“Azərbaycan çətin ki, ABŞ-ın böyük sayda quru qoşunlarının İrana keçidinə icazə verərdi…” .....                     Bakının bu çimərliyində nəhəng ilan insanları qorxuya saldı .....                     Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə liderdir .....                     Şəki Xan Sarayı turistləri qəbul etməyə hazırdır .....                     II Qareginin qardaşı Paşinyanın adamından imtina etdi .....                     Mülayim şimal küləyi gecə və səhər arabir güclənəcək .....                     “Onlar şərəfli, ləyaqətli insan axtarmırlar...” .....                     Gürcüstanın sabiq müdafiə naziri istintaqa ifadə verib .....                     "Başımızı itirmişik, imkanımız yoxdur..." .....                     Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB .....                     "Ağdam hakimiyyət uğrunda savaşın qurbanı oldu" .....                     “AMAY Abdulla”nın həbsdə olan şəriklərindən şikayət .....                     Türkiyə Naxçıvanda ordu yerləşdirəcək .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan əleyhinə gedən yazılarla bağlı nəzarət qrupu yaradıb .....                     Arif Alışanovun postu niyə 7 aydır ki, boşdur? .....                     Azərbaycan Prezidenti Çinin yeni səfirinin etimadnaməsini .....                     Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini .....                     Prezident İlham Əliyev üç ölkənin yeni səfirlərinin etimadnaməsini qəbul edib .....                     Bakıda arvadını 5-ci mərtəbən ataraq öldürən şəxsin vəsatəti təmin edilib .....                     “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciətlərin sayı artıb .....                     "Maşınımı vurdum, onlardan pul ala bilmədim" .....                     TAP-ın torpaq işlərinin sonuncu mərhələsinin 95%-i yekunlaşıb .....                     Kürdəmirin başçısının bu ailədən xəbərivarmı?.. .....                     Səfər Mehdiyevin baldızı oğlunun qanunsuzluqları faktlarda .....                     Oqtay Şirəliyevin “ŞƏRİKLİYİ” Kardiologiya İnstitutunu məhv edir .....                     Qəbələnin icra başçısından özbaşınalıq... .....                     Ağdam təhsilində qalmaqal... .....                     İki azyaşlı bacıdan Mehriban Əliyevaya müraciət .....                     Azərbaycanın pambıq sənayesi inhisarçıların nəzarətindədir .....                     DYP rəisi apelyasiya şikayəti verib .....                     "Hakim əvvəlcə mənimlə razılaşsa da..." .....                     Ali Məhkəmənin sədrinə ŞİKAYƏT var .....                     Bakı əhli üçün "extra large" sevincin tərs üzü .....                     Azərbaycanda futbol klubu fəaliyyətini dayandırdı .....                     Azərbaycanda narkomanlığa qarşı mübarizəyə dair illik milli hesabat hazırlanacaq .....                     Ermənistandan Rusiyaya miqrasiya edənlərin sayı 3 dəfə çoxalıb .....                     Bakı polisi mitinq keçirmək istəyənlərə xəbərdarlıq edib .....                     “Diana beac" qutaba görə ekspertdən 100 AZN depozit istədi .....                     Azərbaycanda kimlər toxunulmazdır? .....                     Milli Məclisdəki partiyalar yenidən parlamentə düşməyə .....                 

“Tənha milyoncu”nun macəraları: - Gülağa Qəmbərov gerçəkdə kimdir?
Tarix: 18-03-2019, 09:08 | Çap et
“Tənha milyoncu”nun macəraları:
Beş-altı il əvvələ qədər hər gün hansısa televiziyanın ona həsr etdiyi proqrama qatılıb ölkənin görkəmli adamlarının dilindən haqqında deyilən xoş sözləri qəbul edən, şeirlərinə xalq artistlərinin bəstələdiyi qatar-qatar mahnıları dinləməyə vaxt belə tapmayan, xeyriyyəçi, ədəbiyyatçı, milyonçu və daha onlarca işdən, peşədən sorağı gələn bir adam…
İndi uzun fasilədən sonra ortaya çıxan bu adamla bağlı bir-birinə zidd olan o qədər məsələ var ki… Ən böyüyü isə milyonçunun şair olması, hələ bir özünə “Tənha” təxəllüsünü götürməsidir. Adama sual verərlər ki, az qala, bütün ölkənin başına qarışqa şirəyə yığışdığı kimi yığışan bir adam niyə tənha olmalıdır ki?.. Masallının məşhur Ərkivan kəndindən olan bu iş adamının Azərbaycanda, Rusiyada, İspaniyada və dünyanın bir çox ölkəsində şirkətləri var. İlk işi fəhləlik olub, sonra tikinti sahəsinə aid bir neçə yerdə işləyib, ardınca isə şəxsi biznesini qurub. Öz adına təsis etdiyi Gülağa Qəmbərov Xeyriyyəçilik Fondunun prezidentidir. Mediada isə onun haqqında ən qalmaqallı iddialar yer aləb.
G.Qəmbərovun rəsmi şəkildə təkzib etmədiyi həmin məlumatlar əsasında Cumhuriyyet.az olaraq bu şəxs haqqında araşdırmamızı diqqətinizə çatdırırıq:
“Xeyriyyəçilik” arxasındakı gizli niyyət
Təxminən 2000-ci illərin əvvəllərində Azərbaycana gələn və özünü xeyriyyəçi və şair kimi təqdim edən, ölkəmizə yalnız xeyriyyəçilik məqsədilə gəldiyini deyən Gülağa Məmi oğlu Qənbərov (Tənha) az keçmiş tamamilə fərqli iddialarda olduğunu göstərdi. Qocaman şair və yazıçılara, mədəniyyət işçilərinə maddi yardımlar edərək onların zəif sosial durumundan sui-istifadə etməklə özünə xeyriyyəçi, əsil qəlb və ürək adamı imicini qazandırmağa çalışdı. Nəzərə almadan ki, Azərbaycan rəhbərliyinin ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində imzaladığı mühüm sərəncamları, ölkədə yoxsulluğun aradan qaldırılmasına konkret siyasəti vardır. Onun bu starateji sənədləri bir kənara atıb bu cür insanlardan özünə gələcəkdə müdafiə və mühafizə çəpəri qurmaq cəhdi yolverilməz olmaqla, ölkə Prezidentinin bütün siysətini heçə endirmək, gözdən salmaq niyyətli idi. Gülağa Tənhanın belə qanunsuz hərəkətləri o dərəcəyə çatdı ki, hətta o, hansısa bir kənd məktəbində, təhsil ocağında, yetimxanada təmir-bərpa işi gördürürdüsə, bunu “Gülağa Qənbərov Fondunun maliyyə vəsaiti hesabına tikilmiş, təmir olunmuşdur!” kimi yersiz reklamlardan bəhrələnməyə çalışırdı. Elə buradaca Cumhuriyyet.az olaraq xatırladaq ki, onun bu cür hərəkətlərinə hələ o dövrdə millət vəkili, hazırda Daşkəsən RİH başçısı Əhəd Abiyev haqq səsini qaldırmışdı. Lakin görünən o idi ki, Gülağa Tənha Azərbaycan dövləti, xeyriyyəçilikdə böyük nüfuzu olan H.Əliyev Fondu dura-dura ölkədə belə özünüreklama xidmət edən xeyriyyəçilikdə daha irəli gedirdi və sonradan bu “xeyriyyəçiliyin” məqsəd və məramının nədən ibarət olduğu üzə çıxdı. Yetənə xeyriyyəçilik edən, sosial durumu kritik olanların başına pul səpən bu xeyriyyəçinin başqa niyyətləri görünməyə başladı və bu istiqamətdə hüquq mühafizə orqanlarının araşdırma aparması vacibdir.
Prezidentlik iddiası?
Bəli, Gülağa Tənha Azərbaycanda xüsusi statuslu şəxs kimi təbliğ olunurdu. Azərbaycan ictimaiyyəti belə olan halda niyə onun gələcəkdə prezident seçkilərində namizədliyini dəstəkləməməli idi? Bəlli zərərli xeyriyyəçiliyin sonu belə də mənfilənməli idi və Gülağa Tənhanın Azərbaycan xalqının iradəsinə süni xeyriyyəçiliklə təsir etmək məqsədi gizli qala da bilməzdi. Cumhuriyyet.az olaraq bir faktı da diqqətə çatdıraq: Gülağa Tənha Şüvəlanda kimsəsiz uşaqlar üçün olan internat məktəbin təmir və bərpasına müəyyən vəsait xərcləmişdi və həmin məktəbin girişinə “Gülağa Qənbərov” Xeyriyyə Fondunun vəsaiti hesabına əsaslı təmir olunmuşdur!” kimi yersiz reklam lövhəsi yapışdırmışdı. Lakin təmiz, təmənnasız və məqsədsiz edilən xeyriyyəçiliyi reklam etməzlər. Bunu bilən o vaxtkı təhsil naziri Misir Mərdanov həmin məktəbin açılışına rəsmi nümayəndə göndərməkdən qəti imtina etdi. Məktəbin isə açılışı bir müddət bu səbəbdən ləngidi.
Məhkəmələrə hökm edən adam
Bir vaxtlar “Azərbaycana yalnız xeyriyyəçiliklə bağlı gəlmişəm!” deyən Gülağa Tənhanın əsil niyyəti sonradan bəlli oldu. Gah adı tikinti qalmaqallarında hallanan, gah da ölkənin nüfuzlu KİV-lərini məhkəməyə verməkdə irəli çıxan Gülağa Tənha günlərin birində Azərbaycan Əmanət Bankın sabiq sədri, babası Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşı olmuş, Naxçıvanda nüfuzlu nəslin nümayəndəsi Hüseyn Səfərova hücum edərək ona xəsarət yetirməkdən belə çəkinmədi. Bu harınlıq idimi? Yasamal RPİ bu fakt üzrə cinayət işi də başlamışdı, sonradan isə Gülağa Tənha istintaqdan yayındığı üçün onun ölkədən çıxışına qadağa qoyulmuşdu.
İndi isə yetəni məhkəmə qərarları ilə cərimələtməklə, həbs etdirməklə hədələyən və hələki müəmmalı səbəblərdən buna nail olan Gülağa Tənhaya yerini və kim olduğunu göstərmək zamanı gəlib. Təkcə onu qeyd edək ki, Gülağa Tənha özünün şikayəti əsasında həbsə atılmış “Real” MTK-nın rəhbəri olan İlham Qasımov adlı iş adamının apellyasiya şikayətinə baxılarkən məhkəmədən reportaj hazırlayan 10-a yaxın nüfuzlu saytın rəhbərlərini məhkəməyə vermişdir. Sonradan isə o, həmin sayt rəhbərlərini KİV qanunvericiliyinin tamamilə ziddinə olaraq məhkəmə cəzası ilə təhdid edib həmin yazıların saytdan silinməsi və üzr istənilməsi müqabilində məhkəmədən şikayətini geri götürəcəyini diqtə etdi.
Avropa Oyunlarına təxribat
Rusiyaya ayağı kəsiləndən sonra Avropa ölkələrinə və Azərbaycana səfərlər edən, tikinti biznesinə girişən Gülağa Məmi oğlu Qənbərovun adına indi daha çox qalmaqallarla rast gəlmək olar. Onun şərikliyi ilə tikilən çoxmənzilli binalarda vətəndaşların hüquqlarının necə pozulması məhkəmə aktlarında da öz əksini tapmışdır. Özünü Azərbaycanda xüsusi statuslu şəxs kimi təqdim edən Gülağa Tənha son on ildə qalmaqalları və digər hərəkətləri istisna olmaqla, heç bir xeyriyyəçilik işi olmadığı halda, yenə də özünü xeyriyyəçi kimi təbliğ etdirir. İnanılmaz faktdır, «Baku-2015» Avropa oyunlarının ölkəmizdə keçirilməsindən az sonra bir çox ermənipərəst dövlətlərin mətbuatı bu yarışları gözdən salmaq üçün min bir hiyləyə əl atdılar, guya bu mötəbər yarışda korrupsiya eleientləri olmuşdur. Belə bir məqamda xeyriyyəçi və milyonçu kimi təqdim edilən Gülağa Məmi oğlu Qənbərov bəyan etdi ki, sən demə o, Bakıda keçirilən Avropa oyunlarına 8 milyon manat pul xərcləyib. Bu nə dərəcədə yersiz düşüncə və təbliğat məhsulu idi? Doğrudanmı Azərbaycan dövlətinin belə mötəbər yarışa sponsorluq etməyə maddi vəsaiti yox imiş??? Və ən təəssüfləndirici haldır ki, o, bunu keçmiş MTN generallarının cinayət işi üzrə «Real» MTK-nın rəhbəri olmuş İlham Qasımovun məhkəmə prosesində dindirilərkən demişdir. Bilə-bilə ki, onun bu ifadələri məhkəmə protokoluna yazılır, sənəd olaraq arxivdə qalır. Məhkəmədə “Mən həmişə dövlətçiliyə xidmət etmişəm, xeyirxah işlərlə məşğul olmuşam, Bakıda keçirilən Avropa Oyunlarının təşkilinə də 8 milyon pul vermişəm” deyən adamdan dövlətçiliyə sədaqətli və səmimi xidmət gözləmək olarmı?
Xanımların könlündən nə keçibsə: “kiminə maşın alıb, kiminə ev bağışlayıb…”
Gülağa Tənha bir müddət əvvəl evli olduğu, ilyarım sonra boşadığı məşhur şahmatçı Zeynəb Məmmədyarovaya bir gündə dostu hacı İlqarın iştirakçılığı ilə 125 min dollar xərcləyib. Bununla bağlı Anaxeber.az bildirir ki, “Səxavətli Allah adamı” başlıqlı və “Və ya Zeynəb xanıma 1 gündə 125.000 $ xərcləyən şir ürəkli Gülağa Tənha!!!” yarımbaşlıqlı yazıda Azərbaycanlı ziyalının, ümumiyyətlə, Azərbaycan insanının mənəviyyatına yad olan nələr yoxdur! Dostu hacı İlqarın dili ilə “Səxavətli Allah adamı” adlandırılan Gülağa Tənhanın dilindən yazılır: “…Nə onun atası, nə də onun ayda 1000 manat maaş alan kasıb əri onu belə xoşbəxt edə bilməz…”. Və həmin “Səxavətli Allah adamı” billə-bilə ki, Zeynəb Məmmədyarova artıq başqa bir şəxsin xanımıdır, ailə üzvüdür, həyat yoldaşıdır, 2 övladı var, görün onun ailəsini necə aşağılayırdı… Təsəvvür edirsinizmi, Azərbaycanın adını dünya idmanında tanıdan bir xanımın özünün və həyat yoldaşının şəxsiyyətinə necə təcavüz olunurdu?! Hacı İlqar isə yazır: “Gülağa Tənha mənim onu tanıdığım 20 il müddətində nəinki ailə qurduğu, hətta müvəqqəti tanış olduğu (!!!) xanımlarla da səxavətlə və hörmətlə münasibət bəsləyib, hamıya kömək əli uzadıb, yüzlərlə, minlərlə ac ailəni dolandırıb…
O, kiminə maşın alıb, kiminə ev bağışlayıb, kimin könlündən nə keçibsə həmin xanımın arzularını yerinə yetirib. Gülağa Tənha hər bir xanımından ayrıldığı zaman onun mehrini verib, ondan hallalıq alıb-hətta notarial qaydada belə bir məzmunda sənədlər də var. Təsəvvür edirsinizmi, belə bir dünyagörüşlü insan barədə hazırda həbsdə olan tanınmış iş adamı İlham Qasımov həbs olunmasının səbəbləriylə bağlı ilginc açıqlamalarla dolu səs yazısını saytlara göndərib. İş adamı bildirir ki, iş mülki qaydada başlasa da, sonradan Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nəzarətinə verilib. Mətbuat İlham Qasımovun səs yazısına rəğmən yazır: «… Gülağa Tənha dəfələrlə dövlətə və dövlətçiliyə qarşı çıxdığı üçün Azərbaycana Albert Mixayloviç Urov adıyla gəlib-gedir…”.
Azərbaycana eyşt-işrətə gəlir, sonra qalmaqallarını qoyub gedir
“Gülağa Tənhadan heç bir aliment tələb etməmişəm”. Bu sözləri isə tanınmış qadın şahmatçı Zeynəb Məmmədyarova ölkə KİV-lərinə müsahibəsində deyir. O, Gülağa Qənbərovla tanışlığından da bəhs edib: “Gülağa Qəmbərov xeyriyyəçi idi. O, şahmatla bağlı xeyriyyə işi görmək istəyirdi… Müsahibələrinin birində demişdi ki, o, Məmmədyarovlar ailəsinə yardım etmək istəyir. Beləcə tanış olduq… Bir il altı aydan sonra ayrıldıq…”.
Gülağa Tənhanın başı cazibədar həyatdan ayılanda isə baxıb görür ki, mətbuat onun cəmiyyət üçün arzulanmaz həyatına da işıq salmaqdadır. Və təəssüflər olsun ki, o, çıxış yolu kimi, onun qeyri-ənənəvi hərəkətləri barədə yazan KİV-ləri özünün arzuladığı formada susdurmaq, bu baş vermədikdə isə Azərbaycana və Azərbaycan siyasi hakimiyyətinin iradəsinə zidd yollarla bu KİV-ləri məhkəmə qərarları ilə ələ almaq, özünə tabe etmək yolu tutmuşdur. Axı o, bəzi KİV-lərdə özü barədə reklamlatdırdığı kimi, milyonçu, xeyriyyəçi, səxavətli Allah adamıdır!
Gülağa Tənha adı həmişə gözqamaşdırıcı xeyriyyə işləri, yaxud da əndrəbadı gedişlərlə gündəmə gəlib. Təxminən 2 il öncə o millət vəkili olmaq sevdasına düşdü. Nədən bu sevdaya düşmüşdü, bilinmədi. Onu bu istəyi “bələkdəcə” boğuldu. Niyə etiraz səsi çıxmadı, o da bilinmədi. Seçki ərəfəsi verdiyi ehsanda doğma kəndinə 10-15 milyon dollar vəsait xərcləyəcəyindən danışdı, lakin son bir ildə onun Ərkivan üçün 1 manat belə xərcləməsindən xəbər yoxdur. Bir müdətdir iş adamları ilə qalmaqallarda, məhkəmələrdə adı hallanan, MTN-nin keçmiş şefi Eldar Mahmudovla şəkilləri mətbuatı bəzəyən, Rusiyada nazir müavininin 2 milyon dollarla həbsi zamanı təsadüfən ələ keçməyən, bu ölkəyə girişinə qadağa qoyulub axtarışa verilən Gülağa Tənha Azərbaycana da eyşt-işrətə gəlir, sonra qalmaqallarını qoyub gedir. Bu qalmaqallarda isə neçə-neçə gənc qadınla evlilik və boşanmaları diqqəti çəkir. Bütün hallarda Gülağa Tənhanın xeyriyyəçilik sahəsində etdiklərini təkrarlaya biləcək kimsə də gözə dəymir….

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərbaycan çətin ki, ABŞ-ın böyük sayda quru qoşunlarının İrana keçidinə icazə verərdi…” - “Contra Magazin”
Bu gün, 13:10
Bakının bu çimərliyində nəhəng ilan insanları qorxuya saldı - VİDEO
Bu gün, 13:09
Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə liderdir
Bu gün, 13:08
Şəki Xan Sarayı turistləri qəbul etməyə hazırdır - Dövlət Turizm Agentliyi
Bu gün, 13:05
"Heç Ağdamı unutmuşam ki, xatırlayım da?" — Mənsum İbrahimovdan TƏSİRLİ SÖZLƏR
Bu gün, 13:00
II Qareginin qardaşı Paşinyanın adamından imtina etdi
Bu gün, 12:55
Mülayim şimal küləyi gecə və səhər arabir güclənəcək - Belə deyirlər...
Bu gün, 12:49
“Onlar şərəfli, ləyaqətli insan axtarmırlar...” – Ekspertdən sərt açıqlama
Bu gün, 12:43
Gürcüstanın sabiq müdafiə naziri istintaqa ifadə verib
Bu gün, 12:40
"Başımızı itirmişik, imkanımız yoxdur..." - GİLEY
Bu gün, 12:39
Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB - V HİSSƏ
Bu gün, 12:32
"Ağdam hakimiyyət uğrunda savaşın qurbanı oldu" - deputat
Bu gün, 12:30
“AMAY Abdulla”nın həbsdə olan şəriklərindən şikayət - MƏHKƏMƏ
Bu gün, 12:28
Türkiyə Naxçıvanda ordu yerləşdirəcək - Safrastyan
Bu gün, 12:26
Özbək müğənnisi azərbaycanlı həmkarını məhkəməyə verdi
Bu gün, 12:23
Kamil Zeynallı ölkəmizdəki ərəblərin BİABIRÇI GÖRÜNTÜLƏRİNİ yaydı: - "Təbii ehtiyaclarını..."
Bu gün, 12:16
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan əleyhinə gedən yazılarla bağlı nəzarət qrupu yaradıb
Bu gün, 12:03
Arif Alışanovun postu niyə 7 aydır ki, boşdur? - Az.TV-də "sədr bilməcəsi"...
Bu gün, 12:02
Azərbaycan Prezidenti Çinin yeni səfirinin etimadnaməsini qəbul edib
Bu gün, 11:59
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib
Bu gün, 11:59
Prezident İlham Əliyev üç ölkənin yeni səfirlərinin etimadnaməsini qəbul edib - FOTO
Bu gün, 11:57
Türkiyədə Cahangir Novruzov və Teymur Rzayevin yubileyi qeyd olunub
Bu gün, 11:52
Tünzaləni Ağdamın işğal günündə etdiyi paylaşıma görə — BİABIR ETDİLƏR
Bu gün, 11:48
Bakıda arvadını 5-ci mərtəbən ataraq öldürən şəxsin vəsatəti təmin edilib
Bu gün, 11:43
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciətlərin sayı artıb
Bu gün, 11:40
"Maşınımı vurdum, onlardan pul ala bilmədim"
Bu gün, 11:36
TAP-ın torpaq işlərinin sonuncu mərhələsinin 95%-i yekunlaşıb
Bu gün, 11:33
Kürdəmirin başçısının bu ailədən xəbərivarmı?.. - GİLEY
Bu gün, 11:30
Səfər Mehdiyevin baldızı oğlunun qanunsuzluqları faktlarda - Monopoliya yaradır...
Bu gün, 11:23
Oqtay Şirəliyevin “ŞƏRİKLİYİ” Kardiologiya İnstitutunu məhv edir - İDDİA
Bu gün, 11:19
Qəbələnin icra başçısından özbaşınalıq... - Sakinlər narazılıq edir...
Bu gün, 11:18
Ağdam təhsilində qalmaqal... - İTTİHAM
Bu gün, 11:13
İki azyaşlı bacıdan Mehriban Əliyevaya müraciət - “Xəstə anamızı bizə qaytarın” - VİDEO
Bu gün, 11:08
Azərbaycanın pambıq sənayesi inhisarçıların nəzarətindədir - SİYAHI
Bu gün, 11:03
DYP rəisi apelyasiya şikayəti verib
Bu gün, 11:01
"Hakim əvvəlcə mənimlə razılaşsa da..." - GİLEY
Bu gün, 11:00
Ali Məhkəmənin sədrinə ŞİKAYƏT var - "Bu fırıldaqçı F.İbrahimovun sifarişi ilə..."
Bu gün, 10:58
Bakı əhli üçün "extra large" sevincin tərs üzü - "Özümüz çətinləşdiririk"
Bu gün, 10:53
Azərbaycanda futbol klubu fəaliyyətini dayandırdı
Bu gün, 10:47
Tanınmış telejurnalist ATV telekanalını məhkəməyə verdi - QALMAQAL
Bu gün, 10:45
Azərbaycanda narkomanlığa qarşı mübarizəyə dair illik milli hesabat hazırlanacaq
Bu gün, 10:42
Ermənistandan Rusiyaya miqrasiya edənlərin sayı 3 dəfə çoxalıb
Bu gün, 10:42
Bakı polisi mitinq keçirmək istəyənlərə xəbərdarlıq edib
Bu gün, 10:40
“Diana beac" qutaba görə ekspertdən 100 AZN depozit istədi
Bu gün, 10:36
Azərbaycanda kimlər toxunulmazdır? - Siyahıdakı adlar
Bu gün, 10:30
"Hərdən istəyirəm ki, oradan bir səs gəlsin ki, dur, göstər!"
Bu gün, 10:28
Milli Məclisdəki partiyalar yenidən parlamentə düşməyə HAZIRLAŞIR
Bu gün, 10:22
Övladlığagötürmə üzrə xidmətlər “DOST”-a verildi - Prezidentin fərmanı
Bu gün, 10:21
Qubada keçmiş məhbus qətl törədib
Bu gün, 10:20
Ağstafa və Samux sakinlərinin nəzərinə
Bu gün, 10:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru