"Yanan meşə sahələrinin hamısında payız mövsümündə ağaclar əkiləcək" .....                     Azercell-in Rəqəmsal Dünyası Lənkəranda .....                     Paşinyan narahatdır: Bakının sərhəddə qəfil manevri .....                     Keçmiş nazir müavini Məmmədovun və oğlunun yeni əməlləri... .....                     Gürcülərlə növbəti müzakirəmiz sentyabrda olacaq .....                     Müşfiq Rəhimovun yerinə o gətirildi .....                     Avropa Komissiyası Qrenlandiya məsələsində Danimarkanı dəstəkləyib .....                     “Keşlə” Futbol Klubunda kadr dəyişikliyi olub .....                     Avtomobillə vurulan yeniyetməni xəstəxanaya çatdırmaq istəyən şəxs qəzaya düşərək ölüb .....                     Sumqayıt sakini istirahət mərkəzində ölüb .....                     Azərbaycan Rusiyadan ən çox avtomobil idxal edən .....                     Rusiyada MÜDHİŞ HƏBS .....                     Həmsədr ölkələrin etinasızlığının növbəti sübutu .....                     “İslam dəyərləri olduğu kimi” mövzusunda gənclərlə görüş .....                     "Maşınların mühərrikindən çıxan qığılcımlar da meşə yanğınlarına səbəb olan əsas amillərdəndir" .....                     Sabah dollar neçəyə olacaq? .....                     Şirkət rəhbəri və "Röyalbank"ın filial müdiri hakim qarşısına: .....                     Müxalifətin pilotun həlak olmasından siyasi dividend qazanmağa çalışması insanlığa yaraşmayan hərəkətdir .....                     Vilayət Eyvazov Bernd Aleksander Bayerlini qəbul edib .....                     Valideynlər, əliniz cibinizdə olsun: məktəbli yarmarkalarındakı .....                     “Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı” .....                     Bakı Nəqliyyat Agentliyi nə iş görür? .....                     Zaqatalada əncir ağacından yıxılan kişi ölüb .....                     Bakıda 17 yaşlı qıza təcavüz edilib .....                     Rusiyada keçirilən turnirdə Azərbaycanı erməni idmançı təmsil edib? .....                     "Rayonun o kəndi olmasın ki, Tofiq İbrahimov torpaq sahələrinə əl qoymasın..." .....                     Bakıda alkoqol aludəçisinin meyiti tapılıb .....                     Gömrük Komitəsinin ləğvinə çağırışlar intensivləşir: .....                     “Azərişıq” ASC-nin əməkdaşı iş yoldaşının telefonunu oğurlamaqda şübhəli bilinir .....                     “Azərbaycan ordusu Qazax istiqamətində 600 metr irəliləyib” .....                     Polis ayağı zəncirlənən uşaqla bağlı .....                     Bakıda azyaşlı işgəncəyə məruz qalır: ayaqları zəncirlənmiş halda... .....                     Azərbaycanda məmurların biznesinə böyük təhlükə .....                     ABŞ Boris Consonun rəfiqəsinə viza verməyib .....                     "Ədəbsiz, tərbiyəsiz, təhqiramiz, heç bir mənəvi dəyərlərə sığmayan fəaliyyət göstərirlər" .....                     Bakıda 15 yaşlı qız naməlum maşına əyləşərək yoxa çıxdı .....                     Dövlət qulluğuna qəbul üzrə elektron sınaq imtahanı keçiriləcək .....                     BSU-nun tanınmış müəllimindən nazirə .....                     Bakıda yeni liftlərin quraşdırılması davam edir .....                     “Əli Kərimlinin bu addımı siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir” .....                 

Azərbaycan və Türkiyədən Ermənistana Qarabağ mesajı - GƏLİŞMƏ
Tarix: 25-04-2019, 08:44 | Çap et
Azərbaycan və Türkiyədən Ermənistana Qarabağ mesajı
İşğalçı Ermənistanın Azərbaycana qarşı təxribatları artıq beynəlxalq miqyas almaqdadır. Belə ki, BMT-yə təqdim olunan hesabatı zamanı İrəvanın Dağlıq Qarabağı da “öz ərazisi” kimi təqdim etmək cəhdi bundan xəbər verir.

Qeyd edək ki, Milli Məclisin sonuncu plenar iclasında bununla bağlı məlumat verən deputat Azay Quliyev rəsmi qurumları hərəkətə keçməyə çağırdı. Təəssüf doğuran hal budur ki, işğalçı ölkə bu təxribatçı addımına BMT kimi nüfuzlu beynəlxalq qurumu da alət etməyə çalışıb və qismən buna nail olub. BMT-nin işğalçı Ermənistanla bağlı qəbul etdiyi qətnamələr üçüncü onillikdir kağız üzərindədir. Lakin işğalçıya öz yerini göstərmək, ona qarşı sanksiyalar tətbiq etmək əvəzinə, BMT Ermənistanın cəfəng iddialarına meydan verir ki, bu da təəssüf doğurur. Artıq Azərbaycan XİN məsələyə reaksiya verib və bəyanatını yayıb. Ancaq beynəlxalq təşkilatların davamlı şəkildə erməni yalanlarına yer ayırması, yaxud işğal olunmuş ərazilərə Avropanın ali təşkilatlarının təmsilçilərinin səfərlər etməsi təsadüf sayıla bilməz. Elə bu günlərdə Avropa Şurası rəhbərliyi Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə ermənipərəst mövqeyi ilə Azərbaycanda qıcıq yaratmışdı.

Belə bir durumda aparılan danışıqların perspektivinə inanmamaq üçün əldə kifayət qədər əsaslar var. Xüsusilə də Rusiyanın Qarabağ məsələsində fəallaşmasında şübhəli məqamların olduğu söylənilir. Belə yanaşma var ki, Rusiya prosesi tam nəzarətdə saxlamağa çalışdığı üçün Moskvada görüş keçirmək təşəbbüsü ilə çıxış edib. Adının çəkilməsini istəməyən məlumatlı mənbənin sözlərinə görə, Paşinyan fəaliyyəti boyu bir taktika seçib, onun keçirdiyi görüşlərin əksəriyyəti təkbətək baş tutub. Ola bilsin ki, Moskva Paşinyana etibar etmir və onun görüşləri təkbətək keçirməyə üstünlük verməsi Moskvanı narahat edib. Şübhələr var ki, Rusiya onun iştirakı olmadan Ermənistanın Azərbaycanla hansısa razılığa gələ biləcəyindən ehtiyatlanır.

Mənbəmiz bir məqama da diqqət çəkdi: “Robert Köçəryan və ya Serj Sərkisyan Qarabağ danışıqlarını aparanda Moskva indiki qədər keçirilən görüşlərdən narahat olmurdu. Hər halda, bilirdi ki, nə Köçəryan, nə də Sərkisyan Moskvanın çəkdiyi xətlərdən kənara çıxmayacaq, görüşdən sonra da aparılan müzakirələr barədə Rusiyaya hesabat verəcək. N.Paşinyana isə Rusiya etibar etmir. Üstəlik, Ermənistanın baş naziri keçirilən ikitərəfli görüşlərin əsas vaxtını təkbətək keçirməyə çalışır. Ona görə də Moskva düşünür ki, ”amerikapərəst baş nazir Rusiyanın arxasından hansı işləri qarışdırır. Paşinyan da başa düşür ki, təkbətək danışıqlara üstünlük verməsi Rusiyanı qıcıqlandırır. Çünki Rusiya sonda “ofsayd”da qalacağından ehtiyat edir".

******

Rusiya Ermənistan rəhbərliyini cəzalandırmaq istəsə də, hələlik gözləmə mövqeyindədir. İstisna deyil ki, Kreml Azərbaycanın mövqelərinin güclənəcəyindən ehtiyatlandığı üçün İrəvana açıq şəkildə basqı göstərmir. Elə Rusiyanın öz qırıcılarını Ermənistanda yerləşdirmək istəyi də İrəvana təzyiqin və ölkənin oyuncaq dövlət statusunda saxlanması cəhdinin tərkib hissəsidir. Moskva İrəvandakı anti-Rusiya ab-havasını yaxşı bildiyi üçün orada mövcudluğunu saxlamağa üstünlük verir.

Belə bir durumda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində atılan addımlar sözsüz ki, milli maraqlarımız baxımından çox əhəmiyyətlidir.

Mayın 1-dən 3-dək ölkəmizdə keçiriləcək “Mustafa Kamal Atatürk-2019" Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə olunacaq silah, hərbi və xüsusi texnika nümunələrinə baxış keçirilib. Müdafiə Nazirliyindən bildirilib ki, təcrübəli mütəxəssislər tərəfindən şəxsi heyətə hərbi texnikaların istismarı, tətbiqi, döyüş və digər imkanları barədə məlumatlar çatdırılıb. İki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən birgə təlimlərdə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək. Bəzi müşahidəçilər bu təlimlərin həm də bölgədəki destruktiv qüvvələrə, işğalçılara xəbərdarlıq olduğunu güman edirlər.

Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Türkiyənin birgə təlim keçirməsi yeni məsələ deyil: “Qeyd olunduğu kimi, bu təlimlər hər hansı ölkəyə qarşı qəbul edilməməlidir. Ermənistanda bununla bağlı narahatlıq ondandır ki, son zamanlar bu ölkə təcavüzkar niyyətlərindən doğan qorxunun təsiri altındadır. İşğalçı ölkə hər an Azərbaycanın öz torpaqlarını azad etmək üçün əməliyyatlara başlayacağından əndişəlidir. Strateji müttəfiqin onu nə dərəcədə müdafiə etməsinə arxayın olmaq üçün müəyyən tədbirlər görür. Rusiya Ermənistanı heç zaman tək buraxmayacağını nümayiş etdirmək üçün qırıcı təyyarələrin burada yerləşdirəcəyini deyir. Bunu Azərbaycan və Türkiyəyə mesaj da hesab etmək olar”.

Təbii olaraq Ermənistan Türkiyənin bu prosesə qoşula biləcəyindən çox ehtiyatlanır. Bir neçə gün öncə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad etməli olduğunu növbəti dəfə bəyan etdi. Bunun ardınca hərbi təlim qərarının verilməsi sözsüz ki, düşməni əndişələndirir. Azərbaycanın işğal altındakı ərazilərindən narkotik ticarəti və terrorçu birləşmələrin hazırlanması məqsədilə istifadə edildiyi də faktdır.

Q.Çaxmaqlı deyir ki, Türkiyə ilə nə qədər yaxşı münasibətlər olur-olsun, yenə Rusiya Ermənistanı əzdirməz: “Qarabağın terror yuvası olması bəyanatları zaman-zaman səsləndirilib, amma beynəlxalq qurumlar buna heç bir reaksiya verməyiblər. Hətta PKK-nın burada düşərgəsinin olduğu barədə də məlumatlar yayılıb. Nəzarətsiz zona olan işğal ərazisindən narkobiznes üçün istifadə olunduğu da dəfələrlə qeyd olunub. Amma bu qanunsuz və cinayətkar fəaliyyətlərin üstünə qərarlı şəkildə gedilməyib. Baxın, bu günlərdə Türkiyənin xüsusi xidmət orqanları ortaya fakt qoydu ki, PKK-PYD terror təşkilatının içində erməni birliyi var. Onların toplantısından fotolar yaydı. Biz Qarabağda var olan terrorçu PKK-çı düşərgədən dünyanı inandıracaq nə məlumat vermişik? Və yaxud bu plantasiyaların hansınınsa görüntülərini yaymışıqmı? Dünyanı ayağa qaldıracaq hansı tədbirləri görmüşük? Bəzi məsuliyyətsiz politoloqların yalan və uydurma cızmaqaraları bu işin ciddiliyinə xələl gətirir. Ermənistan ciddi düşməndir. Onunla bağlı hər hansı fəaliyyətimiz istər siyasi, istər ideoloji, istərsə hərbi anlamda dəqiq, ölçülü-biçili və ciddi olmalıdır”.

Bu arada ABŞ-ın Xarici siyasət şurasının baş elmi əməkdaşı Stiven Blank “Vaşinqton Tayms” qəzetində Ermənistanı ifşa edən yazı dərc etdirib. Yazıda qeyd olunub ki, bu yaxınlarda Ermənistanın müdafiə naziri David Tonoyanın “müharibə və yeni ərazilər ələ keçirmək” barədə çağırışları onsuz da kövrək sayılan sülh prosesinə daha çox zərər vurur.

“Belə bəyanatlar müharibənin yenidən başlanmasına təkan verə bilər ki, buradan Ermənistanın qalib çıxacağı şübhə doğurur. Bütün bunlar Ermənistan üçün böyük bədbəxtliklərə və iqtisadi fəlakətə gətirib çıxaracaq” - müəllif yazıb. İşğalçı ölkə üçün çıxış yolu da göstərilib: “Əgər Ermənistan həqiqətən faydalı nəticələr əldə etmək istəyirsə, daxili tərəqqinin ilkin şərti sayılan, münaqişənin iki tərəf üçün məqbul hesab olunan həlli yoluna razı olmalı və Erməni milli komitəsi kimi alovlu millətçi lobbilərin fəaliyyətini ram etməlidir”.

Göründüyü kimi, Ermənistanın düşdüyü quyudan çıxmaq iqtidarında olmadığını bizdən uzaqlarda da deyirlər. Bundan əvvəl ABŞ-ın yüksək çinli rəsmisi Con Bolton da Ermənistanda olarkən bu ölkənin rəhbərliyini tarixi şablonlardan əl çəkməyə, qonşularla normal münasibətlər qurub normal həyata qayıtmağa çağırmışdı. Lakin N.Paşinyan bundan sonra “Bolton mənim adımdan danışa bilməz” cavabını verdi və hərbi ritorikaya güc verdi. ABŞ mediasındakı yazının məhz indiki ərəfədə, “erməni soyqırımı” iddiaları ilə bağlı şouların keçirildiyi 24 apreldə yayılması da ermənilərə ciddi cavabdır. Eyni zamanda Azərbaycan-Türkiyə hərbi təlimləri ilə bağlı məlumatın tirajlanması da ermənilər üçün “soyuq duş” effekti verən hadisədir.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Yanan meşə sahələrinin hamısında payız mövsümündə ağaclar əkiləcək" - İradə İbrahimova
Dünən, 18:15
Azercell-in Rəqəmsal Dünyası Lənkəranda
Dünən, 18:12
Paşinyan narahatdır: Bakının sərhəddə qəfil manevri - GƏLİŞMƏ
Dünən, 18:01
Keçmiş nazir müavini Məmmədovun və oğlunun yeni əməlləri... ÜZƏ ÇIXDI
Dünən, 17:59
Gürcülərlə növbəti müzakirəmiz sentyabrda olacaq
Dünən, 17:57
Vidadi Bərdəlinin oğlu azadlığa buraxıldı
Dünən, 17:51
Müşfiq Rəhimovun yerinə o gətirildi
Dünən, 17:47
Məhərrəm Qurbanov vəfat etdi - Həkimlər onu qurtara bilmədi...
Dünən, 17:44
Avropa Komissiyası Qrenlandiya məsələsində Danimarkanı dəstəkləyib
Dünən, 17:42
“Keşlə” Futbol Klubunda kadr dəyişikliyi olub
Dünən, 17:40
Manafın qızı ikinci həyat yoldaşından da AYRILDI — Səbəbi ŞOKA SALACAQ
Dünən, 17:37
Avtomobillə vurulan yeniyetməni xəstəxanaya çatdırmaq istəyən şəxs qəzaya düşərək ölüb
Dünən, 17:31
Sumqayıt sakini istirahət mərkəzində ölüb
Dünən, 17:30
Azərbaycan Rusiyadan ən çox avtomobil idxal edən - 4 ÖLKƏDƏN BİRİDİR
Dünən, 17:28
Rusiyada MÜDHİŞ HƏBS – Nəsimi Sadıqovu Azərbaycanda da yaxşı tanıyırlar...
Dünən, 17:26
"Niyə bu gün “Instagram”da onları izləyirsən amma məni izləmirsən?"
Dünən, 17:20
Həmsədr ölkələrin etinasızlığının növbəti sübutu - TƏHLİL
Dünən, 17:09
“İslam dəyərləri olduğu kimi” mövzusunda gənclərlə görüş - Qaradağda
Dünən, 17:08
"Maşınların mühərrikindən çıxan qığılcımlar da meşə yanğınlarına səbəb olan əsas amillərdəndir" - Nazirlik rəsmisi
Dünən, 17:06
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:01
Şirkət rəhbəri və "Röyalbank"ın filial müdiri hakim qarşısına: - daha bir kredit fırıldağı
Dünən, 16:55
Müxalifətin pilotun həlak olmasından siyasi dividend qazanmağa çalışması insanlığa yaraşmayan hərəkətdir - Əli Əhmədov
Dünən, 16:50
Vilayət Eyvazov Bernd Aleksander Bayerlini qəbul edib - FOTO
Dünən, 16:49
Valideynlər, əliniz cibinizdə olsun: məktəbli yarmarkalarındakı - QİYMƏTLƏR
Dünən, 16:47
“Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı” - Rəşad Atakişiyevin atası
Dünən, 16:44
Bakı Nəqliyyat Agentliyi nə iş görür? - Benzini qurtaran, sərnişinləri yolda düşürən marşrutlar...
Dünən, 16:36
Zaqatalada əncir ağacından yıxılan kişi ölüb
Dünən, 16:33
Bakıda 17 yaşlı qıza təcavüz edilib
Dünən, 16:32
Rusiyada keçirilən turnirdə Azərbaycanı erməni idmançı təmsil edib? - AÇIQLAMA
Dünən, 16:25
"Rayonun o kəndi olmasın ki, Tofiq İbrahimov torpaq sahələrinə əl qoymasın..." - GİLEY
Dünən, 16:18
Bakıda alkoqol aludəçisinin meyiti tapılıb
Dünən, 16:15
Gömrük Komitəsinin ləğvinə çağırışlar intensivləşir: - “Bir qurumda ki tayfabazlıq kök atıb...”
Dünən, 16:09
“Azərişıq” ASC-nin əməkdaşı iş yoldaşının telefonunu oğurlamaqda şübhəli bilinir
Dünən, 16:06
"İtimin qiyməti 10 min deyil" - Aysel
Dünən, 16:05
“Azərbaycan ordusu Qazax istiqamətində 600 metr irəliləyib” – Ermənilərdən ETİRAF
Dünən, 16:02
Polis ayağı zəncirlənən uşaqla bağlı ARAŞDIRMAYA BAŞLADI
Dünən, 15:55
Bakıda azyaşlı işgəncəyə məruz qalır: ayaqları zəncirlənmiş halda... - Şok foto
Dünən, 15:53
Azərbaycanda məmurların biznesinə böyük təhlükə - Qanun işə düşür
Dünən, 15:52
ABŞ Boris Consonun rəfiqəsinə viza verməyib
Dünən, 15:49
"Ədəbsiz, tərbiyəsiz, təhqiramiz, heç bir mənəvi dəyərlərə sığmayan fəaliyyət göstərirlər" - deputat
Dünən, 15:47
Bakıda 15 yaşlı qız naməlum maşına əyləşərək yoxa çıxdı
Dünən, 15:42
Dövlət qulluğuna qəbul üzrə elektron sınaq imtahanı keçiriləcək
Dünən, 15:41
BSU-nun tanınmış müəllimindən nazirə - Müraciət
Dünən, 13:19
Bakıda yeni liftlərin quraşdırılması davam edir
Dünən, 13:17
“Əli Kərimlinin bu addımı siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir” - deputat
Dünən, 13:14
"Qarabağ" "Linfild"lə oyun ərəfəsində ciddi problemlərlə üzləşib
Dünən, 13:12
Yanğının söndürülməsində mümkün olan bütün vasitələrdən istifadə olunur - Nazirlik rəsmisi
Dünən, 13:11
Müstəntiqə rüşvət təklif edən şirkət rəhbərinin məhkəməsi: - "Bizim pulla özünə ev alıb"
Dünən, 13:08
“Etibar Əliyev siyasətlə məşğul olmaq istəmədi” - Fazil Mustafa jurnalistlə təhsil ekspertinin davasından DANIŞDI
Dünən, 13:05
“PAŞA Həyat” dan “Xalq Həyat”a TRANSFER
Dünən, 13:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru