Bərdədə bıçaqlanan icra başçısının keçmiş müavini imiş .....                     “Ölkədə 400-dən çox koronavirus xəstəsinin vəziyyəti ağırlaşıb” .....                     Əflatun Amaşov İTTİHAMLARA BELƏ CAVAB VERDİ .....                     Tanınmış həkimdən proqnoz: .....                     Amerika qarışıb, həbslər davam edir .....                     "ABŞ özünü Çin Kommunist Partiyasının tiranlığından müdafiə edəcək" .....                     Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb .....                     ƏLİ HƏSƏNOV GETDİ: İNDİ NƏ DƏYİŞMƏLİDİR? .....                     Qərb rayonlarına yağış yağıb, Daşkəsənə dolu düşüb .....                     Goranboyda beş nəfər koronavirusa yoluxdu .....                     Bərdədə nə baş verib: Baş Prokurorluq məlumat yaydı... .....                     Jurnalist koronavirusdan vəfat edən anasının dəfninə qatıla bilmədi .....                     Köhnə bakılı Səidə və Elmira bacılarının Ermənistandakı cəhənnəm həyatı .....                     Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı .....                     Azərbaycanda koronavirusa yoluxanların sayı .....                     Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 202 nəfər sağalıb .....                     Son sutkada Britaniyada 183 nəfər koronavirusdan vəfat edib .....                     Azərbaycana qarşı iş aparanların gerçək məqsədi nədir? .....                     "Sosial şəbəkələrə nəzarət vacibdir" .....                     Gürcüstanda soydaşlarımıza qarşı diksriminasiya ilə bağlı istintaq başladı .....                     "Ehtiyacın varsa götür, yoxdursa..." .....                     ƏƏSMN-dən daha bir “yardım fırıldağı” .....                     Qaradağ rayonunda gücləndirilmiş dezinfeksiya işləri görüldü .....                     Ölkə ərazisində faktiki hava açıqlanıb .....                     Aİ Trampı ÜST-lə bağlı qərarına yenidən baxmağa çağırıb .....                     “Qarabağ ətrafında fırtınadan öncəki səssizlik hökm sürür” .....                     Bakıda klinika və ticarət obyektləri tikdirənlər kimlərdi? .....                     “Azərtoxum”un direktorunu bıçaqlayan şəxs tutuldu .....                     “Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb .....                     "Medianın elə problemləri var ki, pandemiyadan qabaq və pandemiya dövründə eynidir" .....                     Lisenziyası ləğv edilən bankların qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanılır .....                     Rusiya XİN rəsmi "instagram" səhifəsində 28 May - Respublika günü münasibəti ilə paylaşım edib .....                     “Şərqi Azərbaycan əhalisinin 18 faizi koronavirus daşıyır” .....                     Kitabını özü satan yazarlar: .....                     Şirkətlər və sahibkarlar üçün .....                     "Əgər bir ölkədə qida təhlükəsizliyində rüşvət alınırsa... .....                     Sabah dövlət orqanlarının son vaxtıdır .....                     "Trampın fərmanı tam haqlıdır" .....                     "Əsas məsələ idmançıların sağlamlığıdır" .....                     "Bu gün istənilən hakimiyyət təmsilçisinin ictimai obrazını formalaşdıran sosial şəbəkələrdir" .....                 

"Azərbaycan Diaspor Könüllüləri" proqramı təqdim edildi - FOTO
Tarix: 24-04-2019, 18:10 | Çap et
"Azərbaycan Diaspor Könüllüləri" proqramı təqdim edildi
DİA.AZ: - Bu gün Nizami Kino Mərkəzində "Azərbaycan Diaspor Könüllüləri" proqramının təqdimatı keçirilib.

DİA.AZ xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Heydər Əliyev Fondunun “Regional İnkişaf İctimai Birliyi”nin təmsilçisi Cəmil Əliyev, "ASAN xidmət"in aparat rəhbəri Azad Cəfərli və könüllülər iştirak ediblər.

Təqdimat Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başlayıb.

Tədbirin moderatoru - Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı rəsmi qonaqları və könüllüləri salamlayıb. O, diqqəti son bir il ərzində Dövlət Komitəsinin gördüyü işlərə cəlb edərək, qurumun fəaliyyətini əks etdirən videoçarxı təqdim edib.

Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, həm Ümummilli lider Heydər Əliyevin gənclərə böyük önəm verməsi, həm də Azərbaycan Prezidenti İlham Əliyevin bu il Gənclər Gününə həsr olunmuş respublika toplantısında söylədiyi "Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər" fikri belə proqramın meydana çıxması ilə nəticələnib.

O, söyləyib ki, dövlət başçısının siyasi iradəsilə ölkəmizdə güclü könüllülər hərəkatı formalaşıb: "Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva hər zaman könüllülərin fəaliyyətini yüksək qiymətləndirirlər".

"Azərbaycan Diaspor Könüllüləri" proqramının başlanmasından danışan Fuad Muradov qeyd edib ki, bu təşəbbüs bütün dünyadakı Azərbaycan diaspor hərəkatının güclənməsində vacib rol oynayacaq.

Komitə sədri xüsusilə vurğulayıb ki, Vətənimizin müstəqil dövlət kimi möhkəmlənməsi və qüdrətli ölkəyə çevrilməsi anti-Azərbaycan qüvvələrini, əsasən də erməni lobbisini çox narahat edir. Azərbaycanın dövlət müstəqilliyinə təhdidlərin qarşısının alınması isə diaspor məsələsində yeni yanaşmanın tətbiqini tələb edir.

Azərbaycan gəncliyinin Dövlət Müstəqilliyinin əldə olunmasında və qorunmasında göstərdiyi şücaəti və fədakarlığı xatırladan Fuad Muradov bildirib ki, diasporun gəncləşməsi məsələsi gündəmdədir. Bu baxımdan "Azərbaycan Diaspor

Könüllüləri" proqramı çox aktualdır. Gələcəkdə isə bu işi digər dövlət qurumları ilə yaxından əməkdaşlıq etməklə daha səmərəli şəkildə həyata keçirmək olar.

O, proqrama qatıldıqları üçün könüllülərə təşəkkürünü bildirib: "Savadlı, bilikli, vətənpərvər gənclər Dövlət müstəqilliyimizin qorunub saxlanılmasında böyük rol oynaya bilərlər. Bu, ilk görüşümüzdir. Amma digər dövlər qurumlarının təmsilçilərilə birgə sizinlə tez-tez görüşəcək və suallarınıza cavab verəcəyik. Bu proqrama qatılan gənclər könüllü kimi təcrübə qazanacaqlar. Adətən ali məktəbi bitirən gəncin iş təcrübəsi olmur. Bu cür proqramlarda iştirak etməklə gənclər həm təcrübə qazanacaq, həm də onların adlarının daxil olduğu məlumat bazası yaradılacaq".

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev bu təşəbbüsü alqışladığını bildirib. O, Diasporla İş üzrə Dövlət Komitəsinin gənclərlə təşkil etdiyi görüşlərdə məmnuniyyətlə iştirak etdiyini deyib. Ü.Quliyev qeyd edib ki, diaspor könüllüsü olmaq çox məsuliyyətli işdir və bu proqramın başlanmasının müsbət nəticə verəcəyinə inanır.

Gənclər siyasətinin aparılması üçün qanunvericilik bazasının mövcud olduğunu xatırladan millət vəkilinin fikrincə, könüllülük təşəbbüsü "ASAN xidmət"in fəaliyyətində özünü tamamilə doğruldub: "Könüllülük fəaliyyətinin ilkin mərhələsində iştirak edənlərin bir çoxunun artıq dövlət orqanlarında təmsil olunması müsbət addımdır. Azərbaycan gəncliyinin ictimai-siyasi və mədəni həyatda fəal iştirak etməsi sevindiricidir".

Deputat gəncləri yüksək səviyyədə təhsil almağa, sağlam həyat tərzi sürməyə, milli maraqlara xidmət etməyə çağırıb.

Nazir müavini İntiqam Babayev deyib ki, Prezident İlham Əliyevin gənclərə ünvanlanmış bütün tövsiyələrində vətənpərvərlik əsas yer tutur. O, bildirib ki, ölkəmizdəki könüllülər hərəkatı xarici tərəfdaşlarımızda əsl qibtə hissi oyadır və bu fəaliyyət beynəlxalq arenada çox yüksək qiymətləndirilir.

İntiqam Babayev qeyd edib ki, "ASAN", Formula-1 könüllüləri artıq brendə çevrilib və diaspor könüllülərinin də bu adı qazanacaqlarına ümid edir: "Biz könüllüləri daha çox irimiqyaslı tədbirlərdə görürük. Siz Azərbaycanın gənc səfirlərinə çevrilirsiniz. Tam şəffaf şəkildə bu proses aparılıb və siz də artıq könüllük hərəkatına qoşulursunuz".

O, deyib ki, gəncliyin təhsil alması, sözünün eşidilməsi üçün ölkədə hər bir şərait mövcuddur: "Biz könüllülərimizi dünya miqyasına da çıxarmaq istəyirik".

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Diaspor Komitəsini və könüllüləri yeni proqram münasibətilə təbrik edib: "Yalnız bizim doğma dilimizdə

"könüllülər" sözünün kökündə "könül" sözü dayanır. Bu, təmənnasız fəaliyyətdir. Amma könüllülər şəbəkələnmə, yeni bilgilər əldə etmək imkanı qazanırlar".

F.Əliyev bildirib ki, Gənclər Fondu ilə Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı nəticəsində könüllülərin festivalı keçirilib. Festivalda 6 könüllü hərəkatının təqdimatı olub.

O, hesab edir ki, "Azərbaycan Diaspor Könüllüləri" proqramı da könüllülük hərəkatının təşviqinə xidmət edəcək.

H.Əliyev Fondunun “Regional İnkişaf İctimai Birliyi”nin təmsilçisi Cəmil Əliyev təmsil etdiyi qurumun fəaliyyətindən ətraflı danışaraq, diaspor könullülərinə uğurlar arzulayıb.

"ASAN xidmət"in aparat rəhbəri Azad Cəfərli təmsil etdiyi qurumun adından diaspor könüllülərini təbrik edib: "Biz könüllülərə ayrılmaz tərkib hissəmiz kimi baxırıq. 18 mindən çox könüllünün potensialı ortaya qoyulub. Hər mərkəzdə 80-90 könüllü fəaliyyət göstərir, 1000-dən çox könüllü işlə təmin olunub".

A.Cəfərli qeyd edib ki, könüllülərə "məmurların innovativ nümunəsi" kimi baxırlar: "Artıq bir sıra xarici ölkələrdə bizim "ASAN xidmət"in nümunəsi tətbiq olunur. Biz gələcəkdə könüllülərin daha fəal olacaqlarına inanırıq. Bu, davamlı prosesə çevrilib. Diaspor könüllüləri ilə əməkdaşlıq etməyə və təcrübəmizi bölüşməyə hazırıq".

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib. O, hər bir könüllünü Fondla əməkdaşlığa və öz layihəsini təqdim etməyə dəvət edib.

"Azərbaycan Diaspor Könüllüləri" proqramının koordinatoru Bəxtiyar Rəhimov bildirib ki, proqrama 609 gənc müraciət edib. Onların 95 faizi Bakıda, 3.5 faizi regionlarda, 1.5 faizi isə xaricdə yaşayan azərbaycanlı gənclərdir. Proqrama uyğun olaraq gənclər könüllülük fəaliyyəti, Azərbaycan diaspor hərəkatı, dünya azərbaycanlıları və sair haqqlnda ətraflı məlumat alacaqlar. Proqramda tam iştirak edən gənclərə Diasporla İş üzrə Dövlət Komitəsinin sertifikatı veriləcək.

Qeyd edək ki, "Azərbaycan Diaspor Könüllüləri"nin devizi "Bir addım 1000 addıma yol açır" seçilib.

Sonda isə rəsmi şəxslər könüllülərin suallarına ətraflı cavablar veriblər.


"Azərbaycan Diaspor Könüllüləri" proqramı təqdim edildi
"Azərbaycan Diaspor Könüllüləri" proqramı təqdim edildi
"Azərbaycan Diaspor Könüllüləri" proqramı təqdim edildi




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bərdədə bıçaqlanan icra başçısının keçmiş müavini imiş - TƏFƏRRÜAT
Dünən, 20:00
“Ölkədə 400-dən çox koronavirus xəstəsinin vəziyyəti ağırlaşıb” - Paşinyan
Dünən, 19:36
Əflatun Amaşov İTTİHAMLARA BELƏ CAVAB VERDİ - "Kimin nə iradı, faktı varsa korrupsiya idarəsinə təqdim etsin"
Dünən, 19:22
Tanınmış həkimdən proqnoz: - “Yoluxma statistikası yenə də artacaq”
Dünən, 19:20
"Ana kimi xoşbəxtəm, lakin bir vətəndaş kimi sınığam"
Dünən, 19:15
Amerika qarışıb, həbslər davam edir
Dünən, 19:03
"ABŞ özünü Çin Kommunist Partiyasının tiranlığından müdafiə edəcək" - Pompeo
Dünən, 18:55
Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb
Dünən, 18:35
"Kamera görəndə şir-pələng olurlar"
Dünən, 18:29
ƏLİ HƏSƏNOV GETDİ: İNDİ NƏ DƏYİŞMƏLİDİR? – “Mətbuat Şurasının qurultayı çağırılsın”
Dünən, 18:24
Qərb rayonlarına yağış yağıb, Daşkəsənə dolu düşüb
Dünən, 18:21
Goranboyda beş nəfər koronavirusa yoluxdu
Dünən, 18:17
Bərdədə nə baş verib: Baş Prokurorluq məlumat yaydı... - TƏFƏRRÜAT
Dünən, 18:05
"Mən görüb, görməyib, yenə görənlərdənəm"
Dünən, 18:01
Jurnalist koronavirusdan vəfat edən anasının dəfninə qatıla bilmədi
Dünən, 17:57
Köhnə bakılı Səidə və Elmira bacılarının Ermənistandakı cəhənnəm həyatı
Dünən, 17:45
Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı - RƏSMİ
Dünən, 17:44
Azərbaycanda koronavirusa yoluxanların sayı 5 mini ötdü
Dünən, 17:43
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 202 nəfər sağalıb - 3 nəfər vəfat edib
Dünən, 17:42
Son sutkada Britaniyada 183 nəfər koronavirusdan vəfat edib
Dünən, 17:40
Azərbaycana qarşı iş aparanların gerçək məqsədi nədir? - "Bizimkilər"in bizə qarşı açdığı cəbhə
Dünən, 17:31
"Sosial şəbəkələrə nəzarət vacibdir" - Daha bir deputat çağırış etdi
Dünən, 17:19
Gürcüstanda soydaşlarımıza qarşı diksriminasiya ilə bağlı istintaq başladı
Dünən, 17:16
"Ehtiyacın varsa götür, yoxdursa..." – Bakıda xeyirsevər xanımdan gözəl addım
Dünən, 17:00
ƏƏSMN-dən daha bir “yardım fırıldağı” - İşsiz statusu olan xanıma aktiv VÖEN-i olduğu bildirilib
Dünən, 16:53
Qaradağ rayonunda gücləndirilmiş dezinfeksiya işləri görüldü
Dünən, 16:50
Ölkə ərazisində faktiki hava açıqlanıb - dalğanın hündürlüyü 4.5 metrə çatıb
Dünən, 16:47
"Ayıb yoldaşına kömək etməməkdir" - Tanınmış şair lobya təmizlədi
Dünən, 16:44
Aİ Trampı ÜST-lə bağlı qərarına yenidən baxmağa çağırıb
Dünən, 16:41
“Qarabağ ətrafında fırtınadan öncəki səssizlik hökm sürür” – ELDAR NAMAZOV
Dünən, 16:39
Bakıda klinika və ticarət obyektləri tikdirənlər kimlərdi? – Tanış ADLAR
Dünən, 16:37
“Azərtoxum”un direktorunu bıçaqlayan şəxs tutuldu
Dünən, 16:31
“Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb
Dünən, 16:30
"Sahib olacağımız ən gözəl varlıq..."
Dünən, 15:38
"Medianın elə problemləri var ki, pandemiyadan qabaq və pandemiya dövründə eynidir"
Dünən, 15:34
Lisenziyası ləğv edilən bankların qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanılır
Dünən, 15:28
Rusiya XİN rəsmi "instagram" səhifəsində 28 May - Respublika günü münasibəti ilə paylaşım edib
Dünən, 15:10
“Şərqi Azərbaycan əhalisinin 18 faizi koronavirus daşıyır”
Dünən, 15:09
Kitabını özü satan yazarlar: - “Onlar Məhəmməd Hadidən artıq deyillər”
Dünən, 14:58
Şirkətlər və sahibkarlar üçün - YENİ CƏRİMƏLƏR
Dünən, 14:55
"Əgər bir ölkədə qida təhlükəsizliyində rüşvət alınırsa... - deməli, o millət məhvə məhkumdur"
Dünən, 14:53
Sabah dövlət orqanlarının son vaxtıdır - SİYAHI
Dünən, 14:48
"Trampın fərmanı tam haqlıdır"
Dünən, 14:46
"Əsas məsələ idmançıların sağlamlığıdır" - Əməkdar məşqçi zalların bağlı qalmasının tərəfdarıdır
Dünən, 14:21
"Bu gün istənilən hakimiyyət təmsilçisinin ictimai obrazını formalaşdıran sosial şəbəkələrdir" - deputat
Dünən, 14:17
“Eldar Mahmudov MTN-i necə iflic etmişdisə, Əbülfəs Qarayev də Mədəniyyət Nazirliyini həmin duruma salıb” - İTTİHAM
Dünən, 14:14
Bu insanlar mətbuata ayrılan pulları oğurlayıblar - Bütün bunlar araşdırılmalıdır
Dünən, 14:05
“Azərtoxum” MMC-nin bıçaqlanan direktoru danışdı - narahatlığa əsas yoxdur
Dünən, 13:59
11 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İDDİA
Dünən, 13:58
AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib - DİN
Dünən, 13:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru