Robert Koçaryan azadlığa buraxılıb .....                     Gürcüstanda azərbaycanlılar ana dilində səs verəcəklər .....                     Nəqliyyatla daşınan sərnişinlərin 141 mln.u taksidən istifadə edib .....                     “Nar TV” istifadəçilərinin sayı 117% artıb .....                     2019-cu ildə ən gəlirli sahə turizm olacaq .....                     Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada saxlanılıb və .....                     “Azərsu” sədri problemləri dinlədi .....                     "Biz Krım tatarlarının vətənini işğaldan azad edəcəyik" .....                     Bazar gününün havası .....                     General qohumu Bakının mərkəzində qıza görə atəş açıbmış .....                     SDU-da “Açıq qapı” günü təşkil edildi .....                     "Erkən yaşda məcburi nikaha daxil edilən uşaqlarımız var" .....                     YAP-da ümumrespublika müşavirəsi keçirilib .....                     SDU –da Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş tarix üzrə fənn olimpiadası keçirildi .....                     Arvadına başqası ilə münasibətindən şübhələndi və... .....                     Azərbaycan nefti 1% ucuzlaşıb .....                     "Məni vəzifəyə qoysalar da getmərəm…" .....                     Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər strateji xarakterlidir .....                     Sabiq icra başçısının qardaşı oğlunun ölümünə dözmədi .....                     Nazir müavini xarici ölkələri Azərbaycanın gənclər siyasəti təcrübəsindən yararlanmağa çağırıb .....                     “Tərəqqi” MTK və “Avesta” MTK sakinləri incidir .....                     Azərbaycanlı futbolçunun Portuqaliyada apellyasiya şikayəti təmin olunmayıb .....                     Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda Asif Lalayevin sərgüzəştləri .....                     "Mənə müraciət edəndə isə "professor" deyirlər" .....                     Dayı bacısı qızını qaçıran 20 yaşlı gəncin boğazını kəsdi .....                     Azərbaycan bu il BMT-yə gender məsələsi ilə bağlı hesabat təqdim edəcək .....                     Bakıdakı silahlı atışmaya görə daha 2 nəfər həbs edildi .....                     Bakıda 48 yaşlı kişinin boğazına biz batırıblar .....                     Büdcədən maliyyələşən qurumlar I rübdə 11,7 mln. manatlıq təbii qaz istifadə edib .....                     Vilyam Hacıyev də yerdəyişmə istəyir... .....                     Nikol “xristian kartını” aktivləşdirir: Qarabağa İŞİD-çilər gələcək .....                     Bakıda 32 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb .....                     “Arsenal” və “Çelsi”nin açıq qapı günləri açıqlanıb .....                     Zərərçəkən ailə prezidentə təşşəkür etdi .....                     Tramp İrandan zəng gözləyir .....                     Yığmamız italiyalı baş məşqçinin rəhbərliyi altında ilk qələbəsini qazanıb .....                     Azərbaycan və Avropa İttifaqı arasında saziş niyə imzalanmır? .....                     Alimpaşa Məmmədovun DAŞI KƏSƏN TAMAHI... .....                     Polis şagirdlərə həqiqəti başa salır .....                     Neftin qiyməti ucuzlaşır .....                 

Baş redaktor Prezidentə müraciət etdi – Övladı ilə bağlı
Tarix: 25-04-2019, 10:57 | Çap et
Baş redaktor Prezidentə müraciət etdi
JAMAZ.İNFO Xəbər Portalının baş redaktoru Fikrət Fəraməzoğlunun 6 yaşlı qızının təhsil almasına imkan verilmir. Bu barədə baş redaktor özü məlumat yayıb. O bildirib ki, 6 yaşlı qızının rus bölməsində təhsil alması üçün etdiyi müraciətlərə Təhsil Nazirliyi və Bakı Təhsil İdarəsi min cür bəhanə gətirərək, rədd cavabı veriblər.

Fəraməzoğlu bildirib ki, bu il aprelin 9-da övladı Birinci sinfə qəbulla bağlı təşkil olunmuş müsabiqəyə qatılıb. Belə ki, rus dilində təhsil almaq üçün müsabiqəyə qatılan baş redaktorun qızı orada Təhsil Nazirliyinin üç nəfərlik nümayəndəsinin suallarının çoxuna cavab verib. “Yaşının az olması və ilk dəfə müəllim qarşısına çıxdığından təbii ki, həyəcanı vardı və bu səbəbdən də sualları cavablandırarkən müəyyən qədər çəkinirdi. Elə müəllimlərin verdiyi suallar da heç də normal sayıla bilməzdi. Komissiya üzvləri müxtəlif bəhanələrlə qızımın müsabiqədən keçməməsi qərarını veriblər. Halbuki buna onların nə mənəvi, nə də hüquqi haqları var”.

Baş redaktor vurğulayıb ki, övladı bir ilə yaxındır ayrıca müəllim yanında hazırlaşıb. Eyni zamanda, həftədə üç dəfə rus dilini öyrənmək məqsədiylə kursa gedir. “Qızım həm yazmağı, həm də sərbəst oxumağı bacarır. Müəllimələri də onun qavrama qabiliyyətindən və savadından razılıq edirlər. Hələ orta məktəbə getməsə belə birinci sinifin proqramını bütünlüklə mənimsəyib. Müsabiqədə bu barədə ona heç bir sual verilmədi, ona yazıb-oxumaq barədə heç nə soruşulmadı, praktiki olaraq heç nə edilmədi. Bütün bunlara rəğmən, Təhsil Nazirliyi və Bakı Təhsil İdarəsi heç vəchlə uşağın rus bölməsində oxumasına razılıq vermir. Bu azmış kimi, müsabiqənin nəticəsindən narazı qaldığımız üçün Apellyasiya Komissiyasına müraciət etmişdik. Onlar da başdansovdu işə baxaraq, “ilkin rəy nədirsə, ondan kənara çıxa bilmərik” deyib məsələyə nöqtə qoydular. Əgər müsabiqədə iştirak edən müəllimlərin verdiyi rəy dəyişilməzdirsə, o zaman Apelyasiya Komissiyası niyə təşkil olunub? Təhsil Nazirliyi ilə Bakı Təhsil İdarəsi kimi ələ salır? İnsanlar bu dövlət orqanları üçün məzə obyektidir?”

JAMAZ.İNFO-nun rəhbəri qeyd edib ki, Təhsil Nazirliyi və Bakı Təhsil İdarəsi özünə yeni qazanc mənbəyi yaratmaq üçün belə bir vasitəyə baş vurub. Onun sözlərinə görə, belə bir qənaətə gəlməsi səbəbsiz deyil. “Bakı Təhsil İdarəsində açıq şəkildə bizə dedilər ki, əgər uşağınızın rus bölməsində təhsil almasını istəyirsinizsə, ya yuxarıdan, yəni Təhsil Nazirliyindən tapşırıq olmalıdır, ya da görüm-baxım edilməlidir. Bir qədər araşdırdıqdan sonra məlum oldu ki, bunun üçün ya nazirlikdə adam tapıb tapşırmaq lazımdır, ya da 1000-2000 manat pul vermək lazımdır. Mən əslində, burada qeyri-adi heç nə görmürəm. Əgər bir nazirliyin, bir idarənin rəhbəri biznesmendirsə, bank işçisidirsə, orada təhsilin bazar, alver prinsipi üzərində qurulduğuna şübhə etməmək gərəkdir. Amma bizim uşaqlarımız da onlar üçün “labaratoriya siçanı” deyillər ki, üzərlərində eksperiment keçsinlər. Bir də Təhsil Nazirliyi hansı haqq və hüquqa sahibdir ki, valideynin haqqına girib, onun yerinə qərar versin? Təhsil Nazirliyi və ya Bakı Təhsil İdarəsi nəçidir ki, mənim uşağımın müqəddəratını müəyyən edir, onun arzusunu heçə sayır? Bu nazirliyin əlində elə bir aparat, elə bir imkan varmı ki, hər hansı uşağın gələcəkdə dərs oxuyub, oxumayacağını müəyyən edə bilsin? Bəlkə, onlarda ekstrasenslik və falçılıq qabiliyyəti var, biz bilmirik? Onlar sübut edə bilərlərmi ki, mənim uşağım savadsızdır? Biz uşağımızı ona görə, məktəbə yazdırırıq ki, orada təhsil alsın, elm-bilik öyrənsin, dili tam mənimsəsin. Əgər hər şeyi evdə öyrənəcəkdirsə, o zaman məktəb nəyə lazımdır? Təhsil kimə lazımdır?”

Fəraməzoğlu vurğulayıb ki, o, heç bir halda bu haqsızlıqla barışmaq niyyətində deyil və bunun üçün sonadək mübarizə aparacaq. O qeyd edib ki, bununla bağlı Təhsil Nazirliyi və Bakı Təhsil İdarəsini məhkəməyə verəcək. “Artıq sənədləri və sübutları toplayıram. Bu həftə içində hər iki qurumu məhkəməyə verəcəm. Qoy, onlar mənə sübut etsinlər ki, mənim övladım savadsızdır. Qoy, onlar mənə qanunda valideyn haqqına və mənim yerimə qərar vermək səlahiyyətinə sahib olduqlarını sübut etsinlər. Məhkəmədə aydınlaşdıraq ki, Təhsil Nazirliyi və Bakı Təhsil İdarəsi savadsız və hoqqabazdır, yoxsa, mənim uşağımın rus bölməsində oxumaq haqqı çatmır”.

Jurnalist Fikrət Fəraməzoğlu üzləşdiyi problemlə əlaqədar olaraq Prezident İlham Əliyevə də müraciət edib. Baş redaktor müraciətində qeyd edib ki, heç bir əsas olmadan, tam qanunsuz bir şəkildə Təhsil Nazirliyi və Bakı Təhsil İdarəsi onun övladı ilə bağlı qərar verib və bu qanunsuzluğu aradan qaldırmaq üçün göstəriş verilməsini xahiş edib. “Cənab Prezident! Biz övladımızın rus bölməsində oxuması üçün illərdir çalışırıq. Bu məqsədlə onun məktəbəqədər dövrdə bu dillə bağlı geniş anlayışa sahib olması üçün ilkin təhsil almasını da təmin etmişik. Lakin Təhsil Nazirliyində və Bakı Təhsil İdarəsində tanışımızın olmamasısəbəbindən, yəni tapşırıq olmadığından qızımın Bakıdakı orta məktəblərdən birinin rus bölməsində təhsil almasına imkan verilmir. Ona görə də, Sizdən xahiş edirəm ki, bu məsələdə mənə köməklik göstərəsiniz. Və övladımın rus bölməsində təhsil almasını təmin etmək məqsədi ilə Təhsil Nazirliyinə göstəriş verəsiniz”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Robert Koçaryan azadlığa buraxılıb
Dünən, 16:32
Gürcüstanda azərbaycanlılar ana dilində səs verəcəklər
Dünən, 16:24
Nəqliyyatla daşınan sərnişinlərin 141 mln.u taksidən istifadə edib
Dünən, 16:21
“Nar TV” istifadəçilərinin sayı 117% artıb
Dünən, 16:18
2019-cu ildə ən gəlirli sahə turizm olacaq
Dünən, 16:16
Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir
Dünən, 16:12
“Azərsu” sədri problemləri dinlədi
Dünən, 13:04
Azərbaycanlı modelin yarıçılpaq fotoları səs-küyə səbəb oldu
Dünən, 13:01
"Biz Krım tatarlarının vətənini işğaldan azad edəcəyik" - Zelenski
Dünən, 12:59
Bazar gününün havası açıqlanıb
Dünən, 12:48
General qohumu Bakının mərkəzində qıza görə atəş açıbmış - TƏFƏRRÜAT
Dünən, 12:45
SDU-da “Açıq qapı” günü təşkil edildi
Dünən, 12:42
"Erkən yaşda məcburi nikaha daxil edilən uşaqlarımız var" - Hicran Hüseynova
Dünən, 12:35
"Avroviziya"da erməni fiaskosu - Bəstəkar şok səbəbləri açıqlayır
Dünən, 12:34
YAP-da ümumrespublika müşavirəsi keçirilib
Dünən, 12:30
SDU –da Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş tarix üzrə fənn olimpiadası keçirildi
Dünən, 12:27
Arvadına başqası ilə münasibətindən şübhələndi və... - Bakıda ərdən TÜKÜRPƏDƏN ƏMƏL
Dünən, 12:26
Azərbaycan nefti 1% ucuzlaşıb
Dünən, 12:19
"Məni vəzifəyə qoysalar da getmərəm…" - Əli Əlirzayev
Dünən, 12:18
Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər strateji xarakterlidir - deputat
Dünən, 12:14
Vidadi Bərdəlinin xanımının vəziyyəti ağırdır
Dünən, 12:12
Sabiq icra başçısının qardaşı oğlunun ölümünə dözmədi - Bir gündə dünyasın dəyişdilər
Dünən, 12:09
Röya canlı yayımda Zauru masaj etdi: - “Adamın belə sevgilisi ola”
Dünən, 12:05
Nazir müavini xarici ölkələri Azərbaycanın gənclər siyasəti təcrübəsindən yararlanmağa çağırıb
Dünən, 12:01
“Tərəqqi” MTK və “Avesta” MTK sakinləri incidir - GİLEY
Dünən, 12:00
"Müğənniyə savadsız deyənlər, gedib arıqlasın" - Röya
Dünən, 11:52
Azərbaycanlı futbolçunun Portuqaliyada apellyasiya şikayəti təmin olunmayıb
Dünən, 11:51
Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda Asif Lalayevin sərgüzəştləri - GİLEY
Dünən, 11:49
"Mənə müraciət edəndə isə "professor" deyirlər" - deputat
Dünən, 11:45
Dayı bacısı qızını qaçıran 20 yaşlı gəncin boğazını kəsdi — Gəncədə DƏHŞƏTLİ qətl
Dünən, 11:41
Azərbaycan bu il BMT-yə gender məsələsi ilə bağlı hesabat təqdim edəcək
Dünən, 11:38
Bakıdakı silahlı atışmaya görə daha 2 nəfər həbs edildi - 3 maddə üzrə cinayət işi başlanılıb
Dünən, 11:32
Bakıda 48 yaşlı kişinin boğazına biz batırıblar
Dünən, 11:29
Büdcədən maliyyələşən qurumlar I rübdə 11,7 mln. manatlıq təbii qaz istifadə edib
Dünən, 11:26
Vilyam Hacıyev də yerdəyişmə istəyir... - İDDİA
Dünən, 11:25
Nikol “xristian kartını” aktivləşdirir: Qarabağa İŞİD-çilər gələcək - GƏLİŞMƏ
Dünən, 11:20
Bakıda 32 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Dünən, 11:16
“Arsenal” və “Çelsi”nin açıq qapı günləri açıqlanıb - Bakı finalı
Dünən, 11:11
Zərərçəkən ailə prezidentə təşşəkür etdi - Müraciət
Dünən, 11:10
Əli Mirəliyev efirdə oğlunu biabır etdi
Dünən, 11:08
Tramp İrandan zəng gözləyir
Dünən, 11:05
Yığmamız italiyalı baş məşqçinin rəhbərliyi altında ilk qələbəsini qazanıb
Dünən, 10:58
“Bəlkə də, özümə başqa sənət tapsaydım, daha yaxşı olardı”
Dünən, 10:57
"Hər şeyi biz prezidentə deyə bilmirik"
Dünən, 10:51
Azərbaycan və Avropa İttifaqı arasında saziş niyə imzalanmır? - TƏHLİL
Dünən, 10:47
Alimpaşa Məmmədovun DAŞI KƏSƏN TAMAHI... - erməni girovluğunda olan Dilqəmin oğlunun torpağını əlindən alır
Dünən, 10:41
Polis şagirdlərə həqiqəti başa salır
Dünən, 10:38
Neftin qiyməti ucuzlaşır
Dünən, 10:34
Quql Avroviziya-2019-un qalibini açıqladı
Dünən, 10:30
Bakıda qadını intim fotolarla şantaj edən şəxs bəraət istəyir
Dünən, 10:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru