Oğlu şəhid qızını öldürən iş adamının adı keçən işdə prokuror çıxış etdi .....                     “Ermənistan başqa dövlətin yedəyində gedir” .....                     Sahil Babayevin çətiri altında BÖYÜK YEYİNTİ... .....                     Oqtay Əsədovun qardaşı oğlunun şirkəti növbəti 5 milyonluq tenderi qazanıb... .....                     “Çelsi” azarkeşləri ikiqat ucuz marşrutla Bakıya gəlirlər .....                     İstixanada çətənə kolları becərirdi .....                     “Yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq” .....                     Jurnalistlər Binasında BİABIRÇILIQ .....                     Bakıda qadını cərəyan vuraraq öldürüb .....                     Bakıda məktəbli oğlan azyaşlını hədələyib evi qarət etdi .....                     Çovdarovun həbsini dələduzluq alətinə çevirən MMC rəhbəri haqda şok faktlar .....                     Səkkiz ölkə “ASAN Xidmət” modelinin tətbiqinə hazırlaşır .....                     İsmayıllıda narkotik bitki yetişdirən qadın saxlanılıb .....                     Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb .....                     ABŞ Senatının komitələri Türkiyəni Rusiyadan "S-400" kompleksi almamağa çağırıb .....                     "Cümhuriyyəti quranlar minnətdarlıq hissi ilə yad edilir" .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Füzuli Ələkbərovun “qara kassası” Sahil Babayevin “sağ əli” rolunda: .....                     Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir? .....                     Ermənistan aerodromlarını İranın vurulması üçün versə... .....                     İmişlidə bu məmur işçilərin haqqını yeyir... .....                     Neftin ucuzlaşması davam edir .....                     “Abşeron City” müştərilərin başına oyun açır .....                     Düşmən ölkənin dizi aclıqdan büküləcək .....                     Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ! .....                     BP 25 ildir Bakıda neft çıxarır, təhlükə olmur, amma bir futbol matçına görə “təhlükə” yaranır... .....                     "Unibank" kompensasiya maxinasiyasını davam etdirir .....                     Peşəkar mühasib sertifikatının verilməsi ilə bağlı qaydalar təsdiqlənib .....                     Paşinyanı rəqibləri ilə son döyüş gözləyir .....                     Saxta əlil pensiyası alan direktorla bağlı məsələ qapanmayıb .....                     Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatı start götürür .....                     Gömrük fəlsəfəsinin dəyişməsinə ehtiyac var... .....                     Taxıl asılılığımız artır: Çörək tələbatı, yoxsa? .....                     “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi təsdiqlənib .....                     Azərbaycanda lisenziyalaşdırılan şəxslərin fəaliyyətinin yoxlanılması qaydası müəyyənləşib .....                     Sensasion iddialar: Azərbaycan müharibəyə hazırlaşır .....                     Bakıda 38 yaşlı kişi boğazından bıçaqlanıb .....                     Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti BU YOLLA müəyyən olunacaq .....                     Səbail rayonunda kişi meyiti tapılıb .....                     “Azərbaycan xüsusi xidmət orqanları tərəfindən bu istiqamət daim əməliyyat nəzarətində saxlanılır” .....                 

ABŞ-dan İrəvana 24 aprel “şilləsi”, müharibə xəbərdarlığı - TƏHLİL
Tarix: 25-04-2019, 09:02 | Çap et
ABŞ-dan İrəvana 24 aprel “şilləsi”, müharibə xəbərdarlığı
" ABŞ-ın Ermənistandakı yeni səfiri Lin Treysi aprelin 24-də - saxta “erməni soyqırımı” günü erməniləri məyus edib. Xanım diplomat “genosid” sözü işlətməyib. O, Osmanlı İmperiyasında yaşanan məlum olayları “XX əsrin ən böyük dəhşətlərindən biri” adlandırmaqla kifayətlənib. Şübhə yox ki, prezident Donald Tramp da eyni ifadəni işlədəcək.

Doğrudur, səfir öz dövlətinin ənənəvi mövqeyini ifadə edib. Məlumdur ki, ABŞ-ın bir çox ştatları uydurma genosidi tanısa da, dövlət səviyyəsində tanınma qərarı yoxdur. Hər necə olmasa, Amerikada ən yüksək səviyyədə iddianın əsassız olduğunu yaxşı bilirlər. Lakin məsələdə bəzi yeni və incə xüsusatlar da yox deyil.

*****

İş ondadır ki, bu, Nikol Paşinyan iqtidarı dönəmində “soyqırım”ın ilk dönümüdür. Vaşinqton isə 1 il öncə ABŞ-ın əsas dəstəkçi olduğu “məxməri inqilab” nəticəsində Sərkisyan rejimini devirib hakimiyyətə gələn Paşinyana böyük ümidlər bəsləyirdi. O anlamda ki, “qərbçi” baş nazir həqiqətən Ermənistanın Rusiyadan vassal asılılığını azaltmaq üçün real addımlar atacaq, bundan ötrü Dağlıq Qarabağ konfliktinin həllində konstruktiv mövqe tutacaq. Belə bir mesaj prezident Donald Trampın Nikol Paşinyana bu ilin yanvarında göndərdiyi təbrik məktubunda aydın şəkildə əksini tapıb.

Yeni hakimiyyət başçısı isə əksinə, Rusiya ilə daha da yaxınlaşmaq kursu götürüb, Moskvaya xoş gəlmək üçün Suriyaya humanitar-hərbi kontingent göndərib, Putinin Avrasiya layihələrində (Avrasiya Birliyi, KTMT) daha fəal olacağını bəyan edib, hökumətin təzə proqramında Ermənistanın xarici siyasət kursu və milli təhlükəsizliyi baxımından Rusiya əsas prioritet və qarant ölkə elan olunub. Yenə məhz Amerikanın maraqları ziddinə olaraq, Paşinyan, onun müdafiə naziri David Tonoyan tamamən qeyri-konstruktiv, maksimalist və davakar ritorikaya üstünlük verərək, kövrək sülh danışıqlarını da təhlükə altına qoyublar.

Başqa sözlə, Vaşinqtonun budəfəki “24 aprel” ritorikası həm də Paşinyana ümidlərin xeyli dərəcədə qırılması reallığı ilə yoğrulub. Aydındır ki, Qarabağ probleminin həlli Ermənistanın qonşu Türkiyə ilə də münasibətlərinin normallaşmasına gətirər, nəticə etibarilə Ankara və Vaşinqton arasında “genosid” problemi də aradan qalxardı...

*****

Bu arada - saxta soyqırımın növbəti ildönümünə cəmi bir gün qalmış ABŞ-da nəşr olunan nüfuzlu “Washington Times” qəzeti Paşinyan hakimiyyətinin həm rusiyayönlü xarici siyasət kursunu, həm də Qarabağla bağlı indiki mövqeyini sərt tənqid edən məqalə dərc edib. Musavat.com-un tərcüməsini təqdim elədiyi həmin məqalədən bəzi sitatlar xüsusilə diqqət çəkir.

“Ermənistan ona qonşu dövlətlərin malik olduğu nailiyyətlər və tərəqqidən məhrum qalan, dünyada ən kasıb ölkələrdən biridir. Nə qədər dəstəklənirsə-dəstəklənsin, Ermənistan ABŞ-ın nə dostu, nə də müttəfiqi sayılır və onunla eyni dəyərləri paylaşmır. Müharibə nəticəsində Ermənistan Rusiyanın vassalına çevrilərək dünya arenasında Kremli dəstəkləyir və İranla sıx əlaqələr qurmaqdadır”, - deyə təhlili yazıda ittihamedici tonda bildirilir.

Müəllifə görə, blokada rejimində olan Ermənistanda yaşanan böhranlar 2018-ci ildə iri iqtisadi və demokratik islahatlar vəd edən inqilab doğursa da, üstündən bir il keçməsinə rəğmən, verilən vədlər hələ də həyata keçirməyib: “Ermənistan və onun baş naziri Nikol Paşinyan islahatların, hətta Moskva və Tehranın cəngindən qurtulmağın ilkin şərti sayılan Qarabağda sülh üçün effektiv strategiya hazırlaya, habelə gərəkli demokratik islahatları həyata keçirə və iqtisadi böyüməni stimullaşdıra bilməyib”.

Nəşr Dağlıq Qarabağdakı separatçı rejimi birbaşa danışıqlara qoşmağa çalışan Paşinyan hökumətinin tələbləri və Amerikadakı erməni lobbisinin mövqeyi arasında bənzərlik olduğunu yazıb və qeyd edib ki, Azərbaycanla yeni müharibədən Ermənistanın qalib çıxacağı şübhə doğurur: “Bütün bunlar Ermənistan üçün böyük bədbəxtliklərə və iqtisadi fəlakətə gətirib çıxaracaq. Təbii ki, bundan sonra demokratiya, tərəqqi, əhalinin sayının azalmasının qarşısının alınmasından danışmaq mümkün olmayacaq. Əgər Ermənistan həqiqətən faydalı nəticələr əldə etmək istəyirsə, daxili tərəqqinin ilkin şərti sayılan, münaqişənin iki tərəf üçün məqbul hesab olunan həlli yoluna razı olmalı, ABŞ-dakı erməni milli komitəsi kimi alovlu millətçi lobbilərin fəaliyyətini ram etməlidir”.

*****

Vaşinqtondakı Analitik Şuranın “Avrasiya” mərkəzinin direktoru, ABŞ-ın Ukrayna və Özbəkistandakı sabiq səfiri, Amerika hökumətində və siyasi dairələrində, xüsusilə də respublikaçılar arasında mühüm əlaqələrə malik Con Herbst isə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Amerikada gözlənilən görüşü ilə bağlı deyib ki, dövlət katibi Mayk Pompeonun bu təklifi həqiqətən də Ağ Ev administrasiyanın konfliktin həllinə təkan vermək istəyini sübut edir. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, 1 in.am erməni portalına açıqlanmasında deyib.

“Pompeonun şəxsən konfliktin həllinə cəlb olunması çox pozitiv haldır. Fikrimcə, qarşıdakı görüşün məqsədi ilk növbədə problem öyrənmək və situasiya ilə daha yaxından tanış olmaqdır”, - deyə o qeyd edib. Rusiyanın təklif elədiyi “Lavrov planı”na gəlincə, amerikalı ekspert Pompeonun görüş təklifinin bu planı dəstəkləmək anlamına gəlmədyini bildirib: “Bu, böyük səhv olardı. Mən düşünmürəm ki, Tramp administrasiyası bu planı dəstəkləməyə hazırlaşır”.

Yəni belə qənaət hasil olur ki, ABŞ-ın Qarabağa dair öz həll planı var. Ekspert çevrələrində bunu qeyri-formal olaraq, “Bolton planı” da adlandırırlar. Ancaq “Bolton planı”na ciddi əngəllərdən biri elə Rusiya ilə daha da yaxınlaşma kursu aparan Paşinyan hökumətidir - baxmayaraq ki, Vaşinqtonun Nikola Qarabağla bağlı ümidləri tam sıradan da çıxmayıb.

“Cənab Paşinyanın baş nazir seçilməsi ilə İrəvanda çox mühüm və müsbət dəyişikliklər oldu. Ola bilsin ki, o, Qarabağla bağlı yeni perspektivlər təklif eləsin. Bizim tərəfdən də Ermənistanın yeni hakimiyyəti ilə Dağlıq Qarabağ məsələsində əməkdaşlıq eləmək müdriklik olardı. Düşünürəm ki, dövlət katibinin təşəbbüsünün qayəsini məhz bu təşkil edir”, - deyə analitik əlavə edib.

Beləcə, ABŞ-ın Qarabağla bağlı Rusiya planından fərqli bir “yol xəritəsi” təklif eləmək istədiyi məlum olur. Eyni zamanda bu planla bağlı Paşinyan konkret və ədalətli mövqeyə çağırılır. Herbstin xəbərdarlıq xarakterli açıqlamasından və “Washington Times”dəki tənqidi məqalədən aydın görünür ki, Vaşinqtonun narazı olduğu Paşinyandan konkret gözləntiləri var və onların başında Qarabağ məsələsinin nizamlanmasına İrəvanın real töhfə verməsi tələbi öndə gəlir...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Oğlu şəhid qızını öldürən iş adamının adı keçən işdə prokuror çıxış etdi - 5 il cəza istədi
Bu gün, 11:14
“Ermənistan başqa dövlətin yedəyində gedir” - deputat
Bu gün, 11:12
Sahil Babayevin çətiri altında BÖYÜK YEYİNTİ... - İTTİHAM
Bu gün, 11:11
Oqtay Əsədovun qardaşı oğlunun şirkəti növbəti 5 milyonluq tenderi qazanıb... - Səhiyyəmiz belə burxulur...
Bu gün, 11:09
“Çelsi” azarkeşləri ikiqat ucuz marşrutla Bakıya gəlirlər - FOTO
Bu gün, 11:04
İstixanada çətənə kolları becərirdi
Bu gün, 11:02
“Yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq” - deputat
Bu gün, 11:00
Çingiz "Eurovision"un qərarını lağa qoydu: - "Gələn həftə qalib olacam"
Bu gün, 10:59
Jurnalistlər Binasında BİABIRÇILIQ — FOTOFAKT
Bu gün, 10:54
Bakıda qadını cərəyan vuraraq öldürüb
Bu gün, 10:46
Bakıda məktəbli oğlan azyaşlını hədələyib evi qarət etdi
Bu gün, 10:45
Çovdarovun həbsini dələduzluq alətinə çevirən MMC rəhbəri haqda şok faktlar - İLGİNC
Bu gün, 10:44
Səkkiz ölkə “ASAN Xidmət” modelinin tətbiqinə hazırlaşır
Bu gün, 10:42
İsmayıllıda narkotik bitki yetişdirən qadın saxlanılıb
Bu gün, 10:40
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Bu gün, 10:38
ABŞ Senatının komitələri Türkiyəni Rusiyadan "S-400" kompleksi almamağa çağırıb
Bu gün, 10:37
"Cümhuriyyəti quranlar minnətdarlıq hissi ilə yad edilir" - Baş Nazirin müavini
Bu gün, 09:29
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:27
Füzuli Ələkbərovun “qara kassası” Sahil Babayevin “sağ əli” rolunda: - Heybət İmanov kimdir?
Bu gün, 09:24
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir? - İDDİA
Bu gün, 09:22
Ermənistan aerodromlarını İranın vurulması üçün versə... - TƏHLİL
Bu gün, 09:20
İmişlidə bu məmur işçilərin haqqını yeyir... - İTTİHAM
Bu gün, 09:18
Neftin ucuzlaşması davam edir
Bu gün, 09:15
“Abşeron City” müştərilərin başına oyun açır – Rəhbərləri isə yoxa çıxıb
Bu gün, 09:13
Düşmən ölkənin dizi aclıqdan büküləcək - GƏLİŞMƏ
Bu gün, 09:10
Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ! - 459 manat ödədi amma...
Bu gün, 09:08
BP 25 ildir Bakıda neft çıxarır, təhlükə olmur, amma bir futbol matçına görə “təhlükə” yaranır... - Gərginlik
Bu gün, 09:03
"Unibank" kompensasiya maxinasiyasını davam etdirir - İTTİHAM
Bu gün, 09:01
Peşəkar mühasib sertifikatının verilməsi ilə bağlı qaydalar təsdiqlənib
Bu gün, 08:58
Paşinyanı rəqibləri ilə son döyüş gözləyir - GƏLİŞMƏ
Bu gün, 08:55
Saxta əlil pensiyası alan direktorla bağlı məsələ qapanmayıb - "Bu, birinci hal deyil"
Bu gün, 08:53
Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatı start götürür
Bu gün, 08:51
Gömrük fəlsəfəsinin dəyişməsinə ehtiyac var... - Əks halda...
Bu gün, 08:50
Taxıl asılılığımız artır: Çörək tələbatı, yoxsa? - TƏHLİL
Bu gün, 08:48
“DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi təsdiqlənib
Bu gün, 08:47
Azərbaycanda lisenziyalaşdırılan şəxslərin fəaliyyətinin yoxlanılması qaydası müəyyənləşib
Bu gün, 08:45
Sensasion iddialar: Azərbaycan müharibəyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 08:44
“Bütün bunlar sübut etdi ki, xalq ancaq bayağı materiallara baxmaq həvəsində deyil...”
Bu gün, 08:42
Bakıda 38 yaşlı kişi boğazından bıçaqlanıb
Bu gün, 08:36
Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti BU YOLLA müəyyən olunacaq
Bu gün, 08:35
Səbail rayonunda kişi meyiti tapılıb
Bu gün, 08:31
“Azərbaycan xüsusi xidmət orqanları tərəfindən bu istiqamət daim əməliyyat nəzarətində saxlanılır”
Bu gün, 08:30
Bu gün dollar neçəyədir?
Bu gün, 08:28
Azərbaycan nefti ucuzlaşır
Bu gün, 08:28
Öz evində bıçaqlayıb öldürdülər
Bu gün, 08:26
Bakıda 41 yaşlı kişi döyülüb
Bu gün, 08:25
“Həmin siyasi dərnək bu günə kimi mitinq keçirməyib, amma finala bir gün qalmış...” - deputat
Bu gün, 08:24
Ruhani: İran bombardmana məruz qalsa belə təslim olmayacaq
Bu gün, 08:22
“Azərbaycanla sərhədlə bağlı danışıqları diqqətlə izləyirik” - Gürcüstan Patriarxlığı
Bu gün, 08:20
Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu
Dünən, 18:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru