BDU-nun tələbəsi dərmandan zəhərlənib .....                     Mehriban Əliyeva Bakıdakı bir sıra təhsil müəssisələrində mövcud şəraitlə .....                     "Rusiya çalışacaq ki, ATƏT baş katibinin ümidlərini doğrultsun" .....                     Formula-1 yarışları keçirilən günlərdə gözlənilən hava şəraiti .....                     Aqrar sığorta haqqının bir hissəsinin dövlət büdcəsindən ödənilməsi şərtləri müəyyənləşib .....                     Bakının tanınmış klinikası "Azərişıq"ı məhkəməyə verib .....                     Rusiyanın valyuta ehtiyatları azalıb .....                     "İlin gənc müəllimi-2019" müsabiqəsinin qaliblərinə pul mükafatı veriləcək .....                     “Formula 1” və Cəmil Həsənlinin bir “kruq” da vurmağa başlaması .....                     Mahmudov iş adamını nədə şantaj etdi və pulunu necə ələ keçirdi... .....                     Sabah dollar neçəyə olacaq? .....                     Hüseyn Abdullayev məhkəmədəki tam ifadəsi .....                     Şamaxıda zəlzələdən zərərçəkənlər üçün 110 ev tikilir .....                     Səkkiz il əvvəl çəkilən foto ətrafında qoparılan hay-küy: .....                     Azercell-in dəstək olduğu “İdeyadan Biznesə” layihəsi çərçivəsində Tovuz və Bakıda startap turları keçirilib .....                     “Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir .....                     Təhsil Nazirliyinin yarıtmaz siyasətinin qurbanı olan övladlarımızın günahı nədir... .....                     “Soros şəbəkəsi”nin Azərbaycanda etimadsızlıq mühiti YARATMA CƏHDİ .....                     Türkiyədə dolların məzənnəsi 6 lirəyə yaxınlaşıb .....                     Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisinə hazırdır .....                     Azərbaycan sabitlik adasıdır .....                     SDU-da “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda Respublika elmi konfrans keçirildi .....                     Vüsal Şilderin qətlinə görə ittiham edilən keçmiş rəis müavinin kassasiya şikayətinə baxılıb .....                     Çernobıl qəzasının ildönümü ilə bağlı Azərbaycanda 500 nəfərə birdəfəlik maddi yardım ayrılıb .....                     "Dini dözümlülük, dini etiqada hörmət göstərmək vacibdir" .....                     Rus bölməsinə qəbul üzrə apelyasiya komissiyaları mayın 1-dək fəaliyyət göstərəcək .....                     Bakıda müəllim şagirdi vuraraq hədələyib, .....                     Mahmudovun əmisi oğlu ölkədən milyonlar çıxarıb .....                     Abşeron rayonunda 94 min 784 nəfər tibbi müayinədən keçib .....                     Xaliq Məmmədova qarşı İTTİHAM .....                     “Baku Steel Company” necə təhlükə yaradır... .....                     Keçmiş deputatın anası danışdı .....                     Bələdiyyə sədri saxtakarlıqda ittiham olunur .....                     Bakıda daha bir qanunsuz toyuq sexi aşkarlanıb .....                     “İçərişəhər məsələsinə münasibət bildirmək istəmirəm” .....                     "Buraxılış imtahanları ilə bağlı müzakirələr elmi müstəvidə aparılmalıdır" .....                     Ceyhun Bayramov Ceyhun Osmanlının anasını işdən çıxardı .....                     Səbail sakini intihar edib .....                     İntihar edən üç uşaq anasının məktubu tapıldı: .....                     Astarada torpaq sürüşməsi aktivləşib .....                 

Əli İnsanov niyə yalan danışır? - Vüsalə Mahirqızı yazır...
Tarix: 18-03-2019, 17:14 | Çap et
Əli İnsanov niyə yalan danışır?
2007-ci ildə Amerikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə bir qrup həmkarımla Amerikada səfərdə idik. Nyu-yorkda olanda Rəsul Quliyev səfər yoldaşımız, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna telefon açıb, bizimlə görüşmək istədiyini bildirdi. Rəsul Quliyev gəldi və xeyli geniş, bir az da emosional müzakirəmiz oldu.

İndi "böyük Amerika"nın himayəsinə sığınmağa can atan Əli İnsanov və dostları bir müddət əvvəl həbs olunmuşdular, Rəsul Quliyevin Bakı əvəzinə Kiyevə gəlib qayıtdığı dövrdən cəmi il yarım ötmüşdü.

Rəsul Quliyev müxalifətçiliyin fəlsəfəsi barədə bir az əvvəl həbsdən çıxan Rauf Arifoğluya məsləhətlər verirdi, İsa Qəmbəri ittiham edirdi. Bizi "möhkəm olmağımız" üçün danlamaq istəyirdi ki.... hövsələm çatmadı. Ritorik sual verdim ki, Nyu-yorkda yunan restoranında yox, Bakıda beynəlxalq hava limanında düşüb bir-iki dəqiqə dayanandan sonra bizi danlamaq olar? O mübahisə indi də cümlə-cümlə yadımdadı. Dedi:

- Görmədiniz, gəlməyimə imkan vermədilər?

- Bilmirdiniz ki, gəlməyinizə imkan verməyəcəkdilər? Qırmızı xalça salmalıydılar?

- Mənə demişdilər ki, xalq imkan verməyəcək ki, sənə nəsə eləsinlər. Sonra vəziyyət dəyişdi.

- Siz gerçəkdən inanırdınız ki, Bakıda minlərlə insan küçəyə çıxıb sizi qarşılayacaq? Minlərlə adam sizin gəlişinizi gözləyir?

- Bəli, inanırdım. Mənə demişdilər ki, xalq sənin yolunu gözləyir. Mən inanırdım ki, təyyarə Bakıya ensə, xalq məni qarşılayacaq.

Açıq etiraf eləyim, özümü saxlaya bilmədim, çox pis, ironik formada güldüm. O zaman Rauf bəy bu detalı yazmışdı, Rəsul Quliyevin cavabına mənim ləzzətlə güldüyümü də qeyd eləmişdi.

Adamı bu qədər aldada bildiklərinə, adamın bu qədər aldana bildiyinə gülmüşdüm.

***

Dünən Əli İnsanov həbsxana qapısının ağzında "məni demokratik Qərb, böyük Amerika həbsdən azad etdi" deyəndə Rəsul Quliyevlə o söhbət yadıma düşdü və yenə güldüm. İnsanovu kim aldadıb bilmirəm, bəlkə özü özünü aldadıb, onu da bilmirəm, amma pis aldandığı dəqiqdi. Ya da İnsanov hələ də həbsə girdiyi 2005-ci ildədir...Onu çox istəyənlərdən biri qulağına pıçıldasın ki, indi 2019-cu ildir, Azərbaycan cəmiyyəti başqadır artıq. Dövlət də, xalq da başqa hədəflərə köklənib. İndi adamın dediyini o dəqiqə götürüb köhnə dedikləri ilə bir yerdə montaj edib, sərirlər qarşına, boğazı quruyur.

***

Prezident İlham Əliyev hakimiyyəti dövründə başladığı liberallaşma xəttini 2019-cu ilin əvvəlindən artırıb. Həm yerli, həm də xarici ekspertlər prezidentin əksər addımlarını inqilabi adlandırırlar. Prezident bu xətti hər zaman, hələ hakimiyyətinin ilk vaxtlarından aparıb. Lakin son 3 ayda hətta radikal adlandırıla biləcək formada islahatlar sürətləndirilib. Dövlət başçısının siyasi açılım xəttinin hələlik pik nöqtəsi son imzalanmış əfv sərəncamıdır. Bu sərəncamla hüquq müdafiəçilərinin siyahısında olan 39 nəfər əfv olundu, ailələrinə qovuşdu. Və açıq deyək, bunu tamamilə yeni, barış, qarşılıqlı anlaşma prioritetli bir xəttin elanı da hesab etmək mümkündür.

İndi Azərbaycan Dövləti, Prezidenti 3-5 tənqidçinin sözü ilə, hətta hər hücumla belə sarsılmayacaq qədər qüdrətlidir. Hakimiyyət siyasi opponentlərinə cavab verəcək qədər təcrübəlidir, Prezident bu açılım siyasətini çox əminlik və rahatlıqla aparır. Rahatlıqla xalqın arasına çıxır, problemi dinləyir, məmurdan şikayətə qulaq asır, məsələni həll edir. Prezident hədəfinə doğru yolunu gedir, ictimai rəyə inanır, ictimai fikri dinləyir. İctimai fikri dinləmək bacarıqdı, həm də siyasi iradənin və özünə əminliyin ifadəsidir. Amma görünən odu ki, böhtanlara, təzyiq etmək cəhdlərinə əhəmiyyət vermir. Bunu xüsusi qeyd eləmək lazımdı ki, diqqətli müşahidəçi bütün bu islahatlarda Birinci vitse-prezident Mehriban Əliyevanın da rolunu aydın görə bilir.

Proseslər onu deməyə imkan verir ki, adı tez-tez hallanan daha bir neçə nəfər müxalifətçi və ictimai fəal da yaxın vaxtlarda cəzalarının çəkilməmiş hissəsindən azad ediləcəklər. Ümumiyyətlə, Azərbaycanda qarşı tənqid və bəhanələri sıfırlamaq çox doğru xətdir.

Amma Prezident bu islahatları elə indiki sürəti ilə daha əvvəl başlamışdı. Dövlət başçısının 2005-ci ildə həyata keçirdiyi islahatlar, mütəmadi görüşləri, açılım planları uzaq keçmiş deyil. Elə o vaxt Əli İnsanovun və dostlarının da elədiklərini xatırlamağa yaşımız çatır. Prezident o zaman əli insanovların yara kimi cəmiyyətin bağrına saldıqları regionçuluğa qarşı idi. Prezident bir neçə odioz fiqurun onu xalqla ayırmasına, öz hikkələrini yeritmələrinə qarşı idi. Əli İnsanov isə əvvəlki hökmündə, hikkəsində, balaca regionçu təfəkküründə, tabeliyindəkilərlə qeyri-insani davranışında, korrupsiya əməlini davam etdirməkdə iddialı idi. Və bütün bunların baş tutmayacağını görəndə xəyanət yolunu seçdi. Əli İnsanovun davası bu idi. Bəlkə birdən-ikidən hökumətin hansısa sərt siyasətinə etiraz etmişdi? Bəlkə müxalifətlə, müstəqil institutlarla daha liberal siyasət aparmağı təklif eləmişdi? Hər gün parlament tribunasından müxalifətə, müstəqil mediaya təhqir yağdıran, həbsləri artırmağın tərəfdarı olan Əli İnsanov deyildi?

Hökumətin içində korrupsiya mexanizmini quranlardan biri məhz Əli İnsanovdur. İstintaq çəkilişində iki evinin altındakı mərmərdən tunel, kilolarla qızıl və sərvətinin, yaşadığı dəbdəbənin nəinki cəmiyyəti, tanınmış biznesmenləri belə heyrətə saldığını xatırlayıram.

Tabeliyindəkiləri əzmək, adamlara qarşı qeyri-insani davranış, müxalif və müstəqil fikirliləri parlament tribunasından təhqir eləmək, azad media anlayışına ironiya eləmək, qeyri-hökumət təsisatlarını agent adlandırmaq... Bu ənənələrin əsasını qoyanlardan biri Əli İnsanovdur. Əli İnsanov özü kimi düşünməyənləri adamdan saymayan, yaşamaq haqqı tanımayan kateqoriyadan idi.

Və demokratik Qərb də, Amerika da bu hökuməti uzun illər məhz Əli İnsanov kimilərdən xilas olmağa, korrupsiya, məmur özbaşınalığı, azad mediaya qeyri-etik münasibət göstərənlərə qarşı mübarizə aparmağa çağırıb. Bizim bildiyimiz, demokratik dəyərləri olan Qərb bunu istəyib həmişə. Əli İnsanov kimi korrupsioner, dosyesi qabarıq birini müdafiə edən hansı Qərbdi, çox maraqlıdı?

Aldığım informasiyaya görə, bu illər ərzində heç bir Qərb və Amerika institutundan Əli İnsanovun azadlığı ilə bağlı bir müraciət belə daxil olmayıb. Bu illər ərzində bir Qərb institutu belə Əli İnsanovu həbsdən azad etməyə çağırmayıb. Belə olan halda bu avantüranın altında nə dayanır? Əli İnsanovu aldadıblar, ya Əli İnsanov yalan danışır, cəmiyyəti aldadır? İkincidir, həmişəki kimi rəyini heçə saydığı cəmiyyəti indi də aldadır.

Əli İnsanovun minnətdar olacağı bir ünvan var, o da humanist, elə həm də demokrat İlham Əliyev. Əli İnsanovun azadlığına səbəb onun və onunkimilərin 2005-ci ildə indiki sürətlə davam etməsinə imkan vermədikləri islahatların indi baş tutmasıdır. O islahatlar da ona görə baş tutub ki, Prezident son 15 ildə zərrə-zərrə Əli İnsanov kimi hər şeyin cəza mexanizmi ilə, sərt üslubla həll olunacağını deyənləri təmizləyib, iradə nümayiş etdirib, Əli İnsanov kimilərdən fərqli olaraq xalqa güvənib, xalqa arxalanıb. Əli İnsanov buna görə bu gün azadlıqdadı. Hökuməti də, cəmiyyəti də insanovkimilərdən xilas edən düşüncəyə və Adama, yəni Prezidentə minnətdar olsun!

P.S. Əli İnsanovun pafoslu çıxışına cəmiyyətin reaksiyasını dünən və bu gün sosial şəbəkələri izləməklə şahid olmaq mümkün idi. Sabiq nazirin sabiq əməllərini əks etdirən xeyli faktlar yayıldı, vaxtilə söylədiyi xeyli sitatları ortaya töküldü. Və cəmiyyət göstərdi ki, heç nə unudulmur!

Vüsalə Mahirqızı





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bəzi “zirək” adamlar isə laboratoriyanın lazım gəldiyini əsas gətirərək, əlavə tikililər inşa etdirib və birbaşa olaraq divarlara girişib"
Bu gün, 18:25
BDU-nun tələbəsi dərmandan zəhərlənib
Bu gün, 18:17
Mehriban Əliyeva Bakıdakı bir sıra təhsil müəssisələrində mövcud şəraitlə tanış olub
Bu gün, 18:17
"Rusiya çalışacaq ki, ATƏT baş katibinin ümidlərini doğrultsun" - Mariya Zaxarova
Bu gün, 18:11
Formula-1 yarışları keçirilən günlərdə gözlənilən hava şəraiti BELƏ OLACAQ
Bu gün, 18:08
Aqrar sığorta haqqının bir hissəsinin dövlət büdcəsindən ödənilməsi şərtləri müəyyənləşib
Bu gün, 17:51
Bakının tanınmış klinikası "Azərişıq"ı məhkəməyə verib
Bu gün, 17:45
Rusiyanın valyuta ehtiyatları azalıb
Bu gün, 17:43
"İlin gənc müəllimi-2019" müsabiqəsinin qaliblərinə pul mükafatı veriləcək - MƏBLƏĞ
Bu gün, 17:26
“Formula 1” və Cəmil Həsənlinin bir “kruq” da vurmağa başlaması - Taleh Şahsuvarlı yazır...
Bu gün, 17:25
“Siyasət bizim işimiz deyil və maraqlanmırıq”
Bu gün, 17:19
Mahmudov iş adamını nədə şantaj etdi və pulunu necə ələ keçirdi... - İNTİM QADIN SÖHBƏTİ
Bu gün, 17:16
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:04
Hüseyn Abdullayev məhkəmədəki tam ifadəsi - TƏFƏRRÜATLI MƏTN
Bu gün, 17:03
Şamaxıda zəlzələdən zərərçəkənlər üçün 110 ev tikilir - İcra Hakimiyyəti
Bu gün, 17:01
Səkkiz il əvvəl çəkilən foto ətrafında qoparılan hay-küy: - İçərişəhərdə nə baş verir?
Bu gün, 16:56
“Eşkiya”dakı Hızır Çakırbəyli obrazı real həyatda kimdir? - KRİMİNAL DOSYE
Bu gün, 16:54
Azercell-in dəstək olduğu “İdeyadan Biznesə” layihəsi çərçivəsində Tovuz və Bakıda startap turları keçirilib
Bu gün, 16:46
“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir
Bu gün, 16:42
Təhsil Nazirliyinin yarıtmaz siyasətinin qurbanı olan övladlarımızın günahı nədir... - Əcnəbi göydə balonlarda gəzir, bizim Ceyhun Bayramov isə...
Bu gün, 16:36
“Soros şəbəkəsi”nin Azərbaycanda etimadsızlıq mühiti YARATMA CƏHDİ - Detallar...
Bu gün, 16:34
“Efirdə işlətdikləri söyüşləri eşitsəniz, dəli olarsınız...” – Renka
Bu gün, 16:31
Türkiyədə dolların məzənnəsi 6 lirəyə yaxınlaşıb
Bu gün, 16:27
Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisinə hazırdır
Bu gün, 16:24
Azərbaycan sabitlik adasıdır - Rusiya Ortodoks kilsəsi
Bu gün, 16:22
SDU-da “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda Respublika elmi konfrans keçirildi
Bu gün, 16:15
Vüsal Şilderin qətlinə görə ittiham edilən keçmiş rəis müavinin kassasiya şikayətinə baxılıb
Bu gün, 16:11
Çernobıl qəzasının ildönümü ilə bağlı Azərbaycanda 500 nəfərə birdəfəlik maddi yardım ayrılıb
Bu gün, 16:07
"Dini dözümlülük, dini etiqada hörmət göstərmək vacibdir" - deputat
Bu gün, 16:03
Rus bölməsinə qəbul üzrə apelyasiya komissiyaları mayın 1-dək fəaliyyət göstərəcək
Bu gün, 15:59
Könül Kərimova 22 yaşlı qızın intiharında adı hallanan şəxsdən DANIŞDI: - "Heç bir icazə almadan..."
Bu gün, 15:53
Bakıda müəllim şagirdi vuraraq hədələyib, şikayəti polis araşdırır
Bu gün, 15:47
Mahmudovun əmisi oğlu ölkədən milyonlar çıxarıb – Məbləğ açıqlandı
Bu gün, 15:46
Abşeron rayonunda 94 min 784 nəfər tibbi müayinədən keçib - FOTO
Bu gün, 15:39
Xaliq Məmmədova qarşı İTTİHAM - belə davam edərsə...
Bu gün, 15:37
“Baku Steel Company” necə təhlükə yaradır... - İDDİA
Bu gün, 15:34
Keçmiş deputatın anası danışdı - "İşdən çıxarılmamışam"
Bu gün, 15:30
Bələdiyyə sədri saxtakarlıqda ittiham olunur - Siyəzən sakinindən ölkə başçısına MÜRACİƏT
Bu gün, 15:19
"Xəzər" TV-dən AzTV-yə keçdi
Bu gün, 15:14
Bakıda daha bir qanunsuz toyuq sexi aşkarlanıb - FOTO
Bu gün, 15:08
“İçərişəhər məsələsinə münasibət bildirmək istəmirəm” - Memarlar İttifaqının sədri
Bu gün, 15:00
"Mən yazdığınız kimi kobud ifadə işlədəcək insan..." - Əməkdar artist əsəbləşdi
Bu gün, 14:59
"Buraxılış imtahanları ilə bağlı müzakirələr elmi müstəvidə aparılmalıdır" - Məleykə Abbaszadə
Bu gün, 14:53
Ceyhun Bayramov Ceyhun Osmanlının anasını işdən çıxardı - FOTO
Bu gün, 14:51
Səbail sakini intihar edib
Bu gün, 14:50
Xadimə Zülfiyyə Xanbabayevanın evindən elə şeylər oğurladı ki... - SİYAHI
Bu gün, 14:49
İntihar edən üç uşaq anasının məktubu tapıldı: - Tənhalıqdan yorulmuşam…
Bu gün, 14:46
Astarada torpaq sürüşməsi aktivləşib
Bu gün, 14:45
"İçərişəhər" Qoruğu İdarəsi sosial şəbəkələrdə yayılan fotogörüntülərlə bağlı açıqlama yayıb
Bu gün, 14:41
“Brent” neftinin qiyməti 75,47 dollara yüksəlib
Bu gün, 14:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru