azərbaycan nefti 1% ucuzlaşıb
Dünən, 12:19
"Məni vəzifəyə qoysalar da getmərəm…" - Əli Əlirzayev
Dünən, 12:18
Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər strateji xarakterlidir - deputat
Dünən, 12:14
Vidadi Bərdəlinin xanımının vəziyyəti ağırdır
Dünən, 12:12
Sabiq icra başçısının qardaşı oğlunun ölümünə dözmədi - Bir gündə dünyasın dəyişdilər
Dünən, 12:09
Röya canlı yayımda Zauru masaj etdi: - “Adamın belə sevgilisi ola”
Dünən, 12:05
Nazir müavini xarici ölkələri Azərbaycanın gənclər siyasəti təcrübəsindən yararlanmağa çağırıb
Dünən, 12:01
“Tərəqqi” MTK və “Avesta” MTK sakinləri incidir - GİLEY
Dünən, 12:00
"Müğənniyə savadsız deyənlər, gedib arıqlasın" - Röya
Dünən, 11:52
Azərbaycanlı futbolçunun Portuqaliyada apellyasiya şikayəti təmin olunmayıb
Dünən, 11:51
Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda Asif Lalayevin sərgüzəştləri - GİLEY
Dünən, 11:49
"Mənə müraciət edəndə isə "professor" deyirlər" - deputat
Dünən, 11:45
Dayı bacısı qızını qaçıran 20 yaşlı gəncin boğazını kəsdi — Gəncədə DƏHŞƏTLİ qətl
Dünən, 11:41
Azərbaycan bu il BMT-yə gender məsələsi ilə bağlı hesabat təqdim edəcək
Dünən, 11:38
Bakıdakı silahlı atışmaya görə daha 2 nəfər həbs edildi - 3 maddə üzrə cinayət işi başlanılıb
Dünən, 11:32
Bakıda 48 yaşlı kişinin boğazına biz batırıblar
Dünən, 11:29
Büdcədən maliyyələşən qurumlar I rübdə 11,7 mln. manatlıq təbii qaz istifadə edib
Dünən, 11:26
Vilyam Hacıyev də yerdəyişmə istəyir... - İDDİA
Dünən, 11:25
Nikol “xristian kartını” aktivləşdirir: Qarabağa İŞİD-çilər gələcək - GƏLİŞMƏ
Dünən, 11:20
Bakıda 32 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Dünən, 11:16
“Arsenal” və “Çelsi”nin açıq qapı günləri açıqlanıb - Bakı finalı
Dünən, 11:11
Zərərçəkən ailə prezidentə təşşəkür etdi - Müraciət
Dünən, 11:10
Əli Mirəliyev efirdə oğlunu biabır etdi
Dünən, 11:08
Tramp İrandan zəng gözləyir
Dünən, 11:05
Yığmamız italiyalı baş məşqçinin rəhbərliyi altında ilk qələbəsini qazanıb
Dünən, 10:58
“Bəlkə də, özümə başqa sənət tapsaydım, daha yaxşı olardı”
Dünən, 10:57
"Hər şeyi biz prezidentə deyə bilmirik"
Dünən, 10:51
Azərbaycan və Avropa İttifaqı arasında saziş niyə imzalanmır? - TƏHLİL
Dünən, 10:47
Alimpaşa Məmmədovun DAŞI KƏSƏN TAMAHI... - erməni girovluğunda olan Dilqəmin oğlunun torpağını əlindən alır
Dünən, 10:41
Polis şagirdlərə həqiqəti başa salır
Dünən, 10:38
Neftin qiyməti ucuzlaşır
Dünən, 10:34
Quql Avroviziya-2019-un qalibini açıqladı
Dünən, 10:30
Bakıda qadını intim fotolarla şantaj edən şəxs bəraət istəyir
Dünən, 10:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru