BDU-nun tələbəsi dərmandan zəhərlənib .....                     Mehriban Əliyeva Bakıdakı bir sıra təhsil müəssisələrində mövcud şəraitlə .....                     "Rusiya çalışacaq ki, ATƏT baş katibinin ümidlərini doğrultsun" .....                     Formula-1 yarışları keçirilən günlərdə gözlənilən hava şəraiti .....                     Aqrar sığorta haqqının bir hissəsinin dövlət büdcəsindən ödənilməsi şərtləri müəyyənləşib .....                     Bakının tanınmış klinikası "Azərişıq"ı məhkəməyə verib .....                     Rusiyanın valyuta ehtiyatları azalıb .....                     "İlin gənc müəllimi-2019" müsabiqəsinin qaliblərinə pul mükafatı veriləcək .....                     “Formula 1” və Cəmil Həsənlinin bir “kruq” da vurmağa başlaması .....                     Mahmudov iş adamını nədə şantaj etdi və pulunu necə ələ keçirdi... .....                     Sabah dollar neçəyə olacaq? .....                     Hüseyn Abdullayev məhkəmədəki tam ifadəsi .....                     Şamaxıda zəlzələdən zərərçəkənlər üçün 110 ev tikilir .....                     Səkkiz il əvvəl çəkilən foto ətrafında qoparılan hay-küy: .....                     Azercell-in dəstək olduğu “İdeyadan Biznesə” layihəsi çərçivəsində Tovuz və Bakıda startap turları keçirilib .....                     “Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir .....                     Təhsil Nazirliyinin yarıtmaz siyasətinin qurbanı olan övladlarımızın günahı nədir... .....                     “Soros şəbəkəsi”nin Azərbaycanda etimadsızlıq mühiti YARATMA CƏHDİ .....                     Türkiyədə dolların məzənnəsi 6 lirəyə yaxınlaşıb .....                     Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisinə hazırdır .....                     Azərbaycan sabitlik adasıdır .....                     SDU-da “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda Respublika elmi konfrans keçirildi .....                     Vüsal Şilderin qətlinə görə ittiham edilən keçmiş rəis müavinin kassasiya şikayətinə baxılıb .....                     Çernobıl qəzasının ildönümü ilə bağlı Azərbaycanda 500 nəfərə birdəfəlik maddi yardım ayrılıb .....                     "Dini dözümlülük, dini etiqada hörmət göstərmək vacibdir" .....                     Rus bölməsinə qəbul üzrə apelyasiya komissiyaları mayın 1-dək fəaliyyət göstərəcək .....                     Bakıda müəllim şagirdi vuraraq hədələyib, .....                     Mahmudovun əmisi oğlu ölkədən milyonlar çıxarıb .....                     Abşeron rayonunda 94 min 784 nəfər tibbi müayinədən keçib .....                     Xaliq Məmmədova qarşı İTTİHAM .....                     “Baku Steel Company” necə təhlükə yaradır... .....                     Keçmiş deputatın anası danışdı .....                     Bələdiyyə sədri saxtakarlıqda ittiham olunur .....                     Bakıda daha bir qanunsuz toyuq sexi aşkarlanıb .....                     “İçərişəhər məsələsinə münasibət bildirmək istəmirəm” .....                     "Buraxılış imtahanları ilə bağlı müzakirələr elmi müstəvidə aparılmalıdır" .....                     Ceyhun Bayramov Ceyhun Osmanlının anasını işdən çıxardı .....                     Səbail sakini intihar edib .....                     İntihar edən üç uşaq anasının məktubu tapıldı: .....                     Astarada torpaq sürüşməsi aktivləşib .....                 

'Mən uşağıma yedirtməyə quru çörək axtarıram'' - GİLEY
Tarix: 26-03-2019, 09:37 | Çap et
'Mən uşağıma yedirtməyə quru çörək axtarıram''
"Yoldaşımın pensiya kartı, özümün maaş, çörəkpulu, ünvanlı sosial yardım kartlarım – heç biri özümdə deyil. Uşağımın xəstəliyinə görə bir Qarabağ əlili mənim üçün bankdan pul götürüb. Ödəyə bilmədiyim üçün borc şişib, bütün kartları yığıb o adama vermişəm ki, kartlara pul oturduqca, kreditləri ödəsin. Nəticədə ailəlikcə acından ölürük”.

Laçın köçkünü Murad Kərimov 25 ildən çoxdur ki, ailəsi ilə Ağcabədinin Taxtakörpü adlanan ərazisində məskunlaşıb. O, Laçın Suvarma Sistemlərində fəhlə işləyir. Deyir ki, yaşadığı yer vaxtilə mal-qara yatağı olub. Meydan TV-yə danışır ki, azyaşlı övladlarından birinin müalicəsi üçün başqasının adına bankdan pul götürməli olub. Müalicələrə xərclənən pul tükənsə də, sonradan ona bildirilib ki, xəstəlik anadangəlmə olduğuna görə müalicəsi yoxdur. Murad Kərimovun dediyinə görə, 3 ildən çoxdur ki, kömək üçün Laçın Rayon İcra Hakimiyyətinə müraciət edir, ancaq köməklik olunmur:

"Prezidentə yazmağı dayandırmağımı tələb edirlər”

"İlham Əliyevə, Mehriban xanıma 30-dan çox məktub yazmışam, yalvarmışam-yaxarmışam ki, uşaqlarım acından ölür, təyin etdiyiniz məmurlar bizə gün ağlamır, iş üçün gedən vətəndaşları təhqir edib qapıdan qovurlar. İcra başçısı deyir, yazdıqların axırda mənim masama gəlib çıxır. Yazmağı dayandırmasan, səni şərləyib həbsə atdıracam”.

Murad Kərimovun sözlərinə görə, övladının müalicəsi üçün icra hakimiyyətinə müraciətlərindən sonra məcbur olub ki, bankdan kredit götürsün:

"Qarabağ əlili olan tanışım evimizə gələndə uşağın dayanmadan ağladığını, ağrı çəkdiyini gördü, yazığı gəldi. Dedi, dövlət kömək eləmirsə, hamı necə, sən də elə, get, bankdan kredit götür, uşağı müalicə elətdir, yazıqdır. Dedim, ünvanlı sosial yardım aldığımız üçün banklar bizə kredit vermir. O da təklif elədi ki, gedək, mənim adıma götürək, əsas odur ki, uşaq müalicə olunsun. Həmin adam mənim üçün bankdan öz adına 6400 manat kredit götürdü. O pul da həm Ağcabədidəki, həm də Bakıdakı xəstəxanalara, həkimlərə getdi, ancaq uşağı səhhətində müsbətə doğru irəliləyiş olmadı. Axırda dedilər ki, bu, anadangəlmə skaliozdur (onurğa əyriliyi), müalicəsi bizlik deyil. Bankın kreditini də vaxtında ödəyə bilmədiyim üçün borc şişib 9500 manata çatdı. Məcbur qalıb bütün dolanışıq kartlarımızı həmin adama vermişik ki, aybaay kartlara pul köçürüldükcə, kreditə ödəsin. Dövlətdən istədiyim odur ki, həyat yoldaşıma bir iş verilsin, heç olmasa, onun maaşı ilə dolanaq. O işi də vermirlər”.

"Dedilər, başını aşağı sal, kasıbçılığını elə”

Murad Kərimov deyir, ikinci qrup əlil olan həyat yoldaşının işlə təmin olunması üçün 3 ildən çoxdur ki, Laçın Rayon İcra Hakimiyyətinə müraciət etsə də, nəticəsi olmayıb. Əksinə, hədələnib:

"Köməklik göstərilməyəndə prezidentə, xanımına yazmışam. Mən Bakıya yazdıqca, hər dəfə Laçın Rayon İcra Hakimiyyətinə çağırıb deyirlər, səni içəri atdırarıq. Hətta bir dəfə məni polisə də veriblər. Polisdə isə mənə məsləhət gördülər ki, "sakit otur yerində, sənin başçıyla, prezidentlə nə işin var, sal başını aşağı, kasıbçılığını elə... Deyirəm, axı necə sakit oturum, maaş kartım, ünvanlı sosial yardım kartım, çörəkpulu kartım, həyat yoldaşımın əlilliyə görə aldığı pensiyanın kartı – hamısı dibinə qədər təmizlənir, banka ödənilir, özümüz acından ölürük”.

"Quru çörəyə də ehtiyacımız var”

Murad Kərimov dəfələrlə Laçın Rayon İcra Hakimiyyəti başçısının və müavinlərinin qəbulunda olub. Sonuncu dəfə bu il martın birində başçının qəbuluna gedib, onu başçının müavini qəbul edib və həyat yoldaşı üçün iş olmadığını deyib:

"Deyirlər, get özünə kənarda əlavə iş tap, nə bilirsən elə, ancaq ora-bura yazmağı dayandır. Yaşadığmız yerin qapısından içəri keçə bilməzsiz. Bir yerdə ki, bizdən əvvəl camış, inək saxlayıblar, orda necə yaşamaq olar?.. Üç uşaq, əlil həyat yoldaşım tövlədə, nəmişlikdə əzab çəkirlər. Qonşuların verdikləri çörəyi yeyirlər. İnanın, bu dəqiqə bizim quru çörəyə də ehtiyacımız var. Uşaqlar xəstəlikdən ayılmır. İkisi məktəblidir, ancaq məktəbə göndərə bilmirik, geyim yox, acından halsızlıq... Bütün günü ağlayırlar, məktəbə istəyirlər, göndərə bilmirəm”.

"Özünüməşğulluğa cəlb olunub ki, ailəsini dolandırsın”

Laçın Rayon İcra Hakimiyyətindən bildirilib ki, Murad Kərimova dəfələrlə pul yardımı olunub. Azyaşlı övladının müalicəsi üçün Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Güllü İbadova hər cür yardım göstərib. Hətta uşağın müalicəsi üçün Murad Kərimovla birlikdə Bakıdakı xəstəxanalara da gedib. Qurumdan həmçinin bildirilib ki, Murad Kərimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Özünüməşğulluq Proqramına cəlb olunub ki, heyvandarlıqla məşğul olun ailəsini dolandırsın.

Murad Kərimovsa deyir, bu Proqram çərçivəsində ona verilən heyvanlar da qırılır: "Düzdür, adıma 20 qoyun, 20 quzu yazdılar, ancaq cəmi 20 qoyun verdilər, hamısı da xəstə... Bir-bir qırılırlar. Yoldaşım icra hakimiyyətinə iş üçün müraciət eləyəndə deyirlər, gedin, verilən qoyunları çoxaldın, saxlayın, dolanın. Mən uşağıma yedirtməyə quru çörək axtarıram, qoyunu necə saxlayım? Üstəlik də, bu qoyunlar bala verən qoyunlar deyil, qocadır, xəstədir... Axı mən başçıdan xahiş eləmirəm ki, cibindən mənə pul versin. Mən istəyirəm ki, yoldaşım gedəndə təhqir edib qapıdan qovmasınlar, bir iş versinlər, işləsin, maaş alsın. Mənim kartlarımla kredit ödənilsin, yoldaşımın maaşıyla uşaqları yedirdək. Başına gəlməyən anlamaz, uşaqlar acından ağlayır, yemək istəyir”.

'Mən uşağıma yedirtməyə quru çörək axtarıram''





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bəzi “zirək” adamlar isə laboratoriyanın lazım gəldiyini əsas gətirərək, əlavə tikililər inşa etdirib və birbaşa olaraq divarlara girişib"
Bu gün, 18:25
BDU-nun tələbəsi dərmandan zəhərlənib
Bu gün, 18:17
Mehriban Əliyeva Bakıdakı bir sıra təhsil müəssisələrində mövcud şəraitlə tanış olub
Bu gün, 18:17
"Rusiya çalışacaq ki, ATƏT baş katibinin ümidlərini doğrultsun" - Mariya Zaxarova
Bu gün, 18:11
Formula-1 yarışları keçirilən günlərdə gözlənilən hava şəraiti BELƏ OLACAQ
Bu gün, 18:08
Aqrar sığorta haqqının bir hissəsinin dövlət büdcəsindən ödənilməsi şərtləri müəyyənləşib
Bu gün, 17:51
Bakının tanınmış klinikası "Azərişıq"ı məhkəməyə verib
Bu gün, 17:45
Rusiyanın valyuta ehtiyatları azalıb
Bu gün, 17:43
"İlin gənc müəllimi-2019" müsabiqəsinin qaliblərinə pul mükafatı veriləcək - MƏBLƏĞ
Bu gün, 17:26
“Formula 1” və Cəmil Həsənlinin bir “kruq” da vurmağa başlaması - Taleh Şahsuvarlı yazır...
Bu gün, 17:25
“Siyasət bizim işimiz deyil və maraqlanmırıq”
Bu gün, 17:19
Mahmudov iş adamını nədə şantaj etdi və pulunu necə ələ keçirdi... - İNTİM QADIN SÖHBƏTİ
Bu gün, 17:16
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:04
Hüseyn Abdullayev məhkəmədəki tam ifadəsi - TƏFƏRRÜATLI MƏTN
Bu gün, 17:03
Şamaxıda zəlzələdən zərərçəkənlər üçün 110 ev tikilir - İcra Hakimiyyəti
Bu gün, 17:01
Səkkiz il əvvəl çəkilən foto ətrafında qoparılan hay-küy: - İçərişəhərdə nə baş verir?
Bu gün, 16:56
“Eşkiya”dakı Hızır Çakırbəyli obrazı real həyatda kimdir? - KRİMİNAL DOSYE
Bu gün, 16:54
Azercell-in dəstək olduğu “İdeyadan Biznesə” layihəsi çərçivəsində Tovuz və Bakıda startap turları keçirilib
Bu gün, 16:46
“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir
Bu gün, 16:42
Təhsil Nazirliyinin yarıtmaz siyasətinin qurbanı olan övladlarımızın günahı nədir... - Əcnəbi göydə balonlarda gəzir, bizim Ceyhun Bayramov isə...
Bu gün, 16:36
“Soros şəbəkəsi”nin Azərbaycanda etimadsızlıq mühiti YARATMA CƏHDİ - Detallar...
Bu gün, 16:34
“Efirdə işlətdikləri söyüşləri eşitsəniz, dəli olarsınız...” – Renka
Bu gün, 16:31
Türkiyədə dolların məzənnəsi 6 lirəyə yaxınlaşıb
Bu gün, 16:27
Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisinə hazırdır
Bu gün, 16:24
Azərbaycan sabitlik adasıdır - Rusiya Ortodoks kilsəsi
Bu gün, 16:22
SDU-da “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda Respublika elmi konfrans keçirildi
Bu gün, 16:15
Vüsal Şilderin qətlinə görə ittiham edilən keçmiş rəis müavinin kassasiya şikayətinə baxılıb
Bu gün, 16:11
Çernobıl qəzasının ildönümü ilə bağlı Azərbaycanda 500 nəfərə birdəfəlik maddi yardım ayrılıb
Bu gün, 16:07
"Dini dözümlülük, dini etiqada hörmət göstərmək vacibdir" - deputat
Bu gün, 16:03
Rus bölməsinə qəbul üzrə apelyasiya komissiyaları mayın 1-dək fəaliyyət göstərəcək
Bu gün, 15:59
Könül Kərimova 22 yaşlı qızın intiharında adı hallanan şəxsdən DANIŞDI: - "Heç bir icazə almadan..."
Bu gün, 15:53
Bakıda müəllim şagirdi vuraraq hədələyib, şikayəti polis araşdırır
Bu gün, 15:47
Mahmudovun əmisi oğlu ölkədən milyonlar çıxarıb – Məbləğ açıqlandı
Bu gün, 15:46
Abşeron rayonunda 94 min 784 nəfər tibbi müayinədən keçib - FOTO
Bu gün, 15:39
Xaliq Məmmədova qarşı İTTİHAM - belə davam edərsə...
Bu gün, 15:37
“Baku Steel Company” necə təhlükə yaradır... - İDDİA
Bu gün, 15:34
Keçmiş deputatın anası danışdı - "İşdən çıxarılmamışam"
Bu gün, 15:30
Bələdiyyə sədri saxtakarlıqda ittiham olunur - Siyəzən sakinindən ölkə başçısına MÜRACİƏT
Bu gün, 15:19
"Xəzər" TV-dən AzTV-yə keçdi
Bu gün, 15:14
Bakıda daha bir qanunsuz toyuq sexi aşkarlanıb - FOTO
Bu gün, 15:08
“İçərişəhər məsələsinə münasibət bildirmək istəmirəm” - Memarlar İttifaqının sədri
Bu gün, 15:00
"Mən yazdığınız kimi kobud ifadə işlədəcək insan..." - Əməkdar artist əsəbləşdi
Bu gün, 14:59
"Buraxılış imtahanları ilə bağlı müzakirələr elmi müstəvidə aparılmalıdır" - Məleykə Abbaszadə
Bu gün, 14:53
Ceyhun Bayramov Ceyhun Osmanlının anasını işdən çıxardı - FOTO
Bu gün, 14:51
Səbail sakini intihar edib
Bu gün, 14:50
Xadimə Zülfiyyə Xanbabayevanın evindən elə şeylər oğurladı ki... - SİYAHI
Bu gün, 14:49
İntihar edən üç uşaq anasının məktubu tapıldı: - Tənhalıqdan yorulmuşam…
Bu gün, 14:46
Astarada torpaq sürüşməsi aktivləşib
Bu gün, 14:45
"İçərişəhər" Qoruğu İdarəsi sosial şəbəkələrdə yayılan fotogörüntülərlə bağlı açıqlama yayıb
Bu gün, 14:41
“Brent” neftinin qiyməti 75,47 dollara yüksəlib
Bu gün, 14:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru