FAO Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişafı üzrə işlərə başlayacaq .....                     “Göyçə gölünün əsas su mənbələri Azərbaycanın nəzarətindədir” .....                     Borçalı türklərinin torpaq problemi: əllərindən alınıb kilsəyə verilir .....                     “6 ölkədən 5-i razıdır, bircə Ermənistan nala-mıxa vurur” .....                     Erməni mədəniyyət mərkəzində silahlı insident .....                     "Bu dövlət tərəfindən verilən bir qərardırsa, bizə də bu qərara hörmət etmək düşər" .....                     Qubadlı rayonunun Dəmirçilər kəndindən görüntülər .....                     "Hər zaman olduğu kimi, bu prosesdə də bir-birimizə dəstəyimiz davam edir" .....                     Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi .....                     Albert Mustafayev Prezidentin fəxri diplomu ilə təltif edildi .....                     “Rusiyada hakimiyyət dəyişikliyi qaçılmazdır” .....                     Dövlət şirkətlərinin idarəetməsində yeniliklər üçün gecikmişik? .....                     İran XİN başçısı İrəvanda səfərdədir .....                     Vüqar Səfərli ilə bağlı QƏRAR VERİLDİ .....                     Bakıda növbəti DƏHŞƏTLİ İNTİHAR: .....                     "Bilirik ki, yeni kadrlar vəzifəyə təyin olunduqdan sonra işi öyrənmir, öyrənib gəlir..." .....                     Qarabağda müharibəni Ermənistan başlatdı .....                     Azərbaycanda qaz borcunu 1 aya ödəməyənlərin qazı kəsiləcək .....                     Baş Prokurorluq “MTK-REAL”la bağlı iddialara .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Tonoyan raketsiz qırıcıları, şikəst “OSA”ları ilə fəxr edirdi” .....                     Ramiz Mehdiyevin kürəkəni özünə BMW X6 aldı .....                     İrəvanda “ağlı başına gələnlərin” sayı artır .....                     Azərbaycanda istehsal edilən siqaretlərə aksiz dərəcələrinin artırılmasının səbəbi məlum olub .....                     Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması üçün yol xəritəsi tərtib edilməlidir .....                     “Ceyranların ən çox yayıldığı yer Şirvan Milli Parkıdır” .....                     “Biz Dağlıq Qarabağdakı vəziyyətə diqqətimizi dayandırmağa hazırlaşmırıq” .....                     “Şəxsiyyət vəsiqəmizdə Samux rayonu yazılıb, amma qaz çəkdirmək üçün Şəmkirə yönləndirirlər” .....                     Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib .....                     "Paşinyan təşkil edərsə, erkən seçkilərə qatılmayacağıq" .....                     Rusiyaya qadağa nəyi dəyişəcək? .....                     Prezidentin vəzifədən azad etdiyi 80 yaşlı nazir atası kimdir? .....                     Hərbçilərin maaşı artırılsın! .....                     Şirvanda həkimlərin maaşlarını ala bilməməsi ilə bağlı açıqlama .....                     Azərbaycana buğda idxalı daha 1 il ƏDV-dən azad edilir .....                     50 nəfərlik toya əksəriyyət razıdır .....                     Rusiya buğdanın ixrac rüsumunu bahalandırır .....                     Ermənistanla gediş-gəliş bərpa olunsun? .....                     Ermənilər Xocavənddə faşist liderə heykəl qoydular .....                     TƏBİB də deyir ki, "bizlik deyil"... .....                 

Məmurlaşan mətbuat katiblərinə jurnalistlərdən etiraz: - “Sənin işin budur, nazirliyi sən idarə etmirsən”
Tarix: 19-04-2019, 09:24 | Çap et
Məmurlaşan mətbuat katiblərinə jurnalistlərdən etiraz:
Jurnalistlər gün ərzində məlumat əldə etmək, hadisə və ya faktı dəqiqləşdirmək üçün müxtəlif ünvanlara müraciət etməli olurlar.

İlk müraciət etdikləri ünvan isə dövlət qurumlarının mətbuat xidməti olur.

Dövlət qurumlarının mətbuat katibləri əsasən vaxtilə mediada çalışmış həmkarlarımızdır. İllərlə mətbuatda çalışdıqlarına görə jurnalistin işi və vəzifəsini onlardan yaxşı bilən də yoxdur. Amma maraqlı bir vəziyyət yaranıb. Mediadan getmiş bəzi mətbuat katibləri qısa zamanda “məmurlaşıb”.

Həmin mətbuat xidməti rəhbərlərindən informasiya almaq o qədər də asan olmur. Bir çoxlarından cavab almaq işlədikləri qurum rəhbərindən münasibət öyrənməkdən çətindir. Üstəlik jurnalisti icazəsiz səs yazmaqda belə günahlandırırlar.

Cebhe.info mövzunu bu vəziyyətlə qarşılaşan media nümayəndələri ilə müzakirə edib:

Yenicag.az-ın əməkdaşı Səxavət Məmmədin sözlərinə görə, mətbuatdan getmiş mətbuat xidmətlərinin işindən qətiyyən razı deyil:

“Azərbaycanda dövlət qurumlarının bir neçəsini çıxmaq şərti ilə mətbuat adı gələndə digərlərinin başına elə bil qaynaq qazan tökülür. Maraqlıdır ki, bunların böyük əksəriyyəti həmkarlarımız olub. Hətta bəziləri mətbuatda yazılarla hələ də çıxış edirlər. Ancaq iş jurnalistin sorğusuna, sualına gəldikdə mətbuatı görməyə gözləri olmur. Jurnalistin nələr çəkdiyini bilən jurnalistlər özləri vəzifə alanda sanki qəsdlə əzab verirlər. Adi bir suala cavab vermək üçün ya saatlarla gözlədirlər, ya sorğu göndərilməsini deyirlər. Sorğulara da bəzən heç cavab gəlmir. Düzdür, işlədiyi yerlərin rəhbərləri tərəfindən göstərişlər, tapşırıqlar ola bilər. Ancaq bu, o demək deyil ki, həmkarlarına hörmətsizlik etsinlər. Onlar yaxşı bilir axı, jurnalistin çörəyi nədən çıxır”.

Sputnik.az-ın əməkdaşı İradə Cəlil deyib ki, mətbuatdan gedən mətbuat katiblərinin jurnalistlərlə münasibəti onu qane edir:

“Çünki onlar mətbuatda çalışdığı dönəmlərdə bizim yaşadığımız problemləri eynilə yaşayıblar. Çox az hal ola bilər ki, mətbuat xidməti əvvəl jurnalist kimi çalışıb mətbuat xidməti keçəndən sonra jurnalistlərlə peşəkarcasına davranmasın. Onları da qınamıram. Mətbuat katibləri işə başladıqları qurumun mənafeyini qorumaq məcburiyyətindədir. Onlar elə bu səbəbdən işə götürülür. Çox zaman səsləndirilir ki, mətbuat katibi qurumun aynasıdır. O, qurumu necə göstərirsə, qurum cəmiyyətə elə görünür. Bu fikirlə tamamilə razıyam”.

Jurnalist hesab edir ki, hər bir mətbuat xidmətinin öz əhatə dairəsi olur:

“O, bütün jurnalistlərlə eyni davranmaq məcburiyyətində olsa da, qurumun mənafeyi xatirinə bəzən ayrıseçkilik etməyə məcbur olurlar. Məsələn, dünən Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifova müraciət etdim. Ona ilk müraciətim idi. Sualıma yarım saat ərzində cavab verildi. Çox operativ çalışır. Onun kimi onlarla mətbuat katibinin adını çəkmək olar”.

Teleqraf.com-un müxbiri Mənsur Rəğbətoğlunun fikrincə, mətbuatdan gedən mətbuat katibləri tez “məmurlaşır”lar:

“Lavaş kimi kresloya sərilən kimi, özlərini itirirlər. Özlərini elə aparırlar ki, elə bil nazirlər bunların mətbuat katibləridir. Halbuki dünənə qədər özlərindən əvvəlki mətbuat katiblərini “asıb-kəsən”, acqarına “Facebook”da nəfəs almadan, dalbadal şikayət statusları yazanlar bunlar deyildilər. Zəng edəndə telefonun dəstəyini götürməsə, adam yanmaz, dərd yarı olardı. Adamı yandıran budur ki, verdiyin suala da düz-əməlli cavab ala bilmirsən. Sənin işin budur, nazirliyi sən idarə etmirsən. Səni əlində bir standart açıqlama ilə telefonun qabağında oturdublar ki, oradan zəng edən jurnalistə bu moizəni oxuyasan. Amma onlar özlərini elə göstərirlər ki, guya işləri başlarından aşıb. Vallah, heç bir işləri də yoxdur. Axşama kimi “Facebook”un arxasında oturub status yazırlar, qız şəkilləri “layk” edirlər. Təmsil etdikləri qurumlar da bir işin qulpundan yapışsalar nə vardı ki? Adama yer edən də budur. Sənin təmsil etdiyin qurum bir iş görmür, bəs sən orda nə iş görürsən? Zəng ediblər, cavab ver...”

Versus.az saytının redaktor müavini Arzu Zeynallının sözlərinə görə, əgər mətbuat katibliyinə mətbuatdan gələn insan öz keçmiş həmkarının suallarını cavablamağa çətinlik çəkirsə, deməli jurnalist olarkən də yarıtmaz olub:

“Dəfələrlə bu barədə televiziyalarda da müzakirə edilib. Bildirilib ki, mətbuat xidmətlərinin işlək olması üçün yaxşı olardı ki, bu vəzifəyə mətbuat işçisi gətirilsin. Görünən budur ki, hətta jurnalist də bu vəzifəyə gətirilsə belə, mətbuat xidməti işinin icrasında yarıtmazlıq var. Deməli, bu vəzifədə jurnalist yox, öz işinin mahiyyətini anlayan biri olmalıdır. Bu, məsələnin bir tərəfidir. Təbii ki, vaxtilə jurnalist olarkən dövlət strukturlarının mətbuat xidmətlərindən mətbuat üçün hansısa məsələyə cavab alarkən maneələrlə üzləşən birisi, bu gün özü o xidməti icra edərkən jurnalistlərə eyni davranışlar sərgiləyir. Bu, ya onun özünün vaxtilə mətbuat xidməti rəhbərlərinin münasibətindən dolayı aldığı “psixoloji travma”nın təzahürüdür, ya mətbuat xidməti olduğu halda məlumatsızlığındandır, ya da vəzifəsini itirmək qorxusundandır”. Jurnalist əlavə edib ki, mətbuat xidməti rəhbəri vəzifəsinə məhz jurnalistin təyin edilməsini məqsədəuyğun hesab edir. Amma bəzi “jurnalistlər” bu sıraya aid edilməməlidir: “Əgər onun jurnalistə münasibəti özü mətbuat xitməti rəhbəri olduqdan sonra dəyişirsə, deməli bu “jurnalistdə” artıq bir məmurlaşma sindromu başlayıb. Belələrinə jurnalistlərin münasibətinin necə olduğunu isə həmin mətbuat xidməti işçisi bilməmiş deyil”.

Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin əməkdaşı Vilayət Muxtarın sözlərinə görə, jurnalistikadan gedən mətbuat katibləri mediadan “qaçmağı” daha çox üstün tuturlar:

“Xüsusilə ciddi məsələlərlə bağlı ünvanlanan sualları ya tanışlıq, ya da qeyri-rəsmi münasibət göstərməklə yola verməyə çalışırlar. Bir çoxlarından cavab almaq, onların işlədiyi qurum rəhbərindən münasibət öyrənməkdən daha çətindir. Faktlardan ibarət yazı işıqlandırdıqda mətbuat katiblərindən münasibət olmayanda medianı qərəzli adlandırırlar. Mövqe almaq isə mümkün olmur. Hesab edirəm ki, xüsusilə mətbuatdan gedən mətbuat katibləri jurnalistlərə münasibətini ən azından onları anladıqları üçün dəyişməlidirlər. Bu sahədə inqilabi dəyişikliklərə ciddi ehtiyac var”.



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
FAO Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişafı üzrə işlərə başlayacaq
Bu gün, 18:28
“Göyçə gölünün əsas su mənbələri Azərbaycanın nəzarətindədir” - Erməni nazir
Bu gün, 18:16
Borçalı türklərinin torpaq problemi: əllərindən alınıb kilsəyə verilir – Araşdırılsın!
Bu gün, 18:10
“6 ölkədən 5-i razıdır, bircə Ermənistan nala-mıxa vurur” - ŞƏRH
Bu gün, 18:05
Erməni mədəniyyət mərkəzində silahlı insident
Bu gün, 18:03
"Bu dövlət tərəfindən verilən bir qərardırsa, bizə də bu qərara hörmət etmək düşər"
Bu gün, 17:50
Qubadlı rayonunun Dəmirçilər kəndindən görüntülər - VİDEO
Bu gün, 17:46
"Hər zaman olduğu kimi, bu prosesdə də bir-birimizə dəstəyimiz davam edir"
Bu gün, 17:41
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi - SƏRƏNCAM
Bu gün, 17:35
Albert Mustafayev Prezidentin fəxri diplomu ilə təltif edildi - SƏRƏNCAM
Bu gün, 17:34
“Rusiyada hakimiyyət dəyişikliyi qaçılmazdır” – KOVALENKO
Bu gün, 17:32
Dövlət şirkətlərinin idarəetməsində yeniliklər üçün gecikmişik? - VİDEOŞƏRH
Bu gün, 17:30
İran XİN başçısı İrəvanda səfərdədir
Bu gün, 17:27
Vüqar Səfərli ilə bağlı QƏRAR VERİLDİ - ev dustaqlığına buraxılmadı
Bu gün, 17:23
Bakıda növbəti DƏHŞƏTLİ İNTİHAR: - daha bir gənc qadın özünü çoxmərtəbəli binadan atdı
Bu gün, 17:22
"Bilirik ki, yeni kadrlar vəzifəyə təyin olunduqdan sonra işi öyrənmir, öyrənib gəlir..."
Bu gün, 17:20
Qarabağda müharibəni Ermənistan başlatdı – Zakaryan
Bu gün, 17:17
Azərbaycanda qaz borcunu 1 aya ödəməyənlərin qazı kəsiləcək - Diqqət!
Bu gün, 17:09
Baş Prokurorluq “MTK-REAL”la bağlı iddialara AYDINLIQ GƏTİRDİ
Bu gün, 17:08
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:02
“Tonoyan raketsiz qırıcıları, şikəst “OSA”ları ilə fəxr edirdi”
Bu gün, 17:01
Ramiz Mehdiyevin kürəkəni özünə BMW X6 aldı - FOTO
Bu gün, 16:56
İrəvanda “ağlı başına gələnlərin” sayı artır - GƏLİŞMƏ
Bu gün, 16:54
Azərbaycanda istehsal edilən siqaretlərə aksiz dərəcələrinin artırılmasının səbəbi məlum olub
Bu gün, 16:51
Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması üçün yol xəritəsi tərtib edilməlidir - TƏLƏB!
Bu gün, 16:44
“Ceyranların ən çox yayıldığı yer Şirvan Milli Parkıdır”
Bu gün, 16:43
“Biz Dağlıq Qarabağdakı vəziyyətə diqqətimizi dayandırmağa hazırlaşmırıq” - Lavrov
Bu gün, 16:39
“Şəxsiyyət vəsiqəmizdə Samux rayonu yazılıb, amma qaz çəkdirmək üçün Şəmkirə yönləndirirlər” - GİLEY
Bu gün, 16:34
Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib
Bu gün, 16:28
"Paşinyan təşkil edərsə, erkən seçkilərə qatılmayacağıq" - Manukyan
Bu gün, 16:27
Rusiyaya qadağa nəyi dəyişəcək? - “AŞ PA böyük siyasi oyun meydançası deyil”
Bu gün, 16:25
Prezidentin vəzifədən azad etdiyi 80 yaşlı nazir atası kimdir? - DOSYE
Bu gün, 16:23
Hərbçilərin maaşı artırılsın! - “Ağır şərtlər altında faəlliyyət göstərirlər”
Bu gün, 16:21
Şirvanda həkimlərin maaşlarını ala bilməməsi ilə bağlı açıqlama
Bu gün, 16:19
Azərbaycana buğda idxalı daha 1 il ƏDV-dən azad edilir
Bu gün, 16:19
50 nəfərlik toya əksəriyyət razıdır - AÇIQLAMA
Bu gün, 16:15
Rusiya buğdanın ixrac rüsumunu bahalandırır – Azərbaycana neçəyə gələcək?
Bu gün, 16:12
Ermənistanla gediş-gəliş bərpa olunsun? – Siyasilərimiz Georgi Vanyanın təklifini dəyərləndirib
Bu gün, 16:06
Ermənilər Xocavənddə faşist liderə heykəl qoydular - Ruslara təsir etmir, BƏS BİZ NİYƏ SUSURUQ?
Bu gün, 16:01
TƏBİB də deyir ki, "bizlik deyil"...
Bu gün, 15:58
""Arvad başqa kişi ilə qaçdı" xəbərləri müzakirə olunur"
Bu gün, 15:56
Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edildi - RƏSMİ
Bu gün, 15:54
Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bu gün, 15:53
Amerikalı ekspertdən müharibə mesajı - “Etiraf etməliyik ki, tərəflər ortaq məxrəcə gəlməyiblər”
Bu gün, 15:52
“İstefa ver, Ermənistana investisiya yatıraq” - Diaspordan Paşinyana ŞƏRT
Bu gün, 15:47
Ermənistanda iqtisadi çöküş: - Müharibə böhranı daha da dərinləşdirib
Bu gün, 15:45
Mədəniyyət Nazirliyinin regional idarələrində yeni kadr təyinatları olub - SİYAHI
Bu gün, 15:42
Tağı Əhmədovun ayaqları tutuldu, xəstəxanaya yerləşdirildi
Bu gün, 15:38
Şəki-Zaqatalada koronavirusa yoluxma halları artıb
Bu gün, 15:37
"Bütün günü otururam anamın yanında, əlləri şişib, ovuşdururam"
Bu gün, 15:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru